İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Articles » Quran » Nur təfsiri (5-ci cild)

    Nur təfsiri (5-ci cild)
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    "TÖVBƏ” SURƏSİ
    9-cu surə, 129 ayə
    On, on birinci cüzlər
    "Tövbə” surəsinin siması
    Qurani-kərimin 129 ayədən ibarət olan 9-cu, "Tövbə” surəsi hicrətin 9-cu ilində nazil olmuşdur.  Surənin bir hissəsi Təbuk döyüşündən öncə, bir hissəsi döyüş gedişində, digər bir hissəsi döyüşdən sonra nazil olmuşdur.
    Rəvayətlərdə surənin ən məşhur adları "Tövbə” və "Bəraətdir”. Surənin "Tövbə” adlandırılmasının səbəbi bu surədə insanın tövbəsinə, ilahi lütfün qayıdışına dəfələrlə işarə olunmasıdır. Surənin "Bəraət” adlanmasının səbəbi isə, onun müşriklərdən cana doymasının elanı ilə başlamasıdır.
    Bəzi təfsirçilər bu surədəki mövzuları "Ənfal” surəsinin davamı saymışlar. Onların nəzərincə, elə bu səbəbdən surə "Bismillahir-Rəhmanir-Rəhim”-siz başlamışdır. Amma bizim, peyğəmbər əhli-beytinə (ə) əsaslanan əqidəmizə görə, bu surə müstəqildir və onun "Bismillah”-sız başlamasının səbəbi onda müşriklərə qəzəbli tərzdə müraciət olunmasıdır. Çünki "Bismillah aman vermək üçün, bəraət isə amanın götürülməsi üçündür.” 
    Surənin əhəmiyyətini anlamaq üçün həzrət Peyğəmbərin (s) bir buyruğunu xatırlamaq kifayət edir: "Bəraət” və "Tövhid” surələri yetmiş min mələyin müşayiəti ilə nazil oldu.”
    Ayə 1:
    بَرَاءةٌ مِّنَ اللّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ
    "(Bu ayələr) Allah və Onun peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət (və onlarla olan əhd-peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir.”
    Nöqtələr
    Bu surənin adı rəvayətlərdə "Bəraət” və "Tövbə” kimi qeyd olunduğundan, onun "Ənfal” surəsinin davamı yox, müstəqil bir surə olduğu anlaşılır.
    Surənin hədələyici məzmun səbəbindən "Bismillah”sız gəlməsi göstərir ki, digər surələr sadəcə dəbdəbə xatirinə "Bismillah”la başlamamışdır. "Bismillah” həmin surələrin tərkib hissələridir.
    Bəraət elan olunmasının səbəbi kafirlərin əhdi pozması idi. Bu məsələyə 7, 8-ci ayələrdə toxunulmuşdur. Ümumi qanunlara əsasən isə qarşı tərəf bağlanmış əhdi pozanadək bu əhdə sədaqət göstərilməlidir. 4-cü ayədə buyuruldu: "Əhdi pozmamış, fitnəyə yol verməmiş müşriklərlə müddət başa çatanadək əhdinizə vəfa qılın.” Bundan əlavə, müsəlmanlar zəif olduqlarından belə bir peyman bağlamışdılar. Əslində isə onların arzusu şirkin mümkün qədər tez aradan götürülməsidir.
    Ayələrin elan olunma macərası
    Hicrətin 8-ci ili Məkkə fəth olundu. Amma müşriklər hələ də xurafat və çaşqınlıq qatqılı ibadətlərini yerinə yetirmək üçün Məkkəyə gəlirdilər. Onların adətlərindən biri də bu idi ki, təvaf etdikləri libası sədəqə verirdilər. Birdən təvaf etmək istəyən qadının əlavə libası olmadıqda kafirlər onu çılpaq şəkildə təvaf etməyə məcbur edirdilər. Belə bir vəziyyətdə təvaf edən qadını ətrafdakılar seyr edirdilər.
    Bu hal qüdrət zirvəsində olan Peyğəmbər və müsəlmanlar üçün dözüləsi hal deyildi. Həzrət Peyğəmbər (s) ilahi göstəriş intizarında olduğu vaxt Mədinədə bu surə nazil oldu. Həzrət (s) Əbu-Bəkrə göstəriş verdi ki, bu ayələri Məkkə əhlinə oxusun. Belə bir iş üçün Əbu-Bəkrin seçilməsi səbəbi onun yaşlı olması və kimsənin ona qarşı həssaslıq göstərməməsi ola bilərdi.
    Amma Əbu-Bəkr Məkkəyə yaxınlaşdığı vaxt Cəbrail Allah tərəfindən belə bir göstəriş gətirdi ki, ayələri peyğəmbər ailəsindən olan bir şəxs oxumalıdır. Həzrət Peyğəmbər (s) bu iş üçün həzrət Əlini (ə) seçib buyurdu: "Mən ondanam, o isə məndən.” Həzrət Əli (ə) Əbu-Bəkri yarıyolda saxlayıb ayələri ondan aldı və Məkkəyə gedib müşriklərə oxudu.
    Bu surədəki ayələrin Həzrət Əli (ə) vasitəsi ilə çatdırılma macərası sünnə əhlinin də kitablarında nəql olunmuşdur. Bu məsələ səhabələr, Əbu-Bəkr, Əli (ə), İbn-Əbbas, Ənəs ibn Malik, Cabir ibn Abdullah Ənsari tərəfindən rəvayət edilmişdir. Bir çox digər mənbələrdə də uyğun məsələyə toxunulur. 
    Fəxr-Razi və Alusi kimi bəzi sünnə əhli alimləri çalışmışlar ki, bu seçimin əhəmiyyətini azaltsınlar və bu iş Həzrət Əli (ə) üçün imtiyaz sayılmasın. Onlar bildirirlər ki, uyğun iş üçün Əlinin (ə) seçilməsində məqsəd onun qəlbini ələ almaq olmuşdur. Düz belə bir məqsədlə təhlükəli iş tapşırılması mümkünsüzdür. Bir çox müşriklərin müsəlmanlarla savaşda öldürüldüyü, əksər müşriklərin qəlbində kin-küdurət alovlandığı bir vaxt uyğun ayələrin müşriklərə oxunması çox təhlükəli bir iş idi.
    Allah-təala həzrət Musaya Fironun yanına gedib onu tövhidə dəvət etmək göstərişi verdiyi vaxt Musa dedi: "Pərvərdigara, mən onlardan birini öldürmüşəm və qorxuram ki, qisas alalar. Qardaşımı da mənimlə göndər. Halbuki Həzrət Əli (ə) bir çox şirk başçılarını öldürmüşdü. Belə bir vəziyyətdə o tək-tənha onların yanına gedib, tam aramlıqla "Bəraət” ayələrini oxudu. Bu iş Mina və Cəməreyi-əqəbə kənarı kimi həssas bir məhəldə gerçəkləşdi.
    Həzrət Əli (ə) tərəfindən kafirlərə elan olunan nöqtələr: Bəraətin və peymanların ləğvinin elanı; növbəti ildə müşriklərə həcdə iştirakın qadağan olunması; çılpaq halda təvafa qadağa qoyulması; müşriklərin Allah evinə daxil olmasının qadağan edilməsi.
    Quranın bir çox ayələrində Allah və Onun rəsulunun adı yanaşı çəkilir. O cümlədən: Hədiyyə və lütf məsələsində ; beyət məsələsində ; itaət və ardıcıllıq məsələsində ; başqalarından bəraət və üz çevirməkdə.
    Bildirişlər
    1. Müşriklərlə peymanı rəhbər ləğv edə bilər. (Müsəlmanlar müşriklərlə bir-birlərinə hücum etməmək barədə peyman bağlamışdılar.)
    2. Əhd-peymana vəfa qılmaq lazımdır, amma heç vaxt fitnəyə təslim olmamalıyıq.
    3. Bağlanmış peyman hüquqi baxımdan möhtərəm olsa da, müşriklərdən və azğınlardan qəlbən üz çevrilməsi dini bir prinsipdir.
    4. Qanun Allah tərəfindən verilsə də,  əməldə peyğəmbər də iştirak edir.
    5. Bəraət qətilik və iqtidar göstəricisidir. Düşmənin fitnəkarlığı qarşısında susmaq isə zəiflikdən danışır.
    6. Müəyyən şərtlər daxilində müşriklərlə peyman bağlamaq olar.
    7. Düşmənin fitnə və xəyanətkarlığı səbəbindən peyman ləğv olunduqda onlara bu barədə xəbərdarlıq etmək lazımdır.
    Ayə 2:
    فَسِيحُواْ فِي الأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُواْ أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللّهِ وَأَنَّ اللّهَ مُخْزِي الْكَافِرِينَ
    "(Ey müşriklər,) yer üzündə (azad) dolanmağınız üçün dörd ay möhlətiniz var və bilin ki, Allahı məğlub edə bilməzsiniz. Allah kafirləri zəlil edəndir.”
    Nöqtələr
    Bəraət zilhiccəayının onuncu günü (Qurban bayramı) elan olundu. Demək, dörd ay möhlət rəbius-sani ayının 10-da başa çatdı. 
    Rəvayətlərə əsasən 4 ay möhlət öncədən peyman bağlamayanlara aid idi. Peyman bağlanmış insanlara isə həmin peymanda nəzərdə tutulmuş vaxta qədər möhlət verilmişdi. Bu müddət 4 aydan az və ya çox ola bilərdi.
    Bildirişlər
    1. Müqaviləni pozduqdan sonra düşmənə düşünmək üçün möhlət verin. (Tarixi mənbələrdə bildirilir ki, həmin dörd ay möhlət zamanı müşriklərin çoxu İslamı qəbul etdi.)
    2. İqtidarda olduğunuz vaxt elan etməmiş hücuma keçməyin.
    3. İslamı qəbul etmək istəməyənlər bilməlidirlər ki, haraya getsələr, Allahın hakimiyyətindən qaça bilməyəcəklər.
    4. İslamla döyüş Allahla savaşdır.
    5. İlahi sünnə, qayda budur ki, haqqa qayıdış imkanını əldən verdikdə insan bədbəxt olur.
    Ayə 3:
    وَأَذَانٌ مِّنَ اللّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الأَكْبَرِ أَنَّ اللّهَ بَرِيءٌ مِّنَ الْمُشْرِكِينَ وَرَسُولُهُ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌ لَّكُمْ وَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللّهِ وَبَشِّرِ الَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ
    "(Bu ayələr, elan) böyük həcc günü Allah və Onun rəsulu tərəfindəndir. Allah və Onun rəsulu müşriklərdən üz çevirmişlər. (Bununla belə,) əgər tövbə etsəniz, sizin üçün daha yaxşıdır. Əgər üz çevirsəniz, onda bilin ki, heç vaxt Allahı aciz qoya bilməzsiniz. Kafirləri dərdli əzabla müjdələ.”
    Nöqtələr
    Surənin ilk ayəsində bəraət müşriklərin özünə elan olunurdusa, burada bütün xalqın müşriklərdən bəraəti, üz çevirməsi elan edilir.
    "Həcce-Əkbər” dedikdə ya qurban bayramı günü, ya Ərəfə günü, ya da həcc mərasimi nəzərdə tutulur. Ümrə isə "kiçik həcc” adlandırılır.
    Bildirişlər
    1. Düşmənin özünü məzlum göstərməsinin və sizə qarşı təbliğatının qarşısını almaq üçün xalqı vəziyyətdən xəbərdar edin.
    2. Təbliğdə zaman və məkan amilini nəzərdən qaçırmayın.
    3. Həm təşviq, həm də hədədən istifadə edin.
    4. Rabitələri kəsərkən onları bərpa etmək üçün baca saxlayın.
    5. Dörd ay möhlət Allahın acizlik yox, lütfünü göstərir.
    Ayə 4:
    إِلاَّ الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُواْ عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّواْ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَى مُدَّتِهِمْ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ
    "Peyman bağladığınız, sizə münasibətdə öhdəçiliyini pozmayan və sizə qarşı çıxanlara yardım göstərməyən müşriklərlə peymanlarınızı müddəti başa çatanadək saxlayın. (Əhdinizə vəfalı olun.) Həqiqətən, Allah təqva əhlini sevir.”
    Nöqtələr
    Yalnız əhdi pozmuş və fitnəkar müşriklərə bəraət elan etmək olar. Bənu-Zumərə və Bənu-Xəzimə kimi əhdinə vəfa edən qəbilələrlə peymanı qorumaq lazımdır. Ayədə onlar istisna olunur.
    Həzrət Əli (ə) buyurmuşdur: "Müddətli peymanlarınıza müddət başa çatanadək vəfa qılın. Müddətsiz peyman bağladığınız kəslərə 4 ay möhlət verin.”
    Bildirişlər
    1. Peymana hörmətlə yanaşanlarla bağlanmış peymanlar möhtərəmdir.
    2. Hətta müşriklərlə də olsa, bağlanmış peymana vəfa qılmaq lazımdır.
    3. Düşməninizə yardım göstərən şəxs sizə düşməndir. Peymanın qorunma şərtlərindən biri qarşı tərəfin İslam düşmənlərinə yardım göstərməməsidir. İslam düşmənlərinə yardım göstərən kəs bu şərti pozmuşdur və sizə düşməndir.)
    4. Əhd-peymana vəfa təqva nişanəsidir.
    Ayə 5:
    فَإِذَا انسَلَخَ الأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُواْ لَهُمْ كُلَّ مَرْصَدٍ فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَخَلُّواْ سَبِيلَهُمْ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
    "Haram aylar ötüb keçdikdən sonra müşrikləri harada tapsanız öldürün, həbs edin, mühasirəyə salın, hər yerdə onlara pusqu qurun. Tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr onlara yol açın (azad buraxın). Həqiqətən, Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    Məkkədə on üç il peyğəmbəri və müsəlmanları incitmiş və hicrətdən sonra da 9 il məkrindən əl çəkməmiş kafirlər məhvə layiqdirlər.
    "Həys” (حیث) sözü həm zaman, həm də məkanla bağlı işlədilir.
    İmam Baqir (ə) buyurmuşdur: "Şirkdən tövbə yolu iman gətirməkdir.” 
    Bildirişlər
    1. Bütün dəvət mərhələlərini adladıqdan sonra müşriklər yenə də düşmənçiliyə əl atarsa, onların məhvi üçün bütün yollardan istifadə edin. Məsələn, öldürün, əsir götürün, yollarını bağlayın, mühasirəyə salın.
    2. Həm qətiyyət, həm də mülayimlik lazımdır.
    3. Səmavi din azadlığı qəbuldur. Amma düşüncə azğınlığı, ağıl və insanlığın süqutu dözüləsi deyil.
    4. Müsəlmanlar daim fitnəkarları nəzarətdə saxlaalı, bir növ pusquda dayanmalıdırlar.
    5. Müsəlmanların təhlükəsizlik şəbəkələri hətta sərhəd xaricində fitnəkarları nəzarət altında saxlamalıdır.
    6. Fitnəkar düşmənlərin məhvi üçün bütün sərhədlərə və nüfuz yollarına nəzarət edilməlidir.
    7. Hətta döyüş gedişində tövbəni qəbul edək. Çünki İslam düşmənçilik və intiqam yox, mərhəmət və böyüklük dinidir.
    8. Tövbə əməllə müşayiət olunmalıdır. Əməlsiz tövbələrə aldanmayaq.
    9. Şirkin tövbəsi iman gətirməkdir. Həqiqi tövbə nişanəsi namaz və zəkatdır.
    10. Namaz ibadətlərin birincisidir. Dini şüarlara (namaz və zəkata) hörmətlə yanaşanlara qarşı çıxmayaq.
    Ayə 6:
    وَإِنْ أَحَدٌ مِّنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلاَمَ اللّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْلَمُونَ
    "Əgər müşriklərdən biri səndən aman və pənah istəsə, ona Allah kəlamını eşitməsi üçün pənah ver, sonra onu əmin-aman məkana çatdır. Çünki onlar xəbərsiz bir qövmdür.”
    Bildirişlər
    1. Düşmən sığınacaq istədikdə islami düşüncəni götür-qoy edib araşdırması üçün ona müsbət cavab verin.
    2. Hətta müşriklər üçün də düşüncə və götür-qoy yolu açıqdır. Bir nəfərin doğru yola gələcəyini ehtimal edərək fərqli hesab aparmalıyıq.
    3. İslam mərhəmət, şərafət və kəramət dinidir.
    4. Düşmənə də düşünmək üçün fürsət verin. Hətta döyüş gedişində xalqı düşünmək imkanından məhrum etməyin.
    5. Haqqın müəyyənləşdirilməsi və doğru əqidənin seçilməsi üçün möhlət lazımdır.
    6. Quran dərk olunası kəlamdır və hidayət üçün zəmin hazırlayır. Quran insan düşüncəsinin qavrayacağı kitabdır.
    7. İslam hökuməti azğınlar üçün şərait yaratmalıdır ki, onlar Quran kəlamını eşitsinlər. Çünki bəzilərində çaşqınlığın səbəbi onların həqiqətdən xəbərsizliyi, təbliğatın olmamasıdır. Ola bilsin ki, bir çoxları haqqı eşitsə qəbul edər.
    8. İslam azadlıq dinidir. Qorxu-hürkü ilə yox, düşüncə ilə əldə edilən iman dəyərlidir.
    9. Məntiqə əsaslanan əqidə məktəbində tələskənlik yoxdur. Düşmənə düşünmək üçün fürsət verin və ona rahat götür-qoy etmək üçün şərait yaradın.
    10. Bəzilərinin küfrü cəhalətdən qaynaqlanır. Əgər onlar xəbərdar olsalar, haqqı qəbul edərlər.
    Ayə 7:
    كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ اللّهِ وَعِندَ رَسُولِهِ إِلاَّ الَّذِينَ عَاهَدتُّمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ فَمَا اسْتَقَامُواْ لَكُمْ فَاسْتَقِيمُواْ لَهُمْ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ
    "Necə ola bilər ki, Allah və Onun rəsulunun müşriklərlə bir peymanı olsun? Məscidül-həramın yanında peyman bağladığınız kəslər istisnadır. Nə qədər ki, əhdlərinə vəfalıdırlar, siz də vəfa qılın. Allah təqvalıları sevir.”
    Nöqtələr
    Bu ayə "bəraət” surəsinin başlanğıc ayələrini açıqlayır, bəraət və uzaqlaşma üçün dəlillər göstərir. Bəli, onlar öz əhdlərinə vəfa qılmadılar.
    Kəbənin 48 mil radiuslu dairəsi "Hərəm” sayılır. Bu məntəqədə bağlanmış peymanlar "İndəl-məscidil-həram” adlanır. Məsələn, Məkkədən on beş mil aralı bağlanmış "Hüdəybiyyə” peymanı bu qəbildəndir.
    Peyman yerinin bəyanı zamanı Məscidül-həramın adının çəkilməsi həmin məkanın əhəmiyyətini göstərir. Amma Məscidül-həramdan kənarda bağlanmış peymanlara da vəfa qılmaq lazımdır.
    Bildirişlər
    1. Yəhudilər və müşriklər müsəlmanlarla daha çox düşmən olduqlarından  onların çoxundan vəfa gözləməyin.
    2. Tənqid edərkən sağlam fərdləri istisna edək.
    3. Öz düşmənlərinizlə bağladığınız peymanlara münasibətdə onlar kimi rəftar edin.
    4. Təqva üçün əhdə vəfa, əhdə vəfa üçün təqva lazımdır.
    Ayə 8:
    كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً يُرْضُونَكُم بِأَفْوَاهِهِمْ وَتَأْبَى قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ
    "Axı necə (onlarla peyman bağlamaq olar), bir halda ki, sizə qalib gəldikdə heç bir yaxınlıq və peymanı nəzərə almazlar, sizi öz yumşaq dilləri ilə razı salarlar, amma qəlbən qəbul etmirlər. Onların çoxu həddi aşanlardır.”
    Nöqtələr
    "İll” deyərkən yaxınlıq, qonşuluq və qəlb bağlılıqları nəzərdə tutulur. (İlkin İslam dövrünün müsəlmanları və müşriklər arasında yaxınlıq, əhd-peymana vəfa etmək lazımdır. Hər kəs bu peymanı pozsa, xalq tərəfindən məzəmmət olunur.
    Bu ayələr əhdi pozmuş müşriklərlə sərt rəftar göstərişinin növbəti bir dəlilidir.
    ”Düşmən bizə qalib gəlsə, pislik edər”, deyə ona hücum etmək olmaz. Düşmənə qarşı təcavüz üçün dəlillər olmalıdır. Əks-təqdirdə, qarşı tərəfə hücum "cinayətdən öncə qisas” sayılar.
    Bildirişlər
    1. Düşmənin nə dərəcədə kinli olduğu o qüdrətə çatdığı vaxt müəyyənləşir.
    2. Qalib gələcəyi təqdirdə həddi aşacağı gözlənilən düşmən qarşısında sükut və sadəlövhlük günahdır.
    3. Müşriklər nə insanlıq və qonşuluq çərçivəsini gözləyir, nə də əhd-peymana hörmət qoyurlar.
    4. Düşmənin siyasi oyunlarına və azdırıcı təbliğatına aldanmayaq.
    5. Əhdi pozmaq, nifaq, maskalanma, siyasətbazlıq günahdır.
    6. Müşriklərin əksəri günahkardır. Amma onların da arasında sağlam fərdlər tapılır. (Münasibətlərimizdə insaflı olaq.)
    Ayə 9:
    اشْتَرَوْاْ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً فَصَدُّواْ عَن سَبِيلِهِ إِنَّهُمْ سَاء مَا كَانُواْ يَعْمَلُونَ
    "(Əhdi pozan müşriklər) Allahın ayələrini ucuz qiymətə satdılar və (xalqı) Allahın yolundan çəkindirdilər. Həqiqətən, onlar pis işlər görürdülər.”
    Bildirişlər
    1. İnsanın əməl və yol seçimində seçim haqqı var.
    2. İlahi ayələri itirmək müqabilində hər nə qazansaq yenə azdır.
    3. Dünyapərəstlik səbəbindən insan dinlə mübarizə aparır, xalqı Allahın yolundan çəkindirir.
    4. İlahi razılığı əbədi behişti ötəri və bəlalı dünya həyatına satmaq ən zərərli işdir. Çünki Allahın möminlərə lütfü qarşısında bütün dünya və onda olanlar əhəmiyyətsizdir.
    Ayə 10:
    لاَ يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلاًّ وَلاَ ذِمَّةً وَأُوْلَـئِكَ هُمُ الْمُعْتَدُونَ
    "(Əhdi pozan müşriklər təkcə sizə münasibətdə yox) heç bir möminə münasibətdə yaxınlıq haqqına və əhd-peymana riayət etməyəcəklər. Onlar həmin təcavüzkarlardır.”
    Nöqtələr
    Bu ayə də müşriklərdən bəraətlə bağlı ciddi ilahi göstərişi bəyan edir.
    Ötən iki ayədə sizə münasibətdə peymanlara əməl olunmamasından danışıldı. Bu ayədə isə onların bütün iman əhli ilə düşmənçilikləri qeyd edildi.
    Bildirişlər
    1. Müşriklər möminlərlə düşməndirlər. Belə isə, onlarla sərt rəftarda tərəddüd göstərməyin.
    2. Kafirlərin nəzərində müsəlmanların ən böyük günahı onların Allaha iman gətirmələridir. Onların iman əhli ilə düşmənçilikdə bəhanələri budur. 
    3. Əhdi pozmaq təcavüzkarlıqdır.
    4. Qohumların hüququna riayət və əhdə vəfalı olmaq vacibdir. Bu göstərişlərə etinasızlıq təcavüzkarlıq ruhundan doğur.
    5. Əhdi pozmuş müşriklərlə döyüş müdafiə xarakteri daşıyır. On üçüncü ayədə qeyd olunduğu kimi bu döyüşü müsəlmanlar başlamamışdır.
    Ayə 11:
    فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَنُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
    "Amma tövbə edib namaz qılsalar və zəkat ödəsələr, bu halda sizin din qardaşınızdırlar. Biz Öz ayələrimizi bilən (düşünən) qövm üçün ətraflı bəyan edirik.”
    Nöqtələr
    Allah-təala ötən ayələrdə buyurdu ki, əgər müşriklər tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr, onlara qarşı çıxılmasın. Bu ayədə isə qeyd olunur ki, nəinki onlara əziyyət verməyin, hətta keçmişləri unudub, onlarla qardaşcasına rəftar edin.
    Bildirişlər
    1. Öz rəftarınızda "addım-addım, tədricən” prinsipinə riayət edin. Öncə təcavüzdən çəkinmək, sonra isə ülfət və qardaşlıq!
    2. Gerçək tövbə əməl ilə müşayiət olunur.
    3. Namaz və zəkatı tərk edənlər bizə din qardaşı deyillər.
    4. Dini qardaşlıq dairəsinə daxil olma şərti namaz və zəkatdır.
    5. Müsəlmanın rabitələrinin, sevgi və nifrətinin kökü əqidə məktəbindədir.
    6. Peşman olmuş və tövbə etmiş insanla qardaşcasına rəftar edin.
    7. İslam döyüşlərinin əsas məqsədi müşrikləri tövhidə qaytarmaqdır.
    8. Dünənədək qətli vacib olanlar tövbə, namaz və zəkat sayəsində müsəlmanlarla bərabər ictimai hüquq əldə edirlər və onlarla döyüş haram olur.
    9. Elm və bilik ilahi ayələrin dərki üçün zəmindir.
    Ayə 12:
    وَإِن نَّكَثُواْ أَيْمَانَهُم مِّن بَعْدِ عَهْدِهِمْ وَطَعَنُواْ فِي دِينِكُمْ فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ إِنَّهُمْ لاَ أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ
    "Amma əgər (tövbə yerinə) peyman bağladıqdan sonra andlarını pozsalar, dininizə tənə etsələr, küfr başçıları ilə döyüşün. Çünki onlar üçün heç bir and yoxdur. Bəlkə öz rəftarlarından çəkinələr.”
    Category: Nur təfsiri (5-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 1009 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024