İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (5-ci cild)

    Nur təfsiri (5-ci cild)
    Bildirişlər
    1. Dünyəvi əzab və cəza ilahi sünnə, qanunlardandır.
    2. Agah insan daha çox məsuldur. Peyğəmbər dövrünün insanları keçmiş qövmlərin aqibətindən agah idilər.
    3. Keçmiş qövmlərin tarixi ilə tanışlıq mühümdür.
    4. Tarixdən ibrət götürməyənlər məzəmmətə layiqdirlər. Bu gün üçün ən üstün dərs keçmiş tarixdən ibrət götürməkdir.
    5. İlahi qəhr-qəzəb xəbərdarlıq başa çatdıqdan sonra nazil olur.
    6. İlahi göstərişə itaətsizlik insanın özünə zülmüdür.
    7. İnsan ixtiyar sahibidir və o, möcüzə ilə rastlaşdıqda müstəqil qərar çıxara bilər.
    8. İlahi qəhr-qəzəbin səbəbi zülmün davamıdır.
    Ayə 71:
    وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللّهَ وَرَسُولَهُ أُوْلَـئِكَ سَيَرْحَمُهُمُ اللّهُ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ
    "İmanlı kişilər və qadınlar bir-birlərinin köməkçisi və himayədarıdırlar. (Onlar) yaxşılığı əmr edir, pisliyə qadağa qoyur, namazı iqamə edir, zəkat ödəyir, Allah və Onun rəsuluna itaət göstərirlər. Tezliklə Allah onları Öz rəhmətində qərar verəcəkdir. Həqiqətən, Allah qalibdir (qüvvəli) və hikmət sahibidir.”
    Nöqtələr
    67-ci ayədə münafiqlər haqqında "bəzuhum min bəz” ("bir-birlərindəndir”) təbiri işlədilmişdi. Bu ayədə isə möminlər haqqında buyurulur: "Bir-birlərinin köməkçisi və himayədarıdırlar.” Ola bilsin ki, bu fərq münafiqlər arasında dərin vəhdət, vilayət bağlılığının olmamasından doğur. Münafiqlərin birliyi zahiridir və onlar bu birliyi şəxsi mənafeyə qurban verirlər. Quran buyurur: "Onların vəhdətdə olduğunu güman edirsən, halbuki qəlbləri dağınıqdır.” 
    Yaxşılıq əmri və pisliyə qadağa digər vacib göstərişlərin icrasına şərait yaratdığından bu ayədə həmin əmr namaz və zəkat əmrindən öndə gəlir. 
    Bildirişlər
    1.Cəmiyyətin islahında həm qadın, həm də kişinin rolu var.
    2. İslam cəmiyyətində möminlər arasında himayə, yardım, nəzarət haqqı müəyyənləşdirilmişdir. Möminlər bir-birlərinə biganə deyillər.
    3. Bütün imanlı kişi və qadınlara vacib buyurulmuş yaxşılıq əmri və pisliyə qadağa vəzifəsi qarşılıqlı himayə haqqına əsaslanır.
    4. "Əmr be məruf” və "nəhy əz münkər” (yaxşılıq əmri və pisliyə qadağa) zəif mövqedən bəyan olunmamalıdır.
    5. Əmr və qadağa yalnız məhəbbət və vilayət sayəsində gerçəkləşə bilər.
    6. Bütün ibadətlər yoxsullara diqqət və qayğı ilə müşayiət olunmalıdır.
    7. Fərd və cəmiyyətin islahında imanın mühüm rolu var.
    8. Əmr və qadağa, namazın bərpası, zəkat ödənməsi, Allah və Onun rəsuluna itaət möminlərin daimi vəzifələrindəndir.
    9. Başqalarını xeyir əmələ çağıran özü də xeyir əhli olmalıdır.
    10. Allah və Onun rəsuluna həvəslə itaət edilməlidir.
    11. İbadi proqramlarda Allaha, hökumət proqramlarında peyğəmbərə itaət zəruridir.
    12. İlahi rəhməti doğuran amil insanın öz əməlləridir.
    13. İlahi rəhmətin əldə olunmasında qadın və kişi barabərdir.
    Ayə 72:
    وَعَدَ اللّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِّنَ اللّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
    "Allah imanlı kişi və qadınlara (ağacları) altından çaylar axan və əbədi qalacaqları bağlar, Ədn behiştdə könül oxşayan məskənlər vəd etmişdir. Amma Allahın razılığı daha üstün və ucadır. Bu həmin böyük qurtuluşdur.”
    Nöqtələr
    Bu ayə ötən ayədə haqqında danışılan rəhmətin necə gerçəkləşəcəyini bəyan edir.
    Rəvayətlərə əsasən, "Ədn cənnətlər” dedikdə behiştin ən üstün və şərif məntəqəsi, peyğəmbərlərin, siddiqlərin və şəhidlərin yeri, gözəllik baxımından kimsənin xəyalına gəlməyəcək bir məkan nəzərdə tutulur. 
    Surənin 67-68-ci və 71-72-ci ayələrinə əsasən, nifaq əhli ilə iman əhli arasında səkkiz fərqli səciyyə qeyd etmək olar.
    Nifaq Əhli İman Əhli
    بَعْضُهُمْ مِنْ بَعْض
    "Bir-birlərindəndirlər.” بَعْضُهُمْ اَوْلِياءُ بَعْض
    "Bir-birinin himayədarıdır-lar.”
    يَاْمُرُونَ بالْمُنْكَرِ وَ يَنْهَوْنَ عَنِ الْمَعْرُوف
    "Onlar pis işə çağırır, yax-şı işə qadağa qoyurlar.” يَاْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ
    "Onlar yaxşılığı əmr edir, pisliyə qadağa qoyur.”
    نَسُوا اللهَ
    "Onlar Allahı yaddan çıxar-mışlar.” يُقِيمُونَ الصَّلَوةَ
    "Namazı iqamə edir.”
    يَقْبِضُونَ اَيْدِيَهُمْ
    "Öz əllərini (bəxşiş və in-faqda) bağlayırlar.” يُؤْتُونَ الزَّكَوةَ
    "Zəkat ödəyir.”
    فاسِقُونَ
    "Həqiqətən, münafiqlər hə-min fasiqlərdir.” يُطِيعُونَ اللهَ
    "Allaha itaət göstərirlər.”
    نَارُ جَهَنَّم
    Cəhənnəm odu vəd etmişdir.” جَنَّات، مَساكِن
    "Əbədi qalacaqları bağlar, könül oxşayan məskənlər vəd etmişdir.”
    لَعَنَهُمُ الله
    Allah onları lənətləmiş-dir.” رِضْوانٌ مِنَ الله
    "Allahın razılığı.”
    عَذابُ جَهَنَّم
    "Onlar üçün davamlı əzab var.” فَوْزٌ عَظِيم
    "Böyük qurtuluş.”
    Bildirişlər
    1. İlahi mükafatın əldə olunmasında qadın və kişi bərabərdir.
    2. Behiştin ən böyük imtiyazı onun və ondakı nemətlərin əbədiliyidir.
    3. Axirət həyatı təkcə mənəvi deyil. Bu həyat həm də maddi, cismanidir.
    4. Yaxşı məskən yaxşı məntəqədə yerləşdikdə dəyərli olur.
    5. İnsan təbiətindəki suya, yaşıllığa, bağ-bağçaya, mənzilə olan meyllərdən onun mənəviyyata meyli üçün istifadə edək.
    6. Behiştin mənəvi ləzzətləri onun maddi ləzzətlərindən üstündür.
    7. Behiştin də dərəcələri və mərtəbələri var.
    8. Axirət mükafatına və ilahi razılığa çatmaq böyük qurtuluşdur.
    Ayə 73:
    يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ وَمَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ
    "Ey peyğəmbər! Kafirlər və münafiqlərlə vuruş, onlarla sərt ol, onların yeri cəhənnəmdir və pis aqibətləri var.”
    Nöqtələr
    Nə qədər ki, münafiqlər döyüşə qalxmayıb və kafirlər kimi hərbə əl atmayıblar, onlarla yalnız dillə cihad aparılmalıdır. 
    Peyğəmbər (s) bu ayədən öncə münafiqlərlə mərhəmətli rəftar edirdi. Ayə nazil olduqdan sonra həzrət onlara qarşı sərt mövqe tutdu. 
    Bildirişlər
    1. Cihad müsəlmanların rəhbərinin göstəriş və nəzəri əsasında gerçəkləşməlidir.
    2. İslam quruluşunda hərbi qüvvələrin baş komandanı rəhbərdir.
    3. İslam cihad, küfr və nifaqla mübarizə ayinidir.
    4. Həm aşkar xarici, həm də gizli daxili düşmənlərlə mübarizə aparaq.
    5. Müsəlmanların rəhbəri zalım qüvvələr qarşısında ciddi mövqe tutmalıdır.
    6. Peyğəmbər rəhmət qaynağı olsa da, düşmənlərin küfr və nifaqı səbəbindən sərt rəftar əmri almışdır.
    7. Kafir və münafiqlərin dünyəvi cəzası onlarla cihad, axirət cəzası isə cəhənnəmdir.
    8. Münafiqi pis aqibət gözləyir.
    Ayə 74:
    يَحْلِفُونَ بِاللّهِ مَا قَالُواْ وَلَقَدْ قَالُواْ كَلِمَةَ الْكُفْرِ وَكَفَرُواْ بَعْدَ إِسْلاَمِهِمْ وَهَمُّواْ بِمَا لَمْ يَنَالُواْ وَمَا نَقَمُواْ إِلاَّ أَنْ أَغْنَاهُمُ اللّهُ وَرَسُولُهُ مِن فَضْلِهِ فَإِن يَتُوبُواْ يَكُ خَيْرًا لَّهُمْ وَإِن يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُمْ فِي الأَرْضِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ
    "(Münafiqlər) Allaha and içirlər ki, (küfr sözlər) danışmamışlar. Halbuki şübhəsiz, küfr demişlər. Onlar İslamı qəbul etdikdən sonra kafir oldular. Elə bir qərara gəldilər ki, ona əlləri çatmadı. (Peyğəmbəri qətlə yetirə bilmədilər.) Allah və rəsulunun onları öz lütfündən ehtiyacsız etməsindən savay (peyğəmbər və möminlər üçün) bir eyb tapmadılar. (Bununla belə,) əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır. Əgər üz döndərsələr, Allah onları dünya və axirətdə ağrılı əzaba düçar edər və yer üzündə onlar üçün heç bir dost və yardımçı tapılmaz.”
    Nöqtələr
    66-cı ayədə peyğəmbərin dili ilə münafiqlərə belə deyildi: "İman gətirdikdən sonra kafir oldunuz.” Bu ayədə isə Allah-təala belə buyurur: "Onlar İslamı qəbul etdikdən sonra kafir oldular.” Peyğəmbər "iman”, Allah isə "İslam” təbirlərini işlətmişdir. Çünki peyğəmbər onları zahirən mömin sayırdı. Amma Allah onların içindən xəbərdar olduğu üçün öz buyruğunda həmin tərəfi "mömin” yox, "müsəlman kimi təqdim edir.
    Ayədə münafiqlərin peyğəmbər və İslam ziddinə yönəlmiş bütün fitnələri nəzərdə tutulur. Amma əksər şiə və sünni təfsirlərində "ləylətul-əqəbə” fitnəsi yada salınır. Münafiqlər həmin plana əsasən peyğəmbərin dəvəsini hürkütməklə onu aşırıma yuvarladıb qətlə yetirməli idilər. Amma onların qurğuları faş oldu və öz məqsədlərinə çata bilmədilər.
    Nəql edirlər ki, Təbuk savaşında həzrət Peyğəmbər (s) çıxış etdiyi vaxt Həllas adlı bir münafiq dedi: "Əgər peyğəmbərin dedikləri düzdürsə, biz ulaqdan da pisik.” Amir ibn Qeys adlı səhabə onun sözlərini Peyğəmbərə (s) çatdırdı. Həzrət Peyğəmbər (s) münafiqi bu məsələ ilə bağlı sorğuya çəkdikdə, o, Amirin sözlərini inkar etdi. Peyğəmbərin göstərişi ilə hər iki şəxs minbərə yaxınlaşıb and içdi. Amma ayə nazil oldu və münafiqin yalanı üzə çıxdı. 
    Bildirişlər
    1. Yalan və yalan and münafiqlik nişanələrindəndir.
    2. Münafiqlər naşükürdürlər. Onlar İslam sayəsində xoş günə çatsalar da, eyb axtarmaqdan əl çəkmirlər.
    3. Allahla yanaşı peyğəmbərin adını çəkib, hər hansı işi onların ikisinə də aid etmək şirk deyil.
    4. Fəzilət qaynağı yalnız Allahdır. (62-ci ayədə də deyildiyi kimi.)
    5. İslam ideoloji və əxlaqi tərbiyə ilə yanaşı maddi durumu da yaxşılaşdırdı.
    6. Hətta peyğəmbəri qətlə yetirmək istəyənlər üçün də tövbə yolu açıqdır.
    7. Münafiqlərin dünya həyatı da əzab içində keçir. Çünki yaranış nizamı sədaqət üzərində qurulmuşdur.
    8. Münafiqlərin dünya əzabı onları daim iztirabda saxlayan himayəsizlik və mövqesizlikdir. 
    9. Münafiqlər işin sonunda tənha qalar, onların təşkilatları dağılar. Onları nə xalq, nə də hakimiyyətlər himayə edər.
    Ayə 75:
    وَمِنْهُم مَّنْ عَاهَدَ اللّهَ لَئِنْ آتَانَا مِن فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ
    "Onlardan bəziləri Allahla belə bir peyman bağlamışdılar: Əgər Allah Öz fəzlindən bizə əta etsə, hökmən sədəqə verəcək və salehlərdən olacağıq.”
    Ayə 76:
    فَلَمَّا آتَاهُم مِّن فَضْلِهِ بَخِلُواْ بِهِ وَتَوَلَّواْ وَّهُم مُّعْرِضُونَ
    "Elə ki, Allah onlara Öz fəzlindən əta etdi, xəsislik göstərdilər, arxa çevirib üz döndərdilər.”
    Nöqtələr
    Mədinədən olan yoxsul bir müsəlman (Sələbə ibn Hatəb) var-dövlət sahibi olmaq üçün Peyğəmbərdən (s) dua istədi. Həzrət buyurdu: "Şükrünü yerinə yetirə biləcəyin az mal, şükrünü yerinə yetirə bilməyəcəyin çox maldan üstündür. "Sələbə dedi: "Əgər Allah əta etsə, bütün vacib haqları ödəyəcəyəm.” Həzrət Peyğəmbər (s) həmin şəxs üçün dua etdi və o, var-dövlət sahibi oldu. Onun işi o qədər artdı ki, hətta cümə və cəmiyyət namazına gələ bilmədi. Zəkat yığan məmur onun yanına gedib müraciət etdikdə belə dedi: "Biz müsəlman olmuşuq ki, cizyə ödəməyək!” 
    Fəxr-Razi deyir: "Sələbə öz əməlindən peşman oldu və öhdəsinə düşən zəkatı həzrət Peyğəmbərin (s) hüzuruna gətirdi. Amma həzrət bu zəkatı qəbul etmədi.
    Bəli, insan bilmir ki, onun məsləhəti, xeyiri haradadır. Bu səbəbdən də bəzən öz zərərinə olan bir şey istəyir. Agah insan isə Allahın verdikləri ilə kifayətlənir.
    Bu ayənin Allahla peymana əməl etməmək mövzusu ilə bağlı oxşarı "Əraf” surəsindədir: "Onlar hər ikisi Allaha dua etdilər ki, əgər onlara layiqli bir övlad verilərsə, Allaha şükür edərlər. Elə ki, saleh övlad verildi, Allaha şərik qoşdular, peymanı yaddan çıxardılar.” 
    Bildirişlər
    1. İnsan naşükür və vəfasızdır.
    2. Fəqirlik və sıxıntı halında edilən əhdə və verilən sözə bir o qədər də etibar yoxdur.
    3. Ləyaqət və tutum olmadıqda ilahi nemətlər insan üçün bədbəxtlik gətirir. Yalnız insanı süquta uğratmayan var-dövlət dəyərlidir.
    4. Dünyaya bağlılıq insanı bədbəxt edir. Zəkat və sədəqə ödəməkdə xəsislik göstərən kəs addım-addım dindən uzaqlaşır.
    Ayə 77:
    فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُواْ اللّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكْذِبُونَ
    "Nəhayət, Allahla bağladıqları əhdin ardınca vədlərinə xilaf çıxdılar. Yalan danışdıqlarından (Allah) Onun görüşünə yetişənədək qəlblərində nifaq ruhu qərar verdi.”
    Bildirişlər
    1. Allahla bağlanmış peymana vəfasızlıq və məhrumlara münasibətdə xəsislik insanı bədbəxt edir.
    2. Nifaqın dərəcələri var: dil nifaqı, rəftar nifaqı, qəlb nifaqı.
    3. Nifaq bəzən müvəqqəti, bəzən daimi olur. (Həzrət Əli (ə) "yəvmi yəlqəvnəhu” təbirinin qiyamətə işarə olduğunu bildirmişdir. 
    4. Əhdə vəfasızlıq və yalan insanda nifaq ruhiyyəsi yaradır. Günah, günah gətirir.
    5. Bədbəxtliklərin qaynağı insan özüdür.
    Ayə 78:
    أَلَمْ يَعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَاهُمْ وَأَنَّ اللّهَ عَلاَّمُ الْغُيُوبِ
    "Bilmədilərmi ki, Allah onların sirlərini və gizli söhbətlərini bilir və Allah bütün qeyblərdən xəbərdardır?!”
    Nöqtələr
    Ola bilsin ki, "sirr” dedikdə münafiqlərin batini küfrü nəzərdə tutulmuşdur. "Nəcva” həmin dəstənin qurğusuna, "ğuyub” onların məqsədlərinə işarədir. 
    Bildirişlər
    1. Münafiqlər öz qurğularını gizli saxlamağa çalışırlar, amma Allah onlara sirləri barədə xəbərdarlıq edir.
    2. Nöqsanlı bilik nöqsanlı əmələ səbəb olur. Bəli, əgər insan Allahın gizli işlərdən agah olduğunu bilsə, daha təqvalı olar və nöqsana yol verib məzəmmət edilməz.
    Ayə 79:
    الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لاَ يَجِدُونَ إِلاَّ جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ سَخِرَ اللّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
    "Münafiqlər könüllü olaraq müstəhəb sədəqə verən, eləcə də, gücündən artıq bir şey tapmayan möminlərə eyb tutur, onları məsxərəyə qoyurlar. (Bilsinlər ki,) Allah onlara rişxənd edər və onlar üçün ağrılı əzab var.”
    Nöqtələr
    Həzrət Peyğəmbər (s) xalqdan cəbhəyə kömək istədi. İmkanlılar yetərincə, yoxsullar isə cüzi yardım göstərdi. Münafiqlər varlıların yardımını riyakarlıq sayaraq onlara tənə etməyə başladılar. İmkansızların da cüzi yardımı məsxərəyə qoyuldu. Münafiqlər həzrət Peyğəmbərin (s) hüzuruna cəbhəyə yardım üçün bir miqdar xurma gətirmiş Əbu-Əqil Ənsarini də lağa qoydular.
    İnsanın infaq etməsi, yoxsullara əl tutması üçün onun var-dövlətli olması şərt deyil. İnfaq üçün ixlas, iman və səxavət kimi səciyyələrin olması zəruridir. 70-cu ayədə oxuduq ki, böyük var-dövlətə malik olan Sələbə vacib dini haqları ödəmədi. Amma yoxsulluq içində yaşayan Əbu-Əqil tam ixlasla, səmimi qəlbdən bir neçə xurma gətirdi.
    İmam Riza (ə) buyurmuşdur: "Allah məsxərə edər” deyərkən Onun istehza edənləri cəzalandırması nəzərdə tutulur.” 
    Bildirişlər
    1. Məsxərə etmək münafiqlərin sifətidir. Onlar özləri yardım göstərmir, başqalarının da yardımını şübhə altına alırlar.
    2. Möminlər səmimi qəlbdən infaq edirlər.
    3. Cəbhəyə yardım ruhiyyəsini zəiflətmək haramdır və münafiqlərə məxsus bir işdir.
    4. Münafiqlər təbliğat və istehza vasitəsi ilə xalqın cihada marağını öldürürlər. 
    5. Münafiqlərin nəzərincə niyyət və məqsəd yox, malın miqdarı əhəmiyyətlidir. Bu səbəbdən də onlar fəqir möminlərin cüzi infaqını əhəmiyyətsiz sayırdılar.
    6. Cəmiyyətin ehtiyaclarını aradan qaldırmaq üçün bütün imkanlardan istifadə olunmalıdır.
    7. Hər bir insan özü gücü həddində məsuldur.
    8. Öz vəzifəmizlə məşğul olaq və düşmənin istehzasına əhəmiyyət verməyək. Çünki onların cəzasını Allah verəcək.
    9. Cəza əmələ münasib olmalıdır.
    Ayə 80:
    اسْتَغْفِرْ لَهُمْ أَوْ لاَ تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَن يَغْفِرَ اللّهُ لَهُمْ ذَلِكَ بِأَنَّهُمْ كَفَرُواْ بِاللّهِ وَرَسُولِهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
    "Münafiqlərin bağışlanmasını istəsən də, istəməsən də (fərqi yoxdur). Yetmiş dəfə də onlara bağışlanma diləsən, Allah onları bağışlamayacaq. Çünki onlar Allaha və onun rəsuluna qarşı küfr etdilər. Allah azğın qövmü hidayət etməz.”
    Nöqtələr
    Yetmiş rəqəmi konkret say yox, çoxluq bildirir. Yetmiş rəqəmi ilə işarə olunur ki, münafiqlər heç vəchlə bağışlanmayacaq . Rəvayətlərdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Əgər yetmiş dəfədən çox bağışlanmalarını istəməyimin onlara nicat verəcəyini bilsəydim, bunu istəyərdim.” 
    İnsan elə bir həddə süqut edə bilər ki, onu heç nə xilas edə bilməz. Necə ki, ruhu bədənindən ayrılmış xəstəyə həkimlərin səyi səmərə vermir.
    Bildirişlər
    1. Dini məsxərə etmək o qədər günahdır ki, Peyğəmbər (s) də bu günahı bağışlatdıra bilmir.
    2. Nə qədər ki, insan peşman olmayıb, onun daxilində qiyam baş qaldırmayıb, Peyğəmbərin (s) də duaları səmərəsizdir.
    3. İnadkar münafiqə can yandırmaq faydasızdır.
    4. Allah Öz mərhəmətini əsirgəmir. Sadəcə münafiqlərin bağışlanma qabiliyyəti yoxdur.
    5. Küfr bağışlanmaya, azğınlıq hidayətə mane olur.
    Ayə 81:
    فَرِحَ الْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلاَفَ رَسُولِ اللّهِ وَكَرِهُواْ أَن يُجَاهِدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللّهِ وَقَالُواْ لاَ تَنفِرُواْ فِي الْحَرِّ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا لَّوْ كَانُوا يَفْقَهُونَ
    "Allah rəsulunun ziddinə olaraq döyüşdən boyun qaçıran, evdə oturmasından fərəhlənən, malı və canı ilə Allah yolu ilə cihaddan ikrah duyan, başqalarına "bu istidə (döyüş üçün) çölə çıxmayın” deyən kəslərə söylə ki, əgər bilərdilərsə, cəhənnəm odu daha yandırıcıdır.”
    Nöqtələr
    Bu ayə Təbuk döyüşü haqqındadır. Aydə münafiqlərin üç əlaməti zikr olunur: cəbhədən imtinaya münasibətdə peşmanlıq əvəzində fərəh; mal və canla cihadın ağırlığı; başqalarının cəbhəyə getməsinə maneçilik.
    Ötən ayələrə əsasən, münafiqlər başqalarının maddi yardım göstərməsinə mane olurdular. Bu ayəyə əsasən isə onlar cəbhəyə gedişin də qarşısını alır, soyuq münasibət yaradırdılar.
    Bildirişlər
    1. Cəbhəyə getməməkdən fərəh duymaq, peyğəmbər göstərişinə qarşı çıxmaq nifaq nişanəsidir.
    2. Cəbhəyə getməməkdən də pisi rəhbərə alçaldıcı münasibət və onun göstərişinə müxaliflikdir.
    3. Allahın rəsuluna sorğu-sualsız itaət lazımdır.
    4. Qorxaq mömin münafiqdən fərqlənir. Qorxaq mömin maddi yardım göstərir, cihadda iştirakı arzulayır. Münafiq isə nə kömək edir, nə də buna meyl göstərir.
    5. Münafiqlər xalqı cihaddan saxlamaq üçün mənfi təbliğat aparır, havanın isti olması kimi bəhanələr gətirirlər.
    6. Savaş astanasında hazır olmalıyıq ki, düşmənin mənfi təbliğatlarının qarşısını dərhal ala bilək.
    7. Düşmən təbliğatına cavab verərkən onların öz sözlərindən istifadə edək.
    8. Ölümdən sonrakı həyatı xatırlamaq cəbhəyə hərəkət üçün amil olur. Həqiqi möminlər heç vaxt havanın istiliyinə görə cihaddan qalmır.
    9. Münafiqlər üzdən keçir, məsələnin dərinliyinə vara bilmirlər.
    Ayə: 82
    فَلْيَضْحَكُواْ قَلِيلاً وَلْيَبْكُواْ كَثِيرًا جَزَاء بِمَا كَانُواْ يَكْسِبُونَ
    "Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar.”
    Nöqtələr
    Münafiqlər cihadı tərk etməklə hansı nemətləri əldən verdiklərini bilsəydilər, az şadlanıb, çox ağlayardılar. Bu nemətlərdən məhrumluğa görə bir ömür ağlamaq da azdır.
    Bildirişlər
    1. Çətinliklər səbəbindən ah-nalə çəkib ağlamaq cihaddan üz döndərənlərin dünyəvi cəzasıdır.
    2. Cəza əmələ münasibdir.
    3. Münafiqin bir neçə günlük fərəhi uzun-uzadı həsrət və göz yaşları ilə nəticələnir.
    Ayə 83:
    فَإِن رَّجَعَكَ اللّهُ إِلَى طَآئِفَةٍ مِّنْهُمْ فَاسْتَأْذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُواْ مَعِيَ أَبَدًا وَلَن تُقَاتِلُواْ مَعِيَ عَدُوًّا إِنَّكُمْ رَضِيتُم بِالْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَاقْعُدُواْ مَعَ الْخَالِفِينَ
    "Əgər Allah səni (bu döyüşdən sonra) münafiqlərdən olan bir tayfanın yanına qaytarsa və onlar səndən (digər bir döyüşə hərəkət üçün icazə istəsələr, de ki, siz heç vaxt mənimlə birlikdə döyüş üçün) çıxmayacaqsınız, heç vaxt mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz ilk dəfə evdə oturmaqla razılaşdınız. Belə isə (indi də) fərmandan çıxanlarla (evdə) oturun!”
    Category: Nur təfsiri (5-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 691 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024