İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Articles » Quran » Nur təfsiri (5-ci cild)

    Nur təfsiri (5-ci cild)
    "YUNUS” SURƏSİ
    (10-cu surə, 109 ayə)
    "Yunus” surəsinin siması
    Qurani-kərimin Məkkədə besətin əvvəllərində nazil olmuş 10-cu surəsi "Yunus” adlandırılmışdır. Surə 109 ayədən ibarətdir, onun əsas mövzuları tövhid, Quranın haqq olması, vəhyi inkar edənlərə cavab, müşrikləri qorxutma, yaranış və yaradanın əzəməti, dünyanın müvəqqətiliyi və axirətə diqqət mövzularıdır.
    Əvvəlki, "Tövbə” surəsi münafiqlər və onların cəzası haqqında danışırdı. Bu surədə isə müşriklərin rəftarı bəyan olunur.
    بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم
    Ayə 1:
    الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ
    "Əlif, Lam, Ra. Budur möhkəm və hikmətli kitabın ayələri.”
    Nöqtələr
    Quranın altı surəsi ardıcıl şəkildə "Əlif, Lam, Ra” müqəttəə hərfləri ilə başlayır: "Yunus”, "Hud”, "Yusuf”, "Rəd”, "İbrahim”, "Hicr”, "Rəd” surəsi "Əlif, Lam, Mim, Ra” müqəttəə hərfləri ilə başlamışdır.
    İmam Sadiq (ə) "Əlif, Lam, Ra” müqəttəə hərfləri haqqında buyurmuşdur: "Əlif” "Ənə”, "Lam” "Əllah”, "Ra”, "Rəuf” rəmzidir.”  Digər rəvayətlərdə bildirilir ki, bu hərflər Quranın mütəşabeh
    Nöqtələr
    indəndir. 
    Bildirişlər
    1. Quranın uca məqamı var. "Tilkə” uzağı bildirən işarə əvəzliyidir.
    2. Quran "həkim” kitabdır. O həm "həkəm”–hakimdir, həm hikmətli mətləblərə malikdir, həm də sabit məzmunludur. (Tarix, zaman və düşmən Qurana zərbə vura bilmir.)
    Ayə 2:
    أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَى رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُواْ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ قَالَ الْكَافِرُونَ إِنَّ هَـذَا لَسَاحِرٌ مُّبِينٌ
    "Xalqı qorxut, möminlərə müjdə ver. "Rəblərinin yanında onlar üçün yaxşı yer var” deyə onların özündən olan bir kişiyə vəhy etməyimiz xalqa təəccüblümü gəlir? Kafirlər dedilər: Həqiqətən, bu kişi aşkar cadugərdir.”
    Nöqtələr
    "Qədəmə sidqin” təbirinin bir neçə mənası var:
    1. Müsbət keçmiş; məsələn, mübarizədə və İslamda müsbət keçmişə malik olmaq;
    2. Doğru və yaxşı məqam;
    3. Həqiqi rəhbər və öncül; şiə və sünni rəvayətlərində bu təbirin Peyğəmbər (s) və Əliyə (ə) aid olduğu bildirilir. 
    4. Şəfaət; bəzi rəvayətlərdə bu təbir şəfaət məqamı kimi təqdim olunur. 
    Peyğəmbəri (s) rədd etmək üçün kafirlərin heç bir dəlili və məntiqi yoxdur. Onlar, sadəcə, bu işi mümkünsüz sayaraq itaətdən boyun qaçırırdılar. Onlar tövhid, nübuvvət, məad, imamət, kimi etiqadi əsasları da bu sayaq inkar edirdilər. 
    Bildirişlər
    1. Adətən, küfrün kökü vəhydən kənarlaşma və ona təəccüb edilməsi olur.
    2. Peyğəmbərlərin dəvətinin qaynağı ilahi vəhydir.
    3. Fərdlərin mənəvi ləyaqəti zahirdə görünmür. Bir şəxsə Allahın xüsusi lütfü yetişdikdə onu qəbul edək.
    4. Peyğəmbərlər nümunə olduqlarından xalqla və onların dərdləri ilə tanış olmalıdırlar.
    5. Peyğəmbərlərin vəzifəsi müjdə vermək və qorxutmaqdır.
    6. Anlamadığımız şeyi inkar etməyək. Çünki bu üsul kafirlərə məxsusdur.
    7. İman gerçək addım və Allah yanında xüsusi məqam üçün zəmindir.
    Ayə 3:
    إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُدَبِّرُ الأَمْرَ مَا مِن شَفِيعٍ إِلاَّ مِن بَعْدِ إِذْنِهِ ذَلِكُمُ اللّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ أَفَلاَ تَذَكَّرُونَ
    "Həqiqətən, Rəbbiniz o Allahdır ki, göyləri və yeri altı gündə, dövrdə yaratdı, sonra ərşi hökmü altına aldı. Aləmin işini idarə edir və sahmana salır. Ondan izinsiz heç bir şəfaətçi yoxdur. O, sizin Rəbbiniz olan Allahdır. Ona pərəstiş edin. Öyüd götürmürsünüzmü?”
    Nöqtələr
    "Altı gün” dedikdə yaranışdakı altı dövr, mərhələ nəzərdə tutulur. Bu təbir altı günə bərabər müddətə də işarə oluna bilər.
    "Ərş” tədbir mərkəzi, qüdrətə işarədir. Bir kəs "taxta çıxdı və ya taxdan düşdü” deyərkən həmin şəxsin qüdrətə çatması və ya kənarlaşdırılması nəzərdə tutulur. Allahın hakimiyyəti həm göylərin və yerin yaranışından əvvələ, həm də yaranışdan sonraya aiddir. Dünyadan sonra qiyamətdə də bütün varlıq Allahın hökmü altındadır. 
    İmam Sadiq (ə) buyurmuşdur: "Ərş dördbucaqlıdır. Çünki İslamın əsasını təşkil edən kəlmələr də dörddür: "Sübhanallah”, Əlhəmdulillah”, "La ilahə illəllah”, "Əllahu əkbər.” 
    Bildirişlər
    1. Aləmin yaranışı proqramla, vaxt ölçüsü ilə həyata keçmişdir. (Bütün varlıq aləminə proqram və idarəçilik hakim olduğu halda, hansı əsasla bu bağın çiçəyi olan insanı proqramsız saymaq olar?!)
    2. Öncə Allahı tanımaq, sonra Ona sitayiş etmək lazımdır.
    3. Varlıq aləmi qanunauyğun və məqsədlidir. İşin tədbiri üçün aqibət, hədəf, qanun şərtdir.
    4. Yalnız əlində xilqət və tədbir olan varlığa ibadət edilməlidir.
    5. Varlıq aləmi Allah tərəfindən yaradılmışdır və Onun əlindədir. Allah bu aləmi daimi bir hikmətlə idarə edir. Onun izni olmadan kimsə bu işə nüfuz edə bilməz. Bu həqiqətlərə diqqət bəndəlik və pərəstiş ruhunun yaranması üçün zəmindir.
    6. İstənilən bir mövcud yalnız Allahın təsdiqi ilə vasitə ola bilər. Heç bir əsas olmadan bütləri şəfaətçi seçməyək.
    7. İlahilik rübubiyyətdən ayrı deyil. Zalım hakimlər çalışırlar ki, Allahı yaradan kimi tanıtdırmaqla gözdən pərdə asıb idarəçiliyi öz öhdələrinə götürsünlər və dini siyasətdən ayırsınlar.
    8. İnsan öz yaradanına inanır, sadəcə, bu barədə xatırladılmağa ehtiyaclıdır.
    Ayə 4:
    إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا وَعْدَ اللّهِ حَقًّا إِنَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ بِالْقِسْطِ وَالَّذِينَ كَفَرُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُواْ يَكْفُرُونَ
    "Hamınızın qayıdışı Ona doğrudur. Bu, Allahın haqq olan vədidir. Odur yaranışa başlayan, sonra onu döndərən. Buna görə ki, iman gətirib saleh işlər görənləri ədalətlə mükafatlandırsın. Küfrə uğrayanlar üçün küfrlərinin cəzası olaraq yandırıcı mayedən içki və dərdli əzab olacaq.”
    Nöqtələr
    Bu ayə həm məad prinsipini, həm onun mümkünlüyünü, həm də bu həqiqətin mükafat və cəza kimi məqsədini bəyan edir.
    Mümkündür ki, "bil qist” dedikdə, iman əhlinin malik olduğu ədalətə görə mükafatlandırılması nəzərdə tutulmuşdur.  (Əlbəttə ki, ilahi fəzl ilə ədalət arasında ziddiyyət yoxdur. Quranın başqa ayələrində də Allahın artıq mükafatlarına işarə olunmuşdur. 
    Bildirişlər
    1. Qayıdışımız Allaha doğrudur. Onu-bunu razı salmaq fikrində olmayaq.
    2. Bütün insanlar ölümdən sonra diriləcək.
    3. Məad maddi, cismanidir.
    4. Allahın yaranışdakı qüdrəti Onun qiyamətdəki qüdrətini təsdiqləyir.
    5. Nəinki insan, hətta bütün varlıq aləmi növbəti dəfə yaradılar.
    6. Bütün varlıq aləmi bəşər üçün yaradıldığı kimi axirətdə də bəşərin mükafatlandırılması üçün bu yaranış təkrarlanar.
    7. Yaranış hələ də davam etməkdədir.
    8. Məadın əsas məqsədi möminlərin mükafatlandırılmasıdır. Kafirlər isə ilahi ədalət səbəbindən cəzalandırılır.
    9. İlahi mükafat ədalətə əsaslanır.
    10. Yaxşı işlərin dəyəri onların xeyirli məqsəd daşımalarındadır.
    11. Küfr üzərində israr əzab səbəbidir.
    Ayə 5:
    هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاء وَالْقَمَرَ نُورًا وَقَدَّرَهُ مَنَازِلَ لِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ مَا خَلَقَ اللّهُ ذَلِكَ إِلاَّ بِالْحَقِّ يُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
    "Günəşi parlaq, ayı işıqlı qərar verən Odur. Ay üçün mənzillər qərar verib ki, illərin sayını və hesabı biləsiniz. Allah bunları yalnız haqq əsasında yaratmışdır. Allah qövmə bilmələri üçün ayələri ətraflı bəyan edər.”
    Nöqtələr
    Quranda günəş haqqında "ziya”, ay haqqında "nur” təbirləri işlədilmişdir. "Ziya” güclü, "nur” zəif işıqdır.
    "Ziya” sözü "zəv” sözünün cəm forması kimi götrüldükdə çeşidli nurlara işarə oluna bilər. 
    Ayələrin ətraflı bəyanı dedikdə, Allahın yaranışdakı qüdrəti və düşüncə əhli üçün xilqətin genişlənməsinin aydınlığı nəzərdə tutula bilər. 
    Allah ilin hesablanması üçün səmada nişanələr qoyduğu kimi, xalqın hidayəti üçün yerdə peyğəmbərlər, tərbiyəçilər qərar vermişdir. Çünki bəşəriyyətin tərbiyəyə ehtiyacı, ilin hesabına olan ehtiyacdan daha mühümdür. 
    Bildirişlər
    1. Bütün mövcudların həyatı işıq və istilikdən asılıdır. Allah bu ehtiyacları günəş və ay vasitəsi ilə təmin edir.
    2. Planetlərin hərəkətində və onlar üçün orbitlərin təyinində insanın ehtiyacları nəzərə alınmışdır.
    3. Ayın hərəkətindəki nizam təbii, ümumi və həmişəlik bir təqvim tənzimləməyə imkan vermişdir. (Ayın forma dəyişiklikləri ilə günləri hesablamaq olur.)
    4. Şəri işlərdə hesab ölçüsü qəməri il və aydır.
    5. Rəqəmlərin və statistikanın insan həyatında mühüm rolu var.
    6. Yaranış əbəs deyil, haqqa əsaslanır.
    7. Təlim-tərbiyə üsullarından biri (ümumi söhbət yox,) konkret məsələnin açıqlanmasıdır.
    8. Yaranış sirlərini anlamaq üçün düşüncə və təlimə ehtiyac var.
    Ayə 6:
    إِنَّ فِي اخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللّهُ فِي السَّمَاوَاتِ وَالأَرْضِ لآيَاتٍ لِّقَوْمٍ يَتَّقُونَ
    "Həqiqətən, gecə və gündüzün get-gəlində, Allahın göylərdə və yerdə yaratdığında təqvalı qövm üçün (böyük) nişanələr var.”
    Nöqtələr
    İlahi nişanələr və ayələrin təfsiri ötən ayədə alimlər, bu ayədə isə təqva əhli üçün bəyan olundu. Nəticə bu oldu ki, həm bilən, həm də təqva yolunu tutanlar kama çatır. Təqvalı cahil və günahkar alim ilahi ayələrdən lazımınca bəhrələnmir.
    "İxtilaf” dedikdə həm get-gəl, həm də fərq mənaları anlaşılır.
    Gecə və gündüz arasında müəyyən cəhətlərdən ixtilaf var: bir-birinə nisbətən yerdəyişmə ; gecənin aramlıq, gündüzün səy üçün olması ; müxtəlif fəsillərdə onların uzunluğunun artıb-azalması; müxtəlif məntəqələrdə onların uzunluğunun dəyişməsi.
    Sual: Nə üçün bir qrup alim Allahı inkar edir?
    Cavab: Həqiqətin əldə olunmasında təkcə elm bəs etmir. Baxışları hədəf sahibləri və həqiqət sorağında olanlar müəyyənləşdirməlidir.
    Bildirişlər
    1. Bütün varlıq aləmi dəyişməkdədir.
    2. Hadisələrə lazımınca diqqət göstərək.
    3. Günah və bulaşıqlıq insanın bilik və araşdırmalarına mənfi təsir göstərir. (Təqva varlıq aləminin düzgün dərki üçün vasitədir.)
    Ayə 7:
    إَنَّ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا وَرَضُواْ بِالْحَياةِ الدُّنْيَا وَاطْمَأَنُّواْ بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ
    "Şübhəsiz, Bizimlə görüşə ümid bəsləməyən, (yalnız) dünya həyatından xoşhallanan, onunla aramlıq tapan, ona bağlanan, eləcə də, Bizim qüdrət nişanələrimizdən qəflətdə qalanlar...”
    Ayə 8:
    أُوْلَـئِكَ مَأْوَاهُمُ النُّارُ بِمَا كَانُواْ يَكْسِبُونَ
    "...Etdikləri əmələ görə onların yeri oddur.”
    Nöqtələr
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Kim Allahla görüşü sevərsə, Allah da onunla görüşü sevər.” 
    "Kəhf” surəsinin son ayəsində oxuyuruq: "Qiyamət və Allahla görüşə inananlar saleh iş görməlidirlər.”
    Bildirişlər
    1. İnsanın islahında ümid və qorxunun mühüm rolu var.
    2. İnsan qiyamətdən xəbərsiz qaldığı qədər dünyagir olur. Qiyamətə inananlar dünyapərəst olmamalıdırlar.
    3. Həqiqi arxayınlıq yalnız Allahın zikri ilə yaranır. Dünya qafillərə yalnız yalan aramlıq verə bilər.
    4. Cəhənnəmə düşməyin bir sıra səbəbləri var: məad və axirət mükafatlarının inkarı; ötəri dünyadan razılıq; ilahi ayələrdən qəflət; bəyənilməmiş əməl.
    5. Cəhənnəm insanın öz qazancıdır.
    Ayə 9:
    إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ تَجْرِي مِن تَحْتِهِمُ الأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ
    "Şübhəsiz, iman gətirib saleh iş görənlərin Rəbbi onları imanlarına xatir hidayət edər. Onlar altından çaylar axan nemət dolu bağlarda sakin olarlar.”
    Nöqtələr
    Hədisdə deyilir: "Qiyamətdə qəbrindən qalxdığı vaxt insanın saleh əməlləri nurani surətdə mücəssəm olub onu behiştə yönəldər.” 
    İlahi hidayət davamlı cərəyandır. Möminlərin hidayəti hər an artırılır. Onlar aşırımlardan qorunurlar, çıxılmaz vəziyyətdə üzlərinə qapı açılır.  Möminlər üçün yol işıqlandırılır.  İşlərindən düyün açılır.  Hər yerdə təmin olunurlar.  Qiyamətdə isə behiştə yönəldilirlər. 
    "Yəhdihim” təbirinin ünvanları müəyyənləşdirilmədiyindən bu təbir bütün cəhətləri əhatə edir.
    Bildirişlər
    1. İman əməldən ayrı deyil.
    2. Mömin hidayət əldə etmişsə də, daim buna ehtiyaclıdır. Allahın rəsulu və məsum imamlar da daim "bizi doğru yola hidayət et” demişlər.
    3. İlahi hidayət üçün özümüz zəmin yaratmalıyıq.
    4. İman və əməl arasında iman mehvərdir.
    5. Allah-təalanın möminləri hidayət etməsi mütləq və əhatəlidir.
    6. Allahın rübubiyyəti Onun daim möminlərə əl tutmasına səbəb olur.
    7. Behişt çayları nəinki ağacların, hətta behişt evlərinin də altından axır.
    Ayə 10:
    دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلاَمٌ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ
    "Onların (möminlərin) behiştdəki duası "Subhanəkəllahummə”, salamlaşmaları "salam”, dualarının sonu "əlhəmdulillahi Rəbbil aləmin”dir.”
    Nöqtələr
    "Salam” behişt əhlinin sözüdür və bu söz orada bütün fəzanı doldurar: Allah tərəfindən salam ; mələklər tərəfindən salam ; behişt əhlinin bir-birinə salamı .
    "Əlhəmdulillah” peyğəmbərlərin və övliyaların sözüdür. Həzrət Nuh zalım qövmünün əlindən xilas olduqdan sonra "əlhəmdulillah” dedi.  İbrahim də qoca yaşında Allahın ona əta etdiyi İsmail və İshaqa görə Allaha həmd oxudu.  "Əlhəmdulillah” möminlərin və behişt əhlinin sözüdür. 
    Hədisdə deyilir: behişt əhli "sübhanəkəllahummə” deməklə xidmətçiləri səsləyirlər. Onlar da dərhal hazır olub behişt əhlinin istəklərini təmin edirlər. 
    Hədisdə deyilir: Əgər bir bəndə Allaha həmd oxumağa məşğul olub nəsə istəməyi yaddan çıxarsa, Allah ona istəyəcəklərindən də artığını əta edər. 
    Bildirişlər
    1. Allah təkcə dünyada xatırlanmır, axirət də ilahi zikr yeridir.
    2. İnsan elə bir məqama çata bilər ki, onun dua və istəkləri də Allah tərəfindən əziz tutular. Belə bir münasibət də mömini kama çatdırar.
    3. Möminlər ilahi sifət müqabilində deyərlər: "Sübhanəkə”. Digər möminlərə isə "səlam” deyə müraciət olunar. İlahi nemətlərdən bəhrələnmə müqabilində "əlhəmdulillah” söyləyirlər.
    4. Mömin Allah aşiqidir. Behişt və onun ləzzətləri də ona öz məhbubunu unutdurmur. O nəyə baxırsa Allahın lütf və qüdrətini görür.
    5. Möminlərin sözü "sübhanallah” ilə başlayıb, "əlhəmdulillah” ilə başa çatır.
    Ayə 11:
    وَلَوْ يُعَجِّلُ اللّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُم بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ فَنَذَرُ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
    "Əgər Allah xalqın xeyir istəyindəki tələskənlikləri kimi onlara bəla çatdırmaqda da tələssəydi, şübhəsiz, əcəlləri çatmış olardı. Beləcə, bizimlə görüşə ümidvar olmayanları öz başına buraxarıq ki, öz azğınlıqları içində avara qalsınlar.”
    Nöqtələr
    Oxşar məfhumlarla "Kəfh” surəsinin 58-ci, "Fatir” surəsinin 45-ci ayələrində rastlaşırıq. Əgər Allah-təala insanları əməllərinə görə tez cəzalandırsa, hamı məhv olar. Bundan əlavə, vəzifənin əsas prinsipi olan ixtiyar, azadlıq aradan götürülər və itaət məcburi şəkil alar.
    "İsticaləhum bil-xəyr” dedikdə, Allahın xeyri sürətlə çatdırması və bəlanı təxirə salması nəzərdə tutula bilər.
    Bildirişlər
    1. İnsan xaraktercə tələskəndir. 
    2. Əgər Allah pis əməl sahiblərini dərhal cəzalandırsaydı, yer üzündə kimsə qalmazdı.
    3. "İstidrac”, yəni zalımların tədricən cəzalandırılması ilahi qanunlardandır.
    4. Kafirlərin dərhal məhv edilməməsi onların haqq olmasını göstərmir.
    5. Allahdan uzaqlaşıb, başı özünə qatılanların hansısa bir məqsədi yoxdur və onlar avaradırlar.
    6. Qiyamət həqiqətinin inkarı və bu həqiqətə diqqətsizlik tüğyan və ilahi lütfdən məhrumluq səbəbidir.
    Ayə 12:
    وَإِذَا مَسَّ الإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَّسَّهُ كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ
    "Böyrü üstdə yatdığı, oturduğu və ya durduğu halda insana bir zərər yetişdikdə Bizi çağırar. Amma elə ki, zərəri ondan uzaqlaşdırdıq, yolunu elə gedər ki, sanki heç vaxt düşdüyü çətinliyə görə Bizi çağırmamışdır. İsrafçılara öz əməlləri bu sayaq gözəl görünür.”
    Nöqtələr
    Allah-təala insanın naşükürlüyündən dəfələrlə söz açmışdır. İnsan çətinliyə düşdüyü vaxt Allahı çağırır, müşkülü həll olduqdan sonra isə Onu yaddan çıxarır.
    Bildirişlər
    1. İnsan ruhunun dərinliyində Allaha iman mayası vardır. Acı hadisələr Allah sorağında olan vicdan və fitrəti oyadır.
    2. Mövsümi, arabir dua edənlər məzəmmət olunur və onların işi dəyərsizdir.
    3. Bütün hallarda dua etmək olar: ayaq üstə, oturaq və ya uzanmış vəziyyətdə.
    4. Səmimi dua çətinlikləri aradan qaldırır.
    5. Rifah, firavanlıq qəflət zəminidir.
    6. İnsan naşükürdür.
    7. Maddi həyat Allahı unudanların nəzərində gözəl cilvələnir.
    8. Allahın lütflərini yaddan çıxarmaq bir növ israfdır.
    9. Rahatlıqda Allahı unudub çətinliyə düşdükdə dua edən kəs israfçıdır.
    10. Rifah içində yaşayanlar özlərindən razıdırlar.
    Ayə 13:
    وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُواْ وَجَاءتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَمَا كَانُواْ لِيُؤْمِنُواْ كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ
    "Həqiqətən, Biz sizdən əvvəlki ümmətləri zülmlərinə görə həlak etdik. (Çünki) peyğəmbərləri onlara möcüzə gətirdi, amma onlar inanmadılar. Biz bu sayaq günahkar qövmü cəzalandırırıq.”
    Category: Nur təfsiri (5-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 734 | Rating: 2.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024