İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (3-cü cild)

    Nur təfsiri (3-cü cild)
    RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
    Həmd olsun aləmlərin Rəbbinə! Allahın salamı olsun ağamız Məhəmməd (s) və onun məsum Əhli-beytinə!
    Ön söz
    Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də "Dərsi-xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik.
    Həmin vaxt eşitdim ki, Ayətullah Məkarim Şirazi bir qrup alimlə təfsir yazmaq qərarına gəlib. O mənim təfsir yazılarımı görüb bəyəndi və mən də onlara qoşuldum.
    İyirmi yeddi cildlik "Təfsiri-nümunə”nin başa çatması on beş il çəkdi. Həmin təfsir indiyədək dəfələrlə çap olunmuş və başqa dillərə tərcümə edilmişdir. "Təfsiri-nümunə”nin təqribən yarısı yazılıb tamamlandığı vaxt imam Xomeyninin (r) rəhbərliyi ilə İslam inqilabı qələbə çaldı. Elə həmin ilk günlərdə mərhum Əllamə Şəhid Mütəhhərinin göstərişi ilə televiziyaya getdim. Artıq iyirmi yeddi ilə yaxındır ki, hər cümə axşamı İran İslam Respublikasının televiziyasında "Quran dərsləri” adı altında proqramda çalışıram.
    "Təfsiri-nümunə” başa çatanadək həmin heyətlə həmkarlıq etdim. Amma bu arada belə bir fikrə düşdüm ki, radioda hamının anlaya biləcəyi bir səviyyədə təfsir dərslərinə başlayım. Bu məqsədlə "Təfsiri-nümunə”dən əlavə, başqa on təfsirdən də qeydlər götürdüm. Artıq səkkiz ildir ki, həftədə bir gün, eləcə də, ramazan ayında hər gün "Ayineye vəhy” adı altında radio verilişləri yayımlanır.
    Dəfələrlə təklif edildi ki, radiodan danışdıqlarımı kitab şəklində nəşr etdirim. Öz yazılarımdan bir neçə cüzünü Ayətullah hacı Seyyid Mehdi Ruhani, Ayətullah Misbah Yəzdi üçün oxudum və öz təfsir üslubuma daha çox əmin oldum. Qeydlərimi tərtib üçün höccətül-islam Məhəmmədi və höccətül-islam Mühəddisiyə təqdim etdim. Məcmuə hazır olduqdan sonra onu Qumun "Dər-rahe həqq” müəssisəsinə verdim ki, Ayətullah Ustadinin nəzarəti altında çap olunub, maraqlananların ixtiyarına verilsin.
    Həmkarlar
    Qurani-kərimin ilk dörd cüzünün təfsirinin hazırlanmasında höccətül-islam Dehşiri və höccətül-islam Cəfəri həftənin yarı hissəsini Tehrana gəlib, mənə kömək etdilər.
    Beşinci cüzdən on altıncı cüzədək isə höccətül-islam Seyyid Cavad Behişti və höccətül-islam Şeyx Mahmud Mütəvəssil bu müqəddəs işdə həmkarlıq etmişlər.
    İmtiyazlar
    1. Bu təfsirdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami, fəlsəfi terminlərdən pəhriz edilmişdir.
    2. Rəy əsasında təfsirdən pəhriz olunmuş, yalnız Quran ayələri və Peyğəmbər (s) Əhli-beytindən (ə) olan rəvayətlərə istinad edilmişdir.
    3. Bir çox bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən istifadə edilmiş, bəzi nöqtələr isə müəllif və əziz həmkarlar tərəfindən açıqlanmışdır.
    Allahdan istəyirik ki, hər birimizə ixlas, düşüncə, əməl, təbliğ və Quran maarifinin yayılması və bu müqəddəs işi başa çatdırmaq tövfiqi mərhəmət buyurub, Quranı bizim üçün dünya, bərzəx və qiyamət nuru qərar versin.
    Xalqdan istəyim budur ki, Quran təlimində yalnız tilavət, təcvid, tərtil və təvaşihlə kifayətlənməyib, Quranda düşünməyi və ona əməl etməyi əsas götürsünlər.
    Alim və fazillərdən təmənnam budur ki, təbliğ və tədrisdə Quran ali bir məqsəd kimi qarşıya qoyulsun və bütün məntəqələrdəki elmi mərkəzlərdə, mədəniyyət ocaqlarında, məscidlərdə və mədrəsələrdə Quran təfsiri dərsləri təşkil edilsin.
    İslam, Quran və Peyğəmbər (s) Əhli-beyti (ə) ilə tanışlığımda rolu olanlara təkbətək təşəkkür edir, onlar üçün, xüsusi ilə də ustadlarım, atam-anam üçün bağışlayan Allahdan mərhəmət diləyirəm.
    Eləcə də, bu təfsirin yazılmasında, tərtibində, islahında, çapında və yayılmasında mənə yardım edənlərə və işin təkmili üçün qurucu və faydalı tənqid və təklif verənlərə təşəkkür edirəm.
    Möhsün Qəraəti
    Ayətullah hacı Seyyid Mehdi Ruhanidən bir neçə xoş söz
    Rəhman və Rəhim Allahın adı ilə
    Bəşər həyatında, tarixi dönəmlərdə, xüsusi ilə də müsəlman tarixində böyük təsirə malik olan Qurani-kərimə onun məqamına layiq səviyyədə diqqət yetirilmədiyindən bu ilahi kitab xalq arasında qərib qalmışdır. Hansı ki, Quranda "Biz Quranı öyüd üçün asan etdik” buyurulur. Bununla belə, bir çoxları Quran dəyərlərini yaddan çıxarıb ona diqqətsizlik göstərmişlər. Necə ki, keçmiş ümmətlər haqqında Quranda buyurulur: "Onlara xatırladılanların bir hissəsini unutdular...” 
    Qurani-məcid əvvəldən axıradək bəşər üçün ilahi göstərişlərdən ibarətdir. Bütün bu bəyanatlarla tanış olmaq zəruridir. Xüsusi ilə də bəşəriyyətin dünyəvi və əbədi səadət yolunu göstərən ayələr və onlardakı nöqtələr haqqında düşünmək lazımdır. Qurani-məciddə həzrət Peyğəmbərə (s) belə müraciət olunur: "Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri öyüd götürsünlər.” 
    Bu müqəddimənin istəyi Qurani-məcidin bütövlükdə elə bir təfsirinin hazırlanmasıdır ki, bu təfsirdə əsas diqqət ayələrin mənasının dərk olunmasına yönəldilsin. Məlum olsun ki, hər bir ayənin məqsədi nədir, nəyə etiraz edir? Müasir dillə desək, bu təfsir "bəyani” bir təfsir olsun.
    Adətən, təfsir kitabları daha çox ədəbiyyat, onun şöbələri, kəlam elmi, məzhəbi mübahisələr istiqamətində peşəkar araşdırmalarla məşğul olur. Hər bir mütəxəssis öz ixtisasına aid terminlərlə araşdırma aparır. Bundan əlavə, mövzu haqqında söhbətlər olduqca uzun çəkir və bu hal insanların Qurani-məcidlə bütövlükdə tanış olmasına mane olur. Bəziləri isə Quran ayələrini şəxsi, çox vaxt isə yanlış əqidəsinin sübutu üçün əsas gətirir.
    Son zamanlar elm adamlarının ehtiyacına cavab verəcək bir təfsirin hazırlanması zəruri görünürdü. Həmin təfsirin hazırlanmasında aşağıdakı məsələlərə diqqət yetirilməli idi:
    1. Təfsir həm sadə və yetərli, həm də güclü olmalı idi;
    2. Quranın dərk olunmasını çətinləşdirən xüsusi terminlərdən pəhriz edilməli idi;
    3. Həyat problemlərini həll edən, müsəlman cəmiyyətinə təqdim olunası, hətta tərcümə edilib bütün dünyaya yayılası (bəşəriyyəti, təqva sahiblərini hidayət edəsi) mövzular araşdırılmalı idi. Çünki Quran mətləbləri konkret bir zaman, fərd və ya cəmiyyətə aid deyil;
    4. Ayələrdən alınan nəticələrdə Quran ayələrinə istinad olunmalı idi. Rəyə və şəxsi istəklərə, zəif rəvayətlərə əsaslanmaq olmazdı;
    5. Həzrət Peyğəmbərin (s) göstərişi əsasında "Səqəleyn”dən (iki əmanətdən) biri olan Əhli-beytdən nəql olunmuş mötəbər rəvayətlərə diqqət yetirilməli idi.
    Bu prinsiplər Möhsün Qəraətinin təfsirində nəzərə alınmışdı. Əgər həmin prinsiplərdən kənarlaşma müşahidə edilərsə, bu, məqsədli şəkildə edilməmişdir və inşallah, gələcəkdə islah olar.
    Ümid edirəm ki, dəyərli alim höccətül-islam Möhsün Qəraəti elmi keyfiyyətlərindən əlavə, təfsir sahəsində zövq sahibidir və ilahi kəlmələrin lətafətini yaxşı dərk edir. Onun öz təfsirini bu üsul və imtiyazlarla sona çatdıracağına ümidvaram.
    Uyğun təfsirin bir cüzdən çoxunu müəlliflə birlikdə müzakirə etdik və bəzi qeydlərimi ona bildirdim.
    Əziz müəllif hər bir ayəni sadə və yetərli bir şəkildə tərcümə etdikdən sonra onun mahiyyətini şərh etmişdir. Uyğun şərhlərdə müəllifin "bildirişlər” adlandırdığı nöqtələrə toxunulmuşdur. Əslində bu nöqtələr təfsirin ruhunu açıqlayır. Düzünə qalsa, bir çox məqamlarda həmin nöqtələr müəllifin xüsusi ixtirasıdır və xüsusi təravətə malikdir.
    Ümid edirəm ki, Qurani-kərim bir gün hövzə və universitetlərdə əsas mehvər olacaq. Necə ki, imam Zeynəlabidin (ə) "Səhifeye-səccadiyyə” kitabında Quranın xətm duasında buyurur: "Quran elə bir ədalət tərəzisidir ki, haqqın bəyanında dili qısa deyil.”
    Ümid edirəm ki, əziz müəllifin təfsir şivəsi və ixtiraçılıq yolu Quranın ali mətləblərinin gerçəkləşməsində irəliyə doğru bir addım olacaq. İnşallah, bu addım son addım olmaz və nəzər sahibləri növbəti addımlarda bu üsulu təkmilləşdirərlər.
    09 Rəbius-sani, 1414
    Mehdi Hüseyni Ruhani
    Müəllifdən
    Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə "Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və "Təfsiri-rahnüma”, "Nüxbətut-təfsir” kitablarındakı bəzi nöqtələr mətnlərə əlavə edildi.
    Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.
    Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!
    Sözsüz ki, Quran nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Quranın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!
    Möhsün Qəraəti
    "MAİDƏ” SURƏSİ
    (5-ci surə, 120 ayə)
    Altı, yeddinci cüzlər
    "Maidə” surəsinin siması
    120 ayədən ibarət olan bu surə həzrət Peyğəmbərin (s) vəfatından bir neçə ay əvvəl nazil olmuşdur. Surənin heç bir ayəsi nəsx edilməmişdir.
    Surə həzrət İsanın səmavi süfrə ("Maidə”) nazil olması ilə bağlı duasına görə (114-cü ayə) "Maidə” adlandırılmışdır. Surə "əhd və əqdlər” kimi də yad edilir. Bu surənin ayələri məcmusunda çox mühüm bir xəyanət (əhdin pozulması) haqqında xəbərdarlıq edilir.
    "Ya əyyuhəlləzinə amənu” (Ey iman gətirənlər”) xitabı ən çox bu surədə işlədilmişdir. Əgər "Bəqərə” surəsində bu xitabla on bir dəfə rastlaşırıqsa, bu surədə eyni ifadə ilə on altı dəfə xitab olunur.
    Bu surədə vilayət və rəhbərlik, üç üqnum əqidəsinin rəddi, əhdə vəfa, ədalətə şahidlik, qətlin qadağası, qidaların hökmləri, dəstəmaz, qüsl və təyəmmümün hökmləri, ictimai ədalətin sifarişi, vəsiyyət hökmləri, qisas, oğurluq və zinanın hökmləri kimi məsələlər nəzərdən keçirilmişdir.
    Surə sonuncu nazil olmuş surələrdən olduğu üçün onun əvvəlində "əvf ubil-uqud” cümləsi ilə əhdlərin yerinə yetirilməsi tapşırılır.
    بسم الله الرحمن الرحيم
    1. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَوْفُواْ بِالْعُقُودِ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الأَنْعَامِ إِلاَّ مَا يُتْلَى عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ إِنَّ اللّهَ يَحْكُمُ مَا يُرِيدُ
    "Ey iman gətirənlər! (Allah və xalqla olan) əhdlərə vəfa edin. (Qadağan hökmü) sizə oxunacaq şeylər istisna olmaqla dördayaqlılar (onların ətini yemək) sizin üçün halal edilmişdir. Ehram (həcc qiyafəsi) halında ovu halal saymayın. Həqiqətən, Allah istədiyini (məsləhət bildiyini) hökm edər.”
    Nöqtələr
    Ayədə "bəhimə” sözü dördayaqlılar və mal-qara mənasını bildirir. İnək, dəvə və qoyun "ənam” adlandırılmışdır. Quranda üç dəfə işlədilmiş "bəhimətul-ənam” ifadəsi bu dördayaqlıların ətinin halal olduğunu bildirir. İmam Sadiq (ə) buyurmuşdur: "Bəhimətul-ənam” dedikdə anasının paklığı onun üçün də paklıq sayılan, kəsilmiş heyvan bətnindəki bala ("cənin”) başa düşülür.”  Mərhum Feyz "Safi” təfsirində buyurur: "Bəlkə də bu rəvayət ayədə gizli qalmış şeyin nümunəsini bəyan edir. Ya da ananın qarnı baxımından onlar "bəhimət” adlandırıla bilər. Buna görə də bu ifadələrin nümunə olmasında ziddiyyət yoxdur. 
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Vəfası olmayanın dini yoxdur.”  Bəli, əgər əhdlərə əməl olunmasa, cəmiyyətin sütunları laxlayar, ümumi etimad aradan götürülər və hərc-mərclik baş alar.
    Quran hətta müşriklərlə bağlanmış peymana vəfalı olmağı lazım bilir. İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisə əsasən, hətta günahkarlarla bağlanmış peymana vəfa lazımdır. 
    Digər bir rəvayətə əsasən, əgər bir müsəlman kafir düşmənə işarə ilə aman verərsə, digər müsəlmanlar da işarə ilə həyata keçmiş bu peymana əməl etməlidirlər 
    Səmavi kitablar Allahın əhdləridir. Onlara vəfalı olmaq lazımdır. Əhde-qədim (Tövrat), əhde-cədid (İncil) və əhde-axir (Quran) bu qəbildəndir. Hədisdə Quranın ilahi əhd olduğu bildirilir. 
    Bildirişlər
    1. Müsəlmanlar bütün peymanlara, əhdlərə sadiq olmalıdırlar. Əhdin şifahi, yazılı, əməli olmasının fərqi yoxdur. Bu əhdlər siyasi, iqtisadi, ictimai və ya ailə ilə bağlı ola bilər. Əhd güclü də ola bilər, zəif də. Dost və düşmənlə, Allah və xalqla, fərd və cəmiyyətlə, kiçik və ya böyüklə, məntəqə ölkələri və ya uzaq məmləkətlərlə bağlanmış peymanlar mötəbərdir. Ayədəki "əl-üqud”, yəni əqdlər sözü "əlif-lam” artikli ilə başladığından bütün peymanları və əhdləri əhatə edir.
    2. Əhd və peymana vəfanın zəmanətçisi imandır.
    3. Əhdə vəfasızlıq və zülm ilahi nemətlərdən və lütflərdən məhrumluq rəmzi olduğu kimi,  əhdə sədaqət həmin lütf və nemətlərdən bəhrələnmə amilidir. (Bəli, vədəyə vəfalı olmaq xoş gün rəmzidir. Məsəl var ki, diqqətli və vəfalı insan xalqın malına şərikdir.)
    4. Bir halda ki, Allah bizim ixtiyarımızda növbənöv nemətlər qoymuşdur, Onun peymanlarına vəfalı olaq.
    5. İlahi peymanlardan biri qidaların halal-haramlıq hökmlərinə diqqətdir.
    6. İslamda həm ictimai, həm də iqtisadi məsələlərə diqqət yetirilir. (Əhdə vəfa ictimai, heyvanlardan faydalanma iqtisadi məsələlərdəndir.)
    7. Ölmüş və ya boğulmuş dəvə, inək və qoyun ətinin istifadəsi haramdır.
    8. Dördayaqlılar arasında halal olmayanları da vardır. (Çünki uyğun cümlə müəyyən növ dördayaqlılara aiddir.)
    9. Ehram halının ehtiramının hifzi üçün bəzi məhrumiyyətləri də dadmaq lazımdır. Ehramda olan insan ovdan çəkinməlidir.
    10. Ehram vəziyyətində qadağalara əməl Allahla əhd və peymana vəfa hallarındandır.
    11. Ehram (həcc halı) Allahla əhd-peymandır.
    12. Ehram xüsusi və möhtərəm bir haldır.
    2. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحِلُّواْ شَعَآئِرَ اللّهِ وَلاَ الشَّهْرَ الْحَرَامَ وَلاَ الْهَدْيَ وَلاَ الْقَلآئِدَ وَلا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلاً مِّن رَّبِّهِمْ وَرِضْوَانًا وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُواْ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُواْ وَتَعَاوَنُواْ عَلَى الْبرِّ وَالتَّقْوَى وَلاَ تَعَاوَنُواْ عَلَى الإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ
    "Ey iman gətirənlər! İlahi mərasimlərin, haram ayın, həcc qurbanlığı və həcc üçün nişanlanmış heyvanların, Allahdan fəzl və razılıq diləyən Allah evi yolçularının hörmətini sındırmayın. Ehram halından çıxdığınız vaxt (və ümrə əməllərini sona çatdırdıqda) ov edə bilərsiniz. Sizi Məscidül-həramdan çıxarmış dəstə ilə düşmənçilik sizi ədalətsizliyə və təcavüzə vadar etməsin. Yaxşı işlərin icrasında və çirkinliklərdən uzaqlıqda bir-birinizə yardım göstərin. Heç vaxt günah və sitəmdə bir-birinizə kömək etməyin və Allahdan çəkinin. Həqiqətən, Allahın cəzası ağırdır.”
    Nöqtələr
    Həcdə qurbanlıq üçün hədiyyə olunan əlamətsiz heyvan "hədy” adlanır. "Qəlaid” isə həcc mərasimindən öncə boynundan bir şey asılmaqla və ya damğalanmaqla həcc qurbanlığı nişanı vurulan heyvanlardır.
    Allah-təala bu ayənin əvvəlində bütün mərasimlərə hörməti vacib və onlara ehtiramsızlığı haram buyurmuşdur. Amma mərasimlər arasında bir neçə hal xüsusi qeyd edilmişdir. O cümlədən: rəcəb, zil-qədə, zil-hiccə, məhərrəm ayları. Bu aylarda döyüş haram buyurulmuşdur. Zih-hiccə ayında həcc əməlləri yerinə yetirilir. "Hədy” nişansız, "qəlaid” isə nişanlı qurbanlıqdır.
    Hicri altıncı ildə müsəlmanlar Mədinədən Məkkəyədək həcc məqsədi ilə səksən fərsəx yol adladılar. Amma kafirlər bu işə mane oldular. Hüdəybiyyə sülhü önə gəldi. Məkkə ki, fəth olunmuşdu, təcavüzə yol verilməməli idi.
    Elm təhsili "birr”, yəni yaxşı işdirsə, mədrəsə, kitab, kitabxana, laboratoriya, nəqliyyat və ustad təminatı da bu işə yardımlardandır.
    Yaxşılıq və paklıqda yoldaşlıq və yardım
    "Bəqərə” surəsinin 177-ci ayəsində "birr”in bəzi nümunələri bəyan olunmuşdur: Allaha və qiyamət gününə, mələklərə və səmavi kitablara, peyğəmbərlərə və övliyalara iman, cəmiyyətdəki məhrumlara kömək, peymanlara sədaqət, işlərdə səbir.
    Çoxsaylı rəvayətlərdə yaxşılığa yardım, məzlumlara və məhrumlara kömək sifariş olunmuşdur. Bununla yanaşı, zalımlara kömək qadağan edilmişdir. Burada təbərrük olaraq bir neçə hədis zikr edirik:
    "İmam Sadiq (ə) buyurmuşdur: "Başqalarına yardım üçün addım atan şəxsin mücahid və döyüşçü savabı var.”  "İnsan xalqa yardım göstərmək fikrində olana qədər Allah ona yardım edir.”  "Müsəlmanın yardım göstərməsi bir ay müstəhəb oruc və etikafdan üstündür.”  "Zalıma yardım göstərən şəxs özü də zalımdır.” "Zalıma hətta məscid tikməkdə belə kömək etməyin.” 
    Bildirişlər
    1. Allahın möminlərdən xüsusi bir intizarı var.
    2. İlahi mərasimlərə və nişanələrə ehtiram iman əhlinin vəzifəsidir.
    3. İlahi mərasimlərə və nişanələrə qarşı hörmətsizlik haramdır.
    4. Zamanın ayrı-ayrı dönəmləri fərqlidir. Bəzi günlərin "əyyamullah” (Allah günləri) və bəzi ayların haram aylar kimi xüsusi hörməti var.
    5. İlahi məqsəd yolunda ayrılmış heyvana da hörmət lazımdır.
    6. Allah evinin yolçularına ehtiram göstərilməlidir. (Allah evi ziyarətçilərinin ehtiram və əmin-amanlığını pozan istənilən bir proqram haramdır. İstər həcc səfəri olsun, istərsə də ümrə.)
    7. Həcdə əsil məqsəd Kəbənin ziyarətidir.
    8. Həcc və ümrə dünya və axirəti qazanmaq üçün bir yoldur.
    9. Halal fayda ardınca getmək bir dəyərdir. Quran Allah fəzlini ilahi razılıq və yaxınlıqla yanaşı tutmuşdur.
    10. İslam ölkələri üçün Məkkədə iqtisadi fəaliyyət və tacarət azaddır.
    11. Maddi faydalar Allahın insana fəzli və ilahi rübubiyyət şənindəndir.
    12. Müəyyən dövrdə başqalarının düşmənçiliyi bizə başqa bir dövrdə zülm və təcavüzə əsas vermir.
    13. Ədalətsizlik və həddi aşmaq haramdır. Düşmənlərlə münasibətdə də bu prinsip gözlənilir. (İntiqam alarkən də ədaləti gözləyin.)
    14. Dini hisslər zülm üçün bəhanə ola bilməz.
    15. Əhdlərə vəfa, ilahi mərasimlərin hörmət və müqəddəsliyinin qorunması yardıma ehtiyaclıdır.
    16. Başqalarının xatalarına göz yummaq yaxşılığa yardım yollarından biridir.
    17. İslam hökuməti və islami cəmiyyət beynəlxalq səhnədə məzlumları və yaxşı işləri himayə, zülm və pislikləri məhkum etməlidir.
    18. Fəzilətlərin hərtərəfli inkişafı üçün şərait hazırlanmalı və həmin məqsədə çatmaq yolunda yardım göstərilməlidir.
    19. Qəbilə, məntəqə, irq və dil yox, həqiqət himayə olunmalı "birr”ə yardım edilməlidir.
    20. İslam cəmiyyətində xeyirxah fərd tənha deyil və zalımın yardımçısı yoxdur.
    21. İlahi nişanələrin müqəddəsliyini sındırıb, pisliyə kömək göstərən kəslər ilahi cəzaya hazırlaşmalıdırlar.
    3. حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلاَّ مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُواْ بِالأَزْلاَمِ ذَلِكُمْ فِسْقٌ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
    "Ölü heyvan, qan, donuz, Allahdan qeyrisinin adına kəsilmiş heyvan, boğulma, döyülmə, yıxılma, buynuzla vurulma səbəbindən ölmüş heyvan, yırtıcıların parçaladığı heyvan (ətini yemək) sizə haram edilmişdir. (Yırtıcı tərəfindən öldürülməmiş) şəri qaydada kəsilənlər istisnadır. Eləcə də, bütlər üçün kəsilmiş və ya qumar oxları vasitəsi ilə bölünmüş heyvanlar haramdır. Bütün bunlar Allaha itaətsizlikdir. Bu gün (hicri onuncu il, zil-hiccə ayının on səkkizinci günü Həzrət Əli (ə) Allahın əmri ilə Peyğəmbərə (s) canişin seçildi) kafirlər sizin dininizdən (onun məhv olmasından) məyus oldular. Onlardan yox, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim və Öz nemətimi sizin üçün tamamladım.
    İslamı sizin üçün din olaraq seçdim. Hər kəs aclıqdan əziyyət çəksə, günaha meyl etmədən (haram olmuş qidalardan bəhrələnə bilər), həqiqətən, Allah bağışlayan və mehribandır.”
    Category: Nur təfsiri (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-07-31)
    Views: 984 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024