İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Nöqtələr
    Məkkəlilərdən bir dəstəsi öz canlarını hifz etmək üçün peyğəmbərin yanına gəlib münafiqcəsinə İslamı qəbul etdiklərini bildirirdilər. Onlar Məkkəyə qayıtdıqları vaxt bütpərəstliyə üz tutur və bu yolla kafirlərin işkəncələrindən yaxa qurtarırdılar. Onlar bu yolla hər iki tərəfin mənafelərindən bəhrələnir və hər iki tərəfin təhlükəsindən amanda qalırdılar. Əlbəttə ki, onların küfrə meylləri daha çox idi.
    Bildirişlər
    1. Allah müsəlmanları düşmənlərin gələcək planlarından agah edir.
    2. Müsəlmanlar müxtəlif növ düşmənlərini tanıyıb onların hər biri ilə münasib şəkildə rəftar etməlidirlər.
    3. Deyilən hər sözə inanmayın.
    4. Münafiqlərin məqsədi rifah və asudə yaşayışdır.
    5. Fərqli mühit və şəraitlərdə insanların iç xasiyyətləri üzə çıxır.
    6. Münafiqlərin ruhu küfrə meyllidir. Şərait olan kimi onlar küfrə batırlar.
    7. İslam quruluşuna qarşı çıxan münafiqlərlə sərt rəftar olunmalıdır.
    8. Münafiqləri tanımaq üçün agahlığa, dəqiq məlumatlara ehtiyac var. Ayədəki "səqiftumuhum” sözü "səqafə” sözündən olub elm və mədəniyyət mənasını daşıyır.
    9. Müsəlmanlar bütün sahələrdə kafirlərə hakim olmalıdırlar.
    10. İslam hökuməti fitnəkar münafiqlərin məhvində və cəmiyyətin paklanmasında ixtiyar sahibidir.
    92. وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلاَّ خَطَئًا وَمَن قَتَلَ مُؤْمِنًا خَطَئًا فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَى أَهْلِهِ إِلاَّ أَن يَصَّدَّقُواْ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّ لَّكُمْ وَهُوَ مْؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَإِن كَانَ مِن قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِّيثَاقٌ فَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَى أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةً فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِّنَ اللّهِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا
    "Digər bir mömini öldürmək heç bir möminə yaraşmaz. Bu iş yalnız səhvən mümkündür. Bir mömini səhvən öldürən kəs mömin bir qul azad etməli, qətlə yetirilənin qan bahasını ailəsinə verməlidir. (Qətlə yetirilənin ailəsi ölənin diyəsini) bağışlasa, bu hal istisnadır. Əgər öldürülən sizinlə düşmənçilik edən qövmdəndirsə, (cəriməsi yalnız) bir mömin qul azad etməkdir. Əgər öldürülən aranızda müqavilə olan bir qövmdəndirsə, onun diyəsini ailəsinə ödəyin və bir mömin qul azad edin. Əgər (azad etmək üçün qul və diyə üçün pul) tapmasanız, iki ay ardıcıl oruc tutun. Bu (yüngülləşdirmə) qayıdış xalqa Allah tərəfindəndir. Allah biləndir və hikmət sahibidir.”
    Nöqtələr
    Əyyaş ibn Əbu Rəbiə adlı bir müsəlman Məkkədə uzun illər Haris adlı biri tərəfindən işkəncələrə məruz qalmışdı. Bir gün o, Mədinəyə hicrətdən sonra Harisin İslamı qəbul etməsindən xəbərsiz olduğu halda onu şəhərdə görüb kafir ünvanı ilə öldürdü. Xəbər həzrət Peyğəmbərə (s) çatdı. Bu ayə nazil oldu.
    Diyə (qan bahası) ödəməyin təsirləri var:
    a) Diyə öldürülənin ailəsi üçün məlhəmdir.
    b) Diyə xalqda yersiz düşüncələrin qarşısını alır. Kimsə deyə bilmir ki, səhvən adam öldürməyin əvəzi yoxdur.
    v) Diyə fərdlərin həyatına və cəmiyyətin əmin-amanlığına ehtiramdır.
    q) Diyə qətl nəticəsində ortaya çıxan iqtisadi ödənişdir.
    Öldürülənin yaxınları müsəlmanların düşmənlərindən olsa, onlara qanbahası verilmir. Əgər belə bir diyə ödənsəydi, düşmənlərin iqtisadi durumu güclənərdi. Bundan əlavə, İslam öldürülən möminlə onun kafir ailəsi arasında rabitəni qırır. Belə bir halda əvəz ödəmək üçün səbəb qalmır.
    İmam Sadiq (ə) buyurmuşdur: "Bir qul azad etmək Allah haqqının, diyə vermək isə öldürülənin ailəsinin haqqının ödənməsidir.”("Nurus-Səqəleyn”, c. 1, s. 530.)
    Kamil bir diyə, qanbahası adi bir şəxsin qazancı qədərdir. Bu diyə min misqal qızıl, ya yüz dəvə, ya da iki yüz inək miqdarında təyin olunmuşdur.(Təfsire-Əl-Mizan”. )
    Ayədə diyə miqdarı bəyan olunmamışdır. Bu məsələnin örtülü qalması həqiqi Quran təfsirçilərinə, peyğəmbər və Əhli-beyt buyruqlarına ehtiyacı daha çox hiss etdirir.
    Öldürülən müsəlmandırsa, onun ailəsinə ödənəsi diyə əvvəlcə bir qul azad etmək, sonra qanbahası ödəməkdir. Ailə kafir olduqda, əvvəlcə söhbət qanbahasından, sonra qul azad edilməsindən gedir. Bəlkə də bunun səbəbi qeyri-müsəlmanların maddiyyata daha çox önəm verməsidir. Diyə ödəməklə mövcud olan peymanlar hifz oluna bilər.
    Bildirişlər
    1. Günahsızın qətlə yetirilməsi İslamda haramdır.
    2. Qətl imanla uyuşmur.
    3. Mömin xata edə bilər. Ona görə diqqətli olmalıdır.
    4. Müsəlmanın həyatı o qədər hörmətlidir ki, onun səhvən öldürülməsi də asanlıqla bağışlanmır.
    5. Səhv cəzanın yüngülləşdirilməsində əsas meyardır.
    6. Möminin həyatının bahası imanlı qulun azad edilməsidir.
    7. Azad edilmə də bir növ həyatdır. Əgər bir nəfərin həyatı alınırsa, bir başqasının həyatı əvəz olaraq azad edilməlidir.(Təfsire-Əl-Mizan”. )
    8. Qulların azad edilməsi İslam proqramı boyu izlənilir.
    9. Diyə verilməsi öldürülənin ailəsinin istəyindən asılı deyil. Qatilin vəzifəsi diyə ödəməkdir.
    10. Hər kəsə diyə verilməməlidir. Diyə öldürülənin ailəsinə verilməlidir ki, haqq öz sahibinə çatsın.
    11. Öldürülənin ailəsi qanbahasının sahibidir.
    12. Xatakara diyə təyin olunması İslam quruluşunda cərimənin mövcudluğu rəmzidir.
    13. Əsəbi, həyəcanlı hallarda da insani hisslər və mərhəmət unudulmamalıdır. Xatakarı bağışlamaq özü də bəyənilmiş bir sədəqədir.
    14. İman o qədər dəyərlidir ki, bəzən kafiri də möminlər cərgəsinə qatır. Həmpeyman kafirə də qanbahası ödənməlidir.
    15. Cərimə növü bir tərəfdən möminlərin faydasına olmalı, digər bir tərəfdən kafir cəmiyyəti gücləndirməməlidir. Ona görə də silahlı (hərbi) düşmənə diyə ödəmək qadağandır.
    16. Qul azad olunmasında imanın şərt qoyulması qulları İslamın qəbuluna həvəsləndirir.
    17. İslam və onun qanunlarında çıxılmaz vəziyyət yoxdur. İslam hökmləri yüngülləşdirə bilsə də, tamamilə aradan götürmür.
    18. İslamda cərimə fərdlərin fiziki və iqtisadi gücü miqdarındadır.
    19. Ardıcıl tutulan oruc ruhu paka çıxarmaq vasitəsidir.
    20. İslam fərdlərin imanına istinad edir. Qul azad olunması və diyə ödənməsi müşahidə olunan işlərdirsə, oruc tutmaq pərdə arxasında qalır. Bu vasitə ilə insan öz dini və əxlaqi vicdanını cərimələyir.
    21. Möminin həyatı çox mühümdür. Kəffarələr ilahi yüngülləşdirmələr növüdür.
    22. Bilməyərəkdən baş verən qətl də insanı ilahi lütfdən uzaqlaşdırır. Diyə ödənməsi və qul azad olunması qatili ilahi lütf fəzasına qaytaran yoldur.
    23. İlahi qanunlar elm və hikmətə əsaslanır, məsələ bütün tərəflərdən mülahizə olunur.
    93. وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
    "Hər kəs bir mömini bilərəkdən öldürsə, cəzası cəhənnəmdir və həmişə orada qalacaq. Allah ona qəzəb və lənət etmiş, onun üçün böyük bir əzab hazırlamışdır.”
    Nöqtələr
    Ühüd döyüşünün böhranlı şəraitində müsəlmanlardan biri digər bir müsəlmanı cahiliyyət dövründən qalmış bir mübahisəyə görə öldürdü. Həzrət Peyğəmbər (s) vəhy yolu ilə məsələdən xəbər tutub Ühüddən qayıdarkən Qoba məhəllində həmin möminin qətlinin qisası haqqında göstəriş verdi. Göstərişə əsasən qatil öldürülməli və onun peşmançılığına məhəl qoyulmamalı idi.("Məğazi”, c. 1, s. 304; "Peyğəmbərlik və cihad” s. 327. )
    İslam müsəlmanların həyatının və əmin-amanlığının qorunmasına ciddi əhəmiyyət vermiş və əbədi əzab vəd etməklə qətl və ağır cinayətlərin qarşısını almışdır. Bu ayədə möminin bilərəkdən qətlə yetirilməsi ilə bağlı işlədilmiş təbirlər heç bir günah haqqında deyilməmişdir. İmam Sadiq (ə) buyurmuşdur: "Bilərəkdən mömini qətlə yetirən kəsin tövbəsi qisasdır.”("Təfsire-Nurus-Səqəleyn”; "Kafi”, c. 7, s. 276. )
    "Təəmmud” "əmud” sözündəndir. İşin əsasını niyyət təşkil etdikdə, iş əvvəlcədən müəyyənləşdirilmiş məqsədlə həyata keçirildikdə ona "əmdi”, yəni "bilərəkdən olan iş” deyilir.
    Çoxsaylı rəvayətlərdə qətlin böyük günah olduğu bəyan olunmuşdur. O cümlədən:
    1. Qiyamətdə haqqında sorğu-sual olunası ilk məsələ günahsızın qətlə yetirilməsidir.
    2. Ən qəddar fərd insanı öldürən və ya vurandır.
    3. Qatil qətl günahından əlavə, öldürdüyü şəxsin günahlarına da sahib olur.
    4. Möminin qətlində göy və yer əhli şərik olarsa, hamısı əzaba çatar.
    5. Bütün dünyanın məhv olunması günahsız bir insanın öldürülməsindən asandır.("Vəsail”, c. 19, s. 2. )
    Bildirişlər
    1. İslam quruluşunda heç bir məqam boş yerə başqasını qətlə yetirməyə və edama icazə vermir.(Bax: "Bəqərə”, 258. )
    2. İnsanın dəyəri onun düşüncə və əqidəsindən asılıdır.
    3. Bilərəkdən baş verən günahların sorğu-sualı, hesabı ayrıdır.
    4. Qətl və qan tökülməsi kəbirə günahlardandır.
    5. Ağır cəzalar cəmiyyətdə fəsadın qarşısını alan, əmin-amanlığı hifz edən amillərdəndir.
    94. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللّهِ فَتَبَيَّنُواْ وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِندَ اللّهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ اللّهُ عَلَيْكُمْ فَتَبَيَّنُواْ إِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
    "Ey iman gətirənlər! Nə vaxt Allah yolunda (cihad üçün) qədəm götürsəniz, (düşmənin işlərini) araşdırın. Sizə müsəlman olduğunu və sülhə gəldiyini bildirənə deməyin ki, «sən mömin deyilsən» və bu bəhanə ilə dünya malı və qənimət ələ gətirməyin. Çünki böyük qənimətlər Allahın yanındadır. Siz də əvvəllər belə idiniz. Allah sizə minnət qoydu (iman canınıza nüfuz etdi), belə ki, araşdırın (tələsik silaha əl atmayın), Allah daim gördüyünüz işlərdən yaxşıca agahdır.”
    Nöqtələr
    Xeybər döyüşdən sonra Həzrət Peyğəmbər (s) Üsamə ibn Zeydi müsəlmanlardan bir dəstəsi ilə Fədək kəndlərindən birindəki yəhudilərin üstünə göndərdi. Onlar yəhudiləri ya İslama, ya da zimmə şərtlərini qəbul etməyə dəvət etməli idilər. İslam qoşununun gəlişindən xəbər tutan Mirdas adlı bir yəhudi var-dövlətini və ailəsini bir dağda gizlətdi. Sonra da tövhid və nübüvvətə şəhadət verən halda müsəlmanların pişvazına çıxdı. Üsamə həmin yəhudinin qorxudan belə etdiyini güman edib onu öldürdü və mal-mülkünü qənimət kimi götürdü. Həzrət peyğəmbər müsəlmanlığı qəbul etmiş bir şəxsin qətlə yetirilməsindən narahat oldu.
    Cihadda maddi təmənnalar və qənimət əldə olunması məqsədi məzəmmət olunmuşdur. İnqilabi hərəkət adı altında tələsik qərar çıxarmaq və araşdırmadan kimsəni öldürmək tənqid edilmişdir.
    "Siz də əvvəl belə idiniz” cümləsindən aydın olur ki, siz də əvvəllər zahirdə müsəlman olmuşdunuz. Belə bir nöqtə də nəzərdə tutula bilər ki, ("Əl-Mizana” əsasən) siz də cahiliyyət dövründə qənimət uğrunda savaşırdınız və İslam bu amili aradan qaldırdı.
    «İslamın izharı» dedikdə, şəhadət kəlmələrinin deyilməsi nəzərdə tutula bilər. Burada həm də İslamın qəbulu yox, atəşkəs və sülh təklifi mənası da düşünülür. Bu halda ayənin mənası belə olur: Savaşdan çəkinib təslim olduğunu bildirənə deməyin ki, «sən dediyinə inanmırsan, yalan deyirsən.» Qarşı tərəfin iddiasını qənimət əldə etmək məqsədi ilə inkar etdib onu qətlə yetirmək caiz deyil.("Təfsire-Rahnüma”. )
    Ayənin sonundakı "araşdırın” göstərişi cahiliyyət tarixinin araşdırmasına işarə ola bilər. Müsəlmanların nəzərinə belə bir məna çatdırıla bilər ki, İslamdan qabaq siz də dünya malı üstə savaşırdınız. Belə ki, tarixi araşdırın və İslamın necə inkişaf etdiyini görün, beləliklə İslamı təzə qəbul edənlərdən böyük tələbləriniz olmasın.("Təfsire-Rahnüma”. )
    Bildirişlər
    1. Cihad düşmənin vəziyyəti və məqsədləri haqqında məlumatlara əsaslanmalıdır.
    2. İslamı qəbul etdiyini deyənləri qoynunuza alın.
    3. Cihad cəbhəsində gücünüzdən sui-istifadə etməyin.
    4. Başqalarına dinsizlik damğası vurmaq, tələsik halda insanları küfrdə ittiham etmək qadağandır.
    5. Biz insanların batini yox, zahiri əsasında rəftar etməliyik. Əgər qarşı tərəfin dediyini qəbul etmiriksə, dərhal rədd etmək də olmaz.
    6. Elə düşünməyin ki, yalnız bir şəxsin iddiasının qəbulu üçün dəlil lazımdır. Bu iddianı rədd etmək üçün də dəlilə ehtiyac var.
    7. Maddi məqsədlərlə başqalarını küfrdə suçlamayın.
    8. Döyüşlərdə maddi məqsədləri kənara qoyun. Cihadın müqəddəsliyini qənimət tamahı ilə sındırmayın.
    9. Canını ovcunda tutmuş mücahidlər də dünya cazibələrindən xilas ola bilmirlər.
    10. Cihadda məqsəd başqalarını İslama gətirməkdir, qənimət əldə etmək yox! Qənimət xatirinə başqalarını dinsizlikdə suçlamayın.
    11. Cihadda niyyəti maddi rənglərdən qorumaq çox mühümdür.
    12. Dünya ötəri, davamsızdır.
    13. Mömin mücahidin əxlaqı zöhd və dünyaya etinasızlığa əsaslanmalıdır.
    14. Araşdırmamış, tələsik addım atmayın. Allah maddi problemləri həll edər.
    15. İlahi mükafatlar haqqında düşüncə insanın nəzərində dünyanı kiçildir.
    16. Maddi nemətləri də Allahdan istəyin.
    17. İnsan fitrətən maddi mənafelər sorağındadır. Bu ehtiyac bir yolla ödənməlidir. Yaxşı olar ki, üstün dəyərləri tanımaqla, fitri meyllərə istiqamət verməklə ruhumuzu cüzi və dəyərsiz faydalar uçurumuna süqut etməkdən qoruyaq.
    18. Dünyapərəstlik cahillik xüsusiyyətidir.
    19. Özünüzü başqalarının yerinə qoyub, sonra mühakimə yürüdün. Siz də bir gün qarşınızdakı kimi geridə idiniz.
    20. İmanınıza görə qürrələnməyin. Bu iman Allahdandır.
    21. İlahi hidayətlər Allahın bizə olan minnətidir.
    22.Nemətlər verildikcə məsuliyyət də artır.
    23. Nahaq qətlin təhlükə və zərəri düşmənlər tərəfindən nifaq və qənimətləri itirmək təhlükəsindən və zərərindən daha böyükdür. Xalqın malını, canını və şəxsiyyətini qorumağı öhdəsinə götürənlər ehtiyatlı olmalı, dəqiq araşdırma aparmalıdırlar.
    24. Nə tez inanan olun, nə də inkarçı.
    25. Döyüş meydanlarında günahsızların da qətlə yetirilməsi şəraiti böyük olur. Ağıl və hövsələ ilə bu işdən çəkinin. Hissə qapılmayın. Allah agah və görəndir.
    95. لاَّ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُوْلِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُـلاًّ وَعَدَ اللّهُ الْحُسْنَى وَفَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
    "Heç bir üzr olmadan cihaddan geri çəkilən möminlər öz malı və canı ilə Allah yolunda cihad edən mücahidlərlə eyni deyil. Allah malı və canı ilə cihad edənləri (döyüşdən) geri oturanlardan bir dərəcə üstün etmişdir. Allah bütün möminlərə daha yaxşı vəd vermişdir. Amma Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün qərar vermişdir.”
    Nöqtələr
    Cihad cəbhəsinə getməyənlər bir neçə dəstədir:
    İmansız münafiqlər, qorxaq müsəlmanlar, rifahtələblər, şəkkaklar, himmətsizlər. Cəbhədən çəkinənlərin bir qismi deyir: "Biz malımız, sözümüz, qələmimiz, duamızla mücahidləri himayə edirik.” Onlar cihadı hamıya vacib saymırlar. Ayə son qrup haqqında bəyanatla başa çatır və onlar tənqid olunurlar. Çünki digər qruplar başqa məqamlarda, çoxsaylı bəyanatlarla şiddətlə tənqid olunmuşlar. Onların heç bir dərəcəsi yoxdur ki, mücahidlər onlardan bir dərəcə üstün olalar.
    Rəvayətdə deyilir ki, xəstəlik səbəbindən savaşa qatılmayanlar, amma qəlbləri mücahidlərlə döyünənlər cihadda onlarla bərabər savaba malikdirlər.("Təfsire-Safi”. )
    Ayə "kifayi” vacib əmələ aiddir.”(Kifayi vacib əməl odur ki, bir qismin həmin işə qatılması ilə ehtiyac aradan qaldırılsın və qalan hissənin bu işə qatılmasına ehtiyac qalmasın.) Əgər cihad "eyni” vacib (hamıya vacib) olsaydı, bu işə qatılmayanlar xilafkar kimi tanıtdırılardı.
    Bildirişlər
    1. Təbliğ və təşviq üsulu mərhələli olmalıdır.
    2. Hər insanla onun öz dilində danışılmalıdır. Quran cəbhəyə getməyən möminlər, münafiqlər, qorxaqlar və rifahtələblərlə fərqli davranır. "Qaidun” sözü ilə yalnız cəbhəyə getməmiş möminlər yad edilir.
    3. Fiziki problemi olanlar cəbhədən azaddırlar.
    4. Malla cihad canla cihadla yanaşı zikr olunur. Çünki cəbhə iqtisadi dayaqsız zəif olur.
    5. Xalqın könüllü yardımları cəbhə büdcəsinin təmin mənbələrindəndir.
    6. Xalqın inamsızlığı təhlükə yaratdıqda israr və təkrar zəruridir. Bu və bundan sonrakı ayədə "fəzlüllah”, "dərəcətən” sözləri təkrarlanmışdır.
    7. Hər bir insanın xidməti və səyi möhtərəmdir. Bir dəstənin cəbhədə iştirak etməsi başqalarının işini dəyərdən salmamalıdır. Mücahidlərin üstünlüyü şübhə doğurmur, amma başqalarının da xidməti inkar olunmamalıdır.
    8. İnsan istənilən bir mövqe, məqam və xidmətdə olarkən xalis mücahidlərin məqamca üstünlüyünü unutmamalıdır.
    9. Əgər Allah mücahidləri fəzilətli saymışsa, cəmiyyətdə mücahidlər və şəhidlər üçün imtiyazlar nəzərdə tutulmalıdır. Əlbəttə ki, bu imtiyazlar mücahidləri yersiz tələblərə sövq etdirməməlidir.
    96. دَرَجَاتٍ مِّنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا
    "Bağışlanma və rəhmətlə birgə dərəcələr Onun tərəfindəndir. Allah daim bağışlayan və mehribandır.”
    Bildirişlər
    1. Mübarizlərlə evdə oturanlar arasında kiçik yox, böyük bir fərq vardır.
    2. İlahi mərhəməti əldə etmə və ondan faydalanmanın şərti pak olmaq və paklanmaqdır. Əvvəlcə bağışlanma, sonra isə rəhmətdən danışılır.
    3. Allah bağışlayan və mehribandır. Amma bu bağışlanma və rəhmətə çatmanın şərti cəbhəyə getmək və cihaddır.
    97. إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْ قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا فَأُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَاءتْ مَصِيرًا
    "Həqiqətən, özünə zülm etmiş kəslərin mələklər tərəfindən canı alınarkən onlardan soruşular: "Siz hansı vəziyyətdə idiniz?” Deyərlər: "Biz yer üzündə müstəzəf idik.” Mələklər deyər: "Məgər hicrət etməyiniz üçün Allahın yer üzü geniş deyildimi?” Onların yeri cəhənnəmdir. Necə də pis aqibətdir!”
    Nöqtələr
    Bədr döyüşündən sonra Məkkə kafirləri həmin şəhərin camaatını müsəlmanlarla döyüşə çağırdılar və hədələdilər ki, bu göstərişə qarşı çıxıb savaşda iştirak etməyənlərin evləri viran qoyulacaq və var-dövlətləri müsadirə ediləcək. Həmin vaxt hələ ki, hicrət etməyib Məkkədə qalan bəzi müsəlmanlar can qorxusundan kafirlərlə birlikdə müsəlmanlara qarşı döyüşə getdilər. Həmin müsəlmanlardan Bədrdə öldürülənlər oldu. Bu barədə ayə nazil oldu və küfr mühitində qalıb hicrət etməyənlər, özünə zülm edənlər məzəmmət edilib, təqsirləndirildi.
    Rəvayətdə deyilir: Dinini qorumaq üçün hicrət məqsədi ilə hətta bir addım atan kəs behişt əhli, həzrət Məhəmməd (s) və İbrahimin yoldaşıdır.("Təfsire-Safi”. )
    Bildirişlər
    1. Mələklər insanların işlərindən agahdırlar.
    2. Hicrəti tərk etmək, məqsəd və əqidəni əldən vermək insanın özünə zülmüdür. (Quran "rüsvayçılıqdan qaçan, geyinir xalq tək əlvan” şüarını rədd edir.)
    3. Vacib olduğu halda hicrəti tərk etməyin günahı bütün günahlardan əvvəl sorğuya çəkilir. Can alınan zaman ruhu çıxarmağa vəzifəli olan mələklər əvvəlcə həmin mövzuda soruşurlar.
    4. Küfr mühitindən hicrət vacibdir və kafir qoşununa qatılmaq haramdır.
    5. Əgər bacarırsınızsa, mühitinizi dəyişin. Mümkün olmadıqda hicrət edin ki, sonra cəzalandırılmayasınız.
    6. Günaha don geydirməklə yaxa qurtarmaq olmaz.
    7. Mühitin və çoxluğun insana böyük təsiri var. Ona görə də insan hicrət etməklə günahkar mühitin təsirindən qurtulmalıdır.
    8. Əsas məsələ vətənpərəstlik yox, Allahpərəstlikdir.
    9. Hicrət düşüncə və əqidə müstəzəfliyinin dərmanlarından biridir.
    98. إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلاً
    "O müstəzəf kişilər, qadınlar və uşaqlar istisnadır ki, tədbir görmək, çarə tapmaq qüdrətləri yoxdur, (hicrət üçün) bir yol tapmırlar.”
    99. فَأُوْلَـئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْ وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًا
    "Allahın onları bağışlayacağına ümid var. Allah daim əfv edən və bağışlayandır.”
    Nöqtələr
    Küfrü dəf etmək üçün bir tədbiri, haqqa təslim olmaq üçün bir yolu olmayanlar müstəzəfdirlər və Allah onların öhdəsindən vəzifəni götürmüşdür.("Təfsire-Safi”. )
    İmam Baqir (ə) buyurmuşdur: "Ağlı uşaq səviyyəsində olan kişilər və qadınlar müstəzəfdir.”("Nurus-Səqəleyn”, c. 1, s. 537; "Məaniyul-Əxbar”, s. 201. )
    Bildirişlər
    1. Vəzifəli olmaq üçün şərtlərdən biri insanın qüdrətidir.
    2. Küfrün ağuşunda olan qadınlar və uşaqların da qüvvəsi çatdıqda hicrət onlara vacib olur.
    3. Həqiqi müstəzəf hicrət gücü yetməyən, kafirlərin və müşriklərin işkəncəsindən qaçmaq yolu olmayan kəsdir.
    4. İmkan olduğu halda dini maarifə yiyələnməmək günah və insanın özünə zülmüdür.
    5. Gerçək üzrlər qəbul olur. Amma saxta üzrxahlıq və bəhanəçilik məqbul deyil.
    6. Hicrət o qədər mühümdür ki, giriftar və aciz insanların hicrəti tərk etmə günahının bağışlanması haqqında danışılarkən qəti bir söz deyilmir, "bəlkə də; ümid var” ifadəsi işlədilir.
    100. وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا
    "Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çoxlu və geniş sığınacaqlar tapar. Hər kəs hicrət edərək evindən çıxıb Allaha və Onun peyğəmbərinə üz tutsa, sonra onu ölüm yaxalasa, hökmən mükafatı Allahın öhdəsinədir. Allah bağışlayan və mehribandır.”
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 752 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024