İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Quran əzəmət baxımından yetərincə uca məqama malikdir.
    2. Quran həzrət Peyğəmbərin (s) həyatı zamanı bir yerə toplanıb, kitab şəklinə gətirilmişdir.
    3. Yol göstərən öz dəvət üsulunda və proqramında qəti olmalıdır. ("La rəybə fihi”) cümləsi Quranın qətiliyini və möhkəmliyini göstərir.
    4. Quranda müttəqilərin hidayət gücü onun möhkəmliyinin və haqq olmasının ən üstün dəlilidir.
    5. Quran xalis, heç bir zəlalətsiz hidayətin mayasıdır.
    6. Yalnız pak və müttəqi insanlar Quranın hidayətindən bəhrələnə bilirlər. ("Hudəllil müttəqin” ərəcbə) Qəlb aynası pak olan insan Qurandan daha çox faydalanır.
    3. الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
    "Müttəqilər o kəslərdir ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.”
    Nöqtələr
    Quran varlığı iki qismə bölür: qeyb aləmi (qeyb Allaha, mələklərə, məada və həzrət Mehdiyə (ə) aid edilir) və görünən (şühud) aləm. Müttəqilər (pəhrizkarlar) bütün varlığa inanırlar. Başqaları isə yalnız hiss üzvləri ilə duyduqlarını qəbul edirlər. Hətta onlar Allahı gözlə görmək istəyirlər. Onu görə bilmədiklərindən iman gətirmək istəmirlər. Necə ki, bəziləri həzrət Musaya dedilər: "Biz Allahı aşkar görməyincə sənə iman gətirmərik.”("Bəqərə”, 55.)
    Belələri qiyamət haqqında deyirlər: "Bizim yaşadığımız bu dünyadan savayı bir dünya yoxdur. Ölürük, dirilirik. Bizi fəna edən bu dövrandır.”("Casiyə”, 24. )
    Belə fərdlər heyvanlıq səviyyəsindən qalxmamışlar və yalnız hiss üzvlərini tanıma yolu bilirlər. Onlar hər şeyi hiss üzvləri vasitəsi ilə dərk etmək istəyirlər.
    Müttəqilər qeyb aləminə inanırlar və qəbul edirlər ki, qeyb aləmi bu aləmdən daha üstün və genişdir. İmanın dərinliyində eşq, bağlılıq, təzim, şükür gizlənmişdir. Elmin isə belə səciyyələri yoxdur.
    Bildirişlər
    1. İman əməldən ayrı deyil. Qeybə imanla yanaşı, möminlərin əməli vəzifələri sadalanır. ("Yuminun... yuqimun.. yunfiqun”)
    2. İlahi dünyagörüşün əsas prinsipi varlığı yalnız hiss üzvlərinə aid etməməkdir. ("Yuminunə bil-ğəyb”)
    3. İmandan sonra ən mühüm əməl namaz və infaqdır. Allaha doğru hərəkətdə olan ilahi cəmiyyətdə ruhi və mənəvi problemlər namaz vasitəsi ilə öz həllini tapır. İqtisadi çətinliklər və bu çətinlikdən yaranan müşküllər infaq vasitəsi ilə aradan qaldırılır.
    4. Namaz fasiləli yox, ardıcıl yerinə yetirilməlidir. ("Yuqimunəs-səlat”)
    5. İnfaqda da orta həddi gözləmək lazımdır. ("Mimma rəzəqnahum”) Söhbət verilmiş ruzinin bir hissəsinin infaq olunmasından gedir.
    6. Allahın əta etdiyi hər şeydən – elmdən, hörmətdən, sərvətdən, gücdən başqalarına infaq edək. İmam Sadiq (ə) buyurur: "Onlara öyrətdiyimizi cəmiyyətdə yayarlar.”("Bihar”, c. 2, s. 17. )
    7. İnfaq halal maldan olmalıdır. Çünki Allah hər kəsin ruzisini halaldan müəyyənləşdirmişdir.
    8. İnfaq etməklə lovğalanmayaq. Əgər bütün nemətlərin Allah tərəfindən olduğuna inansaq, həmin nemətlərin bir hissəsini asanlıqla infaq edərik.
    4. والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ
    "Onlar sənə və səndən qabaq nazil olanlara imanlıdırlar, həm də axirətə yəqinlikləri var.”
    Nöqtələr
    İnsanın tanıma mexanizmi hiss və ağılla məhdudlaşmır. Vəhy də tanıma yollarından biridir və müttəqilər ona iman gətirmişlər. Rəhbərsiz insan yol seçimində tərəddüddə qalır. Peyğəmbərlər onların əlindən tutur və məntiq, möcüzə, öz əməli yolları ilə həqiqi səadətə doğru istiqamətləndirirlər.
    Bu və bundan əvvəlki iki ayədən məlum olur ki, Allah qarşısında xüşu (namaz), gələcəyə ümid Allahın böyük mükafatlarındandır və təqva nişanələridir.
    Bildirişlər
    1. Peyğəmbərlər və bütün səmavi kitablara iman zəruridir. Çünki, onların hədəfi birdir.
    2. Gerçək təqva axirətə yəqinsizliklə əldə olunmur. ("Bil-axirətihum yuqinun”)
    3. Bütün kitablardan öncə Qurana ehtiram zəruridir.
    4. İslam Peyğəmbəri (s) son ilahi peyğəmbərdir. "Səndən qabaqkılara nazil olana” ifadəsi həzrət Peyğəmbərin (s) son peyğəmbər olduğunu göstərir.
    5. أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
    "Yalnız onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır.”
    Nöqtələr
    Qeybə iman gətirmiş, namaz, infaq, yəqin əhli olan təqva sahiblərinin mükafatı doğru yol və qurtuluşdur. Doğru yol səadətin ən uca qülləsidir. Çünki Allah varlığı bəşər üçün, bəşəri ibadət üçün, ibadəti təqvaya çatmaq üçün, təqvanı isə doğru yol və qurtuluş üçün yaratmışdır.("Maidə”, 100. )
    Quranda nicat tapmışların aşağıdakı xüsusiyyətləri sadalanır:
    a) Cəmiyyətdəki fəsadlara münasibətdə islahla məşğul olanlar;
    b) Yaxşılığı əmr, pisliyi qadağan (əmr be məruf və nəhy əz münkər) edənlər;
    q) Həzrət peyğəmbərə imandan əlavə, onu himayə edənlər;
    v) Xəsislikdən uzaq olanlar("Həşr”, 9. );
    d) Qiyamətdə savab yükü ağır olanlar("Ə`raf”, 8. );
    Qurtuluş zəhmətsiz əldə edilmir. Onun şərtləri vardır. Quranda aşağıdakı qeydlər edilmişdir:
    –Qurtuluş üçün paklanmaq lazımdır.("Şəms”, 9. )
    –Qurtuluş üçün cihad lazımdır.("Maidə”, 35. )
    – Qurtuluş üçün namazda xüşu (mütilik), boş işlərdən çəkinmək, zəkat ödəmək, paklıq, iffət, əmanətdarlıq, əhdə vəfa, namazda davamiyyət zəruridir.
    Bildirişlər
    1. Həqiqi möminlər üçün Allahın xüsusi hidayəti nəzərdə tutulmuşdur.
    2. İman və təqva insanı qurtuluşa çatdırır.
    6. إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ
    "Küfr edənlər üçün onları qorxutmağının və ya qorxutmamağının fərqi yoxdur. Onlar iman gətirməyəcəklər.”
    Nöqtələr
    Quran müttəqilərdən sonra kafirləri tanıtdırır. Bu zümrə azğınlıqda, haqqı ört-basdır etməkdə o qədər ciddidir ki, ilahi ayələri qəbul etmək istəmir. "Küfr” sözü örtmək mənasındadır. Əkinçi toxumu, gecə fəzanı örtdüyü üçün onlara da "kafir" deyirlər. Dində isə "kafir" dedikdə ilahi həqiqətləri və ayələri örtənlər nəzərdə tutulur. İnadkar kafirlərdən bir qrupu peyğəmbərlərin dəvəti qarşısında belə dedilər: "Bizə sənin moizə və nəsihətlərinin əsəri yoxdur. Sənin nəsihət verib-verməməyinin bizim üçün fərqi yoxdur.”("Şüəra”, 136. )
    Əgər münasib şərait olmazsa, peyğəmbərlərin dəvəti təsirsiz qalar. Yağışın təsirindən münbit torpaqda lalə, şoranlıqda tikan bitir.
    Bildirişlər
    1. İnadkarlıq, cahilanə təəssüb insanı cansız cismə döndərir.
    2. Kafirlərin təbliğ yolu qorxutmaqdır. Əgər qorxutmaq və xəbərdarlıq insana təsir etmirsə, müjdə və vədə də təsirsiz olasıdır.
    3. Bütün xalqın iman gətirməsi intizarında olmayın.("Yusuf”, 103. )
    7. خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ
    "Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərinin qarşısında pərdə vardır. Onları böyük bir əzab gözləyir.”
    Nöqtələr
    Allah kafirlərin inadkarlığı müqabilində onların qəlbinə bədbəxtlik möhürü vurur. Quranda oxuyuruq: "Allah təkəbbürlü və zalım fərdlərin qəlbini möhürləyir.”("Mu`min”, 35. ) Başqa bir ayədə oxuyuruq: "Allah bilərəkdən nəfs istəkləri ardınca gedənlərin qəlbini möhürləyər.”("Casiyə” 23. ) Bəli, ilahi möhür insanın öz pis seçiminin nəticəsidir. Qəlbin möhürlənməsini Allah tərəfindən səbəbsiz bir cəza kimi qəbul etmək olmaz.
    Quran "qəlb” dedikdə ruh və dərketmə mərkəzini nəzərdə tutur. Bu ilahi kitabda üç növ qəlb haqqında danışılır:
    Sağlam qəlb, "münib” qəlb və xəstə qəlb.
    Sağlam qəlbin xüsusiyyətləri:
    a) Allahdan qeyrisinə yer verilməmiş qəlb(Nurus-səqəleyn”, c. 4. s. 57. );
    b) Haqq rəhbər ardınca gedən, günahdan tövbə etmiş, haqqa təslim olmuş qəlb("Nəhcül-bəlağə”, x. 214. );
    q) Dünya sevgisinə bulaşmamış qəlb("Təfsiri-safi”. );
    v) Allah zikri ilə aramlıq tapan qəlb("Fəth”, 4. );
    d) Allah uğrunda xaşe, müti qəlb("Hədid”, 16. );
    Möminin qəlbi həm Allahın zikri ilə aramlıq tapır, həm də Onun qəhrindən qorxur("Ənfal”, 2. ). Möminin halı valideynini görüb aramlıq tapan, həm də onunla hesablaşan körpənin halına bənzəyir.
    Xəstə qəlbin xüsusiyyətləri:
    a) Allahdan qəflətdə qalıb hidayətə layiq olmayan qəlb("Kəhf”, 28. );
    b) Fitnə-fəsad ardınca gəzən qəlb(Ali-İmran”, 7. );
    q) Daşlaşmış qəlb("Maidə”, 13. );
    v) Rəngini dəyişmiş qəlb("Mutəffifin”, 14. );
    d) Möhürlənmiş qəlb("Nisa”, 155. );
    "Münib” qəlbin xüsusiyyətləri:
    Öz səhvlərini anladıqdan sonra tövbə edib Allaha doğru qayıdan insanın qəlbi "munib” qəlb adlanır. İnsanın rəftar və danışığındakı dəyişikliklər bu qəlbin bariz xüsusiyyətlərindəndir.
    Allah Quranda kafirlərin doqquz sifətini bəyan etmişdir: inkar("Nəhl”, 22. ), təəssüb("Fəth”, 26.), çaşqınlıq("Tövbə”, 127. ), bərklik, daşlıq("Zümər”, 22. ), ölüm("Rum”, 52. ), pas("Mütəffifin”, 14. ), xəstəlik("Bəqərə”, 14. ), darlıq(Ən`am”, 125. ), möhür("Nisa”, 155. ).
    Belə insanın qəlbi dəyişkəndir. Ona görə də möminlər belə dua edirlər: "Pərvərdigara! Qəlblərimizi hidayət etdikdən sonra çaşqınlığa düçar etmə.” İmam Sadiq (ə) buyurmuşdur: "Bu ayəni tez-tez təkrarlayıb, özünüzü azğınlıqlardan amanda saxlayın.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 319. )
    Bildirişlər
    1. Allahın ən böyük cəzası insanın həqiqətləri dərk edə bilməməsidir. ("Xətəməllahu əla qulubihim”)
    2. Küfr və mülhidlik qəlb və qulaqların möhürlənməsi səbəbidir.
    3. Küfr səbəbindən insanın ən üstün imtiyazı olan haqqın və gerçəkliyin dərki qabiliyyəti ondan alınır.
    4. Allahın cəzası bizim əməllərimizə münasibdir. Haqqı bilərəkdən gizlədən insanın cəzası onun gözünə, qulağına, ruhuna və düşüncəsinə pərdə çəkilməsidir. Əslində insan özü özünü bədbəxt edir. İmam Riza (ə) buyurmuşdur: "Qəlblərin möhürlənməsi onların küfrlərinin nəticəsidir.”("Təfsiri-Nurus-səqəleyn”, c. 2, s. 27. )
    8. وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ
    "Xalqın arasında belə deyən bir dəstə var: "Allaha və qiyamət gününə iman gətirmişik.” Halbuki onlar iman gətirməmişlər.”
    Nöqtələr
    Bu surənin başlanğıcında möminlər dörd, kafirlər isə iki ayə ilə tanıtdırılır. Bu və bundan sonrakı on üç ayədə münafiq adlanan üçüncü qrup haqqında da danışılır. Onlarda nə birinci dəstənin imanı, nə də ikinci dəstənin küfr cürəti var. Münafiq, yuvasına iki yol qoyan səhra siçovuluna bənzəyir. Həmin siçovul yollardan birini get-gəl üçün açıq qoyur, digərini təhlükəli məqamlar üçün ehtiyata saxlayır. Bu siçovulun yuvasından açdığı məxfi dəliyə, "nafiqa” deyilir. "Münafiq” sözü də həmin "nafiqa” sözündən alınmışdır("Səfinətül-bihar”, c. 2. s. 605. ).
    Nifaqın olduqca geniş mənası vardır. Sözü ilə əməli uyğun gəlməyən hər bir insanın nifaqdan payı var. Hədisdə oxuyuruq: "Əgər əmanətə xəyanət etsək, yalan danışsaq, vədimizə əməl etməsək, münafiqik. Hətta namaz qılıb oruc tutsaq da!”("Səfinətül-bihar”, c. 2, s. 605. )Nifaq bir növ əməli və etiqadi yalandır. Riyakarlıq da nifaqın bir növüdür.("Təfsiri-nümunə”. )
    Bildirişlər
    1. İman qəlbə aid bir məfhumdur və onun insanın izharı ilə əlaqəsi yoxdur.
    2. İmanın əsasını Allah və axirətə inam təşkil edir.
    3. Allah insanın batinindən xəbərdardır.
    9. يُخَادِعُونَ اللّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُم وَمَا يَشْعُرُونَ
    "Münafiqlər elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadırlar və bunu da anlamırlar.
    Nöqtələr
    "Şüur” "şər” شعر)) kökündəndir və "tük” mənasını daşıyır. Dəqiq, tükü-tükdən seçən insan dərrakə və şüur əhlidir. Bəli, münafiq elə güman edir ki, başqalarını aldadır. Çünki onun düzgün dərrakəsi yoxdur. ("La yəşurun”)
    Münafiqlərin hiylə və məkri dedikdə, onların Allah hökmlərini və ilahi dini oyuncağa çevirməsi və ya Allahın rəsulunu aldatmaq istəkləri nəzərdə tutulur. Belə ki, Allahın rəsuluna itaət və beyət Allaha itaət və beyətdir.("Nisa”, 80. ) Allahın rəsuluna qarşı hiylə Allaha qarşı hiylə sayıldığından, dinlə bu sayaq məsxərəbazlıq insanın özünü aldatmasıdır. Təsəvvür edin ki, xəstə, həkimin yazdığı dərmanları qəbul etmədiyi halda "qəbul etdim” deyir. Belə bir xəstə həkimi aldatdığını düşünür. Əslində isə onun həkimi aldatması özünü aldatmasıdır.
    Münafiq İslamla necə rəftar edirsə, İslam da münafiqlə elə rəftar edir. O, İslamı zahirən qəbul etdiyi kimi, İslam da onu zahirən müsəlman sayır. O qəlbən kafir olduğundan Allah onu qiyamətdə kafirlərlə birlikdə məhşur edir.
    Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə oxuyuruq: "Riyakarlıq Allaha qarşı hiylədir.”(Təfsiri-Nurus-səqəleyn”.  )
    Quran bildirir ki, insanın yaxşı və pis əməlləri onun özünə qayıdır. Necə ki, uyğun ayədə buyurulur: " Dinə qarşı hiylə, Allaha qarşı yox, insanın özünə qarşı hiylədir.” Başqa bir yerdə isə belə buyurulur: "Əgər yaxşılıq etsəniz, özünüzə etmişsiniz, əgər pislik etsəniz, yenə özünüzə etmisiniz.”("İsra”, 7. ) Digər bir yerdə isə belə buyurulur: "Bəd hiylə yalnız onu quraşdıranı bürüyər.”("Fatir”, 43. "Təfsiri-Rahnüma”. )
    Bildirişlər
    1. Hiyləgərlik nifaq nişanəsidir.
    2. Münafiq daim kiməsə zərbə vurmaq fikrindədir. Ayədə işlədilmiş "xüdə” خدعه sözü zərbə vurmaq məqsədi ilə bir işi gizlədib, başqa birini izhar etməkdir.("Ğafir”, 19. )
    3. Hiylənin zərbəsi hiylə sahibinə qayıdır.
    4. Münafiq şüursuzdur. O anlamır. Bütün iç sirlərdən xəbərdar olan Allahla hesablaşasıdır("Tariq”, 9.  ) Həmin Allah qiyamət günü onun işlərinin üstündəki pərdəni qaldırasıdır.("Təfsiri-Rahnüma”  )
    5. Xüdə və hiylə ağıl və şüur əlaməti deyil. Rəvayətdə buyurulur ki, həqiqi ağıl vasitəsi ilə insan Allaha bəndəlik edir.
    10. فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ
    "Münafiqlərin qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırar. Onlar yalan danışdıqları üçün şiddətli əzaba düçar olacaqlar.”
    Nöqtələr
    Bəzən xəstəlik bədənə aid olur. Məsələn, "Bəqərə”, surəsinin 185-ci ayəsində xəstələrin orucluq hökmləri bəyan olunur. Bəzən isə xəstəlik ruha aid olur. Haqqında danışdığımız ayədə ruhun nifaq xəstəliyinə işarə edilir.
    Münafiq gölməçəyə düşmüş üfunətli leşə bənzəyir. Hövzədə su artdıqca bu leşin fəsadı daha da artır, üfunət qoxusu daha da çoxalır. Nifaq insanın ruhunda yer tutduqda o, Allah tərəfindən nazil olmuş ayə və hökmlərin qarşısında təslim olmaq əvəzinə riyakarlığa əl atır və öz nifaqını artırır. Xəstə ruh bütün əməl və rəftarları riyakarlığa, nifaqa yoluxdurur. Bu, xəstəliyin güclənməsi nişanəsidir.
    "Allah onların xəstəliyini artırır” cülməsi nifrin də ola bilər. Yəni artıq xəstələnmiş qəlbdə xəstəlik daha da gücləndirilir.
    Bildirişlər
    1. Nifaq ruhi xəstəlik, münafiq isə xəstədir. Xəstə sağlam və ya ölü olmadığı kimi, münafiq də nə mömindir, nə də kafir.
    2. İnsanın mahiyyəti onun qəlbindən və ruhundan ibarətdir. Qəlb bütünlüklə insan deməkdir. Çünki ruh və qəlb çaşdıqda bu çaşqınlığın əsərləri sözdə və əməldə bilinir.("Bəqərə”, 12; "Bəqərə”, 13. )
    3. Nifaq xərçəng xəstəliyi kimi arta bilər. Quranda elm, hidayət və iman kimi bəyənilmiş sifətlər də arta bilən xüsusiyyətlər kimi tanıtdırılır.
    4. Özünü yüksəldən də, süquta uğradan da insan özüdür.
    5. Yalançılıq münafiqlərin məşhur usullarındandır.
    11. وَإِذَا قِيلَ لَهُمْ لاَ تُفْسِدُواْ فِي الأَرْضِ قَالُواْ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ
    "Onlara deyiləndə ki, yer üzündə fəsad törətməyin, deyirlər: "Həqiqətən, biz islah edənlərik.”
    Bildirişlər
    1. Münafiqlər nəsihət qəbul etməsələr də, onlarla danışıb, nəhy və münkər etmək daha yaxşıdır.
    2. Nifaq fəsad amilidir.
    3. Münafiq öz çoxüzlüyünü xalqa diqqət və islahatçılıq kimi qəbul edir.
    4. Münafiq yalnız özünü islah edən kimi tanıyır. Çox ağır ruhi xəstəliyə malik olan bir adam özünü sağlam saya bilər.
    5. Münafiq özünü çəkməklə xalqı alçaltmaq və pis işlərini ört-basdır etmək istəyir.
    12. أَلا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـكِن لاَّ يَشْعُرُون
    "Agah olun! Şübhəsiz ki, onlar fəsad əhlidirlər. Amma anlamırlar.”
    Nöqtələr
    Quran ayələrini icmali şəkildə nəzərdən keçirdikdə görürük ki, nifaq münafiq şəxsin ruhunda, rəftar və əməllərində çirkinlik yaradır. Nifaq insanı dünya və axirətdə müşkülə salır. Quran münafiqləri belə təfsir edir:
    –Onlar həqiqi şüurdan məhrum olurlar("Tövbə”, 87; "Bəqərə”, 13. );
    –Onlar düşünüb dərk edə bilmirlər("Bəqərə”, 15; "Bəqərə”, 17. );
    –Onlar heyrət və məəttəlçiliyə düçar olurlar.("Ən`am”, 70; "Bəqərə”, 16. );
    –Onlar toxuduqları yalanlar səbəbindən öz küfrlərində möhkəmlənir və hidayət olmurlar.("Bəqərə”, 19. )
    –Qəlbən inanmadıqlarından qorxu və iztirab, eləcə də, dərdli əzab içində olurlar. ("Müfrədate-rağib”. )

    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 1168 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024