İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Nə haqqı batilə qatışdırıb onu dəyişək, nə də batili haqq libasında göstərək!
    2. İnsanın haqqı pərdələməsinin ən üstün şahidi vicdan və fitrətdir.
    43. وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ
    "Namazı bərpa edin, zəkat ödəyin və rüku edənlərlə birlikdə rüku edin.”
    Bildirişlər
    1. İmana dəvətdən sonra saleh əmələ dəvət gəlir.
    2. Yəhudilərin ayinlərində də namaz və zəkat olmuşdur.
    3. Namaz, Allahın xalqına yardım və zəkat yolu ilə Allahla rabitə müqəddəs üçbucaqdır.
    4. Əsl namaz göstərişi cəmiyyətlə olan namazdır. Dinin əsasını cəmiyyətdə iştirak və guşənişinlikdən uzaqlıq təşkil edir.
    44. أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلاَ تَعْقِلُونَ
    "Xalqı yaxşılığa dəvət edib, özünüzü unudursunuzmu? Halbuki siz (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz?”
    Nöqtələr
    Yəhudi alimləri İslam peyğəmbərinin besətindən qabaq xalqı son peyğəmbərə iman gətirməyə çağırırdılar. Onlar növbəti peyğəmbərin zühuru ilə xalqa müjdə verirdilər. Amma peyğəmbər zühur etdikdə alimlər özləri iman gətirmədilər. Onlar İslamı qəbul etmiş yaxınlarına müsəlman qalmağı tövsiyə etdikləri halda özləri müsəlman olmurdular.("Bihar”, c. 2, s. 37. )
    Rəvayətdə buyurulmuşdur: "Başqalarını behiştə dəvət edib, özü cəhənnəm əhli olan alim ən böyük və çətin həsrətləri çəkəcəkdir.”(Nurus-səqəleyn”, c. 1, s. 57. )
    Tilavətin (burada: dəvət) haqqı əməldir. İmam Sadiq (ə) buyurmuşdur: "Xalqı təkcə sözlə yox, həm də öz əməllərinizlə dəvət edin.”("Nəhcül-bəlağə”, x. 175. )Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur: "And olsun ki, öncə özüm bir işi görməmiş sizi ona dəvət etmirəm. Özüm öncə bir işi tərk etməmiş sizi həmin işi tərk etməyə çağırmıram.("Nəhcül-bəlağə”, h. 73. )
    "Nəhcül-bəlağədə” buyurmuşdur: "Özünü başqalarına imam qərar verən kəs əvvəlcə özünü tərbiyəyə başlamalıdır.”(Bihar”, c. 7, s. 99. ) İmam Kazim (ə) buyurmuşdur: "Dediyinə əməl edən alimlərə salam olsun. Vay olsun təkcə danışan alimlərə.”("Bihar”, c. 7, s. 100. )
    Əməlsiz alim təmsil dilində:
    a) Quranda əməlsiz alim kitab yükü daşıyan ulağa bənzədilir. Bu ulaq daşıdığı yükdən faydalanmır.(Kənzül-ümmal, h, 29109. )
    b) Rəvayətlərdə bildirilir:
    –Həzrət Peyğəmbər (s): "Əməlsiz alim elə bir çırağa bənzəyir ki, özü yanır, nuru isə xalqa çatır”.("Bihar”, c. 14, s. 309. )
    –Həzrət Peyğəmbər (s): "Əməlsiz alim kamansız ox atana bənzəyir.”
    –Həzrət İsa: "Əməlsiz alim evin damına qoyulmuş çırağa bənzəyir. Bu evin otaqları qaranlıqdır.”("Ğurərul-hikəm”. )
    –Həzrət Əli (ə): "Əməlsiz alim səmərəsiz ağac, infaq olunmayan xəzinə kimidir.("Bihar”, c. 2, s. 39. )
    –İmam Sadiq (ə): "Əməlsiz alimin moizəsi baş üzərinə yağan yağış tək qəlblərə nüfuz etməz.”("Bihar”, c. 71, s. 70.)
    v) Alimlərin dilində:
    –Əməlsiz alim xəzinə üstə yatmış aca, bulaq başında oturmuş təşnəyə, dərddən nalə çəkən təbibə, daim dərman nüsxəsini oxuyub onu qəbul etməyən xəstəyə, sözü əməlindən fərqlənən münafiqə və cansız cəsədə bənzədilmişdir.
    Bildirişlər
    1. Yaxşı işə dəvət edən kəs özü yaxşı işləri ilə tanınmalıdır.
    2. Əgər unutqanlığımızın müqəddiməsini özümüz yaratmışıqsa, heç bir üzrümüz yoxdur. Yalnız unutqanlığında günahı olmayan kəsin üzrü qəbuldur.
    3. Səmavi kitabı tilavət etmək (oxumaq) kifayət deyil. İlahi kəlamları düşünmək lazımdır.
    4. Unutqanlıq özü də düşüncəsizlik nişanəsidir.
    45. وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلاَّ عَلَى الْخَاشِعِينَ
    "Səbir və namazla yardım axtarın. Bu iş xaşelərdən (Allaha müti olanlardan) başqalarına ağırdır.”
    Nöqtələr
    Bu ayə yəhudilərə xitabın ardınca nazil olsa da, bütün xalqa müraciətdir. Rəvayətlərdə oxuyuruq ki, Həzrət Əli (ə) mühüm bir məsələ ilə üzləşdikdə namaza durar və bu ayəni oxuyardı.
    Bir rəvayətdə həzrət Peyğəmbərdən (s) nəql olunur ki, səbir üç növdür: müsibətə səbir, günah qarşısında səbir, ibadətdə səbir.("Rəd”, 24. ) Amma xüşusu (mütiliyi) olmayanlar üçün bu iş çox ağırdır. Xüşu qəlb və ruha, xüzu bədən üzvlərinə aid olan səciyyədir.
    Diqqətlə qılınan namaz Allahın sonsuz qüdrətini insana xatırladır. Bu halda insan Allahdan qeyrilərini çox kiçik görür. Diqqətli namaz insanın qəlbində Allahın sevgisini artırır, təvəkkül ruhiyyəsini gücləndirir. Belə namaz insanı maddi bağlılıqlardan azad edir. Bütün bu əsərlər insanı çətinliklər qarşısında möhkəmləndirir.
    Bütün ibadətlərin açarı səbir və müqavimətdir. Mələklər behişt əhlinə salam verirlər. Bu salamın səbəbi onların namazı, həcci, zəkatı yox, müqavimət və möhkəmliyidir.(Səcdə”, 24. ) Müqavimət yoxdursa, namaz, cihad, həcc və zəkat da olmayacaq. Hətta hidayət və ilahi rəhbərlik məqamına çatmağın şərti də səbirdir.("Nəcm”, 28. )
    Xatirə:
    Bir gün Nəccaşi adlı şair ramazan ayında şərab içmişdi. Həzrət Əlinin (ə) göstərişi ilə ona səksən şallaq vuruldu. İyirmi zərbə isə günah ramazan ayında baş verdiyi üçün əlavə edildi. Bu şəxs həzrətdən inciyib Müaviyəyə qoşuldu və Həzrət Əlinin (ə) ziddinə şerlər deməyə başladı. Nəccaşinin Kufədə mühüm qəbilələrdən olan ətrafı həzrət Əlidən (ə) gileyləndilər ki, nə üçün öz yaxınlarını saxlamır?! Onların rəisi Tariq ibn Abdullah narahatlıqla imama dedi: "Nə üçün siz dostla biganə arasında fərq qoymursunuz? Axı Nəccaşi kimi şəxsə şallaq vurulmamalıdır. Biz bu cür rəftara dözmərik.” İmam onun cavabında haqqında danışdığımız ayəni oxudu. Həzrətin bu cavabından sonra Tariq də Müaviyəyə qoşuldu.
    Demək, ayə namaz haqqında olsa da, oxşar hallarda ondan kömək almaq olar.
    Bildirişlər
    1. Səbir və namaz çətinlikləri aradan qaldırmaq üçün iki güclü vasitədir.
    2. Allah qarşısında acizlik və bəndəliyimizi nə qədər çox izhar etsək, Ondan daha çox yardım alıb, çətinliklərə qalib gələcəyik.
    3. "Yalnız Səndən kömək istəyirik” ayəsində Allahdan yardım diləmək, Onun göstəriş verdiyi şeydən kömək istəməyə zidd deyil.
    4. Namazın ağır gəlməsi Allah qarşısında təkəbbürün nişanəsidir.
    46. الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ
    "(Xaşelər) o kəslərdir ki, (qiyamətə) Rəbbi ilə görüşə və Ona doğru qayıdışa imanlıdırlar.”
    Nöqtələr
    "Liqa” görmək yox, hüzur mənasındadır. Əgər kor bir şəxs birinin hüzuruna getsə, deyir ki, filankəslə mülaqat ("liqa”) etdim. Hansı ki, kor insan hüzurunda olduğu şəxsi görmür. "Məcməül-bəyan”sahibi deyir: "Pərvərdigarın liqası dedikdə Onun mükafat və cəzası ilə mülaqat (görüş) nəzərdə tutulur.”
    Allahla mülaqat xaşelərin namazda əldə etdiyi irfani hal da ola bilər. Çünki namaz Allah qarşısında hüzurdur.
    Elm qarşısında zənn və güman tənqid olunur.("Bəqərə”, 249. ) Amma zənn və gümanda məqsəd yəqinlik əldə etməkdirsə, bu faydalıdır. Bu yəqinlik cüzi də olsa xeyirlidir. Çünki Allah şücaətli və xalis mücahidləri "güman sahibləri” kimi yad edir.("Ali-İmran”, 110. )
    Bildirişlər
    1. İnsanın öz hərəkətlərini nəzarət altına alması üçün qiyamətin varlığına güman da kifayət edir.
    2. Xaşe kəs namazda Allahla görüşdə olduğunu duyur.
    47. يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ
    "Ey Bəni-İsrail! Sizə ruzi etdiyim nemətləri yada salın və bunu ki, Mən sizə dünyadakılardan üstünlük verdim.”
    Nöqtələr
    Bu ayədə həzrət Yaqubun övladlarından və nəslindən istənilir ki, Allahı daha yaxşı tanımaq və şükür ruhiyyəsini diriltmək üçün həmin nemətləri yada salsınlar. Əlbəttə ki, Bəni-İsrail öz zamanının xalqlarından üstün və fəzilətli idi. Çünki Quran müsəlmanlar haqqında buyurmuşdur: "Siz ümmətlərin ən üstünüsünüz.”("Casiyə”, 16. ) Bəlkə də üstünlük dedikdə, həzrət Musanın və Bəni-İsrail qövmünün fironçulara qalib gəlməsi nəzərdə tutulmuşdur. Bu üstünlük əxlaqi və etiqadi üstünlük olmaya da bilər.("Bəqərə”, 166. )Çünki Quran dəfələrlə onların bəhanəçiliyini və etiqadsızlığını tənqid etmişdir.
    Bildirişlər
    1. Nemət və fəzilət Allahın əlindədir.
    2. Zalımın hakimiyyətindən qurtuluş böyük ilahi nemətlərdəndir.
    48. وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلاَ هُمْ يُنصَرُونَ
    "Qorxun o gündən ki, kimsə kimsədən bir şeyi (Allahın əzabını) dəf etməz və kimsədən bir şəfaət qəbul olunmaz. Kimsədən əvəz alınmaz və kimsəyə kömək göstərilməz.”
    Nöqtələr
    Bu ayədə yəhudilərin bəzi yanlış əqidələrinə və yersiz ümidlərinə işarə olunmuşdur. Onlar güman edirdilər ki, qiyamət günündə əcdadları onlara şəfaət verəcək. Necə ki, bütpərəstlər bütləri özlərinə şafətçi düşünürdülər. Onlardan bəziləri qurbanlıq etməyi günahlarına kəffarə bilirdi. Pulları olmadıqda bir cüt göyərçinin başını kəsirdilər. Onlardan bir qrupu da ölüləri ilə qızıl gümüş basdırırdılar ki, ölü həmin qızıl-gümüşü günahlarına cərimə olaraq ödəsin.
    Onlar xəbərsizdilər ki, qiyamət dünyanın xilafınadır. Pulla, dəstəbazlıq ilə, zorluların himayəsi ilə problemi aradan qaldırmaq dünyaya aid olan bir işdir.
    Qiyamət günü bütün səbəblər qət olur.("Mo`minun”, 101. )Yaxınlıq əlaqələri aradan qalxır(v), üzr dili bağlanır(Şuəra”, 88.), var-dövlət və övladlar kara gəlmir("Mumtəhinə”, 3. ), qohumluq səmərəsiz olur("Haqqə”, 29. ), qüdrətlər puça çıxır,("Ənbiya”, 28. ) Allahın izni olmadan şəfaət qəbul olunmur,("Hədid”, 15. ) fidyə qəbul olunmur.("Bəqərə”, 254.)
    Şəfaət haqqında bir bəhs:
    Şəfaət sözü "şəf” sözündən olub "cüt” deməkdir. Yəni iman, təqva və əməl mayası olanlar qiyamət günü çətinliyə düşdükdə onların mayasına bir lütf əlavə olunur. İlahi övliyaların lütfü ilə cütləşmə nəticəsində bəndələr Allahın qəhrindən və qəzəbindən nicat tapırlar. Ona görə də şəfaət yalnız təlaş edən insanlara nəsib olur. Bu çalışqan insanlar yolda qaldıqlarından onları müşayiət edəsi bir qüdrətə ehtiyac duyurlar.
    Quranda təqribən otuz ayə şəfaət haqqındadır. Bu ayələr bir neçə qismə bölünür:
    1. Şəfaəti inkar edən ayələr. Məsələn: "Müamilə, dostluq və şəfaətin olmayacağı bir gün...”("Səcdə”, 4. )
    2. Şəfaətin Allaha məxsus olduğunu bildirən ayələr. Məsələn: "Ondan savay heç bir yardımçı və şəfaət edən yoxdur.”("Bəqərə”, 255. )
    3. Yalnız Allahın izni ilə başqalarının şəfaətini mümkün sayan ayələr. Məsələn: "Onun yanında kim şəfaət edə bilər? Yalnız Onun izni ilə!("Ənbiya”, 28. )
    4. Şəfaət olunanlar üçün şərtləri sayan ayələr. Məsələn:
    a) Şəfaət Allahın razılığını qazanmış insan üçündür.("Qafir”, 18. )
    b) Zalımlar üçün dost və şəfaətçi yoxdur("Qafir”, 7. )
    v) Mələklər iman gətirmiş kəslər üçün dua və istiğfar edirlər.("Təhrim”, 10. )
    Yuxarıdakı ayələri nəzərdən keçirdikdə aydın olur ki, şəfaət qeyd-şərtsiz deyil. Şəfaət Allahın icazə və iznindən asılıdır. Şəfaət olunan şəxsdə müəyyən şərtlər olmalıdır. Bir şəxsdə şəfaət şərtləri ödənməmişdirsə, hətta peyğəmbərin arvadı da olmuş olsa, şəfaət olunası deyil. Çünki həzrət Nuhun, həzrət Lutun zövcələri öz günahlarına görə şəfaətə müvəffəq olmadılar.("Bəqərə”, 160. )
    Beləcə, insanı Allahın övliyalarına çatdıran şəfaət faydalıdır. İnsanı ümidsizlikdən qurtara bilən şəfaət səmərə verər. Yox, əgər şəfaətə inam insanda günah cürəti yaradırsa, bu şəfaət heç vaxt qəbul oluna bilməz. Məsələn, məsihilər inanırlar ki, İsa onların günahlarının bağışlanması üçün fəda oldu.
    Sual: Məgər Allahın övliyalarının şəfaəti onların Allah iradəsi qarşısında dayanmaları deyilmi? Məgər peyğəmbər Allahın əzab vermək istədiyi kəsə şəfaət verməklə Allahın istəyinin qarşısını almırmı?
    Cavab: Günahkarların cəzalandırılması da, övliyalara şəfaət icazəsi verilməsi də Allahın istək və iradəsidir. Ona görə də ilahi övliyaların şəfaəti Allahın iradəsinə zidd sayılmır.
    Sual: İlahi övliyaların şəfaəti onların Allahdan daha rəhimli olması demək deyilmi? Axı onlar Allahın əzab vermək istədiyi şəxsə şəfaət verirlər?
    Cavab: İlahi övliyalardakı rəhm də, bu rəhmdən istifadə də Allah tərəfindəndir. Öz rəhmi və lütfü ilə şəfaət icazəsi verən də Allahdır.
    Sual: Şəfaət Allahın iradəsini dəyişmirmi?
    Cavab: Müxtəlif şəraitlərdə Allahın iradəsi bir növ deyil. Allahın iradəsi günahkarı cəzalandırmaqdır. Amma günahkar tövbə etdikdə Allah öz qəhrini götürür. Çünki günahkar insan tövbəkar insandan fərqlənir. İnsan dünyada ilahi övliyalara məhəbbət və itaətlə onların şəfaətinə nail olur. Övliyalara müxalif olanlar isə şəfaətdən məhrum qalır.
    Dünyada günahların üç bağışlanma vasitəsi var: tövbə("Nisa”, 31. ); böyük günahların tərki("Hud”, 114. ); yaxşı və xeyirli işlər.(Yunus”, 92. )
    Axirətdə isə yeganə bağışlanma yolu şəfaətdir.
    Bildirişlər
    1. İlahi mühakimədə vəkilsiz və şəfaətsiz hüzur qorxusu ilahi təqvanın güclənməsinə şərait yaradır.
    2. Xurafat və batil əqidələrlə sərt rəftar edin.
    49. وَإِذْ نَجَّيْنَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوَءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءكُمْ وَيَسْتَحْيُونَ نِسَاءكُمْ وَفِي ذَلِكُم بَلاء مِّن رَّبِّكُمْ عَظِيمٌ
    ("Yadınıza salın) O zaman ki, sizi fironçulardan azad etdik. Onlar daim sizə ən pis şəkildə əziyyət verir, oğlanlarınızın başını kəsir, qadınlarınızı diri saxlayırdılar. Bu işdə sizin üçün Allahınız tərəfindən böyük və çətin imtahan var idi.”
    Nöqtələr
    Firon Rum, Kəsra, İran padşahları və türk xaqanları kimi bir müstəbid idi. Həzrət Musanın dövründəki fironun adı І Ramzes idi. Deyilənlərə görə onun babası Qahirə muzeyində saxlanılır.("Taha”, 77; "Şuəra”, 63; "Duxan”, 24. )
    "Yəsumunəkum” sözü "sum” kökündən olub, bir şeyin ardınca fasilə vermədən getmək mənasını daşıyır. Ayədəki bu söz Bəni-İsrailin ardıcıl şəkildə əzaba düçar edildiyini bildirir. Onlara verilən işkəncələrdən biri oğlan övladlarının öldürülməsi idi. Fironun belə bir əmr verməsinin səbəbi onun gördüyü yuxu idi. Yuxunu yozanlar Firona demişdilər ki, səni bəni-İsraildən olan bir kişi öldürəcək. Başqa bir səbəb bəni-İsrailin inkişafının qarşısının alınması ola bilərdi.
    Bildirişlər
    1. Zalımların hakimiyyətindən qurtuluş Allahın ən böyük nemətlərindəndir. Necə ki, Allah bütün nemətlər arasında bu nemətin adını çəkmişdir.
    2. Keçmiş çətinliklərin bəyanı bu günkü azadlığın şirinliyini qat-qat artırır.
    3. Zalımları qüdrətə çatdıran onun ətrafındakılardır.
    4. Həm əsarət, həm də azadlıq imtahan və tərbiyə vasitəsidir.
    5. Müdafiə qüvvələrinin məhvi və rifah qüvvələrinin gücləndirilməsi firona aid bir işdir.
    6. Zalımlar öz quruluşlarını və hakimiyyətlərini hifz etmək üçün bütün işkəncələrə əl atırlar.
    50. وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ
    "Sizin üçün dəryanı yardığımız, sizə nicat verdiyimiz və gözləriniz qarşısında fironçuları qərq etdiyimiz zamanı (xatırlayın)”.
    Nöqtələr
    Bəni-İsrailin Nil çayından keçmə macərası Quranın bir neçə ayəsində bəyan olunmuşdur.("Ə`raf”, 142; "Taha”, 86. ) Allah həzrət Musanın öz əsasını yerə vurması ilə suyu yarıb onları dənizə oxşar Nildən keçirdi.
    Bu ayədə üç ilahi möcüzə ardıcıl şəkildə bəyan olunmuşdur: dəryanın yarılması, bəni-İsrailin nicat tapması, fironçuların qərq olması.
    Bildirişlər
    1. Vasitələrin rolu Allahın hikmətamiz iradəsindən asılıdır. Musanın bəzən daşdan su çıxaran əsası var. Bəzən də suya girib onun arasından yol açır.
    2. Qaranlıq gecənin sonu bəyazdır. Bəni-İsrail bütün işkəncələrdən və bəlalardan sonra rifah və qurtuluşa çatdı.
    3. Məzlumların hüzurunda zalımlardan intiqam alınması onlar üçün bir məlhəmdir.
    51. وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ
    ("Yada salın.) o zaman ki, Musa ilə qırx gecəlik vədələşdik. Siz ondan sonra buzovu tutdunuz (ona ibadət etdiniz). Bir halda ki, sitəmkar idiniz.”
    Nöqtələr
    Həzrət Musanın adı Quranın 34 surəsində 136 dəfə yad edilmişdir. Həzrət Musanın vəd yerinin macərası "Əraf” və "Taha” surələrində nəql olunmuşdur.(Nisa”, 48, 116. ) Vəd yeri Tur dağı, vəd müddəti isə əvvəlcə otuz gün müəyyənləşdirilmişdi. Vəd yerində isə həmin müddətə daha on gecə əlavə olundu. Bu müddət Tövratın qəbulu üçün müəyyənləşdirilmişdi. Bəni-İsrail həzrət Musanın qardaşı Harun kimi rəhbərə malik olduğu halda bütün ilahi nemətləri və lütfləri unudub, buzova pərəstiş etməyə başladı. Buzovu mahir sənətkar Samiri Musa olmadığı vaxt qızıldan hazırlamışdı.
    Quran ayələrindən məlum olur ki, bu vəddə üç məsələ nəzərdə tutulmuşdur: Tövratın alınması, Harun üçün xilafət məqamının isbatı və bəni-İsrailin sınağı.
    Bəni-İsrail cəmiyyətinin şirkə süqutunda bir neçə amil rol oynadı:
    a) Həzrət Musa kimi bir rəhbərin olmaması;
    b) Samiri kimi mahir və azğın sənətkarların mövcudluğu;
    v) Cazibəyə malik qızıl və bəzək əşyalarından istifadə;
    q) Güclü səsə malik təbliğat şeypurları. Çünki Samirinin buzovu səs çıxarırdı;
    e) Xalqın sadəlövhlüyü, tez inanması və dərin imandan məhrumluğu;
    ə) İnəkpərəstliyin keçmişi və bu əqidə üçün münasib şərait.
    Bildirişlər
    1. İlahi rəhbərlərin ibadət məqsədi ilə bir müddət cəmiyyətdən uzaqlaşması layiqli və yaxşı işdir.
    2. Xalqdan kənarda qırx gecəlik ibadətin xüsusi əsərləri vardır.
    3. Vəhyin və ruhani ilhamın əldə olunmasında qırx rəqəminin rolu var.
    4. Şirk bəşəriyyətə qarşı zülmdür. Çünki müşrik insan Allahdan əl götürüb aciz zalımlara əl açır.
    52. ثُمَّ عَفَوْنَا عَنكُمِ مِّن بَعْدِ ذَلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ
    "O zaman ondan (azğınlığınızdan) sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.”
    Nöqtələr
    Şirkdən tövbə iman gətirmək və şəhadət kəlmələrini izhar etməkdir. Peyğəmbərlərin besəti insanları şirk və küfrdən xilas etmək üçündür. "Allah şirki bağışlamır”("Hucurat”, 11. ) ayəsi tövhidə qayıtmadan şirk əqidəsində dünyadan gedənlərə aiddir.
    Bildirişlər
    1. Hətta şirk və buzova pərəstiş əqidəsindən də tövbə və qayıdış yolu var.
    2. İlahi əfvin özü də şükür etmək üçün zəmindir.
    53. وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ
    "(Yenə yada salın,) Musaya kitab (Tövrat) və Furqan verdiyimiz zamanı ki, bəlkə hidayət olasınız.”
    Nöqtələr
    Furqan haqqı batildən ayıran bir vasitədir. Səmavi kitabda haqq batildən seçildiyi üçün ona "furqan” deyilmişdir. Kitab sözü ilə yanaşı işləndiyindən furqan sözü Musaya Tövratdan əlavə əta olunmuş doqquz möcüzə və ya başqa həqiqətlərə də işarə ola bilər.
    Bildirişlər
    1. Səmavi kitab haqqı bəyan edir və onu batildən ayırır.
    2. Allah tərəfindən höccət tamamlanmış, bəhanələr kəsilmişdir. Amma xalq nəfs istəkləri səbəbindən bəzən haqqı qəbul etmir.
    3. Səmavi kitabın nazil olmasında məqsəd xalqın hidayətidir.
    54. وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُواْ إِلَى بَارِئِكُمْ فَاقْتُلُواْ أَنفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
    "(Yadınıza salın) O zamanı ki, Musa öz qövmünə dedi: "Ey mənim qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də Allaha doğru tövbə edib geri dönün və bir-birinizi qətlə yetirin. Bu iş Yaradanınızın yanında sizin üçün daha yaxşıdır. Allah sizin tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən, mehribandır.”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 838 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024