İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Din çıxarmaq bəşər tarixinin təhlükəli cərəyanlarındandır.
    2. Bidət, din çıxarmaq, din satmaq, xalqı çaşdırmaq günahkar alimlər tərəfindən cəmiyyəti hədələyən təhlükələrdir.
    3. Zəhərli, təhrifçi və bidətçi qələmlərə, kitablara və məqalələrə nəzarət edin. Hər alimə etimad göstərməyin.
    4. Xalq fitri olaraq dinə bağlıdır. Ona görə də fırıldaqçılar öz sözlərini din və məzhəb pərdəsi altında xalqa qəbul etdirirlər.
    5. Bidət və iftira səbəblərindən biri dünyanı əldə etmək arzusudur.
    6. Ən pis qazanc dini satmaqla əldə olunan qazancdır.
    7. Əzabların ən ağırı xalqın düşüncə və etiqadına xəyanət edənlərin payına düşür.
    8. Bidət nəticəsində tarixdə baş verən istənilən bir azğınlığın günahı bidətçinin boynunadır.
    80. وَقَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّاماً مَّعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِندَ اللّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ
    "(Yəhudilər) dedilər: "Cəhənnəm odu yalnız bir neçə məhdud gün bizə çata bilər.” De ki, yoxsa Allahdan bir əhd almısınız? Əlbəttə, Allah heç vaxt öz əhdinə xilaf çıxmır. Ya da Allaha bir şeyi aid edirsiniz ki, ondan xəbəriniz yoxdur?”
    Nöqtələr
    Yəhudilərin əqidə çaşqınlıqlarından biri də bu idi ki, deyirdilər: "Hətta biz günahkar da olsaq, cəzamız başqalarından azdır. Bir neçə gündən artıq əzab çəkməyəcəyik! Çünki biz başqalarından üstünük... Allah bu ayədə uyğun təfəkkür tərziniz üzərindən qara xətt çəkir.”
    Bildirişlər
    1. İmtiyaz tələbi yəhudilərin xüsusiyyətlərindəndir.
    2. Yersiz düşüncə və danışıqları cavabsız buraxmayın.
    3. Üstünlük tələbi, irqpərəstlik, əməlsiz arzu qadağandır.
    4. Qanun qarşısında hamı bərabərdir. Allah xüsusi bir qövmün nicatı üçün vəd verməmişdir.
    5. Din maarifindən xəbərsizlik nəticəsində, insan xurafatları dinə aid edir.
    81. بَلَى مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيـئَتُهُ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
    "Bəli, hər kəs pislik qazansa və günahı onu əhatə etsə, onlar od əhlidirlər və həmişə orada qalacaqlar.”
    Öz ilahi cəzalarını başqalarının ilahi cəzalarından fərqli bilən bəni-İsrail haqqında ayədə belə buyurulur: "Hamınız qanun qarşısında bərabərsiniz. Əgər günah əsərləri insanı əhatə edib ona tövbə fürsəti verməsə, həmişəlik cəhənnəmdə qalacaq.”
    Nöqtələr
    Bəni-İsrailin gümanının əksinə olaraq, onlar da öz əməlləri qarşısında ilahi cəzaya çatacaqlar. Bu ayədə buyurulur ki, hamı qanun qarşısında bərabərdir. Günahın təsiri insanı elə əhatə edə bilər ki, tövbə edib qayıtmağa fürsət olmaya və əbədi olaraq cəhənnəmdə qalmağa layiq görülə.
    Bildirişlər
    1. Xəyallar və mövhumatlarla qəti və ciddi rəftar edin.
    2. Mükafat və cəza arzudan yox, əməldən asılıdır.
    3. Agahlıqla, bilərəkdən, azad şəkildə yol verilən günahların cəzası var. Cəhalətdən və ya məcburi olaraq yol verilən günahlar belə deyil.
    4. Günahkar qazanc götürmək fikri ilə günah edir.
    5. Hər bir günahın insanı qərq edə biləcək təsir və nəticələri var.
    6. İnsan fitrətən pakdır. Amma üz tutmuş günah və xətalar onun varlığını əhatə edib cövhərini dəyişdirir.
    7. Günahkarlıq xarakteri əbədi cəhənnəm odunun səbəbidir.
    82. وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ
    "İman gətirib saleh işlər görənlər behişt əhlidirlər və orada əbədi qalacaqlar.”
    Bildirişlər
    1. Hədələməklə yanaşı müjdə də verilməlidir. Əvvəlki ayə günahkarlıq cəzasını bəyan etdi. Bu ayədə xeyirxahın mükafatından danışıldı.
    2. İman əməldən ayrı deyil.
    3. Behişt ölçüsü xəyal və arzu yox, iman və əməldir.
    4. Bir saleh əməl kifayət etmir. Salehlik xarakterinə malik olmaq və bütün saleh işlərə maraq göstərmək lazımdır.
    83. وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لاَ تَعْبُدُونَ إِلاَّ اللّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسْناً وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلاَّ قَلِيلاً مِّنكُمْ وَأَنتُم مِّعْرِضُونَ
    "(Xatırlayın, bir vaxt Bəni-İsraildən əhd aldıq ki, yeganə Allahdan başqasına pərəstiş etməyin, ata-ananıza, qohumlarınıza, yetimlərə və binəvalara ehsan edin, xalqla xoş dillə danışın, namazı bərpa edin və zəkat ödəyin. Amma siz, - bir qisminiz istisna olmaqla - boyun əymədiniz və üz döndərdiniz.”
    Nöqtələr
    "Ehsan” yaxşılıqla bağlı ən yığcam və ən əhatəli sözdür. Valideyn fəqir olduqda ona maddi, varlı olduqda isə mənəvi ehsan edilir. Eləcə də yetimə ehsan onu ədəbləndirmək, haqqını qorumaq, məhəbbət göstərmək və təlim verməkdən ibarətdir.
    Bütün dinlərin əsası eynidir. Çünki bütün bu ölçülər İslamda da var.
    Bildirişlər
    1. Allah əql, fitrət və vəhy yolu ilə xalqdan əhd almışdır.
    2. Tövhid peyğəmbər məktəbinin sərlövhəsidir. Onun ardınca saleh işlər gəlir.
    3. Tövhidlə bərabər valideynə ehsan da açıqlanılır.
    4. Valideynə kiminsə vasitəsi ilə yox, birbaşa ehsan olunmalıdır. mətnin "bil-validəyni” sözünün önündəki "ba” şəxsən görüşmək mənasındadır.
    5. Ata-anadan birinə meyl qadağandır.
    6. Əvvəlcə ehtiyaclı qohumlara, sonra başqalarına baxmaq lazımdır. Əlbəttə ki, qohumlar arasında da əvvəlinci-sonuncu məsələsi var. ("Təfsiri Ətyəbul-bəyan”.  )
    7. İnsan ədəblə və minnət qoymadan ehsan etməlidir. Ehsan etmək tapşırığı ilə yanaşı, yaxşı rəftar göstərişi də verilmişdir.
    8. Əgər hamıya ehsan etməyə gücün çatmasa da, hamı ilə xoş danışmağa gücün çatar.
    9. Yalnız müsəlmanlarla yox, bütün insanlarla yaxşı rəftar edib, xoş danışmaq lazımdır.
    10. Zəkat ödəməkdən əlavə, imkansızlara və yetimlərə ehsan da zəruridir. Ayədə həm zəkatdan, həm də miskinlərə ehsandan danışılır.
    11. Namaz və Allahla rabitə zəkat və fəqirlərlə rabitədən ayrı deyil.
    12. Digər dinlərdə də namaz və zəkat olmuşdur.
    13. Tövhidə etiqad, valideynə, yetimlərə və miskinlərə ehsan göstərişi ilə yanaşı zəkat, xalqla xoş rəftar, namaz tapşırıqları İslamın hərtərəfli bir din olmasının nişanəsidir.
    14. Hüquqların yerinə yetirilməsinin dərəcə və mərhələləri vardır. Əvvəlcə Allahın, sonra valideynin, sonra qohumların, sonra məhəbbətə ehtiyaclı yetimlərin, sonra isə maddi çətinlik çəkən miskinlərin haqqı ödənməlidir.
    15. Bütün etiqadi, əxlaqi və fiqhi hökmlər Allahın insanla əhdidir. "Əhd” ("misaq”) sözünün ardınca tövhid əqidəsi, valideynə ehsan, namaz və zəkatdan danışılmışdır.
    84. وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لاَ تَسْفِكُونَ دِمَاءكُمْ وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ
    "(Xatırlayın) sizdən bir-birinizin qanını tökməməyiniz və bir-birinizi öz məmləkətinizdən çıxarmamağınız haqqında əhd aldığımız zaman, (bu əhdi) iqrar etdiniz və özünüz buna şahidsiniz.”
    Nöqtələr
    Bəni-İsraildən xalqın qanını möhtərəm tutmaq barədə alınan əhd dedikdə, "Maidə” surəsinin 32-ci ayəsi də nəzərdə tutula bilər. Ayədə buyurulur: "Bəni-İsrail üçün yazdıq ki, hər bir şəxs dəlilsiz və günah üzündən kimsəni öldürsə, sanki bütün xalqı öldürmüşdür.”
    Yaşamaq haqqı insanın ilkin haqqıdır. İnsanı öldürmək kəbirə (böyük) günahlardandır. "Nisa” surəsinin 93-cü ayəsində oxuyuruq: "Hər kəs azad şəkildə və bilərəkdən bir müsəlmanı öldürsə, həmişəlik cəhənnəmdədir və Allahın qəzəbinə düçardır.” Eləcə də, "Maidə” surəsinin 32-ci ayəsində bir nəfəri heç bir dəlil olmadan öldürmək bütün xalqı öldürməyə bərabər sayılır. Hədisdə isə belə buyurulur: "Öldürülənin bütün günahları qatilin boynunadır.” Başqa bir hədisdə belə nəql olunmuşdur: "Əgər səmaların və yerin bütün əhli bir nəfərin qətlində şərik olsa, hamısı cəhənnəmə düşəcək.”
    Zalım hakimlərin yolu budur ki, öz mövqelərini möhkəmləndirmək üçün qalalar və saraylar tikir, xalqı avara qoyub onları incidir, alçaldırlar. Hansı ki, borc sahibi öz borclusuna evini satdıra bilməz, bir şəxs məsciddə yer tutsa, kimsə həmin yerdə namaz qıla bilməz. Hər kəs başqa birindən qabaq, iş, ibadət və ya əkin üçün bir yer seçsə, kimsənin ixtiyarı yoxdur ki, ondan qabağa keçsin.
    "Özünüz iqrar etdiniz və özünüz şahidsiniz” cümləsi ilə peyğəmbər dövründəki yəhudilərin tənqid olunması onların əcdadlarının əməllərinə görə idi. Bəli, hər kəs keçmişdəki şəxsin və ya qövmün işi ilə razılaşsa, onun şəriki sayılır.
    Bildirişlər
    1. Mühüm işlərin icrasından arxayın olmaq üçün sifariş və əmr kifayət deyil. Əminlik üçün əhd almaq lazımdır.
    2. Ruhun və cismin əmin-amanlığı bütün ilahi məktəblərin sifarişidir.
    3. Vətənə bağlılıq fitri və təbii haqdır. Bu haqqı tapdamaq aşkar zülmdür.
    4. Cəmiyyət vahid bir vücud, fərdlər isə onun əzaları kimidir. ("Dimaəkum” və "Ənfusəkum” kəlmələrindən anlaşılır ki, bir nəfəri öldürmək və ya ixrac etmək insanın özünü öldürməsi və ixrac etməsi kimidir.) Sədi deyir:
    Bir-birinin əzasıdır hər adəm,
    Bütün bəşər yaranmış bir gövhərdən.
    85. ثُمَّ أَنتُمْ هَـؤُلاء تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقاً مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاء مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلاَّ خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
    "Bir-birinizi qətlə yetirən, özünüzdən bir qrupu diyarlarından xaric edən, onlara qarşı günah və təcavüzdə bir-birinizə arxa duran sizsiniz. Amma əgər həmin adamlar əsir halda yanınıza gəlsələr (azad etmək üçün) onların fidyəsini ödəyirsiniz. Hansı ki, (təkcə öldürmək yox, həm də) onları ixrac etmək sizə haram idi. Yoxsa səmavi kitabın bəzi göstərişlərinə iman gətirir, bəzilərinə isə kafir olursunuz? Sizlərdən bu işi görən hər bir adamın cəzası bu dünyada rüsvayçılıqdan başqa bir şey olmayacaq. Qiyamət günü isə o yenidən ən çətin əzaba düçar olacaq. Allah gördüyünüz işdən qafil deyil.”
    Nöqtələr
    Allah bu ayədə Bəni-İsraili məzəmmət edir ki, onlar etdikləri əhdə baxmayaraq bir-birlərini öldürdülər, bir-birlərini məmləkətlərindən xaric etdilər. Onlar sağlam ailə əlaqələri və məhrumlara əl tutmaq əsasında vahid cəmiyyət yaratmağa vəzifəli olduqları halda, günah və başqalarının haqqına təcavüzdə əl-ələ verib cəmiyyətdə hərc-mərclik, təfriqə yaratdılar, qan tökülməsinə rəvac verdilər. Onların himayəsi ilə zalım hakimlər qətl və sürgünlərə cürət etdi. Təəccüblü budur ki, bu adamlar uyğun didişmələrdə əsir düşdükdə Tövratın hökmünə əsasən fidyə ödəyib onu azad etdilər. Hansı ki, onlar Tövratın qətl, sürgün haqqındakı hökmlərini qulaq ardına vurdular. Onlar bir-birini öldürməyə hazır ikən, bir-birinin əsiri olmağa razı deyildilər. Əgər əsirlik pis idisə, öldürmək ondan da pis idi. Əgər Tövrat fidyə verməklə əsirlərin azad olunmasını əmr edirdisə, qətli və sürgünü qadağan edirdi. Bəli, onlar əslində Allahın əmrinə təslim olmamışdılar. Hər yerdə öz istəklərinə uyğun gələn ilahi ayələri öz səliqələri ilə qəbul edirdilər. Harada ki ilahi hökmlər onların istəyi ilə uyuşmurdu, həmin hökmü ayaq altına alırdılar.
    Bu ayədə dinin bir hissəsinin qəbul olunmasının və digər bir hissəsinin kənara qoyulmasının necəliyi haqqında xəbərdarlıq olunur. Fərdi vəzifələrinə əməl edib ictimai vəzifələrinə biganə qalan insan dünyada zəlillik, qiyamətdə əzab intizarında olmalıdır. Bir çoxları namaz və orucun şərtlərini və hökmlərini yerinə yetirdikləri halda, hakim və hökumətə münasibətdə özlərini vəzifəli bilmirlər.
    Bildirişlər
    1. Quran insanın başqalarını öldürməsini onun özünü öldürməsi kimi təqdim edir. Məlum olur ki, başqasını öldürmək intihara (insanın özünü öldürməsinə) bərabərdir. Eyni bir cəmiyyət bir bədənin əzaları kimidir.
    2. Günah və təcavüzə yardım və həmkarlıq qadağandır. (Hədisdə nəql olunur ki, hər kəs zalıma onun zülm-sitəmində yol göstərib kömək etsə, cəhənnəmdə Fironun vəziri Hamanın yanında olacaq. Hətta zalım üçün kağız-qələm hazırlamaq da düz deyil. İmam Kazim (ə) tanınmış müsəlmanlardan birinə buyurmuşdur: "Həcc səfəri məqsədi ilə də olsa, xəlifə Harun ər-Rəşidə dəvə kirayə vermək olmaz.”("Hud”, 91. )
    3. İmanın əlaməti əməldir. Dini göstərişlərə əməl etməyən insan imansız kimidir. Quran insanın bəzi göstərişlərə əməl edib, bəzi göstərişlərdən boyun qaçırmasını tənqid edərək buyurmuşdur: "Nə üçün bəzi şeyə iman gətirir, bəzisinə qarşı küfr edirsiniz? "
    4. Həqiqi imanın nişanəsi insanın öz şəxsi səliqəsi və meylinə zidd ilahi göstərişlərə əməl etməsidir. Könül istəyən ilahi göstərişlərə əməl etmək həqiqi iman ölçüsü sayılmır.
    5. Bəzi ayələrə qarşı küfr əslində bütün hökmlərə qarşı küfrdür. Ona görə də ayələrdən bir qisminə əməl etməyənlərin cəzası dünyada zəlillik, qiyamətdə isə əzabdır.
    86. أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الْحَيَاةَ الدُّنْيَا بِالآَخِرَةِ فَلاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنصَرُونَ
    "Onlar dünya həyatını axirət bahasına almışlardır. Onların cəzaları yüngülləşdirilməz və onlara yardım olunmaz.”
    Nöqtələr
    Ayədə əhdi pozmağın, insanları qətlə yetirməyin, bəzi ayələrə əməl edilməməsinin kökləri belə bəyan edilir: Onlar dünya həyatının ardınca gedir və mənafelərinə uyğun qanunlara baş əyirlər. Onlar dünyəvi mənafelərinə ziyan olan qanunlara etinasızdırlar. Demək, bu rifah ardınca gəzən dünyapərəstlərin iddialarının ziddinə olaraq onların ilahi əzabları yüngülləşdirilməz. Onlar ya əzab görməyəcəklərini, ya da yalnız bir neçə gün əzab görəcəklərini düşünürlər. Hansı ki, onlar da başqa günahkarlar tək öz əməllərinə görə məsuliyyət daşıyırlar.
    Bildirişlər
    1. İnsan azaddır və onun seçim hüququ var. Ayələrdə "insan dünyanı aldı, axirəti satdı” deyilməsindən aydın olur ki, insan məcbur deyil, o ixtiyar sahibidir, düşüncə, müqayisə yolu ilə ölçüb-biçir, seçim aparır.
    2. İlahi qanun qarşısında hamı eyni dərəcədə cavabdehdir. Bəni-İsrailin özünü üstün irq, Allahın əzizi hesab etməsi puç xəyaldan başqa bir şey deyil. İnadkarlıq və küfr yolunu tutmuş heç bir insan və qövm ilahi qəhr və qəzəbdən azad edilməmişdir.
    3. Qətlin səbəblərindən biri də dünyapərəstlikdir.
    87. وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِن بَعْدِهِ بِالرُّسُلِ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ أَفَكُلَّمَا جَاءكُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقاً كَذَّبْتُمْ وَفَرِيقاً تَقْتُلُونَ
    "Belə ki, Biz Musaya kitab (Tövrat) verdik və ondan sonra ardıcıl surətdə peyğəmbərlər göndərdik. İsa ibn Məryəmə (möcüzələr) aşkar dəlillər verdik və ona Ruhul-qüdslə yardım göstərdik. Bəs nə üçün peyğəmbər sizin nəfs istəklərinizə qarşı bir şey (hökm və göstəriş) dedikdə onun qarşısında təkəbbür göstərirsiniz? (Ona iman gətirmək əvəzinə) bir dəstəni inkar etdiniz, digər bir dəstəni qətlə yetirdiniz.”
    Nöqtələr
    Ayədə Allahın xalqın hidayətindəki ardıcıl lütfündən danışılır. Bildirilir ki, Musadan sonra Davud, Süleyman, Yuşə, Zəkəriyya və Yəhya kimi peyğəmbərlər göndərildi. Həmin peyğəmbərlərdən sonra həzrət İsa aşkar dəlillərlə məbus edildi və Ruhul-qüds ("Nəhl” surəsinin 102-ci ayəsindən məlum edildi ki, Ruhul-qüds Cəbraildir) tərəfindən ona yardım göstərildi. Amma Bəni-İsrail təkəbbür və asilik yolunu tutdu, ilahi hidayətin qəbulu əvəzinə peyğəmbərlərin inkarı və qətlinə əl atıldı.
    Peyğəmbərlər tarixi İslam peyğəmbəri və möminlər üçün bir təsəllidir. Bu tarixlə tanış olduqda çətinliklərə dözmək asan gəlir.
    Bildirişlər
    1. Xalq arasında səmavi rəhbərin daimi mövcudluğu Allahın sünnəsidir.
    2. Təlim və tərbiyə məsələsində tətilə, fasiləyə yer yoxdur. Peyğəmbərlərin ardıcıl şəkildə göndərilməsi tarix boyu hidayət cərəyanının davam nişanəsidir.
    3. Mələklər Allahın övliyalarına yardım göstərirlər.
    4. Peyğəmbərlər xalqın sorağına getməlidirlər.
    5. Hidayət həvəspərəstliklə uyğun deyil.
    6. Haqqa təslim olmayan insan təkəbbür əhlidir.
    7. Həvəspərəstlik insanı peyğəmbəri qətlə yetirincəyədək süquta uğradır.
    8. Peyğəmbərlər öz hədəflərini həyata keçirmək üçün son damla qanlarınadək müqavimət göstərmişlər.
    88. وَقَالُواْ قُلُوبُنَا غُلْفٌ بَل لَّعَنَهُمُ اللَّه بِكُفْرِهِمْ فَقَلِيلاً مَّا يُؤْمِنُونَ
    "Onlar (peyğəmbərlərinə) dedilər: "Qəlblərimiz qılafdadır (və biz sizin dediklərinizdən bir şey anlamırıq).” Belə deyil. Allah küfrlərinə görə onları öz mərhəmətindən uzaqlaşdırmışdır. (Ona görə də bir şey dərk etmirlər.) Çox az bir qismi iman gətirir.”
    Nöqtələr
    "Qəlblərimiz qılafdadır” kimi istehzalı cavablar zahirən bütün müşriklərin və asilərin peyğəmbərlər qarşısında şüarı olmuşdur. Həzrət Şüeybin cavabında dedilər: "Biz sənin sözlərini anlamırıq.”("Fussilət”, 5. ) Quran ayələri qarşısında belə bildirdilər: "Qəlblərimiz pərdədə və örtükdədir.”(Təfsiri-Nurus-səqəleyn”. ) Bu ayədə isə "Qəlblərimiz qılafdadır” deyirlər.
    Bildirişlər
    1. Bədbəxtliyin müqəddiməsi, başlanğıcı insanın öz əlindədir. Allahın lənətinə və qəhrinə düçar olanlar öz inadkarlıq və küfrlərindən əziyyət çəkirlər.
    89. وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُواْ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُواْ فَلَمَّا جَاءهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِ فَلَعْنَةُ اللَّه عَلَى الْكَافِرِينَ
    "Allah tərəfindən onlara bildikləri nişanələri təsdiqləyən kitab gəldi. Bundan qabaq özlərinə ümid verirdilər ki, (yeni kitab və peyğəmbərin köməyi ilə) düşmənlərə qalib gələrlər. Amma elə ki, əvvəlcədən tanıdıqları onlara üz tutdu, ona kafir oldular. Allahın lənəti olsun kafirlərə!”
    Nöqtələr
    Ayədə yəhudilərin inadkarlıq və həvəsbazlığının digər təzahürləri bəyan olunur. Onlar Tövratın müjdəsi əsasında yeni peyğəmbərin intizarında idilər. Hətta bir-birlərinə qələbə müjdəsi verirdilər. İmam Sadiqin (ə) buyruğuna görə, onların Mədinədə qalmasının dəlillərindən biri bu şəhərin peyğəmbərin hicrət yeri olacağını bilmələri idi. Bu səbəbdən də Mədinədə sakin olmuşdular. Amma İslam peyğəmbəri zühur etdikdən sonra Tövratda qeyd olunmuş nişanələri görsələr də, küfrə uğradılar.("Maidə”, 18. )
    Bildirişlər
    1. İlahi dinlər bir-birlərinə qarşı çıxmır, əksinə bir-birlərini təsdiq edirlər.
    2. Hər xoş münasibətə etimad göstərmək olmaz. Yəhudilər illər uzunu Mədinədə yeni peyğəmbərin zühur ümidi ilə sakin olsalar da, əməl məqamında küfr etdilər. (Öz eşq və intizarınızla qürrlənməyin. Əməl məqamı çatdıqda insanın halı dəyişə də bilir. Allah eləməmiş bu gün "Nüdbə” duası oxuyasan, sabah isə...)
    3. Haqqı tanımaq və onu bilmək kafi deyil. Çoxları haqqı tanıdıqları halda inadkarlıqları səbəbindən kafir oldular.
    90. بِئْسَمَا اشْتَرَوْاْ بِهِ أَنفُسَهُمْ أَن يَكْفُرُواْ بِمَا أنَزَلَ اللّهُ بَغْياً أَن يُنَزِّلُ اللّهُ مِن فَضْلِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ فَبَآؤُواْ بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ
    "Nə pisdir o şey ki, özlərini ona satdılar. Həsəd səbəbindən Allahın göndərdiyi ayələrə kafir oldular. (Dedilər) Nə üçün Allah fəzlini bəndələrindən istədiyinə (ayələr) nazil edir? Beləcə, Allahın ardıcıl qəhrinə düçar oldular. Kafirlər üçün zəliledici əzablar var.”
    Nöqtələr
    Ayədə yəhudilərin İslam peyğəmbərinə qarşı küfrünün səbəbi bəyan olunmuşdur. Onlar həsəd aparırdılar ki, nə üçün vəhy Bəni-İsraildən bir kəsə nazil olmayıb. Bu həsəd və küfr onların özlərini satdığı çox pis bir qiymət idi.
    Bildirişlər
    1. Xalqın dininin dəyər ölçüsü onların maraqlarından asılıdır.
    2. Həsəd küfr mayasıdır. Bəni-İsrail arzu edirdi ki, vəd olunmuş peyğəmbər onlardan olsun. Arzularına çatmadıqlarından həsəd göstərib küfr etdilər.
    3. Peyğəmbərlik ilahi fəzldir.
    4. İnsanın narazılığı Allahın hikmət dolu lütflərinə təsir göstərmir. Allah kimi peyğəmbər seçəcəyini daha yaxşı bilir.
    5. Ən pis müamilə odur ki, insan varlığını verib Allahın qəzəbini alsın.
    91. وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ بِمَا أَنزَلَ اللّهُ قَالُواْ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرونَ بِمَا وَرَاءهُ وَهُوَ الْحَقُّ مُصَدِّقاً لِّمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاء اللّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ
    "Onlara "Allahın nazil etdiyinə iman gətirin." deyə əmr olunduqda deyərlər: "Biz yalnız o şeyə iman gətirərik ki, özümüzə nazil olsun..." Bundan qeyrisinə kafir olarlar. Hansı ki, o (Quran) haqdır və onların Tövratdan bildiklərini təsdiq edir. De ki, əgər mömin idinizsə, nə üçün bundan qabaq ilahi peyğəmbərləri qətlə yetirdiniz?!”
    Bildirişlər
    1. İslam peyğəmbərinə bütün ümmətləri İslama dəvət etmək əmr olunmuşdu.
    2. Kafirlərin küfr dəlillərindən biri irqçilik, millət və qövm təəssübüdür.
    3. İman ölçüsü irq və millət yox, ayinlərin haqq olmasıdır.
    4. Quran başdan-başa həqiqətdir.
    5. Peyğəmbər dövründəki yəhudilər öz babalarının rəftarı ilə razı olduqlarından, peyğəmbərlərin öldürülməsini Allah onlara da aid etmişdir.
    6. Yalançı rüsvaydır.
    (Əgər Bəni-İsraildən olan peyğəmbərə iman gətirmişdilərsə, nə üçün həmin qövmdən olan Yəhya və Zəkəriyyanı şəhid etdilər?! Bəli, onların rəftarı imansızlıqlarının nişanəsi idi.)
    92. وَلَقَدْ جَاءكُم مُّوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ
    "Musa sizin üçün möcüzələr gətirdi. Amma siz ondan sonra (o olmayanda) zülmə uğrayaraq buzova üz tutdunuz.”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 736 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024