İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. Allahın adı və müqəddəsliklərin hörməti saxlanılmalıdır.
    2. Yaxşı işlərin, xalqın islahının qarşısını andla almaq olmaz.
    3. Üstün dəyərlər və xeyir işlər yersiz bəhanələrlə tərk olunmamalıdır.
    4. Unutmayın ki, Allah danışıqlarınızı eşidir və danışmadıqlarınızı da bilir. Hər bir söz və düşüncənin hesabını aparın.
    225. لاَّ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِيَ أَيْمَانِكُمْ وَلَكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَاللّهُ غَفُورٌ حَلِيمٌ
    "Allah sizi məqsədsiz andlara görə cəzalandırmaz. Amma qəlblərinizin dərk etdiyi andlara görə cəzalandırılarsınız. Allah bağışlayan və həlimdir.”
    Nöqtələr
    Diqqətsiz, əsəbi, düşüncəsiz halda və ya çoxdanışmaq və tələskənliklə içilən andların hüquqi qüvvəsi yoxdur. Yalnız adi halda, diqqətlə, xeyir işlər üçün Allahın müqəddəs adına içilən müqəddəs andların məsuliyyəti var. Belə andlar şərən icra olunmalıdır. Bu andları pozmaq haramdır. Pozulmuş andın kəffarəsi ya on fəqiri doyurmaq, ya onlara libas vermək, ya bir qul azad etmək, bütün bunlara imkan olmadıqda isə üç gün oruc tutmaqdır.(Bax: "Mücadələ”, 12. )
    Bildirişlər
    1. İnsanın məsuliyyəti onun iradə və seçiminə bağlıdır. Allah qeyri-adi vəziyyətdəki büdrəmələri insana bağışlayır.
    2. Savab və cəzanın meyarı işin səbəbi və niyyətidir.
    3. Allahın həlimlik və bağışlama cilvələrindən biri də bilməyərəkdən baş vermiş xətaların bağışlanmasıdır.
    226. لِّلَّذِينَ يُؤْلُونَ مِن نِّسَآئِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَآؤُوا فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
    "Öz qadınlarına yaxınlaşmamaq barədə and içənlər üçün dörd ay möhlət var. Əgər (andlarından) dönsələr (onlara bir şey zəruri deyil), Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    "İyla” sözü cinsi yaxınlığın tərk edilməsi barədə içilən and mənasını daşıyır. Cahiliyyət dövründə bəzi kişilər öz zövcələrini sıxıntıya salmaq, onları incitmək məqsədi ilə belə edərdilər. Onlar yaxşı ər deyildilər və qadınlarını boşamaqla azad etmirdilər. Bu ayə kişilərə dörd ay möhlət verir ki, öz zövcələri ilə münasibətlərini müəyyənləşdirsinlər. Ya andlarından geri dönsünlər, ya da talaq verib arvadlarını azad etsinlər. Əlbəttə ki, bu dörd ay müddət yersiz anda hörmət mənasını daşımır. Səbəb budur ki, adi şəraitdə heç bir kişi yaxınlığı dörd aydan çox tərk edə bilməz.
    Bildirişlər
    1. İslam məzlumların himayədarıdır. Qadınlar tarix boyu zülm və təzyiqlərə məruz qalmışlar. Quran dəfələrlə bu mövzunun üzərində dayanaraq qadınları himayə edir.
    2. Xurafat və cahil ənənələrlə mübarizə peyğəmbərlərin məqsəd və vəzifələrindəndir.
    3. İnsan bəzən ən pis işlər üçün də ən müqəddəs adları özünə sipər edir.
    4. Qadının psixoloji və fizioloji haqlarına və ehtiyaclarına diqqət əsas məsələdir.
    5. İnsanların öz xətalarını aradan qaldırması və düşüncəli qərar qəbul etməsi üçün möhlət lazımdır.
    6. İnsanları boşanmaya yox, ailə həyatını davam etdirməyə çağırmaq lazımdır. Ər və arvad bilməlidirlər ki, ailə həyatına qayıdış ilahi mərhəmətin əldə olunması rəmzidir.
    227. وَإِنْ عَزَمُواْ الطَّلاَقَ فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ
    "Əgər boşanma qərarına gəlsələr (düzgün yolla eybi yoxdur), həqiqətən, Allah eşidən və biləndir.”
    Nöqtələr
    Bu ayədə boşanma qanuni sayılsa da, onun məfhumunda xəbərdarlıq və hədə var. Boşanma qərarına gələn bilməlidir ki, artıq bağışlanma və mərhəmət vədi yoxdur. Allah onların işlərini eşidən və biləndir. O bilir ki, boşanmanı zəruri edən ailədəki gerçək durumdur, yoxsa kişinin boşanma qanunundan sui-istifadə etmək məqsədi?
    Bildirişlər
    1. İslam boşanmanı - bütün pisliklərinə baxmayaraq - təsdiqləyir. Amma qadının vəzifəsinin qeyri-müəyyən şəkildə qalmasına yol vermir.
    2. Boşanma qərarı kişinindir.
    3. Boşanmada ciddi məqsəd olmalıdır.
    4. Azğın nəfs istəklərindən və qadını sıxıntıya salacaq qərarlardan çəkinin.
    228. وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوَءٍ وَلاَ يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ اللّهُ فِي أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُواْ إِصْلاَحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللّهُ عَزِيزٌ حَكُيمٌ
    "Boşanmış qadınlar üç dəfə paklanıncaya qədər gözləməlidirlər. (Bu paklıqdan biri talaq baş verdiyi haldır, digər ikisi üçüncü heyzi görüncəyədəkdir.) Əgər Allaha və qiyamət gününə inanırlarsa, Allahın onlar üçün bətnlərində qərar verdiyini gizlətmələri rəva deyil. Əgər ərləri onlarla barışmaq istəsə, bu müddətdə onları geri döndərsə, bu daha yaxşıdır. Qadınların da onların öhdəsində haqları var. Kişilərin isə qadınlardan bir mərtəbə üstünlüyü mövcuddur. Allah qadir və həkimdir.”
    Nöqtələr
    "Qur” sözü həm pak olmaq, həm də heyz mənasındadır. Bu söz "quru” formasında işləndikdə paklanma mənasını, "Əqra” formasında işləndikdə isə heyz mənasını bildirir.
    Boşanmadan qabaq təyin olunmuş iddə möhləti ailə hüquqlarını qorumaq məqsədi daşıyır. Çünki bu müddətdə həm ailə həyatını qorumaq istəyi yarana bilər, həm də bilinər ki, qadın hamilədir, yoxsa yox. Qadının hamilə olub-olmamasının təyini onun üçündür ki, qadın növbəti dəfə ərə getdikdə onun əvvəlki ərinin nəsli ilə sonrakı ərinin nəsli qarışıq düşməsin.
    İmam Sadiq (ə) buyurmuşdur: "Heyz, pak olma, hamiləlik məsələlərində qadının öz şahidliyi kifayətdir. Digər bir şəhadətə, anda və dəlilə ehtiyac yoxdur. Qadınlar üçün isə bu məsələlərdə yalan danışmaq haramdır. Qadın öz vəziyyətini olduğu kimi çatdırmalı, heç nəyi gizlətməməlidir. Bu məsələlərdə nəyisə gizlədən qadının Allaha və qiyamətə imanı yoxdur.
    İddə dövründə (üç dəfə pak olma) ərin öz fikrindən daşınıb, bir daha arvadı ilə evlənməsi üçün heç bir yeni mərasimə ehtiyac yoxdur. Talaq isə bunun əksinə olaraq, müəyyən qanun çərçivəsində həyata keçirilir. Verilən iddə müddəti o qrup qadınlara aiddir ki, hamilə və ya "yaisə” və yaxud əsla yaxınlıq edilməmiş qadınlardan olmasın. Çünki onların talaq hökmü fərqlidir.
    Bildirişlər
    1. Qadın boşanıb deyə başqasına ərə gedə bilməz (iddə gözlənilməlidir).
    2. Boşanma səbəbinə görə övladlar öz hüquqlarından məhrum edilməməlidir.
    3. Qanunların icrası üçün ən üstün zamin Allaha imandır.
    4. Ailə həyatını əvvəlki ərlə davam etdirmə öndə gəlir.
    5. Xoşniyyətlilik geri qayıtmaq üçün bir əsasdır. Məbada ər yalnız cinsi məsələlərə xatir geri qayıda və təkrarən biganələşə.
    6. Məsuliyyət insan üçün hüquqlar yaradır. Çiyninə vəzifə götürmüş insan hansısa hüquqlar da əldə edir. Məsələn, valideyn övlad qarşısında vəzifəli olduğundan, övladın öhdəsində də haqları var.
    7. Qadınla rəftarda ədalətə riayət olunmalıdır.
    8. İslam cahiliyyət dövründə qadınların zərərinə tənzimlənmiş qanunları aradan qaldırdı.
    9. Eyni bir şəraitdə fərqləndirmə qadağandır. Amma vəzifə, istedad və ehtiyac baxımından haqq qoymağın eybi yoxdur.
    10. Kişilər öz güclərindən sui-istifadə etməməlidirlər. Əsl qüdrət sahibi Allahdır.
    11. İddə müddəti gözləmək Allahın hikmətli proqramlarındandır.
    229. الطَّلاَقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ وَلاَ يَحِلُّ لَكُمْ أَن تَأْخُذُواْ مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلاَّ أَن يَخَافَا أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَإِنْ خِفْتُمْ أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَلاَ جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَعْتَدُوهَا وَمَن يَتَعَدَّ حُدُودَ اللّهِ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ
    "Talaq iki dəfədir. Sonra da bəyənilmiş şəkildə zövcəni saxlamaq, ya da xoşluqla ayrılmaq gəlir. Siz kişilər üçün rəva deyil ki, arvadlarınıza verdiyinizi geri alasınız. Yalnız ərlə arvad ilahi hədləri pozmağa qorxduqları zaman belə olar. Onların ilahi hədlərə riayət edə bilməyəcəyindən qorxduğunuz vaxt, qadının fidyə və əvəz verməsinin eybi yoxdur. Onlar Allahın hədləridir. Bu həddə təcavüz etməyin. Hər kəs Allahın hədlərinə təcavüz etsə, zalımlardandır.”
    Nöqtələr
    Cahiliyyət dövründə qadını boşamaq və geri qaytarmaq adi bir iş idi. Amma İslam bir qadını boşayıb yenidən evlənməni iki dəfə caiz saydı. Üçüncü boşanmadan sonra yenidən evlənmək icazəsi yoxdur. Bu qanun qadının və ailənin ehtiramını hifz edir.("Rum”, 21. )
    İslamda talaq halalların ən mənfuru və ən pisi sayılır. Amma bəzən ixtilaf elə bir həddə çatır ki, ailə həyatının davamı mümkünsüz olur.
    Bu ayədə kişi tərəfindən gerçəkləşən talaqla yanaşı, qadın tərəfindən təklif olunan talağa da işarə olunmuşdur. Boşanmanı qadın təklif etdikdə, o öz mehriyyəsini azadlığa qurban verir. Yəni kişinin təklifi ilə talaq baş tutduqda qadın mehriyyəsini alır, qadın özü boşanmanı təklif etdikdə mehriyyədən əl çəkməli olur.
    Talaq sayı boşanma və evlənmənin sayı ilə təyin olunur. Bir dəfəyə "mən üç talaq verdim” deyən şəxs əslində bir dəfə talaq vermiş olur. Çünki o öz talağı ilə yalnız bir nikahı aradan götürür. Beləcə, Əhi-beyt (ə) fiqhinə görə, bir neçə talaq bir neçə mərhələdə gerçəkləşməlidir.
    Bir dəfəyə üç talaq vermək mümkünsüzdür. Ona görə də məsləhət görülmür ki, ailə həyatı birdəfəyə bir qərarla məhv edilsin. (Əl-Əzhər universitetinin rəisi Şeyx Mahmud Şeltut deyir: "Mən talaq məsələsində üstünlüyü şiə fiqhinə verirəm.”)
    Bildirişlər
    1. Başqaları ilə əlaqəni kəsərkən birdəfəyə qərar çıxarmaq yox, götür-qoy üçün meydan vermək lazımdır.
    2. Qadına əzab-əziyyət vermək qadağandır. Kişi kam almaq və ya psixoloji zərbə vurmaq üçün evlənib boşana bilməz.
    3. Ailə həyatında şəxsi zövqdən çəkinmək və adi həyat tərzinə üstünlük vermək lazımdır.
    4. Ayrılıq acılığını hədiyyə və ehsan şirinliyi ilə aradan qaldırın.
    5. Talaq kin, sərtlik və intiqam amili olmamalıdır. Hətta talaq zamanı da yaxşılıq və ehsan əsas şərtdir.
    6. Həyat yoldaşının qorunması həyatda əsas məsələdir.
    7. İslamda hüquq və əhkam əxlaq və mərhəmətdən kənar deyil. "Ehsan” və "məruf” sözləri bu nöqtələrə işarədir.
    8. Hüquqlara riayət etmək lazımdır. Kişi qadının haqqı olan mehriyyəni kəsə bilməz.
    9. Qadın və kişinin istəkləri ilahi hədlər çərçivəsində olmalıdır.
    10. Boşanma üçün qadın və kişinin mövqeyi kafi deyil. Onların ailə həyatının davamına başqalarının da ümidsiz olması şərtdir. Bəzən ər və arvad deyir: "Bizim əxlaqımız fərqlidir.” Amma bu sözləri doğuran həyəcandır. Çünki Quran qadın və kişinin münasibətləri məsələsində xalqın da mövqeyini meyar sayır.
    11. Qərar çıxararkən ilahi hədlərin gözlənilməsi və vəzifənin icrası əsas götürülməlidir. Əgər ilahi hədlərə riayət olunsa, izdivac qorunar, hədlər pozularsa, boşanma gerçəkləşər.
    12. Qadının boşanma hüququ ona dözülməz vəziyyətdən çıxış yolu qoyur.
    13. İslam məcburi, kin-küdurətli həyat tərzi ilə müvafiq deyil. Qadın azad olmaq üçün mehriyyəsini verməyə hazırdırsa, İslam onun üçün yol qoyur. Əlbəttə, qadın tərəfindən irəli sürülmüş boşanma təklifini kişinin qəbul etməsi vacib deyil.
    14. İlahi qanunun pozulması zülmdür.
    230. فَإِن طَلَّقَهَا فَلاَ تَحِلُّ لَهُ مِن بَعْدُ حَتَّىَ تَنكِحَ زَوْجًا غَيْرَهُ فَإِن طَلَّقَهَا فَلاَ جُنَاحَ عَلَيْهِمَا أَن يَتَرَاجَعَا إِن ظَنَّا أَن يُقِيمَا حُدُودَ اللّهِ وَتِلْكَ حُدُودُ اللّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ
    "Belə ki, əgər (iki dəfə boşanıb təkrar evləndikdən sonra kişi zövcəsini üçüncü dəfə) boşayarsa, artıq qadın ona halal olmayacaq. Yalnız başqa bir kişiyə ərə gedib talaq aldıqdan sonra bir-birlərinin yanına qayıda bilərlər. Əlbəttə ki, ilahi hədləri bərpa edəcəklərinə ümidli olsalar. Bunlar Allahın agah insanlar üçün bəyan etdiyi hədlərdir.”
    Nöqtələr
    İslamda bəzi hədlərin tələsik qərarların qarşısını almaq məqsədi ilə müəyyənləşdirildiyi nəzərə çarpır. Məsələn:
    a) Qadınını boşamaq istəyən şəxs bu işi o zaman görə bilər ki, qadın pak halda (heyz halında yox) olsun və boşanma iki ədalətli şahidin iştirakı ilə həyata keçsin. Kişi boşamaq istədiyi qadının xərcini ödəməlidir ki, bu qadın həmin müddətdə özünü bəzəməklə kişiyə göstərə bilsin. Bu şərtlərin hər biri tələsik boşanmanın qarşısını alır.
    b) Camaat xüsusi söhbətlər üçün Peyğəmbərə (s) üz tuturdu. Allah göstəriş verdi ki, peyğəmbərlə xüsusi söhbət etmək istəyən şəxs əvvəlcə sədəqə verməlidir. Bu qanun qeyri-zəruri müraciət və sualların qarşısını alırdı.("Kafi”, c.3, s. 268.)
    Hər halda zövcəsini iki dəfə boşamış kişinin üçüncü dəfə onunla evlənməsi üçün həmin qadının başqa bir kişidə ərdə olub boşanmasının şərt qoyulması tələskənliyin qarşısını alan İslam qanunlarının digər bir nümunəsidir.
    Bildirişlər
    1. Kişilər onlara verilmiş ixtiyardan sui-istifadə etməməli, talaq (boşanma) haqlarının məhdud olduğunu yadda saxlamalıdırlar. Rəvayət olunur ki, imam Riza (ə) belə buyurdu: "Talağı yüngül saymayın və qadınlara zərər yetirməyin.”
    2. İlahi hökmlər əsasında yaşayışa ümid evlənmənin şərtidir.
    3.Müsəlmanlar bilsinlər ki, ilahi hədlər təkcə namaza, zəkata, həccə və cihada aid deyil. Ailə məsələlərində də ilahi hədlərə riayət olunmalıdır.
    4. İlahi hədlərin sirrini və hikmətini hər adam bilməz. Adi adamlar göstərişlərin zahirini, agah adamlar isə onların ruhunu və dərinliyini görür.
    231. وَإِذَا طَلَّقْتُمُ النَّسَاء فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ وَلاَ تُمْسِكُوهُنَّ ضِرَارًا لَّتَعْتَدُواْ وَمَن يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ وَلاَ تَتَّخِذُوَاْ آيَاتِ اللّهِ هُزُوًا وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُمْ مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
    "Qadınlarınıza talaq verdikdə və möhlət ("iddə”) başa çatdıqda, ya onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin. Onları əziyyət vermək üçün saxlamayın ki, təcavüz edəsiniz. Belə edən şəxs özünə zülm edib. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə verdiyi neməti, öyüd üçün nazil etdiyi səmavi kitabı və hikməti xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeydən xəbərdardır.”
    Nöqtələr
    Çaşqınlıq, zülm, təhlükə böyük olan yerdə xəbərdarlıq və tövsiyələr də çox olmalıdır. Əvvəlki iki ayədə xoşluqla ayrılmaq tapşırılsa da, bu ayədə növbəti dəfə buyurulur: "Onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin.” Çünki ayrılıq məqamında qadın və kişinin ruhi durumu adi olmur. Həmin vaxt intiqam hissi, bir-birinə zərbə vurmaq, əzab vermək istəyi öz fövqünə çatır.
    Qadının hüquqlarının pozulmasında kişi özü də əzab çəkir. Qadın və kişi varlıq nizamında vahid bir cismin əzalarıdır. Bir əzanı incitmək bütün vücudu incitməkdir. Qadına zülm edən insan ilahi cəzanın görüşünə gedir. Ona görə də uyğun rəftarla özünə zülm etmiş olur.
    Bildirişlər
    1. İslam səfalı və sevgili birgə yaşayış istəyindədir. Qadını incitmək məqsədi ilə saxlamaq haramdır.
    2. Həyat yoldaşı ilə pis rəftar edənlər təcavüzkardırlar.
    3. Qadına zülm insanın özünə zülmdür.
    4. İzdivac böyük ilahi ayələrdəndir.("Rum”, 26. )Yersiz talaqlar və əzab məqsədi ilə saxlamaqla bu müqəddəs qanuna istehza olunmamalıdır.
    5. Kin-küdurət, acılıq əvəzinə nemətləri yad edin. Kiçik ailə problemlərini milyonlarla ilahi nemət kənarında böyük saymayın.
    6. Ailə münasibətlərinin sağlamlaşdırılması üçün səmavi kitabın hökm və moizələrinə diqqət, həm də təqva lazımdır.
    7. Özünü Allah hüzurunda bilən kəs günahdan çəkinər.
    8. Boşanmada məqsədiniz yoldaşınıza zülm və sui-istifadə olsa, bilin ki, Allah bundan xəbərdardır.
    232. وَإِذَا طَلَّقْتُمُ النِّسَاء فَبَلَغْنَ أَجَلَهُنَّ فَلاَ تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْاْ بَيْنَهُم بِالْمَعْرُوفِ ذَلِكَ يُوعَظُ بِهِ مَن كَانَ مِنكُمْ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكُمْ أَزْكَى لَكُمْ وَأَطْهَرُ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ
    "Qadınlarınıza talaq verdiyiniz və onların möhləti (iddəsi) başa çatdığı zaman onların əvvəlki həyat yoldaşları ilə izdivaclarına mane olmayın. Əlbəttə ki, aralarında bəyənilmiş şəkildə razılıq bərqərar olsa. Sizlərdən Allaha və qiyamət gününə inanan hər kəsə bu göstərişlərlə ibrət verilər. Bu əmr (ona əməl) sizin üçün daha çox xeyir və paklığınızın mayasıdır. Allah bilir, siz isə yox!”
    Nöqtələr
    Əgər boşanmış qadınlar öz keçmiş ərləri ilə razılığa gəlib yenidən ailə qursalar, ayrı-ayrı fərdlərin və cəmiyyətin islahında çox təsirli olar. Çünki belə hallarda onların şəxsi məlumatları və sirləri gizli qalır, övladlar öz valideynlərinin və həqiqi tərbiyəçilərinin qoynuna qayıdır. Digər tərəfdən, ər-arvad ayrılığın acısını çəkdiklərindən bir daha ayrılacaqlarından narahatdırlar.
    Bildirişlər
    1. Ər seçimində boşanmış qadının rəyi möhtərəmdir. Növbəti izdivacda başqasının icazəsinə ehtiyac yoxdur.
    2. Bir dəfə boşanmaqla həmişəlik bədbin olmayın. Bəlkə də boşanmadan sonra hər iki tərəf peşman olub, bəyənilmiş tərzdə yeni həyata başlamaq istəsin.
    3. Evlənmənin əsas şərti iki tərəfin razılığıdır.
    4. İzdivac razılığı ağıl və ədalətə əsaslanmalıdır.
    5. Başqalarının şəri izdivacı yolunda çətinlik yaradıb, pozucu fəaliyyət göstərənlər Allaha və qiyamət gününə olan imanlarına şəkk etməlidirlər.
    6. Təbii və şəri cazibələrin qarşısını almayın. Boşanmış ər-arvad arasında şirin xatirələr də ola bilər. Bu xatirələr yada düşdükdə ər və arvad təbii və şəri yolla bir-birinə qovuşmasalar, büdrəmə və azğınlıq təhlükəsi yaranar.
    7. Cəmiyyətin sağlamlığının hifzi üçün boşanmış qadınlar ərsiz qalmamalıdır.
    8. Yenidən izdivacın bərəkəti, əvvəlki yoldaşın yanına qayıdış, eləcə də, boşanma və təkliyin fəsadları bəşər düşüncəsinin fövqündədir.
    233. وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلاَدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ وَعلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لاَ تُكَلَّفُ نَفْسٌ إِلاَّ وُسْعَهَا لاَ تُضَآرَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلاَ مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ فَإِنْ أَرَادَا فِصَالاً عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلاَ جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُواْ أَوْلاَدَكُمْ فَلاَ جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ آتَيْتُم بِالْمَعْرُوفِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
    "Südvermə dövrünü kamala çatdırmaq istəyən analar övladlarına tam iki il süd versinlər. Bu anaların yeməyi və geyimi yaxşı bir vəchlə övlad sahibinin öhdəsinədir. Heç kimə gücündən artıq vəzifə tapşırılmaz. Heç bir ana və heç bir ata öz övladına xatir zərərə düçar olmamalıdır. (Ata olmadıqda ananın yeməyi və geyimi) onun varisinin boynunadır. Əgər ata və ana bir-birləri ilə razılıq və məsləhət əsasında körpəni (iki il tamam olmamış) süddən ayırmaq istəsələr, onlar üçün günah yoxdur. Əgər övladınıza dayə tutmaq istəsəniz, sizin üçün günah deyil. Bir şərtlə ki, bəyənilmiş halda müəyyənləşdirdiyinizi ödəyəsiniz. Allahdan çəkinin və bilin ki, Allah əməllərinizi görəndir.”
    Nöqtələr
    Ayədə ata, ana və övlad haqqında "əb” və "ümm” sözləri yox, "valid” və "validə” sözləri işlədilmişdir. Çünki "əb” və "ümm” sözləri əmiyə, müəllimə, zövcənin atasına (qaynataya) şamil olunur. Necə ki, peyğəmbərin arvadları möminlər üçün "validat” yox, "ümmihat” sayılmışdır.
    Əvvəlki ayələrdə talaq, ərlə arvadın boşanmasından danışıldığı üçün ailədəki övladların da məsələsi aydınlaşdırılmalıdır. Övladlar ata-ana ixtilaflarına qurban verilə bilməz. Bu ayədə analıq hisslərinə diqqətdən, ana südünün əhəmiyyətindən, körpənin südə təbii ehtiyac ölçüsündən və südvermə müddətindən danışılmışdır.
    Bildirişlər
    1. İslam əhatəli bir dindir. Hətta körpənin ana südü ilə münasib qidalanma rejimi vardır.
    2. Hətta boşanmış ana övladını əmizdirməkdə başqalarından imtiyazlıdır.
    3. Süd vermənin kamil müddəti iki ildir.
    4. Övlada süd verdiyi üçün ananın və dayənin maddi haqları ödənməlidir.
    5. Xərcin miqdarı ürfə (adət-ənənəyə) əsasən təyin olunmalıdır və imkan həddində olmalıdır.
    6. Vəzifə insanın güc və imkanına əsaslanır.
    7. Övlad valideyninə zərər səbəbi olmamalıdır.
    8. Körpənin atası dünyadan getmiş də olsa, südvermə dövründə ananın dolanışığı təmin olunmalıdır.
    9. Körpə valideynlə məsləhət və razılıq əsasında süddən ayrıla bilər.
    10. Ər və arvad körpənin işləri haqqında məsləhətləşməlidirlər.
    11. Süd verməkdə ana dayədən irəli gəlir.
    12. Körpəyə süd verilərkən təqvaya riayət olunması valideynin öhdəsinədir.
    234. وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
    "Sizlərin ölüb-gedənlərinizdən qalan qadınlar dörd ay on gün özlərini gözləməlidirlər. Möhlətləri (iddələri) başa çatdıqda onların özləri haqqında bəyənilmiş şəkildə gördükləri işdə sizə günah yoxdur. (Könülləri istəyən kişi ilə izdivac edə bilərlər). Allah gördüyünüz işlərdən xəbərdardır.”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 847 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024