İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Namaz » Namaz

    Camaat namazının fəzilət və savabı

    III-cü FƏSİL
    CAMAAT NAMAZININ SAVABI

    15. Namaz camaat namazının surətində:
    İmam Rza (ə) buyurur: "Namaz camaat ilə daha da fəzilətlidir.”
    16. Camaat namazı əfzəldir:
    Məhəmməd ibni İmarə deyir: "İmam Rzadan (ə) sual etdim ki, bir şəxsin namazı təklikdə Kufə məscidində qılmasının fəziləti çoxdur, ya camaat namazında iştirak etməsinin? Həzrət buyurdu: Camaat namazı fəzilətlidir.”
    17. Camaat namazının fəziləti:
    Həzrət Rəsul (c) buyurur: Camaatla qılınan namaz təklikdə qılınan 25 namazdan üstün və fəzilətlidir.”
    18. Yetmiş min mələk:
    Rəsuli Əkrəm (c) buyurdu: "Hər kəs öz ayağı ilə camaat namazına görə məscidə tərəf gedə, hər addım götürüb-qoyduqca əməl dəftərinə min savab yazırlar. Və yetmiş min dərəcə onun üçün əta edirlər. Əgər bu ölənə qədər davam etsə, qəbrə görüşünə gedib təklikdə həmdəm olmaq və bağışlanmasını tələb etmək üçün Haqq təala yetmiş min mələyi ona müvəkkil edər.”
    19. İki rəkət camaat namazının savabı:
    İmam Sadiq (ə) buyurdu: "Camaat namazının fəziləti tək qılınan namalza müqayisədə 23 dərəcə və 25 namaz hesab olur.”
    20. Camaat namazında bir təkbiri dərk etmək:
    Peyğəmbəri Əkrəm (c) buyurdu: "Cəbrayıl (ə) mənim yanıma gəlib dedi: "Ey Məhəmməd! Bir təkbiri ki, mömin camaat namazında dərk edə, onun üçün yetmiş həcc və min müstəhəbb ümrədən yaxşıdır.”
    21. Bir rəkətin fəziləti:
    İmam Rza(ə) buyurur: "Camaat namazının fəziləti təklikdə qılınan namazla müqayisədə hər bir rəkət iki min rəkətə bərabərdir.”
    22. Çoxlu savab:
    İslam Peyğəmbəri (c) buyurdu: "Cəbrayıl yetmiş min mələklə zöhr namazından sonra təşrif gətirib bildirdi: Ey Məhəmməd(s)! Allah sənin üçün salam və iki hədiyyə göndərib ki, indiyə qədər heç bir peyğəmbərə göndərməyib.” Həzrət buyurdu: "O, iki hədiyyə nədir?” Cəbrayıl ərz etdi: 1. Üç rəkət vitr namazı (iki rəkət şəf, bir rəkət vitr gecə namazının nafilələrindən);
    2. Camaat namazıyla beş vaxtın namazı;
    Həzrət (c) sual etdi: Ey Cəbrayıl! Camaat namazının mənim ümmətim üçün nə faydası var? Cəbrayıl ərz etdi: "Ey Məhəmməd(c)! O, vaxt ki, camaat namazında iki nəfər olur, Allah-təala hər bir şəxs üçün hər rəkətdə 150 namaz yazır. O vaxt ki, camaat namazında üç nəfər olur, Allah-təala hər bir nəfər üçün hər rəkətdə 600 namaz yazır. O, vaxt ki, camaat namazında dörd nəfər olur, Allah-təala hər bir nəfər üçün hər rəkətdə 1200 namaz yazır. O vaxt ki, camaat namazında beş nəfər olur, Allah-təala hər bir nəfər üçün hər rəkətdə 2400 namaz yazır. O vaxt ki, camaat namazında altı nəfər olur, Allah-təala hər bir nəfər üçün hər rəkətdə 4800 namaz yazır. O vaxt ki, camaat namazında yeddi nəfər olur Allah-təala hər bir nəfər üçün hər rəkətdə 9600 namaz yazır. O vaxt ki, camaat namazında səkkiz nəfər olur Allah-təala hər bir nəfər üçün hər rəkətdə on doqquz min iki yüz namaz yazır. O vaxt ki, doqquz nəfər olur, Allah-təala hər bir nəfər üçün hər rəkətdə otuz altı min dörd yüz namaz yazır. O zaman ki, on nəfər olur Allah-təala hər bir nəfər üçün hər rəkətdə yetmiş iki min səkkiz yüz namaz yazır. Camaat namazında iştirak edənlərin sayı on nəfərdən çox olduqda əgər asiman səhifə və kağız, ağaclar qələm, cinlər, insanlar və mələklər isə yazan olsalar, yenədə bir rəkətin savabını yazmağa qadir deyillər.
    Ey Məhəmməd(c)! Camaat namazının birinci təkbirini dərk etmək altı yüz min həcc və ümrədən, yetmiş min dəfə dünya və o, şeylər ki, yer üzündə var ondan və bir rəkət namazı imam camaatın arxasında camaatla qılmaq miskinə verilən yüz min dinar sədəqədən yaxşıdır. Və camaat namazında möminin bir səcdəsi yüz qul azad etməkdəndə üstündür.
    23. İxlaslı insan Mühəddis Qumi:
    Görkəmli alimlərdən biri belə nəql edir: "Mərhum Məhəmməd Ağa Hacı Şeyx Abbas Qumini ("Məfatihul-cinan” kitabının müəllifi) Məşhədə dəvət etmişdilər. O, orda mənbərə gedib bir neçə gün Gövhər Şad məscidində camaat namazı qılırdı. Çoxları Məşhəd əhlindən və zəvvarlardan çoxu onun camaat namazında iştirak edirdilər. O, bir gecə Məğrib namazını qılıb İşa namazını camaatla qılmayıb getdi.
    Ondan soruşdular ki, niyə İşa namazın qılmadın? Dedi: "Məğrib namazını qılan vaxt mükəbbirin səsini uzaqdan eşitdim ki, mənim namazımın təkbirini deyir. Hiss etdim ki,, camaat çoxdu. Azacıq qürur qəlbimə yol tapdı. İşa namazını bu halda qılmağım düz deyildi və buna görə camaat namazını tərk edəməyi qərara aldım”.
    24. Camaat namazının fəziləti:
    İslam peyğəmbəri (c) buyurmuşdur: "İnsanın camaatla namaz qılması qırx il evdə qılınan namazdan yaxşıdır. Soruşdlar ki, ya rəsulallah, bir gününmü namazı? Həzrət (c) buyurdu: Bəlkə də bir namaz.”
    25. Camaat namazı və ayətullah Xansari:
    Mərhum ayətullah seyid Həsən Xansari heç vaxt gecə namazını, ziyarət aşuranı və camaat namazını tərk etmədi. Məscidə getməyən vaxt evdə ailəsi ilə birlikdə camaat namazı qılırdı. Çox insaflıydı və hamı ilə xoş rəftar edərdi. Müsəlmanların işlərinin islahı üçün qəribə diqqəti var idi. Xansar şəhərinin hakimiminin göstərişi ilə məxsus onun üçün Came məscidi tikdilər ki, həmişə cümə və camaat namazı o məsciddə qılınırdı.

    IV-cü FƏSİL

    SÜBH VƏ İŞA CAMAAT NAMAZLARI
    26. Bütün gecənin ibadətindən üstün:
    Həzrət rəsulullah (c) buyurdu: "Sübh namazını camaatla qılmağım mənim nəzərimə gecəni sübhə qədər ibadət etməkdən daha üstündür.”
    27. Sübh camaat namazı:
    Rəsulullahın (c) zamanı idi. Təzə İslam höküməti Mədinədə fəaliyyətə başlamışdı. İmam Baqirin (ə) nəqlinə əsasən bir gecə Əmirəlmöminin Əli (ə) gecənin əvvəlindən namaz qılmağa durur. Eləki, sübh oldu həzrət həmişəki kimi məscidə gedib peyğəmbərin (c) camaat namazında iştirak etmək istəyir. Amma gecənin yuxusuzluğuna görə sübh namazını evdə qılır və namazdan sonra yuxu onu tutur. Peyğəmbər (c) o sübh Əlini (ə) məsciddə görmədiyi üçün namazdan sonra həzrət Fatimənin (s) yanına gəlir. Fatimə (c) bütün hadisəni peyğəmbərə deyir. Peyğəmbər (c) buyurdu: "O, hədiyyə ki, Sübh camaat namazına xatir ona veriləcəkdi, əlindən çıxdı və o hədiyyə gecə qıldığı bütün namazlardan üstündür.” Əli (ə) Peyğəmbərin səsini eşidən kimi yuxudan ayıldı Peyğəmbər (c) həzrət Əliyə (ə) buyurdu: "Bir şəxs ki, Sübh namazını camaatla qıla, elə bil bütün gecəni ruku və səcdə halında keçirmişdir.”
    28. Həzrət Peyğəmbərin (c) sualı:
    Həzrət İmam Sadiq (ə) buyurdu: "Peyğəmbər (c) bir gün sübh namazını qılandan sonra məsciddə üzünü əshaba tutub bir neçə adamın adlarını bir-bir çəkə-çəkə onların namazda olub-olmadıqları barəsində soruşdu. Əshab ərz etdi ki, ya rəsulallah olmayıblar. Həzrət təəccüblə soruşdu: "aya qaibdirlər.” Sonra dedi: "Düzü, heç bir namaz münafiqlər üçün Sübh və İşa namazından çətin deyil.”
    29. Camaat namazının savabı:
    İslam peyğəmbəri (c) Osman ibni Məzuna dedi: "Hər kəs Sübh namazını camaatla qıla və namazdan sonra günəşin nuru saçana qədər zikr deyə ona Firdovs behiştində yetmiş mərtəbəli meydan verilər. Hər məqamın ərazisi 70 il sürətli atın qaçışı qədərdir. Hər kəs Zöhr namazını camaatla qılsa, onun üçün Ədn cənnətində bir yer verilər ki, 50 məqamı vardır. Hər məqamın ərazisi 50 il sürətli atın qaçışı qədərdir və hər kəs Əsr namazını camaatla qılsa, ona həzrət İsmail (ə) övladlarından səkkiz nəfəri azad etməyin savabı verilər ki, onların hər biri ailə sahibidirlər. Hər kəs İşa namazını camaatla qılsa, Qədr gecəsinin savabını ona hədiyyə edərlər.
    Category: Namaz | Added by: Islam_Kitabxanasi (2013-01-28)
    Views: 2017 | Rating: 3.8/4
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Namaz [10]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024