İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Səkkizinci fəsil
    Namaz bəndəliyin əzəmətidir
    Füruidinin, yəni dini hökmlərin ilk bəndi, hər bir müsəlmanın ən mühüm əməllərindən biri namazdır. Namaz hətta İslamdan öncəki ilahi dinlərdə ən əhəmiyyətli ibadətlərdən olmuşdur. Namazın uzun tarixi var və bu ibadət bütün peyğəmbərlərin tapşırığıdır.
    Həzrət İbrahim oğlu İsmail və onun anası Hacəri susuz və kimsəsiz Məkkə torpağına gətirəndə belə dua edir: "Pərvərdigara! Mən övladlarımdan birini Sənin evinin yanındakı otsuz və susuz bir yerdə qoydum. Pərvərdigara! İstədim ki, namazı bərpa etsinlər.”("Biharul-ənvar”, c. 3, s. 229, hədis 19) Həzrət İbrahim digər bir minacatında belə deyir: "Pərvərdigara! Məni və mənim nəslimdən olanları namazqılan buyur.”(Surə 21, "Ənbiya”, ayə 22)
    Allah-taala İslamili vəsf edərək belə buyurur: "O öz əhlini həmişə namaz qılmağa və zəkat verməyə dəvət edirdi.”("Nəhcül-bəlağə”, məktublar hissəsi, məktub 31, s. 300)
    Həzrət İsa hələ beşikdə ikən belə dedi: "Allah məni harada oldumsa aləmlər üçün bərəkət və rəhmət buyurdu. Tapşırdı ki, nə qədər sağam, namaz qılım zəkat verim.”("Biharul-ənvar”, c. 10, s. 227, hədis, 1)
    Qurani-kərimdə həzrət Musa, Şüeyb, Zəkəriyya, Loğmandan danışılarkən namaz mövzusu yada salınır.(Surə 3, "Ali-İmran”, ayə 57)
    Bir çox ayə və rəvayətlərdə namaz imanlı insanların önəmli sifətlərindən sayılır. Əgər namaz nəzərdə tutulan şərtlər ödənməklə qılınarsa, insan mənəvi bir aləmə yüksələr, onun Allahla iman bağlılığı güclənər, ruhundakı və qəlbindəki günah çirkabları təmizlənir.
    Qurani-kərim insanın günah və çirkin işlərdən çəkinməsində namazın böyük təsirindən danışır. Allah-taala Öz Peyğəmbərinə (s) belə buyurur: "Ey peyğəmbər, namazı bərpa et, namaz insanı günah və pis işlərdən uzaqlaşdırar.”(Surə 25, "Fürqan”, ayə 37)
    Dini rəhbərlərdən nəql olunmuş hədislərdə bildirilir ki, namaz mömin və təqvalı insanın öz rəbbinə doğru yüksəlişi üçün bir vasitədir. Əgər namaz qəbul olarsa, insanın digər əməlləri də qəbul olar. Əksinə, namaz rədd edilərsə, insanın digər əməlləri də rədd edilər. İmam Baqir (ə) buyurur: "Namaz dinin sütunudur. Bu ibadət xeymənin ortasında sütuna bənzəyir. Nə qədər ki, o yerindədir, iplər və mıxlar da yerindədir. Əgər bu sütun əyilsə və ya sınsa, iplərdən və mıxlardan bir fayda olmaz, xeymə uçub dağılar.”("Vəsailuş-şiə”, c. 9, s. 12, hədis 6)
    Namaz günahlar qarşısında bir səddir, eyni zamanda onların yuyulmasında təsirli bir vasitədir. Çünki o insanın iman ruhunu gücləndirir, qəlbdəki Allah qorxusuna qüvvət verir. İnsan qəlbindəki qəflət pərdələrinin çəkilməsində, yaranış məqsədinin aydınlaşmasında namazın mühüm təsiri var. Bu ibadət günün müxtəlif vaxtlarında insana xatırladır ki, oyan, maddi ləzzətlərə uyma. Bəli, namaz insandakı əxlaqi fəzilətləri yetkinləşdirir, mənəvi təkamülə səbəb olur. İnsan namaz vasitəsi ilə bu maddi həyatın dörd divarında baş qaldırıb mələklərlə səs-səsə verir.
    Əziz Peyğəmbərdən (s) belə nəql olunur ki, həzrət onun görüşünə gəlmiş bir qrup şəxsə belə buyurdu: "Əgər qapınızın ağzından bir çay axsa və siz bu çayda gündə beş dəfə yuyunsanız, bədəninizdə bulaşıqlıq qalarmı?” Məclisdəkilər dedilər: ”Xeyir.” Həzrət buyurdu: "Namaz da həmin çay kimidir. Hər namaz qılanda iki namaz arasında baş vermiş günahlar yuyulur.”(Həmin mənbə, s. 10, hədis 2)
    İnsanın bütün bu deyilənləri nəzərə alıb namaza diqqətli olması lazımdır. Namazı ilk vaxtında qılmaq, namazda diqqətli və müti olmaq lazımdır. İnsan namaz vaxtı kiminlə danışdığını dərk etməli, özünü Allahın əzəməti qarşısında heç saymalıdır. Namaz gedişində insan həssas olmalı, özününümayişdən çəkinməlidir. Çünki Allah üçün qılanmayan namazın mükafatı yoxdur və belə bir namaz insanı cəhənnəmə aparır.
    Cəmiyyət içində uzanan namaz
    Cəhənnəmə açar olası hökmən.
    Namazda kənarda qalmasın gözün,
    Yoxsa səccadəni odda görərsən.
    (Surə 61, "Səff”, ayə 6)
    İnsan namazın savabını azaldan işlərdən çəkinməlidir. Məsələn, yuxulu halda, ayaqyolu ehtiyaclarını ödəməmiş, tələsik, diqqəti namazdan yayındıran işlərdən çəkinməlidir. İmam Sadiqin (ə) səhabələrindən olan Əbu Bəsir deyir: "İmam Sadiqin (ə) vəfatından sonra onun həyat yoldaşı ümmü Həmidəyə başsağlığı vermək üçün getdim. O ağladı, mən də ona qoşuldum. Sonra dedi: "Əgər imamı can verəndə görsəydin heyrətə gələrdin. Gözlərini açıb belə buyurdu: "Bütün qohumlarımı bir yerə yığın.” Biz onun göstərişini yerinə yetirdik. Həzrət onlara baxıb buyurdu: "Namazı yüngül sayanlar bizim şəfaət və yardımımızdan bəhrələnməyəcək.”("Biharul-ənvar”, c. 11, s. 70, 71, hədis 1)
    Qurani-kərim namazı lazımınca dəyərləndirməyənləri məzəmmət edərək: "Vay olsun namazından qəflətdə qalan namazqılanlara!”(Bax: Surə 2, "Bəqərə”, ayələr 247, 259; Surə 18, "Kəhf”, ayələr 60-65) Münafiqlərin sifətləri açıqlanarkən belə buyurulur: "Elə ki namaza durarlar, başdan ayağa süstlük içində olarlar. Adamlar arasında özlərini göstərər, Allahı az xatırlayarlar.”("Biharul-ənvar”, c. 11, s. 30, hədis 21, eləcə də s. 41, hədis 43)
    İmam Baqir (ə) buyurur: "Bir gün həzrət Peyğəmbər (s) məsciddə əyləşmişdi. Məscidə bir şəxs daxil olub namaza başladı. Amma həmin şəxs namazın rüku və səcdələrini lazımınca yerinə yetirmirdi. Həzrət Peyğəmbər (s) buyurdu: "Bu şəxs qarğa kimi dimdiyini yerə döyür. Əgər namazı bu vəziyyətdə ola-ola dünyasını dəyişsə mənim dinimdən sayılmaz.”("Biharul-ənvar”, c. 16, s. 352, hədis 35)
    Digər bir rəvayətdə həzrət buyurur: "Oğruların ən pisi namazından oğurlayan kəsdir. Belə biri namazını kamil qılmaz.”("Biharul-ənvar”, c. 11, s. 60, hədis 68)
    Yuxarıda deyilənlərdən aydın olur ki, namaz qılmayan, bu vacib əmələ diqqətsizlik göstərənlərin aqibəti çox pisdir.
    Aclıqdan ağzını açmışsa əgər
    Namaz qılmayana borc vermək hədər.
    Allahın borcunu qaytarmayan kəs
    Borcunu qaytarmaz, gözləmə əbəs.
    ("Biharul-ənvar”, c. 11, s. 34, 35, hədis 28, 29, 30)
    Namazın növləri
    Namaz ümumi şəkildə iki qismə bölünür: vacib və müstəhəb.
    a) Müstəhəb namazlar
    Müstəhəb namazlar çoxdur və bu namazlar "nafilə” adlanır. Bu nafilələrdən biri gün uzunu qılınan nafilələrdir və onlar cümə günü 38, digər günlər 34 rəkətdir.
    Nafilə namazlarından biri də gecə nafilə namazıdır. Bu namaz adətən gecə namazı adlandırılır. Həzrət Peyğəmbər (s) buyurur: "Danışığında ədəbi gözləyən, acları doyuran və insanlar yuxuda ikən gecə namazına duran şəxslər sizin ən yaxşılarınızdır.”("Biharul-ənvar”, s. 33, hədis 26) Digər bir rəvayətdə Peyğəmbərin (s) dilindən belə nəql olunur: "Gecə namazı qılan şəxsin gündüz çöhrəsi (xarakteri) açıq olar.”(Bax: Surə 3, "Ali-İmran”, ayə 164)
    Bəli, gün uzunu məişət problemləri insanın başını qatır, onun diqqətini Allahdan yayındırır. Gecə yarı, sübhə yaxın sakit bir fəza yaranır, insanın ruhu və cismi yuxudan sonra aramlıq tapır. Belə bir məqamda insanda mənəvi bir hal yaranır. Sakit, tənha, insanların baxışlarından uzaq anlarda insanın diqqəti Rəbbinə yönəlir, ruhiyyəsi dəyişir. Bu səbəbdən də bütün Allah aşiqləri gecənin axır anlarındakı ibadətləri yerinə yetirmiş, öz ruhlarını və imanlarını gücləndirmişlər.
    Gecə duaları, sübh ibadəti
    Hafizə daddırdı ol səadəti.
    ("Gülüstan”, müqəddimə)
    Gecə namazının özünəməxsus qaydaları var. Allah aşiqlərinin ruhani ibadətdən faydalanması üçün onu qısa şəkildə nəzərinizə çatdırırıq. Ümid edirik ki, Həzrət Haqla xəlvət gecələrdə bizi də yaddan çıxarmayasınız.
    Gecə namazı 11 rəkətdir və aşağıda göstərilən şəkildədir:
    1. Sübh namazı kimi ikirəkətli dörd namaz. Bu namazlar gecə namazı niyyəti ilə qılınır.
    2. Əvvəlki dörd namaz kimi ikirəkətli şəf namazı.
    3. Sonda "vətr namazı” niyyəti ilə qılınan bir rəkət namaz. Bu namazın niyyətindən sonra həmd və surə oxunur, qunut tutulur. Qunutda möminlərə də dua edilir. Sonra rükuya gedilir, rükudan sonra iki səcdə yerinə yetirilir. Vətr namazı təşəhhüd və salamla başa çatır.
    Qeyd etməliyik ki, bu namazlarda azan və iqamə yoxdur. Gecə namazlarının istənilən birində 2-ci rəkətdə rükudan öncə qunut tutub dua etmək, raz-niyaza məşğul olmaq mümkündür. Şəf namazında savab ümidi ilə ehtiyatən qunut tutulur. Vətr namazında isə qunut nə qədər uzun olarsa bir o qədər faydalıdır. Gecə namazının vaxtı gecə yarıdan sübh azanınadəkdir. Bu namazı sübh azanına yaxın bir vaxtda qılmaq daha yaxşıdır. Səfərdə olan və ya bu namazı vaxtında qılmağa çətinlik çəkən şəxs onu gecənin əvvəlində qıla bilər.
    b) Vacib namazlar
    1. "Yövmiyyə” namazı gündəlik 17 rəkət namaz və cümə namazı: 17 rəkət namaz 2 rəkət sübh, 4 rəkət günorta, 4 rəkət ikindi, 3 rəkət şam, 4 rəkət xüftən namazından ibarətdir. İnsan səfərdə olduğu vaxt bu 17 rəkət namaz 11 rəkət olur. Çünki səfərdə olan şəxs dördrəkətli namazlarını 2 rəkət qılmalıdır.
    Bu beş namazın hər birinin xüsusi vaxtı var. Bu barədə əməli hökmlər risaləsində ətraflı danışılır. İnsan namaz vaxtı olduğuna əmindirsə, namaza başlaya bilər. Qeyd olunan beş namaz tərtiblə, ardıcıllıqla qılınır. Əgər namaz qılan şəxs bilərəkdən ikindi namazını günorta namazından qabaq qılarsa, onun namazı batildir.
    2. Vacib namazlardan biri də ayat namazıdır. Ayat namazı bir neçə səbəblə vacib olur: Günəş tutulması (küsuf), ay tutulması (xüsuf), zəlzələ, şimşək, qara və qırmızı külək, insanların çoxunda qorxu yaradan təbiət hadisələri.
    3. Meyitə qüsl verildikdən, kəfən və hənutdan sonra meyit namazı qılmaq vacibdir.
    4. Allah evinin ziyarətində vacib təvaf namazı.
    5. Dünyasını dəyişmiş atanın qəza namazları böyük oğula vacibdir. Əgər həmin şəxsin oğlu yoxdursa, meyitə ən yaxın və ən böyük kişi qohum vacib ehtiyata əsasən bu namazları qılmalıdır.
    6. Nəzr, əhd və and vasitəsi ilə insana vacib olan namazlar. Məsələn, bir şəxs hansısa istəyinin qəbul olması üçün namaz nəzr edir. Onun istəyi qəbul olduqdan sonra bu namazı qılması vacibdir.
    7. İmam Mehdinin (ə. c.) hüzuru dövründə fitr və qurban bayramı namazları. Nə qədər ki, imam qeybdədir, bu namazı qılmaq müstəhəbdir. Onu həm fərdi, həm də camaatla qılmaq olar.
    Adı çəkilən namazlar haqqında ətraflı məlumat almaq üçün şəri məsələlər risaləsinə müraciət edə bilərsiniz.
    Sual: Bir şəxs namaz vaxtının çatmasına əmin olub namazını qılır. Sonradan məlum olur ki, namazın vaxtı olmayıbmış. Onun vəzifəsi nədir?
    Cavab: Namazını yenidən öz vaxtında qılmalıdır.
    Sual: Əgər namaz qılan şəxs günorta namazı gedişində yada salarsa ki, bu namazı qılıbmış, onun vəzifəsi nədir?
    Cavab: Həmin namazı saxlayıb, ikindi namazı qılmalıdır.
    Sual: Əgər ikindi namazı qıldığı vaxt yadına düşərsə ki, günorta namazını qılmayıb, vəzifəsi nədir?
    Cavab: Namazının niyyətini dəyişməli, onu günorta namazı niyyəti ilə davam etdirməlidir. Namaz başa çatdıqdan sonra ikindi namazına başlamalıdır. Əgər xüftən namazında dördüncü rükuya getməzdən öncə yadına düşsə ki, sübh namazını qılmayıb, eyni qaydada hərəkət etməlidir.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 857 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024