İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    İyirmi birinci fəsil
    Əmr be məruf və nəhy əz munkər (yaxşılığa dəvət və pislikdən çəkindirmək) ictimai bir nəzarətdir
    Lüğətdə "məruf” sözü "tanınmış”, "munkər” sözü tanınmamış mənasını bildirir. Beləcə, ağılın hökmü ilə yaxşı sayılan və şəriətdə əmr olunan vacib və müstəhəb işlər "məruf”, ağıl baxımından çirkin sayılan, şəriətin qadağan etdiyi haram və məkruh işlər "munkər” adlandırılmışdır.
    Müsəlmanın mühüm vəzifələrindən biri başqalarını yaxşılığa təşviq etmək və pislikdən çəkindirməkdir. Bu baxımdan bütün insanlar öz əməlləri və başqalarının əməllərinə görə məsuliyyət hiss etməlidirlər. Bu sayağı ictimai nəzarətlə insanlar yaxşılığa dəvət olunmalı, pis işlərdən çəkindirməlidir. İslam məntiqində fərdlərin cəmiyyətdə baş verən hadisələrə nəzarəti onların təbii haqqıdır. Çünki insanların taleyi bir-birindən asılıdır. Heç bir pis iş məhdud çevrədə qalmır. İstənilən bir çirkin əməl və günah hansısa dərəcədə ictimai bəlaya çevrilir.
    Həzrət Peyğəmbər (s) buyurur ki, günahkar insan cəmiyyət arasında gəmidə oturduğu yeri deşən kəs kimidir. Ona etiraz edildikdə deyir ki, mən öz oturduğum yeri deşirəm. Hansı ki, bu adamın qarşısı alınmasa bir müddət sonra gəmi suya qərq olasıdır.("Nəhcül-bəlağə”, hikmətlər bölməsi, hikmət 255, s. 403)
    Qurani-kərimdə bu mövzu ilə bağlı buyurulur: "İmanlı kişilərin və qadınların bir-birləri üzərində vilayəti var, onlar bir-birlərinin yardımçısıdırlar, bir-birlərini yaxşılığa çağırır, pislikdən çəkindirirlər.”("Biharul-ənvar”, c. 70, s. 264, hədis 11)
    Quran baxımından imanlı insanlar bir-birləri qarşısında məsuliyyət daşıyırlar. Onlar bir-birlərini yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə borcludurlar.
    Allah-taala Qurani-kərimdə əmr be məruf və nəhy əz munkəri müsəlmanların imtiyazı sayır. Bu imtiyaz səbəbindən müsəlmanlar ən üstün ümmət adlandırılırlar: "Siz bəşəriyyətin xeyrinə varlıq mərhələsinə qədəm qoymuş ən üstün ümmətsiniz. Çünki yaxşılığa dəvət edir, pislikdən çəkindirirsiniz.”(İbn Əbül Hədid, "Nəhcül-bəlağənin şərhi”, c. 18, s. 46)
    Bu vacib əmrin yerinə yetirilməsi Allaha iman, fərdi və ictimai qanunların icrası üçün zəmanətdir. Bu vəzifəyə münasibətdə səhlənkarlıq iman ruhunu zəiflədir, onun sütunlarını laxladır. Nəticədə, cəmiyyətə rəhbərlik ləyaqətli insanların əlindən çıxır, şər insanların əlinə düşür. Bəli, əmr be məruf və nəhy əz munkər yoxsa, müsəlmanlar izzət zirvəsindən zillət uçurumuna yuvarlanırlar.
    Bu ilahi göstərişin əhəmiyyətini lazımınca dərk etmək üçün dini rəhbərlərin bir sıra buyuruqlarını nəzərdən keçirək.
    1. Nə qədər ki, mənim ardıcıllarım əmr be məruf və nəhy əz munkər edir, yaxşılıq və təqva üçün səfərbərdir, xeyir və səadətdədirlər. Elə ki bu işdən əl çəkdilər, xeyir və bərəkət aradan qalxar, bəziləri bəzilərinə hakim olar, yerdə və göydə onlara yardımçı tapılmaz.”(Bax: "Biharul-ənvar”, c. 46, s. 67, 68, hədis 36)
    2. Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin ən uca şəhidi sitəmkar hakim qarşısında dayanıb, onu yaxşılığa çağıran, pislikdən çəkindirən və bu yolda öldürülən şəxsdir. Belə bir şəhidin yeri behiştdə Həmzə ilə Cəfər arasındadır.”(Mövlana, "Məsnəviye-mə`nəvi” 5-ci dəftər)
    3. Həzrət Əli (ə) buyurur: "Bütün yaxşı işlər, hətta Allah yolunda cihad əmr be məruf və nəhy əz munkərlə müqayisədə dənizlə müqayisədə damla kimidir.”(Şeyx Bəhayi, "Kəşkül”)
    4. İmam Baqir (ə) buyurur: "Əmr be məruf və nəhy əz munkər Allahın vacib buyurduğu iki vəzifədir. Bu iki əmr vasitəsi ilə digər vacib əmrlər bərpa olar, yollarda əmin-amanlıq yaranar, qazanclar halal olar, insanların haqları təmin edilər, yer üzü abadlığa doğru gedər, Allah düşmənlərindən intiqam alınar, bütün işlər yoluna düşər.”("Ğurərul-hikəm”, s. 155, say 2903)
    5. İmam Riza (ə) buyurur: "Əmr be məruf edib pisliklərin qarşısını alın. Yoxsa pis adamlar sizə hakim olar, yaxşılarınızın da duası qəbul olmaz.”("Biharul-ənvar”, c. 69, s. 281, hədis 3)
    Bir şübhəyə cavab: Bəzən irad tuturlar ki, belə bir göstərişə əməl olunması şəxsi səliqəsi ilə hərəkət edənlər üçün özbaşınalıq yaradır, cəmiyyətdə asayiş pozulur. Cavab olaraq deməliyik ki, əmr be məruf və nəhy əz munkərin dərəcələri var. Əgər əmr be məruf və nəhy əz munkərə əməl edərkən bir şəxsi öldürmək, yaralamaq, vurmaq zəruri olarsa şəri hakimdən icazə alınmalıdır. Demək, bu əmrə itaət nəinki hərc-mərclik yaratmır, hətta ölü və hərəkətsiz cəmiyyəti hərəkətə gətirir, fəallaşdırır. Belə bir cəmiyyətdə insanlar bir-birlərinin əməllərinə nəzarətçidirlər.
    Əmr be məruf və nəhy əz munkərin şərtləri
    Aşağıda göstərilən şəraitdə əmr be məruf və nəhy əz munkər vacibdir və onu tərk etmək günah sayılır:
    1. Bu vəzifəni yerinə yetirmək istəyən insan "məruf” və "munkəri” bir-birindən seçə bilməlidir. Nəyin yaxşı, nəyin pis olduğunu bilməyən şəxs uyğun vəzifəni yerinə yetirə bilməz.
    2. Ehtimal olunmalıdır ki, əmr və qadağanın təsiri olacaq. Əgər deyilən sözlərin təsirsiz qalacağı məlumdursa, bu vəzifə vacib deyil.
    Şoranlıq torpaqda sünbül cücərməz,
    Toxumu zay etmə, başqa bir yer gəz.
    (Vəsailuş-şiə”, c. 1, s. 71, hədis 3)
    3. İnsan bilməli və əmin olmalıdır ki, günahkar şəxs günahını davam etdirmək fikrindədir. Əgər günahın davam etdiriləcəyi məlum deyilsə və belə bir ehtimal yoxsa, əmr və qadağa vacib deyil.
    4. Bu vəzifənin yerinə yetirilməsi daha böyük fəsad yaratmamalıdır. Əgər insan bilərsə və ya ehtimal edərsə ki, bu vəzifəni yerinə yetirməsi onun və başqalarının canı, şəxsiyyəti və malı üçün ciddi zərərə səbəb olacaq, belə bir halda əmr və qadağa haramdır.
    5. Əgər əmr be məruf və nəhy əz munkər etmək istəyən insandan öncə kimsə bu işi görmüşsə və nəticə alınmışsa, əmr və qadağa vacib olmur. Çünki bu vəzifə "kifayi vacib” vəzifələrdəndir. Başqaları onu yerinə yetirdiyi vaxt insanın öhdəsinədən götürülür.
    Məndən qabaq demişlərsə bir sözü,
    Qarışmağım yersiz olardı düzü.
    Korun qarşısına çıxarsa quyu,
    Mən görürkən kim çəkməli harayı.
    (Həmin mənbə, c. 12, s. 294, hədis 2)
    Sual: İnsanları müstəhəb işlərə dəvət etməyin, onların məkruh işlərdən işlərdən çəkindirməyin hökmü nədir?
    Cavab: Bu qəbil əmr və qadağa müstəhəb əmr və qadağadır.
    Sual: İnsanın canı və malı üçün istənilən bir təhlükə olduqda bu vəzifə hdədən götürülürmü?
    Cavab: Xeyir. Elə hallar var ki, bu vəzifə insanın öhdəsindən götürülmür. Quran, müsəlmanların inancı və müstəqilliyi üçün təhlükə yarandıqda hətta can və maldan keçib onları qorumaq lazımdır. Əlbəttə ki, bu halda şəri hakimin icazəsinə ehtiyac var.
    Əmr be məruf və nəhy əz munkərin mərhələləri
    Bu mühüm vəzifəni yerinə yetirmək üçün dərəcə və mərtəbələr mövcuddur. Əgər aşağı mərtəbə ilə məqsədə çatmaq mümkün deyilsə, növbəti mərhələyə geçmək olar. Uyğun mərtəbələrlə tanış olaq:
    1. Rəftarla hərəkət: ilk addımda günahkarla elə rəftar edilməlidir ki, o günaha görə bu rəftara məruz qaldığını hiss etsin. Məsələn, ondan üz çevirmək, xoş davranmamaq, get-gəli kəsmək nümunə göstərilə bilər.
    2. Dillə hərəkət: Bu mərhələdə günahkara nəsihət verilir, o doğru yola çağırılır. Əgər moizə-nəsihət təsir etmirsə, sərt danışmaq lazımdır.
    3. Əməli hərəkət: Əgər günahkarı zor göstərmədən pis işdən çəkindirmək və ya yaxşı işə sövq etmək mümkün deyilsə, ona güc göstərilməlidir. Amma bu addım qarşı tərəfin yaralanması və ya ölümü ilə nəticələnə bilərsə, özbaşına hərəkət etmək olmaz. Bu şəraitdə zəruri şərtlərə malik müctəhiddən icazə alınmalıdır.
    Bir neçə tövsiyə
    1. Əmr be məruf və nəhy əz munkərdə məqsəd fərd və cəmiyyətin islahı olmalıdır. İnsan canıyananlıq, xoş niyyətlə bu işi görməlidir. Əmr və qadağada intiqam hisslərinə, kin-küdurətə yol verilməməlidir.
    2. Əmr və qadağada imkan həddində lütf və məhəbbət göstərilməlidir. Bu üsul ən təsirli üsuldur. Sərt rəftarların gözlənilməz nəticələri də olur. Peyğəmbərlərin və məsumların rəftarlarından aydın olur ki, məhəbbət göstərməklə ən yola gəlməz adamları da islah etmək olur.
    3. Bəzilərinin əmr və qadağası təsirsiz qaldığı halda başqaları özlərini təsirli görərsə, bu yönümdə addım atmalıdır.
    4. Bəzən bu ilahi vəzifəni yerinə yetirmək bir nəfərin əlindən gəlmir və bu işdə ümumi şəkildə hərəkət edilməlidir.
    5. Əmr və qadağa vəzifəsinin öz çətinlikləri var. Çünki bəzi mənafepərəst insanlar həqiqəti asanlıqla qəbul etmir. Onlar bəzən insanları yaxşılığa çağırıb, pislikdən çəkindirənləri hədəfə alırlar. Demək, bu işdə səbirli və dözümlü olmaq, kiçik bir çətinlik gördükdə meydanı boş buraxmamaq lazımdır. Həzrət Loğman oğluna nəsihətlərində deyir: "Oğlum! Namaz qıl, insanları yaxşılığa çağır, pislikdən çəkindir. Bu işdə nə əziyyət çəksən səbirli ol, belə etməyin işlərdə sabitqədəmlik göstəricisidir.”(Vaiz Qəzvini, şe`rlər divanı, beyt 412)
    6. Hazırkı dövrdə mədəniyyət mərkəzlərinin yaradılması, kitab nəşri, radio və televiziya proqramları insanların əqidə, əxlaq və əməlinə əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə çalışmaq çox mühümdür. Hər kəs öz gücündə bu yönümdə addım atmalıdır. Kütləvi informasiya vasitələrində gözəl əxlaq, insani keyfiyyətlər, İslam mədəniyyəti təbliğ olunmalıdır. Bu istiqamətdə çeşidli proqramlar həyata keçirmək, qeyri-İslami, açıq-saçıq layihələrdən çəkinmək lazımdır.
    Sual: Əgər günahkarı bir günahdan çəkindirmək üçün onun əlindəki günah vasitəsini almaq lazım gələrsə, bu işi zorla görmək olarmı?
    Cavab: Bəli. Çarə qalmadıqda, bu iş nəinki caiz, hətta vacibdir. Əgər günahın qabağını almaq üçün günahkarı bir məhələdən çıxarmaq lazımsa bu işi görmək olar.
    Sual: Bir insanı günahdan uzaqlaşdırmaq üçün insan özü günaha bata bilərmi?
    Cavab: Xeyr. Yalnız qarşı tərəfin günahı çox böyük olduqda, şəriət bu məsələyə ciddi yanaşdıqda müəyyən addımlar atmaq olar. Əgər bir şəxsi nahaqdan öldürmək istəyirlərsə əmr və qadağanın mərtəbələrini gözləməklə bu işin qarşısını almaq lazımdır. İnsanın həyatını xilas etmək üçün kiçik günahlara yol vermək olar.
    Sual: Əgər bir şəxs günahsız insanı öldürmək üçün ona hücum edirsə və onun qarşısını almaq üçün hökmən yaralamaq və öldürmək lazımdırsa, müctəhidin icazəsinə ehtiyac varmı?
    Cavab: Xeyr. Bu halda günahsız bir şəxsi öldürmək istəyənin qarşısı istənilən bir vasitə ilə alınmalıdır. Bu iş onun ölümü ilə başa çatarsa da, addım atılmalıdır.
    Çətin anda qalmasa çıxış yolu
    Yubanmadan qılınca əl atmalı!
    (Surə 49, "Hucurat”, ayə 12)
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 750 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024