İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    344 Qazanc
    1586. Ən təmiz peşə.
    5526. Allahın Peyğəmbəri (s): «Ən gözəl sənət elə tacirlikdir ki, söz danı¬şanda yalan deməsinlər, onlara bir əmanət tapşırılanda xəyanət etməsinlər, vəd verdikdə vədlərinə xilaf çıxmasınlar, bir şeyi alanda onu pisləməsinlər, bir şeyi satanda onu tərifləyib təbliğ etməsinlər, borclu olduqda (öz borcunu almaq üçün) təzyiq göstərməsinlər.»(Kənzul-Ummal, hədis 9340, 9341 )
    5527. Allahın Peyğəmbəri (s): «Müsəlmanın ən pak qazancı, Allah yolunda atdığı oxdur.»(Kənzul-Ummal, hədis 10516 )
    1578. Əlinin zəhməti ilə qazanmağa təşviq.
    5528. Davud (ə) (Bir pinəçiylə rastlaşdıqda): «Ey kişi! İşlə və ye. Çünki Allah işləyib çörək yeyəni sevər, yeyib işləməyni isə sevməz.»(Tənbihul-xəvatir, c. 1, səh. 42 )
    5529. Allahın Peyğəmbəri (s): «Heç vaxt heç kim, əlinin zəhməti ilə olan yemək qədər ləzzətli heç nə yeməmişdir. Allahın Peyğəmbəri Davud öz əlinin zəhmətinin çörəyini yemişdir.»(Kənzul-Ummal, hədis 9223 )
    5530. Allahın Peyğəmbəri (s): «Ən yaxşı qazanc, öz işində sədaqətli olan fəhlənin qazancıdır.»(Camiul-əhadis, səh. 76 )
    5531. «Mən la yəhzəuhul fəqih» «İmam Əli (ə) günortanın qızğın vaxtında ehtiyacı olmasa da, işləmək üçün evdən bayıra çıxardı. Səbəbi bu idi ki, Allahın, onun halal ruzi qazanmaq üçün zəhmət çəkdiyini görməsini istəyirdi.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 163, hədis 3596 )
    5532. İmam Sadiq (ə): «Əmirəl-möminin öz əlinin zəhmətinin qazancı ilə min qulu alıb azad etmişdir.»(Təhzibul-əhkam, c. 6, səh. 326, hədis 895 )
    5533. Fəzl ibn Əbiqürrə: «Bağda işləyərkən İmam Sadiqin (ə) yanına gəldim və dedim: «Allah bizi sizə fəda etsin. İcazə verin, biz sizin üçün işləyək və ya qulluqçular işləsin.» Həzrət buyurdu: «Yox, məni öz halıma buraxın. Çünki mənim öz əllərimlə işləyib zəhmətimlə halal ruzi qazanmağımı Allahın görməsini istəyirəm.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 163, hədis 3595 )
    1588. Pislənmiş peşələr.
    5534. «Biharul-Ənvar»: Bir kişi Allahın Peyğəmbərinə ərz etdi: «Mən bu övladıma savad vermişəm. İndi onu hansı sənətə qoyum?» Həzrət buyurdu: «Allah atana rəhmət etsin. Onu istədiyin hər bir sənətə qoy, ancaq bu beş dəstəyə tapşırma: zərgər, qəssab, səyya, buğdasatan və qulsatan.»
    Kişi dedi: «Ey Allahın Peyğəmbəri səyya kimdir?» Buyurdu: «Kəfən satandır və mənim ümmətimin ölümünü urzulayır. Ancaq, mən ümmətimin yeni doğulmuş bir körpəsini, günəşin üstünə şəfəq saçdığı hər bir şeydən daha çox sevirəm. Zərgər isə mənim ümmətimi aldatmaq fikrində olar. Qəssab o qədər heyvan kəsər ki, qəlbində rəhm qalmaz. Buğdasatan, ümmətimin ərzağına möhtəkirlik edər. Əgər oğru kimi Allahın görüşünə getsə, bu qırx gün camaatın ərzağı ilə möhtəkirlik edən kimi getməkdən daha yaxşıdır. Qulsatana gəldikdə isə, Cəbrayıl (ə) mənim yanıma gəlib dedi: «Ey Məhəmməd! Sənin ümmətinin ən pisləri, insan alqı-satqısı ilə məşğul olanlardır.»(Biharul-Ənvar, c. 103, səh. 77, hədis 1 )
    345 Tənbəllik
    1589. Tənbəllik.
    5535. İmam Əli (ə): «Uğurun afəti tənbəllikdir.»(Ğurərul-Hikəm, hədis 3968 )
    5536. İmam Əli (ə): «Mömin qalası olanlara rəğbət göstərər, gedəsi şeylərdən isə üz döndərər. Tənbəllikdən uzaq, həmişə canlı və çalışqandır.»(Biharul-Ənvar, c. 78, səh. 26, hədis 92 )
    5537. İmam Əli (ə): «Tənbəllik axirəti puç edər.»(Müstədrəkul-vəsail, c. 13, səh. 45, hədis 14695 )
    5538. İmam Əli (ə): «Kim süstlüyə tabe olsa, haqqını puç edər.»(Nəhcül-Bəlağənin şərhi, c. 19, səh. 70 )
    5539. İmam Əli (ə): «Tənbəllik süstlükdən törəyər.»(Ğurərul-Hikəm, hədis 9284 )
    5540. İmam Əli (ə): «Əzm və iradə ilə süstlüyə qarşı mübarizəyə çıxın.»(Ğurərul-Hikəm, hədis 5927 )
    5541. İmam Əli (ə): «İşi gecikdirmək tənbəlliyin nişanəsidir.»(Ğurərul-Hikəm, hədis 4471 )
    5542. İmam Baqir (ə): «Tənbəllik dinə və dünyaya ziyan vurar.»(Biharul-Ənvar, c. 78, səh. 180, hədis 64 )
    5543. İmam Baqir (ə): «Mən dünya işlərində tənbəllik edənə və ya edənlərə nifrət edirəm. Dünyasının işlərində tənbəl olan, axirət işlərində ondan da tənbəl olar.»(əl-Kafi, c. 5, səh. 85, hədis 4 )
    5544. İmam Sadiq (ə): «İşin düşməni tənbəllikdir.»(əl-Kafi, c. 5, səh.85, hədis 1 )
    5545. İmam Sadiq (ə) (Öz övladlarından birinə):–«Tənbəllikdən və hövsələsizlikdən çəkin. Çünki bu iki sifət səni dünya və axirətdən bəhrəsiz qoyar.»(əl-Kafi, c. 5, səh.85, hədis 2 )
    346 Küfr
    1590. Küfrə səbəb olanlar.
    5546. İmam Baqir (ə): «Etiraf və təslimdən qaynaqlanan hər bir (itaət) şey imandandır. Mayası inkar və danmaq olan hər iş (əməl) küfrdür.»(əl-Kafi, c. 2, səh. 387, hədis 15 )
    5547. İmam Sadiq (ə): «Allah və Onun peyğəmbərinə şəkk edən kafirdir.»(əl-Kafi, c. 2, səh. 386, hədis 10 )
    1591. Küfrün ən az dərəcəsi.
    5548. Allahın Peyğəmbəri (s): «Küfrün ən az dərəcəsi budur ki, insan öz qardaşı haqda bir söz eşitsin və onu (bir gün) rüsvay etmək üçün saxlasın. Belələrinin xeyir və yaxşılıqdan nəsibləri olmaz.»(Biharul-Ənvar, c. 78, səh. 276, hədis 112 )
    5549. Allahın Peyğəmbəri (s): «Küfrün dörd təməli var: istək, qorxu, narazılıq və qəzəb.»(əl-Kafi, c. 2, səh. 289, hədis 2 )
    5550. İmam Əli (ə): «Küfr dörd sutun üzərində dayanır: fisq (Allahın əmrindən çıxmaq), ifratçılıq (dində), şəkk və şübhə.»(əl-Kafi, c.2, səh. 391, hədis 1)
    5551. İmam Sadiq (ə) (Küfrün ən az dərəcəsi haqda suala cavabından): «Təkəbbür ondan (onun göstəricilərindən) biridir.»(Məaniul Əxbar, səh.394, hədis 47 )
    5552. İmam Sadiq (ə) («Kimsə danışanda yalan desə, verdiyi vədinə xilaf çıxsa, etibarlı sayılarkən əmanətə xəynaət etsə, küfr və imanın hansı mərtəbəsində olar!» deyə soruşulduqda):–«Bu küfrə ən yaxın mənzillərdir. Ancaq o, kafir deyil.»(əl-Kafi, c. 2, səh. 290, hədis 5 )
    347 Əvəzini vermək
    1592.Yaxşılığın yaxşılıqla əvəzi çıxılması.
    Quran:
    «Sizə salam verildikdə ona daha gözəl və ya onun kimi cavab verin. Hər an Allah hər şeyin hesabını aparandır.»(Nisa, 86 )
    «Məgər yaxşılığın əvəzi yaxşılıq deyildir?»(Ər-Rəhman, 60 )
    Hədis:
    5553. Allahın Peyğəmbəri (s): «Kim sizə yaxşılıq etsə, onun əvəzini verin. Onun əvəzini verməyə bir şeyiniz olmadıqda, onunçün Allah dərgahına dua edin. Elə dua edin ki, sanki onun yaxşılığının mükafatını verirsiniz.»(Biharul-Ənvar, c. 75, səh. 43, hədis 8 )
    5554. İmam Əli (ə) (Hüquq barədə):–«O zaman Allah öz hüquqları sırasında camaatın da bir-birinə olan hüquqlarını vacib buyurdu. Onları elə etdi ki, biri digərinin əvəzi olsun və hər bir hüquq başqa bir hüquqa səbəb olsun, hər bir hüquq yalnız hansısa haqqın müqabilində vacib olar.»(Nəhcül-Bəlağə, xütbə 216 )
    5555. İmam Əli (ə): «Sənə yaxşılıq etmiş kimsənin əvəzini verməkçün əllərini uzat və əgər (əvəzini verməyə) imkanın olmasa, heç olmasa ona təşəkkür et!.»(Ğurərul-Hikəm, hədis 2383 )
    5556. İmam Əli (ə): «Sənə salam verildikdə ona daha yaxşı salamla cavab ver, kimsə sənə yaxşılıq etsə, ondan daha gözəl yaxşılıqla əvəzini ver. Bununla belə fəzilət (yaxşılığı) başlayana çatar.»(Nəhcül-Bəlağə, hikmət 62 )
    5557. İmam Kazim (ə): «Yaxşılıq və ehsan elə bir boyunduruqdur ki, əvəzi çıxılmaq və ya təşəkkür etməkdən qeyri cür açılmaz.»(əd-Durrətul-Bahirə, səh. 34 )
    5558. İmam Kazim (ə) («Yaxşılığın əvəzi yaxşılıqdan qeyri bir şeydirmi?» ayəsi haqda): «Bu ayə mömin və kafir, yaxşı və pis barədədir. Kiməsə yaxşılıq edilsə, onun mükafatını verməlidir. Mükafatını vermək onun etdiyi yaxşılığı etmək demək deyil. Yalnız öz üstünlüyünü göstərməkdən savayı. Çünki onun etdiyini etmiş olsan, yaxşılığı başladığına görə üstünlük onun olacaqdır.»(Biharul-Ənvar, c. 78, səh. 311, hədis 1)
    1593. Nalayiq əvəzvermə.
    5559. İmam Əli (ə): «Ən pis əvəzvermə, (yaxşılığı) pisliklə mükafat¬landırmaqdır.»(Biharul-Ənvar, c. 78, səh. 53, hədis 85)
    5560. İmam Əli (ə): «İmanın kamilliyindən (nişanələrindən) biri budur ki, pislik edənə yaxşılıqla cavab verəsən.»(Ğurərul-Hikəm, hədis 9413 )
    5561. İmam Sadiq (ə): «Kim ağılsız şəxsin (özünə qarşı rəftarının) əvəzini ağılsızlıqla çıxsa, ona qarşı (ağılsız tərəfindən) edilən rəftara razılığını verimişdir. Çünki ondan nümunə götürmüşdür.»(əl-Kafi, c. 2, səh. 322, hədis 2 )
    5562. İmam Sadiq (ə): «Kim səni uca tutsa, sən də onu uca tut. Kim sənə hörmətsizlik etsə, özünü onun səviyyəsinə salma.»(Biharul-Ənvar, c. 78, səh. 278, hədis 2 )
    1594. İntiqamçılığın pislənməsi.
    5563. İmam Əli (ə): «İntiqamçılıqla ağalıq bir yerə sığmaz.»(Ğurərul-Hikəm, hədis 10518 )
    5564. İmam Əli (ə): «İntiqam almağa tələsmək günahların ən böyüyüdür.»(Ğurərul-Hikəm, hədis 6766 )
    5565. İmam Əli (ə): «Qüdrətli insanın ən çirkin işi intiqam almaq¬dır.»(Ğurərul-Hikəm, hədis 3003 )
    5566. İmam Sadiq (ə): «Tövratda yazılıb: Ey Adəm övladı! Sənə qarşı düşmənçilik edildikdə, səndən ötrü alacağım intiqamla razılaş. Çünki Mən səninçün səndən daha yaxşı intiqam alaram.»(əl-Kafi, c. 2, səh. 304, hədis 10 )
    1595.Verdiyin əllə də geri alarsan.
    5567. İmam Əli (ə): «Qardaşına quyu qazan özü düşər. Kim başqasının (hörmət) pərdəsini götürərsə, öz evinin eybləri açılar.»(Tuhəful-uqul, səh.88 )
    5568. İmam Əli (ə): «Kim eyb axtararsa, eybləri axtarılar, kim söyüş sö-yərsə, cavabını (söyüş) eşidər. Kim təqva ağacını əksə, arzularının meyvəsini dərəcəkdir.»(Kəşful-ğümmə, c. 3, səh. 136 )
    5569. İmam Əli (ə): «Hansı əlinlə versən, həmin əlinlə də geri alacaqsan.»(Ğurərul-Hikəm, hədis 7208 )
    5570. İmam Sadiq (ə): «Atalarınızla yaxşı rəftar edin ki, övladlarınız da sizə qarşı xoşrəftar olsunlar. Camaatın qadınlarına qarşı iffətli olun ki, sizin arvadlarınıza qarşı da iffətli olsunlar.»(Tuhəful-uqul, səh.359 )
    348 İlahi vəzifə
    1596. İlahi vəzifə.
    5571. İmam Əli (ə): «Bilin ki, mükəlləf olduğunuz işlər (boynunuzda olan İlahi vəzifə) az, savabı isə çoxdur. Əgər Allahın qadağan etdiyi zülm və təcavüz üçün də qorxulu cəzalar olmasaydı belə, yenə də onlardan çəkinməyin mükafatı o qədər böyükdür ki, onları tərk etməyə bəhanə lazım deyil.»(Nəhcül-Bəlağə, məktub 51 )
    5572. İmam Əli (ə): «Pak olan Allah, öz bəndələri ixtiyar sahibi olduqları halda onlara əmr etmişdir. Onları xəbərdarlıq etmək üçün saxlamışdır. İlahi vəzifələrini asan etmişdir və çətin vəzifə qoymamışdır. Az işə böyük mükafat verər. Ona nə güclə itaətsizlik olunar, nə də ikrah və məcburiyyətlə itaət. Peyğəmbərləri oyuncaq kimi göndərmədi, bəndələri üçün boş yerə səmavi kitab nazil etmədi. Göyləri, yeri və onların arasında olanları batilliklə yaratmadı. «Bu küfr edənlərin gümanıdır. Vay olsun, odda yanacaq kafirlərə!.(Sad, 27 )»(Nəhcül-Bəlağə, hikmət 78)
    1597.Allah heç kimin boynuna gücündən artıq vəzifə qoymur.
    Quran:
    «Allah heç kəsin boynuna qüdrəti çatmayan vəzifə qoymaz»(Bəqərə, 286 )
    Hədis:
    5573. Allahın Peyğəmbəri (s): «Doqquz şey (cəzası) mənim ümmətimdən götürülmüşdür: xəta, unutmaq, bilmədiklərinə görə, gücü çatmayan şeylər, naçar olduqları, zorla məcbur edildikləri, pis yozum etmək, yaradılış barədə fikri vəsvəsələr, dillə və əllə aşkarlanmayana qədər paxıllıq.»(əl-Kafi, c. 2, səh. 463, hədis 2 )
    5574. İmam Sadiq (ə): «Bəndələrinə yalnız imkanlarından az əmr olunmuşdur. Deməli, camaatın etməyə mükəlləf edildiklərinə gücləri çatar və gücləri çatanın da öhdəsindən gələrlər.»(ət-Tovhid, səh.347, hədis 6 )

    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1473 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024