İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    354 Dil
    1615. Dil.
    5670. Allahın Peyğəmbəri (s): «Gözəllik dildədir.»(Biharul-Ənvar, c. 77, səh.141, hədis 24 )
    5671. Allahın Peyğəmbəri (s): «Dilin gözəlliyi (insan üçün) sərmayədir.»(Camiul Əxbar, səh. 247, hədis 631 )
    5672 Allahın Peyğəmbəri (s): «Adam səhəri açanda bütün bədən üzvləri dilin qarşısında baş əyərək (xahişlə, yalvarışla) deyərlər: Bizim haqqımızda ilahi təqvaya riayət et. Çünki biz səndən asılıyıq. Çünki sən düz olsan, biz də düzük, əyri olsan, biz də əyri olarıq.»(Səhihe-Tirmizi , hədis 2407 )
    5673. İmam Əli (ə): «Dil insanı ölçmək üçün vasitədir.»(Ğurərul-Hikəm, hədis1272 )
    5674. İmam Əli (ə): «İnsanın düşüncəsi onun dili, ağlı və dinidir.»(Biharul-Ənvar, c.78, səh.56, hədis 119 )
    5675. İmam Əli (ə): «Söz danışın ki, tanınasınız. Çünki insan öz dilinin altında gizlənib.»(Nəhcül-Bəlağə, hikmət 392. )
    5676. İmam Əli (ə): «Dilin, sənin ağlının tərcümanıdır.»(Biharul-Ənvar, c.77, səh.231, hədis 2 )
    5677. İmam Əli (ə): «Allahın Peyğəmbəri buyurmuşdur «Hər bir bəndənin ürəyi düzəlməmiş imanı düzəlməz. Onun dili düzəlməmiş isə ürəyi düzəlməz.» Buna görə də sizlərdən kim müsəlmanların qanına və malına bulaşmamış əl, onların heysiyyatını və abrını (tökməkdən) azad dillə Allah-taalanın görüşünə gələ bilən belə etməlidir.»(Nəhcül-Bəlağə, xutbə176.  )
    5678. İmam Əli (ə): «Ağıl sahibinin dili onun ürəyinin arxasında, axmağın ürəyi isə onun dilinin önündədir.»(Nəhcül-Bəlağə, hikmət 40. )
    5679. İmam Baqir (ə): «Doğrudan da bu dil hər yaxşılıq və pisliyin açarıdır. Buna görə də möminin öz qızıl–gümüşünün (kisəsinin) ağzını bağladığı kimi dilinə də möhür vurması daha layiqlidir.»(Tuhəful-Uqul, səh.298 )
    1616. İnsanın salamatlığı dilini saxlamasındadır.
    5680. Allahın Peyğəmbəri (s): «İnsanın salamatlığı, onun dilini
    saxlamağındadır.»(Biharul-Ənvar, c.71, səh.286, hədis 42 )
    5681. Allahın Peyğəmbəri (s): «Kim öz dilini ağzına çəkməsə, günahlardan amanda qalmaz.»(Tuhəful- Uqul, hədis298  )
    5682. Allahın Peyğəmbəri (s): «Dilini saxlamayan heç bir işi ərsəyə gətirməmişdir.»(Biharul-Ənvar, c.77, səh.85, hədis 3 )
    5683. Allahın Peyğəmbəri (s): «İnsanın çətinlikləri onun dilindədir.»(Biharul-Ənvar, c.71, səh.286, hədis 42 )
    5684. Allahın Peyğəmbəri (s): «Dilini saxla! Çünki dilini saxlamaq özünçün verdiyin sədəqədir.»(əl-Kafi, c.2, səh.114, hədis7 Biharul-Ənvar, c.71, səh.283, hədis 36 )
    5685. İmam Əli (ə): «Kim öz dilini saxlasa, Allah onun eybini örtər»(Biharul-Ənvar, c.71, səh.286, hədis 42 )
    5686. İmam Əli (ə): «Dilin zərbəsi nizə ucunun zərbəsindən ağırdır.»(Nəhcül-Bəlağə, hikmət 60. )
    5687. İmam Əli (ə): «Dil bir yırtıcıdır. Açılıb buraxılarsa, dişləyər.»(Biharul-Ənvar, c.71, səh.277, hədis 11 )
    5688. İmam Əli (ə): «Heç bir şey, dil qədər uzunmüddətli həbsə layiq deyil.»(Muminun, ayə 3. )
    355 Boş sözlər və əməllər
    1617. Boş sözlər və əməllər
    Quran:
    "O kəslər ki, boş şeylərdən üz döndəriblər.»(Furqan, ayə 72. )
    "O kəslər ki, yalan yerə şəhadət verməz və boş şeylərlə rastlaşsalar, böyüklüklə ötüb keçərlər.»(Əmali-Səduq, səh.28, hədis 4 )
    Hədis:
    5689. Allahın Peyğəmbəri (s): «İnsanların ən hörmətlisi, boş şeylərdən uzaq olanlarıdır.»(Biharul-Ənvar, c.78, səh.92, hədis 101 )
    5690. İmam Əli (ə): «Onda Allahın anılmadığı hər bir söz puçdur.»(Biharul-Ənvar, c.78, səh.7, hədis 59 )
    5691. İmam Əli (ə): «Xeyirli olanları kənara atmaqla, özünü boş şeylərin astanasında qoyma.»(Tuhəful-Uqul, hədis 218  )
    5692. İmam Əli (ə) (Abdulla ibn Abbasa məktubundan): «Elə bir şeyi axtar ki, faydalı olsun. Boş-boş şeyləri kənara qoy. Çünki faydasız işləri kənara atmaq xeyirli işlərə çatmağa səbəb olar.»(Məcməul-Bəyan, c.7, səh.157  )
    5693. İmam Sadiq (ə)(«Boş şeylərdən üz döndərənlər» ayəsi haqda): «Yəni sənin barəndə nahaq (sözlər) danışanlardan, səndən olmayan şeyləri sənə aid edənlərdən Allaha xatir üz döndərəsən.»
    Başqa bir rəvayətdə deyilir: Məqsəd avazla mahnı oxumaq, bayağı və qəflət yaradan musiqidir.»(əl-Muhəcəətul-Beyza, c.8, səh.59-61 əl-Muhəcəətul-Beyza, c.8, səh.62 )
    356 Allah-taala ilə görüş
    1618. Görüş şövqü
    5694. «Əl-muhəccətul Beyza»: Davudun (ə) xəbərləri barədə deyilir ki, Allah ona vəhy buyurmuşdur: «Ey Davud! Mən müştaqların qəlbini öz razılığımdan yaratdım və onları zatımın nuru ilə naz-nemət içində qərar verdim…»
    Davud ərz etdi: «İlahi! Hansı yolla Sənin yanında bu məqama çatdılar?» Buyurdu: «Xoş gümanla və dünyanı, onun əhlini özlərindən uzaq tutmaqla, xəlvətə çəkilib mənimlə münacat etməklə. Bu elə bir məqamdır ki, ona dünya və əhlini kənara qoyan, heç vaxt onu xatırlamayan, ürəyini mənimçün boşaltmayan və bütün yaratdıqlarımdan Məni seçəndən başqa heç kim ona çata bilməz.»(Məkarimul-Əxlaq, c.2, səh.31, hədis2069 )
    5695. «Əl-muhəccətul Beyza»: «Ey Davud! Məndən üz döndərənlər, onlarçün neçə intizar çəkdiyimi, onlara necə mehr-məhəbbət bəslədiyimi, onların günahı tərk etməsinə necə də həvəs göstərdiyimi bilsəydilər, hər an mənə olan həvəsdən ölər, mənə olan eşqdən bədənləri hissə-hissə bir-birindən qopardı.»(Kənzul-Ummal , hədis 42121 )
    5696. Allahın Peyğəmbəri (s) (Duada): «İlahi! Sənin qəzavü-qədərinə şadlığı, ölümdən sonrakı xoş həyatı, sənin üzünü görməyin ləzzətini, özünü görməyin sevincini dərgahından diləyirəm!»(Nəhcül-Bəlağə, məktub 62.)
    5697. Allahın Peyğəmbəri (s): «Kim Allahla görüşməyi istəsə, Allah da onunla görüşmək istər. Kim Allahla görüşü xoşlamasa, Allah da onunla görüşməyi xoşlamaz.»(Ğurərul-Hikəm, hədis 8425 )
    5698. İmam Əli (ə) (Misir camaatına məktubunda): «Mən Allahla görüşün müştağıyam, gözüm yolda, ümidim isə Onun yaxşı mükafatınadır.»(Hədid, ayə 20 )
    5699. İmam Əli (ə): «Pak olan Allahla görüşü sevən dünyanı yadından çıxarar.»(Cümə, ayə 11 )
    357 Əyləncə və qəflət
    1619. Əyləncə və qəflət.
    Quran:
    «Bilin ki, dünya həyatı əslində oyun-oyuncaq, əyləncə, bər-bəzək və sizlərin bir-birinə öyünməsidir.»(Nəhcül-Bəlağə, hikmət 370. )
    «Bir alış-veriş, yaxud bir əyləncə gördükdə səni ayaq üstə qoyub ona tərəf cumarlar. De ki, Allahın yanında olan, əyləncə və ticarətdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır.»(Ğurərul-Hikəm, hədis937 və 5729 )
    Hədis:
    5700. İmam Əli (ə): «Ey camaat! Allahdan qorxun. Çünki heç kəs əbəs yerə yaradılmayıb ki, əyləncə və qəflətdə gününü keçirsin. Özbaşına buraxılmayıb ki, pis işlər görsün.»(Biharul-Ənvar, c.78, səh. 9, hədis66 )
    5701. İmam Əli (ə): «Əyləncə (və qəflət) axmaqlığın xörəyidir.»(Ğurərul-Hikəm, hədis2165 )
    5702. İmam Əli (ə): «Ömrü tələf edən ən pis şey oyundur.»
    1620. Əyləncənin nəticələri.
    5703. İmam Əli (ə): «Əylənmək mehriban Allahı qəzəbləndirər, şeytanı sevindirər və Quranı yaddan çıxarar.»(Ğurərul-Hikəm, hədis9815 )
    5704. İmam Əli (ə): «Əyləncə ciddi qərarları puç edər.»(Ğurərul-Hikəm, hədis3333 )
    5705. İmam Əli (ə): «Uğurdan ən uzaq insanlar, əyləncə və zarafat vurğunu olanlardır.»(Ğurərul-Hikəm, hədis8426 )
    5706. İmam Əli (ə): «Əyləncə məclisləri (küfr) imanı korlayar.»(Nəhcül-Bəlağə, hikmət333 )
    5707. İmam Əli (ə): «Əylənməyi çox olanın ağlı az olar.»(Tənbihul-Xəvatir, c.1, səh.52  )
    1621. İman və əyləncə.
    5708. İmam Əli (ə) (Mömini vəsf edərkən): «Boş vaxtı olmaz.»(Mustədrəkul-Vəsail, c.13, səh. 216, hədis 15163 )
    5709. İmam Həsən (ə): «Mömin əylənməz ki, onun nəticəsində də qəflətdə qalsın. Buna görə onu nə vaxt görsən, qəmgindir.»(əl-Kafi, c.5, səh.50, hədis 13 )
    5710. İmam Sadiq (ə) (Əylənmək üçün ova gedən kimsəyə): «Möminin belə işləri görməyə vaxtı yoxdur. Axirət axtarışları onu əyləncədən saxlamışdır. Mömin belə işlərin heç birinə çatmaz. Onun əyləncədə nə işi? Eyş-işrət və əyləncələr daşürəklilik və nifaq qoyub gedər.»(Kənzul-Ummal,hədis 40611 )
    1622. Möminin əyləncəsi.
    5711. Allahın Peyğəmbəri (s): «Bu üçündən başqa, mömin üçün hər bir əyləncə düzgün deyil: at bəsləmək, kamanla ox atmaq, həyat yoldaşı ilə oyun və zarafat. Çünki bu üç iş haqdır”.(Mustədrəkul-Vəsail, c.8 , səh.306 , hədis 9513 )
    5712. Allahın Peyğəmbəri (s): «Mömin üçün ən yaxşı əyləncə üzgüçülük, qadının ən yaxşı əyləncəsi isə toxumaqdır.»(Əraf, ayə 80-81 )
    1623.Əyləncə göyərçini.
    5713. İmam Əli (ə): «Peyğəmbər (s) bir kişinin göyərçin uçurtduğunu gördü. Buyurdu: Şeytan şeytanın dalınca gedər.»(Ət-Tərğib-vət-Tərhib, c.3, səh. 285, hədis 24)
    358 Ləvat
    1624. Ləvat.
    Quran:
    «(Göndərdiyimiz) Lut da öz tayfasına danışdı: «Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi murdar işləri görürsünüz? Siz şəhvətə görə qadınların yerinə kişilərlə əlaqədə olursunuz. Siz doğrudan da həddini aşmış bir tayfasınız!»(Biharul-Ənvar, c.79, səh. 72, səh.24 )
    Hədis:
    5714. Allahın Peyğəmbəri (s): «Ümmətim üçün ən qorxduğum şey, Lutun tayfasının əməlidir.»(Nəhcül-Bəlağə, hikmət 252 )
    5715. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimdən kimsə Lutun tayfasının işini görsə və bu halda ölsə, ona ləhədə qoyulmağa qədər möhlət veriləcək. Ləhədə qoyulduqdan sonra heç bir gün də çəkməyəcək ki, torpaq onu Lutun məhv olmuş tayfasının arasına atacaq və qiyamət günündə onlarla birgə diriləcək.»(Biharul-Ənvar, c.79, səh.72, hədis 27 )
    5716. İmam Əli (ə): «Allah imanı, şirkin həyasızlığını silmək üçün, …Ləvatı tərk etməyi isə nəsli artırmaq üçün vacib buyurmuşdur.»(İləlul-Şəraye, səh.547, hədis1 )
    5717. İmam Sadiq (ə): «Allah nigah bağlamış arxalara, cənnətin zər ipəkli parçasında oturmağı haram etmişdir.»(Nəhcül-Bəlağə, xütbə189 )
    5718. İmam Rza (ə): «Kişilərin kişilərə, qadınların isə qadınlara üz tutmasının qadağan edilməsinin səbəblərindən biri, qadınların bədən quruluşu və kişilərin bədənlərinin təbiəti (hər biri əks cins üçün yaradılmışdır), başqa səbəbi isə budur ki, qadınların qadınlara, kişilərin isə kişilərə üz tutması (insan) nəslin aradan getməsinə, (cəmiyyətdəki) nizamın pozulmasına və dünyanın məhvinə səbəb olar.»(Nəhcül-Bəlağə, xütbə 192. )
    359 İmtahan
    1625. İmtahan.
    5719. İmam Əli (ə): «Həqiqətən, bizim işimiz çətin və gectapılandır. Qəlbi iman üçün Allah tərəfindən imtahan edilən (xalisləşdirilən) mömin bəndədən başqa, kimsə ona dözməz.»(Nəhcül-Bəlağə, hikmət434 )
    5720. İmam Əli (ə) (Peyğəmbərlər və övliyaları vəsf edərkən): «Allah onları aclıqla sınadı, (müxtəlif) çətinliklərə giriftar etdi, qorxu-hürkülərlə imtahana çəkdi.»(Ğurərul-Hikəm, hədis6206 )
    5721. İmam Əli (ə): «Nə qədər ki, düşməndir, sına!»(Ğurərul-Hikəm, hədis11026 )
    5722. İmam Əli (ə): «İnsan imtahan vaxtı başıuca və ya başıaşağı olar.»(Ğurərul-Hikəm, hədis4664 )
    5823. İmam Əli (ə): «Kişi sözü ilə deyil, əməli ilə imtahana çəkilər.»(əl-Kafi, c. 8, səh.176, hədis 196 )
    5724. İmam Əli (ə): «İnsanların ağılları üç şeylə sınanar: var-dövlət, vilayət və müsibət.»(əl-Xisal, səh.103, hədis 62 )
    5725. İmam Sadıq (ə): «İnsanlarla ünsiyyətdə ol ki, onları sınayasan. İmtahan etdikdə, onlarla düşmən olarsan.»(Kənzul-Umal, hədis 8331 )
    5726. İmam Sadiq (ə): «Bizim şiələrimizi üç şeylə sınayın: namaz vaxtı namazdan muğayat olmaları, sirlərini bizim düşmənlərimizdən necə saxlamaları və öz mallarından qardaşlarına necə kömək etmələri ilə.» (əl-Muhəccətul-Beyza, c.5, səh. 284 )
    360 Sitayiş
    1626. Sitayişin pislənilməsi.
    5727. Allahın Peyğəmbəri (s): «Mədhdən və sitayişdən çəkinin ki, bu baş kəsməkdir.»(Tənbihul-Xəvatir,c.2, səh. 122  )
    5728. Allahın Peyğəmbəri (s): «Bir kişinin iti bıçaqla başqa kişiyə hücum etməsi, onu üzünə tərifləməsindən, onunçun daha yaxşıdır.»(Sunəne ibn Mace, hədis 3742 )
    5729 Allahın Peyğəmbəri (s): «Mədh və şişirdilmiş tərifləri xoşlamaq (mədh olunanı) dində kor və kar edər, evləri (əhlindən) boş qoyar.»(Kənzul-Ummal, hədis 8339 )
    5730. Miqdad ibn Əmru: «Allahın Peyğəmbəri (s) bizə buyurmuşdu ki, mədh edənlərin üzünə torpaq səpək.»(Tuhəful-Uqul, səh. 208  )
    5731. Əbu Musa: «Bir nəfər Peyğəmbərin (s) yanında başqa kişini tərifləyib təqdir edirdi. Allahın Peyğəmbəri (s) buyurdu: Bu sözləri ona çatdırma ki, onu öldürərsən. Əgər (bu tərif və sitayişləri) səndən eşitsə, nicat tapmaz.»(Ğurərul-Hikəm, hədis(3984+3983) )
    5732. İmam Əli (ə): «Ey camaat! Bilin ki, hər kim özü barədə yalan və nahaq sözdən incisə, ağlı yoxdur. Kim nadanın, özü haqda mədh və vəsfindən xoşhal olarsa, ağıllı deyil.»(Nəhcül-Bəlağə, xütbə 216. )
    5733. İmam Əli (ə): «Tərifləyəndə müxtəsər, pisləyəndə də qısa et!»(Nəhcül-Bəlağə, hikmət100 )
    5734. İmam Əli (ə): «İstəmirəm, hətta xəyalınızdan belə keçirsəniz ki, mən mübaliğəli tərifi, mədh və alqışları eşitməyi sevirəm. Allaha şükr ki, mən belə deyiləm. Əgər (fərzən) məni mədh edib öymələrini istəsəydim belə, bu istəkdən, əzəmət və böyüklüyə daha layiq olan Pak Allah qarşısında təvazökarlığa xatir əl çəkərdim. Ola bilər ki, camaat (bir işdə) əziyyət və zəhmətə dözdükdən sonra, mədh və tərifi şirin sansın. Ancaq siz məni mədh edib öyməyin. Çünki (sizin gördüyünüz kimi, özümü zəhmət və çətinliyə atmağım buna görədir ki) Allah və sizlər tərəfindən boynumda olan hüquqi məsuliyyətdən özümü azad etmək istəyirəm. Bu elə bir hüquqdur ki, hələ də onları yerinə yetirməkdən asudəlik tapmamışam. Bunlar yerinə yetirilməli olduğum vacibat və vəzifələrdir. Mənimlə, dikbaş hökmdarlarla danışılan kimi danışmayın. Əsəbi hökmdarların hüzurunda edilən mühafizəkarlığı mənim yanımda etməyin və mənimlə riyakarcasına, yaltaqlıqla rəftar etməyin.»(əl-Kafi, c. 2, səh. 231, hədis 3 )
    5735. İmam Əli (ə) (Bir dəstə, yanında onu tərifləyərkən): «İlahi! Sən məni özümdən yaxşı tanıyırsan, mən də özümü onlardan yaxşı tanıyıram. İlahi! Bizi onların güman etdiklərindən daha yaxşı et. Onların barəmizdə bilmədiklərini də bizə bağışla.»(Ali-İmran, ayə 188 )
    5736. İmam Səccad (ə): «Mömin sakit olar ki, sağ qalsın və söz danışar ki, xeyir götürsün… Əgər təmizliklə öyünsə, deyilənlərdən qorxar və bilmədikləri barədə Allahdan bağışlanmaq dilər. Onu tanıyanın (və ya tanımayanın) sözü onu aldatmaz, əməllərinin (axirətdə) sadalanmasından qorxar.»(Məkaremul-Əxlaq, 2 353, səh. 2660. )
    1627. Başqalarını yersiz tərifləmək.
    5737. Allahın Peyğəmbəri (s): «Ey Məsudun oğlu! Belə olmadığın halda, camaat səni tərifləyib «gündüzlər oruc tutur, gecələr ibadət edir» desə, sevinmə. Çünki Allah-taala buyurub: Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə təriflənməyi sevən kimsələrin əzabdan xilas olacağını güman etmə. Onları şiddətli bir əzab gözləyir.(Ğurərul-Hikəm, hədis 9042 )»(Tənbihul-Xəvatir, c.2, səh.17)
    5738. İmam Əli (ə): «Kim səndə olmayan şeylərə görə səni tərifləsə, əgər aqil olsan, bu (əslində) səni pisləməkdir.» (Nəhcül-Bəlağə, məktub 53 )
    5739. İmam Əli (ə): «Yersiz yerə səni tərifləyib mədh edəndən çəkin. Çünki çox keçməz ki, yenə də yersiz yerə (onun tərəfindən) hörmətin və abrın tökülər.»(Tuhəful-Uqul, səh. 284 )
    5740. İmam Əli (ə) (Malik Əştərə məktubundan bir hissə):«İbadət və düzlük əhlinə qoşul. Onları elə tərbiyələndir ki, səni öyməkdə mübaliğəyə yol verməsinlər və görmədiyin boş-boş işlərlə qəlbini şadlandırmasınlar. Çünki çox tərif xudpəsəndlik gətirər və dikbaşlığa, təkəbbürə çəkər.»(Əlamuddin, səh.313  )
    5741. İmam Baqir (ə) (Cabir ibn Yəzid Cufiyə): «Bil ki, bütün yerlilərin sənin əleyhinə əlbir olub "sən pis adamsan” deyəndə kədərlənməyənə, "sən yaxşı adamsan” desələr şadlanmayana qədər bizim dostumuzsan (ardıcıllarımızdan). Sən özünü Quranla ölç. Onun yolunu gedirsənsə, səni etinasızlığa çağırdığı şeylərə etinasız, həvəsləndirdiyi şeylərə rəğbətlisənsə möhkəm dayan və şad ol! Çünki sənin barəndə deyilənlər sənə ziyan yetirməz. Yox əgər Qurandan ayrı olsan, nəyə görə camaatın yalanlarına aldanmalısan?»(Tuhəful-Uqul, səh. 46  )
    5742. İmam Əskəri (ə): «Kim tərifəlayiq olmayan şəxsi tərifləyərsə özünü ittiham və bədgümanlığa tuş gətirmişdir.»(Əmali-Səduq , səh.347 , hədis1 )
    1628. Pis əməl sahiblərini tərifləməkdən çəkinmək
    5743. Allahın Peyğəmbəri (s): «Pis əməl sahibi təriflənəndə ərş titrəyər və Allah qəzəbə gələr.»(Nəcm, ayə 32. )
    5744. Allahın Peyğəmbəri (s): «Kim zalım hökmdarı mədh etsə və təmənnasına görə özünü onun qarşısında zəif göstərib alçaltsa, cəhənnəm oduna səfərdə ona yoldaş olacaq.»(Nəvadirul-Ravəndi, səh.11  )
    1629. Özünü öyməyin qadağan olunması
    Quran:
    «Kiçik günahlarından başqa, böyük günahlardan və rəzil əməllərdən çəkinənlər. Həqiqətən Rəbbinin (onlara qarşı) mərhəməti genişdir. O, sizi torpaqdan yaratdığı andan bəri, ananızın qarınlarında (bətnlərində) gizlin olduğunuz vaxtda belə sizin (halınızı) çox yaxşı bilir. Belə isə özünüzü təmiz saymayın. O, pis əməllərdən çəkinənlərin kim oldüğunu gözəl biləndir.»(Məanil-Əxbar, səh.243, hədis1)
    Hədis:
    5745. Allahın Peyğəmbəri (s): «Kim bütün insanlardan yaxşıyam» desə, insanların ən pisidir. Kim "mən cənnət əhliyəm” desə, o, cəhənnəmlikdir.»(Əhzab, ayə35 )
    5746. İmam Sadiq (ə) («Özünüzü pak sanmayın…» ayəsi haqda suala cavabından): «İnsanın "dünən gecə namaz qıldım, dünən oruc tutdum» və buna bənzər sözlər deməsi kimi. Həzrət sonra buyurdu: Bir dəstə var idi ki, onlar səhər açılan kimi deyirdilər: biz dünən gecə namaz qıldıq,oruc tutduq. Bu zaman Əli (ə) (kinayə ilə) buyurdu: Ancaq mən gecə-gündüz yatıram. Gündüzlə gecənin arasında da bir fürsət tapan kimi yenə də yatıram.»(Nurus-Səqəleyn, c.4, səh.277, hədis113 )


    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1696 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024