İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)

    1688. Musa və Harun
    Quran:
    «Həqiqətən də, Musaya və Haruna Fürqanı verdik, (və kitabları) təqvalılar üçün işıq və öyüddür.»(Biharul-Ənvar, c.13, səh.7, hədis 5 )
    «Biz peyğəmbərlər göndər¬dik, bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə sənə danışmamışıq. Allah Musa ilə danışdı.»(ət-Təbəqatul Kubra, c.1, səh.417 )
    (Bax: Bəqərə, 49-93; Maidə, 20-26; Əraf, 103-156, 159-162; Ənfal, 52-54; Yunis,75-93; Hud, 17, 110; İbrahim, 5-8; İsra, 101-104; Məryəm, 51-53; Taha, 9-97; Möminun, 45-49; Mömin, 23-46, 53, 54…; Şüəra, 10-68, Qəsəs,3-46; Səcdə,23, 24; Əhzab, 69; Saffat, 114-122; Sad,12; Fusilət, 54; Zuxruf,46-56; Duxan,17-23; Əhqaf,12; Zariyat,38-40; Səff 5; Təhrim, 11; Müzəmmil,15, 16; Naziat 15-26-cı ayələr).
    Hədis:
    5982. Allahın Peyğəmbəri (s): «Bəni İsraildən olan ilk peyğəmbər Musa və sonuncusu isə İsa idi. Onlar altı yüz nəfər (peyğəmbər) olmuşdur.»(Nəhcül-Bəlağə, xütbə 182)
    5983. İbn Abbas (ə): «Allahın Peyğəmbəri (s) buyurdu: Mən İsa, Musa və İbrahimi gördüm. İsanın cod saçları, qızılı sifəti və geniş sinəsi var idi. Musa yumşaq, düz saçlı, «Zot» camaatına bənzər və güclü bədənə malik idi. Ərz etdilər: İbrahim necə idi? Buyurdu: Öz dostunuza, yəni Allahın Peyğəmbərinə (s) baxın.»(Qəsəs, ayə 24 )
    5984. İmam Əli (ə): «Musa ilə söhbət edən və öz nişanələrindən böyük bir nişanəni üzvü, dili, dilçəyi və ya bir vasitəsi olmadan ona göstərən Allaha həmd olsun.»(Nəhcül-Bəlağə, xütbə 160 )
    5985. İmam Əli (ə): «İkinci nümunə göstərmək istəsəm Musa kəli¬mul¬lahı xatırlayaram. Musa buyurmuşdur: «Rəbbim, Mənim üçün göndərdiyin yax¬şılıqlara möhtacam»(Əmali-Tusi, səh.165, hədis 275  ). Allaha and olsun, o, Allahdan yemək üçün çörək¬dən başqa bir şey istəmədi. Çünki yerdəki göyərti və otlarla qida¬lanırdı.»(Biharul-Ənvar, c.13, səh.47, hədis 15  )
    5986. İmam Sadiq (ə): «Allah Musa ibn İmrana vəhy buyurdu: Nəyə görə yaratdıqlarım arasından səni seçdiyimi və söhbət üçün sənə üstünlük verdiyimi bilirsənmi? Ərz etdi: Yox, ey mənim Rəbbim. Allah ona vəhy buyurdu: Mən yer üzünə baxdım və Mənim müqabilimdə səndən daha təvazökarını tapmadım.»(Təfsir əl-Mizan, c.16, səh.40 )
    5987.İmam Sadiq(ə):«Firon öz hakimiyyətinin Musanın əli ilə məhv ola¬¬¬cağını bildikdə kahinləri çağırmağı əmr etdi. Onlar Fironu Musanın əsl-nə¬səbindən və bəni-İsraildən olmasından agah etdilər. Bundan sonra Firon öz adamlarına bənu-İsrail qadınlarının hamilələrinin qarnını deşməyi əmr et¬di. Musanı məhv etmək üçün iyirmi mindən çox ana bətnlərindəki uşağı öl¬¬dürdü,ancaq Musanı öldürə bilmədi.Çünki Allah-taala onu qoruyur¬du.» (Kəhf, ayə 60-82 )
    Musa və Harunun əhvalatları haqda
    Musa Misirdə və bir İsraillinin ailəsində dünyaya gəlmişdi. O Fironun əmrinə əsasən bəni-İsrailin yeni doğulmuş körpələrinin başını kəsməyə dair əmr verdiyi vaxt anadan olmuşdur. Musanın anası onu sandığa qoyub Nilə buraxdı və Firon onu götürüb anasına qaytardı ki, uşağa süd verib onu böyütsün. Beləliklə də Musa Fironun evində böyüyüb boya-başa çatdı.
    Yetkinlik yaşında olanda gibtilərdən (Fironun tərəfdarlarından) birini öldürdü və Fironun sarayındakıların həmin kişiyə görə qisas alacaqlarından qorxaraq Mədyənə qaçdı.
    O, Mədyəndə Şüeyb peyğəmbərin (ə) yanında qaldı və onun qızlarından biri ilə evləndi. Şüeyb üçün təyin olunmuş vaxt başa çatdıqda və ailəsi ilə birgə Misirə yola düşəndə Tur dağı tərəfdə bir alov gördü. Həmin qaranlıq gecədə yolu itirdiyinə görə Musa ailəsini elə olduqları yerdə saxladı. Onlara bir az od gətirmək və ya odun ətrafında kimsə olarsa yolu soruşmaq üçün həmin oda tərəf getdi. Ona yaxınlaşanda Allah həmin bərəkətli torpaq vadisinin sağ tərəfindəki ağacdan ona nida verdi. Onunla söhbət edib peyğəmbərliyə seçdi və doqquz peyğəmbərlik nişanəsini, o cümlədən əsa və «yəd-e beyza»-nı (ağ əl) ona verib onu ilahi əmri Firona və ətrafındakılara çatdırmaq, bəni İsrailin nicatı üçün seçib Fironun yanına getməsini əmr etdi.
    Musa (ə) Fironun yanına gedib onu haqq dinə çağırdı və ondan bəni İsraili onunla buraxmasını, onlara əzab-əziyyət, işkəncə verməsinə son qoymağı istədi və əsa, yəd-e beyza möcüzələrini göstərdi. Ancaq Firon bunu qəbul etməyib cadugərlərin caduları ilə Musanın (ə) döyüşünə çıxdı.
    Cadügərlər öz caduları ilə əjdaha və ilan göstərdilər. Ancaq Musa öz əsasını atdı və əsa qəfildən əjdahaya çevrildi və bütün caduları uddu. Cadugərlər torpağa (səcdəyə) düşüb dedilər: «Biz aləmlərin Rəbbinə, Musa və Harunun Allahına iman gətirdik.» Ancaq Firon inkar etməkdə israrlı olub cadugərlərə hədə-qorxu gəldi və iman gətirmədi.
    Musa yenə də Fironu və onun sarayındakıları dinə dəvət edib peyğəmbərliyinin nişanələrini, o cümlədən tufan, çəyirtikə, bit, qurbağa və qanı bir-birinin ardınca onlara göstərdi. Ancaq onlar öz təkəbbür və itaətsizliklərində inad etdilər, başlarına hər nə bəla gəldisə dedilər: Ey Musa! Rəbbinin səninlə əhd etdiyini biz üçün oxu! Əgər bu əzabı bizdən uzaqlaşdırsan mütləq sənə iman gətirəcək və bəni İsraili də səninlə göndərəcəyik. Ancaq Allah onlara təyin etdiyi əzabı onlardan götürəndə yenidən öz əhdlərini pozurdular.
    Buna görə də, Allah Musaya bəni-İsraili gecələr hərəkət etdirməyi əmr verdi. Onlar hərəkət edib dəniz sahilinə çatana qədər getdilər. Firon öz qoşunu ilə onları təqib etdi. Hər iki qrup bir-birini görəndə Musanın dəstəsi dedi: Bizə çatırlar. Musa buyurdu: Heç vaxt. Çünki mənim Rəbbim mənimlədir və tezliklə bizə yol göstərəcək. Sonra əmr gəldi ki, əsanı dənizə vur. Vuran kimi su yarıldı və bəni İsrail dənizdən keçdi. Firon və onun süvariləri də dənizə girdilər. Hamısı daxil olduqda Allah hər tərəfdən suyu onların başına töküb Fironun adamlarını qərq etdi.
    Allah bəni-İsraili Fironun və qoşununun əlindən xilas etdikdən, onları nə su, nə də ot olan quru bir yerə çatdırdıqdan sonra onlara lütf və kəramətini göstərdi. Onlara mənnə və bildirçin nazil etdi və Musaya əsasını daşa vurmasını əmr etdi. Ondan on iki bulaq qaynadı. Bəni-İsrailin hər bir qolu öz bulağına tərəf getdi və həmin bulaqlardan su içdilər, mənnə və bildirçindən yedilər. Bulud isə başlarının üstünə kölgə saldı.
    Bu vaxt Allah Tövratı Musaya nazil etmək üçün onun qırx gecə Tur dağına getməsini qərara aldı. Musa, Allahın onunla söhbətini eşitmələri üçün öz qövmünün arasından yetmiş kişi seçdi. Həmin yetmiş kişi Allahın Musa ilə söhbətini eşitsələr də, dedilər ki, Allahı aydın-aşkar görməyincəyə qədər sənə iman gətirməyəcəyik. Bu zaman bəla onları gözləri baxdıqları halda tutdu. Ancaq Musanın duası ilə Allah onları diriltdi. Miqat (təyin olunmuş həmin qırx gecə) başa çatanda Allah Tövratı Musaya nazil etdi və o, gayıtdıqdan sonra Samirinin onun tayfasını yoldan çıxardığını və onların buzova ibadət etdiklərini Musaya xəbər verdi.
    Musa kədərli və qəzəbli halda qövmünün yanına qayıtdı və buzovu yandırıb külünü dənizə tökdü, Samirini isə qovub ona dedi: «Gedəsən və həyatında həmişə deyəsən: «lə məsəs» (yəni mənə əl vurmayın) Qalan camaata da tövbə etməyi və özlərini (günahkarları) öldürmələrini əmr etdi. Bundan sonra tövbələri qəbul olundu. Ancaq, yenə də Tövratın hökmlərini qəbul etməkdən imtina etdilər və Allah Tur dağını onların başının üstündən yuxarı qaldırdı.
    Bəni-İsrail mənnə və bildirçin yeməkdən də bezib dedilər: «Biz bir növ xörəyə dözə bilmirik. Onlar Musadan Allahından onlara torpaqda bitən göyərti, xiyar, sarımsaq, mərci və soğan kimi tərəvəzlər bitirməsini diləməyini iştədilər. Sonra Allah onlara təyin etdiyi müyəddəs torpağa daxıl olmalarını əmr etdi. Ancaq bəni-İsrail bunu qəbul etmədi. Buna görə də Allah həmin torpağı onlara haram etdi və onları səfil etdi. Belə ki, qırx il çöllərdə sərgərdan qaldılar.»(Biharul-Ənvar, c.13, səh.284, hədis1 )
    1689. Musa və Xızır
    Quran:
    «O zamanı (yada sal) ki, Musa (yoldaşı olan) o cavana dedi: Mən illərlə seyr etməli olsam da iki dənizin qovuşduğu yerə çatmayınca (yolumdan) dönməyəcəyəm. * Divara gəlincə o, şəhərdəki iki yetim uşağın idi və onun altında uşaqlara məxsus xəzinə var idi. Ataları xeyir əməl sahibi olan kişi idi. Sənin Allahın o iki yetimin böyüməsini və Allah tərəfindən bir rəhmət olan həmin xəzinəni çıxarmalarını istədi. Bu işləri də mən özbaşına görməmişəm. Budur sənin səbr edib dözə bilmədiklərinin izahı.»(İləluş-Şəraye, səh.59, hədis1 )
    Hədis:
    5988. Allahın Peyğəmbəri (s): «Allah qardaşım Musaya rəhmət etsin. Xəcalət çəkdi və o sözü dedi. Öz yol yoldaşı ilə qalsaydı, şübhəsiz ki, ən heyrətamiz şeyləri görərdi.»(Biharul-Ənvar, c.13, səh.303, hədis 25 )
    5989. İmam Sadiq (ə): «Xızır, Allahın onu qövmünə göndərdiyi və onları, Allahın təkliyini və Onun peyğəmbərlərini, kitablarını, elçilərini tanımağa dəvət etdiyi mürsəl peyğəmbərdir. Möcüzəsi bu idi ki, hər bir quru çöp və torpağın üstündə əyləşsəydi ora yaşıllıq olardı. Buna görə də Xızır adlandırılmışdı.»(Kəmalud-Din, səh.390, hədis 4 )
    5990. İmam Sadiq (ə): «Səhlə məscidi o süvarinin igamətgahıdır.» Ərz etdilər: «O suvari kimdir? Buyurdu: «Xızır (ə).»(Məryəm, ayə 54, 55  )
    5991. İmam Rza (ə): «Xızır dirilik suyundan içib və buna görə də diridir. Qiyamətdə sur çalınana qədər ölməyəcək.»(İləlul-Şəraye, səh.72, hədis 2  )
    Musa və Xızırın hekayəsi Quranda
    O alim insan dedi: «Sən məndə gördüyün işlərə dözmək gücündə deyilsən və onların izahını, həqiqətini bilmirsən. Belə isə sirlərini bilmədiyin işlərə qarşı necə səbr edib dözə bilərsən? Musa Allahın istəyi ilə səbr edəcəyinə, ona itaətsizlik və müxalifətçilik etməyəcəyinə söz verdi. Həmin alim insan, öz istək və vədinə görə dedi. Mənə tabe oldunsa, onda özüm barələrində məlumat verməyincə qədər məndən heç bir şey haqda soruşmayasan.
    Sonra həmin alim insan və Musa yola düşdülər və bir qədər sərnişin olan gəmiyə mindilər. Musa həmin kişinin fikrindən keçənlərdən xəbərsiz idi. O kişi gəmini elə deşdi ki, batmasına təhlükə yarandı. Bu Musanı çox təəccübləndirdi və verdiyi vədi yadından çıxartdı. Buna görə də dedi: Gəmini deşmisən ki, onun sərnişinlərini batırasan? Rəva olmayan bir iş gördün. Bilikli kişi dedi: Demədimmi ki, sən heç vaxt mənimlə səbr edə bilməzsən? Musa öz vədini unutduğuna görə üzr istəyib dedi. Məni vədimi unut¬duğuma görə mühakimə etmə və mənə qarşı çox tələbkar olma.»
    Onlar yenidən yollarına davam etdilər və nəhayət bir yeniyetməni gördülər. Alim insan onu öldürdü. Musa özünü saxlaya bilməyib ona irad tutdu ki, qətl törətməmiş günahsız bir insanı öldürdün? Doğrudan da yaraşmayan bir iş tutdun. Alim insan yenə dedi: Sənə demədimmi ki, sən heç vaxt mənimlə səbr edə bilməzsən? Bu dəfə Musa ondan ayrılmağa razı olmasa da bunun qarşısını ala bilmək üçün üzr gətirə bilmədi. Buna görə də növbəti suala qədər yoldaşlıq etmələrini şərt qoydu ki, əgər üçüncü dəfə də sual etsə ondan ayırsın. Musa öz möhlət istəməyini belə bəyan etdi: Əgər bundan belə səndən nəsə soruşsam, mənə yoldaş olma və mən bunu üzrlü sayacam. Alim insan bunu qəbul etdi.
    Onlar bir abadlığa çatana qədər yollarını davam etdirdilər. Bərk acmışdılar və oranın camaatından yemək istədilər. Ancaq heç kəs onları qonaq etmədi. Bu zaman uçmaq ərəfəsində olan divar gördülər. Camaat həmin divara yaxınlaşmaqdan çəkinirdi. Alim insan divarı düzəltdi. Musa dedi: Əgər bu işə görə muzd istəsəydin ala bilərdin, bu yolla biz də aclığımızı dəf edərdik. Çünki bizim bu işin əlmuzduna ehtiyacımız var və bu camaat da bizi qonaq etmədi.
    Alim insan dedi: İndi bizim bir-birimizdən ayrılmağımızın vaxtı çatdı. Mən səni gördüyün, ancaq dözə bilmədiyin işlərin sirlərindən agah edirəm. Sonra dedi: O gəmi dənizdə işləyən və bu yolla da dolanışıqlarını təmin edən miskin insanların idi. Onların qarşı tərəfində gəmiləri zorla alan padşah olduğuna görə gəmini deşdim ki, qüsuru olsun və padşah onu bəyənməsin.
    Ancaq o yeniyetmə isə, ata-anası mömin olsa da, özü kafir idi. O sağ qalsaydı öz küfr və asiliyi ilə onları da yoldan çıxaracaqdı. Buna görə də Allah öz lütfünü onlara şamil etdi və mənə onu öldürməyi əmr etdi ki, Allah onun yerini pak və mehriban uşaqla əvəz etsin. Mən də onu öldürdüm.
    Ancaq o divar isə, həmin abadlıqda iki yetim uşağa məxsus idi. Divarın altında xəzinə var idi. Ataları xeyir əməl sahibi olduğuna görə atalarının paklığına görə ilahi rəhmət həmin uşaqlara şamil oldu. Mənə, divarın həmin uşaqların yetkinlik yaşına çatanda öz xəzinələrini çıxarana qədər dayanması üçün həmin divarı tikməyimi əmr etdi.Əgər divar uçsaydı xəzinə üzə çıxardı və camaat onu qarət edərdi.
    Bu zaman dedi: Gördüyün bu işləri özbaşına etmədim. Bunlar Allahın əmri idi və onların sirri də sənə dediklərim idi. O sonra Musadan ayrıldı.
    1690 . İsmayıl ibn Hizqil
    Quran:
    «Bu Kitabda İsmayılı yad et. Çünki o, vədinə sadiq və Allahın elçisi idi.* Ailəsinə namaz qılıb zəkat verməyi əmr etdi. Həmişə (rəftarı) Allahı tərəfindən bəyənilmişdir.»(İləlul-Şəraye, səh.78, hədis 3  )
    Hədis:
    5992. İmam Sadiq (ə): «Allah-taalanın Öz kitabında barəsində «Bu kitabda İsmayılı yad et…» buyurduğu İsmayıl İbrahimin oğlu İsmayıl deyil. O, Allah peyğəmbərlərindən biri idi. Allah onu öz qövmünə göndərdi, amma qövmü onun başının və üzünün dərisini soydu. Bir mələk gəlib ona dedi: Allah məni sənin yanına göndərmişdir. Hər nə əmr vermək istəyirsənsə, ver. O, dedi: Mən Hüseynin (ə) başına gələnlər mənə bir örnəkdir.»(Təfsirəl-Qommi, c.2, səh.51 )
    5993. İmam Sadiq (ə): «İsmayıl Allahın göndərilmiş rəsulu idi. Qövmü ona üstün gəldi və başının, üzünün dərisini soydular. Sonra aləmlərin Rəbbi tərəfindən bir mələk gəlib dedi: Allahın sənə salam göndərir və deyir ki, sənin başına gələnləri gördüm. Allah mənə əmr etdi ki, sənə itaət edim. Hər nə əmr vermək istəyirsənsə, ver. O, dedi: Hüseyn ibn Əli (ə) mənim örnəyimdir.»(Ənam, ayə 86)
    5994. «Quminin təfsirindən»: «Bu kitabda İsmayılı da yad et. O, vədinə sadiq idi…» ayəsi barəsində deyilir ki, imam belə buyurmuşdur. İsmayıl vəd verdiyi üçün qarşı tərəfi bir il gözlədi. O İsmayıl ibn Hizqildir.»(Qəsəsul-Ənbiya, səh.213, hədis 277)
    1691. Yəsəə
    Quran:
    «İsmayıl, Yəsəə, Yunis və Lutu hamılıqda bütün dünya əhlindən üstün etdik.»(Sad, ayə17-26 
    )
    Hədis:
    5995. İmam Rza (ə) (xrisitian din xadimi mübahisəsindən): «Yəsəə də İsanın (ə) işlərini görürdü: Suyun üstü ilə gəzər, ölüləri dirildər, anadan gəlmə korlara və ala xəstəliyinə tutulanlara şəfa verərdi. Buna baxmayaraq ümməti (sizdən fərqli olaraq) onu Allah sanmadılar.»
    1692.Zülkifl
    Quran:
    «Hamısı səbr edənlərdən olan İsmayıl, İdris və Zülkifl (onları yad et) Onları Öz rəhmətimizə şamil etdik. Çünki onlar layiqlilər idilər.»
    «İsmayıl, Yəsəə və Zülkifli yad et ki, onların hamısı yaxşı əməl sahibidirlər.»
    Hədis:
    5996. İmam Cavad (ə) («Zülkiflin adı nə idi və o da mürsəl peyğəmbərlərdən idimi?» deyə soruşan Əbdüləzim Həsəniyə cavabından): Allah-taala yüz iyirmi dörd min peyğəmbər göndərmişdir ki, onun da üç yüz on üç nəfəri rəsul olmuşdur. Zülkifl (ə) də bu rəsullardan biri idi. O, Süleyman ibn Davuddan (ə) sonra yaşamış və camaat arasında Davud kimi hakimlik etmişdir, yalnız Allaha xatir qəzəblənərdi. Onun adı «Uyidya» idi və Allah-taala «Hamısı hamısı yaxşı əməl sahibi olan İsmayılı, Yəsəə və Zülkifli yad et» ayəsində onun adını çəkmişdir.»(Ənbiya, ayə105 )
    1693. Davud
    Quran:
    «Onların dedikləri sözə səbr et və (geniş) imkanları olan bəndəmiz Davudu yadına sal. Bəli, o, daima (Allaha tərəf) qayıdan bir kimsə idi. * Ey Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də camaat arasında haqla hakimlik et və heç vaxt nəfsinin istəklərinə uyma ki, səni Allah yolundan azdırar.Həqiqətən, Allahın yolundan azanlar hesab gününü unutduqlarına görə ağır bir əzaba düçar olacaqlar.»(Kənzul-Ummal, hədis 32322 )
    «Biz Tövratdan sonra Zəburda yazmışıq ki, yer üzünə saleh bəndəl varis olacaqlar.»(Kənzul-Ummal, hədis 32323  )
    5997. Allahın Peyğəmbəri (s): «Davud insanların ən çox ibadət edəni idi.»(Mənla Yəhzuruhul Fəqih, c.3, səh.162, hədis 3594 )
    5998. Allahın Peyğəmbəri (s): «Camaat Davudun xəstəliyə düçar olduğunu güman edərək onu yoluxmağa gedirdi. Ancaq ona heç bir şey olmamışdı o, yalnız Allah-taala qorxusunun şiddətindən belə hala düşmüşdü.»(əl-Xisal, səh.248 hədis 110 )
    5999. İmam Əli (ə): «Allah Davuda vəhy etdi: Beytulmaldan ruzi istəməsəydin və şəxsi gəlirin olsaydı necə də gözəl bəndə olardın.» Həzrət buyurdu: «Davud (ə) ağladı. Sonra Allah dəmirə vəhy etdi: Bəndəm Davud üçün yumşal. Sonra dəmir yumşaldı və Allah-taala dəmiri onunçün yumşaltdı. O üç yüz altmış zireh toxuyub üç yüz altmış min dirhəmə satdı və beytulmala ehtiyacı olmadı.»(Əmali-Səduq, səh.164, hədis 26 )
    6000. İmam Sadiq (ə): «Davud Şamatla Əstəxr şəhərləri arasında olan əraziyə padşahlıq edirdi. Süleymanın padşahlıq etdiyi ərazi də bu qədər idi.»(Biharul-Ənvar, c.14, səh.40, hədis 26 )
    6001. İmam Sadiq (ə): «Allah-taala Davuda (ə) vəhy buyurdu: Nə olub ki, səni tək görürəm? Ərz etdi: Sənə xatir camaatı tərk etdim, onlar da məni tərk ediblər. Buyurdu: Nə olub ki, səni dinməz-söyləməz görürəm? Nə olub ki, səni incik görürəm? Ərz etdi: Səndən qorxu məni səssiz-səmirsiz etmişdir Buyurdu: Nə olub ki, səni incik görürəm? Ərz etdi: Sənin eşq-məhəbbətin məni incik etmişdir. Buyurdu: Nə olub ki, səni yoxsul görürəm? Halbuki, sənə nemətlər vermişəm. Sənin haqqını yerinə yetirməyim məni yoxsul etmişdir. Buyurdu: Nə olub ki, səni xar görürəm? Ərz etdi: Sənin cəlalının təsvirəgəlməz əzəməti məni xar etmişdir. Bu Sənin haqqındır, ey mənim mövlam! İzzət və cəlal sahibi Allah buyurdu: Elə isə, fəzlim və lütfüm sənin müjdən olsun. Mənə qovuşacağın gün nə istəsən sənə verərəm. Camaatla ünsiyyətdə ol və onların əxlaqı ilə uyğunlaş, ancaq əməl və rəftarında onlara yoldaş olma ki, qiyamət günündə məndən istədiklərini əldə edə biləsən.»(Nəml, ayə16 )
    6002. «Biharul-Ənvar»: Rəvayət olunub ki, Davud (ə) tənha səhraya gedir. Sonra, Allah ona vəhy edir: Ey Davud! Nə olub ki, səni tək-tənha görürəm? Ərz edir: İlahi, Səninlə görüş şövqüm artıb və mənimlə camaat arasında ayırıcıya çevrilib. Allah ona vəhy edir: Onlara tərəf qayıt. Çünki Məndən qaçan bir bəndəni mənə tərəf gətirsən sənin adını «Loh»da yaxşılardan yazaram.»(Biharul-Ənvar, c.14, səh. 95, hədis 3 )
    1694. Süleyman
    Quran:
    «Süleyman Davuddan irs alaraq dedi: Ey camaat! Quşların dili bizlərə öyrədilib, hər şeydən bizə verilib. Həqiqətən də, bu aşkar fəzilətdir.»(əl-Xisal, səh.241, hədis 91 )
    Hədis:
    6003. «Biharul-Ənvar»: Süleyman (ə) erkək sərçənin öz cütünə «Niyə özünü məndən əsirgəyirsən? İstəsəm, Süleymanın əbasını öz dimdiyinlə gətirib dənizə ataram» dediyini eşitdikdə təbəssümlə ona dedi: Həqiqətən, belə edə bilərsən? Sərçə dedi: Yox, ey Allahın Peyğəmbəri, ancaq bəzən kişi arvadına özünü göstərər, özünü onun gözündə böyüdər. Aşiqi dediklərinə görə danlamazlar. Süleyman dişi sərçəyə dedi: Niyə özünü ondan əsirgə¬yir¬sən, bir halda ki, o sənin aşiqindir. Dedi: Ey Allahın Peyğəmbəri. O, aşiq de¬yil, ancaq eşqdən danışır. Çünki mənimlə eyni vaxtda başqasını da sevir. Di¬şi sərçənin sözü Süleymana təsir etdi və o, bərk ağladı. Qırx gün ca¬maat¬dan ayrıldı və bu müddətdə Allahdan onun ürəyini Rəbbinə məhəbbət üçün boşaltmasını, məhəbbətini özündən qeyrisinin məhəbbəti ilə qarışdırmama¬sını dilədi.»(Nəhcül-Bəlağə, xütbə 182. )
    6004. Süleyman (ə): «Camaata verilənlər və verilməyənlər bizlərə verilmişdir. Camaata öyrədilən və öyrədilməyən bizə öyrədilmişdir. Ancaq aşkarda və gizlində Allahdan qorxmaqdan, imkanlı və kasıb vaxtı mötədil yaşayışdan, qəzəbli və şad vaxtı haqq sözü deməkdən və bütün hallarda dua edib zar-zar ağlamaqdan üstün bir şey tapmadım.»(əd-Dəvat, səh.142, hədis 363)
    6005. İmam Əli (ə): «Əbədiyyətə yüksəlmək üçün bir nərdivan, ölümü özündən uzaqlaşdırmaq üçün bir yol tapılması mümkün olsaydı, şübhəsiz ki, bu peyğəmbərliyin yüksək məqamı ilə yanaşı ins və cinin hökmranlığı verilmiş Süleyman ibn Davud olardı. Ancaq, ruzi və qismətini tam şəkildə aldıqda və ömür müddəti başa çatdıqda fanilik kamanının oxları onu öz ölüm oxlarının hədəfinə çevirdi. Evlər onsuz qaldı,məskənləri sahibsiz oldu və başqa bir dəstə onun varisi oldu.»(Mustərəfatus-Sərair, səh.41, hədis 8 
    )
    6006. İmam Sadiq (ə): «Süleyman (ə) öz qonaqlarına ət və ağ çörək verər, ailəsinə isə kəpəkli buğda çörəyi yedizdirər, özü isə ələnməmiş arpa çörəyi yeyərdi.»(İləluş-Şəraye, səh.73, hədis2 )
    6007. İmam Sadiq (ə): «Cənnətə axırıncı daxil olan peyğəmbər Süleyman ibn Davud (ə) olacaq. Bu dünyada ona verilənlərə görədir.»(Ənbiya, ayələr 89 və 90 )
    6008. İmam Sadiq (ə): «Bir gün Süleyman ibn Davud ətrafındakılara dedi: Allah-taala mənə elə bir hakimiyyət verib ki, məndən sonra kimsə ona layiq deyil. Küləyi, ins və cini, quşların və vəhşi heyvanları mənə tabe etdi. Uçan quşların dilini mənə öyrətmiş və hər bir şeydən mənə əta etmişdir. Ancaq verdiyi bütün bu hakimiyyətə rəğmən, elə bir gün olmadı ki, axşama qədər şad-xürrəm olum. Buna görə də sabah öz qəsrimə gedib onun damına çıxıb öz məmləktlərimə baxmaq istəyirəm. Heç kəsə icazə verməyin ki, saraya gəlib günümü acı və zəhərə döndərəcək xəbərlər gətirsin. Ətrafdakılar dedilər: İtaət edirik. Sonrakı gün Süleyman əsasını götürüb öz qəsrinin ən uca nöqtəsinə çıxdı və ona söykənib özünə əta edilənlərdən şad halda hakimiyyətinin ərazisinə baxmağa başladı. Birdən, gözü sarayının guşələrinin birindən ona tərəf gələn xoş sifətli və gözəl geyimli bir gəncə sataşdı. Süleyman onu gördükdə dedi: Mən bu gün sarayda tək qalmaq istədiyim halda səni buraya kim buraxıb? Kimin icazəsi ilə daxil olmusan? Həmin gənc dedi: Bu sarayın Allahı məni bura daxil edib və Onun icazəsi ilə girmişəm. Süleyman dedi: «Əlbəttə, bu sarayın Allahı ona məndən daha layiqdir. Sən kimsən? Dedi: Mən ölüm mələyiyəm. Süleyman dedi: Nə üçün gəlmisən? Dedi: Gəlmişəm ki, ruhunu alam.
    Süleyman dedi: Öz vəzifəni yerinə yetir. Bu gün mənim şadlıq və sevinc günümdür. Allah istəməyib ki, mən yalnız Onunla görüşdə şad olum. Sonra Süleyman əsasına söykənmiş halda Əzrail onun canını aldı. Süleyman uzun müddət belə ölmüş halda əsasına söykənib qaldı. Camaat onu görüb sağ olduğunu fikirləşirdi. Bir qədər sonra onun barədə şübhəyə və ixtilafa düşdülər. Bəziləri dedilər: Xeyli müddətdir ki, Süleyman öz əsasına söykənib. Nə yorulub, nə yatıb, nə yeyib və nə də içib. Bu bizim ibadət eləməli olduğumuz Allahdır. Digərləri deyirdilər: Süleyman cadugərdir. O, bizim gözlərimizi cadulamaqla bizə özünü əsasına söykənmiş göstərir. Ancaq əslində belə deyil. Möminlər dedilər: Süleyman Allahın bəndəsi və onun peyğəmbəridir. Allah onun işlərini öz uzaqgörənliyi ilə idarə edir. Süleyman barədə belə fikir ayrılığı yarandığına görə Allah bir qarışqa göndərdi. O, Süleymanın əsasını içindən yedi, əsa sındı və Süleyman (ə) sarayın başından üzü üstə yerə düşdü.»(Kənzul-Ummal, hədis 32330  )
    1695. Zəkəriyya
    Quran:
    «Zəkəriyyanı (yad et) o zaman ki, O, Allahına xitabən dedi: İlahi, məni tək qoyma və Sən varislərin ən yaxşısısan. Sonra onun (duasını) qəbul etdik və Yəhyanı ona bəxş etdik. Həyat yoldaşını ona (hamilə olmağa) layiq etdik. Çünki onlar xeyir işlərə tələsirdilər. Bizi rəğbətlərinə və qorxularına görə çağırır və Bizə qarşı təvazökar idilər.»(Kənzul-Ummal, hədis 32329 )
    Hədis:
    6009. Allahın Peyğəmbəri (s): «Zəkəriyyanı öldürmək üçün İsrail oğulları onu axtarmağa başladı. Zəkəriyya səhraya qaçdı. Bir ağac ağzını onunçün açdı və Zəkəriyya içəri daxil oldu, ancaq paltarının bir kənarı bayırda qaldı. İsrail oğulları gəldilər, ağacın üstünə çıxıb onu mişarladılar.»(Məryəm, ayə 7-15 )
    6010. Allahın Peyğəmbəri (s): «Zəkəriyya xarrat idi.»(Kənzul-Ummal, hədis 32425 )
    1696. Yəhya
    Quran
    «Ey Zəkəriyya! Biz Yəhya adlı oğulla sənə müjdə veririk… Bundan əvvəl heç kimi ona adaş etməmişik. Ey Yəhya! (Allahın) kitabı ciddi-cəhdlə əlinə al. Ona uşaqlıqdan peyğəmbərlik verdik. Öz tərəfimizdən onu pak və mehriban etdik. O, təqvalılardan idi. Ata-anası ilə yaxşı rəftar edərdi. Zülmkar və asi deyildi. Salam olsun Onun doğulduğu, öləcəyi və diriləcəyi günə.»(əl-Kafi, c.2, səh.665, hədis 20 )
    Hədis:
    6011. Allahın Peyğəmbəri (s): «Allah rəhmət eləsin qardaşım Yəhyaya. Uşaq olanda başqa uşaqlar onu oynamağa çağıranda dedi: Məgər oynamaq üçünmü yaradılmışam? Belə insan həddi buluğa çatanda nə deyəcək?»(Əmali-Tusi, 340 səh. hədis692)
    6012. İmam Kazim (ə): «Yəhya ibn Zəkəriyyanın (ə) işi daim ağlamaq idi və heç gülməzdi. Ancaq İsa ibn Məryəm (ə) həm gülər və həm də ağlardı. İsanın (ə) gördüyü iş Yəhyanın (ə) gördüyündən daha üstün idi.»(Ali-İmran, ayə59 )
    6013. İmam Sadiq (ə) (Yəhya ilə şeytan arasındakı söhbət barəsində əziz atasından nəql edir): «Yəhya (ə) dedi: Elə olubmu ki, bir an olsa belə mənə üstün gələsən? Şeytan dedi: Yox, ancaq səndə mənim xoşuma gələn bir xislət var. Yəhya dedi: O nə xislətdir? Şeytan dedi: Sən çox yeyən kişisən. İftar açanda o qədər yeyirsən ki, mədən ağırlaşır. Bu iş səni bəzi namazlardan və gecə ibadətlərindən saxlayır. Yəhya dedi: Allaha əhd bağlayıram ki, bundan sonra sağ olduğum müddətdə doyunca yemək yeməyəcəm. İblis də ona dedi: Mən də, Allahla əhd bağlayıram ki, bundan sonra, nə qədər ki, həyatdayam heç bir müsəlmana öyüd verməyəcəyəm. Sonra çölə çıxdı və bir daha Yəhyanın yanına qayıtmadı.»(Nisa, ayə 157-159 )
    1697. İsa
    Quran:
    «Həqiqətən də, Allah yanında İsanın məsəli Adəmin məsəli (yaradılışı) kimidir. Onu torpaqdan yaradıb sonra ona: «Ol» dedi. O da oldu.»(Biharul-Ənvar, c.14, səh.239, hədis17)
    Və «Biz Allahın Peyğəmbəri olan Məryəm oğlu İsa Məsihi öldürdük.» dedilər. Halbuki onlar onu öldürmədilər və onu çarmıxa çəkmədilər. Ancaq bu onlara elə gəlirdi. Həqiqətən onun barəsində ixtilafda əlbəttə olanlar onun barəsində şək-şübhədədirlər və onların heç bir məlumatı yoxdur. Onlar yalnız zənn-gümanlarının ardınca gedir və mütləqa onu öldürmədilər. Allah onu özünə tərəf yuxarılara yüksəltdi. Allah qüvvət və hikmət sahibidir. Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən qabaq ona iman gətirməmiş olsun. Qiyamət günündə (İsa da) onlara qarşı şahid olacaqdır.(əl-Xisal, səh.524, hikmət 13 )
    Hədis:
    6014. Məsih (ə): «Mənim xidmətçim mənim iki əllərimdir. Miniyim mənim iki ayağım, döşəyim torpaq, yastığım daş, qışda isindiyim yer günəş, tutan yerlərdir… Öz gecəmi yoxsulluq içində başa vururam. Günümü də kasıblıqla keçirirəm. Bununla belə yer üzündə məndən daha sərvətli və məndən daha ehtiyacsız bir kəs yoxdur.»(Kənzul-Ummal, hədis 32357 )
    6015. Allahın Peyğəmbəri (s): «Bəni-İsrailin altı yüz peyğəmbəri var idi. Bunların ilki Musa və sonuncusu İsa olmuşdur.»(Kənzul-Ummal, hədis 23258 )
    6016. Allahın Peyğəmbəri (s): «Səmalara çəkilənə qədər İsanın xörəyi paxla idi. İsa səmalara çəkilənə qədər odda bişmiş xörək yemədi.»(Kənzul-Ummal, hədis 32359 )
    6017. Allahın Peyğəmbəri (s): «Ey Ummi Əymənə! Məgər qardaşım İsanın nə şamı səhərə saxladığını, nə də səhər yeməyini şama saxladığını bilmirsinizmi? Ağacların yarpaqları ilə qidalanır, yağışın suyundan içərdi. Palaza bürünər, gecələr çatdığı yerdə qalar və deyərdi: Hər gün öz ruzisini də özü ilə gətirər.»(Nəhcül-Bəlağə, xütbə 160 )
    6018. Allahın Peyğəmbəri (s0: «Mən Məryəm oğlu İsanı gördüm. O, ağ dərili və ortası qılınctək dar bir kişi idi.»(Məryəm, ayə 31 )
    6019. İmam Əli (ə) (İsanı vəsf edərkən): «Əgər Məryəm olğu İsadan (ə) sənə danışmağımı istəsən…O, daşı özünə yastıq etmişdi. Cod paltar geyinər, bərk və boğazı ağrıdan çörək yeyərdi. Onun xörəyi aclıq idi, gecədə çırağı ay, qışda pənahı sübh və axşamın günəş tutan yerləri, meyvə və göyərtiləri isə yerin heyvanlar üçün bitirdiyi ot-ələflər idi. Nə arvadı var idi ki, onu çətinliyə salsın və onu kədərləndirəcək övladı, nə ürəyini özünə məşğul edəcək var-dövləti, nə də onu zəlilliyə salan tamahı var idi. Onun miniyi iki ayağı, xidmətçisi isə iki əli idi.»(Təfsirul-Mizan, c.3, səh.279)
    6020. İmam Sadiq (ə) (İsanın (ə) Allah-taalaya xitabən «məni harda oluramsa olum, bərəkətli et» sözləri barədə): «Yəni, xeyirli və mənfəətli et.»(Bəqərə, ayə 259 
    )
    İsanın əhvalatı barədə bir neçə söz
    İsa və anasının əhvalatı barədə Quranda qeyd olunanlar
    İsanın (ə) anası Məryəm İmranın qızı idi. Məryəmin anası ona hamilə olanda nəzir etmişdi ki, övladı dünyaya gəldikdə, onu məbədə xidmət etmək üçün Allahın yolunda azad qoyacaqdır. O, bətnində olanı oğlan güman etsə də, ondan azad olduqda qız olduğu məlum oldu. O, bundan kədərlənib həsrət çəkməyə başladı. Bununla belə,övladının adını Məryəm yəni, xadimə qoydu. Məryəmin atası İmran, o, dünyaya gəlməmiş, vəfat etmişdi. Məryəmin anası onu kahinlərə tapşırmaq üçün məbədə gətirdi. Zəkəriyya da onların arasında idi. Məryəmi hamiliyə götürmək məsələsində kahinlər ətrafında mübahisə düşdü və nəhayət püşk atmaq qərarına gəldilər. Püşk Zəkəriyyaya düşdü və o, Məryəmə hamiliyi öhdəsinə götürdü. Məryəm yetkinlik yaşına çatdıqda Zəkəriyya onunla kahinlər arasına pərdə çəkdi və Məryəm həmin pərdənin arxasında Pak Allaha ibadət edirdi. Zəkəriyyadan başqa heç kim onun yanına gedib-gəlmirdi. Zəkəriyya hər dəfə mehraba- Məryəmin yanına gəldikdə orada xörək görərdi. Ondan soruşardı: Ey Məryəm, bu sənə hardandır? Məryəm deyərdi: Bu Allahın tərəfindəndir. Allah istədiyinə saysız-hesabsız ruzi verər. Məryəm (ə) sədaqətli, ismət baxımdan məsum, Allahın qoruduğu, pak, xanım idi. O, mühəddisə idi. Mələklər onunla söhbət edirdi. Mələklər Allahın onu təmiz və seçilmiş bəndə etdiyini ona xəbər verdilər. O, ibadət edənlərdən və Allahın dünya əhalisi üçün nişanələrindən idi.(Ali-İmran 35-44, Məryəm 16, Ənbiya91, Təhrim 12)
    Sonra Allah-taala Ruhu pərdənin arxasında olan Məryəmə tərəf göndərdi. Ruh tam insan şəklində Onun qarşısında göründü və özünün Allahın elçisi olduğunu və Allahın icazəsi ilə, əri olmadan, ona bir övlad bəxş etmək üçün gəldiyini Məryəmə dedi. O, Məryəmə müjdə verdi ki, tezliklə onun övladı parlaq möcüzələr törədəcəkdir. Həmçinin, onun oğlunu Allahın müqəddəs Ruhla da təsdiqləyəcəyini, kitabı-hikməti, Tövratı və İncili ona öyrədəcəyini, onu aydın nişanə və möcüzələrlə İsrail övladlarına göndərəcəyini də xəbər verdi. Ruh İsanın əhvalatını və tərcümeyi-halını Məryəmə danışdı və bu vaxt ona üfürdü. Bunun nəticəsində Məryəm də digər qadınlar kimi hamilə olmuşdur. (Ali-İmran, 35-44)
    Məryəm bətnindəki uşaqla ucqar bir yerə pənah apardı. Doğuş ağrıları onu xurma ağaclarının kölgəsinə çəkib gətirdi. Məryəm öz-özünə deyirdi: «Kaş bundan əvvəl ölub tamam-kamal unudulaydım. Bu zaman, ayağının altında bir mələk səsləndi: Qəm çəkmə. Allahın sənin ayağının altında su çeşməsi yaratmışdır. Xurma ağacının gövdəsini özünə tərəf çək, səninçün təzə xurma töksün. Həmin xurmadan ye, həmin bulaqdan iç ki, gözlərinə işıq gəlsin.
    İnsanlardan kimsəni görəndə de: Mən rəhman Allah üçün oruc nəzir etmişəm və bu gün heç kəslə danışmayacağam. Məryəm öz övladını ağuşuna alıb onu öz qövmünün yanına gətirdi. (Məryəm 20-27) Onun İsaya hamiləlik dövrü, onu dünyaya gətirməsi, söz danışması və vücud baxımdan və bu kimi məsələlərdə o başqa insanlar kimi idi.
    Məryəmin qövmü onu bu halda gördükdə ona tənə və qaxınc vurmağa başladılar və əri olmaya-olmaya hamilə qalan arvadlar haqda işlənən sözləri deməyə başladılar. Onlar dedilər: Ey Məryəm! Doğrudan da çox xoşagəlməz bir iş tutmusan. Ey Harunun bacısı, atan pis kişi deyildi, anan da pis əməl sahibi qadın olmayıb. Məryəm İsaya işarə etdi. Ancaq onlar dedilər: Qundaqdakı uşağı ilə necə söhbət edək? Uşaq dilə gəlib dedi: Mənəm Allahın bəndəsi. Mənə kitab verib və məni peyğəmbər seçib. Harda oluramsa olum məni bərəkətli edib. Mənə nə qədər ki, sağam namaz qılmağı, zəkat verməyi və anama yaxşılıq etməyi tövsiyə buyurmuşdur. Məni kobud və asi etməmişdir. Mənim doğulduğum, öləcəyim və diriləcəyim günə salam olsun. («Məryəm» 27-33)
    … İsa böyüyüb gənclik dövrünə çatdı. O və anası digər sadə camaat kimi dolanırdı. Başqa insanların da üzləşdiyi zərər və çətinliklə üzləşdilər və ömürlərinin sonralarına qədər adi insan həyatı yaşadılar.
    Bir müddət sonra İsa risaləti ilə İsrail övladlarına tərəf göndərildi. Onları tohid və təkallahlıq dininə dəvət etməyə başlayıb dedi: Mən Allahınız tərəfindən sizə bir möcüzə gətirmişəm. Mən gildən sizinçün quş şəklində bir şey düzəldəcəm. Sonra ona üfürəcəm və Allahın izni ilə quşa dönəcək. Allahın izni ilə anadangəlmə kor və cüzam tutmuş xəstəyə şəfa bəxş edirəm. Ölüləri dirildərəm və sizlərə nə yediklərinizdən, evlərinizdə və ehtiyat yığdıqlarınızdan xəbər verərəm. Heç şübhəsiz, mömin olsanız bu möcüzələrdə, sizlər üçün bir ibrət var. Həqiqətən də Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Elə isə ona ibadət edin…
    … O Həzrət həmişə onları Allahın birliyinə və özünün yeni şəriətinə dəvət etsə də, camaatın itaətsizliyini və inadkarlığını, kahinlərin və yəhudilərin dini alimlərinin onun dəvətindən boyun qaçırmasını gördü, nəticədə onların iman gətirəcəyindən məyus oldu. Ona iman gətirən azsaylı insanlar arasından həvariləri Allahın yoluna dəvətdə özünün dostları olaraq seçdi.
    Nəhayət, yəhudilər o Həzrətin əleyhinə ayağa qalxdılar və onu öldürmək qəsdinə düşdülər. Ancaq Allah onu götürüb göylərə çəkdi və bu məsələ yəhudilərə aydın olmadı. Bəziləri onu öldürdüklərini və bəziləri isə onu çarmıxa çəkdiklərini güman etdilər. Əslində isə bunlardan heç biri olmamışdı və onlar səhv edirdilər.»(əl-Kafi, c.8, səh.113, hədis 94 )
    1698. Ermiya
    Quran:
    «Dam-divarı tamam uçmuş bir kəndin yanından keçərkən dedi: Allah bu (xarabalığın əhalisini) ölümdən sonra necə yenidən dirildəcək?.»(əl-İhticac, c.2, səh.230, hədis 223 )
    Hədis:
    6021. «əl-Kafi» : «Bir xristian alim İmam Baqirdan (s) soruşdu: Kişi öz qadını ilə yaxınlıq etdi və qadın ekiz uşaqlara hamilə qaldı. Onların hər ikisinə eyni vaxdta hamilə oldu, eyni vaxtda doğdu, eyni vaxtda öldu və hər ikisi eyni qəbrdə dəfn etdilər.Amma onlardan biri 150 il, digəri 50 il ömür sürdü.Bu iki nəfər kimlər idi? Həzrət buyurdu: Üzeyir və Üzrə. Anaları, sənin dediyin kimi eyni vaxtda onlara hamilə qaldı. Dediyin kimi eyni vaxtda da doğdu. Üzeyir və Üzrə müəyyən qədər yaşadılar. Sonra Allah-taala Üzeyiri yüz il müddətində ölü saxladı və sonra yenidən diriltdi. Əlli ilə Üzrə il yaşadı və hər ikisi eyni saatda vəfat etdilər.»(Saffat, ayə 139-148  )
    6022. İmam Sadiq (ə): «Ermiya Bəxtunnəsirin yəhudiliklə döyüşdə viranə qoyduğu Beytül-müqəddəsin və ətrafının xarabalıqlarına baxıb «Allah, bunları ölümlərindən sonra necə dirildəcək» dedikdən sonra Allah onu yüz il müddətində ölü saxladı və sonra diriltdi. O, üzvlərinin necə bir-birinə birləşdiyini, onların üstünün necə ətlə örtüldüyünü, toxuma və damarlarının necə birləşdiyini gördü. Sonra düz oturaraq dedi: Bilirəm ki, Allah hər şeyə qadirdir.»(Biharul-Ənvar, c.14, səh.381, hədis 2 )
    1699. Yunis
    Quran:
    «Yunis peyğəmbərlərdən idi. O zaman ki, o dolu bir gəmiyə tərəf qaçdı (gəmidə olanlar) püşk atdılar və (Yunis) uduzanlardan oldu. (Onu dənizə atdılar) Balıq onu uddu. O isə özünü qınayırdı. Heç şübhəsiz, o, təsbih deyənlərdən olmasaydı diriləcəyi günə qədər onun (balığın) qarnında qalacaqdı. Sonra onu xəstə halda sahilə atdıq. Onun (başının) üstündə qabaq (və ya kədu) bitirdik. Onu yüz min nəfər və daha artıq insana göndərdik. Onlar iman gətirdilər və biz də müəyyən vaxta qədər onlara nemət verdik.»(Təfsirul-Mizan, c.17, səh. 165 
    )
    Hədis:
    6023. Allahın Peyğəmbəri (s): «Heç bir peyğəmbərə "Mən Allahın yanında Yunis ibn Məttadan yaxşıyam" demək yaraşmaz.»
    6024. «Biharul-Ənvar»: «Yəhudi kişi İmam Əlidən (ə) soruşdu: «O hansı zindandır ki, öz məhbusunu yerin ətrafında dolandırdı?.» Həzrət buyurdu: «Ey yəhudi! Öz məhbusunu yerin ətrafında dolandıran zindan, qarnında Yunisi məhbus edən Val balığı idi.»(Fəth, ayə 29)
    Yunisin əhvalatı barədə bir neçə söz
    Yunis (ə) peyğəmbərlərdən biri idi. Allah onu sayı yüz min nəfərdən artıq olan qövmünə göndərdi. Yünis öz qövmünü dəvət etdi. Onların cavabı yalnız təkzib və dəvətin rədd olunması idi. Nəhayət, Yunisin onları qorxutduğu əzabın vaxtı gəlib çatdı və Yunis onların arasından getdi.
    Onlar əzabın astanasında olduqda və onu aşkar halda gördükdə hamısı iman gətirib pak Allahın dərgahına tövbə etdilər. Allah onları dünyada yüngül hesab etdikləri əzabı onlardan götürdü.
    Yunis (ə) öz qövmünün halıyla maraqlandı. Əzabın onlardan götü¬rül¬dü¬yü¬nü başa düşdü. Sanki onların tövbə edib iman gətirmələrindən xəbərsiz idi. Bununla belə, öz qövmünün yanına qayıtmadı və onların əlindən qəzəbli halda öz yoluna davam etdi. Zahiri vəziy¬yə¬ti öz ağasına qəzəblənib ondan qaçana və ağasının ona əli çatmayacağını güman edənə bənzəyirdi. O, (yük və sərnişinlə) dolu bir gəmiyə mindi.
    Yolda Val adlı böyük balıq gəminin qabağını kəsdi və Valın onu yeməsi, gəminin isə xilas olması üçün sərnişinlərdən birini suya atmaqdan başqa çarə tapmadılar. Bu məqsədlə öz arasında püşk atdılar. Püşk Yunisə düşdü və onu dənizə atdılar.Val onu uddu və gəmi xilas oldu.
    Pak Allah Yunisi bir neçə gün Valın qarnında sağ-salamat saxladı. Yunis bunun, etdiyi əməlin cəzası olaraq Allahın verdiyi bəla olduğunu bilirdi və balığın qarnında qışqırırdı: Səndən başqa heç bir məbud yoxdur. Sən paksan, şübhəsiz ki, mən zülmkarlardan olmuşam.»
    Allah Yunisin duasını qəbul etdi və Vala onu atmağı əmr buyurdu. Val xəstə vəziyyətdə olan Yunisi quruya atdı. Pak Allah onunçün qabaq və kədu bitirdi ki, onun yarpaqlarının kölgəsində rahatlıq tapsın.
    Vəziyyəti yaxşılaşanda onu qövmünə göndərdi. Bu dəfə camaat onun dəvətini qəbul etdi və ona iman gətirdi. Allah da bir müddət onları nemətəndirdi.»(Tovbə, ayə 128 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1211 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024