İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    374 Nəzir
    1708.Nəzir
    Quran:
    «O zaman ki İmranın zövcəsi dedi: Ey Rəbbim, bətnimdəkini azad olunmuş (dünya məşğuliyyətlərindən azad olaraq Sənə ibadət və xidmətkar) olmaq üçün Sənə nəzir edirəm. Bunu məndən qəbul et ki, Sən eşidən və bilənsən!»(İnsan, ayə 7 )
    «Xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin özlərinə zülm edənlərin heç bir köməkçisi olmaz.»(Vəsailuş-Şiə, c.16, səh.190, hədis 5 )
    «…öz nəzirini yerinə yetirir və dəhşəti (hər yeri) bürüyəcək gündən qorxurlar.»(Vəsailuş-Şiə, c.16, səh.189, hədis 1 )
    Hədis:
    6089.İmam Baqir (ə) («öz nəzirini yerinə yetirir…» ayəsi haqda): «Həsənlə Hüseyn (ə) uşaq olanda xəstələndilər. Allahın Peyğəmbəri (s) iki nəfərlə birlikdə onlara dəyməyə getdi. Həmin şəxslərdən biri dedi: «Ey Əbəlhəsən, kaş Allahın bu iki uşağına şəfa verməsi üçün onlara nəzir edəydin.» Əli (ə) buyurdu: «Allah-taalaya şükr etmək üçün üç gün oruc tutaram.» Fatimə (ə) və onların kənizi Fizzə də həmin sözü təkrar etdilər. Beləliklə, Allah həmin iki uşağa şəfa verdi və onlar oruc tutdular.»(v)
    1709.İnsanın özünə bir şeyi vacib etməsinin məkruh olması.
    6090.«Vəsailuş şiə»: İshaq ibn Əmmar İmam Sadiqə (ə) Allaha şükr etmək üçün həm səfərdə, həm də vətəndə iki rəkət namaz qılmaq öhdəliyi götürməsini deyib, həmin namazı səfərdə olanda gündüz qıla bilib-bilməyəcəyini soruşdu. Həzrət buyurdu: «Bəli.» Sonra buyurdu: «Mən kiminsə özünə bir şey vacib etməsini xoşlamıram.» Dedim: «Mən həmin iki rəkəti öz boynuma Allaha görə qoymamışam, əksinə, özüm özümçün öhdəlik götürmüşəm ki, şükr etmək üçün iki rəkət namaz qılım, onu özümə vacib etməmişəm. Belə olan halda, əgər istəməsəm onu qılmaya bilərəmmi?» İmam buyurdu: «Bəli.»(ət-Tərğib vət-Tərhib, c.2, səh.577, hədis 16 )
    375 Nəsihət və xeyirxahlıq
    1710.Nəsihət və başqasının xeyrini istəmək
    Quran:
    «Mən sizə Rəbbimin əmrlərini çatdırıram və sizin üçün inanılmış nəsihətçiyəm.»(səhih-Müslim, hədis 55 )
    Həmçinin müraciət et: « Əraf», 79, 93; «Tovbə» 91.
    Hədis:
    6091.Allahın Peyğəmbəri (s): «Allah-taala buyurub: Bəndəmin, vasitəsi ilə Mənə ibadət etdiyi ən sevimli şey, onun Mənə nikbin (və saf niyyətli) olmasıdır.»(əl-Kafi, c.2, səh.208, hədis 5 )
    6092.Allahın Peyğəmbəri (s) (öz səhabələrinə xitabən):–«Din nəsihət və başqasının xeyrini istəməkdir.» Dedik: «Kimə görə nəsihət və xeyir istəmək?» Buyurdu: «Allaha, Onun Kitabına, Onun Peyğəmbərinə, müsəlmanların imamlarına və bütün insanlara görə.»(əl-Kafi, c.2, səh.208, hədis4 )
    6093.Allahın Peyğəmbəri (s): «Qiyamət günü Allah yanında insanların ən yüksək dərəcəlisi, Allahın yaratdıqlarının nəsihət və xeyri yolunda başqalarından daha çox addımlayanıdır.»(Nəhcül-Bəlağə, məktub 31 )
    6094.Allahın Peyğəmbəri (s): «Sizlərdən hər biriniz öz xeyrini istədiyi kimi qardaşının da xeyrini istəməlidir.»(əl-Kafi, c.2, səh.208, hədis 2)
    6095.İmam Əli (ə): «Qardaşına sədaqətlə nəsihət ver, həmin nəsihət istər ona xoş gəlsin, istərsə də yox!»(əl-Kafi, c.2, səh.208, hədis 6 )
    6096.İmam Sadiq (ə): «Möminə, möminin xeyrini istəməsi vacibdir, istər birlikdə olanda olsun, istərsə də yanında olmayanda!»(Tuhəful-Uqul, səh.20 )
    6097.İmam Sadiq (ə): «Allaha görə, Onun yaratdıqlarına qarşı xeyirxah olun. Çünki Allahın görüşünə bundan yaxşı əməllə getməyəcəksən.»(Kəşful-Ğummə, c.3, səh.137, 138 )
    1711.Nəsihət verən şəxsin nişanəsi.
    6098.Allahın Peyğəmbəri (s): «Nəsihət verən şəxsin dörd nişanəsi var: O, haqq hökm çıxarır, özündənsə başqalarına haqq qazandırır, özü üçün bəyəndiyini başqaları üçün də bəyənir və heç kəsə (heç kəsin haqqına) əl uzatmır.»(Nəhcül-Bəlağə, xütbə 86 )
    6099.İmam Əli (ə): «İnsanın nəsihətçi və başqalarının xeyrini istəməsinə, onun (başqalarını) özü üçün bəyənmədiyi şeydən çəkindirməsi kifayətdir.»(əd-Dürrə əl-Bahirə, səh.26 )
    6100.İmam Əli (ə): «İnsanların özünə qarşı ən xeyirxahı, onların öz Rəbbinə ən itaətkar olanı və onların özünə ən xəyanətkarı, Rəbbinə qarşı üsyankar olanıdır.»(Biharul-Ənvar, c.78, səh.194, hədis 9 )
    6101.İmam Səccad (ə): «Çox nəsihət vermək bədbinlik və töhmətə səbəb olar.»(əl-Xisal, səh.46, hədis 47 )
    6102.İmam Sadiq (ə): «Paxıla nəsihət vermək (və ona doğru yolu göstərmək) qeyri-mümkündür.»(Ğurərul-Hikəm, hədis 5944 )
    6103.İmam Sadiq (ə): «Hansı müsəlman bəndə Allaha görə öz nəfsinə nəsihət verdisə, haqqı nəfsindən aldısa və Onunçün aldısa, ona iki nemət verildi: Allah tərəfindən ona bəs edən ruzi və Allah tərəfindən ona nicat verən razılıq.»(Ğurərul-Hikəm, hədis 7743 )
    1712.Nəsihəti qəbul etmək.
    6104.İmam Əli (ə): «Xoşa, ona doğru yolu göstərən nəsihətçisinə tabe olan və onu məhvə sürükləyən azğından uzaqlaşanın halına.»(əl-Məhasin, c.2, səh.440, hədis 2526 )
    6105.İmam Əli (ə): «Nəsihəti qəbul etməkdən boyun qaçıran şəxs məhv olar.»(Ğurərul-Hikəm, hədis 971 )
    6106.İmam Baqir (ə): «Səni ağladan, amma sənin xeyrini istəyən şəxsə tabe ol, səni güldürən, amma sənə qarşı hiyləgərlik işlədənə tabe olma.»(Ğurərul-Hikəm, hədis 1130 )
    376 İnsaf
    1713.İnsaf
    6107.İmam Əli (ə): «İnsaf xislətlərin ən üstünüdür.»(Ğurərul-Hikəm, hədis 4190 )
    6108.İmam Əli (ə): «İnsaf qəlbləri bir-birinə bağlayır.»(Nəhcül-Bəlağə, hikmət 224 )
    6109.İmam Əli (ə): «Əlaqə telləri insafın olması nəticəsində davam edir.»(Ğurərul-Hikəm, hədis 5448 )
    6110.İmam Əli (ə): «İnsaflı olmaq dostların artmasına səbəb olur.»(Nəhl, ayə 90 )
    6111.İmam Əli (ə): «Qüdrətin zəkatı insafdır.»(Nəhcül-Bəlağə, hikmət 231 )
    6112.İmam Əli (ə) («Həqiqətən, Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir.»(Biharul-Ənvar, c.78, səh.165, hədis 1 ) ayəsi barədə): «Ədalətlilik insaflı olmaqdır, yaxşılıq isə səxavət əlinin açılması.»(Ğurərul-Hikəm, hədis 1410 )
    6113.İmam Baqir (ə): «İnsaf kimi ədalət yoxdur.»(Ğurərul-Hikəm, hədis 3186 )
    1714.İnsafsızla insaflı davranmağa təşviq.
    6114.İmam Əli (ə): «Mömin, (hətta) ona qarşı insaflı olmayanla da, insaflı davranar.»(Əmali-Tusi, səh.280, hədis 537 )
    6115.İmam Əli (ə): «İnsanların ən ədalətlisi, ona zülm edənlə insafla davranandır.»(əl-Xisal, səh.47, hədis 48 )
    6116.İmam Sadiq (ə): «Qardaşları insafa dəvət etmək, insafdan uzaqdır.»(Ğurərul-Hikəm, hədis 3345 )
    1715.Özündən insaflılığı tələb etmək.
    6117.Allahın Peyğəmbəri (s): «Yoxsula maddi kömək edən və camaata qarşı insafla davranan şəxs, elə həqiqi mömindir.»(əl-Kafi, c.2, səh.144, hədis 4 )
    6118.İmam Əli (ə): «İnsanların ən insaflısı, hakimin hökmü olmadan özündən insaf tələb edəndir.»(Kəşful-Ğummə, c.3, səh.137,138 )
    6119.İmam Əli (ə): «Bilin! Hər kim camaata qarşı insaflı olsa, Allah mütləq onun izzətini artırar.»(Nəhcül-Bəlağə, məktub 53 )
    6120.İmam Əli (ə): «İnsanın ağıllı olmasına bu kifayətdir ki, o, özündən insaflı olmağı tələb etsin və insaflı olsun……Onun insaflı olmasına (da) bu kifayətdir ki, həqiqət ona məlum olanda, onu qəbul etsin.»(əl-Kafi, c.2, səh.148, hədis 4 )
    6121.İmam Əli (ə) (Malik Əştərə məktubundan):–«Özündən, qohumlarından, yaxınlarından və rəiyyətin sənin meyl və diqqətində olanlarından Allahın və camaatın haqqını tələb et. Çünki belə etməsən zülm etmisən.»(Ğurərul-Hikəm, hədis 4674 )
    6122.İmam Baqir (ə): «Allahın bir Cənnəti var ki, ora yalnız üç dəstə daxil olar. Onlardan biri, özü barədə haqla qəzavət edəndir.»(Ğurərul-Hikəm, hədis 10732.10733 )
    1716.Özlərindən insaflı olmağı tələb etməyənlər.
    6123.İmam Əli (ə): «Üç dəstə heç vaxt (digər) üç dəstədən onlara qarşı insaflı olmağı tələb etməz: ağıllı ağılsızdan, yaxşı əməl sahibi pis əməl sahibindən, alicənab alçaqdan.»(Ğurərul-Hikəm, hədis 368 )
    6124.İmam Əli (ə): «Yaxşı əməl sahibi pis əməl sahibindən öz haqqını tələb etməz. Heç bir alim nadandan haqqını tələb etməz.»(Biharul-Ənvar, c.104, səh.41, hədis 52 )
    377 Baxmaq
    1717.Göz qəlbin bələdçisidir.
    6125.İmam Əli (ə): «Göz qəlbin qasididir.»(Nəhcül-Bəlağə, hikmət 409 )
    6126.İmam Əli (ə): «Göz qəlbin xəfiyyəsi və ağlın qasididir.»(Biharul-Ənvar, c.72, səh.199, hədis 29 )
    6127.İmam Əli (ə): «Qəlb gözün kitabıdır.»(Ğurərul-Hikəm, hədis 950 )
    1718.Gözlər şeytanın torlarıdır.
    6128.Allahın Peyğəmbəri (s): «Çox və lazımsız baxışlardan çəkinin. Çünki o nəfsi istəklərin toxumunu səpir və qəflət doğurur.»(Tuhəful-Uqul, səh.95 )
    6129.İmam Əli (ə): «Gözlər(in baxışları) şeytanın torlarıdır.»(Biharul-Ənvar, c.104, səh.38, hədis 33 )
    6130.İmam Əli (ə): «Gözün korluğu çox baxmaqdan daha yaxşıdır.»(Biharul-Ənvar, c.78, səh.92, hədis 101 )
    6131.İmam Əli (ə): «Gözünün cilovunu buraxan şəxs həyatını çətinliyə salar. Baxışlarının arası kəsilməyənin həsrəti uzun çəkər.»(əl-Kafi, c.5, səh.559, hədis 12 )
    6132.İmam Əli (ə): «İçində Allah zikr edilərək xatırlanmayan hər bir söz, bihudədir. Təfəkkürlə birgə olmayan hər bir sükut səhvdir.İçində ibrət olmayan hər bir baxış, əbəsdir.»(Biharul-Ənvar, c.74, səh.73, hədis 59 )
    6133.İmam Sadiq (ə): «Nə çox bir baxış var ki, uzun bir həsrət yaradıb.»(səhifə əl-İmam ər-Rza (ə) , səh.90, hədis 19 )
    1719.Üzlərinə baxmaq ibadət olan kəslər.
    6134.Allahın Peyğəmbəri (s): «Alimə baxmaq ibadətdir. Ədalətli rəhbərə baxmaq ibadətdir. Ata-anaya məhəbbətlə baxmaq ibadətdir. Allaha xatir sevdiyin qardaşa baxmaq ibadətdir.»(Nur, ayə 30, 31 )
    6135.Allahın Peyğəmbəri (s): «Üç şeyə: ata-anaya, Qurana və dənizə baxmaq ibadətdir.»(Camiul-Əxbar, səh.408, hədis 1129 )
    1720.Gözü yerə dikməyə təşviq.
    Quran:
    «Mömin kişilərə de ki, gözlərini (naməhrəmlərdən çevirərək) yerə diksinlər, ayıb yerlərini qorusunlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, gözlərini (naməhrəmlərdən çevirib) yerə diksinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər.»(Biharul-Ənvar, c.104, səh.41, hədis 52 )
    Hədis:
    6136.Allahın Peyğəmbəri (s): «Adəm oğlunun bədən üzvlərinin hər birinin zina payı var, gözün zinası da baxmaqdır.»(Biharul-Ənvar, c.76, səh.344, hədis 1 )
    6137. Allahın Peyğəmbəri (s): «Gözlərinizi (harama) yumun ki, füsunkarlıqları görəsiniz.»(Savabul-Əmal, səh.338, hədis 1 )
    6138. Allahın Peyğəmbəri (s): «Kim gözlərini haramla doldursa, tövbə edib əməlindən əl çəkməsə, Allah qiyamət günü onun gözlərini odla doldurar.»(Ğurərul-Hikəm, hədis 9122 )
    6139.Allahın Peyğəmbəri (s): «Gözlərini ərindən qeyrisi və ya ona məhrəm olmayan şəxslərlə dolduran ərli qadına qarşı Allahın qəzəbi, şiddətlidir.»(əl-Fəqih, c.4, səh.18, hədis 4969 )
    6140.İmam Əli (ə): «Gözünü aşağı dikən kəs qəlbini rahat edər.»(Nur, ayə 60 )
    6141.İmam Sadiq (ə): «Baxış iblisin zəhərli oxlarından biridir. Kim başqası üçün deyil, Allaha xatir öz gözünü (naməhrəmə) yumsa, bunun ardınca Allah ona tamını daddığı bir iman verər.»(Uyun Əxbar Rza (ə), c.2, səh.97 )
    6142.İmam Rza (ə) (Məhəmməd ibn Sinanın suallarının birinin cavabında): «Ərli qadınların, həmçinin digər qadınların saçlarına baxmaq ona görə haram edilib ki, bu, kişilərin təhrik olunmalarına səbəb olur, fəsada və harama, xoşagəlməz əməllərə düçar olmaqla nəticələnir. (Təhrik etmək baxımından) Tük kimi olan (digər) şeylər də belədir. Allah-taalanın «ərə getməyə ümidi qalmayan yaşlı qadınlar….»(əl-Fəqih, c.4, səh.19, hədis 4971 ) deyə buyurduğu hallar istisnadır və belə qadınların saçlarına baxmağın eybi yoxdur.»(əl-Fəqih, c.3, səh.474, hədis 4658 )
    1721.İlk baxış qeyri-ixtiyari, ikinci baxış isə qəsdəndir.
    6143.Allahın Peyğəmbəri (s) (Əliyə (ə) buyurmuşdur):–«Ey Əli, ilk baxış sənə məxsusdur, ikinci baxış isə sənin xeyrinə deyil, ziyanınadır.»(əl-Fəqih, c.4, səh.18, hədis 4970  )
    6144.İmam Sadiq (ə): «İlk baxış sənə məxsusdur, ikinci baxış sənin xeyrinə deyil, ziyanınadır, üçüncü baxış isə məhv olmaq amilidir.»(Biharul-Ənvar, c.10, səh.115, hədis 1 )
    6145.İmam Sadiq (ə): «Baxışdan sonra (təkrar) baxış, şəhvət toxumu səpir və bu, sahibini fitnəyə (və günaha) sürükləmək üçün kifayətdir.»(Furqan, ayə 63 )
    1722.Kim gözəl bir qadın görsə…
    6146.İmam Əli (ə): «Sizlərdən kim gözəl bir qadın görsə və ondan xoşu gəlsə, gedib öz xanımı ilə yaxınlıq etsin. Çünki gördüyünün bənzəri onun öz xanımında da var. Şeytana öz qəlbinə girmək üçün yol verməsin və gözünü həmin qadından döndərsin. Əgər arvadı yoxdursa, iki rəkət namaz qılsın, Allaha çoxlu şükr etsin, Peyğəmbərə və onun əhli-beytinə salavat göndərsin və sonra Allahdan ona öz fəzlindən əta etməsini istəsin. Allah Öz mehribanlıq və mərhəmətiylə onun ehtiyacını aradan qaldıracaqdır.»(Bəşarətul-Mustafa, səh.26 )
    378 Mübahisə
    1723.Mübahisə.
    6147.İmam Əli (ə) (Kumeylə tövsiyəsindən):–«Ey Kumeyl, insanların hər təbəqəsinin içində, başqalarından üstün və möhtərəm olan bir dəstə var. Buna görə də onların alçaq və aşağı dərəcəli dəstələri ilə mübahisə etməkdən çəkin. Əgər sənə xoşagəlməz bir söz desələr, döz və Allah-taalanın «cahillər onlara söz atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar.»(Biharul-Ənvar, c.2, səh.136, hədis 39 ) deyə vəsf etdiyi kəslərdən ol.»(Biharul-Ənvar, c.2, səh.136, hədis 41 )
    6148.İmam Sadiq (ə) (Təyyarın, camaatla mübahisə etməyin xoşagəlməzliyi barədə sualının cavabında):–«Sənin kimi insanların söhbətləri xoşagəlməz deyil. Yüksələndə gözəl şəkildə aşağı enməyi, aşağı düşəndə gözəl şəkildə yüksəlməyi və belə bir qüdrəti olan şəxsin mübahisə etməsini xoşlayırıq.»(Biharul-Ənvar, c.2, səh.135, hədis 32 )
    6149.İmam Sadiq (ə) (Əbu Cəfər Əhfələ buyurmuşdur): «Təyyardan nə xəbər?» (Əhfəl deyir) Dedim: «Dünyadan köçdü.» Həzrət buyurdu: «Allah rəhmət eləsin. Allah ona rəhmət və sevinc bəxş etsin! Çünki o, biz əhli-beyti müdafiə edirdi.»(Sunən ət-Tirmizi, hədis 2799 )
    1724.İmamın, o Həzrəti mübahisəyə dəvət edən şəxsə cavabı.
    6150.«Biharul ənvar»: «Bir kişi imam Hüseynə (ə) dedi: Otur, bir-birimizlə din barəsində mübahisə edək. Həzrət buyurdu: Ey kişi, mən öz dinimi tanıyıram, ondan xəbərdaram, doğru yol mənə məlum və aydındır. Əgər sənin dindən xəbərin yoxdursa, get onu öyrən. Mənim mübahisə ilə nə işim? Həqiqətən şeytan insana vəsvəsə salır və onun qulağına pıçıldayaraq deyir: Din barəsində camaatla mübahisə et ki, sənin aciz və nadan adam olmağını fikirləşməsinlər.»(Kənzul-Ummal, hədis 26003 )
    379 Təmizlik
    1725.Təmizliyə təşviq.
    6151.Allahın Peyğəmbəri (s): «Allah pakdır və pak şəxsi sevir, təmizdir və təmizliyi sevir.»(əl-Kafi, c.6, səh.439, hədis 6 )
    6152.Allahın Peyğəmbəri (s): «Bu bədənləri təmizləyin, Allah sizi tə¬miz¬ləsin. Çünki hansı bəndə gecə təmiz bədənlə yatsa, onunla paltarı arasında bir mələk yatar və gecənin hansı saatında o tərəf-bu təfərə çevrilsə, həmin mələk deyər: Allahım! Bəndəni bağışla. Çünki o, təmiz bədənlə yatıb.»(Kənzul-Ummal, hədis 7422 )
    6153.Allahın Peyğəmbəri (s): «Nə pisdir çirkli və qarmaqarışıq bəndə.»(əl-Kafi, c.6, səh.439, hədis 5 )
    6154.Allahın Peyğəmbəri (s): «Çirkli adamlar məhv olarlar.»(Vəsailuş-Şiə, c.3, səh.572, hədis 3 )
    6155.Allahın Peyğəmbəri (s)–(bir kişini qarmaqarışıq saç, çirkli paltar və səliqəsiz vəziyyətdə görəndə):–«Allahın nemətlərindən istifadə etmək və neməti üzə çıxarmaq dindəndir.»(əl-Fəqih, c.4, səh.5, hədis 4968 )
    6156.Allahın Peyğəmbəri (s): «Toz-torpağı qapının dalına yığmayın. Çünki o, şeytanın yuvası olur.»(Sunən Əbu Davud, hədis 4062 )
    6157.Allahın Peyğəmbəri (s): «Zibili gecə öz evinizdə saxlamayın, onu gündüz evinizdən çıxarın. Çünki zibil Şeytanın oturaq yeridir.»(əl-Xisal, səh.620, hədis 10 )
    6158.Cabir ibn Abdullah: «Allahın Peyğəmbəri (s) bizim yanımıza gəldi. Gözü saçları qarmaqarışıq olan bir kişiyə sataşdı. Buyurdu: Məgər bu kişi öz saçlarını səliqəyə salmağa bir şey tapmadı? (O Həzrət) Əynində çirkli paltar olan digər bir kişini gördü. Buyurdu: Məgər bu kişi paltarlarını yumağa su tapmayıb?»(Vəsailuş-Şiə, c.3, səh.575, hədis 2)
    6159.İmam Əli (ə): «Başqalarını narahat edən xoşagəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə (üst-başınıza) baxın. Çünki Allah-taala özünün çirkli və laqeyd bəndələrinə, onunla bir yerdə oturan hər bir kəsin burnunu tutub bezdiyi kimsəyə nifrət edir.»(Vəsailuş-Şiə, c.3, səh.571, hədis 2 )
    6160.İmam Əli (ə): «Otaqlarınızı hörümçək torundan təmizləyin. Çünki onu evdə saxlamaq yoxsulluq gətirir.»(əl-Xisal, səh.54, hədis 73 )
    6161.İmam Baqir (ə): «Otaqları süpürmək yoxsulluğu aradan götürür.»(Kənzul-Ummal, hədis 26002 )
    6162.İmam Sadiq (ə): «Qabı yumaq və evin qapısının ətrafını süpürmək ruzinin cəlb olunmasına səbəb olur.»(Kənzul-Ummal, hədis 26000 )
    1726.İslam və təmizlik.
    6163.Allahın Peyğəmbəri (s): «İmkanınız çatan bütün vasitələrlə özünüzü təmizləyin. Çünki Allah-taala İslamı təmizlik üzərində qurub və Cənnətə yalnız təmiz şəxs gedəcəkdir.»(əl-Kafi, c.6, səh.441, hədis 3 )
    6164.Allahın Peyğəmbəri (s): «Allah təmizkar abidi sevir.»(əl-Kafi, c.6, səh.444, hədis 14 )
    6165.Allahın Peyğəmbəri (s): «Paltar geyinən hər bir kəs onu təmiz saxlamalıdır.»(Biharul-Ənvar, c.78, səh.335, hədis 4 )
    6166.İmam Əli (ə): «Təmiz paltar qəm-kədəri aradan aparır və namazın paklıqlarındandır.»(İbrahim, ayə 34 )
    6167. İmam Rza (ə): «Təmizlik peyğəmbərlərin xüsusiyyətlərin¬dən¬dir.»(əl-Kafi, c.2, səh.316, hədis 5 )

    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1249 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024