İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    392 Hidayət
    1779.Allahın ümumi hidayəti.
    Quran:
    «Dedi: «Rəbbimiz hər şeyə, onun özünə layiq xilqətini verən, sonra da onu hidayət edən Allahdır.»(Maidə, ayə 32 )
    Hədis:
    6360.İmam Sadiq (ə): –«Biz onu yola hidayət etdik…»(əl-Kafi, c.2, səh.210, hədis 1) ayəsi barədə– «Yəni biz ona yolu tanıtdıq, ya onunla gedəcək, ya da onu tərk edəcək.»(Biharul-Ənvar, c.14, səh.40, hədis 26 )
    1780.Hidayət vasitəsi ilə diriltmək.
    Quran:
    «Hər kəs, kimsəni diriltsə, bütün insanları diriltmiş kimidir.»(əl-Kafi, c.5, səh.28, hədis 4 )
    Hədis:
    6361.İmam Sadiq (ə) (yuxarıda qeyd edilən ayə haqda suala cavab verər¬kən): «Yəni, kim birini azğınlıqdan doğru yola gətirsə, onu diriltmiş ki¬mi¬dir. Həmçinin, birini doğru yoldan azğınlığa aparan şəxs onu öldürüb.»(Vəsailuş-Şiə, c.11, səh.448, hədis 5 )
    1781.Birini hidayət edərək doğru yola gətirməyin savabı.
    6362.«Biharul ənvar»: Rəvayət edilir ki, Davud (ə) tək səhraya gedir. Allahdan ona vəhy gəlir: «Ey Davud, nə üçün səni tək görürəm?» Deyir: «İlahi, canımda Səni görmək şövqüm güclənib və mənimlə Sənin yaratdıqlarının arasını kəsib.» Allah ona vəhy göndərir: «Onların arasına qayıt. Çünki əgər sən Mənim yanıma (Məndən) qaçan bir bəndə gətirsən, sənin adını Lövhü Məhfuzda «təriflənmiş» adı ilə qeyd edərəm.»(Qəsəs, ayə 56 )
    6363.Allahın Peyğəmbəri (s) (Əlini (ə) Yəmənə göndərəndə):–«Ey Əli! Heç kəslə, onu əvvəlcə (İslama) dəvət etməmiş vuruşma. And olsun Allaha, əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, bu sənin üçün günəşin, üzərində doğaraq batdığı şeydən daha yaxşıdır. Sənin onlar üzərində vilayətin var, ey Əli!»(Kənzul-Ummal, hədis 546 )
    6364.Allahın Peyğəmbəri (s) (o Həzrətdən tövsiyə istəyən şəxsə):–«Sənə tövsiyə edirəm ki, heç nəyi Allaha şərik qoşmayasan ……və camaatı İslama dəvət edəsən. Bil ki, sənin dəvətini qəbul edən hər bir şəxsə görə Yaqubun övladlarından olan bir qul azad etməyin savabını əldə edəcəksən.»(Əmali-Səduq, səh.90, hədis 1)
    1782.Hidayət etmək Allaha məxsusdur.
    Quran:
    «Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri O daha yaxşı bilir.»(Təğabun, ayə11 )
    Hədis:
    6365.Allahın Peyğəmbəri (s): «Mən (yalnız) dəvət etmək və (Allahın əmrlərini) çatdırmaq üçün göndərilmişəm, hidayət məsələsi əsla mənim ixtiyarımda deyil. İblis də (günahları insanların gözündə) gözəl göstərmək üçün yaradılıb və azdırmaq məsələsində onun da heç bir ixtiyarı yoxdur.»(Ənkəbut, ayə 69 )
    6366.Allahın Peyğəmbəri (s): «Allah-taala buyurub: Ey Mənim bən¬də¬lərim! Mənim hidayət etdiyim kəs istisna olmaqla, sizin hamınız azğınsınız. Mənim ehtiyacsız etdiyim kəs istisna olmaqla, siz hamınız möhtacsınız. Mənim günahdan saxladığım kəsi çıxmaqla, siz hamınız günahkarsınız.»(Qəsəs, ayə 50 )
    1783.Allahın hidayət etdiyi kəslər.
    Quran:
    «Allahın izni olmadan heç bir müsibət üz verə bilməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər. Allah hər bir şeyi biləndir.»(Maidə, ayə 67 )
    «Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməl sahibləriylədir.»(əl-Kafi, c.8, səh.52, hədis 16)
    «Şübhəsiz, Allah zalım tayfanı hidayət etməz.»(əl-Kafi, c.5, səh.144, hədis 14 )
    «Şübhəsiz, Allah kafir tayfanı hidayət etməz»(Biharul-Ənvar, c.77, səh.166, hədis 2 )
    Hədis:
    6367.İmam Baqir (ə): «Allah-taala həlim və alimdir. Həqiqətən, Allah Onun razılığını qəbul etməyənə qəzəblənir, Allahın bəxşişini qəbul etməyəndən əsirgəyir və Onun hidayətini qəbul etməyəni azdırır.»(əl-Kafi, c.5, səh.144, hədis 12 )
    393 Hədiyyə
    1784.Hədiyyənin məhəbbət yaranmasında rolu.
    6368.Allahın Peyğəmbəri (s): «Bir-birinizə hədiyyə verin ki, qəlbləriniz bir-birinə qarşı məhəbbətli olsun. Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə kin-küdurəti aradan götürür.»(Kənzul-Ummal, hədis 15068 )
    6369.Allahın Peyğəmbəri (s): «Hədiyyə vermək məhəbbət gətirir, qardaşlığı qoruyur, kin və düşmənçiliyi aradan götürür. Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz.»(səhih-Buxari, hədis 6753 )
    6370.İmam Əli (ə): «Mənim üçün, müsəlman qardaşıma onun işinə yarayan bir hədiyyə vermək, həmin şeyin mislini sədəqə verməkdən daha xoşdur.»(Kənzul-Ummal, hədis 4475, 14479 )
    1785.Dövlət məmurlarına hədiyyə haramdır.
    6371.Allahın Peyğəmbəri (s): «Məmurlara verilən bütün hədiyyələr haramdır.»(Müstədrəkul-Vəsail, c.13, səh.208, hədis 15128 )
    6372.Əbu Hamid Saidi: «Peyğəmbər (s) Bəni Əsəd qəbiləsindən olan Ut¬biyyə adlı bir şəxsi zəkat yığmağa məmur etdi. O, zəkat mallarını gə¬ti¬rəndə dedi: Bu sizindir, bu da mənə hədiyyə edilib. Peyğəmbər (s) minbərə çıx¬dı….. Allaha həmd-sənadan sonra buyurdu: «Necə olur ki, məmuru göndə¬ri¬rik və o gələndə «bu sənindir, bu da mənimdir» deyir. Nə üçün ata-anası¬nın evində oturmur ki, görsün ona yenə də hədiyyə gətirirlər, yoxsa yox? And olsun canım əlində olan Allaha, (həmin məmur) nə götürsə qiyamət gü¬nü onu öz çiyinlərində daşıyacaqdır, hətta səs çıxaran dəvə, inək və qoyun olsa belə!»(əl-Kafi, c.5, səh.143, hədis 9 )
    1786.Müşrikin hədiyyəsini qəbul etmək qadağandır.
    6373.Allahın Peyğəmbəri (s): «Biz heç bir müşrikin hədiyyəsini qəbul etmirik.»(əl-Kafi, c.5, səh.143, hədis 8 )
    6374.İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) müşriklərin bəxşişlərini qəbul etməyi qadağan edib. Onun məqsədi müharibə edən müşriklərin hədiyyəsi idi.»(Kənzul-Ummal, hədis 14482 )
    1787.Hədiyyəni qəbul etməyə təşviq.
    6375.Allahın Peyğəmbəri (s): «Əgər mənə qoyun ayağı da hədiyyə versələr, qəbul edərəm.»(Kənzul-Ummal, hədis 46164 )
    6376.Allahın Peyğəmbəri (s): «İnsanın öz qardaşına ehtiramının nişanələrindən biri də, onun hədiyyəsini qəbul etməsi, yanında olan şeydən ona hədiyyə verməsi və ona hədiyyə vermək üçün özünü zəhmətə salmamasıdır.»(Biharul-Ənvar, c.103, səh.189, hədis 5 )
    6377.»Kənzul-Ummal»: Yoxsul bir qadın Ayişəyə hədiyyə gətirdi. Amma Ayişə ona canı yandığı və yazığı gəldiyi üçün hədiyyəni qəbul etmədi. Allahın Peyğəmbəri (s) ona buyurdu: «Nə üçün onu qəbul etmədin və əvəzində ona hədiyyə vermədin ki, onu təhqir etdiyini fikirləşməsin? Ey Ayişə, təvazökar ol! Çünki Allah təvazökarları sevir və təkəbbürlülərə nifrət edir.»(Tənbihul-Xəvatir, c.1, səh.272 )
    1788.Hədiyyəni geri almaq.
    6378.Allahın Peyğəmbəri (s): «Verdiyi hədiyyəni geri alan, qusduğunu yeyən şəxs kimidir.»(Ğurərul-Hikəm, hədis 4623 )
    6379.İmam Sadiq (ə) (dilənçiyə vermək üçün sədəqə gətirən və gəlib çatanda onun getmiş olduğunu görən şəxs barədə):–«Gərək onu ehtiyacı olan başqa birisinə versin, malının içinə qaytarmasın.»(Tuhəful-Uqul, səh.56 )
    394 Qocalıq
    1789.Qocalıq.
    6380.Allahın Peyğəmbəri (s): «Adəm övladı ilə yanaşı doxsan doqquz ölüm amili sıraya düzülüb. Onlar ona dəyməyəndə (insan) qocalığa çatır.»(əl-Xisal, səh.73, hədis 112 )
    6381.İmam Əli (ə): «Uzun ömürün məhsulu xəstəlik və qocalıqdır.»(Nəhcül-Bəlağə, hikmət 143 )
    1790.İnsanın qocalığında cavanlaşan şey.
    6382.Allahın Peyğəmbəri (s): «Adəm övladı qocalır, ancaq onda iki şey: tamah və arzu cavanlaşır.»(Tuhəful-Uqul, səh.317 )
    6383.Allahın Peyğəmbəri (s): «Adəm övladı qocalır, onun vücudunda iki şey isə cavanlaşır: mala, sərvətə tamah və yaşamağa hərislik.»(Qəsəs, ayə 59 )
    1791.Qocalığın səbəbləri.
    6384.İmam Əli (ə): «Qəm-qüssə qocalığın yarısıdır.(ət-Tərğib vət-Tərhib, c.1, səh.86, hədis 10 )
    6385.İmam Sadiq (ə): «Dörd şey vaxtsız qocalıq gətirir: qaxac ət yemək, nəm yerdə oturmaq, pilləkanla (və nərdivanla) yuxarı çıxmaq və qoca arvadla yaxınlıq etmək.»(əl-Kafi, c.2, səh.316, hədis 6 )
    395 Məhv olmaq
    1792.Məhvə səbəb olan amillər.
    Quran:
    «Biz yalnız əhalisi zalım olan məmləkətləri məhv etdik.»(Nəhcüs.səadə, c.1, səh.477 )
    Həmçinin müraciət et: «Ənfal», 56; «Yunis», 13; «İbrahim», 13; «Kəhf», 59; «Həcc», 45; «Şüəra», 139; «Duxan», 37.
    Hədis:
    6386.Allahın Peyğəmbəri (s): «Simiclik, nəfsi istəklərə tabe olmaq və xudpəsəndlik məhvedicidirlər.»(Ğurərul-Hikəm, hədis 1003 )
    6387.Allahın Peyğəmbəri (s): «Doğrudan da keçmişlərin dirhəm və dinarları sizi məhv və yox etdi. Sizi məhv edən də elə bu ikisidir.»(Nəhcül-Bəlağə, hikmət 149 )
    6388.İmam Əli (ə): «Sizin məhv olmuş əcdadlarınızın məhvolma səbəbi, əslində onların günah etmələri və Allahpərəst alimlərin, rahiblərin onları çəkindirməmələri idi….»(Nəhcül-Bəlağə, hikmət 117 )
    6389.İmam Əli (ə): «Yəqini şəkkə, haqqı batilə və axirəti dünyaya satan kəs məhv oldu.»(Tuhəful-Uqul, səh.369 )
    6390.İmam Əli (ə): «Öz qədir-qiymətini bilməyən məhv olar.»(Biharul-Ənvar, c.78, səh.207, hədis 67 )
    6391.İmam Əli (ə): «Mənim barəmdə iki dəstə məhv və həlak oldu: ifrata varan dost və kin bəsləyən düşmən.»(Bu kəlmənin güclü iradə, əzm, qəsd, çalışmaq, səy, yüksək düşüncə, məram və bu kimi geniş mənaları vardır. )
    6392.İmam Sadiq (ə): «İki iş ölüm gətirir: camaata öz nəzərinə uyğun fitva vermək və bilmədiyin şeyin ardınca getmək.»(Kənzul-Ummal, hədis 43021)
    6393.İmam Sadiq (ə): «Allah altı dəstəni altı xislətə görə: hökmdarları zülmkarlıqlarına, ərəbləri təəssübkeşliklərinə, torpaq sahiblərini təkəbbürlərinə, tacirləri xəyanətlərinə, kəndliləri nadanlıqlarına və fəqihləri paxıllıqlarına görə məhv edir.»(Nəhcül-Bəlağə, hikmət 47 )
    396 Himmət
    (Ğurərul-Hikəm, hədis 832 )
    1793.Yüksək himmət.
    6394.Allahın Peyğəmbəri (s): «Allah-taala yüksək və şərəfli işləri sevir, Onun alçaq və həqarətli işlərdən xoşu gəlmir.»(əs-səhifə əs-Səccadiyyə, səh.439, dua 199 )
    6395.İmam Əli (ə): «İnsanın dəyəri, onun himməti qədərdir.»(Biharul-Ənvar, c.78, səh.165, hədis 1 )
    6396.İmam Əli (ə): «Kimin himməti yüksəkdirsə, dəyəri çoxdur.»(Nəhcül-Bəlağə, hikmət 460 )
    6397.İmam Səccad (ə) (dualarının birində):–«(İlahi,) Səndən şahidliyin ən ədalətlisini və ibadətin ən sevincli və ruhiyyəlisini istəyirəm…..və himmətin ən yüksəyini.»(Ğurərul-Hikəm, hədis 1477 )
    6398.İmam Baqir (ə): «Yüksək himmətə malik olmaq kimi şərəf və iftixar yoxdur.»(Ğurərul-Hikəm, hədis 1388 )
    1794.Yüksək himmətə malik olmağın nəticələri.
    6399.İmam Əli (ə): «Həlimliklə vüqar, yüksək himmətdən doğan yaşıdlardır.»(Ğurərul-Hikəm, hədis 4277 )
    6400.İmam Əli (ə): «Comərdlik himmətin yüksəkliyinin nəticəsidir.»(Ğurərul-Hikəm, hədis 1674 )
    6401.İmam Əli (ə): «Gözəl əməl himmətin yüksəkliyindən xəbər verir.»(Ğurərul-Hikəm, hədis 7850 )
    6402.İmam Əli (ə): «Qəm-qüssə himmətlərin qədərindədir.»(Biharul-Ənvar, c.78, səh.164, hədis 1 )
    6403.İmam Əli (ə): «Qeyrətlilik himmətlərin miqdarındadır.»(Ğurərul-Hikəm, hədis 8019 )
    6404.İmam Əli (ə): «Kişinin şücaəti onun himməti qədərdir.»(Ğurərul-Hikəm, hədis 9256 )
    6405.İmam Əli (ə): «Gözütoxluğun izzətini himmətin yüksəkliyi ilə qazan.»(Biharul-Ənvar, c.78, səh.10, hədis 67 )
    1795.Himmətin azlığı.
    6406.İmam Əli (ə): «Kimin himməti az olsa, fəziləti aradan gedər.»(Tuhəful-Uqul, səh.318 )
    6407.İmam Əli (ə): «Dostun nemətinə paxıllıq etmək, himmətin aşağı olmasındandır.»(Tənbihul-Xəvatir, c.1, səh.48 )
    6408.İmam Əli (ə): «Alçaq adamın himməti olmaz.»(Ğurərul-Hikəm, hədis 883 )
    6409.İmam Sadiq (ə): «İnsanı yüksək məqam və ali hədəflərin arxasınca getməkdən üç şey saxlayır: himmətin azlığı, çarə axtarmamaq və fikrin zəifliyi.»(Ğurərul-Hikəm, hədis 9642 )
    1796.Fikri-zikri yemək olan adam.
    6410.Allahın Peyğəmbəri (s): «Kimin himməti yemək olsa, onun qiyməti yediyi şeyin miqdarındadır.»(Rum, ayə 29 )
    6411.İmam Əli (ə): «Kimin fikiri-zikri qarnına gedən şey olsa, onun dəyəri qarnından çıxan şey qədər olar.»(əl-Kafi, c.8, səh.136, hədis 103 )
    6412.İmam Əli (ə): «Xeyir, himməti və fikri-zikri qarnı və şəhvəti olan şəxsdən nə qədər də uzaqdır!»(Sunən əd-Darəmi, hədis 401 )
    397 Nəfsi istəklər
    1797.Nəfsi istəklərin təhlükəsi.
    Quran:
    «Lakin zülm edənlər nadanlıqla nəfslərindən gələn istəklərə uydular. Allahın yoldan çıxartdıqlarını doğru yola kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz.»(ət-Tərğib vət-Tərhib, c.1,səh.87, hədis 13)
    Hədis:
    6413.«əl-Kafi:» Allah-taalanın İsaya (ə) öyüdlərindən birində deyilir: «Ey İsa! Oyaq olanda günah etmə, ayıq olanda qəflətə düşmə. Öz nəfsini məhvə səbəb olan şəhvətlərdən ayır və səni Məndən uzaqlaşdıran hər bir şəhvətdən uzaqlaş.»(Nəhcül-Bəlağə, xütbə 50 )
    6414.Allahın Peyğəmbəri (s): «Nəfsi istəkləri ona görə elə adlandırıblar ki, o, öz sahibini yerə çırpar.»(Biharul-Ənvar, c.70, səh.76, hədis 6 )
    6415.Allahın Peyğəmbəri (s): «İblis dedi: Mən onları günahlarla məhv etdim, onlar da (Allahdan) əfv diləməklə məni məhv etdilər. Buna görə də (vəziyyəti) belə görüb onları nəfsi istəklərinin vasitəsi ilə məhvə atdım. Çünki onlar (belə olan halda) doğru yolda olduqlarını zənn edir və bu səbəbdən istiğfar diləmirlər.»(Nəhcül-Bəlağə, xütbə 176 )
    6416.İmam Əli (ə): «Həqiqətən, fitnələrin başlanğıc nöqtəsi nəfsi istəklərə tabe olmaq və hökmlərdə bidət qoymaqdır.»(Ğurərul-Hikəm, hədis 27 )
    6417.İmam Əli (ə) («ən qüdrətli və güclü hökmdar kimdir?» sualının cavabında): «Nəfsin istəyi!»(Ğurərul-Hikəm, hədis 6813 )
    6418.İmam Əli (ə): «Cənnət xoşagəlməz işlərin qatlarına bürünmüşdür, cəhənnəm isə şəhvətlərin.»(Ğurərul-Hikəm, hədis 8823 )
    6419.İmam Əli (ə): «Ləzzət qəflətə (Allahın və axirətin unudulmasına) səbəb olur.»(Casiyə, ayə 23 )
    6420.İmam Əli (ə): «Birinin ləzzət hərisi olub onun vasitəsi ilə məhv olmaması çox nadir hallarda baş verir.»(əd-Durrul-Mənsur, c.6, səh.261 )
    6421.İmam Əli (ə): «Kim Allaha qarşı itaətsizlikdən və günahdan ləzzət alsa, Allah onu xar edər.»(Ğurərul-Hikəm, hədis 2217-2218 )
    1798.Nəfsi istəyə də «tanrı» kimi ibadət edənlər var.
    Quran:
    «Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər? Məgər düşünüb ibrət almırsınız?»(Ğurərul-Hikəm, hədis 449 )
    Hədis:
    6422.Allahın Peyğəmbəri (s): «Bu səmanın kölgəsi altında Allahın yerinə ibadət edilən məbudların heç biri, Allahın yanında nəfsi istəkdən daha mənfur deyil.»(Biharul-Ənvar, c.77, səh.82, hədis 3 )
    6423.İmam Əli (ə): «Nəfsin istəyi ibadət edilən «tanrı», ağıl isə tərif edilən dostdur.»(Mustədrəkul-Vəsail, c.12, səh.113, hədis 13666 )
    6424.İmam Əli (ə): «Nadan, öz nəfsinin istəyinin quludur.»(Nəhcül-Bəlağə, məktub 31)
    1799.Nəfsin istəyinə tabe olmağın nəticələri.
    6425.Allahın Peyğəmbəri (s): «Bir saatdan artıq çəkməyən, amma arxasınca uzun qəm-qüssə gətirən nə çox şəhvət var.»(Ğurərul-Hikəm, hədis 9168 )
    6426.İmam Əli (ə): «Sizə nəfsi istəklərdən uzaq durmağı tövsiyə edirəm. Çünki nəfsi istək (insanı) korluğa çağırır və o, dünya və axirətdə azğınlıqdır (azğınlığa səbəb olur).»(Ğurərul-Hikəm, hədis 3133 )
    6427.İmam Əli (ə): «Nəfsi istək korluğun (qəlbin kor olmasının) şəri¬kidir.»(Ğurərul-Hikəm, hədis 2746 )
    6428.İmam Əli (ə): «Kim nəfsin istəyinə tabe olsa, nəfsi istək onu kor, kar, xar edər və azdırar.»(Ğurərul-Hikəm, hədis 679)
    6429.İmam Əli (ə): «Şəhvətin başlanğıcı məstlik, sonu isə məhv olmaq¬dır.»(Ğurərul-Hikəm, hədis 6298 )
    6430.İmam Əli (ə): «Şəhvətlərin qəlblərinizə qalib və hakim olmalarından çəkinin. Çünki onların əvvəli qula çevrilmək, sonu isə məhv olmaqdır.»(Nəhcül-Bəlağə, hikmət 211 )
    6431.İmam Əli (ə): «Şəhvətpərəst adamın canı xəstə, ağlı naqis olar.»(Ğurərul-Hikəm, hədis 8794 )
    6432.İmam Əli (ə): «Şəhvətin qulu, pul ilə satılan quldan da xardır.»(əl-Kafi, c.2, səh.335, hədis 1 )
    6433.İmam Əli (ə): «Əmr verən nəfsin əlində əsir olan nə çox ağıl var.»(Naziat, ayə 40, 41 )
    6434.İmam Əli (ə): «Kim şəhvətlərdə nəfsinin istəklərinə tabe olsa, ona həlak olmaqda kömək edib.»(Ğurərul-Hikəm, hədis 5263 )
    6435.İmam Sadiq (ə): «Düşmənlərinizdən ehtiyat edib çəkindiyiniz kimi, nəfsi istəklərinizdən də çəkinin. Çünki kişilər üçün nəfsi istəklərinə tabe olmaqdan və dillərinin biçdiklərindən (puç və boş sözlərdən) pis düşmən yoxdur.»(Ğurərul-Hikəm, hədis 5393 )
    1800.Nəfsi istəklərə qarşı çıxmaq.
    Quran:
    «Amma Rəbbinin hüzurunda durmaqdan qorxub öz nəfsini istəklərdən qoruyanın yurdu həqiqətən, Cənnət olar.»(Ğurərul-Hikəm, hədis 6421 )
    Hədis:
    6436.İmam Əli (ə): «Ağlın başı, nəfsi istəklərlə mübarizədir.»(Ğurərul-Hikəm, hədis 6418 )
    6437.İmam Əli (ə): «Nəfsi, onun istəklərindən saxlamaq böyük cihaddır.»(Ğurərul-Hikəm, hədis 6444 )
    6438.İmam Əli (ə): «Nəfsi istəyə, düşmən düşməninə qalib gəldiyi kimi qalib gəl və onunla düşmən düşmənlə vuruşduğu kimi vuruş.»(Biharul-Ənvar, c.78, səh.53, hədis 87 )
    6439.İmam Əli (ə): «Adətləri tərk etmək üstündə öz nəfslərinizlə onlara qalib gələnədək vuruşun və nəfsi istəklərinizlə, onları zəncirləyənə kimi mübarizə aparın.»(Tuhəful-Uqul, səh.370 )
    6440.İmam Əli (ə): «Şəhvətinə, adəti güclənməmişdən qabaq qalib gəl. Çünki o güclənsə, sənə hakim olacaq, səni öz arxasınca çəkəcək və ona müqavimət göstərə bilməyəcəksən.»(Tuhəful-Uqul, səh.398 )
    6441.İmam Əli (ə): «Nicat şəhvətin əleyhinə olmaqda, ona qarşı çıxmaqdadır.»(Tənbihul-Xəvatir, c.2, səh.122 )
    6442.İmam Sadiq (ə) («asayiş və rahatlığın yolu nədədir?» sualının cavabında):–«Nəfsi istəklərlin əleyhinə çıxmaqda.»(Tənbihul-Xəvatir, c.2, səh.122 )
    6443.İmam Kazim (ə): «İki işlə qarşılaşıb onlardan hansı birinin daha düzgün olduğunu bilməyəndə, hansının sənin nəfsi istəyinə daha yaxın olmasına bax və ona qarşı çıx. Çünki sənin nəfsi istəyinə qarşı çıxmağında çoxlu savab gizlənmişdir.»(əl-Kafi, c.2, səh.335, hədis 2 )
    1801.Nəfsi istəklərin hakim olması.
    6444.Allahın Peyğəmbəri (s): «Şəhvətlərə məftun olan qəlbdə pəhrizkarlığın məskunlaşması haramdır.»(Ğurərul-Hikəm, hədis 7959 )
    6445.Allahın Peyğəmbəri (s): «Şəhvətlərlə dinclik tapan qəlbə, göylərin mələklər aləmində dolanmaq haramdır.»(Ğurərul-Hikəm, hədis 4902 )
    6446.Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: İzzət və əzəmətimə and olsun ki,….hansı bəndə öz istəyini Mənim istəyimdən üstün tutsa, onun işini bir-birinə vurar, dünyasının nizamını pozar, qəlbini ona məşğul edər və beləsinə dünyadan yalnız onunçün müəyyənləşdirdiyimi verərəm.»(Tənbihul-Xəvatir, c.1, səh.60 )
    6447.İmam Əli (ə): «Kimin nəfsi istəyi güclənsə, iradəsi zəifləyər.»(Məaniul.əxbar, səh.195, hədis 1 )
    6448.İmam Əli (ə): «Şəhvətin zəncirində olan ağıla, hikmətdən bəhrələnmək haramdır.»(Tənbihul-Xəvatir, c.2, səh.10 )
    1802.İnsanların ən şücaətlisi, öz nəfsi istəyinə qalib gələndir.
    6449.Süleyman (ə): «Öz nəfsi istəyinə qalib gəlmiş şəxs, təkbaşına bir şəhəri fəth etmişdən də güclüdür.»(əl-Məhəccətul-Beyza, c.5, səh.169 )
    6450.Allahın Peyğəmbəri (s): «İnsanların ən şücaətlisi, öz nəfsi istəyinə qalib gələn şəxsdir.»(Ğurərul-Hikəm, hədis 7205 )
    6451.Allahın Peyğəmbəri (s): «Pəhləvan camaata qalib gələn deyil, öz nəfsinə qalib gələn kimsədir.»(Ğurərul-Hikəm, hədis 8226 )
    1803.Şəhvəti zəiflədən amil.
    6452. «əl-Məhəccətul beyza»: Allah-taala Musaya (ə) vəhy etdi: «Yadında saxla ki, sən qəbir sakini olacaqsan. Bu xatırlama səni şəhvət və istəklərin çoxundan saxlayacaqdır.»(Ğurərul-Hikəm, hədis 2148 )
    6453.İmam Əli (ə): «Hikmət (və ağıl) hər nə qədər güclənsə, şəhvət və nəfsi istəklər (bir o qədər) zəifləyər.»(Nəhcül-Bəlağə, hikmət 449 )
    6454.İmam Əli (ə): «Ağlı kamil olan kimsə, şəhvət və nəfsi istəkləri xar sayar.»(Nəhcül-Bəlağə, xütbə 83 )
    6455.İmam Əli (ə): «İffət şəhvət və nəfsi istəkləri zəiflədir.»(Nəhcül-Bəlağə, hikmət 31 )
    6456.İmam Əli (ə): «Kim özünə qiymət qoysa, şəhvət və nəfsin istəkləri onun gözündə dəyərdən düşər.»(əl-Kafi, c.2, səh.335, hədis 2 )
    6457.İmam Əli (ə): «Ey Allahın bəndələri, Allahdan qorxun! (Yaradılışın başlanğıc və sonu barədə) Fikirləşmək onu məşğul edən…və dünyaya rəğbətsizlik onun şəhvət və nəfsi istəklərinin qarşısını aldığı ağıllı bir şəxs kimi.»(Ğurərul-Hikəm, hədis 7953 )
    6458.İmam Əli (ə): «Cənnət arzusunda olan kimsə şəhvət və nəfsi istəklərə göz yumar.»(Ğurərul-Hikəm, hədis 8995 )
    1804.Kim öz nəfsi istəklərinə qalib gəlsə…
    6459.Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: And olsun izzət və əzəmətimə, hansı bəndə Mənim istəyimi öz istəyindən üstün tutsa, mələklərimi onu qorumağa göndərər, göyləri və yeri onun ruzisinin zamini, təminatçısı edər, hər tacirin ticarətinin ardınca onun fikrində olaram və dünya öz istəyi ilə (yaxud zəlil halda) ona üz tutar.»(Ğurərul-Hikəm, hədis 4354 )
    6460.İmam Əli (ə): «Kim şəhvət və nəfsi istəyinə qalib gəlsə, ağlı aşkara çıxar.»(Ğurərul-Hikəm, hədis 5390 )
    6461.İmam Əli (ə): «Öz şəhvət və nəfsi istəklərinin ixtiyarı əlində olmayan kəs öz ağlının da sahibi olmaz.»(əl-Kafi, c.2, səh.137, hədis 1 )
    6462.İmam Əli (ə): «Hər hansı bir eybdən pak və uzaq olmaq, şəhvət və nəfsi istəklərə hakim olmaqla mümkündür.»(Nisa, ayə 11 )
    6463.İmam Əli (ə): «Şəhvət və nəfsi istəyi rədd etmək onu məhv edir, təmin etmək isə gücləndirir!»(əl-Kafi, c.7, səh.85, hədis 3 )
    6464.İmam Baqir (ə): «Allah-taala buyurur: İzzət, cəlal, əzəmət və ululuğuma and olsun ki, hansı bəndə Mənim istəyimi öz istəyindən üstün tutsa, onun iş və həyatını öz yoluna qoyar, göylər və yeri onun ruzisinin zamin və təminatçısı edər, hər bir tacirin ticarətinin arxasınca onun (xeyrinin) fikrində olaram.»(Nisa, ayə 34 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-02)
    Views: 1698 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024