İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    242 Sükut
    1137 Süküt
    3682. Allahın Peyğəmbəri (s) (Əbuzərə nəsihətindən): «Dörd şey var ki, mömindən başqa heç kimin ona əli çatmaz: ibadətin başlanğıcı olan sükut.»(Ğurərul-Hikəm, hədis 1343  )
    3683. İmam Əli (ə): «Sükut fərasətin əlaməti və ağlın meyvəsidir.» (Nəhcül – Bəlağə, hikmət 333  )
    3684. İmam Əli (ə) (möminin vəsfində): «Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə, düşüncələrinə) sərf olunar.»(Biharul – Ənvar, c.71, səh. 279 , hədis19 )
    1138 Sükutun səmərələri
    3685. Allahın Peyğəmbəri (s) : «Çox susmağı sənə tövsiyə edirəm. Çünki bu şeytanın qovulmasının səbəbi və din işlərində sənin yavərindir.» (Ğurərul – Hikəm, hədis 2314  )
    3686. İmam Əli (ə): «Daim sükut etməyi seç ki, onun ən az faydası salamat qalmağındır.» (Ğurərul – Hikəm, hədis546  )
    3687. İmam Əli (ə): «Sükut təfəkkürün bağıdır.» (Biharul – Ənvar, c.78, səh. 113 , hədis7 )
    3688. İmam Həsən (ə): «Sakit insan çox heybətlidir.» (Məani – Əxbar, səh. 401 , hədis62 )
    3689. İmam Həsən (ə): «Hərçənd gözəl natiq olsan da, çox vaxt susmaq necə də yaxşı köməkçidir.»(v)
    3690. İmam Rza (ə): «Sükut hikmət qapılarından biridir. Sükut mə¬həbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər». (Nəhcül-Bəlağə, hikmət 182 )
    1139. Bəyənilmiş sükut
    3691. İmam Əli (ə): «Dili hikmətə bağlamaqda bir xeyir yoxdur. Həmçinin nadanlıqla söz danışmağın da bir xeyri yoxdur.»(Nəhcül-Bəlağə, xutbə 193  )
    3692. İmam Əli (ə) (təqvalının əlamətlərini bəyan edərkən): «Sükut etməyi seçsə, sükutu onu qəmgin etməz və gülsə səsini ucaltmaz.»(Əlamud – Din, səh. 297 )
    243 Müsibət
    1140 . Müsibətlərin əcri
    3693. İmam Həsən (ə): «Müsibətlər əcrin açarlarıdır.»(Əmali-Səduq, səh. 323 , hədis4 )
    1141. Ən böyük müsibət
    3694. İmam Əli (ə) («ən böyük müsibət» barədə sualın cavabında): «Dində (faciə və) müsibətdir.» (Ğurərul – Hikəm, hədis 3081)
    3695. İmam Əli (ə): «Ən böyük müsibət qəlbi dünyaya bağlamaqdır.»(Ğurərul – Hikəm, hədis 2844 )_
    3696. İmam Əli (ə): «Ən böyük müsibət nadanlıqdır.» (Uyunu Əxbari Rza (ə), c.2, səh. 5 , hədis10 )
    3697. İmam Sadiq (ə) (oğlunun ölümünə görə çox dözümsüz olan kişiyə xitabən): «Ay kişi! Sən kiçik müsibətə dözmürsən amma, böyük müsibətdən xəbərin yoxdur! Əgər sən oğlun getdiyi yerə hazırlıqlı olsaydın, heç vaxt ona görə səbrsizlik etməzdin. Sənin o günə hazırsızlığının müsibəti oğlunun müsibətindən daha böyükdür.»(İstirca – yəni انا لله و انا الیه راجعون həqiqətən Biz Allah üçünük və ona tərəf qayıdacağıq» kəlməsidir.  )
    1142. Müsibət vaxtı istirca(Bəqərə, ayə 155, 156  )(qayıdış) istəmək
    Quran :
    «Həqiqətən, sizi bir qədər qorxu, aclıq, malın azlığı, can və mallarınızla imtahan edərik. Səbrlilərə müjdə ver. O kəslərə ki, başlarına müsibət gələndə «həqiqətən, biz Allah üçünük və ona tərəf qayıdarıq» deyərlər.»(Səvabul – Əmal, səh. 235 , hədis2 )
    Hədis:
    3698. Allahın Peyğəmbəri (s): «Kimə müsibət vaxtı «İstirca» kəlməsi ilham olunsa, cənnət ona vacib olar.»(Biharul-Ənvar, c.2, səh. 103 , hədis50 )
    1143. Müsibətdə özünü aparmaq qaydası
    3699. Allahın Peyğəmbəri (s): «Şivən qoparmaq cahilliyyətin işidir.»(Biharul-Ənvar, c.2, səh. 103 , hədis50 )
    3700. Allahın Peyğəmbəri (s): «Müsibətləri, xəstəlikləri və sədəqə verməyi gizlətmək yaxşılığın xəzinələrindəndir.»(Əmali-Tusi, səh. 388 , hədis850 )
    3701. Aişə: «İbrahim dünyadan köçəndə Peyğəmbər (s) göz yaşları mübarək yanaqlarına axana gədər ağladı. Dedilər: «Ey Allahın Rəsulu, siz ağlamağı qadağan edir, amma özünüz ağlayırsınız?» Həzrət (s) buyurdu: «Bu ağlamaq deyil, bu rəhm etməkdir. Kim rəhm etməsə, ona rəhm olunmaz.»(Sunəni Nəsai, c.4, səh. 19 )
    3702. Əbu Hüreyrə: «Allahın Rəsulunun (s) ailəsindən bir nəfər vəfat etdi. Qadınlar yığışıb ona ağı deməyə başladılar. Ömər yerindən qalxıb, ağlamağı onlara qadağan etdi və yığıncaqlarını dağıtdı. Allahın Rəsulu (s) buyurdu: «Ey Ömər! Onları rahat burax, çünki gözləri yaşlı, qəlbləri dağlı və müsibətləri təzədir.»(Dəaimul-İslam, c.1, səh. 227 )
    3703. İmam Əli (ə): «Peyğəmbər (s) buyurmuşdur: İki səs lənətlənib və Allah onlara nifrət edir: müsibət vaxtı ahüzar edib şivən qoparmaq və nemət vaxtı (məstliyindən) səslər çıxarmaq. Yəni, nalə çəkmək və mahnı oxumaq.»(Kənzul-Fəvaid, c.2, səh. 163 )
    1144. Musibətləri yüngülləşdirən amillər
    3704. Allahın Peyğəmbəri (s): «Kim qəlbindən dünya məhəbbətini çıxarsa müsibətlər ona asan gələr.»(Biharul-Ənvar, c.82, səh. 84 , hədis26 )
    3705. Allahın Peyğəmbəri (s): «Kimə böyük bir müsibət üz verəndə mənim müsibətimi yad etsə, müsibəti ona yüngül gələr.»(əl-Xisal, səh. 616 , hədis10 )
    3706. İmam Əli(ə): «Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun.»(Biharul-Ənvar, c.78, səh. 268 , hədis183 )
    3707. İmam Sadiq (ə) (müsibət üz verən zaman): «Şükr olsun Allaha ki, o məni dinimdə müsibətə salmadı. Şükr olsun o Allaha ki, əgər istəsəydi müsibətim bundan da böyük olardı. Şükr olsun o Allaha ki, bir işin baş verməsini istədi və o da baş verdi.»(əl-Kafi, c.3, səh. 227 , hədis1 )
    3708. İmam Sadiq (ə): «Bir nəfər öləndə Allah-taala onun ailə üzvlərindən ən çox naharat olanının yanına bir mələk göndərər. Bu mələk onun qəlbinə sığal çəkər və qəm yanğısını, dağını ondan götürər. Əgər belə olmasaydı, dünya abad olmazdı.»(əl-Kafi, c.2 hədis 359 , hədis1 )
    1145. Başqalarının müsibətinə şadlanmaq
    3709. İmam Sadiq (ə): «Kim qardaşının müsibətinə şad olarsa, müsibət görməmiş dünyadan köçməz.»(Loğman, ayə 19 )
    244 Səs
    1146. Səsi uçaltmağın qadağan olması
    Quran:
    «Yerişini rahat yeri (nə çox tez, nə də çox asta yeri) və (danışanda) səsini ucaltma ki, səslərin ən pisi uzunqulağın səsidir.»(Munyətul-Murid, səh. 213 )
    Hədis:
    3710. Allahın Peyğəmbəri (s): «Allah-taala asta səsi sevər və uca səsə (qışqıra-qışqıra danışmağa) nifrət edər.»(Biharul-Ənvar, c.77, səh. 82 )
    3711. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyəsində): «Ey Əbuzər! Cənazələrin dəfnində, müharibədə və Quran oxunanda səsini astadan çıxar.»(Ğurərul-Hikəm, hədis 4660 )
    3712. İmam Əli(ə): «Üç şey alicənablıq əlamətidir: baxışları aşağı salmaq, səsi astadan çıxarmaq və yolu rahat yerimək.»(Ğurərul-Hikəm, hədis 5073  )
    3713. İmam Əli(ə): «Astadan danışmaq, baxışları aşağı salmaq, rahat yol yerimək imanın və gözəl dindarlığın nişanələrindəndir.»(Bəqərə, ayə 183 )
    245 Oruc
    1147. Oruc
    Quran:
    «Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.»(Bəqərə, ayə 183 )
    Hədis:
    3714. Allahın Peyğəmbəri (s): «Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər.»(Fəzailuş-Şəhrus-Səlasəti, c.75, səh.57

     )

    3715. Allahın Peyğəmbəri (s): «Hər şeyin zəkatı var, bədənin zəkatı da orucdur.»(əl-Dəvat, səh. 76 , hədis179
     )
    3716. Allahın Peyğəmbəri (s): «Oruc tutun ki, sağlam olasınız.»(Səvabul-Əmal, səh.75 , hədis1 )
    3717. Allahın Peyğəmbəri (s): «Oruc tutan öz yatağında yatsa belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət halındadır.»(Səvabul-Əmal, səh. 77 , hədis1

     )

    3718. Allahın Peyğəmbəri (s): «Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar.»(əl-Kafi, c.4, səh. 62 , hədis1

     )

    3719. Allahın Peyğəmbəri (s): «Oruc od qarşısında bir sipərdir.»(Biharul-Ənvar, c.96, səh. 368 , hədis4

     )

    3720. Xanım Fatimeyi Zəhra (s.ə): «Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.»(Əmali-Tusi, hədis 296 , hədis582)

    3721. İmam Baqir (ə): «Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.»(əl-Kafi, c.4, səh. 63 , hədis6)

    3722. İmam Sadiq(ə): «Allah-taala buyurur: Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm.»(əl-Fəqih, c.2,cəh.76, hədis1783

     )

    3723. İmam Sadiq (ə): «Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır.»(əl-Kafi, c.4, səh. 65, hədis15

     )

    3724. İmam Sadiq(ə): «Oruc tutanın iki sevinci var: bir sevinci iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir»(əl-Kafi, c.4, səh. 68, hədis1

     )

    3725. İmam Sadiq(ə): «Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir.»(Biharul-Ənvar, c.96, səh. 369, hədis50

     )

    3726. İmam Əskəri (ə) (orucun vacib olmasının səbəbini bəyan edərkən): «Varlı aclıq dərdini dadsın və yoxsula kömək etsin.»
    1148. Könüllü və müstəhəb oruc tutmağa həvəsləndirmək
    3727. Allahın Peyğəmbəri (s): «Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar.»(Məani-Əxbar, səh. 409, hədis91

     )

    3728. Allahın Peyğəmbəri (s): «Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.»(Məani-Əxbar, səh. 409, hədis91

     )

    3729. Allahın Peyğəmbəri (s): «Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar.»(Dəaimul-İslam, c.1, səh. 283

     )

    3730. İmam Sadiq (ə): «İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-taala buna görə onu cənnətə aparar.»(əl-Kafi, c.4, səh.63, hədis5

     )

    1149. Oruc tutmağın ədəbi
    3731. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.»(əl-Firdovs, c.5, səh.242, hədis8075

     )

    3732. İmam Əli(ə): «Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır.»(Biharul-Ənvar, c.96, səh. 294, hədis21

     )

    3733. Xanım Fatimeyi Zəhra (s.ə): «Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?»(Dəaimul-İslam, c.1, səh. 268

     )

    3734. Məhəmməd ibn Muslim: «İmam Sadiq (ə) buyurdu: Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.»(əl-Kafi, c.4, səh. 87, hədis1

     )

    1150. İsti havada və qışda oruc tutmağın fəziləti
    3735. Allahın Peyğəmbəri (s): «Qışın orucu fərəh bəxş edən bir qənimətdir.»(əl-Fəqih, c.4, səh.356, hədis5762

     )3736. İmam Sadiq(ə): «Ən üstün cihad, isti havada oruc tutmaqdır.»(Biharul-Ənvar, c.96, səh. 256, hədis38

     )

    3737. İmam Sadiq(ə): «Qış fəsli möminin baharıdır. Gecəyarı ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar.»(Məani-Əxbar, səh. 228, hədis1

     )

    246 Gülüş
    1151. Gülüş və təbəssüm
    3738. İmam Əli(ə): «Peyğəmbərin (s) gülüşü təbəssüm idi.»(Əmali-Tusi, səh. 552, hədis1156

     )

    3739. İmam Baqir(ə): «Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə.»(əl-Kafi, c.2, səh. 664, hədis13

     )

    3740. İmam Sadiq(ə): «Qəhqəhə çəkmək şeytandandır.»(əl-Kafi, c.2,səh. 662, hədis10

     )

    3741. İmam Sadiq(ə) : «Möminin gülüşü təbəssümdür.»(əl-Kafi, c.2, səh. 662, hədis5)

    3742. İmam Sadiq (ə): «Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar.»(əl-Kafi, c.2, səh. 206, hədis1

     )

    1152. Çox gülməyin məzəmməti
    3743. Allahın Peyğəmbəri (s): «Çox gülməkdən ehtiyatlı ol ki, qəlbi öldürər.»(Məani-Əxbar, səh. 335, hədis1

     )

    3744. Allahın Peyğəmbəri (s): «Əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız.»(Nurus-Səqəleyn, c.1, səh. 249, hədis261

     )

    3745. «İrşadul Qulub»: Merac hədisində deyilir: «Allah-taala buyurur: Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm.»(İrşadul-Qulub, səh. 200 

     )

    3746. İmam Əli(ə): «Çox gülənin zəhmi aradan gedər.»(Tuhəful-Uqul, səh. 96

     )

    3747. İmam Əskəri(ə): «Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.»(Biharul-Ənvar, c.76,səh.59, hədis10

     )

    247 Müstəzəf (zəifliyiə düçar edilmiş)
    1157. Mustəzəflərin fəziləti
    3748. Allahın Peyğəmbəri (s): «Sizi Allahın ən pis bəndələrindən xəbərdar etməyimmi? Təkəbbürlü kobud. Sizi Allahın ən yaxşı bəndəsindən agah edimmi? Aciz müstəzəf.»(Kənzul-Ummal, hədis 5944)

    3749. Allahın Peyğəmbəri (s): «Məni zəiflər arasında axtarın. Çünki siz zəif insanların vasitəsilə ruzi yeyir və kömək olunursunuz.»(Kənzul-Ummal, hədis 6019  )
    3750. Allahın Peyğəmbəri (s): «Əslində, Allah-taala bu ümmətə, onun zəiflərinin duası, namazı və ixlası vasitəsilə kömək edir.»(-d-Durrul-Mənsur, c.2, səh.724 )

    1154. Müstəzəflərin dövləti
    Quran:
    «İstədik yer üzündə zəif saxlanılanlara yaxşılıq edib, onları insanların rəhbərləri təyin edək və yer üzünün varisləri qərar verək.»(Qəsəs, ayə 5

     )

    3751. İmam Əli(ə) (İstədik yer üzündə zəif saxlanılanlara...» ayəsi barədə): «Onlar Məhəmməd nəslinin müstəzəfləridir. Allah-taala, göstərdikləri səylərdən sonra onların Mehdilərini göndərəcək və onları əziz, düşmənlərini zəlil edəcək.»(Nurus-Səqəleyn, c.4, səh. 110

     )

    1155. Mənəvi zəiflik
    Quran:
    «Yalnız çarəsiz qalıb bir yol tapa bilməyən müstəzəf kişilər, qadınlar və uşaqlardan başqa. Ola bilsin Allah onları bağışladı. Allah mehriban və bağışlayandır» (Nisa, ayə 98-99

     )

    3752. İmam Əli(ə): «Allahın höccəti və dəlili ona çatan, qulağı ilə onu eşidən və qəlbi ilə onu başa düşən şəxsə müstəzəf deyilməz.»(Nəhcül-Bəlağə, xütbə 189 

     )

    3753. İmam Baqir (ə) («Yalnız çarəsiz qalıb, bir yol tapa bilməyən müstəzəf kişilər, qadınlar və uşaqlardan başqa» ayəsi barədə): «Müstəzəf, kafir olmaq gücündə olmayan, eyni halda, mömin olmaq üçün iman yolunu tapa bilməyəndir. Uşaqların, əqli və fikirləri uşaq səviyyəsində olan kişi və qadınların üzərindən şəriət vəzifələri götürülmüşdür. (yəni, onlar şəriət hökmləri qarşısında cavabdeh deyillər)»(Məani-Əxbar, səh. 201, hədis4

     )

    3754. İmam Kazım(ə): «Zəif, dəlil və sübutların yetişmədiyi (müxtəlif fikirlərdəki) ixtilafı ayırd etməyən şəxsdir. Əgər (fərdlərin fikirlərdəki) ixtilaflardan agah olarsa, müstəzəf deyil.»(əl-Kafi, c.8, səh. 125 , hədis95

     )

    248 Azğınlıq
    1156. Azğınlığın səbəbləri
    Quran:
    «Kim imanı küfrlə əvəz etsə, həqiqətən, doğru yolu azmışdır.»(Bəqərə, ayə 108

     )

    «Kim Allaha, mələklərə, kitablara və Onun rəsullarına küfr etsə, şübhəsiz ki, uzaq və uzun azğınlığa düçar olmuşdur.»(Nisa, ayə 136

     )

    «Kim Allaha və Onun Rəsuluna itaətsizlik edərsə, şübhəsiz ki, açıq-aşkar azğınlığa düşmüşdür.»(Əhzab, ayə 36

     )

    «Nəfsi istəyini, həvəsini öz məbudu edən şəxsi gördünmü? Allah-taala onu elmi olduğu halda azğınlığa buraxdı, onun qulağına, qəlbinə möhür vurdu, gözləri önünə pərdə çəkdi. Allahdan başqa onu kim hidayət edər? Məgər nəsihət götürmürsünüzmü?»(Casiyə, ayə 23)

    3755. İmam Əli(ə): «Hər azğınlıqçün bir səbəb və hər əhdi sındırmaq üçün bir şübhə var.»(Nəhcül-Bəlağə, xütbə 148 )

    3756. İmam Əli(ə): «Bilin ki, dinin hökmləri (şəriət) vahid və yolları məqsədə çatdırandır. Kim bu yollara qədəm qoysa, məqsədə çatar və xeyir qazanar. Kim bu yolları getməkdən imtina etsə, azğın və peşiman olar.»(Nəhcül-Bəlağə, xütbə 120 

     )

    3757. İmam Əli(ə): «Peyğəmbərimizin əhli-beytinə baxın, onların yol və üslubundan ayrılmayın... Onlardan qabağa keçməyin ki, yolu azarsınız və onlardan geri də qalmayın ki, məhv olarsınız.»(Nəhcül-Bəlağə, xütbə 97 

     )

    3758. İmam Əli(ə): «Kim hidayəti, onun əhli olmayandan istəyərsə, yolunu azar.»(Ğurərul-Hikəm, hədis 7501

     )

    1157. Yolu azdıranlar
    3759. İmam Əli(ə): «Allah yanında ən pis insan, özü azğın və başqalarının azğınlığına səbəb olan, əməl olunan sünnəni aradan götürən və tərk olunmuş bidəti bərpa edən zalım rəhbərdir.»(Nəhcül-Bəlağə, xütbə 164 )

    3760. İmam Əli(ə): «Allahın yanında iki nəfər ən nifrət olunmuş şəxs var. Bunlardan biri Allahın onu özbaşına buraxdığı şəxsdir. Belə şəxs doğru yoldan azmış və qəlbini bidətəbənzər sözlərə, azdırıcı dəvətlərə bağlamışdır. Buna görə də, ona aldanan şəxslərin fitnə və fəsadına səbəb olur. O, ata-babalarının doğru yolundan çıxıb və öz ardıcıllarını azdırır. Həyatı zamanı və ölümündən sonra başqalarının günahlarının yükünü öz çiyninə çəkər və xətalarının girovu olar...»(Nəhcül-Bəlağə, xütbə 17 

     )

    3761. İmam Əli(ə) (münafiqləri təsvir edərkən): «Sizi münafiqlərdən uzaq durmağa çağırıram. Çünki onlar həm özləri azıblar, həm də başqalarını azdırarlar, özləri büdrəyiblər və başqalarını da büdrədərlər.»(Nəhcül-Bəlağə, xütbə 194 

     )

    1157. Azğınlığın əsaslarını dağıdan amillər
    3762. İmam Əli(ə): «Çətinliyə düşəndə Qurandan kömək alın. Çünki Quran ən böyük dərdlərin -yəni küfr, nifaq, əyinti və azğınlıq kimi dərdlərin şəfasıdır.»(Nəhcül-Bəlağə, xütbə 176 

     )

    3763. İmam Əli(ə): «Bu İslam Allahın dinidir, onu özünüzçün seçin... və onun əsasları azğınlığın əsaslarını viran edər.»(Nəhcül-Bəlağə, xütbə 198 

     )

    249 Dəymiş zərər ödəmə
    1159. Dəymiş zərər ödəmə
    3764. Allahın Peyğəmbəri (s): «Əl, götürdüyü hər bir şeyin qaytarıl¬ması¬na zamindir.»(Mustədrəkul-Vəsail, c.17, səh. 88 , hədis20819

     )

    3765. Allahın Peyğəmbəri (s): «Həkim xəstəni, baytar heyvanı müalicə edən zaman, xəstənin yiyəsindən, yaxud da heyvanın sahibindən bəraətnamə və icazə almalıdır. Əks təqdirdə (mala və cana vurduğu zərərə, xəsarətə görə) onun qarşısında zamindir.»(Mustədrəkul-Vəsail, c.14, səh. 37 , hədis16038

     )

    3766. İmam Sadiq (ə): «Kimsə muzdla bir işi görməkçün tutularsa, həmin işi zay etdiyi halda, zamindir. Əmirəl-möminin (ə) fəhləni zamin bilirdi»(Mustədrəkul-Vəsail, c.14, səh. 37 , hədis16039

     )

    3767. İmam Sadiq (ə) (öz ata-babalarından nəql edir): «Sənətkarlar bir şeyi istər səhvən, istərsə də qəsdən xarab etsələr, müəyyən qazanc müqabilində işləyirlərsə, zamindirlər.»(Mustədrəkul-Vəsail, c.14, səh. 31 , hədis16040

     )

    1160. Zamin durmağın və zəmanət verməyin məzəmməti
    3768. İmam Əli(ə): «Bir işin öhdəsindən gəlmirsənsə, zəmanət vermə.»(Ğurərul-Hikəm , hədis 10178

     )

    3769. İmam Sadiq(ə): «Kəfil (yəni bir şəxsin cavabdehliyini öz öhdəsinə götürmək və zamin durmaq) olmaq xəsarətdir, cərimədir, peşman¬çılıqdır.»(əl-Fəqih, c.3, səh. 97 , hədis3405

     )

    1161. Ariyənin(Ariyə – bir şeyi müvəqqəti istifadə etmək, ya saxlamaq üçün, ya borc kimi bir şəxsə verməkdir)ödənişi yoxdur
    3770. İmam Sadiq(ə): «Ariyə aradan gedib xarab olarsa, ariyə götürən əmin və etibarlı adam olduqda öhdəsində heç bir ödəniş haqqı olmaz.»(əl-Kafi, c.5, səh. 239 , hədis5

     )

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1689 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024