İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    272 Tanıma (2)
    Allahı tanımaq.
    1236. Allahı tanımağın dəyəri.
    4076. İmam Əli(ə): «Kim Allahı tanıyarsa, mərifəti kamilləşər.»(əl-Kafi, c.8, səh.247, hədis 347.

     )

    4077. İmam Əli(ə):»Pak olan Allahı tanımaq biliklərin ən üstünüdür.»(Əmali-Səduq, səh.444, hədis 6)
    4078. İmam Əli (ə): «İstəməzdim ki, uşaqkən ölüb cənnətə gedim və böyüməyərək Allahımı tanımayım.»(Kənzul-Ummal, hədis 5895.

     )

    4079. İmam Əli(ə): «Biliyin səmərəsi Allahı tanımaqdır.»(Biharul-Ənvar, c.70, səh.393, hədis 64.

     )

    4080. İmam Əli(ə): «Qəlbində Allahı tanımaq və mərifət yuvasını salanın Allahın yaratdıqlarına ehtiyacı olmaz.»(Ğurərul-Hikəm, hədis 10984.

     )

    4081. İmam Sadiq (ə): «Əgər insanlar Allahı tanımağın nə qədər dəyərli olduğunu bilsəydilər, dünya həyatının bəzək-düzəyinə və onun Allah taalanın düşmənlərinə verdiyi nemətlərinə göz dikməzdilər. Dünya, nəzərlərində ayaqlarının altındakı torpaqdan daha dəyərsiz olardı. Allahı tanımaqdan, həmişə cənnət bağlarında övliyalar və Allahın dostları ilə birgə olanlar kimi bəhrələnərdilər. Allahı tanımaq hər tənhaya munis, hər kimsəsizə dost, hər qaranlığa işıq, hər gücsüzə güc və hər xəstəyə şəfadır.»(Nəhcül-Bəlağə, xütbə 147.

     )

    1237.Tanımanın səmərələri.
    4082. Allahın Peyğəmbəri (s): «Hər kim Allahı tanıyıb Onun əzəmətini dərk etdisə, dilini söz danışmaqdan və qarnını xörək yeməkdən saxlayıb oruc tutmaq və gecələr oyaq qalmaqla özünə əziyyət verdi.»(Ğurərul-Hikəm, hədis 6359.

     )

    4083. Allahın Peyğəmbəri(s): «Allahı lazım olduğu kimi tanısaydınız, dənizlərin üstündə gəzər, dualarınızla dağları yerindən qoparardınız.»(Ğurərul-Hikəm, hədis 3260.

     )

    4084. Allahın Peyğəmbəri(s): « Allahı daha yaxşı tanıyan Allahdan daha çox qorxandır.»(əl-Kafi, c.2, səh.62, hədis 9. 

     )

    4085. İmam Əli (ə): «Allahı azacıq da olsa tanımaq, dünyaya rəğbətsizliyə səbəb olar.»(Tənbihul-Xəvatir, c.2, səh185. 

     )

    4086. İmam Əli(ə): «Allahın əzəmətini dərk edənə özünü böyük sanmaq yaraşmaz. Çünki Allahın əzəmətini dərk edənlərin böyüklüyü, Onun qarşısında təvazökar olmalarına görədir.»(Tənbihul-Xəvatir, c.2, səh184.

     )

    4087: İmam Əli(ə): « Tanımanın son həddi qorxudur.»(Ğurərul-Hikəm, hədis 1985.

     )

    4088. İmam Əli(ə): «Allahı ən çox tanıyan insanlar Ondan ən çox dilək diləyənlərdir.»(Ğurərul-Hikəm, hədis 855.

     )

    4089. İmam Baqir (ə): «Allahın yaratdıqlarından İlahi qəzavü-qədərə baş əyməyə ən layiqli olan, Allahı tanıyandır.»(Ğurərul-Hikəm, hədis 664.

     )

    4090. İmam Sadiq (ə): «Hər kim Allahı tanıdısa, Ondan qorxdu, hər kim Allahdan qorxdusa, dünyanı qəlbindən sildi.»(Ğurərul-Hikəm, hədis 1791.

     )

    4091. İmam Sadiq (ə): « İnsanlar arasında Allahı ən çox tanıyan, Allahın qəzavü-qədərinə və hökmünə ən çox sevinəndir.»(Tuhəful-Uqul, səh.367.

     )

    1238. Arif insanın sifətləri.
    4092. İmam Əli (ə): «Arifin üzü gülər və şad, qəlbi isə kədərli və qorxan olar.»(əl-Kafi, c.1, səh.86, hədis 1.

     )

    4093. İmam Əli (ə): «Şövq ariflərin ayrılmaz dostudur.»(əl-Kafi, c.1, səh.85, hədis 1.

     )

    4094. İmam Əli(ə): « Xof ariflərin köynəyidir.»(Biharul-Ənvar, c.98, səh.225.

     )

    4095. İmam Əli (ə): «Allahdan uzaq düşməyin qorxusundan ağlamaq ariflərin ibadətidir.»(İqbalul Əmal, c.1, səh.157.

     )

    4096. İmam Sadiq (ə): «Allaha etimad et ki, arif olasan.»(Kənzul-Ummal, hədis 5705.

     )

    1239.(Allahı) Tanımanın ən aşağı səviyyəsi.
    4097. İmam Kazim (ə) (tanımanın ən aşağı dərəcəsi haqda suala cavabından): «Tanımanın ən aşağı dərəcəsi Allahdan başqa məbudun olmadığını,Onun tay və bənzərinin olmadığını, əzəliliyini və əbədiliyini, (vücudunun) sabitliyini, var olduğunu və yoxluğun Ona yolu olmadığını bəyan etməkdir.»(Əmali-Səduq, səh.340, hədis3.

     )

    1240. Allahı Allahla tanımaq.
    4098. İmam Əli(ə): «Allahı Allahla, peyğəmbəri risaləti ilə, ulul-əmri(əmr sahiblərini) yaxşılıq, ədalət və xeyir əmələ əmr etmələri ilə tanıyın.»(əl-Məhasin, c.1, səh.371, hədis 808.

     )

    4099. İmam Hüseyn (ə) (duada): «İlahi! Başımın nişanə və əlamətlərə qarışması (Səninlə) görüşdən uzaq düşməyimə səbəb olur. Belə isə, bütün güc və qüdrətimi məni Sənə çatdıracaq bir xidmətə yönəlt. Özü öz varlığında Sənə möhtac olan necə Sənə doğru bələdçi və dəlil ola bilər? Səndən qeyrisi görünən və aşkar, Sən isə (zahirdə) yoxsan ki, onlar Səni aşkarlayıb üzə çıxarsınlar. Sən nə vaxt olmamısan ki, Sənə tərəf yolu göstərən bələdçiyə ehtiyacın olsun?…. Sənə doğru yol gəlməyim də Səndəndir. Nurunla məni Özünə tərəf yönəlt.»(Nəhcül-Bəlağə, xütbə 160.

     )

    4100.» İmam Səccad (ə) (duada): «Səni Sənin özünlə tanıdım və Sən mənim yolumu Özünə tərəf saldın, Özünə doğru çağırdın. Sən olmasaydın, Sənin nə olduğunu bilməzdim.»(Nəhcül-Bəlağə, xütbə 109.

     )

    1241.Allahın zatı barədə düşünməyin pislənilməsi.
    4101. Allahın Peyğmbəri (s): «Allahın yaratdıqları barədə düşünün. Ancaq, məbada Onun Zatını fikirləşməyin ki, məhv olarsınız.»(Biharul-Ənvar, c.94, səh.150,hədis 21.

     )

    4102. İmam Sadiq (ə): «Allahın zatı barədə düşünməkdən çəkinin. Çünki Allahın zatı haqda düşünmək, yalnız azğınlıq və çaşqınlığı artırar. Həqiqətən də, Allahı nə gözlər dərk edər, nə də ölçü ilə, miqdarla vəsf edilər.»(ət-Tovhid, səh.36, hədis 2.

     )

    4103. İmam Sadiq (ə): «Hər kim Allahın necəliyi barədə düşünərsə, məhv olar.»(ət-Tovhid, səh.252, hədis 3.

     )

    1242. Allahın zatını dərk etməkdə ağılın acizliyi.
    4104. İmam Əli (ə): «Biz Sənin zatının əzəmətindən heç nə bilmirik. Bidiyimiz yalnız budur ki, Sən dirisən və hər şey Sənə sadiqdir. Səni nə mürgü tutar, nə də yuxu. Heç bir düşüncənin əli Sənə yetməz və heç bir göz Səni tapmaz.»(Nəhcül-Bəlağə, xütbə 152.

     )

    4105. İmam Əli (ə) (Mələkləri vəsf edərkən): «Onlar Sənin yanında malik olduqları bütün məqamlarına, bütün vücudları Sənin eşqinlə dolu olmasına, Sənə ibadətlərinin çoxluğuna və Səndən qafil olmamaqlarına baxmayaraq, Sənin barəndə onlara gizlin olanların həqiqətlərini görsələr heç şübhəsiz, öz əməllərini kiçik sayar, Sənə layiq olduğun kimi ibadət etmədiklərini, Sənə yaraşan itaəti göstərmədiklərini başa düşərlər.»(Nəhcül-Bəlağə, xütbə 94.

     )

    4106. İmam Səccad (duada): «Ağıllar Sənin camalının zatına çatmaqda aciz qaldılar, gözlər Sənin sifətinin nur və əzəmətini görməyə tab gətirə bilmədilər. Yaradılmışlara tanımaqda aciz qalmaqdan başqa özünü tanımaq üçün bir yol qoymadın.»(Nəhcül-Bəlağə, xütbə 185.

     )

    4107. İmam Rza (ə): «Onun zatı Özü ilə yaratdıqlarını ayırandır.»(əl-Kafi, c.1, səh117, hədis8.

     )

    4108. İmam Rza (ə) (Böyük Allahı vəsf edərkən): «O, gözün onu tapmasından, düşüncəyə sığmaqdan və ya ağılla ələ gətirilməkdən çox yüksəkdədir.» (əl-Kafi, c.1, səh102, hədis6.

     )

    1243. Allahın icazə verilən vəsfləri.
    4109. İmam Əli (ə): «Hər kim Allahı vəsf edərsə, ona hədd və sərhəd qoymuş olar. Hər kim ona hədd və sərhəd qoyarsa, onu sayla saymışdır. (Onunçün hissələr təyin etmişdir.) Hər kim onu sayla sayarsa, Onun əzəliliyini batil etmişdir. «Necədir?» deyə soruşan, şübhəsiz ki, onu vəsf etmişdir. «Haradadır?» deyə soruşan onu bir məkanda qərar vermişdir.»(Kəşful Ğummə, c.3, səh.176. 

     )

    4110. İmam Əli : «Ağıl sahiblərinin böyük səylər, zənn və gümanlarının ona çatmadığı Allah pak və ucadır.»(Uyunul Əxbarul Reza (ə), c.2, səh35, hədis75. 

     )

    4111. İmam Əli: «(Allah) Birdir, ancaq sayda deyil. Daimidir, ancaq onun (əvvəli və sonu olan) vaxt anlamı ilə deyil, dayanıqlıdır, ancaq sütun və söykənəcəklərlə deyil.»(Ğurərul-Hikəm, hədis 54.

     )

    4112. «Əl-Kafi»: «İmam Sadiq (ə) «Allah daha böyükdür» deyən kişiyə buyurdu: «Allah nədən daha böyükdür?» Ərz etdi: «Hər şeydən.» İmam Sadiq (ə) buyurdu: «Onu məhdudlaşdırmısan.» Həmin kişi ərz etdi: «Elə isə necə deyim?» Buyurdu: «De ki, Allah vəsf olunmaqdan daha böyükdür.»(Nəhcül-Bəlağə, hikmət 470.

     )

    4113. İmam Kazim(ə): «Allah, (başqalarının) Onun sifətinin həqiqətinə çatmasından daha yüksək, uca və böyükdür. Buna görə də Onu, özünün özünü vəsf etdiyi kimi vəsf edin və ondan qeyri vəsfdən çəkinin.»(Məaniəl Əxbar, səh.11, hədis2. 

     )

    4114. İmam Hadi (ə): «Xaliq, Onun özünü etdiyi vəsfdən qeyri vəsf edilməz. Hisslər Onu dərk etməkdə gücsüz, xəyallar Ona çatmaqda çarəsiz və düşüncələr Onun izahında aciz qaldığı, gözlər isə Onu əhatə etməkdə gücsüz olduğu halda Tanrı necə vəsf olunar? Vəsf edənlərin vəsfindən daha yüksək və dua edənlərin duasından daha ucadır.»(Əmali-Tusi, səh22, hədis28.

     )

    1244. Tovhid.
    4115. Allahın Peyğəmbəri (s) : «Tovhid dinin yarısıdır.»(Muminun, ayə 117.

     )

    4116.İmam Əli (ə): «Tovhid ruha həyat bəxş edəndir.»(Nəhcül-Bəlağə, məktub 31.

     )

    4117. İmam Əli (ə): «Tovhid elə bir şeydir ki, onu təsəvvürə (qavrayışa) gətirməyəsən»(ət-Tovhid, səh.243, hədis 1.

     )

    4118.İmam Sadiq(ə) (Bir kişiyə xitabən): «Tovhid odur ki, özünə rəva bildiyini Pərvərdigarına rəva bilməyəsən. Ədalət isə odur ki, Allahın səni danlama səbəblərini Ondan görməyəsən.»(ət-Tovhid, səh.250, hədis 2.

     )

    4119. İmam Rza (ə): «Allaha bəndəliyin başlanğıcı Onu tanımaq, Tanrını tanımağın bünövrəsi isə Onun tək olduğunu tanımaqdır. Tovhidin əsası isə hədd və sərhədlərin Ondan götürülməsidir. Çünki ağıllar hər bir məhdud mövcudun məxluq olduğunu təsdiq edir.»(ət-Tovhid, səh.270, hədis 6.

     )

    1245. Allahın vahidliyinin dəlili.
    Quran:
    «Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə, bununçün heç bir dəlili yoxdur və onun hesabını (cəzanı) Allah özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!»(Nurus Səqəleyn, c.3, səh.550, hədis 107.

     )

    Hədis:
    4120. İmam Əli (ə) (əziz övladı Həsənə (ə) tövsiyyələrindən): «Ey övladım! Bil ki, Allahın şəriki olsaydı, şübhəsiz ki, Onun elçi və rəsulları da sənin yanına gəlmiş olardılar. Onun hökmranlığının və gücünün nişanələrini görər, əməl və sifətlərini tanıyardın. Ancaq Allah öz vəsfində buyurduğu kimi vahid Allahdır, mülkündə rəqibi və Ona heç vaxt zaval yoxdur.»(Ənam, ayə 103.

     )

    4121. İmam Sadiq (ə) (Bir zındıqla (kafirlə) mübahisəsindən): «Deyir¬sənsə Allah ikidir, onda bu iki haldan xaric ola bilməz ki, ya hər ikisi hər bir cəhətdən eynidir, ya da hər cəhətə görə fərqlənirlər. Biz yaradılışda bir nizam-intizamın olduğunu və göy qübbəsini, gecə və gündüzün, ay və günəşin hərəkətindəki nizamı gördüyümüzdən, işlərin düzlüyü, müdrikliyi və əlaqəliliyi yaradıcının vahidliyinə dəlalət edir. Özü də, Allahın iki olmasını iddia edirsənsə, bu iddia onların arasında məsafə olmasını tələb edir ki, iki olmaları düz olsun. Belə olan halda, o məsafənin özü, qədimlikdə onlar qədər qədim olan elə üçüncü Allahdır. Nəticədə, sənin üçüncü Allaha da inanmağın lazımdır. Əgər üçüncü Allahın olduğunu iddia edərsənsə, iki Allaha etiqadla əlaqədar dediklərin vacibdir. Yəni onların arasında iki məsafə olmalıdır. Belə olan halda, beş Allahın olması lazım gələcək və bununla da Allahların sayı sonsuza qədər artacaq.» (ət-Tovhid, səh.108, hədis 4.

     )

    4122. İmam Sadiq (ə) («Allahın tək olmasının dəlili nədir?» sualına verdiyi cavabdan): «Varlığa hakim olan müdriklik, nizam-intizam və yaradılışın kamilliyinə görə. Allahın da buyurduğu kimi: «Əgər yerdə və göydə Allahdan başqa bir tanrı olsaydı, hər ikisi məhv olardı.»(Əmali-Səduq, səh.281, hədis1.

     )

    4123. İmam Rza (ə):-İkitanrılıq dininin (sənəviyyə) ardıcıllarından bir kişi İmam Rzaya (ə) ərz etdi: «Mən deyirəm ki, dünyanın yaradıcısı ikidir. Onun bir olmasının nə dəlili var?» Həzrət buyurdu- «Elə onun iki olmasına dair dediklərinin özü, onun tək olmasına dəlalət edir. Çünki sənin iddian bir Allahın olmasını sübut edilmiş saydığından sonra, ikinci Allahın olmasıdır. Deməli, bir Allahın olması barədə həmfikirik və birdən çox olmasında fikir ayrılığımız var.»(Əmali-Səduq, səh.334, hədis2

     )

    4124. «Təfsire Qummi» kitabında deyilir: «Sonra Allah Taala iki Allaha inanan sənəviyyələrə cavab olaraq buyurdu: «Allah heç kimi övladlığa götürmədi və onunla heç bir başqa Allah yoxdur....» Buyurdu: «Sizin təsəvvür etdiyiniz kimi iki Allah olsaydı, onlardan hər biri digərindən üstün olmaq istərdi. Onlardan biri insan yaratmaq istəsə və digəri ondan fərqli olaraq heyvan yaratsa, hər birinin istək və iradəsinin fərqləndiyinə görə onda vahid insan və heyvan yaradılacaq. Bu isə ən böyük qeyri-mümkün işdir. Bu fərziyyə batil olduğuna və onların arasında fərq olmadığına görə iki Allah fərziyyəsi batildir və birdən artıq Allah yoxdur. Bu müdriklik, davamlılıq və yaradılmışların hər birinin başqası ilə əlaqəsi (varlığı) yaradanın bir olduğuna dəlalət edir. Allahın «Allah heç kimi övladlığa götürmədi» və «Əgər yerdə və göydə Allahdan başqa bir tanrı olsaydı, hər ikisi məhv olardı.» buyurmaqda da məqsədi budur.»(əl-Kafi, c.1, səh.95, hədis 1.

     )

    1246. Gözlər Onu tapmaz və qəlblər Onu görməzlər.
    Quran
    «Gözlər Onu tapmaz. O, gözləri dərk edər. O, lətif və hər şeydən xəbərdardır!»(Nəhcül-Bəlağə, xütbə 101.

     )

    Hədis:
    4125. Allahın Peyğəmbəri (s): «Məni səmaya qaldırdıqları gecə Cəbrayıl məni özünün heç ayaq qoymadığı bir yerə çatdırdı. Sonra pərdələr mənimçün kənara çəkildi və Allah-taala özünün əzəmət nurundan istədiyi qədər mənə göstərdi.»(Nəhcül-Bəlağə, məktub 31)
    4126. İmam Əli (ə) («Allahını görmüsənmi?» deyə soruşan Zeləbə cavabından): «Vay sənin halına, ey Zeləb! Mən görmədiyim Allaha sitayiş etmərəm.» Ərz etdi: «Onu necə görmüsən? Bizə də vəsf et.» Həzrət buyurdu: «Vay olsun sənə! Gözlər baxmaqla Onu görməyiblər. Onu qəlblər həqiqətlərə (əqli təsdiq və inanclar, yaxud da imandan doğan əqli nurlara) iman gətirməklə görmüşlər.»(Biharul-Ənvar, c.77, səh.331, hədis 18.

     )

    4127. İmam Rza (ə) («Gözlər Onu tapmaz» ayəsi barədə buyur¬duqlarından): «Qəlblərin təsəvvürləri Onu tapmadılar, gözlərin baxışları Onu necə tapsın?»(ət-Tovhid, səh.141, hədis5. 

     )

    4128. İmam Əskəri (ə): «Allah-taala öz əzəmət nurundan istədiyi qədər elçisinin qəlbinə göstərmişdir.»(Bəqərə, ayə 255.

     )

    1247.Allahın başlanğıcı və sonu yoxdur.
    4129. İmam Əli (ə): «İlk olan, hər ilkdən daha əvvəl, hər axırdan son olan Allaha sitayiş və şükürlər olsun. Əvvəl olduğuna görə onun başlanğıcı olmamalıdır. Son olduğuna görə, onun son və axırının olmaması vacibdir.»(ət-Tovhid, səh.137, hədis11.

     )

    4130. İmam Əli (ə): «Heç vaxt məhv olmaz və həmişə olmuşdur. Onun başlanğıcı olmadan hər bir şeydən əvvəl olmuşdur. Sonu və qurtaracağı olmadan da hər şeydən sonradır.»(ət-Tovhid, səh.142, hədis 6.

     )

    4131 İmam Əli (ə) («Bizim tanrımız nə vaxtdan olmuşdur?» deyə soruşan yəhudiyə cavabından): «Ey yəhudi! Belə deyil ki, bizim tanrımız əvvəlcə olmasın və sonradan olmuş olsun. «Nə vaxtdan olmuşdur?» sualı yalnız olmayıb sonradan yaranan varlıqlar barədə işlədilir. Allah, yaradılmadan olmadan mövcud olan varlıqdır. Həmişə olmuşdur və əvvəli, başlanğıc nöqtəsi yoxdur. Əvvəldən daha ilkdir və son nöqtədən (əzəlilik baxımından) əvvəldir. Son nöqtə onunla yekunlaşır və hər bir sonun axırıdır.»(Ənam, ayə 59. Nəhcül-Bəlağə xütbə178. 

     )

    4132 İmam Baqir (ə): «Allah-taala var idi və Ondan başqa heç nə yox idi. Qaranlıqdan azad bir nur idi, doğru danışan idi və yalanın ona yolu yox idi. Bilikli idi və nadan ona yoldaş deyildi. Sağ idi və ölüm onunla deyildi. O indi də belədir və həmişə belə olacaqdır.»(Nəhcül-Bəlağə xütbə198.
     )
    1248. Allah (daima ) diridır.
    Quran:
    «Allahdan başqa hec bir tanrı yoxdur. Əbədi və əzəli varlıq Odur.»(Nəhcül-Bəlağə xütbə108.

     )

    Hədis:
    4133. İmam Sadiq (ə): «Allah nadanlıqdan uzaq alimdir. Ölümün ona yaxınlaşmadığı bir həyatdır. Zülmət və qaranlığın olmadığı bir aydınlıq və işıqlıqdır.»(əl-Kafi c.1, səh107, hədis 2.

     )

    4134. İmam Kazim (ə): «Allah, həyatı bəxş edilmiş olan bir canlı deyil....əksinə, O, öz-özlüyündə diridir.»(ət-Tovhid, səh137, hədis 9.

     )

    1249. Allah (hər şeyi) biləndir.
    Quran:
    «Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah bilmədən düşsün. Yerin zülmətləri içində elə bir toxum, elə bir quru və yaş yoxdur ki, məhz açıq-aydın kitabda olmasın.»(Nurus Səqəleyn, c.5, səh.237, hədis41. 

     )

    Hədis:
    4135. İmam Əli (ə): «Sulardakı damcıların, göylərdəki ulduzların, havaya dağılmış toz dənəciklərinin sayı, sərt daş üzərində qarışqanın hərəkəti, gecənin qaranlığında qarışqaların yatdıqları yerlər Ondan gizlin deyildir. Yarpaqların düşdüyü və kipriklərin qarışdığı yerləri bilir.»(ət-Tovhid, səh183, hədis 16. 

     )

    4136. İmam Əli (ə): «Çöllərdəki səsləri, bəndələrin gizlindəki günahlarını, balıqların böyük dənizlərdəki hərəkətlərini, şiddətli küləklərdən suların bir-birinə qarışmasını bilir.»(Nisa, ayə 40.

     )

    4137. İmam Əli (ə): «Onun elmi pərdələrin gözəgörünməyən qatlarındın keçər, daxildəki mürəkkəb fikir və inancları əhatə edər.»(Quranda zülm və sitəminin Allaha aid edilməsinin qeyri-mümkünlüyü barədə ayələrin sayı 40-dan çoxdur.

     )

    4138. İmam Əli (ə): «Allah yaranan hər bir şeyi həmişə bilmişdir. Deməli, Onun əşyanı yaranmamışdan tanıması, onu yarandıqdan sonra bilməsi kimidir.»(Nəhcül Bəlağə, xütbə 214 

     )

    4139. İmam Sadiq(ə) («Allahın məkan barədə elmi, onun yaradıl¬masından əvvəl, yaranması ilə eyni vaxtda və ya sonra olmuşdur?» sualına cavabından):–«Allah çox ucadır! O həmişə agah olmuşdur və Onun məkan barədə onun yaradılmasından əvvəlki elmi yaradılmasından sonrakı elmi kimidir. Onun bütün əşyalar barədə elmi məkan haqda elmi kimidir.»(Nəhcül Bəlağə, hikmət 470

     )

    4140. İmam Sadiq (ə): «Elm Allahın zatıdır. (Elmə məxsus olan) Məlumlar olmamışdan da alim idi. Əşyanı yaratdıqda Onun elmi məluma aid oldu.»(əs-Səhifətus Səccadiyyə, səh.207, dua 48

     )

    4141. İmam Kazim (ə): «Allahın elmi «haradandır?» sifəti ilə vəsf olunmaz. Allahın elmi «necə?» sifəti ilə təsvir edilməz. Nə elm Allahdan ayrılar, nə də Allah elmdən. Allahla Onun elmi arasında sərhəd yoxdur.»(ət-Tovhid, səh.96, hədis 1

     )

    1250.Allah ədalətlidir.
    Quran:
    «Həqiqətən, Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir iş baş verərsə, onu ikiqat artırar və öz tərəfindən də böyük mükafat verər.(Zumər,ayə62-ət-Tovhid, səh.295, hədis 5) 
    Hədis:
    4142.İmam Əli (ə): «Şəhadət verirəm ki, Allah ədalətlə rəftar edərək dada çatan və haqla batili bir-birindən ayıran hakimdir.»(ət-Tovhid, səh.98, hədis 5

     )

    4143. İmam Əli (ə) («Ədalət nədir?» sualına cavabından):–«Ədalət Allahı ittiham etməməyindir.»(Məaric, ayə40.

     )

    4144. İmam Səccad (ə) (Qurban bayramı və cümə gününün duasında):– «Hər an bilirəm ki, nə hökmün və hakimliyində bir zülm rəva görülür, nə də qəzəb və cəzalandırmağında bir tələskənlik var. Çünki (fürsətin) əlindən çıxmasından qorxanlar tələsər və acizlərin zülm etməyə ehtiyacı var. Sən, ey mənim Allahım! Belə işlərdən nə qədər uca və yüksəkdəsən.»(Məşkatul-Ənvar, səh.259

     )

    4145. İmam Sadiq (ə) (Dinin təməlləri barədə suala cavabından): «Dinin bünövrəsi tovhid və ədalətdir. Tovhidin mənası özünə rəva bilmədiyini Allahına rəva bilməməyindir. Ədalət isə Allahının onlara görə səni pislədiyi səbəbləri Ona aid etməməyindir.»(ət-Tovhid, səh.127, hədis 5

     )

    1251. Allah yaradıcıdır.
    Quran:
    «Allah hər şeyin yaradıcısıdır. O, hər şeyin qoruyucusudur.»(Nisa, ayə 164

     )

    Hədis:
    4146. Mərvan ibn Müslüm: «İbn Əbiləvcə İmam Sadiqin (ə) yanına gəlib dedi: «Məgər siz Allahın hər şeyi yaratdığını demirsinizmi?» İmam (ə) buyurdu: «Niyə də yox?» «İbn Əbiləvcə dedi: «Mən də yaradıram.» İmam buyurdu: «Necə yaradırsan?» Dedi: «Bir yerdə böyük bayıra çıxıram, bir qədər gözləyirəm və ondan canlılar əmələ gəlir.» İmam (ə) buyurdu: «Hər bir şeyi yaradan onun sayı və keyfiyyətindən xəbərdar olmalı deyilmi?» Dedi: «Nəyə görə də yox?» İmam (ə) buyurdu: «Sən həmin canlıların hansının erkək, hansının dişi olduğunu və nə qədər həyat sürəcəklərini bilirsənmi?» Burada Əbiləvcə dinmədi.»(Nəhcül-Bəlağə, xütbə 186

     )

    4147. İmam Rza (ə): «Öz qüdrət və hikməti ilə hər şeyi heçdən yaradan Allah sitayişə layiqdir. Mövcudatı başqa bir şeydən yaratmayıb ki, heçdən yaratma hesab olunmasın. Varlıqları başqa şeyin səbəbinə yaratmayıb ki, nəticədə yeni yaradılış hesab olunmasın. O, istədiyi hər şeyi istədiyi kimi yaratdı.»(Yasin, ayə 82.

     )

    1252. Allah qüdrətlidir.
    Quran:
    «Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, qadirik.»(ət-Tovhid, səh.100, hədis 8

     )

    Hədis:
    4148. Həzrəti Məsih (ə) (Ona «Sənin Allahın dünyanı yumurtanın içində yerləşdirməyə qadirdirmi?» dedikdə): «Acizlik və imkansızlıq sifətləri Allaha aid deyil. Ancaq sizin Ondan istədiyiniz mümkünsüzdür.»(Hədid, ayə3.

     )

    4149. İmam Sadiq (ə): «İblis, İsa ibn Məryəmə (ə) dedi: Sənin Allahın yeri kiçiltmədən və yumurtanı böyütmədən yeri (Yer kürəsini) yumurtanın içində yerləşdirə bilərmi? İsa (ə) buyurdu: Vay olsun sənin halına! Allah gücsüzlük sifətləri ilə vəsf olunmaz. Yer kürəsinin kiçildib, yumurtanı isə (yerin onun içinə yerləşəcəyi qədər) böyütməyə qadir olandan qüdrətli daha kim ola bilər?»(Nəhcül Bəlağə, xütbə 213 

     )

    1253. Allah danışandır.
    Quran:
    «Biz peyğəmbərləri göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatlarını isə söyləmədik. Və Allah Musa
    ilə sözlə (heç bir vasitəsiz) danışdı.»(ət-Tovhid, səh.37, hədis 2

     )

    Hədis:
    4150. İmam Əli (ə): «(Allah-taala) xəbər verər, ancaq dil və ya dilçəklərlə deyil. Eşidər, ancaq qulağın dəlikləri və eşitmə alətlərilə deyil. Söz danışar, ancaq tələffüz etməklə deyil. Əzbərləyər, ancaq hafizəsində saxlamaqla deyil...
    Mövcudluq qazanmasını istədiyi hər şeyə «ol» deyər və o da yaranar. Ancaq Onun bu deməyi, qulaq pərdələrini döyəcləyən səslə, nə də eşidilən avazla deyil. Əksinə, pak Allahın sözü əvvəl mövcud olmamış, (əməli) yaradan və təcəssüm etdirən əməlidir. Çünki (onun əməli də) qədim və əzəli olsaydı, O, ikinci Allah olardı.»(Ali-İmran, ayə189

     )

    1254. Allah istəyəndir.
    Quran:
    «Bir şeyi istədiyi zaman Allahın buyruğu ona ancaq «Ol!» deməkdir. O da olar.»(Nəhcül-Bəlağə, xütbə 65

     )

    Hədis:
    4151. İmam Kazim (ə): «Şeylər heç bir söz deyilmədən, heç bir fikir düşünülmədən və ya dil söz açmadan Onun iradə və istədiyi ilə yaranır.»(Nəhcül-Bəlağə, hikmət 214 

     )

    1255. Allah aşkar və gizlindir.
    Quran:
    «Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi həmişə biləndir.»(Ğafir, ayə20.

     )

    Hədis:
    4152. İmam Əli (ə): «(Allah) Yaratdıqlarındakı heyrətamiz şeylərə görə görənlər üçün aşkar, izzətinin əzəmətinə görə isə düşünənlərin təsəvvüründən gizlindir.»(Nəhcül-Bəlağə, xütbə 152 

     )

    4153. İmam Rza (ə): «Aşkardır, ancaq hisslər və duyğularla deyil. Görünəndir, ancaq gözlə görünən aşkarlıqdan deyil. Gizlindir, ancaq uzaq olmağa görə deyil.»(ət-Tovhid, səh.144, hədis 9

     )

    1256. Allah sahibdir.
    Quran:
    «Göylərin və yerin ixtiyarı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.»(ət-Tovhid, səh.65, hədis 18

     )

    Hədis:
    4154. İmam Əli (ə): «Allahdan başqa hər bir sahib, quldur.»(Ənam , ayə103

     )

    4155. İmam Əli (ə) («Allahdan başqa kimsədə güc yoxdur» ayəsinin təfsirində): «Allah olan yerdə biz heç nəyin sahibi deyilik. Yalnız Onun Özünün mülkiyyətimizə verdiyi şeylərin sahibiyik. Bizdən daha layiq olan şeyi mülkiyyətimizə verdikdə bizim öhdəmizə vəzifə qoymuşdur. Onu bizdən geri aldıqda, vəzifəni boynumuzdan götürmüşdür.»(əl-Kafi, c.1, səh.122, hədis2

     )

    1257. Allah eşidən və biləndir.
    Quran:
    «Allah ədalətlə hökm edər. Ancaq onların Allahdan başqa ibadət etdikləri isə heç bir şeyə hökm edə bilməzlər. Həqiqətən, Allah eşidən və görəndir.»(Hud, ayə 66.

     )

    Hədis:
    4156. İmam Əli (ə): «Allah eşidəndir, ancaq eşitmə alətləri ilə deyil.»(Fatir, ayə10.

     )

    4157. İmam Baqir (ə): «Allah eşidən və biləndir. Elə gördüyü şeylə eşidər və eşitdiyi şeylə də görər.»(Nəhcül Bəlağə xütbə 65

     )

    4158. İmam Rza (ə): «Heç bir gizlin iş, hətta qara qarışqanın zülmət gecədə qara sərt daşlar üzərində, yerin altında və dənizlərdə ayaq izinin belə, Ondan gizlin olmadığına görə deyirik: O görəndir.»(Nəhcül-Bəlağə, xütbə 109

     )

    1258. Allah lətif və agahdır.
    Quran:
    «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edir. O, lətifdir və hər şeydən xəbərdardır.»(Nəhcül-Bəlağə, xütbə 65

     )

    Hədis:
    4159. İmam Rza (ə): «Allahın lətifliyi azlıq, darlıq və ya xırdalıq demək deyil, əksinə (elm və qüdrətinin) şeylərə nüfuzu və dərkedilməzliyidir. Agah odur ki, heç nə ondan gizlin və gözündən uzaq olmaz. Allahın (şeylərdən) agahlığı, sınağa və nəticə almağa görə deyil. Çünki, sınamaq və nəticə almaq (bir elmdən başqa bir elmə çatmaq) iki elmdir və bu ikisi olmasaydı, elm və bilik də olmazdı. Belə olan kimsə (elmi və biliyi təcrübə ilə qazanan) əvvəlcə alim olmamışdır. (Allahın biliyi bu yollarla qazanılmadığına görə, deməli, O, həmişə agah olmuşdur).»(Ali-İmran, ayə 62

     )

    1259. Allah qüdrətli və yenilməzdir.
    Quran:
    «Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, sənin Allahın yenilməz qüdrət və qüvvət sahibidir.»(ət-Tovhid, səh.397, hədis13

     )

    «Hər kəs izzət, şərəf-şan istəsə (bilsin ki,) bütün izzət, qüdrət, şərəf-şan ancaq Allaha məxsusdur.»(İxlas, ayə2

     )

    Hədis:
    4160. İmam Əli (ə): «Ondan başqa hər bir güclü acizdir.»(ət-Tovhid, səh.90, hədis3

     )

    4161. İmam Əli (ə): «Hər bir şey Onun müqabilində mütidir və hər şey Onunla qalacaqdır. Hər möhtacı ehtiyacsız edən, hər zəlilə izzət bəxş edən və hər gücsüzə qüdrət verəndir.»(Hədid, ayə 4

     )

    4162. İmam Əli (ə): «Ondan başqa hər bir əziz zəlildir.»
    4163. İmam Əli (ə): «İzzət və böyüklük libası geymiş və bu iki surəti məxluqu üçün deyil, özü üçün seçən Allah, sitayişə layiqdir.»(Nəhcül-Bəlağə, xütbə 195

     )

    1260. Allah hikmət sahibidir.
    Quran:
    «Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah qüvvət və hikmət sahibidir.»(Mərhum Şeyx Səduq deyir: «Onun Məhəmməd ibn Neman olduğunu güman edirəm.»

     )

    Hədis:
    4164. İmam Baqir (ə) («Allah gördüyü işlərə görə niyə sorğu-suala tutulmur?» sualına verdiyi cavabdan): «Çünki gördüyü hər bir iş hikmətli və doğrudur.»(ət-Tovhid, səh.133, hədis15

     )

    261. Allah Saməddir (ehtiyacsızdır).
    Quran:
    «Allah saməddir (dəyişilməz, ehtiyacsız, ucadır).»(ət-Tovhid, səh.140, hədis4

     )

    Hədis:
    4165. İmam Hüseyn (ə): «Saməd odur ki, içiboş olmasın. Saməd odur ki, sərvərliyi və ağalığı zirvələrdə olsun. Saməd odur ki, nə yesin, nə də içsin. Saməd odur ki, yatmasın. Saməd elə varlıqdır ki, daima olmuşdur və olacaqdır.»(ət-Tovhid, səh.338, hədis5
     )
    1262. Allah hər yerdədir.
    Quran:
    «Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir.»(Nəhcül-Bəlağə, xütbə 1

     )

    Hədis:
    4166. İmam Əli (ə)–(Pak Allahı vəsf edərkən): «O hər bir məkanda, hər bir zamanda, hər bir insan və cinlə birlikdədir.»(Ğurərul- Hikəm, hədis 6585 Ğurərul- Hikəm, hədis 980 

     )

    4167. İmam Sadiq (ə) (Əbu Cəfərin(Mustədrəkul Vəsait, c.12, səh.343, hədis14242

     )«Odur göylərin və yerin Rəbbi» ayəsi haqda sualına cavabından):–«Elədir. O hər yerdədir.» Ərz etdim: «Onun zatı hər yerdədir?» Buyurdu: «Vay olsun sənin halına. Məkanın həddi-hüdudu var. Buna görə əgər «Allah öz zatı ilə hər yerdədir» desən «ölçü və bu kimi şeylərə sığışar» deməyin da lazımdır. Ancaq O, öz yaratdıqlarından ayrıdır və Onun elmi, qüdrəti, əhatəliliyi, iqtidarı və hakimiyyəti yaratdıqlarının hamısını bürümüşdür.»(-d-Dəvat, səh.108, hədis240

     )

    1263. Zatın sifətləri və felin sifətləri.
    4168. İmam Sadiq (ə): «Bizim Allahımızın zatı nurdur. Zatı diridir, zatı bilən və zatı saməddir.»(Əmali-Tusi , səh.304 , hədis 610

     )

    4169. İmam Rza (ə): «İstək və iradə felin sifətlərindəndir. Buna görə də Allah-taalanın həmişə istəyən olduğunu fikirləşənin Allaha inamı yoxdur.»(Kəşful-Ğummə, səh.3 , hədis137

     )

    1264. Bütün sifətlər.
    4170. İmam Əli (ə): «Dinin başlanğıcı Allahı tanımaqdır. Allahı tanımağın zirvəsi isə Onun varlığına inanıb etiraf etmək və Onu təsdiqləməyin kamalı, tək olduğunu bilməkdir. Onu tək bilməyin zirvəsi (cism və məkandan və bu ikisinə aid olanlardan) xalis saymaqdır. Xalis saymağın zirvəsi, sifətləri Ondan uzaq bilməkdir. Çünki hər bir sifət vəsf edilənlə fərqli olduğunu təsdiqləyir. Hər bir təsvir olunansa, sifətdən fərqlənməsinin təsdiqidir. Belə isə kim Allahı vəsf edərsə, Ona oxşar və bənzər yaratmış, hər kim Ona oxşar və bənzər təsəvvür etsə Onu iki saymış olar. Hər kim Onu iki sayarsa, Onun hissədən ibarət olmasına inanmışdır. Onun hissələri olmasına inanan Onu tanımamışdır. Onu tanımayan Ona işarə edər və Ona işarə edənsə Onu (hədd-hüdud və istiqamətlə) məhdudlaşdırar. Onun üçün hədd müəy¬yən¬ləşdirən Onu saya gətirmişdir. Hər kim «O nədədir?» deyə soruşsa, Allahı bir məkanda yerləşdirmişdir. Hər kim «O nəyin üstündədir?» demiş olsa, hansısa bir məkanın Onunsuz olduğunu sanmışdır. Varlığı var, ancaq varlığı yaradılmış deyil. Mövcuddur, ancaq yoxluqdan yaranmayıb. Hər bir şeylədir, ancaq belə deyil ki, ona bənzəmiş olsun. Hər şeydən ayrıdır, ancaq belə deyil ki, ondan kənarda və ayrı olmuş olsun. Faildir, ancaq belə deyil ki, fəaliyyətdə olsun və alətdən istifadə etsin. Görmək üçün bir varlıq olmayan zaman da görən idi. O tək və yeganə idi.(Hətta) o zaman ki,ülfət bağlamağa və ya yoxluğundan tənhalıq duymağa kimsə və yaxud nə isə yox idi.»(Biharul-Ənvar c.74, səh.401, hədis 44)

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1359 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024