İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    278 Ünsiyyət
    1287. Camaatla ünsiyyət qaydaları.
    4252. İmam Əli (ə): «Camaatla elə rəftar edin ki, ölsəniz sizin üçün ağlasınlar. Sağ qalsanız isə (və ya olmasanız) sizinlə görüşməyə müştaq olsunlar.»(Biharul-Ənvar, c.74, səh.175, hədis 6

     )

    4253. İmam Əli (ə) (Buyurardı):«Camaata olan ehtiyacın və ehtiyacsızlığın hər ikisi, qəlbində cəm olmalıdır. Mülayim danışığında və xoş münasibətində onlara ehtiyacın olsun, amma abrını, izzət və baş ucalığını qorumağında onlara ehtiyacın olmasın.(Biharul-Ənvar, c.75, səh.151, hədis 17

     )

    4254. İmam Baqir (ə): «Camaatın işi o vaxt sahmana düşər ki, onlarla üçdə ikisi ayıq-sayıqlıq və üçdə biri görməməzliyə vurmaq və göz yummaq olan bir tərəzi gözü kimi ünsiyyət qurulsun.»(Əlamuddin, səh.297

     )

    1288. Ailə ilə ünsiyyət qaydaları.
    Quran:
    «Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar pis iş görməyincə, özlərinə verdiyiniz şeyin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, ola bilsin ki, sizə xoş gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.»(Tuhəful-Uqul, səh.366 

     )

    Hədis:
    4255. İmam Əli (ə) (əziz oğlu Həsənə tövsiyyəsindən): «Məbada sənin ailən sənə (bəd rəftarına) görə insanların ən bədbəxti olsun.»(Tuhəful-Uqul, səh.403

     )

    4256.İmam Əli (ə): «Kişi evini və ailəsini idarə etmək üçün təbiətinə zidd olsa belə üç işi görməlidir: xoş rəftar, qaydasında əliaçıqlıq və qeyrət, na-mus.»(Səvabul-Əmal, səh.108, hədis1

     )

    1289. Camaatla ünsiyyətdə layiqli olanlar.
    4257. Allahın Peyğəmbəri (s): «Oturub durduğun adamla yaxşı rəftar et ki, müsəlman olasan.»(Misbahul-Motəhəccid, səh.772

     )

    4258. İmam Əli (ə): «Camaatla öz diliniz və bədəninizlə qaynayıb-qarışın, qəlb və əməllərinizlə onlardan uzaq durun.»(Səvabul- Əmal, səh.110, hədis3

     )

    4259. İmam Əli (ə): «Canını və malını qardaşına fəda et. Ədalət və insafını isə düşməninə hədiyyə et. Xoş sifətini və yaxşılığını ümumi camaata bağışla.»(İləluş-Şərayyə, səh.227, hədis 2

     )

    4260. İmam Əli (ə): «Özünü dostluqda sadiq et. Özünü camaatın zəhmətlərinə (və ya xərclərinə) dözməyə vadar et.»(Vəsauluş-Şiə, c.10, səh.394, hədis 8

     )

    4261. İmam Əli (ə): «Hər kim camaatla xoşlamadığı tərzdə rəftar etsə, camaat onun barəsində bilmədikləri şeyləri danışacaq.»(Biharul-Ənvar, c.78 səh.11, hədis 70

     )

    4262. İmam Həsən (ə): «Camaatla, özünə qarşı edilməsini istədiyin cür rəftar edin.»(Nəhcül-Bəlağə, xütbə109

     )

    4263. İmam Sadiq (ə): «Camatla xoş rəftar ağıllı olmağın üçdə biridir.»(Əmali-Səduq, səh.531, hədis3

     )

    4264. İmam Kazim (ə): «Camaatla dostluq etmək ağılın yarısıdır.»(Kənzul-Ummal, hədis 7000.

     )

    279 Aşura
    1290. Aşura.
    4265. İmam Səccad (ə): «Gözləri Hüseynin (ə) öldürülməsindən ötrü ağlayan, ağlamaqdan göz yaşları yanaqlarından axan möminə Allah bunun səbəbinə cənnət köşklərində yer verər və uzun müddət orada yaşayar.»(Nəhcül-Bəlağə, xütbə109

     )

    4266. İmam Baqir (ə) (Aşura günündə yaxın və ya uzaq məsafədən Hüseynin (ə) ziyarəti barədə hədisdə):«…Sonra Hüseynə (ə) ağlayıb inləsinlər, evində olanlara və onlardan təqiyyə saxlamayanlara da ağlamağı tapşırsın... Hüseynin (ə) müsibətinə görə bir-birinə başsağlığı versinlər.Dedim:Bir-birimizə necə başsağlığı verək. Deyin ki, Allah Hüseynin müsibətinə görə bizə çatan əcri böyütsün, bizi və sizləri onun «Vəliye dəm»i (qan sahibi) Məhəmməd ailəsindən olan İmam Mehdi ilə birgə onun qanını almağa qalxanlardan etsin.»(Kənzul-Ummal, hədis 1872

     )

    4267. İmam Sadiq (ə): «Kim Hüseynin barəsində bir beyt şer yazıb özü ağlasa və on nəfəri da ağlatsa, özünün və həmin on nəfərin nəsibi cənnət olar (cənnətlik olar).»(Fəth, ayə26

     )

    4268. İmam Rza (ə): «Aşura günü kimin yas, ağlama və kədər günü olarsa, Allah qiyaməti onun şadlıq və sevinc gününə çevirər.»(əl-Kafi, c.2, səh.308, hədis 2

     )

    4269. İmam Rza (ə): «Hüseyn kimi insana gərək ağlayanlar ağlasın. Çünki onunçün ağlamaq böyük günahları silər.» Həzrət sonra buyurdu: «Məhərrəm ayı girəndən kimsə atamı gülərüz görməzdi. On gün keçincəyə qədər yas və kədər ona hakim olardı. Onuncu gün də onun ağlamaq, yas və qəm günü idi və buyurardı: Bu Hüseynin öldüyü gündür.»(əl-Kafi, c.2, səh.308, hədis 3

     )

    280 Eşq
    1291.Eşqin pislənilməsi.
    4270. İmam Əli (ə): «Hicran eşqin cəfasıdır»(Sunəni əbi Davud, hədis5121

     )

    4271. İmam Əli (ə): «Hər kim nəyə aşiq olarsa, həmin şey onun gözünü kor, qəlbini xəstə edər. Belə insan sağlam olmayan gözlə baxar, eşitməyən qulaqla eşidər. Şəhvətlər onun ağlını pərən-pərən salmış və dünya qəlbini öldürmüşdür.»(Nəhcül-Bəlağə, xütbə192

     )

    4272. İmam Sadiq (ə)(Eşq barədə suala cavabından):«Qəlblər Allahı yad etməkdən boşalar və Allah özündən qeyrisinin məhəbbətini onlara dadızdırar.»(əl-Kafi, c.2, səh.308, hədis 7

     )

    1292. Pak eşqin mükafatı.
    4273. Allahın Peyğəmbəri (s): «Hər kim aşiq olsa, öz eşqini gizlətsə, iffətli olsa və bu halda ölərsə, o, şəhiddir.»(Nəhcül-Bəlağə, xütbə192

     )

    4274. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olanın əcri, günah etməyə imkanı olduğu halda, iffətli olanın əcrindən çox deyil.»(Ğurərul-Hikəm, hədis 3738 Ğurərul-Hikəm, hədis 8469 Məani-Əxbar, səh.132, hədis 1 Məaniul-Əxbar, səh.132, hədis 2

     )

    1293. Allah eşqi.
    4275. Allahın Peyğəmbəri (s): «Allah buyurur: «Mənimlə olan məşğuliyyət bəndənin canına qalib gəlsə, onun istək və ləzzətlərini məni xatırlamaqda qərar verərəm. İstək və ləzzətini Məni xatırlamaqda qərar verdikdə, Mənə aşiq olar, Mən də onun aşiqi olaram. Bir-birimizə aşiq olduqda, Özümlə onun arasındakı pərdəni götürər, bunu (Öz camal və cəlalımı görməyi) canına hakim edərəm. Belə ki, camaat səhv edəndə, o, səhvə yol verməz.»(əl-Kafi, c.8, səh.82, hədis 39

     )

    281 Təəssüb
    1294. Təəssüb.
    Quran:
    «Kafirlər öz ürəklərində cahiliyyət təkəbbürünə və təəssübünə qapıldıqları zaman Allah Peyğəmbərinə və möminlərə Öz dərgahından xatircəmlik, qəlb rahatlığı göndərmiş və onlara təqva kəlməsini xoş etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!»(Ğurərul-Hikəm, hədis 879

     )

    Hədis:
    4276. Allahın Peyğəmbəri (s): «Təəssübkeşlik edən və yaxud təəssübü çəkilən, iman halqasını öz boynundan açmışdır.»(Ğurərul-Hikəm, hədis 3466

     )

    4277. Allahın Peyğəmbəri (s): «Hər kimin qəlbində xardal dənəsi boyda olsa belə təəssüb olarsa, Allah qiyamət günündə onu cahiyyət dövrünün ərəbləri ilə birgə dirildər.»(Ğurərul-Hikəm, hədis 4316 Ğurərul-Hikəm, hədis 12 əl-Bələdul-Əmin, səh.315 

     )

    4278. Allahın Peyğəmbəri (s): «Təəssübkeşliyə çağıran kimsə bizdən deyil. Təəssüb yolunda döyüşən də bizdən deyil. Təəssüblə ölən kimsə bizdən deyil.»(Biharul-Ənvar, c.78, səh.188, hədis 41 əl-Kafi, c.1, səh.204, hədis2 əl-Kafi, c.1, səh.269, hədis6

     )

    4279. İmam Əli (ə) (İblisi pisləyərkən):–«Öz yaradılma səbəbinə (oddan olduğuna) görə Adəmə öyündü və əslinə, gövhərinə xatir, ona qarşı təəssübə qapandı. Bu, Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin və özünü böyük görənlərin başçısıdır. O, həm təəssübün bünövrəsini qoydu və həm də qüdrət, böyüklük üstündə Allahla çəkişməyə qalxdı, əyninə izzət paltarı geyinib təvazökarlıq nigabını uzağa atdı.»(əl-Kafi, c.1, səh.200, hədis1

     )

    4280. İmam Səccad (ə) (Təəssübkeşliyə aid suala cavabından): «Sahibi ona görə günaha batan təəssübkeşlik budur ki, insan öz qövmünün pisliklərini başqa qövmün yaxşılıqlarından üstün saysın. Kimsənin öz qövmünü və camaatını sevməsi, təəssübdən deyil. Təəssüb odur ki, zülmdə öz qövmünə kömək edəsən.»(əl-Kafi, c.1, səh.203 hədis1

     )

    1225. Bəyənilmiş təəssüb.
    4281. İmam Əli (ə) (Qasiə xütbəsindən): «Əgər təəssübkeşliyin çarəsi yoxdursa, onda təəssübkeşliyiniz şərafətli, böyük, igid ərəb ailələri və onların qəbilə böyüklərinin, sərvərlərinin bəyənilmiş əxlaqları, dərin ağılları, yüksək məqamları və gözəl rəftarları ilə bir-birindən üstün olmağa çalışdığları yüksək insani xüsusiyyətlərə, bəyənilmiş əxlaqlara və yaxşı işlərə görə olmalıdır.Buna görə də qonşunun haqq hörmətini saxlamaq, əhd-peymanlara vəfalı olmaq, yaxşılara tabe olmaq, təkəbbürün əleyhinə çıxmaq, yaxşılıq etmək, zorakılıq və təcavüzdən çəkinmək, adam öldürməyi böyük (günah) saymaq, camaatla insaflı olmaq, qəzəbini udmaq və cəmiyyətdə pozğunluq yaratmaqdan uzaq durmaq kimi bəyənilmiş xislətlər üçün təəssübkeşlik göstərin.»(Biharul-Ənvar, c.16, səh.240

     )

    4282. İmam Əli (ə): «Əgər təəssübkeşliyə məcbursunuzsa, onda haqqa kömək və məzluma yardımda öz təəssübünüzü göstərin.»(Biharul-Ənvar, c.16, səh.240

     )

    282 İsmət
    1296.İsmət.
    4283. İmam Əli (ə): «Hər kimə isməti ilham olunarsa, büdrəyişlərdən amanda qalacaqdır.»(Biharul-Ənvar, c.76, səh.63, hədis 3

     )

    4284. İmam Səccad (ə) : «Bizim ailənin imamı məsumdan qeyrisi olmaz. İsmət elə bir şey deyil ki, insanın zahirində olsun və onun vasitəsilə tanınsın. Buna görə də məsum təyin olunmalıdır.» Ərz etdilər: «Ey Rəsulullahın övladı! Məsumun mənası nədir?» Həzrət buyurdu: «Məsum o şəxsdir ki, Allahın kəndirindən yapışsın. Allahın kəndiri, elə həmin Qurandır. Bu ikisi (məsum və Quran) qiyamət gününə qədər bir-birindən ayrılmaz. İmam Qurana tərəf üz tutar, Quran da İmama doğru. Bu Allahın buyruğudur. Allah buyurur: Bu Quran, doğru olana yol açır.»(Nəhcül-Bəlağə, hikmət 37

     )

    4285. İmam Sadiq (ə) (Məsumun mənası barədə Hişamın sualına cavabından): «Məsum o kəsdir ki, Allahın köməyi ilə özünü ilahi qadağalardan qorusun. Allah-taala buyurmuşdur: Hər kim Allaha görə ismətli olub Ona sığınsa,doğru yola yönəldilmişdir.»(Həcc, ayə 32 

     )

    1297. İsmət yaradanlar.
    4286. Allahın Peyğəmbəri (s): «Allah-taala ona itaət edən kimsəni (hər bir şərr və məkruhdan) qoruyar və Ona itaətsizlik edən isə Allah tərəfindən qorunmaz.»(Həcc, ayə30

     )

    4287. İmam Əli (ə): «İbrət öyrənmək ismətə (və büdrəməməyə) gətirib çıxarar.»(Kənzul-Ummal, hədis 25507 əl-Məhasin, c.1, səh.364, hədis186

     )

    4288. İmam Əli (ə): «Günahlardan çəkinmək sağ ikən sənin ismət qaynağın və (günahdan) qoruyucun, ölümdən sonra isə məqamının Allaha yaxınlaşmasına səbəb olar.»(Tuhəful-Uqul, səh.394

     )

    4289. İmam Əli (ə): «İsmət təqva ilə bənzər olmuşdur.»(Biharul-Ənvar, c.76, səh.38, hədis 35 

     )

    4290. İmam Əli (ə): «Hikmətin özü bir ismətdir. İsmət isə bir nemətdir.»(Nur, ayə33

     )

    4291. İmam Əli (ə) (Münacatında):–«Xudaya! Günahdan çəkinmək üçün Sənin qorumağından başqa bir yol yoxdur. Yaxşı işlər bizlərə Sənin istəyindən qeyri yolla müyəssər olmur. Belə isə Sənin istəməyindən necə fayda götürüm? Sənin qorumağın dadıma çatmasa, özümü günahdan necə saxlayım?»(Bəqərə, ayə237

     )

    4292. İmam Baqir (ə): «Allah-taala kimsənin xoş məramı olduğunu bildikdə, onu öz pənahında qoruyar.»(Əmalı-ət-Tusi, səh.39, hədis 43

     )

    4293. İmam Sadiq (ə) (İmamları vəsf edərkən):–«Büdrəyişdən qorunmuşlar, hər bir çirkinlik və alçaqlıqdan amandadırlar.»(Nəhcül-Bəlağə, hikmət 474

     )

    4294. İmam Sadiq (ə): «Biz Allahın fərmanının tərcumanlarıyıq. Biz məsum camaatıq.»(Ğurərul-Hikəm, hədis1168 

     )

    4295. İmam Rza (ə): «İmam günahlardan pak və eyblərdən kənardır.»(Ğurərul-Hikəm, hədis529

     )

    4296. İmam Rza (ə): «İmam məsumdur, (Allah tərəfindən) təsdiqlənib, uğurlanıb və möhkəmləndirilib.Hər bir xəta, büdrəyiş və səhvdən amandadır. Allah bu xüsusiyyətləri ona bəxş edib ki, bəndələrinə Allahın hüccəti, yaratdıqlarına isə sübutu olsun.»(Ğurərul-Hikəm, hədis1989

     )

    283 Böyük saymaq
    1299. İbadətkarların böyük sayılması.
    4297. Allahın Peyğəmbəri (s): «Əcəmlər kimi bir-birinizin ayağına qalx-mayın.»(Ğurərul-Hikəm, hədis

     )

    4298. Allahın Peyğəmbəri (s): «Özü oturmuş halda olduqda, camaatın onunçun ayağa qalxmasını istəyənin yeri oddur.»(əl-Xisal, səh.55, hədis 75

     )

    4299. Əbuzər (r.ə): «Gördüm ki, Salmanla Bilal Peyğəmbərə tərəf gəlirlər. Birdən, Salman Allahın Peyğəmbərinin (s) ayağına düşüb onu öpməyə başladı. Peyğəmbər onu bu işdən çəkindirib sonra buyurdu: Ey Salman! Əcəmlərin öz padşahları ilə gördüyü işi mənə qarşı etmə! Mən Allahın bəndələrindən biriyəm. Bəndə kimi xörək yeyir və bəndə kimi oturub dururam.»(əl-Kafi, c.2, səh.79, hədis 5

     )

    4300. İmam Əli (ə) («O Həzrətin (ə) Şam şəhərinə yolunun üstündə atlarından düşüb onun qarşısında qaçan Ənbarın torpaq sahiblərinə): «Bu nə işdir görürsünüz?» Dedilər: «Bu bir adətdir və bununla öz hökmdarlarımıza hörmətimizi bildiririk.» Həzrət buyurdu: «Allaha and ol-sun! Sizin hökmdarlarınız bu işdən fayda götürməzlər. Siz də dünyada özünüzə əziyyət verirsiniz və axirətdə isə bu əməlinizə görə bədbəxt olacaqsınız. Arxasında cəza olan əzab və məşəqqət necə də ziyanlıdır. Necə də faydalıdır oddan asüdəlik yaradan rahatlıq.»(Sunəne ibn Mace, hədis2444

     )

    1300. Layiqli insana hörmət qoyulması.
    Quran:
    «Hər kəs Allahın mərasiminə hörmət etsə, bu şübhəsiz ki, qəlblərin paklığındandır.»(əl-Kafi, c.2, səh.79, hədis1

     )

    «Hər kəs Allahın haram buyurduqlarını böyük sayarsa, Rəbbinin yanında onun üçün xeyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir. Belə olan halda, murdar bütlərdən və yalan sözlərdən çəkinin.»(hədis 4232 müraciət edin və diqqət yetirin.

     )

    Hədis:
    4301. Allahın Peyğəmbəri (s): «Ağsaqqala, Quran bilənə və ədalətli rəhbərə ehtiram qoymaq Allahın cəlal və əzəmətinə hörmət etmək deməkdir.»(Mətalib əs-Suul, hədis50

     )

    4302. İmam Sadiq (ə) (Kiməsə hörmət üçün ayağa qalxmaq barədə verilən suala cavabından):–«Bu, təkcə dini şəxsiyyət üçün edilməsi istisna olmaqla bəyənilməyən işdir.»(Ğurərul-Hikəm, hədis1512

     )

    4303. İmam Kazim (ə): «Alimə elminə görə hörmət et və onunla çarpışma. Nadanı nadanlığına görə kiçik say, ancaq onu özündən qovma. Əksinə, özünə yaxınlaşdır və ona elm öyrət.»(Nəhcül-Bəlağə, hikmət 47

     )

    «Şəhidi əvvəl» özünün «Qaydalar» kitabına yazır: «Bu rəftar barədə əvvəlkilərdən bir şey nəql olunmasa da, möminin gündəlik adət-ənənələrə uyğun olaraq hörmət qoymasının eybi yoxdur. Bunun səbəbi ayə və rəvayətlərin ümumiliyidir. Allah-taala buyurur: «Hər kəs Allahın nişanələrinə hörmət etsə, bu şübhəsiz ki, qəlblərin paklığındandır.» Yenə də buyurur: «Hər kəs Allahın haram buyruqlarını böyük saysa, bu Rəbbi yanında onun üçün xeyirli olar.» Allahın Peyğəmbəri (s) də buyurmuşdur: «Bir-birinizə qarşı düşmənçilik və paxıllıq etməyin, bir-birinizə arxa çevirməyin və bir-birinizlə əlaqəni kəsməyin, ey Allahın bəndələri! Bir-birinizə qardaş olun.» Buna görə də hörmət üçün ayağa qalxmaq, əyilmək və bu qəbildən olan işlər caizdir. Bu işlərin görülməməsi düşmənçilik, əlaqənin kəsilməsi və möminə hörmətsizliklərlə nəticələnəcəyi halda yerinə yetrilməsi vacib olar. Əldə olan səhih rəvayətə görə Peyğəmbər (s) Fatimə (ə) üçün və Həbəşədən qayıdarkən Cəfər (ə) üçün ayağa qalxıb və Ənsarlara da buyurardı: «Sərvəriniz və öz böyüyünüz üçün ayağa qalxın!» Eyni zamanda nəql olunur ki, İkrəmə ibn Əbicəhl Yəməndən gələndə Allahın Peyğəmbəri (s) onun gəlməyinə şad oldu və onunçün ayağa qalxdı.»(Ğurərul-Hikəm, hədis 7646

     )


    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1190 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024