İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    296 Eyb
    1388. Başqalarının eybindənsə, öz qüsurları ilə məşğul olanların təqdir olunması.
    4710. İmam Əli (ə): «Xoşa o kimsənin halına ki, özünün eybi, onu camaatın eybləri ilə əlləşməkdən saxlasın.»(Ğurərul-Hikəm, hədis 4489

     )

    4711. Allahın Peyğəmbəri (s): «İnsanların ən ağıllısı odur ki, öz eyblərini görsün və başqalarının eybinə kor olsun.»(Nəhcül-Bəlağə, məktub 53.

     )

    4712. Allahın Peyğəmbəri (s): «Kim öz eybini görərsə, başqalarının eybləri ilə məşğul olmaqdan çəkinər.»(Ğurərul-Hikəm, hədis 10294

     )

    4713. İmam Sadiq (ə): «İnsan üçün ən xeyirli iş odur ki, öz eyblərini aradan götürməkdə camaatdan öndə olsun və ya camaatın eybləri ilə məşğul olmamış öz eyblərinə baxsın.»(Kənzul-Fəvayid, c.1, səh. 279.

     )

    4714. İmam Sadiq (ə): «Görsəniz ki, kimsə camaatın günahlarını axtarır və öz günahlarını unudub, bilin ki, Allahın fəndinə düçar olub.»(əl-Kafi, c. 2, səh.355, hədis 7

     )

    1389. Camaatın eybləri ilə məşğul olmaq və öz nəfsi ilə barışmağın pislənməsi.
    4715. Məsih (ə): «Ey pis bəndələr! Günaha görə camaatı danlayırsınız, ancaq öz eyb və pisliklərinizə əmin olduğunuz halda özünüzü danlamaqdan çəkinirsiniz.»(Tənbihul-Xəvatir, c.1, səh.117

     )

    4716. Allahın Peyğəmbəri (s): «Sizlərdən hər biri qardaşının gözündə çör-çöpü görər, öz gözündə isə ağacın gövdəsini görməz.»(Kənzul-Ummal, hədis28669

     )

    4717. Allahın Peyğəmbəri (s): «İnsan üçün elə bu eyb bəs edər ki, camaatda eyb görsün, özündə isə görməsin, camaatı özünün tərk edə bilmədiyi işə görə danlasın, oturub durduğu yoldaşını boş və aidiyyətsiz şeylərə görə incit-sin.»(Nəhcül-Bəlağə, hikmət6

     )

    4718. İmam Əli (ə): «Kim camaatın eyblərini görsə, onları çirkin saysa və özündəki həmin eybləri bəyənərsə, əsl axmaqdır.»(Ğurərul-hikəm, hədis 6434

     )

    4719. İmam Əli (ə): «Ən böyük eyb budur ki, elə şeyin xırdaçılığını edəsən ki, sanki özündə yoxdur.»(Nəhcül-Bəlağə, hikmət 223

     )

    1390. Eybləri örtmək.
    4720. Allahın Peyğəmbəri (s): «Kimsə möminin rüsvayçılığının üstünü örtərsə, diri-diri basdırılan qız uşağını qəbrdən xilas etmiş kimidir.»(Tuhəful-Uqul, səh.215 

     )

    4721. Allahın Peyğəmbəri (s): «Kim qardaşının bir günahını bilib onu gizlətsə, Allah qiyamət günü onun günahlarını gizlədər.»(Nəhcül-Bəlağə, hikmət51

     )

    4722. İmam Baqir (ə): «Möminin mömin qarşısında vəzifəsi budur ki, onun yetmiş böyük günahını gizlətsin.»(əl-İrşad, c.1, səh. 301

     )

    1391.Eybləri hədiyyə etmək.
    4723. İmam Əli (ə): «Kim sənin eybini üzünə desə, dalınca sənin abrını qoruyar. Kim eyblərini sənə deməkdə ehtiyat edib çəkinsə, arxanca sənin eybini deyər.»(Kəşful-Ğummə, c.3, səh.137

     )

    4724. İmam Əli (ə): «Qardaşının eybini üzünə deməkdə sizin üçün heç bir maneə yoxdur, yalnız onun da, eybinizi üzünüzə deməsindən qorxmaq-dan savayı. Siz axirəti uzağa atmaq və dünyayla dostluqda bir-birinizlə dostlaşmısınız.»(Qəsəsul-Ənbiya, səh.157, hədis171

     )

    4725. İmam Sadiq (ə): «Mənim üçün ən əziz qardaş odur ki, eyblərimi mənə hədiyyə etsin.»(Tənbihul-Xəvatir,c.1, səh. 113

     )

    1392.Eyib axtarmaq.
    Quran:
    «Eyib axtarıb(əl-Kafi, c.2, səh. 356, hədis 2) tənə vuran(Tənbihul-Xəvatir,c.1, səh. 57) hər kəsin vay halına.»(Tənbihul-Xəvatir,c. 2, səh. 155)

    Hədis:
    4726. Allahın Peyğəmbəri (s): «Möminlərin eyblərini axtarmayın. Çünki kim möminlərin eyblərini axtararsa, Allah da onun eyblərini axtarar. Allah-taala kimin eyblərini axtararsa, evinin içində olsa belə onu rüsvay edər.»(əl-Kafi, c.2, səh.361 , hədis9

     )

    4727. İmam Əli (ə): «(Başqalarının) Eybləri eşələməyin özü bir eyb-dir.»(əl-Kafi, c.2 , səh.356 , hədis1

     )

    4728. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmandan):– «Camaatın arasında səndən ən uzaq olan və ən çox acığın gəldiyi insanlar, camaatda ən çox eyb axtaranlar olmalıdır. Çünki camaatın (istər-istəməz) eybləri var və hökmdar onları örtmək üçün ən layiqli şəxsdir. Buna görə də camaatın səndən gizlin eyblərini axtarıb çox dərinə getmə.»(əl-Kafi, c.2 , səh.359 , hədis1

     )

    4729. İmam Əli (ə): «Başqalarının səhvinə heç vaxt şad olma. Çünki sən də həmişəlik xətadan qorunmamısan.»(Ğurərul-Hikəm, hədis 2964

     )

    4730. İmam Əli (ə): «Kim eyb axtararsa, eybləri axtarılar və söyüş söyər-sə cavabını eşidər.»(Ğurərul-Hikəm, hədis2918

     )

    4731. İmam Sadiq (ə): «Allahdan ən uzaq düşmüş bəndə, kimsəylə dostluq məsələsini ortaya atan və onun büdrəyişlərini bir gün başına qaxmaq üçün saxlayandır.»(Ğurərul-Hikəm, hədis3295

     )

    1393.Eybləri örtmək.
    4732. «Tənbihul Xəvater»: «Rəvayətə görə bir gün İsa (ə) həvarilərlə birgə, it leşinin yanından keçirmiş. Bu vaxt həvarilər deyirlər: «Bu it necə də ilənir!» İsa buyurur: «Əcəb ağ dişləri var.»(İləluş-Şəraye, səh.560 , hədis1

     )

    4733. Allahın Peyğəmbəri (s): «Elm və sərvət hər eybin üstünü örtər, nadanlıq və imkansızlıq hər eybin üstünü açar.»(Tuhəful-Uqul , səh.320

     )

    4734. İmam Əli (ə): «Dözüm eyblərin gorudur.»(əl-Xisal, səh.284 , hədis34

     )

    4735. İmam Əli (ə): «Eyblərin pərdəsi ağıldır.»(Ğurərul-Hikəm, hədis 5973

     )

    4736. İmam Əli (ə): «Kim abır-həya paltarını kimsənin əyninə geydirərsə, camaat onun eybini görməz.»(Ğurərul-Hikəm, hədis 5651

     )

    4737. İmam Əli (ə): «Bilik öz paltarını kimin əyninə geydirərsə, eybi camaatdan gizli qalar.»(Ğurərul-Hikəm, hədis 9224

     )

    4738. İmam Əli (ə): «Bəxtin sənə yar olunca sənin eybin gizlin qalar.»(Nəhcül-Bəlağə, hikmət 282

     )

    1394. Kim nəyi bilməsə ondan irad tutar.
    4739. İmam Əli (ə): «Kimsə nəyisə dərk etməkdə aciz qalarsa, ondan irad tutar.»(Tuhəful-Uqul, səh.282

     )

    4740. İmam Əli (ə): «Kim nəyi bilməzsə, ondan eyb tutar.»(Tuhəful-Uqul , səh.319

     )

    297 Başa qaxmaq
    1395. Başa qaxmağın pislənilməsi.
    4741. Xızır (ə) (Musaya (ə) tövsiyyə edərkən): «Ey İmranın oğlu! Heç kəsin günahını başına qaxma və öz günahın üçün ağla.»(İnfitar, ayə 6-8

     )

    4742. Allahın Peyğəmbəri (s): «Kim öz qardaşını tövbə etdiyi günaha görə danlasa, özü həmin günahı etməyincə ölməz.»(Məkarimul-Əxlaq, c.2 , səh.350, hədis2660

     )

    4743. Allahın Peyğəmbəri (s): «Günahlı və çirkin işin üstünü açanın özü, həmin işi görmüş kimidir. Nəyisə möminin başına qaxanın özü, həmin işi görməyənə qədər ölməyəcəkdir.»(Tuhəful-Uqul , səh.150

     )

    4744. Allahın Peyğəmbəri (s): «Qulluqçularınızdan kimsə zina etsə, ona hədd cəzasını tətbiq edin, ancaq başına qaxmayın.»(Tənbihul-Xəvatir, c.2, səh.72

     )

    4745. Allahın Peyğəmbəri (s): «Əgər müsəlman qardaşın sənin bir eybini bilərsə və onu sənin başına qaxarsa, sənin ondan bildiyin eyb və günahı onun başına qaxma ki, sənin üçün mükafat, onun üçün isə günah olsun.»(Nəhcül-Bəlağə, hikmət116.

     )

    4746. İmam Baqir (ə): «Ən pis şəkildə ölənlərdən qeyri, elə insan yoxdur ki, möminin üzünə onun pisinə danışsın. Belələri xeyir və səadətin üzünü görməməyə layiqdirlər.»(Ğurərul-Hikəm, hədis 2562

     )

    4747. İmam Sadiq (ə): «Kim mömini danlayarsa, Allah onu dünya və axirətdə danlar.»(Ğurərul-Hikəm, hədis 5650

     )

    4748. İmam Sadiq: «Öz qardaşının çətiniliyinə görə sevinmə ki, Allah ona rəhm edər və səni həmin çətinliyə düçar edər.» Eləcə də buyurmuşdur: «Qardaşının başına gələn müsibət və çətinliyə sevinənin özü, ona düçar olmayana qədər dünyadan getməz.»(Biharul-Ənvar, c.78, səh.83, hədis 86

     )

    298 Xoşluq
    1396. Ən rahat həyat.
    4749. İmam Əli (ə): «Ən rahat həyat məşəqqət və çətinliklə görülən işləri kənara atmaqdır.»(Ğurərul-Hikəm, hədis 8744

     )

    4750. İmam Əli (ə): «Ən xoş həyat qənaət etməkdir.»(Ali-İmran, ayə 123 və 124.

     )

    4751. İmam Əli (ə): «Ən xoş və asudə həyatı o şəxs yaşayır ki, Allah-taala ona qənaətcillik və pak, ləyaqətli həyat yoldaşı əta etmiş olsun.»(Kənzul-Ummal, hədis 29942

     )

    4752. İmam Sadiq (ə): «Xoş xasiyyətdən rahat həyat yoxdur.»(Kənzul-Ummal, hədis 29943

     )

    1397. Həyatı korlayan amillər.
    4753. İmam Sadiq (ə): «Üç şey həyatı korlayır: zalım hökmdar, pis qonşu və acıdil həyasız arvad.»(əl-İrşad, c.1 , səh.3

     )

    4754. İmam Sadiq: «Hər kimdə bu beş şeydən biri olmasa həmişə həyatı ləng, ağlı məyus, fikri məşğul olar: birincisi sağlamlıq, ikincisi təhlükəsizlik, üçüncüsü ruzinin böyüklüyü, dördüncüsü həmdəm.» Rəvayətçi deyir ki, uyğun həmdəmin nə olduğunu soruşdum. Buyurdu: «Yaxşı arvad, yaxşı övlad və yaxşı yoldaş. Beşincisi, bunların cəmi olan asayiş.»(Ali-İmran, ayə 121

     )

    299 Aldanmaq və qəflət
    1399. Aldanmaq və xəbərsizliyin pislənilməsi.
    4755. İmam Əli (ə): «Xoşa o kimsənin halına ki, öldürücü yalanlar onu öldürməmişdir.»(əl-Bidayə vəl-Nəhayə, c.4 , səh. 40

     )

    4756. İmam Əli (ə): «Xəbərsizlik və yalanın məstliyi içkinin məstliyindən daha gec gedər.»(Ali-İmran, ayə128

     )

    4757. İmam Əli (ə): «Kim (dünyanın) ilğıma aldanarsa, onun (səadət) kəndirləri bir-birindən qopar.»(Səhihe müslim, hədis 1791

     )

    4758. İmam Əli (ə): «Sizinlə möminin arasında qəflətdən pərdə var.»(Kənzul-Ummal, hədis 30027

     )

    4759. İmam Səccad (ə): «Nə çoxdur gününü eyş-işrətdə, yeyib içməkdə, gülməkdə keçirən və Allahın qəzəbinin bəlkə də onu bürüdüyünü və bu qəzəbə görə də, cəhənnəm oduna atılacağından xəbərsiz, aldanmış şəxs.»(Biharul-Ənvar, c.20, səh.179, hədis 6

     )

    4760. İmam Sadiq (ə): «Kim bu üç şeyə etimad edərsə, aldanar: olmayana və qeyri-mümkün şeyə inanan, etimad etmədiyi şeyə arxalanan və əldə edə bilməyəcəyinə tamah gözünü tikən.»(Kənzul-Ummal, hədis 301115

     )

    1399. Allaha qarşı məğrurluq və Ona əbəs tamah salmaq.
    Quran:
    «Ey insan! Səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir? O Rəbbin ki, səni yoxdan yaratdı, düzəldib qaydaya saldı. Sənə istədiyi surəti verdi.»(Bələd, ayə 6

     )

    Hədis:
    4761. İmam Əli (ə): «Ey Məsudun oğlu! Allaha qarşı məğrur olma və öz qorxmazlığına, elminə, əməlinə, yaxşılığına və ibadətinə aldanma.»(Qomi təfsiri, c.2, səh.422

     )

    4762. İmam Əli (ə): «Günahlardan amanda qalmağın amillərindən biri də budur ki, Allaha qarşı məğrur olmayın (və ona boş yerə tamah salmayın və özünüzü Onun əzabından amanda sanmayın).»(əl-Kafi, c.8, səh.216, hədis 264

     )

    4763. İmam Əli (ə): «Bəndənin günah işlərdə israr edə-edə Allahdan bağışlanmasını arzulaması, Allaha qarşı məğrur olmaqdır.»(Kənzul-Ummal,hədis, 3120

     )

    4764. İmam Əli (ə): «Allahın yaxşılığı ilə az-az haqqın əzabına yaxınlaşan, günahlarının üstü örtüldüyünə görə məğrurlaşan və aldanan, (camaat tərəfindən) təriflənib təqdir olunduqlarına görə fitnə-fəsada düşənlər nə qədər də çoxdur!.»(Kənzul-Ummal,hədis 30158

     )

    1400. Dünyaya aldanmaq.
    4765. İmam Əli (ə): «Dünyaya aldanmaqdan çəkinin. Çünki dünya yalandan insana verdiyi hər neməti və yaxşılığı həmişə geri alar və kim dünyaya ürək bağlayıb xoş olarsa, onu köçürər.»(Əmali-Tusi , səh.342 , hədis 701

     )

    4766. İmam Əli (ə): «Nəfsin dünyaya ürək bağlaması ən böyük aldanışdır.»(Biharul-Ənvar, c.21, səh.116, hədis 11

     )

    1401. Nəfsinə aldanmaq.
    4767. İmam Əli (ə): «İzzətin səni aldatdı və bunun sonu sənin zəlilliyin olacaqdır. Belə isə öz çirkin əxlaqından qorx ki, bəlkə bu yolla hidayət olasan.»(Biharul-Ənvar, c. 21 , səh.190 , hədis 16

     )

    4768. İmam Əli (ə) «Hər kim nadan olsa, öz nəfsinə aldanar və bu günü dünənindən daha pis olar.»(Biharul-Ənvar, c.76 , səh.356, hədis 30

     )

    300 Peyğəmbərin döyüşləri
    1402. Böyük Bədr döyüşü.
    Quran:
    «Həqiqətən, siz Bədrdə az və zəif olduğunuz halda Allah hər an sizə yardım etdi. Allaha şükr edən olmaq üçün Ondan qorxun! O zaman sən möminlərə deyərdin: Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?»(Kənzul-Ummal, hədis9501

     )

    Hədis:
    4769. İmam Əli (ə): «Bədr döyüşündə Allahın Peyğəmbərinin (s) səhabələrinin üzü pambıq kimi ağappaq idi.»(ət-Tərğib vət-Tərhib, c.2, səh.571, hədis 2

     )

    4770. İmam Əli (ə): «Bədr döyüşündə biz özümüz Allahın Peyğəmbərinə (s) sığındıq. Həzrət hamımızdan düşmənə daha yaxın idi və həmin gün hamıdan çox şücaət göstərdi.»(Nəhcül-Bəlağə, hikmət 26.

     )

    4771.İmam Əli (ə): «Bədr döyüşündə aramızda Hiqdad ibn Əsvəddən başqa süvari yox idi. Doyüş axşamı ağacın altında dayanıb səhərə qədər namaz qılıb dua oxuyan Allahın Peyğəmbərindən (s) başqa, bizimlə olanların hamısı yatdı.»(Ğurərul-Hikəm, hədis 8891

     )

    1403. Uhud döyüşü və Həmraul Əsəd.
    Quran:
    «Sən möminləri döyüşməli olduqları yerlərə yerləşdirmək üçün sübh tezdən öz ailəndən ayrılıb getdiyin vaxtı yadına sal! Şübhəsiz, Allah eşidən və biləndir.»(əl-Kafi, c.5 , səh.160, hədis 1

     )

    4772. İbn Məsud: «Uhud döyüşündə qadınlar müsəlmanların arxa cəbhəsində igilər və müşriklərin yaraladıqları insanlara kömək edirdilər. Əbu Süfyan gəlib «hübəl (büt) zəfər çalsın» şüarını qışqırdı. Allahın Peyğəmbəri (s) müsəlmanlara buyurdu: «Siz də «Allahu əla və əcəllu» (Bir olan Allah uca və cəlallıdır) deyə qışqırın.» Müsəlmanlar da «Allahu əla və əcəllu» şüarını qışqırdılar. Əbn Süfyan qışqırdı: «Ləna əl-Uzza və la Uzza ləkum.» (Bizim Uzza adlı bütümüz var, sizinsə Uzzanız yoxdur) Allahın Peyğəmbəri (s) müsəlmanlara buyurdu: «Siz də deyin ki, «Allahu movlana və la movla ləkum» (Allah bizim rəhbərimizdir, sizinsə rəhbəriniz yoxdur).» (əl-Kafi, c.5 , səh.160, hədis 6

     )

    4773. Ənəs: «Uhud döyüşündə Peyğəmbərin qabaq dişləri sındı, o Həzrətin başı yarıldı və başının ortasından qan axa-axa buyurdu: «Onları Allah yoluna dəvət edən peyğəmbərinin başını yaran, qabaq dişlərini sındıran camaat nicat, qurtuluş tapsın?(Mustədrəkul-Vəsail, c.17, səh.89, hədis20823

     )Sonra Allah-taala bu ayəni göndərdi: «Sənin bu işlərdə əlin yoxdur.»(Kənzul-Ummal,hədis 30366

     )

    4774. İmam Əli (ə): «Uhud döyüşündə camaat Allahın Peyğəmbərinin (s) ətrafından dağıldığı vaxt mən ölənlərin arasında Onu axtarsam da, Allahın Peyğəmbərini (s) görmədim. Öz-özümə dedim: «Allaha and olsun, O qaçanlardan deyildi. Ancaq ölülərin də arasında görmürəm. Zənnimcə, Allah bizim bu rəftarımıza qəzəblənib və peyğəmbərlərini səmaya çəkib. Deməli, mənim varlığımın bir faydası yoxdur və ölüncəyə qədər döyüşməliyəm. Buna görə də qılıncımın qınını sındırıb düşmənə həmlə etdim və onlar mənim qarşımdan uzaqlaşdılar. Birdən gördüm ki, Allahın Peyğəmbəri (s) də onların əhatəsindədir.»(Kənzul-Ummal,hədis 30343

     )

    1404. Zatur-Riqa döyüşü.
    4775. İmam Sadiq (ə): «Zatur-Riqa döyüşündə Allahın Peyğəmbəri (s) bir dərənin kənarında ağacın altında atdan düşdü. Bu zaman sel gəldi və Həzrətlə dostlarını bir-birindən ayırdı. Bir müşrik kişi peyğəmbəri (s) bu halda gördü. Müsəlmanlar da dərənin qarşı tərəfində dayanıb selin dayanmağını gözləyirdilər. Həmin müşrik kişi yoldaşlarına dedi: «Mən Məhəmmədi öldürəcəyəm.» Sonra peyğəmbərin yanına gəlib, Allahın Peyğəmbərinin (s) üstünə qılınc çəkdi və dedi: «Ey Məhəmməd! İndi kim Səni mənim çəngimdən qurtaracaq?» Həzrət buyurdu: «Mənim və sənin Allahın.» Bu zaman Cəbrayıl həmin kişini atdan yıxdı və o, arxasıüstə yerə düşdü. Allahın Peyğəmbəri (s) qalxıb qılınc çəkdi və onun sinəsinə çöküb soruşdu: «Kim səni mənim çəngimdən qurtaracaq ey Ğəvrəs?» Ərz etdi: «Sənin mərhəmət və kərəmin, ya Məhəmməd!» Həzrət həmin kişidən əl çəkdi və o, qalxıb dedi: «Allaha and olsun, sən məndən yaxşısan və kərəm sahibisən.»(Seyid Rəzi deyir: "Bu kəlam Peyğəmbərdən (s) də rəvayət olunmuşdur. Sözlərin bir-birinə oxşaması təəccüblü deyil. Çünki, hər ikisi eynri çeşmədən qaynaqlanır və bir mənbədən çıxır.», 

     )

    1405. Əhzab və Bəni Qureyzə döyüşü.
    4776. Yəzid ibn Əssəm: «Allah əhzabı darma-dağın etdikdə, Peyğəmbər (s) evinə qayıtdı və üstünü, başını yumağa başladı. Bu vaxt Cəbrayıl o Həzrətin yanına gəlib dedi: «Allah səni bağışlasın. Göylərin mələkləri silahlarını yerə qoymamış, sən silahını yerə qoymusan? Bəri Qureyzə qalasına bizim yanımıza gəl.» Sonra Allahın Peyğəmbəri (s) car çəkib qalanın yanında onlara qoşuldu.»(Nəhcül-Bəlağə, hikmət 240.

     )

    4777. İmam Baqir (ə) («Çox mal-dövlət zay etmişəm»(Vəsailuş-Şiə, c.17, səh.311, hədis 1

     ) ayəsi barədə)– «Məqsəd Xəndək döyüşündə Əli ibn Əbutalibin ona İslamı qəbul etməyi təklif etdiyi Əmru ibn Əbduddur. Əbdud demişdir: «Sizinlə mübarizəyə xərclədiyim bu qədər var-dövlət nə olsun?» O, Allahın yoluna qarşı mübarizədə malını xərcləmişdi. Əli (ə) onu öldürdü.»(Vəsailuş-Şiə, c.17, səh.309, hədis 4

     )

    4778. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) xəndək qazanda mü¬səl¬man¬lar maneəyə rast gəldilər. Allahın Peyğəmbəri (s) külüngü Əmirəl-möminin və ya Salmanın əlindən alıb ona elə zərbə vurdu ki, 3 tikə oldu. Bu vaxt Allahın Peyğəmbəri (s) buyurdu: «Allah bu zərbəmlə Kəsra və Qey¬sə¬rin xəzinələrini mənimçün açdı.» Oradakılardan biri dostuna dedi: «Bizim heç birimizin zəruri ehtiyac (subaşı) üçün (düşmənin qorxusundan) çölə çıx¬ma¬ğa qadir olmadığımız halda, bizə Kəsra və Qeysərin xəzinələrini vəd edir.»(Biharul-Ənvar, c.73, səh.265 , hədis15 )
    1406. Xeybər döyüşü.
    4779. Burəydə: «Xeybər döyüşü günündə Əbubəkr bayrağı aldı. Ancaq fəth edə bilməyib qayıtdı. Sonrakı gün Ömər bayrağı götürdü və o da uğursuz geri döndü. İbn Muslimə öldürüldü və camaat (müsəlmanlar) qayıtdılar. Allahın Peyğəmbəri (s) buyurdu: «Bu bayrağı eləsinə verəcəm ki, Allahı və peyğəmbərini sevir, Allah və peyğəmbəri də onu sevir və fəth, qələbə qazanmayana qədər geri dönməz.» Biz həmin gecəni, sabahın qələbə günü olacağı üçün sevinc içində keçirdik. Allahın Peyğəmbəri (s) səhər namazını qıldı, bayrağı istədi və yerindən qalxdı. Peyğəmbərə yaxınlığı və Onun yanında mövqeyi olan bizlərdən hər birimiz bayraqdarın özü olacağına ümid edirdik. Hətta, Peyğəmbərə yaxın olduğuma və onun yanındakı mövqeyimə görə boynumu dartıb başımı dik tutmuşdum. Ancaq Həzrət, Əli ibn Əbutalıbi çağırdı. Əlinin (ə) gözü ağrıyırdı. Allahın Peyğəmbəri (s) onun gözünə əl çəkdi və bayrağı ona tapşırdı. Fəth və qələbə də onun nəsibi oldu.»(Nəhcül-Bəlağə, hikmət255.)
    1407. Məkkənin fəthi uğrundakı döyüş.
    4780. Ömər ibn Xəttab: «Məkkənin fəth olunduğu gün Allahın Peyğəmbəri Məkkəyə daxil oldu. Səfvan ibn Ümməyə, Əbu Süfyan ibn Hərb və Haris ibn Hişamın ardınca adam göndərdi. Ömər deyir: «Öz-özümə dedim ki, Allah onları bizim çəngimizə salıb və əməllərinin cəzalarını onlara dadızdıracağıq. Ancaq Allahın Peyğəmbəri (s) onlara buyurdu: «Mən bu gün sizlərə, Yusifin qardaşlarına dediklərini deyirəm: «Bu gün sizə ağrı-acı yoxdur. Mehribanların ən mehribanı olan Allah sizi bağışlayır.» Ömər deyir: «Ağlımdan belə bir fikir keçdiyinə və Allahın Peyğəmbərinin (s) isə onlara belə cavab verdiyinə görə Peyğəmbərdən (s) utandım.»(əl-Kafi, c. 2, səh. 303, hədis 3.

     )

    4781. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) Ramazan ayında Bədr döyüşünə getdi və Ramazan ayında da Məkkəni fəth etdi.»(əl-Kafi, c. 2, səh. 305, hədis 13

     )

    4782. İmam Rza (ə): «Məkkənin fəth olunduğu gün, sayı üç yüz altmış olan büt Kəbənin ətrafında düzülmüşdü. Həzrət əlindəki çubuqla onları vura-vura buyururdu: «Haqq gəldi və batil məhv oldu. Həqiqətən də, batil məhv olasıdır. Haqq gəldi və batil bir daha geri dönüb başlamayacaq.» Bu zaman bütlər bir-bir üzü üstə yerə düşdülər.»(Nəsrud-Durər, c.1 , səh.183

     )

    1408. Huneyn döyüşü.
    4783. İmam Sadiq (ə): «Peyğəmbərin (s) Huneyn döyüşündəki qədər ağır günü olmayıb. Çünki ərəblər Həzrətə düşmən kəsilmişdilər.»(Tuhəful-Uqul, səh.286

     )

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1093 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024