İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    307 Ğuluv
    1428. Dində ifrata varmaqdan çəkinmək.
    Quran:
    «Ey Kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa, ancaq Allahın Peyğəmbəri, Onun tərəfindən bir söz idi...»(Nəhcül-Bəlağə, hikmət371.

     )

    Hədis:
    4856. Allahın Peyğəmbəri (s): «Məni öz haqqımdan (və həddimdən) yuxarı qaldırmayın. Allah-taala məni peyğəmbər etməzdən əvvəl (özünə) bəndə yaratmışdır.»(Nəhcül-Bəlağə, hikmət54

     )

    4857. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətimin onlara çatmayacağı iki dəstə var: dikbaş, zülmkar padşah və dində həddini aşaraq dindən çıxan və bu əməlinə görə tövbə etməyib ondan əl çəkməyən.»(Əmali-Mufid, səh.183 hədis 6

     )

    4858. Allahın Peyğəmbəri (s): «Ey Əli! Sənin bu ümmət arasında əhvalatın bir dəstənin onu sevməkdə həddini aşdıqları, digər dəstənin isə ona düşmən kəsilərkən düşmənçilikdə ifrata vardıqları Məryəm oğlu İsanın əhvalatına bənzəyir.» Sonra bu vəhy nazil oldu: «Məryəm oğlu İsanın məsəli çəkilincə, sənin qövmün sevincdən qəhqəhə çəkib güldü.»(əd-Durrətul-Bahirə, səh.41 
    əl-Kafi, c.2, səh.139, hədis 8 )

    4859. İmam Əli (ə): «Mənimlə əlaqədar iki nəfər məhvə uğradı: ifrata varan dost və kinli düşmən.»(Kənzul-Ummal, hədis7156 )
    4860. İmam Əli (ə): «İlahi! Məryəm oğlu İsa xaçpərəstlərdən bezdiyi kimi mən də öz haqqımda ifrata varanlardan bezmişəm. İlahi! Onları həmişəlik tənha və köməksiz qoy və onların heç birinə kömək yetirmə.»(Əmali-Səduq, səh.394, hədis 1 )
    4861. İmam Əli (ə): «Bizim haqqımızda həddinizi aşmaqdan çəkinin və bizləri (Allah tərəfindən) böyüdülmüş bəndələrdən sayın. Belə olduqda, bizim fəzilətimiz barədə nə istəsəniz deyin.»(Kəşful-Ğummə, c.3, səh.137 )
    4862. İmam Sadiq (ə): «Ayıq olun ki, həddini aşanlar gənclərinizi korlamasın. Çünki həddini aşanlar Allahın yaratdıqlarının ən pisidirlər. Allahın əzəmətini azaldır və Onun bəndələri üçün tanrılıq iddiası edirlər. Allaha and olsun ki, həddini aşanlar xaçpərəst, yəhudi, məcuslardan və müşriklərdən pisdirlər.» Həzrət sonra buyurdu: «Həddini aşan və ifrata varan bizim yanımıza qayıdacaq, ancaq biz onları qəbul etməyəcəyik. Öz hədlərindən aşağı olanlar bizə qoşulacaq və biz onları qəbul edəcəyik.» Ərz olundu: «Səbəbi nədir, yabnə Rəsulullah?» Buyurdu: «Çünki həddini aşan kimsə namazı, zəkatı, orucu və həcci tərk etməyə öyrəşib və heç vaxt öz adətlərindən əl çəkməyə, Allahın itaətinə üz tutmağa qadir olmayacaqdır. Ancaq həddindən az olanlar həqiqəti dərk etdikdə ibadət edəcək və Allaha tabe olacaq.»(Nəhcül-Bəlağə, hikmət 342.

     )

    4863. İmam Sadiq (ə): «Bir dəstə Əmirəl-möminin (ə) yanına gəlib ərz etdi: «Salam olsun sənə, ey bizim tanrımız.» Həzrət onlardan tövbə etmələrini (bu əqidələrindən əl çəkmələrini) istədi, ancaq onlar tövbə etmədilər. Sonra İmam çala qazıb orada tonqal qaladı və onun yanında başqa bir dərin çala qazıb onların arasını birləşdirdi. Həmin dəstə tövbə etmədikdə, Həzrət onları həmin dərin çalaya salıb, onlar ölənə qədər o biri çalaya od vurdu (ki, odun tüstüsü boğulsunlar.)»(Nəhcül-Bəlağə, hikmət38.

     )

    4864. Əbubəkr: «İmam Sadiqə (ə) ərz etdim: «Onlar (Əhli-Beytin əleyhdarları) bəzi sözlər danışırlar.» Buyurdu: «Nə deyirlər?» Ərz etdim: «Deyirlər ki, İmam yağışın damcılarının, ulduzların, ağaclardakı yarpaqların sayını, dənizdəkilərin çəkisini və yer üzündəki torpaqların sahəsini bilir.» Həzrət əlini göyə qaldırıb buyurdu: «Sübhanallah! Allaha and olsun ki, bunları Allahdan başqa heç kəs bilmir.»(əl-Kafi, c.2, səh.139, hədis 9

     )

    4865. İmam Rza (ə): «Ğuluv edənlər kafirdirlər. Təfvizə etiqadı olanlar isə müşrikdirlər.»(Tuhəful-Uqul, səh.318

     )

    4866. İmam Rza (ə): «Kim Əmirəl-möminini Allaha bəndəlik sərhədlərindən yüksəklərə qaldırsa, Allahın qəzəbinə tuş gələnlərdən və azğınlardan olar.»(Biharul-Ənvar, c.78, səh.9, hədis 65

     )

    308 Qüdrətli olmaq
    1429. Qüdrətli olmaq və itaətsizlik.
    Quran:
    «Xeyr, insan azğınlıq edər. Özünün dövlətli olduğunu gördüyü üçün.»(Biharul-Ənvar, c.78, səh. 8, hədis 64

     )

    4867. Allahın Peyğəmbəri (s): «Şeytan dedi: «Qüdrətli insanın mənimlə döyüşdə nicatı yoxdur və onu bu üç şeydən birinə giriftar edərəm: ya malı, sərvəti onun nəzərində böyüdərəm ki, nəticədə özünün vergi öhdəliklərini ödəməkdən imtina edər, ya onun istifadə yollarını onunçun asanlaşdıraram ki, nəticədə onları nahaq yerə xərcləyər, ya da malı, sərvəti ona sevdirərəm ki, nəticədə onu rəva görülməyən vasitələrlə əldə edər.»(Əmali-Tusi, səh.580, hədis 1198

     )

    4868. İmam Əli (ə): «İki sifət insan vücüdunun ən əsrarəngiz hallarındandır. Var-dövlətə çatsa, qüdrəti onu düşmənə çevirər və əgər ona müsibət üz versə, gücsüzlüyü onu rüsvay edər.»(Tuhəful-Uqul, səh. 287

     )

    4869. İmam Sadiq (ə): «Bir varlı kişi təzə və təmiz paltarlarından geyinib Allahın Peyğəmbərinin (s) yanına gəldi və Həzrətin yanında oturdu. Ondan sonra çirkli və nimdaş paltar geymiş bir dərviş gəlib həmin kişinin yanında əyləşdi. İmkanlı kişi öz paltarını onun dizinin altından çəkərək yığışdırdı. Allahın Peyğəmbəri (s) ona buyurdu: «Qorxdun ki, onun kasıblığından nəsə sənə çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Qorxdun ki, var-dövlətindən nəsə ona çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Qorxdun ki, paltarlarından nəsə ona çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Bəs niyə belə etdin?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! Mənim bir həmdəmim (şeytan) var və hər yaramaz əməli mənə gözəl, hər gözəl əməli nəzərimdə çirkin iş kimi göstərir. İndi malımın yarısını bu kişiyə bağışladım.» Allahın Peyğəmbəri (s) həmin kasıb kişiyə buyurdu: «Sən qəbul edirsən?» Ərz etdi: «Yox» Varlı ona dedi: «Nəyə görə?» Dedi: «Qorxuram sənin üzləşdiyin hallar mənə də yol tapsın.»(Səba, ayə37

     )

    1430.İmkanlılıq və günahlardan çəkinmək.
    Quran:
    «Məgər səni yoxsul gördükdə dövlətli etmədimi?!»(Təvsiri Əli ibn İbrahim, c.2, səh.203

     )

    Hədis:
    4870. Allahın Peyğəmbəri (s): «İmkanlı olmaq Allahdan çəkinmək üçün necə də gözəl dostdur.»(Nəhcül-Bəlağə, hikmət328.

     )

    4871. İmam Sadiq (ə): «Allahdan dünyanız üçün imkanlılıq və sağlamlıq, axirətiniz üçünsə bağışlanmaq və cənnəti diləyin.» (Kənzul-Ummal, hədis16840

     )

    1431. Qüdrətli olmağın mənası.
    4872. İmam Əli (ə): «Heç bir xəzinə qənaət qədər zəngin deyil.»(Ğurərul-Hikəm, hədis 10738

     )

    4873. İmam Əli (ə): «Heç bir xəzinə ağıl qədər deyil.»(Həcc, ayə 30

     )

    4874. İmam Sadiq (ə): «Camaatdan ümidini üz. Çünki bunun özü elə qüdrətli olmaqdır.»(Biharul-Ənvar, c.79, səh.250, hədis 2

     )

    4875. İmam Hadi (ə): «Qüdrətli olmaq odur ki, arzun az olsun və sənə kifayət edənə şad olasan. Yoxsulluq isə nəfsin doymaması və böyük ümidsizlikdir.»(Kənzul-Ummal, hədis40661

     )

    1432. Ən böyük qüdrət.
    4876. Allahın Peyğəmbəri (s): «Camaatın ən qüdrətlisi olmaq istəyən, öz əlində olandan Allahın əlində olana daha əmin olmalıdır.»(Mən la Yəhzuruhul Fəqih, c.4, səh.58, hədis 5092

     )

    4877. Allahın Peyğəmbəri (s): «Ehtiyac əlinizi camaata tərəf uzatmayın, hətta misvak suyu üçün olmuş olsa belə.»(Biharul-Ənvar, c.79, səh.247, hədis26

     )

    4878. Allahın Peyğəmbəri (s): «Ən yaxşı imkan nəfsin ehtiyacsız olma-sıdır.»(Biharul Ənvar, c.79, səh.252, hədis 6

     )

    4879. İmam Əli (ə): «Kim Allah tərəfindən qüdrətli olarsa, camaat ona möhtac olar.»(Biharul Ənvar, c.79, səh.241, hədis 7

     )

    4880. İmam Əli (ə): «Ən böyük imkanlılıq camaatın əlində olanlara göz dikməməkdir.»(Qəsəsul-Ənbiya, səh.308, hədis 408

     )

    4881. İmam Əli (ə): «Ən böyük imkanlılıq ağıldır, ən böyük kasıblıq isə ağılsızlıq.»(Nəhcül-Bəlağə, hikmət128.

     )

    4882. İmam Baqir və ya İmam Sadiq (ə): «Kim Allahın verdiyi ruziyə qane olarsa, insanların ən imkanlısı olar.»(əl-Kafi, c.1, səh.257, hədis4

     )

    4883. İmam Sadiq (ə): «Bu üç şey kimin ruzisi olarsa onu üç şeyə çatdırar və bu ən böyük imkandır: Ona əta edilənə qane olmaq, camaatda olanlardan ümidini üzmək və çox istəkləri (artıq istəməyi) tərk etmək.»(əl-Kafi, c.1, səh.256, hədis 1

     )

    4884. İmam Əli (ə): «İmkanlılığın açarı, yəqinlik hasil etməkdir.»(Hucərat, ayə12

     )

    4885. İmam Əli (ə): «Kim özünü çəkindirməzsə, imkanlı (adam) ol-maz.»(Tənbihul-Xəvatir, c.1, səh.115

     )

    4886. İmam Əli (ə): «Hər kim öz gününü axirətin qəm-qüssəsi ilə ba-şlayarsa, imkansız olsa da imkanlılaşar, kimsəsiz olsa da tənha qalmaz, eli-obası olmasa da qüdrətli olar.»(ət-Tərğib vət-Tərhib, c.3, səh.511, hədis 24

     )

    4887. İmam Baqir (ə): «Doğrudan da günahlardan çəkinənlər, elə qüdrətli olanlardır. Dünyanın azı onları ehtiyacsız etmişdir və buna görə də xərcləri yüngül və azdır.»(Nəhcül-Bəlağə, hikmət461

     )

    1434. İkiqat muzdu olan imkanlı şəxslər.
    Quran:
    «Sizi Bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşaqlarınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin, əməllərinə görə mükafatları ikiqat artıq olacaq və onlar otaqlarında əmin-amanlıq içində yaşayacaqlar.»(Tuhəful-Uqul, hədis 245

     )

    Hədis:
    4888. İmam Sadiq (ə) (Bir kişi, onun yanında imkanlı şəxslərdən söz açıb onların əleyhinə danışırdı):–«Sus! İmkanlı şəxs öz qohumlarının qeydinə qalsa və qardaşlarına yaxşılıq etsə, Allah-taala onun muzdunu ikiqat verər. Çünki Allah-taala buyurur: «Sizi Bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşaqlarınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin, əməllərinə görə mükafatları ikiqat artıq olacaq və onlar otaqlarında əmin-amanlıq içində yaşayacaqlar.»(Biharul-Ənvar, c.75, səh. 249, hədis 16

     )

    1435. Kasıbların aclığına görə varlıların məsuliyyəti.
    4889. İmam Əli (ə): «Allah-taala kasıbların yeməyini varlıların mal¬larında qərar vermişdir. Deməli, varlı adam onun haqqından bəhrələnməsə heç bir kasıb ac qalmaz. Allah bunun hesabını soracaqdır.»(Biharul-Ənvar, c.75, səh. 246, hədis 8

     )

    4890. Allahın Peyğəmbəri: «Həqiqətən, Allah varlıların var-dövlətində kasıblara (ehtiyaclılarına) kifayət edən əndazədə haqqı vacib buyurmuşdur. Əgər kasıblar ac, çılpaq və incidilmiş olsalar, bunun səbəbi imkanlıların onların haqqını verməməsidir. Allah-taalanın qiyamət günündə varlılardan hesab-kitab sormağa və bu işə görə onlara əzab verməyə haqqı vardır.»(əl-Kafi, c.2, səh. 357, hədis 1

     )

    4891. Allahın Peyğəmbəri: «Möhtac insanı öz haqqından məhrum edən varlının törətdiyi günahdan böyük günah yoxdur.»(Biharul-Ənvar, c.75, səh. 258, hədis53

     )

    309 Ğina (eyş-işrət məclislərinə xas tərzdə oxumaq)
    1436. Ğina.
    Quran:
    «Bütlərin murdarlığından uzaq durun və batil sözlərdən çəkinin.»(Camiul-Əxbar, səh. 412, hədis 1144

     )

    Hədis:
    4892. Allahın Peyğəmbəri (s): «Allah məni dünya əhlinə rəhmət olaraq göndərdi və mən simli alətləri, neyləri və cahiliyyət işlərini məhv (qadağan) edəcəyəm.»(Biharul-Ənvar, c.72, səh. 89, hədis 3

     )

    4893. Allahın Peyğəmbəri: «İki səs var ki, bunlar dünya və axirətdə lənətlənmişlər: xoşhal olduqda çalınan neyin və müsibət vaxtı vay-şivənin səsi.»(Kənzul-Ummal, hədis 8024

     )

    4894. İmam Sadiq (ə): «Ğina elə günahlardandır ki, Allah onunçün alovu vəd etmişdir. Allah-taala bu barədə buyurub: «Camaatın elələri var ki, boş sözləri (heç bir) elmsizi (camaatı) Allahın yolundan azdırmaq və Allah yolunu rişxənd etmək üçün satın alarlar. Onlara xaredici əzab veriləcəkdir.»(Yəni o qədər aciz və tənbəldir ki, su və çörək üçün köməyə ehtiyacı var. Səfərə çıxması üçün kimsə onu belində aparmalı və ya miniyinə minməlidir.

     )

    1437. Ğinanın mirası.
    4895. Allahın Peyğəmbəri (s): «Ğina ziyanın tilsimidir.»(Ət-Tərğib vət-Tərhib, c.3, səh. 506, hədis 13

     )

    4896. Allahın Peyğəmbəri (s): «Üç şey qəlbi sərtləşdirər: eyş-işrət məclislərinə xas musiqini eşitmək, ov və sultan sarayına gedib-gəlmək.»(əl-Kafi, c.2, səh. 358, hədis 6

     )

    4897. İmam Sadiq (ə): «Ğina özündən nifaq qoyub gedər.»(Biharul-Ənvar, c.75, səh. 261, hədis 64

     )

    310 Qeyb
    1438. Peyğəmbər, Allahın təlimi ilə qeybdən xəbər verdi.
    4898. İmam Sadiq (ə): «Təbuk döyüşündə Allahın Peyğəmbərinin (s) dəvəsi itir. Münafiqlər deyirlər: «Bizə qeybdən danışır, ancaq dəvəsinin yerini bilmir.» Cəbrayıl Peyğəmbərə (ə) nazil olub münafiqlərin dediklərini Həzrətə çatdırdı və dedi: «Dəvən filan dərədədir və cilovu iri bir ağaca ilişib.» Sonra Allahın Peyğəmbəri (s) camaatı namaza çağırdı. Camaat yığışdı. Həzrət buyurdu: «Ey camaat! Mənim dəvəm filan dərədədir.» Camaat həmin dərəyə doğru tələsdi və dəvəni tapdılar.»(Kənzul-Ummal, hədis 8074

     )

    1439. İmam və qeyb elmi.
    4899. «Nəhcül-Bəlağə»: «Əmirəl-mömininin (ə) (Kəlb qəbiləsindən olan) səhabələrindən biri Həzrətə ərz etdi: «Ya Əmirəl-möminin! Qeyb elmi sənə verilmişdir.» Həzrət güldü və buyurdu: «Ey Kəlb qəbiləsindən olan kişi! Bu qeyb elmi deyil, sahibindən elmi öyrənməyin təsiridir. Qeyb elmi qiyamət gününü bilmək elmidir. Allah-taala onları sayaraq buyurmuşdur: «Həqiqətən, qeyb elmi Allahın yanındadır. Yerə yağış göndərər və qadınların uşaqlıqlarında olanı bilər.» (Ğurərul-hikəm, hədis 1171

     )

    4900. İmam Sadiq (ə) («İmam qeybi bilirmi?» sualına cavabından):– «Yox. Ancaq, nəyisə bilmək istəyəndə, Allah həmin şeyi ona öyrədir.»(əl-İxtisas, səh. 225

     )

    4901. İmam Kazim (ə) («Siz qeybi bilirsinizmi?» deyə soruşan bir iranlı kişiyə verdiyi cavabdan):–«(İlahi) Elm bizim üçün açıq olduqda bilirik, üzümüzə bağlandıqda isə bilmirik.» Sonra buyurdu: «Elm, izzət və cəlallı Allahın sirridir və onu Cəbrayılla bölüşmüşdür. Cəbrayıl onu Məhəmmədlə (s), Məhəmməd isə istədiyi kimsə ilə bölüşdü.»(əl-Xisal, səh. 566, hədis 1

     )

    311 Qeybət
    1440. Qeybətdən çəkindirmək.
    Quran:
    «Bir-birinizin qeybətini qırmayın! Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.»(Əmali-Səduq, səh. 350

     )

    Hədis:
    4902. Allahın Peyğəmbəri (s): «Merac gecəsi öz üzlərini dırnaqları ilə cı¬ran bir dəstə camaat gördüm. Soruşdum: «Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi: «Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir.»(Mən La Yəhzuruhul Fəqih, c.4, , səh. 327, hədis 5762. )

    4903. Allahın Peyğəmbəri (s): «Qeybət etmək zinadan daha pisdir.» Ərz etdilər: «Necə?» Buyurdu: «Kişi zina edir, sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz.»(əl-Kafi, c.2, səh. 357, hədis 4 )

    4904. İmam Əli (ə): «Qeybət etmək aciz insanın işidir.»(Kənzul-Ummal, hədis 8037 )

    4905. İmam Hüseyn (ə) (Onun yanında bir kişinin qeybətini edən kimsəyə): «Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət cəhənnəm itlərinin yalıdır.»(Mən la Yəhzuruhul Fəqih, c.3, səh. 44, hədis 4541 )

    4906. İmam Sadiq (ə): «Qeybət etmə ki, səndən qeybət olunar. Qardaşın üçün quyu qazma ki, özün ona düşərsən. Çünki hansı əllə versən, həmin əllə də geri alarsan.»(Biharul-Ənvar, c.103, səh. 248, hədis 33

     )

    4907. İmam Sadiq (ə): «Bir kişi Əli ibn Hüseynə (ə) ərz etdi: «Filankəs sizin haqda deyir ki, yolunu azmış və bidətçi birisiniz.» Əli ibn Hüseyn ona buyurdu: «Həmin kişi ilə yoldaşlığın haqqını gözləməmisən. Çünki onun sözünü bizə çatdırmısan. Bizim haqqımızı da gözləməmisən. Çünki qardaşımın mənim bilmədiyim sözlərini mənə çatdırdın!....Qeybət etməkdən çəkin. Çünki o, cəhənnəm itlərinin yalıdır. Bil ki, kimsə camaatın çox eybini tutursa, bu çox eyb tutmağın özü, eybləri özündə olduğu qədər axtardığını göstərir (onun camaatdan eyb tutması göstərir ki, həmin eyblər onun özündə də vardır).»(Kənzul-Ummal, hədis 7072

     )

    1441. Qeybət və din.
    4908. Allahın Peyğəmbəri (s): «Qeybət etmək, insanın dininə (məhv ol¬ma¬sına) xora xəstəliyinin onun daxilinə təsirindən daha tez təsir gös¬tərər.»(Mən a Yəhzuruhul Fəqih, c.3, səh. 444, hədis 4542

     )

    4909. Allahın Peyğəmbəri (s): «Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, Allah, qeybəti edilən onu bağışlamasa, qırx gün qırx gecə onun namaz və orucunu qəbul etməz.» (Nəhcül-Bəlağə, hikmət 47.

     )

    4910. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bir kişini gətirib Allahın dər¬gahında saxlayar və əməl dəftərini ona verərlər. Onda özünün xeyir əməl¬lərini görməz və ərz edər: «İlahi, bu mənim əməl dəftərim deyil. Çünki mən onda öz itaətimdən heç nə görmürəm.» Ona deyərlər: «Sənin Allahın nə xəta edər, nə də unudar. Sənin əməlin camaatın qeybətini etdiyinə görə ba¬da getmişdir.» Sonra başqa kişini gətirərək əməl dəftərini verərlər. Orada özü¬nün itaətlərinə aid çoxlu yazıları görər. Ərz edər: «İlahi! Bu mənim əməl dəf¬tərim deyil! Çünki mən bu ibadətləri etməmişəm! Ona deyərlər: «Fi¬lankəs sənin qeybətini etdi və mən onun yaxşı əməllərini sənə verdim.»(Nəhcül-Bəlağə, hikmət 305. )

    1442. Qeybətin mənası.
    4911. Allahın Peyğəmbəri (s) (Əbuzərə xitabən): «Ey Əbuzər! Qeybət et¬məkdən çəkin. Çünki qeybət zinadan daha pisdir...» Əbuzər deyir: «Ərz et¬dim ki, ey Allahın Peyğəmbəri. Qeybət nədir?» Buyurdu: «Qeybət budur ki, qardaşından onun xoşlamadığı bir söz deyəsən.» Ərz etdim: «Ey Al¬la¬hın Peyğəmbəri! Özünün yanında onun haqda danışığa necə?» Buyurdu: «Əgər onda olan şeydən danışarsansa qeybətini etmisən, onda olmayandan danışsan, ona böhtan atmısan.»(əl-Məhasin, c.1, səh. 204, hədis 355 )

    4912. Allahın Peyğəmbəri (s): «Qeybət odur ki, qardaşın haqda onun xoşuna gəlməyən şeyi danışasan.»(əl-Kafi, c.5, səh. 353, hədis 1 )

    4913. Əmru ibn Şüəyb (Atasının babasına istinadən sözlərindən): «Onlar Pey¬ğəmbərin yanında bir kişidən söz açıb dedilər: «Gərək xörəyini də ağ¬zı¬na qoysunlar,dəvəsinin də yəhərini onun yerinə bağlasınlar.»(Kənzul-Ummal, hədis 7067 )Pey¬ğəmbər (s) buyurdu: «Qeybətini etdiniz.» Ərz etdilər: «Ey Allahın Peyğəmbəri. Biz elə şeylər (eyblərindən) dedik ki, onda var.» Peyğəmbər (s) buyurdu: (Qey¬bət üçün elə) Qardaşın haqda onda olanlardan deməyin kifa¬yət edər.»(Biharul-Ənvar, c. 77, səh. 214, hədis 1 )

    4914. İmam Kazim (ə): «Kim başqasının dalınca onda olan və camaatın da bildiyi şeyləri danışarsa, qeybətini etməmişdir. Ancaq kimsə başqasının da¬¬lınca onda olanvə camaatın bilmədiyini danışarsa,qeybətini etmiş¬dir.»(Nəhcül-Bəlağə, hikmət 124 )

    1443. Qeybəti rəva olanlar.
    4915. Allahın Peyğəmbəri (s): «Dörd nəfər var ki, onların qeybətini etmək qeybət deyil: öz pozğunluğunu aşkar edən pozğun, yaxşılıq etdikdə təşəkkür bildirməyən, pislik etsən bağışlamayan yalan danışan rəhbər, gülmək və zarafat üçün ana söyüşü söyənlər, müsəlmanlardan ayrılıb mənim ümmətimə eyb tutan və onların üstünə qılınc çəkənlər.»(əl-Kafi, c.5, səh.505, hədis 4

     )

    4916. Allahın Peyğəmbəri (s): «Nə vaxta qədər günah əməl sahibinin adını deməyə çəkinəcəksiniz? Camaat onlardan çəkinənə qədər belələrini rüsvay edin.»(əl-Kafi, c.5, səh.557, hədis 1 )

    1444.Qeybətə qulaq asmaq.
    4917. İmam Əli (ə): «Qeybətə qulaq asan, qeybət edən kimidir.»(Ənkəbut, ayə 2 )

    4918. Allahın Peyğəmbəri (s) (Bir nəfərin, övladı Həsənin (ə) yanında qeybət etdiyi gördükdə): «Övladım! Öz qulağını belə şəxslərdən uzaq tut. Çünki o, öz qabında (vücudunda) olan ən murdar və çürük şeylərə baxıb onları sənin qabına boşaltmışdır.»(Tövbə, ayə126

     )

    4919. İmam Səccad (ə): «Qulağın haqqı budur ki, onu qeybəti eşitməkdən və eşitməyi rəva olmayan hər bir şeydən uzaq saxlayasan.»(Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.

     )

    1445. Qeybəti rədd etməyin savabı.
    4920. Allahın Peyğəmbəri (s): «Kim bir məclisdə qardaşından qeybət etdiyini eşidərsə və onu dəf edərsə, Allah dünya və axirətdə min pislik qapısını ondan dəf edər.»(əl-Kafi, c.1, səh. 380, hədis 4

     )

    4921. Allahın Peyğəmbəri (s): «Kiminsə yanında müsəlman qardaşının qeybətini etsələr və o, kömək edə bilsə də ona (müdafiəsinə) yardım etməsə, Allah onu dünya və axirətdə kimsəsiz qoyar.»(Ənfal, ayə 28

     )

    1446. Qeybət etməyin kəffarəsi.
    4922. Allahın Peyğəmbəri (s)(«Qeybətin kəffarəsi nədir?» sualına cavabından): «Kəffarəsi budur ki, hər dəfə qeybətini etdiyin kimsə yadına düşəndə, Allahdan onun bağışlanmasını diləyəsən?(Kənzul-Ummal, hədis 44129

     )

    4923. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə qardaşının qeybətini edərsə, Allahdan özünün bağışlanmasını diləsin. Çünki bu onun günahlarının kəffarəsidir.»(ət-Tərğib vət-Tərhib, c.4, səh. 184, hədis 74

     )

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1184 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024