İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    319 Vacib əməllər
    1462. Vacib əməllərin yerinə yetirilməsinə təşviq.
    4991. Allahın Peyğəmbəri (s): «Allahın vacib buyurduğu əməllərə riayət et ki, ən təqvalı insanlardan olasan.»(Ğurərul-hikəm, hədis 9684)

    4992. İmam Əli (ə): «Vacib əməllər! Fərizələr! Onları Allaha qaytarın ki, sizi cənnətə çatdırsın.»(Biharul-Ənvar, c. 77,səh. 419, hədis 40)

    4993. İmam Əli (ə): «Allahın sizlərə vacib buyurduğunu səylərinizin məqsədinə çevirin və sizdən istədiyi haqqını əda etmək üçün Ondan kömək və uğur diləyin.»(Əs-Səhifətus-Səccadiyyə, səh.51, dua 11)

    4994. İmam Əli (ə): «Öz nəfsini yumşaqlıqla ibadətə vadar və onunla mülayimliklə rəftar et. Sənə edilməsi vacib buyurulan əməllərdən başqa, onunla güclə danışma və sakit, şad olan vaxtı ibadət et. Belə hallarda onları yerinə yetirməli və vaxtında əda etməlisən.»(əs-Səhifətus-Səccadiyyə, səh. 81, dua 20)

    4995. İmam Əli (ə): «Vacib əməlləri yerinə yetirmək kimi ibadət yoxdur.»(əs-Səhifətus-Səccadiyyə, səh.87, dua 20.)

    4996. İmam Əli (ə): «Əgər müstəhəbləri yerinə yetirməyə görə vacib əməllərdən qalırsansa, qazandığın fəzilət heç vaxt zay etdiyin vacib əməllə (onun günahı ilə) bir olmaz.»(əs-Səhifətus-Səccadiyyə, səh. 200, dua 47 )

    4997. İmam Həsən (ə): «Allah sizə ehtiyacı olduğuna görə deyil, Öz kərəm və rəhmətinə görə vacib əməlləri sizlərə vacib buyurdu. Bu, tək olan Allahın sizə rəhmət və mərhəmətindəndr. Ondan ötrü ki, təmizi çirkindən ayırsın, sinələrinizdə olanları sınasın, qəlbinizdəkiləri isə xalisləşdirsin.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh.169, hədis 635 )

    4998. İmam Səccad (ə): «Allahın vacib buyurduğunu yerinə yetirən hər bir şəxs insanların ən yaxşılarındandır.»(Rum, ayə 41 )

    4999. İmam Sadiq (ə): «Böyük Allah buyurmuşdur: Bəndəm ona vacib buyurduğum şey qədər özünü mənə sevdirməmişdir.»(Biharul-Ənvar, c. 100, səh. 74, hədis15 )

    1463. Pak olan Allahın insanlara vacib buyurduqları.
    5000. İmam Əli (ə): «Böyük Allah ədalətli (haqq olan) rəhbərlərə vacib bu¬yur¬muşdur ki, özünü kasıb camaatla eyniləşdirsin və yoxsul öz kasıb¬lı¬ğından qeyzlənməsin.»(Əmali –Mufid, səh. 235, hədis 5)

    5001. İmam Əli (ə): «Pak Allah kasıbların yeməyini imkanlıların var-dövlətində vacib buyurmuşdur. Buna görə də imkanlı insan onun haqqına sahib çıxmasa, heç bir kasıb ac qalmaz.»(Biharul – Ənvar c.77, səh. 258, hədis 1)

    5002. İmam Əli (ə): «Allah, imanı şirkdən təmizlənmək üçün, namazı təkəbbür və lovğalıqdan uzaqlaşmaq və zəkatı (ehtiyacı olanlara) ruzi səbəbi olmaqdan ötrü vacib buyurdu.»(Maidə, ayə 33)

    5003. İmam Əli (ə): «Allah sənin bədəninin hər bir əzası üçün vacib olan əməllər buyurmuşdur ki, qiyamət günündə onların vasitəsilə sənə qarşı şəhadət veriləcək.»(Nəml, ayə 34

     )

    1464. Vacib əməllərin cəmi.
    5004. İmam Əli (ə): «Allahın camaat üçün təyin etdiyi vacib əməllərin hüdud və sərhədləri ən böyük vacib əməllərdən olan beş vəzifədir: namaz, zəkat, həcc, oruc və digər dörd vacib əməlin qoruyucusu olan imamət.»(Bəqərə, ayə 11 )

    320 Asudəlik
    1365. Asudəlik.
    Quran:
    «Elə ki asudə oldun, ibadətə çalış. Həvəslə Allahına tərəf üz tut.»(Şuəra, ayə 151-152)

    Hədis:
    5005. Allahın Peyğəmbəri (s): «Qiyamət günü ən ağır sorğu- sual, işlərini başqaları (nökər, xidmətçi və s) görən, özü isə başçılıq edən kimsə ilə olacaqdır. İş görmək zəhmət və əziyyət olsa da işsiz dayanmaq fəsad və pozğunluğa səbəb olar.»(əl-Xisal, səh. 37, hədis 12 )

    5006. Allahın Peyğəmbəri (s): «Allah nə dünya, nə də axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər.»(əl-Kafi, c. 8, səh. 24, hədis 4)

    5007. Allahın Peyğəmbəri (s): «İki şey var ki, camaatın çoxunda fitnəyə (sınaq və ya fəsad) səbəb olar: sağlamlıq və asudəlik.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 167, hədis 3625)

    5008. İmam Əli (ə): «Nəfsin istəkləri asudəlikdən baş qaldırar.»(Nurus-Səqəleyn, c. 1, səh. 253, hədis1007 )

    5009. İmam Əli (ə): «Bil ki, dünya sınaq və çətinlik sarayıdır. Bu sarayda insanın elə asudə və bekar bir saatı yoxdur ki, qiyamət günündə onda həsrət yaratmasın.»(Nəhcül-Bəlağə, xütbə 178 )

    5010. İmam Əli (ə): «Necə də xoşdur ki, insanın özü ilə elə saatları, elə anları olsun ki, heç bir çəkindirən onu həmin anlardan saxlamasın.»(Bəqərə, ayə 251 )

    5011. İmam Əli (ə): «Əgər iş görmək zəhmət və əziyyətdirsə, daima işsiz qalmaq da fəsada və pozğunluğa gətirib çıxarar.»(əl-Kafi, c. 2, səh. 451, hədis 1 )

    5012. İmam Səccad (ə) (duada): «(İlahi!) Qəlblərimizi Səni xatırlamaqla hər bir yad etməkdən, dillərimizi Öz şükrünlə hər bir şükürdən, bədənlərimizi Özünə itaətlə hər bir başqa itaətdən qoru. Əgər bir işdə bizimçün işdən asudəlik müəyyən etmisənsə, onu sağlam asudəlikdən et ki, ondan bizə heç bir günah çatmasın. Bizdə məyusluq yaratmasın ki, pis əməlləri yazan mələklər günahların olmadığı boş əməl dəftəri ilə qayıtsınlar. Xeyir yazanlar bizə yazılan xeyir əməllərdən şad geri dönsünlər.»(Ğurərul-hikəm, hədis 1925)

    5013. İmam Səccad (ə) (Məkarimul Əxlaq duasında): «İlahi! Məhəmməd və Onun ailəsinə salam göndər və məni məşğul edib (ibadət və bəndəliyindən) saxlayan işlərdən məni ehtiyacsız et. Məni sabah (qiyamətdə) barəsində sorğu-sual edəcəyin bir işə vadar et. Günlərimi naminə yaradıldığım məqsədin yolunda asudə et.»(Ğurərul-hikəm, hədis 6559)
    5014. İmam Səccad (ə) (həmin duada): «İbadətdə keçən sağlamlıq və səhhəti, iffətlə müşayət olunan asudəliyi mənə ruzi buyur.»(Nəhcül-Bəlağə, xütbə 193)

    5015. İmam Səccad (ə) (Ərəfə gününün duasında): «(İlahi) Güc və qüdrətindən olan güclə, qüdrətlə Sənin sevdiyin şeyləri yerinə yetirmək üçün asudəçiliyin və Sənə yaxınlaşmağa səbəb olanların naminə çalışmağın dadını mənə dadızdır. Mənə tərəf ərməğanlarından bir ərməğan göndər, ticarətimi xeyirli, dönüşümü ziyansız et. Məni Öz məqamından qorxut və Səninlə görüşə müştaq et.»(Ğurərul-hikəm, hədis 5139)

    5016. İmam Kazim (ə): «Böyük Allah çox yatan bəndəyə nifrət edir. Allah bekar bəndəyə nifrət edir.»(Ğurərul-Hikəm, hədis 8905)

    321 Fəsad
    1466. Kütləni fəsada çəkən şeylər.
    1. Günah.
    Quran:
    «İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah etdikləri əməllərin bəzisinin cəzasını onlara dadızdırsın. Bəlkə onlar bununla qayıtsınlar.»(Ğurərul-Hikəm, hədis 7179 )

    Hədis:
    5017. Allahın Peyğəmbəri (s): «Bəndə gizlində günah etdikdə o günah yalnız öz sahibinə zərər vurar. Aşkarda günah etdikdə isə camaat onu çəkindirməzsə, bu zaman camaatın hamısına zərər vurar.»(əl-Kafi, c. 2, səh. 107, hədis 4)

    2. İxtilaf.
    5018. İmam Əli (ə): «Allaha and olsun! Haqqı batillərinə üstün gələnlərindən savayı, heç bir ümmət öz peyğəmbərindən sonra ixtilafa düşməyib. Allahın ixtilafa düşmələrini istəmədiyi ümmətlər istisna-dır.»(Kəşful-Ğummə, c. 3, səh. 138)

    3. Haqdan məhrum olmaq.
    5019. Allahın Peyğəmbəri (s): «Acizin haqqını qorxmadan, titrəmədən qüdrətli şəxsdən almayan ümmət heç vaxt pak (xoşbəxt) olmaz.»(Ğurərul-hikəm, hədis 805 )

    1467. Fəsad törədənlər kimlərdir.
    Quran:
    «Allaha və peyğəmbərə qarşı vuruşanların, yer üzündə fətnə-fəsad salmağa çalışanların cəzası öldürülməkdən başqa bir şey deyildir.»(Ğurərul-hikəm, hədis 4899 )

    «(Səba mələyi) Dedi: «Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabalığa çevirər, əzizlərini də zəlil edərlər. Onların üslubu məhz belədir»(Ğurərul-hikəm, hədis 10625 )

    «Onlara «yer üzündə fəsad törətməyin» dedikdə, «biz yalnız islah edənik» deyərlər.»(Ğurərul-hikəm, hədis 5237 ) İsrafçıların (və həddi aşanların) əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər.»(Ğurərul-hikəm, hədis 6379)

    Hədis:
    5020. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin içərisində iki dəstə vardır. Əgər onlar düzəlsə, ümmətim düzələr, onlar korlansa ümmətim də korlanar.» Dedilər: «Ey Allahın Rəsulu! O hansı iki dəstədir?» Buyurdu: «Fəqihlər və hökmdarlar.»(Tənbihul-xəvatir, c. 1, səh. 100  )

    5021. İmam Əli (ə): «Yol azuqəsini zay etmək fəsad törədən (və israf yaradan) hallardandır.»(Əlamud-din, səh. 337, hədis 15)

    5022. İmam Rza (ə): «Fəsad (və israf) hallarından biri də dirhəm və dinarı (başqa məqsədlə istifadə üçün sikkə pulu) sındırmaq və meyvə çərdəyini kənara atmaqdır.» (Nəhcül-Bəlağə, xütbə 164 )

    1468. Fəsad və puçluğun qarşısını alan şeylər.
    5023. Allahın Peyğəmbəri (s): «Allaha ruku edən bəndələr, südəmər körpələr, otlayan heyvanlar olmasaydı, mütləq onların başına ağır əzab endirərdim.»(Nəhcül-Bəlağə, xütbə 125)

    5024. İmam Əli (ə): «İnsanlar qəzəb və bəlalar nazil olanda, nemətlər əllərindən çıxanda doğru niyyətlərlə, müştaq qəlblərlə Allaha pənah aparsalar, heç şübhəsiz, (Allah) əllərindən çıxan hər bir şeyi geri qaytarar. Onlar üçün hər bir fəsadı islah edər.»(əl-Kafi, c. 2, səh. 307, hədis 4)

    5025. İmam Sadiq (ə): «Allah-taala bizim namaz qılan şiələrimizin varlığının bərəkətindən, əzabı namaz qılmayan şiələrimizdən uzaqlaşdırar. Əgər onların hamısı namaz qılmağı tərk etsəydilər, mütləq məhv olardılar. Allah-taala bizim zəkat verən şiələrimizin bərəkətindən (əzabı) zəkat verməyən şiələrimizdən uzaqlaşdırar... Allah-taalanın «Allah insanların bir qismini, digər qismi ilə dəf etsəməydi, mütləq yer üzü fitnə-fəsada uğrayardı.»(Kənzul-Ummal, hədis 1668 )kəlamının mənası da məhz budur.»(Cameul Əxbar, səh. 300, hədis 817 )

    322 Fəzilət
    1469. Fəzilətlər.
    5026. İmam Əli (ə): «Üstünlük mal-dövlətin çoxluğu, işlərin (və əsil-nəcabətlərin) böyüklüyü ilə deyil, gözəl kamal və yüksək əxlaqla ölçülür.»(Əvalil lali, c. 1, səh. 40, hədis 41)

    5027. İmam Əli (ə): «Rəhbərlərin üstünlük dərəcələri, onların ibadətinin gözəlliyi ilə ölçülər.»(Cameul Əxbar, səh. 299, hədis 816)

    5028. İmam Əli (ə): «Təqvalılar dünyada fəzilət sahibləridir. Onların danışıqları doğru, geyimləri orta səviyyəlidir.»(Nəhcül-Bəlağə, hikmət 163 )

    5029. İmam Əli (ə): «Özünü pisliklə cəzalandırmaqdan üstün bilən kəs bütün fəzilətləri kəsb etmişdir.»(Nəhcül-Bəlağə, hikmət 3 )

    5030. İmam Əli (ə): «Pislik edənə yaxşılıq edən kəs, şübhəsiz ki, bütün fəzilətləri öz ixtiyarına almışdır.»(Cameul Əxbar, səh. 300, hədis 818 )

    5031. İmam Əli (ə): «Qüdrətli olduqda güzəşt edən, çətinlik və kasıblıq vaxtı əliaçıq, yoxsulluq vaxtı fədakar ol ki, fəzilət və üstünlüyün kamil həddə yetişsin.»(Nəhcül-Bəlağə, hikmət 319. )

    5032. İmam Səccad (ə): «Qiyamət günü Allah-taala əvvəldən axıradək bütün insanları bir səhraya yığdıqda, carçı car çəkər: «Haradadır fəzilət əhli?» Bundan sonra bir dəstə adam ayağa qalxar. Mələklər onları qarşılamağa gedər və soruşarlar: «Sizin fəzilətiniz nə idi?» Deyərlər: «Bizimlə əlaqələrini kəsən şəxslə əlaqə yaradardıq, bizi məhrum edən şəxsə bəxşiş edərdik, bizə zülm edən kəsə güzəşt edərdik.» Onlara deyilər: «Doğru deyirsiniz. Cənnətə daxil olun.»(Nəhcül-Bəlağə, hikmət 56. )

    5033. İmam Cavad (ə): «Fəzilətlər dörd cürdür. Birincisi hikmətdir, hikmətin də canı düşünməkdir. İkincisi iffətdir, iffətin də canı şəhvətdir. Üçüncüsü qüdrətdir, onun da canı qəzəbdir. Dördüncüsü ədalətdir. Onun möhkəmliyi nəfsanı qüvvələri tənzimləməkdədir.»(Biharul-Ənvar, c. 72, səh. 55, hədis 85 )

    1470.Ən üsün fəzilətlər
    5034. İmam Əli (ə): «İnsaflı olmaq fəzilətlərin ən üstünüdür.(əl-Firdous, c. 3, səh. 157, hədis 4424 )

    5035. İmam Əli (ə): «Dili qorumaq və bəxşişlə yaxşılıq etmək insanın ən üstün fəzilətlərindəndir.»(Kənzul-Ummal , hədis 16669 )

    5036. İmam Əli (ə): «Heç bir fəzilət yaxşılıq etməkdən daha üstün de-yildir.»(əl-Kafi, c. 2, səh. 265, hədis 22 )

    5037. İmam Əli (ə): «Qəzəbə hakim olmaq və şəhvəti öldürmək fəzilətlərin başında gəlir.»(əl-Kafi, c. 2, səh. 260, hədis 2 )

    5038. İmam Əli (ə): «Fəzilətlərin zirvəsi elmdir.»(Kənzul-Ummal, hədis 44144 )

    1471.Ən üstün insanlar.
    5039. Allahın Peyğəmbəri (s): «Sizin Allah yanında ən yüksək məqam sahibi olanınız, daha uzun müddət aclıq çəkən və düşüncələrə dalanınızdır. Allah yanında ən mənfurunuzsa, çox yatağan, qarınqulu və çox içəninizdir.»(Biharul-Ənvar, c.72, səh. 56, hədis 86)

    5040. Allahın Peyğəmbəri (s): «Ey camaat! Həqiqətən, insanların ən üstünü odur ki, yüksək məqamına baxmayaraq təvazökarlıq etsin, qüdrətinə rəğmən dünyaya zahid olsun, dövlətli olsa da xərclərində insaflı olsun, güclü olduğu qədər də insaflı olsun. Bilin ki, ən üstün insanlar, dünyadan ona kifayət edən qədər götürən, onda iffətli və izzətli ömür sürən, səfərə (axirətə) azuqə yığan və getməyə hazırlaşan bəndələrdir.»(Ğurərul-hikəm, hədis 5904 )

    5041. İmam Əli (ə): «Allahın yanında Onun ən üstün bəndələri yol gös-tərən və yol tapmış ədalətli rəhbərdir. Beləsi tanınan sünnəni dirçəldər, tanınmamış bidəti öldürər.»(əl-Kafi, c. 2, səh. 263, hədis 12 )

    5042. İmam Əli (ə): «Həqiqətən, Allah yanında ən üstün insan, haqq ona kədər və çatışmazlıq, batil isə xeyir və artım gətirsə də, haqqa əməl etməyi batilə əməl etməkdən çox istəyəndir.»(Biharul-Ənvar, c. 72, səh. 31, hədis 2 )

    323 Yoxsulluq
    1472. Yoxsulluğun pislənilməsi.
    5043. Allahın Peyğəmbəri (s): «Yoxsulluq küfrə gedib çıxmağa yaxın-dır.»(Fatir, ayə15)

    5044. Allahın Peyğəmbəri (s): «İlahi! Mən, küfrdən və yoxsulluqdan Sənə pənah aparıram.» Bir kişi dedi: «Bu ikisi eynidirmi?» Buyurdu: «Bəli.»(Tövbə, ayə 60 )

    5045. Allahın Peyğəmbəri (s): «Əgər Allahımın rəhməti mənim ümmətimin yoxsullarının üstündə olmasaydı, yoxsulluğun küfrə keçməsinə az qalardı.»(Qəsəs, ayə 24)

    5046. Allahın Peyğəmbəri (s): «Kasıbçılıq hər iki dünyada üz qaralığıdır (səbəbkarıdır).»(Mofrədatu Əlfazul Quran, səh. 461 )

    5047. Allahın Peyğəmbəri (s): «Yoxsulluq öldürülməkdən daha pis və daha ağırdır.»(Biharul-Ənvar, c. 95, səh. 462 )

    5048. İmam Əli (ə): «Yoxsulluq böyük ölümdür.»(Biharul-Ənvar, c. 77, səh. 150, hədis 86 )

    5049. İmam Əli (ə): «Yoxsulluq zirək adamın ağzını da öz dəlilini demək üçün yumur. Kasıb insan, öz şəhərində də qəribdir.»(Biharul-Ənvar, c. 72, səh. 56, hədis 86  )
    5050. İmam Əli (ə) (Öz övladı Həsənə (ə): «Öz gündəlik çörəyi üçün çalı¬şanı danlama. Çünki özünü saxlamağa qüdrəti olmayanın xətası çox olar. Övladım! Yoxsul insan həqirdir. Sözünü sayan yoxdur, yeri və mə¬qa¬mı¬nı isə tanıyan. Yoxsula, düzdanışan da olsa yalançı deyərlər. Zahid və tər¬kidünya olsa, nadan adlandırarlar. Övladım, yoxsulluğa giriftar olan, dörd xislətə mübtəla olar: Allaha yəqinlikdə süstlük, ağlın azalması, dinində köv¬rəklik, üzündə abır-həyanın azlığı. Belə isə Allaha yoxsulluqdan pənah aparıram.»(Nəhcül-Bəlağə, hikmət 54 )

    5051. İmam Əli (ə) (övladı Məhəmməd ibn Hənəfiyyəyə): «Övladım! Mən səninçün yoxsulluq və imkansızlıqdan qorxuram. Onlardan Allaha pənah apar. Çünki yoxsulluq dinin azalmasına, ağlın məyusluğuna, kin və düşmənçiliyə səbəb olar.»(Nəhcül-Bəlağə, hikmət 38 )

    5052. İmam Əli (ə): «Yoxsul öz doğulduğu yerdə belə qəribdir.»(Biharul-Ənvar, c. 77, səh. 377, hədis 1 )

    1473. Yoxsulluğun təqdir olunması.
    5053. Allahın Peyğəmbəri (s): «Yoxsulluq mənim fəxrimdir və onunla iftixar edirəm.»(Ğurərul-hikəm, hədis 6547)

    5054. Allahın Peyğəmbəri (s): «Yoxsullar Allahın dostlarıdır.»(Nəhcül-Bəlağə, hikmət 452.)

    5055. Allahın Peyğəmbəri (s): «İlahi! Məni möhtac saxla, möhtac öldür və möhtacların sırasında qəbirdən qaldır.»(Tuhəful-uqul, səh. 216)

    5056. İmam Əli (ə): «Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha çox yaraşandır.»(Tuhəful-uqul, səh. 225 )

    5057. İmam Sadiq (ə): «Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir və yoxsulluq Allahın xəzinəsində saxlanılır (və onu hər kəsə vermir).»(Biharul-Ənvar, c. 78, səh. 368, hədis 3 )

    1473. Yoxsulluğun varlılıqdan üstünlüyünə dair hədislər.
    5058. Allahın Peyğəmbəri (s): «Yoxsulluq rahatlıqdır, imkanlılıq isə çətinlik.»(Məanil Əxbar, səh. 165, hədis 1)

    5059. Allahın Peyğəmbəri (s): «(Yoxsulların) haqqını və payını ödəyən və ya çətinlikdə başqalarına kömək edəndən başqa, (bütün hallarda) yoxsul olmaq imkanlı olmaqdan daha yaxşıdır.»(əl-Xəraic vəl-Cəraih, c. 2, səh. 739, hədis 54

     )

    5060. İmam Əli (ə): «Yoxsulluğun ziyanı imkanlılığın məstliyindən (baş gicəllənməsindən) bəyəniləndir.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 166, hədis 361 )

    5061. İmam Sadiq (ə): «Böyük Allahın Musaya (ə) münacatında deyilir: «Ey Musa! Nə vaxt yoxsulluğun sənə üz tutduğunu görsən, ona «ey əməli salehlərin geyimi, xoş gəlmisən!», sərvətin sənə üz tutduğunu gördükdə isə «bu cəzası mənə tərəf tələsən günahdır (günaha görədir)» de.»(əl-Kafi, c. 2, səh. 266, hədis 2)

    Məclisi (rizvanullah əleyh) bu haqda buyurur: «Bu barədə olan hədis və xə¬bərlərdən çıxan ümumi nəticə bundan ibarətdir ki, yoxsulluq və var-döv¬lə¬tin hər biri öz növbəsində bir ilahi nemətdir. Allah-taala insanların ka¬mil¬ləş¬məsinə uyğun olaraq, onlara bu iki nemətdən birini verir. Bəndə isə, yox¬sul, imkansız olan vaxtı dözümlü olmağa və hətta şükr etməyə borcludur. Al¬lah ona mal və sərvət də versə şükr etməli və onun tələbinə uyğun hərəkət et¬məlidir. Əlbəttə, çox vaxtı dözümlü yoxsulun savabı şükr edən imkanlının sa¬vabından çox olur. Ancaq onların məqamı bir-birindən fərqlənir və hər iki tərəf barədə ümumi hökm vermək olmaz. Aydındır ki, çatacaq qədər ru¬zi¬yə kifayətlənmək hər iki tərəfdən- yəni yoxsul və varlıdan– daha sağlam, da¬ha az təhlükəlidir. Buna görə də, duaların çoxunda çatacaq qədər ruzi
    istənilmişdir. Peyğəmbər (s) bunu ailəsi üçün diləmişdir.»(Biharul-Ənvar, c. 72, səh. 44, hədis 52

     )

    Rağib «Mofrədat» kitabında yazır: «Fəqirlik dörd mənada işlənir.
    Birincisi, «zəruri ehtiyacın olması». Bu mənada insanlara, bütün varlıqlara dünyada mövcud olduqları müddətdə şamil olunur. «Ey camaat! Siz Allaha möhtacsınız. Heç nəyə möhtac olmayan Allah tərifə layiqdir» ayəsi, eləcə də, insan barədə olan «Biz onları xörək yeməyən cəsəd etmədik» ayəsi də bu mənada işlənmişdir.(əl-Xisal, səh. 614, hədis 10

     )

    İkinci: «kasıblıq». Bu ayələrdə yoxsulluq aşağıdakı mənada işlənmişdir: «(Bu sədəqələr) Allah yolunda calışan və yer üzündə (yaşayış ehtiyacını ödəmək üçün) hərəkət edə bilməyən yoxsullar üçündür. Onlar özlərini o qədər saxlayırlar ki, xəbərsiz insan onları dövlətli sayar.» və «Sədəqələr, əslində möhtaclar və ehtiyacı olanlar üçündür.»(Əmali-Səduq, səh. 359, hədis 5

     )

    Üçüncü: «nəfsin yoxsulluğu». Bu hərislik və acgözlükdən ibarətdir. Həzrəti Peyğəmbərin «yoxsulluq küfrə gedib çıxmağa yaxındır.» hədisinin mənası da budur. Bunun müqabilində isə «imkanlılıq nəfsin zənginliyidir» hədisi dayanır. «Kim qənaət etməsə, mal-dövləti onu imkanlı və ehtiyacsız etməz.» cümləsində də məqsəd həmin imkanlılıqdır.
    Dördüncü: «Allaha olan ehtiyac və yoxsulluq.» Həzrəti Peyğəmbərin «İlahi, Özünə möhtac etməklə məni ehtiyacsız et və Sənə ehtiyacsız etməklə məni möhtac qoyma» hədisi də həmin mənaya toxunur. Eləcə də, «İlahi! Sənin mənə nazil etdiyin xeyrə və yaxşılığa möhtacam» ayəsi də bu mənada işlənmişdir.(Biharul-Ənvar, c. 74, səh. 103, hədis 61,Ğurərul-hikəm, hədis 5156) 
    1475. Yoxsulluğun mənası.
    5062. «Biharul Ənvar»: İdrisin səhifələrində deyilir: «Məndən ehtiyacsız olanın qüdrəti olmaz. Mənə ehtiyacı olduğunu bildirən yoxsul və imkansız olmaz.»(Biharul-Ənvar, c. 74, səh. 81, hədis 83

     )

    5063. Allahın Peyğəmbəri (s): «Ey camaat! …Sizcə yoxsul kimdir?» Ərz etdilər: «Var-dövləti olmayan kişi.» Buyurdu: «Həqiqi kasıb odur ki, özündən sonra çox malı qalsa da, öz var-dövlətindən Allahın hesabına heç nə göndərməsin.»(əl-Xisal, səh. 9, hədis 32
     )
    5064. Allahın Peyğəmbəri (s): «Yoxsul, (əslində) qəlbi yoxsul olandır.»(Biharul-Ənvar, c. 76, səh. 316, hədis 6

     )

    5065. İmam Əli (ə): «Heç bir yoxsulluq, nadanlıq qədər deyil.»(Biharul-Ənvar, c. 75, səh. 114, hədis 6

     )

    5066. İmam Əli (ə): «Ən böyük yoxsulluq, ağlın azlığıdır.»(Tuhəful-uqul, səh. 221

     )

    5067. İmam Əli (ə) (Ən ağır yoxsulluq nədir?» sualına cavabından): –
    «İmanlı olduqdan sonra küfr.»(Biharul-Ənvar, c. 103, səh. 20, hədis 4

     )

    5068. İmam Əli (ə): «Nəfsin yoxsulluğu, ən pis yoxsulluqdur.»(Biharul-Ənvar, c. 78, səh. 184, hədis 11

     )

    5069. İmam Əli (ə): « (Əsl) İmkanlılıq və yoxsulluq, əməllər Allah dərgahına təqdim olunanda bilinər.»(Biharul-Ənvar, c. 76, səh. 316, hədis 6

     )

    5070. İmam Əli (ə): «Cənnətin mövcud olduğuna görə yoxsul, cəhənnəmin var olduğuna görə isə varlı yoxdur.»(Biharul-Ənvar, c. 104, səh. 99, hədis 77

     )

    5071. İmam Həsən (ə) («Yoxsulluq nədir?» sualına cavabından): «Nəfsin hər bir şeyə tamah salması.»(əl-Kafi, c. 2, səh. 264, hədis 18

     )

    5072. İmam Hadi (ə): «Yoxsulluq nəfsin doymamazlığı və böyük ümüdsizlikdir.»(Bəqərə, ayə 273

     )

    5073. İmam Sadiq (ə) (Əbuzərdən nəql olunan «Üç şey var ki, camaat onlara nifrət edir, mən isə sevirəm: Mən ölümü, yoxsulluğu və bəlanı sevirəm» sözləri haqda suala cavabından): «Bu sözlər camaatın (Əbuzərin söz¬lə¬rindən) başa düşdükləri kimi deyil. Onun məqsədi budur ki, Allaha ibadət yolunda ölməyi Allaha qarşı günahda yaşamaqdan, Allaha itaətdə yoxsulluğu Allaha qarşı günahla bir olan imkanlılıqdan və Allah yolunda bəlanı, xəstəliyi günahla bir olan sağlamlıqdan çox sevirəm.»(əl-Kafi, c. 2, səh. 260, hədis 3

     )

    5074. İmam Sadiq (ə): «Yoxsul olub bizimlə olmaq, varlı olub bizdən qeyriləri ilə olmaqdan yaxşıdır. Ölmək və bizimlə olmaq, sağ qalıb başqaları ilə olmaqdan yaxşıdır.»(Nəhcül-Bəlağə, hikmət 68

     )

    5075. İmam Sadiq (ə): «Səni zülm etməkdən saxlayan var-dövlət, səni günaha çəkən yoxsulluqdan yaxşıdır.»(Biharul-Ənvar, c. 78, səh. 249, hədis 87)

    5076. İmam Sadiq (ə): «Yoxsulluq qırmızı ölümdür.» Rəvayətçi deyir: «Əbu Abdullaha ərz etdim ki, (məqsədiniz) dinar və dirhəm yoxsulluğudur?» Buyurdu: «Yox, (məqsədim) dini yoxsulluqdur.»(əl-Kafi, c. 2, səh. 263, hədis 13)

    1477. Yoxsulun təhqir olunması.
    5077. Allahın Peyğəmbəri (s): «Kimsə mömin kişi və ya qadını kasıblığına, var-dövlətinin azlığına görə xar sayıb təhqir etsə, Allah-taala qiyamət günündə onu (bu çirkin əməli ilə) qəbirdən çıxarıb sonra rüsvay edər.»(Biharul-Ənvar, c.72, səh.49, hədis 58)

    5078. İmam Əli (ə): «Öz yoxsul qardaşlarınızı təhqir etməyin. Çünki kim mömini həqir saysa, o,tövbə etməyincə Allah onların ikisini cənnətdə bir araya gətirməz.»(Musnədu İbn Hənbəl, c.1, səh. 504, hədis 2086)

    5079. İmam Rza (ə): «Kim kasıb müsəlmanla qarşılaşdıqda ona varlı ilə görüşdükdə verdiyi salamdan fərqli salamlaşsa, qiyamət günündə Allah ondan qəzəbli halda görüşünə gələcək.»(Biharul-Ənvar, c.71, səh. 267, hədis 17)

    1478. Yoxsulluğu aradan götürən şeylər.
    5080. Allahın Peyğəmbəri (s): «Yaxın qohumlarla mehribanlıq ömrü uzadar və yoxsulluğu aradan götürər.»(Biharul-Ənvar, c.72, səh. 52, hədis 76)

    5081. İmam Əli (ə): «Yoxsulluğa sədəqə və bəxşişlə dərman edin.»(Biharul-Ənvar, c.72, səh. 25, hədis 19 )

    5082. İmam Baqir (ə): «Yaxşılıq etmək və sədəqə vermək yoxsulluğu aradan götürər.»(Tövbə, ayə 122 )

    5083. İmam Sadiq (ə): «Mən mötədil (qənaətcil) olanın yoxsul olmayacağına zəmanət verirəm.»(Kənzul-Ummal, hədis 28690 )

    1479. Yoxsulluq gətirənlər.
    5084. Allahın Peyğəmbəri (s): «Yoxsulluqdan dəm vuran yoxsul olar.»(ət-Tərğib vət-Tərhib, c.1, səh. 93, hədis 3)

    5085. Allahın Peyğəmbəri (s): «Əmanətə vəfalılıq var-dövlət gətirər, (əmanətə) xəyanət isə yoxsulluğa çəkər.»(Kənzul-Ummal, hədis 28768 )

    5086. İmam Əli (ə): «Dünyanın çoxunu istəyən yoxsulluğa məhkumdur. Dünyadan üz döndərənə rahatlıq dost olar.»(Nəhcül-Bəlağə, xütbə 110)

    5087. İmam Əli (ə): «Kim öz üzünə ehtiyacı (başqasından) istəmək qapısını açsa, Allah onun üzünə yoxsulluğun bir qapısını açar.»(Biharul-Ənvar, c. 78, səh. 321, hədis 19 )

    5088. İmam Baqir (ə) (Əbu Nemana buyurduqlarından):–«Bizi camaatdan pul qazanmaq üçün bir vasitəyə çevirmə. Çünki bu işlə Allah sənin yoxsulluğunu daha da artırar.»(Biharul-Ənvar, c. 72, səh. 304, hədis 51 )

    5089. İmam Sadiq (ə) (əziz ata-babalarına istinadən): «Kim Allahın fəzilətindən heç nə istəməsə, yoxsul olar.»(Tuhəful-uqul, səh. 204 )

    5090. İmam Sadiq (ə): «Övladına qarğayan ata oğluna yoxsulluq miras qoyar.»(əl-Kafi, c. 1, səh. 70, hədis 8)

    1480. Pak Allahın yoxsullardan üzrxahlığı.
    5091. İmam Sadiq (ə): «(Qiyamət günündə) Allah (cəlli sənavə), qardaş öz qardaşından üzr istəyən kimi möhtac mömin bəndəsindən üzr istəyərək buyuracaq: İzzət və cəlalıma and olsun ki, Mən səni dünyada yanımda xar olduğuna görə möhtac etmədim. İndi bu papağı götür və gör ki, dünyanın yerinə sənə nə vermişəm. O, papağı götürər və deyər: Dünyada məndən aldıqlarına verdiyin əvəzdən mənə nə ziyan olar ki?.»(Məaniul Əxbar, c. 2, səh. 3 )

    1481. Yoxsulluğun zivəri.
    Quran
    «(Bu sədəqələr) Allah yolunda calışan və yer üzündə (yaşayış ehtiyacını ödəmək üçün) hərəkət edə bilməyən yoxsullar üçündür. Onlar özlərini o qədər saxlayırlar ki, xəbərsiz insan onları dövlətli sayar. Onları üzlərindən tanıyarsan. Camaatdan (bir şeyi) israrla istəməzlər.»(əl-İxtisas, səh. 232 )

    Hədis:
    5092. Allahın Peyğəmbəri (s): «Allah yoxsulluğu bəndələrinin yanında əmanət qoymuşdur. Kim onu gizli saxlasa, Allah gecəni dirigözlü açıb oruc tutanın savabını ona əta edər.»(Biharul-Ənvar, c. 1, səh. 177, hədis 48 )

    5093. İmam Əli (ə): «Özünü saxlamaq (və güclü təbiət) yoxsulun zivəri-dir.»(Kənzul-Ummal, hədis 28755)

    5094. İmam Sadiq (ə): «İşlərin ən çətini və zəhmətlisi yoxsulluğu gizli saxlamaqdır.»(Biharul-Ənvar, c. 1, səh. 213, hədis 10 )

    1482. Yoxsulların xoş halına.
    5095. Allahın Peyğəmbəri (s): «Xoş dözümlü yoxsulların halına, göylərin və yerin məlakutunu (müccəradat aləmini) görən onlardır.»(əl-Kafi, c. 1, səh. 38, hədis 2 )

    5096. Allahın Peyğəmbəri (s): «Yoxsullar cənnət əhlinin padşahlarıdır. Bütün camaat cənnətə, cənnət isə yoxsullara müştaqdır.»(əl-Kafi, c.1, səh. 38, hədis 2 )

    5097. Allahın Peyğəmbəri (s): «Cənnətə gözucu baxdım. Gördüm ki, camaatının çoxu kasıblardır.»(Bəqərə, ayə 219 )

    5098. Allahın Peyğəmbəri (s): «Kim öləndə özündən sonra bir dinar-dirhəm belə qoymasa, heç kəs ondan dövlətli (halda) cənnətə daxil olmaz.»(əl-Kafi, c. 2, səh. 55, hədis 5 )

    5099. İmam Sadiq (ə): «Cənnətə daxil olan son peyğəmbər Süleymandır. Bunun səbəbi də ona verilmiş dünyadır.»(Nəhcül-Bəlağə, məktub 31 )

    5100. İmam Sadiq (ə) (Məhəmməd Xəzzaza xitabən):–«Bazara getmirsən? Satılan meyvələri, ürəyin istədiyi başqa şeyləri görmürsənmi? (Almağa gücün çatmırmı? Məhəmməd deyir ki,) Ərz etdim: «Nə üçün?» Buyurdu: «Bil ki, gördüyün və ancaq almağa gücün çatmadığı hər bir şeydə səninçün bir savab var.»(Ğurərul-hikəm, hədis 8917 )

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1232 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024