İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    173 Zaman
    848. Zamanı tanımaq
    2719. İmam Əli (ə):«İnsanın agahlığı üçün öz zəmanəsini tanıması kifayət edər.» [3001]
    2720. İmam Əli (ə):«Zəmanəsini hamıdan yaxşı tanıyan insan, onun hadisələrindən təəccüblənməyəndir.»[3002]
    2721. İmam Sadiq (ə):«Öz zəmanəsini tanıyan şəxs şübhələrə məruz qalmaz.»[3003]
    849. Zəmanəyə etimad edən şəxs
    2722. İmam Əli (ə):«Zəmanəsinə e‘timad edən yerə yıxılar.»[3004]
    2723. İmam Əli (ə):«Kim zəmanəyə əmin olub (ona e‘timad edərsə) zəmanə ona xəyanət edər. Kim zəmanəni böyük bilərsə, zəmanə onu xar edər.»[3005]
    2724. İmam Əli (ə):«Kim zəmanəni əmanətdar bilsə, zəmanə ona xəyanət edər. Kim ona əzəmət versə, zəmanə onu zəlil və xar edər. Kim zəmanəyə qəzəblənərsə, o da ona qəzəblənər, kim ona pənah gətirərsə, zəmanə onu təslim edər. Hər ox atan hədəfə dəyməz və hökumətin dəyişməsi ilə zəmanə dəyişməz.»[3006]
    2725. İmam Əli (ə):«Zəmanə öz sahibinə xəyanət edər və onu məzəmmət edəndən razılıq istəməz.»[3007]
    2726. İmam Əli (ə):«Kim başını zəmanəylə qarışdırsa, zəmanə onu özünə məşğul edər.»[3008]
    850. Zəmanə ilə döyüşən şəxs
    2727. İmam Əli (ə):«Zəmanənin eybini tutan şəxsin eyb tutmağı uzun çəkər.»[3009]
    2728. İmam Əli (ə):«Kim zəmanə ilə döyüşsə, zəmanə onu xar edib yerə
    sərər. Kim zəmanəyə təslim olsa, amanda olmaz.»[3010]
    2729. İmam Əli (ə):«Kim zəmanə ilə döyüşsə həlak olar. Kim zəmanəni məzəmmət etsə, özü qəzəbə gələr.»[3011]
    851. Zəmanənin eybi
    2730. Rəyan ibn Səlt:«Həzrət Rza (ə) Əbdülmütəllibin bu beytlərini bizim üçün oxudu:
    Tutar zəmanə eybin bütün insanlar
    Məgər bizdən başqa onun eybimi var?
    Vücudumuzda nöqsan olduğu halda
    Daim gileyliyik səndən ey ruzigar.
    Zəmanə nitqə gəlib danışsa əgər
    Həcv ilə bizləri məzəmmət edər
    Ki, qurd yeməsə də qurdun ətini
    İnsanlar bir-birinin ətini didər.
    Məkrlə bürünərik təqva libasına
    Yanımıza gələn qərib, vay halına.»[3012]
    174 Zina
    852. Zinanın qadağan olması
    Qur’an:
    «Zinaya yaxınlaşmayın ki, o fahişəlik və pis yoldur.» [3013]
    Hədis:
    2731. Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona qəzəblənər və onun bütün əməllərini batil edər. Əgər öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır.»[3014]
    2732. İmam Əli (ə):«Qeyrəti olan, heç vaxt zina etməz.»[3015]
    2733. İmam Sadiq (ə):«Qiyamət günü ən şiddətli əzab, öz nütfəsini ona haram olan rəhmdə yerləşdirən kişiyə veriləcəkdir.»[3016]
    2734. İmam Rza (ə):«Zina bu fəsadlara səbəb olduğuna görə haram edilmişdir: İnsan qətli, əsl-nəcabətin aradan getməsi, uşaqların tərbiyəsizləşməsi, irs, miras məsələsinin pozulması və bu kimi fəsadlar.»[3017]
    853. Zinanın nəticələri
    2735. Allahın Peyğəmbəri (s) :«Ey Əli! Zinanın altı nəticəsi var: üçü dünyada, üçü axirətdə üzə çıxar. Dünyadakı nəticələri budur ki, abır-həyanı aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirət nəticələri isə ağır və dəqiq hesabatın aparılması, Rəhman Allahın qəzəbi və Cəhənnəm odunda əbədi qalmaqdan ibarətdir.»[3018]
    2736. İmam Əli (ə):«Zina yoxsulluq gətirər.»[3019]
    2737. İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük:«Məndən sonra zina aşkarda olunacağına görə qəfil ölümlər çoxalar.»[3020]
    2738. İmam Sadiq (ə):«Zina geniş yayılanda zəlzələlər baş verər.»[3021]
    854. Bədənin hər üzvünün zinadan bəhrəsi var
    2739. Məsih (ə):«Ətirlənib bayıra çıxan qadın, nə qədər ki, onun ətri başqalarının burnuna yetişir, zinakardır və ona baxan hər bir göz zina edir.»[3022]
    2740. Məsih (ə):«Sənə məxsus olmayan qadına gözünü dikmək olmaz. Çünki gözünü (naməhrəmə baxmaqdan) saxlayanadək, heç vaxt zina etməzsən. Əgər naməhrəm qadının hətta libasına baxmamağı bacarsan, belə et.»[3023]
    2741. Allahın Peyğəmbəri (s):«İnsanın bədən üzvlərinin hər birinə zinadan bir bəhrə yazılmışdır ki, istər-istəməz ona yetişər. Məsələn, gözün zinası (naməhrəmə) baxmaq, ayağın zinası günaha tərəf getmək və qulağın zinası haram səslər eşitməkdir.»[3024]
    175 Zahidlik
    855. Zahidliyin dəyər-qiyməti
    2742. Allahın Peyğəmbəri (s):«Allah-taalaya qəlbi dunyadan çıxartmaq kimi digər heç bir ibadətlə ibadət olunmayıb.»[3025]
    2743. İmam Əli (ə):«Zahidlik təqvalıların xasiyyəti və daim tövbə edənlərin xislətidir.»[3026]
    2744. İmam Əli (ə):«Dinə ən çox kömək edən xislətlərdən biri, dünyaya meyl göstərməməkdir.»[3027]
    2745. İmam Baqir (ə):«Allah-taalanın Musaya (ə) pıçıltı ilə söylədiklərindən biri də «Zinətlənənlər, dünyada ehtiyac duyulmayan şeylərə meyl göstərməmək qədər heç bir digər şeylə Mənim üçün bəzənmədilər.» olmuşdur.»[3028]
    2746. Allahın Peyğəmbəri (s):«Xeyirlərin hamısı bir otağa yığılmışdır və onun açarı dünyaya meyl göstərməməkdir.»[3029]
    856. Zahidliyin həqiqəti
    Qur’an:
    «… ki, əlinizdən çıxan şeyə görə qəmlənməyəsiniz və sizə verilən şeyə görə sevinməyəsiniz. Allah heç bir fəxr edən xüdpəsəndi sevməz.»[3030]
    Hədis:
    2747. Allahın Peyğəmbəri (s):«Dunyaya meyl göstərməmək, elə arzuları qısaltmaq, hər nemətə şükr etmək və Allahın haramlarından çəkinməkdir.»[3031]
    2748. Allahın Peyğəmbəri (s):«Zahidlik halalı özünə haram etmək deyil, əksinə, zahidlik insanın Allahın yanında olan şeylərə öz əlində olan şeylərdən daha çox əmin olmasıdır.»[3032]
    2749. İmam Əli (ə):«Zahidlik iki cümlədən ibarətdir. Allah-taala buyurmuşdur:«Əldən verdiyiniz şeyə görə…» Buna əsasən, əldən verdiyi şeyə görə qüssələnməyən və əldə etdiyi şeyə görə sevinməyən şəxs, zahidliyin hər iki yönümünü (kamil zahidliyi) əldə etmişdir.»[3033]
    2750. İmam Sadiq (ə) :«Zahidlik axirət qapısının açarı və atəşdən bəraət almaqdır. Zahidlik budur ki, səni Allahdan qafil edib çəkindirən nə varsa, hamısını qəm-qüssə yemədən tərk edəsən və onu tərk etməyin nəticəsində qürura, xüdpəsəndliyə düçar olmayasan. Ondan işlərinin həll olunmasını gözləməyəsən, bu işə görə təriflənməyini arzulamayasan və bunun əvəzində bir şey ummayasan. Əksinə, onu əldən verməyi özün üçün rahatlığın səbəbi və onun mövcud olmasını bəla, möhnət biləsən. Həmişə bəladan qaçan ol və rahatlıqdan yapış.»[3034]
    857. Zahidin sifətləri
    2751. İmam Əli (ə):«Dunyaya zahid olan şəxs odur ki, haram onun səbrinə qalib gəlməsin və halal onu şükr etməkdən çəkindirməsin.»[3035]
    2752. İmam Əli (ə):«Zahidlər və dünyaya arxa çevirənlər zahirən gülərüz olsalar da, qəlbləri ağlardır. Üzdə şad olsalar da, çox qüssəlidirlər. Onlara verilən ruziyə şad olsalar da, özlərinə çox qəzəblidirlər.»[3036]
    2753. İmam Sadiq (ə) («Dünyadan qaçan kimdir?» sualının cavabında): «Hesab-kitabın qorxusundan dünyanın halalını və cəzanın qorxusundan onun haramını tərk edən şəxsdir.»[3037]
    2754. İmam Rza(ə) (Zahidin xüsusiyyətləri barədə sualın cavabında): «Özünün az qüvvəsi ilə kifaytələnən, ölüm gününə hazır olan və diri (sağ) qalmaqdan (qəlbi) təngə gələn şəxsdir. (Qəlbində axirət və Allahla görüşmək şövqü olan şəxs).[3038]
    858. Zahidliyin amilləri
    2755. İmam Əli (ə):«Zahidliyə ən layiqli şəxs dünyanın eybini və nöqsanını biləndir.»[3039]
    2756. İmam Əli (ə):«Axirətin qiymətini bilməyən kəs dünyaya necə arxa çevirə bilər?»[3040]
    2757. İmam Baqir (ə):«Ölümü çox xatırla. Çünki ölümü çox xatırlayan elə bir insan yoxdur ki, dünyaya e‘tinasız olmasın.»[3041]
    2758. İmam Kazim (ə)-bir qəbrin başı üzərində dayanıb buyurdu: «Bir şeyin ki, axırı budur, elə əvvəldən ona qəlb bağlamamaq yaxşıdır. Bir şeyin ki, əvvəli budur, onun aqibətindən qorxmaq yaxşıdır.»[3042]
    2759. İmam Əskəri (ə) «Əgər dünya əhli öz ağlından istifadə etsəydi, dünya viran qalardı.»[3043]
    859. Zahidliyin səmərələri
    2760. Allahın Peyğəmbəri (s):«Dünyaya meylsiz olmaq bədənə və qəlbə rahatlıq bəxş edər. Ona meyl göstərmək isə bədəni və qəlbi əziyyətə salar.»[3044]
    2761. İmam Əli (ə):«Kim qəlbini dünyadan üzsə, onun xarlığına dözümsüzlük göstərməsə, onda şan-şöhrətə çatmaq üçün rəqabətə girişməsə, Allah-taala heç bir məxluqun hidayəti olmadan onu Özü hidayət edər. Kimsədən tə‘lim almadan Özü ona elmini öyrədər, hikməti onun qəlbində həkk edər və dilinə gətirər.»[3045]
    2662. İmam Əli (ə):«Dünyaya zahid və rəğbətsiz ol ki, Allahın rəhməti sənin üzərinə ensin.»[3046]
    2763. İmam Əli (ə):«Qəlbi dünyadan üzmək ən böyük rahatlıqdır.»[3047]
    2764. İmam Səccad (ə):«Kim qəlbini dünyadan üzsə, dünyanın musibətləri ona asan gələr və onlardan narahat olmaz.»[3048]
    2765. İmam Sadiq (ə):«Qəlbləriniz dünyaya rəğbətsiz olmayınca, qəlblərinizə imanın şirinliyini dadmaq haramdır.»[3049]
    860. Ən zahid insan
    2766. Allahın Peyğəmbəri (s):«Ən zahid insan haramlardan uzaqlaşandır.»[3050]
    2767. İmam Əli (ə):«Dünyəvi işlərlə axirət iştəyənlər kimi olma… Onlar dünyada zahid insanlar kimi danışar, əməldə isə dünyasevənlər kimi olarlar.»[3051]
    2768. İmam Əli (ə):«Ən üstün zahidlik, zahidliyi gizli saxlamaqdır.»[3052]
    2769. İmam Əli (ə):«Zahid, insanlardan qaçan zaman onun ardınca get, zahid, insanlar axtaran zaman sən ondan qaç.»[3053]
    2770. İmam Səccad (ə):«Allah-taala buyurur:«Ey Adəm övladı! Sənə verdiyim şeyə razı və qane ol ki, insanların ən zahidi olasan.»[3054]
    2771. İmam Kazim (ə):«Həqiqətən, sizlərin bəlalara ən səbrliniz dünyaya ən zahid olanınızdır.»[3055]
    176 Evlənmək
    861. Evlənməyə həvəsləndirmək
    Qur’an:
    «Subaylarınızı, əməli saleh qullarınızı və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz fəziləti ilə onları varlı edər. Allah geniş lütf və elm sahibidir.»[3056]
    «…Və Onun (qüdrət) nişanələrindən biri də ünsiyyətdə olmağınız üçün sizə zövcələr yaratmasıdır. Sizin aranızda məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda nemət barədə düşünən insanlar üçün böyük ibrətlər vardır.»[3057]
    2772. Allahın Peyğəmbəri (s):«Kim Allahla pak və təmiz halda görüşmək istəyirsə, ailəli halda Onun görüşünə getsin.»[3058]
    2773. Allahın Peyğəmbəri (s):«İslamda evlənmək qədər Allaha sevimli və əziz olan heç bir bina qurulmamışdır.»[3059]
    2774. Allahın Peyğəmbəri (s):«Evlənmək mənim sünnəmdir. Kim mənim sünnəmdən üz döndərərsə mənim ümmətimdən deyil.»[3060]
    2775. Allahın Peyğəmbəri (s):«Gənc çağında evlənən elə bir cavan olmadı ki, onun şeytanı belə fəryad qoparmasın:«Vay olsun ona! Vay olsun ona! Dininin üçdə ikisini mənim şərrimdən qorudu.» Buna görə də, insan digər üçdə biri qorumaq üçün ilahi təqvanı qazanmalıdır.»[3061]
    2776. Allahın Peyğəmbəri (s):«İnsan evlənən zaman dininin yarısını kamilləşdirmiş olur. Digər yarısını qorumaq üçünsə İlahi təqvanı qazanmalıdır.»[3062]
    2777. Allahın Peyğəmbəri (s):«Yuxuda olan evli şəxs, Allah yanında gündüzlər oruc tutan, gecələr ibadət edən subaydan üstündür.»[3063]
    2778. Allahın Peyğəmbəri (s):«Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar.»[3064]
    2779. Allahın Peyğəmbəri (s): «Öz subaylarınızı evləndirin. Bu əməllə Allah-taala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini
    çoxaldar.»[3065]
    2780. İmam Sadiq (ə): «Evlinin qıldığı iki rəkət namaz, subayın qıldığı yetmiş rəkət namazdan üstündür.»[3066]
    864. Subaylar
    2781. Allahın Peyğəmbəri (s): «Sizin ən pis ölüləriniz subaylardır.»[3067]
    2782. Allahın Peyğəmbəri (s): «Aranızda ən pisləriniz subaylarınızdır. Evlinin iki rəkət namazı, subayın yetmiş rəkət namazından yaxşıdır.»[3068]
    863. Din qardaşını evləndirməyin savabı
    2783. İmam Sadiq (ə): «Kim subayı evləndirsə, Qiyamət günü Allah-taalanın nəzər saldığı şəxslərdən biri olar.»[3069]
    2784. İmam Kazim (ə): «Allahın ərşinin kölgəsindən başqa bir kölgə olmayan gün, üç nəfər Allahın ərşinin kölgəsində olacaq: öz müsəlman qardaşını evləndirən, ya ona xidmət edən, ya da onun sirrini gizlədən şəxs.»[3070]
    864. Qızları tez ərə verməyə həvəsləndirmək
    2785. İmam Rza (ə): «Cəbrayıl Peyğəmbərin (s) yanına gəlib dedi:«Ey Məhəmməd! Rəbbin sənə salam göndərir və buyurur: «Bakirə qızlarınız ağacda olan meyvə kimidir. Meyvə yetişəndə onu dərməkdən başqa bir dərmanı yoxdur, əks halda, günəş və külək onu xarab edəcək. Bakirə qızlar da qadınlıq inkişaf mərhələsinə çatanda, onların ərə verməkdən başqa bir dərmanı yoxdur. Yoxsa, azğınlıqdan və fəsaddan amanda olmayacaqlar.» Sonra Allahın Peyğəmbəri (s) minbərə qalxıb, camaatı topladı və Allahın fərmanını onlara çatdırdı.»[3071]
    865. Ailə qurarkən dinə əhəmiyyət vermək
    2786. Allahın Peyğəmbəri (s): «Kim qadının gözəlliyinə görə onunla evlənsə, öz qəlbinin istədiyini onda görməyəcək. Kim qadınla onun var-dövlətinə xatir evlənsə Allah-taala onu həmin mal-dövlətə tapşırar. Beləliklə, sizə dindar qadınlarla evlənməyi tövsiyə edirəm.»[3072]
    2787. Allahın Peyğəmbəri (s): «Qadının gözəl surətini, onun gözəl dindarlığından üstün tutmaq olmaz.»[3073]
    2788. Allahın Peyğəmbəri (s): «Bir nəfər sizə elçiliyə gələn zaman dindarlığını və əmanətdarlığını bəyənsəniz, ona qız verin. Belə etməsəniz, yer üzündə çox fəsadlar və pozğunluqlar törəyəcək.»[3074]
    2889. İmam Həsən (ə) (onunla öz qızının evlənməsi barədə məşvərət edən bir kişiyə xitabən): «Onu təqvalı kişiyə ərə ver. Çünki sənin qızını sevsə ona hörmət edəcək və əgər sevməsə ona zülm etməyəcək.»[3075]
    866. Ağır mehriyyənin məzəmmət olunması
    2791. Allahın Peyğəmbəri (s): «Ən yaxşı mehriyyə, ən yüngül olanıdır.»[3077]
    2792. İmam Sadiq (ə): «Qadının bədbəxtliyi və başıbəlalığı, mehriyyəsinin çox olması və ərinə itaətsizliyidir.»[3078]
    867. Seçimə əhəmiyyət vermək
    2793. Allahın Peyğəmbəri (s): «Yaxşı və ləyaqətli ailədən evlənin. Çünki qanın tə‘siri var.»[3079]
    2794. Allahın Peyğəmbəri (s): «Öz nütfələriniz üçün (yaxşı seçim) seçin. Çünki qadınlar qardaşlarına və bacılarına bənzəyən uşaqlar dünyaya gətirərlər.»[3080]
    2795. Allahın Peyğəmbəri (s) (camaata xitabən): «Xəzraud- diməndən (xarabalıqda bitən bitkidən) çəkinin.» Dedilər: «Xəzraud-dimən nədir?» Buyurdu: «Pozğun ailədə böyümüş gözəl üzlü qadın.»[3081]
    2796. Allahın Peyğəmbəri (s): «Axmaq qadınla evlənməkdən çəkinin ki, onunla həyat yoldaşı olmaq fəsad və onun övladları kaftar sifətlidir.»[3082]
    868. Ərin hüququ
    2797. Allahın Peyğəmbəri (s): «Qadının üzərində ən böyük haqqı olan şəxs onun əri, kişinin üzərində ən böyük haqqı olan şəxs isə onun anasıdır.»[3083]
    2798. Allahın Peyğəmbəri (s): «Vay olsun ərini narahat edən qadına və xoş o qadının halına ki, əri ondan razı qalar.»[3084]
    2799. Allahın Peyğəmbəri (s): «Əgər bir kəsə digərinin qarşısında səcdəyə getmək əmri verəsi olsaydım, mütləq qadına öz əri qarşısında səcdə etmək əmri verərdim.»[3085]
    869. Qadının hüququ
    2800. Allahın Peyğəmbəri (s): «Cəbrayıl daima mənə qadınlar barədə tapşırardı. Nəticədə, elə güman etdim ki, pozğunluğu sübut olunan haldan başqa, qadına təlaq vermək olmaz.»[3086]
    2801. Allahın Peyğəmbəri (s): «Qadının əri üzərində olan haqqı budur ki, əri onun qarnını doyursun, bədənini geyindirsin və heç vaxt ona sifətini turşutmasın.»[3087]
    2802. Allahın Peyğəmbəri (s): «Kişinin qadına dediyi «Mən səni sevirəm» sözü heç vaxt qadının qəlbindən silinməz.»[3088]
    870. Ərinə xidmət
    2803. Allahın Peyğəmbəri (s): «Əgər qadın ərinə yeddi gün xidmət edərsə, Allah-taala Cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar və Cənnətin səkkiz qapısını onun üzünə açar ki, istədiyi qapıdan oraya daxil olsun.
    Eyni zamanda buyurdu: «Öz ərinə bir qurtum su içirdən elə bir qadın yoxdur ki, bu əməli ona bir il gündüzləri oruc tutmaq və gecələri ibadətlə keçirməkdən daha yaxşı olmasın.»[3089]
    2804. İmam Sadiq (ə): «Ümmü Sələmə Allahın Rəsulundan (s) qadınların öz ərlərinə xidmətlərinin fəziləti barədə soruşanda, o Həzrət (s) buyurdu: «Qadın öz ərinin evini səliqəyə salmaq məqsədilə bir şeyi yerbəyer edərsə Allah-taala ona Öz nəzərini yetirər və Allah-taala nəzər yetirdiyi kimsəyə əzab verməz.»[3090]
    2805. İmam Kazim (ə): «Qadının cihadı, öz ərinə yaxşı qulluq etməsidir.»[3091]
    871. Qadına xidmət
    2806. Allahın Peyğəmbəri (s): «Kişi öz arvadına su içirdən zaman savab qazanar.»[3092]
    2807. Allahın Peyğəmbəri (s): «Kişinin öz arvad-uşağının yanında oturması Allah yanında mənim bu məscidimdə etikaf etməsindən daha sevimlidir.»[3093]
    2808. Allahın Peyğəmbəri (s): «Öz arvadının ağzına bir loğma uzadan kişi savab qazanar.»[3094]
    872. Əri incitmək
    2809. Allahın Peyğəmbəri (s): «Öz ərini incidən qadın ərinə kömək edib, onu razı salmayınca, Allah-taala onun namazını və xeyir əməlini - ömrü boyu oruc tutsa belə -qəbul etməz. Kişi də həmçinin, əgər öz arvadını incidib zülm etsə, həmin günah və əzab onun üçün də var.»[3095]
    2810. Allahın Peyğəmbəri (s): «Mən özü döyülməyə ondan daha çox layiq olan arvadını döyən kişiyə təəccüb edirəm.»[3096]
    2811. İmam Sadiq (ə): «Məl‘undur, məl‘undur, öz ərini incidən və onu qəmgin edən qadın. Xoşbəxtdir, xoşbəxtdir öz ərinə hörmət edən, əziyyət verməyən və bütün hallarda ona itaət edən qadın.»[3097]
    873. Pis xasiyyətə səbr etmək
    2812. Allahın Peyğəmbəri (s): «Əgər kişi Allaha xatir və Onun mükafatına ümid edərək öz arvadının pis xasiyyətinə səbr edib, onu Allahın hesabına tapşırarsa, Allah-taala ona səbr etdiyi hər gecə və gündüzə görə Əyyub(ə) peyğəmbərin bəla müqabilində qazandığı savabı bəxş edər. Qadının gecə və gündüz etdiyi günahlar qumsallıqdakı qumlar qədər olsa belə.»[3098]
    2813. Allahın Peyğəmbəri (s): «Ərinin pis əxlaqı qarşısında səbr edən qadına Allah-taala Fir‘onun zövcəsi Asiyanın savabı qədər savab bəxş edər.»[3099]
    874. Ləyaqətli qadın
    2814. Allahın Peyğəmbəri (s): «Mömin, Allahın təqvasından sonra ləyaqətli qadından yaxşı bir bəhrə götürməmişdir.»[3100]
    2815. Allahın Peyğəmbəri (s): «Dünyanın ən yaxşı neməti ləyaqətli qadındır.»[3101]
    2816. Allahın Peyğəmbəri (s): «Kişinin xoşbəxtliklərindən biri də ləyaqətli arvadı olmasıdır.»[3102]
    875. Ləyaqətsiz qadın
    2817. Allahın Peyğəmbəri (s): «Ən pis şey ləyaqətsiz arvaddır.»[3103]
    2818. İmam Sadiq (s): «Mömini ən çox məğlub edən düşmən ləyaqətsiz zövcədir.»[3104]
    2819. İmam Sadiq (ə): «Allahın Rəsulunun (s) dualarından biri bu idi: «Qocalıq çağına çatmamış məni qocaldan qadından Sənə pənah gətirirəm.»[3105]
    876. Allaha qarşı günah etməkdə qadına itaət
    2820. İmam Əli (ə): «Pis qadınlardan qorxun və onların yaxşılarından çəkinin. Əgər sizi bir xeyir işə çağırsalar qulaq aşmayın ki, haramda və pis işlərdə itaət etməyinizə tamahlanmasınlar.»[3106]
    2821. İmam Əli (ə): «İxtiyarı qadının əlində olan hər bir kişi məl‘undur.» [3107]
    877. Ailənin xərclərində bəzi incəliklərə riayət etmək
    2822. Allahın Peyğəmbəri (s): «Kim bazara daxil olanda bir hədiyyə alıb onu öz ailəsinə aparsa, bir dəstə möhtaca sədəqə verən şəxs kimidir. Hədiyyəni verəndə qızlardan başlayın.»[3108]
    2823. İmam Səccad (ə): «Kim öz ailəsini daha çox rifahda və firavanlıqda saxlasa, Allah-taala ondan daha çox razı olar.»[3109]
    878. Toya də‘vəti qəbul etməyin qaydası
    2824. Allahın Peyğəmbəri (s): «Toy mərasiminə də‘vət olunan zaman, ora getməkdə bir qədər ləngiyin. Çünki bu mərasim insana dünyanı xatırladar. Amma dəfn mərasiminə də‘vət olunan zaman ona getməyə tələsin ki, bu mərasim axirəti xatırladar.»[3110]
    2825. Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz toy məclisinə də‘vət olunarsa, qəbul edin.»[3111]
    879. Evlənməyi aşkarlamağa həvəsləndirmək.
    2826. Allahın Peyğəmbəri (s): «Bu toyları aşkar edin, onları məscidlərdə keçirin.»[3112]
    2827. Allahın Peyğəmbəri (s): «Toy mərasimini aşkar və elçiliyi gizli edin.»[3113]
    [3001] Biharul-Ənvar, c.78,səh. 80, hədis 66
    [3002] Ğurərul-Hikəm,hədis 3252
    [3003] Tuhəful-Uqul,səh. 356
    [3004] Uyune Əxbare Rza (ə), c.2,səh. 54, hədis204
    [3005] Ğurərul-Hikəm, hədis 8028
    [3006] Biharul-Ənvar, c.77, səh.213, hədis1
    [3007] Ğurərul-Hikəm,hədis 2093
    [3008] Ğurərul-Hikəm,hədis 7890
    [3009] İyune Əxbare Rza (ə), c.2,səh. 53, hədis 204
    [3010] Ğurərul-Hikəm,hədis 9054
    [3011] Tuhəful-Uqul,səh. 85
    [3012] İyune Əxbare Rza (ə), c.2, səh. 177, hədis5
    [3013] İsra, ayə 32
    [3014] Biharul-Ənvar, c.76,səh. 366, hədis 30
    [3015] Nəhcül-Bəlağə, hikmət 305
    [3016] Biharul-Ənvar, c.79,səh. 26, hədis 28
    [3017] Biharul-Ənvar, c.79,səh. 24, hədis 19
    [3018] Biharul-Ənvar, c.79,səh. 22, hədis 15
    [3019] Biharul-Ənvar, c.79,səh.23, hədis18
    [3020] əl-Kafi, c.2,səh. 374, hədis 2
    [3021] Təhzibul-Əhkam, c.3, səh. 148, hədis 318
    [3022] Tənbihul-Xəvatir, c.1, səh. 28
    [3023] Tənbihul-Xəvatir, c. 1,səh. 62
    [3024] Kənzul-Ummal,hədis 13026
    [3025] Biharul-Ənvar, c.70,səh. 322
    [3026] Ğurərul-Hikəm,hədis 1713
    [3027] əl-Kafi, c.2, səh.128, hədis 3
    [3028] Biharul-Ənvar, c.3,səh. 349, hədis 37
    [3029] Biharul-Ənvar, c.73,səh. 49, hədis 20
    [3030] Hədid, ayə 23
    [3031] Tuhəful-Uqul,səh. 58
    [3032] Biharul-Ənvar, c.77,səh. 172, hədis 8
    [3033] Biharul-Ənvar, c.70,səh. 317, hədis 23
    [3034] Biharul-Ənvar, c.70,səh. 315, hədis 20
    [3035] Biharul-Ənvar, c.78,səh. 37, hədis 3
    [3036] Nəhcül-Bəlağə, xütbə 113
    [3037] Uyune Əzbare Rza (ə), c.2,səh.52, hədis 199
    [3038] Biharul-Ənvar, c.78,səh. 349, hədis 6
    [3039] Ğurərul-Hikəm,hədis 3209
    [3040] Ğurərul-Hikəm,hədis 6987
    [3041] Biharul-Ənvar, c.73,səh. 64, hədis 31
    [3042] Biharul-Ənvar, c.78, səh.320, hədis 9
    [3043] Biharul-Ənvar, c.78,səh. 377, hədis 3
    [3044] Kənzul-Ummal, hədis 6060
    [3045] Biharul-Ənvar, c.78,səh. 63, hədis 155
    [3046] Ğurərul-Hikəm,hədis 2275
    [3047] Ğurərul-Hikəm,hədis 1316
    [3048] Təhəful-Uqul,səh. 281
    [3049] Biharul-Ənvar, c.73,səh. 49, hədis 20
    [3050] Əmali-Səduq,səh. 27, hədis 4
    [3051] Biharul-Ənvar, c.78,səh. 68, hədis 16
    [3052] Nəhcül-Bəlağə, hikmət 28
    [3053] Ğurərul-Hikəm,hədis 4078
    [3054] Biharul-Ənvar, c.78 səh.139, hədis 22
    [3055] Biharul-Ənvar, c.78 səh.308, hədis 1
    [3056] Nur, ayə 32
    [3057] Rum, ayə 21
    [3058] Biharul-Ənvar, c.103,səh. 220, hədis 18
    [3059] Biharul-Ənvar, c.103,səh. 222, hədis 40
    [3060] Biharul-Ənvar, c.103,səh. 220, hədis 23
    [3061] Biharul-Ənvar, c.103,səh. 221, hədis 34
    [3062] Kənzul-Ummal, hədis 44403
    [3063] Biharul-Ənvar, c.103,səh. 221, hədis 25
    [3064] Biharul-Ənvar, c.103,səh. 217, hədis 1
    [3065] Biharul-Ənvar, c.103,səh. 272, hədis 38
    [3066] Biharul-Ənvar, c.103, səh. 219, hədis 15
    [3067] Biharul-Ənvar, c.103,səh. 220, hədis 19
    [3068] Kənzul-Ummal, hədis 44448
    [3069] əl-Kafi, c.5,səh. 331, hədis 2
    [3070] əl-Xisal,səh.141, hədis 162
    [3071] Biharul-Ənvar, c.16,səh. 223, hədis 22
    [3072] Biharul-Ənvar, c.103,səh. 235, hədis 19
    [3073] Kənzul-Ummal, hədis 44590
    [3074] Biharul-Ənvar, c.103,səh. 372, hədis 3
    [3075] Məkarimul-Əxlaq, c.1,səh. 446, hədis 1534
    [3076] Biharul-Ənvar, c. 103, səh. 237, hədis 25
    [3077] Kənzul-Ummal, hədis 44707
    [3078] Məaniyul-Əxbar,səh. 152, hədis1
    [3079] Kənzul-Ummal, hədis 44559
    [3080] Kənzul-Ummal, hədis 44557
    [3081] Biharul-Ənvar, c.103,səh.232, hədis 10
    [3082] Biharul-Ənvar, c. 103, səh. 237, hədis 35
    [3083] Kənzul-Ummal, hədis 44771
    [3084] Biharul-Ənvar, c.103, səh. 246, hədis 24
    [3085] əl-Kafi, c.5,səh. 508 , hədis 6
    [3086] Biharul-Ənvar, c.103, səh. 253, hədis 58
    [3087] Biharul-Ənvar, c. 103, səh. 254, hədis 60
    [3088] əl-Kafi, c.5,səh. 569, hədis 59
    [3089] İrşadul-Qulub, səh. 175
    [3090] Biharul-Ənvar, c.103,səh. 251, hədis 49
    [3091] əl-Kafi, c.5,səh. 507 , hədis 4
    [3092] Kənzul-Ummal,hədis 44435
    [3093] Tənbihul-Xəvatir, c.2,səh. 122
    [3094] Muhəccətul-Beyza, c.3,səh. 70
    [3095] Vəsailuş-Şiə, c.14,səh. 116 , hədis1
    [3096] Camiul-Əxbar,səh. 447 , hədis 1259
    [3097] Biharul-Ənvar, c.103səh.253 , hədis 55
    [3098] Səvabul-Əmal,səh. 339 , hədis 1
    [3099] Biharul-Ənvar, c.103,səh. 247 , hədis 30
    [3100] Kənzul-Ummal, hədis 44410
    [3101] Kənzul-Ummal, hədis 44451
    [3102] əl-Kafi, c.5,səh. 327 , hədis 4
    [3103] Biharul-Ənvar, c.103,səh. 240 , hədis 52
    [3104] Mənla Yəhzuruhul-Fəqih, c.3,səh. 390 , hədis 4370
    [3105] əl-Kafi, c.5,səh. 316 , hədis 3
    [3106] Biharul-Ənvar, c.103,səh. 224 , hədis 4
    [3107] əl-Kafi, c.5,səh.518 , hədis 10
    [3108] Biharul-Ənvar, c.104,səh. 69 , hədis 2
    [3109] Biharul-Ənvar, c.78,səh. 136 , hədis 13
    [3110] Biharul-Ənvar, c.103,səh. 279 , hədis 2
    [3111] Kənzul-Ummal, hədis 44617
    [3112] Kənzul-Ummal, hədis 44536
    [3113] Kənzul-Ummal, hədis 44532

    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1481 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024