İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    177 Görüşmək (Ziyarət)
    880. Allaha xatir görüşməyə həvəsləndirmək
    2828. Allahın Peyğəmbəri (s): «Kim bir ehtiyaca görə yox, yalnız mömin qardaşını görmək üçün onun evinə gedərsə, Allahı ziyarət edənlərin sırasında yazılar. Öz qonaqlarına ehtiram etmək isə Allaha layiqdir.»[3114]
    2829. İmam Əli (ə): «Allaha xatir ziyarət edin. Allaha xatir dostluq edin. Allaha xatir bəxşiş edin və bəxşiş verməkdən Allaha xatir çəkinin. Allahın düşmənləri ilə əlaqəni kəsin və Allahın dostları ilə əlaqə yaradın.»[3115]
    2830. İmam Baqir (ə): «Evlərinizdə bir-birinizlə görüşün. Çünki bu bizim işimizi dirildər və bizim işi dirildənə Allahın rəhməti olsun.»[3116]
    2831. İmam Sadiq (ə): «Kim Allah yolunda və Allaha xatir öz mömin qardaşını görməyə gedərsə Qiyamət günü nurlu libasların arasından vuqarla keçər və nəyin yanından keçərsə onu işıqlandırar.»[3117]
    2832. İmam Sadiq (ə): «Bir-birinizlə görüşün və ziyarət edin ki, görüşləriniz qəlblərinizin diri qalmasına, bizim hədislərin yad edilməsinə səbəb olar və bizim hədislər sizi bir-birinizə mehriban edər. Əgər onlara əməl etsəniz kamillik və nicat tapacaqsınız. Əgər tərk etsəniz yolu azıb, məhv olacaqsınız. Beləliklə, bizim hədislərə əməl edin ki, belə olan halda mən sizin nicat tapmanıza zaminəm.»[3118]
    2833. İmam Kazim (ə): «Mömin qardaşların bir-birilə Allaha xatir görüşməsi qədər heç bir şey iblisi və onun ordusunu darmadağın etmir.»[3119]
    881. Qardaşlarla görüşməyin səmərələri
    2834. Allahın Peyğəmbəri (s): «Görüşmək və ziyarət məhəbbət (toxumu) bitirər.»[3120]
    2835. İmam Cavad (ə): «Din qardaşları ilə görüşmək, qısa olsa belə, əqlin çiçəklənməsinə və bar verməsinə səbəb olar.»[3121]
    882. Görüşməyin qaydası
    2836. Allahın Peyğəmbəri (s): «Bir gündən bir ziyarət et ki, daha sevimli olasan.»[3122]
    2837. İmam Əli (ə) (oğlu Hüseynə (ə) vəsiyyətindən): «Çox görüşmək pərişanlıq gətirər.»[3123]
    2838. İmam Əli (ə): «Öz (din) qardaşının dostluğuna əmin olanda, artıq nə vaxt onun ziyarətinə gedəcəyinə və onun sənin ziyarətinə gələcəyinə əhəmiyyət vermə.»[3124]
    178 Qəbrlərin ziyarəti
    883. Peyğəmbərin ziyarəti
    2839. Allahın Peyğəmbəri (s): «Kim mənim ziyarətimə gələrsə, Qiyamət günü onun şəfaətçisi olaram.»[3125]
    2840. Allahın Peyğəmbəri (s): «Kim yer üzünün hər hansı bir yerindən mənə salam göndərsə, salamı mənə gəlib çatar. Kim qəbrim üstündə mənə salam göndərsə, onu eşidərəm.»[3126]
    884. Mə‘sum imamların ziyarəti
    2841. Allahın Peyğəmbəri (s) («Atacan! Sizi ziyarət edən kəsin mükafatı nədir?» deyə müraciət edən Həsən ibn Əliyə (ə) cavabından) «Kim məni, Sənin atanı, ya qardaşını və ya sənin özünü diri vaxtı və dünyadan köçəndən sonra ziyarət edərsə, mənim üzərimdə haqqı var ki, Qiyamət günü onu ziyarət edim və onu günahlarından xilas edim.»[3127]
    2842. Allahın Peyğəmbəri (s): «Kim «Bəgi»də Həsəni ziyarət edərsə, Allah-taala ayaqlar titrəyən gün, onun qədəmlərini Siratın üstündə möhkəm edər.»[3128]
    2843. Allahın Peyğəmbəri (s): «Tezliklə mənim bədənimin bir parəsi Xorasanda dəfn olunar. Onu ziyarət edən elə bir mömin yoxdur ki, Allah-taala Qiyamət günü behişti ona vacib və bədənini Cəhənnəm atəşinə haram etməsin.»[3129]
    2844. İmam Sadiq (ə): «Kim vəfatımızdan sonra bizi ziyarət edərsə, bizi sağlığımızda ziyarət etmiş kimidir.»[3130]
    2845. İmam Sadiq (ə): «Küfənin yaxınlığında bir qəbir var ki, hər qəmli oraya gedib onun yanında dörd rəkət namaz qılsa, Allah-taala onun ehtiyacını ödəməklə onu şad edər.»[3131]
    2846. İmam Sadiq (ə): «Allahın Rəsulu (s) buyurmuşdur: «Mənim qəbrimlə minbərimin arasında Cənnət bağlarından bir bağ var və mənim minbərim Cənnət arxlarından birinin üzərində qurulmuşdur.» Çünki Fatimənin (Allahın salamı olsun ona) qəbri, Allahın Rəsulunun qəbri ilə onun minbəri arasındadır. Fatimənin qəbri Cənnət bağlarından biridir və Cənnət arxlarından biri də ona tərəf axır.»[3132]
    2847. İmam Sadiq (ə): «Kim Hüseyni (ə) onun haqqına və məqamına layiq mə‘rifətlə ziyarət edərsə Allah-taala onunçün min qəbul olunmuş həccin və min qəbul olunmuş ümrənin savabını yazar, onun keçmiş və gələcək günahlarını bağışlar.»[3133]
    2848. İmam Sadiq (ə): «Hüseyn ibn Əli (ə) buyurardı: «Əgər mənim zəvvarım Allahın onun üçün nə hazırladığını bilsə, onun sevinci (səfərin yorğunluğundan doğan) dözümsüzlüyündən daha çox olar.» Həqiqətən, onun zəvvarı hər bir günahdan pak halda öz evinə qayıdar.»[3134]
    2849. İmam Sadiq (ə): «İmam Hüseynin (ə) ziyarətinə gedəndə qəm-qüssəli qəlblə, nimdaş bədənli, toza bulaşmış, ac və təşnə halda ziyarət et. Çünki Hüseyn qəm-qüssəli, nimdaş, toza bülaşmış, ac və təşnə halda öldürüldü. Öz hacətlərini ondan istə və geri qayıt, onun qəbrinin kənarında məskən salma.»[3135]
    2850. İmam Sadiq (ə): «Kim məni ziyarət etsə günahları bağışlanar və yoxsulluqda ölməz.»[3136]
    2851. İmam Sadiq (ə) («Sizlərdən birinizi ziyarət edənin savabı nədir?» deyə soruşan kimsəyə cavabından): «Allahın Rəsulunu (s) ziyarət edən şəxsin savabı qədərdir.»[3137]
    2852. İmam Rza (ə): «Əmirəl-mömininin (ə) qəbrinin ziyarətinin Hüseynin (ə) qəbrinin ziyarətindən üstünlüyü və fəziləti Əmirəl-möminin (ə) Hüseyndən (ə) üstünlüyü və fəziləti kimidir.»[3138]
    2853. İmam Rza (ə) (İbn Sənanın «sizin atanızı ziyarət edən kimsənin savabı nədir?» sualının cavabında): «Onun savabı Cənnətdir. Beləliklə, o alicənabı ziyarət et.»[3139]
    2854. İmam Rza (ə): «Haqq və məqamımı tanıyan dostlarımın arasında, məni ziyarət edən elə bir şəxs yoxdur ki, Qiyamət günü ona şəfaət etməyim.»[3140]
    2855. İmam Rza (ə): «Kim məni qürbət diyarda ziyarət edərsə, Qiyamət günü üç yerdə onun dadına yetişərəm və onların qorxularından, çətinliklərindən onu xilas edərəm: əməl dəftərləri sağa və sola veriləndə, Siratdan keçəndə, əməllər tərəzidə ölçüləndə.»[3141]
    2856. İmam Hadi (ə) (İmam Hüseyn(ə), İmam Kazim (ə) və İmam Cavadın (ə) ziyarətləri barədə İbrahim ibn Uğbənin sualına cavabı): «İmam Hüseynin (ə) ziyarəti üstündür, ancaq onların hamısını ziyarət etsən daha kamil və savabı daha çox olar.»[3142]
    2857. İmam Əskəri (ə) (Əbu Haşim Cəfəriyə xitabən): «Mənim Samirrada qəbrim Fəratın hər iki tərəfinin sakinlərinin əmin-amanlığına səbəbdir.»[3143]
    885. İmam Kazimın (ə) qızı Fatimənin ziyarəti
    2858. İmam Sadiq (ə): «Bizim bir hərəmimiz var, o da Qumdur. Tezliklə mənim övladlarımdan Fatimə adlı bir xanım orada dəfn olunacaq. Kim onu ziyarət etsə, Cənnət ona vacib olar.»[3144]
    2859. İmam Cavad (ə): «Qumda bibimin qəbrini ziyarət edənin mükafatı Cənnətdir.»[3145]
    886. Həzrət Əbdüləzim Həsəninin ziyarəti
    2860. «Səvabul əmal»:«Rey əhalisindən bir nəfər İmam Hadinin (ə) yanına gələndə Həzrət (ə) ondan soruşur:«Harada idin?» (O kişi deyir) Dedim:«İmam Hüseynin (ə) ziyarətinə getmişdim.» Həzrət (ə) buyurdu:«Bil ki, öz şəhərinizdəki Əbdüləzimin qəbrini ziyarət etsən, Hüseyn ibn Əlini (ə) ziyarət etmiş kimisən.»[3146]
    887. Əməli saleh insanların qəbrlərinin ziyarəti
    2861. İmam Sadiq (ə):«Kimin bizləri ziyarət etməyə imkanı çatmırsa, əməli saleh dostlarımızın qəbrlərini ziyarət etsə onunçün bizim ziyarətimizin savabı yazılar.»[3147]
    888. Ölənlərin qəbrlərinin ziyarəti.
    2862. İmam Əli(ə):«Öz ölənlərinizi ziyarət edin. Çünki onlar sizinlə görüşməkdən şad olurlar. İnsan öz ata-anasının qəbri üstündə onlara dua edəndən sonra Allahdan öz diləyini diləməlidir.»[3148]
    2863. İmam Sadiq (ə) (Davud Rəqqinin «İnsan öz atasının, qohumunun və qəribin qəbri üstünə gedir. Bu işin ona faydası varmı?» sualına cavabından): «Bəli. Sizlərdən birinizə bir hədiyyə veriləndə şad olduğunuz kimi, ölü də sizin bu işinizə sevinir.»[3149]
    889. Qəbiristan əhlinə salam vermək
    2864. İmam Əli (ə) (qəbiristandan keçərkən): «Salam olsun sizə, ey qəbirlərdə yatanlar. Siz getdiniz, biz isə qaldıq. İnşallah, biz də sizlərə qoşulacağıq. Sizin evlərinizdə başqaları oturur, zövcələriniz ərə gediblər, mallarınız bölünübdür. Bu bizdə olan xəbərlərdir. Kaş biləydim sizdə nə xəbər var?» Sonra buyurdu:«Bilin ki, onlar dil açıb danışsaydılar belə deyərdilər:«Biz təqvanı ən yaxşı azuqə tapdıq.»[3150]
    179 Zinət
    890. Zinət
    Qur’an:
    «Ey Adəm övladları! Hər bir məsciddə öz zinətlərinizi geyinin, yeyin, için, lakin israf etməyin. O (Allah), israf edənləri sevməz.»[3151]
    «Ey Peyğəmbər! De ki, Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?» [3152]
    Hədis:
    2865. Allahın Peyğəmbəri (s):«Allah mömin bəndəsinin (din) qardaşının yanına gedəndə özünü, onu ziyarət etmək üçün hazırlayıb bəzəməsini sevər.»[3153]
    2866. İmam Əli (ə):«Sizlərdən hər biriniz onu ən yaxşı sifətdə görmək istədiyi yad bir insan üçün özünü bəzədiyi kimi, öz müsəlman qardaşının yanına gedəndə də özünü elə bəzəməlidir.»[3154]
    2867. İmam Əli (ə):«Batini gözəllik zahiri gözəllikdən yaxşıdır.»[3155]
    2868. İmam Əli (ə):«İmanın zinəti batinin paklığı və zahirən gözəl rəftardır.»[3156]
    891. Ən gözəl bəzək
    2869. Allahın Peyğəmbəri (s):«Kişinin ən gözəl zinəti imanla müşaiyət olunan sakitlikdir.»[3157]
    2870. İmam Əli (ə):«Ən gözəl məslək səni insanlarla qaynayıb-qarışdıran, onların arasında səni gözəl göstərən və acı dillərini səndən çəkindirəndir.»[3158]
    2871. İmam Əli (ə):«Heç bir bəzənən Allaha ibadət kimi bir zinətlə bəzənməyib.»[3159]
    180 Məsuliyyət
    892. Mə’suliyyət
    Qur’an:
    «And olsun sənin Rəbbinə, onların hamısından etdikləri əməllər barədə soruşacağıq.» [3160]
    Hədis:
    2872. İmam Əli (ə):«Allahdan, Onun bəndələri və torpaqlarına barəsində qorxun. Çünki siz hətta torpaqlara və heyvanlara görə də cavabdeh olmalısınız. Allahdan qorxun və Ona itaətsizlik etməyin.»[3161]
    893. Ümumi Mə’suliyyət
    2873. Allahın Peyğəmbəri (s):«Bilin ki, sizin hamınız rəhbərsiniz və rəiyyət[3162] sahibisiniz. Hamınız öz rəiyyətiniz və əliniz altında olanlar barədə sorğu-sual olunacaqsınız. Rəhbər xalqın başçısıdır və öz rəiyyətinə görə sorğu-sual olunacaq. Kişi öz ailəsinin başçısıdır və onlara görə cavabdehlik daşımalıdır. Qadın öz evinin və ərinin uşaqlarının başçısıdır və onlara görə cavabdeh olmalıdır.»[3163]
    2874. İmam Əli (ə):«Hər bir kişi öz tabeliyində olanlara və ailəsinə görə sorğu-sual olunacaq.»[3164]
    894. Qulağın, gözün və qəlbin Mə’suliyyəti
    2875. «Mən lə yəhzuruhul fəqih»:«Bir kişi İmam Sadiqə (ə)ərz etdi:«Mənim qonşularımın cavan kənizləri var və bu kənizlər xoş avazla oxuyub ud çalırlar. Mən əl-üz yuyulan yerə gedəndə bə‘zən onların çalıb oxumaqlarına qulaq asmaq üçün uzun müddət otururam…» Həzrət buyurdu:«Sən Allah, sən də belə edirsən?!!» Allah-taalanın «Həqiqətən, qulaqdan, gözdən, qəlbdən, onların hamısından soruşulacaqdır» buyurduğunu eşitməmisənmi?»[3165]
    181 Sual (1)
    Elm öyrənmək
    895. «Elmin açarı»
    Qur’an:
    «Səndən qabaq da özlərinə vəhy etdiyimiz kişilərdən başqa bir kəs göndərmədik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.»[3166]
    Hədis:
    2876. Allahın Peyğəmbəri (s):«Elm xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən.»[3167]
    2877. Allahın Peyğəmbəri (s):«Sual elmin yarısıdır.»[3168]
    896. Gözəl tərzdə soruşmaq
    2878. Allahın Peyğəmbəri(s):«Gözəl tərzdə soruşmaq dinin yarısıdır.»[3169]
    2879. İmam Əli (ə) (çətinlik doğuran bir sualı soruşan kişinin cavabında): «Öyrənmək niyyəti ilə soruş, əziyyət vermək və səhv axtarmaq niyyəti ilə soruşma. Çünki öyrənmək istəyən cahil alim kimidir. Azğınlığa qədəm qoyan alim isə səhv tutmaq məqsədilə soruşan cahilə bənzər.»[3170]
    897. Yersiz sual verməkdən çəkinmək
    Qur’an:
    «Ey iman gətirənlər! Sizə aşkar olduğu halda xoşunuz gəlmədiyi şeylər barədə soruşmayın. Əgər Qur‘an nazil olanda onlar barədə soruşsanız, sizə aydın olar. Allah onlardan (suallardan) keçdi. Allah bağışlayan və həlimdir»[3171]
    Hədis:
    2880. Allahın Peyğəmbəri (s):«Mən sizə rüxsət verənədək, siz mənə rüxsət verin. Çünki sizdən qabaqkılar çox sual verməkdən və öz peyğəmbərlərinin yanına çox gəlib-getməkdən məhv oldular. Beləliklə, sizə göstəriş verdiyim zaman, bacardığınız qədər onu yerinə yetirin və bir şeyi qadağan etdiyim zaman ondan uzaqlaşın.»[3172]
    898. Bilmədiyin suallara cavab vermək
    2881. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Ey Əbuzər! Bilmədiyin şey barədə səndən soruşanda «bilmirəm» de ki, onun nəticələrindən xilas olasan. Bilmədiyin şey haqda fitva vermə ki, Qiyamət günü Allahın əzabından nicat tapasan.»[3173]
    2882. İmam Əli(ə):«Alimdən cavabını bilmədiyi bir sualı soruşanda «bilmirəm» deməyə utanmaz.»[3174]
    2883. İmam Əli (ə):«Kim «bilmirəm» sözündən uzaqlaşsa, özünün ölüm uçurumuna düşər.»[3175]
    2884. İmam Sadiq(ə):«Hər verilən suala cavab verən dəlidir.»[3176]
    2885. İmam Sadiq (ə):«Alimin, ona verilən sualın cavabını bilməyəndə «Allah daha yaxşı bilir.» deməyə haqqı var. Amma alim olmayanın belə deməyə haqqı yoxdur və «bilmirəm» deməlidir.»[3177]

    [3114] Biharul-Ənvar, c.77,səh. 192 , hədis 11
    [3115] Ğurərul-Hikəm,hədis 5492
    [3116] Biharul-Ənvar, c.2,səh. 144 , hədis 6
    [3117] Biharul-Ənvar, c.74,səh. 347 , hədis 8
    [3118] əl-Kafi, c.2,səh.186 , hədis 2
    [3119] əl-Kafi, c.2,səh. 188 , hədis 7
    [3120] Biharul-Ənvar, c.74,səh. 355 , hədis 36
    [3121] Biharul-Ənvar, c.74,səh. 353 , hədis 26
    [3122] Biharul-Ənvar, c.74,səh.355 , hədis 36
    [3123] Biharul-Ənvar, c.77,səh.237 , hədis 1
    [3124] Ğurərul-Hikəm,hədis 4087
    [3125] Biharul-Ənvar, c.100,səh. 142 , hədis 18
    [3126] Biharul-Ənvar, c.100, səh. 182 , hədis 4
    [3127] İləluş-Şəraye,səh. 450 , hədis 5
    [3128] Biharul-Ənvar, c.100,səh. 141 , hədis 14
    [3129] Biharul-Ənvar, c.102,səh. 31 , hədis 1
    [3130] Biharul-Ənvar, c.100,səh. 124 , hədis 34
    [3131] Biharul-Ənvar, c.100 ,hədis 259 , hədis 7
    [3132] Məanil-Əxbar,səh. 267 , hədis 1
    [3133] Biharul-Ənvar, c.100,səh. 257 , hədis 1
    [3134] Əmali-Tusi,səh. 55 , hədis 74
    [3135] Səvabul-Əmal,səh. 114 , hədis 21
    [3136] Biharul-Ənvar, c.100,səh. 145 , hədis 34
    [3137] əl-Kafi, c.4,səh. 579 , hədis 1
    [3138] Biharul-Ənvar, c.100,səh. 266 , hədis 14
    [3139] Biharul-Ənvar, c.102, səh.1, hədis 3
    [3140] Uyune Əxbari-Rza (ə), c.2, səh.258 , hədis 16
    [3141] Uyune Əxbari-Rza (ə), c.2,səh.255 , hədis 2
    [3142] əl-Kafi, c.4,səh. 583 , hədis 3
    [3143] Biharul-Ənvar, c.102,səh. 59 , hədis 1
    [3144] Biharul-Ənvar, c.102,səh. 267 , hədis 5
    [3145] Biharul-Ənvar, c.102səh. 265 , hədis 3
    [3146] Səvabul – Əmal, səh. 124 , hədis 1
    [3147] Biharul – Ənvar, c.74,səh. 354 , hədis 29
    [3148] əl-Xisal,səh. 618 , hədis 10
    [3149] Biharul-Ənvar, c.78,səh. 71 , hədis 6
    [3150] Biharul-Ənvar, c.78,səh. 71 , hədis 35
    [3151] Ə‘raf, ayə 131
    [3152] Ə‘raf, ayə 132
    [3153] Biharul-Ənvar, c.79,səh. 307 , hədis 23
    [3154] Biharul-Ənvar, c.79,səh. 298 , hədis 3
    [3155] Ğurərul-Hikəm,hədis 5503
    [3156] Ğurərul-Hikəm,hədis 5504
    [3157] Biharul-Ənvar, c.71,səh. 337 , hədis 2
    [3158] Ğurərul-Hikəm,hədis 3470
    [3159] Ğurərul-Hikəm,hədis 9489
    [3160] Hicr, ayə 92, 93
    [3161] Nəhcül-Bəlağə, xütbə 167
    [3162] Rəiyyət – Başçısı, himayəçisi olan bir xalq kütləsi, camaat. Kiminsə rəhbərliyi altında olan bir qrup insan.
    [3163] Səhihi-Muslim,səh. 1829
    [3164] Ğurərul-Hikəm,hədis 7254
    [3165] Mən la yəhzuruhul-Fəqih, c.1,səh.180 , hədis 177
    [3166] Nəhl, ayə 43
    [3167] Tuhəful-Uqul,səh. 42
    [3168] Kənzul-Ummal, hədis 29260
    [3169] Tuhəful-Uqul,səh. 56
    [3170] Nəhcül-Bəlağə, hikmət 320
    [3171] Maidə, ayə 101
    [3172] Kənzul-Ummal, hədis 916
    [3173] Məkarimul-Əxlaq, c.2,səh. 364 , hədis 2661
    [3174] əl-Məhasin, c.1,səh. 328 , hədis 664
    [3175] Nəhcül-Bəlağə, hikmət 85
    [3176] Biharul-Ənvar, c.2,səh. 117 , hədis 15
    [3177] əl-Kafi, c.1,səh. 42 , hədis 5

    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1273 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024