İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    182 Sual (2)
    Hacət istəmək
    899. İnsanlardan hacət istəməyin qadağan olması
    Qur’an:
    «Bu sədəqələr Allah yolunda sıxıntıya düşən və (öz dolanışıqlarını təmin etmək üçün) səfərə çıxa bilməyən yoxsullar üçündür. Onlar çox həyalı olub (dilənçilikdən çəkindiklərinə görə), məlumatı olmayanlar onları varlı hesab edirlər. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla heç nə istəməzlər. Şübhəsiz ki, onlara sədəqə verdiyiniz hər bir maldan, Allah agahdır.» [3178]
    2886. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Xahişdən və dilənçilikdən ehtiyatlı ol ki, o, düynada xarlığa və yoxsulluğa səbəb olar, Qiyamət günü isə hesab-kitabı uzundur.»[3179]
    2887. Allahın Peyğəmbəri (s):«Kim mənə insanlardan heç nə istəməməyi söz verər ki, mən ona Cənnəti verim?» Suban dedi:«Mən.» Bundan sonra Suban insanlardan heç nə istəmirdi.»[3180]
    2888. Allahın Peyğəmbəri (s):«Ehtiyacını dilə gətirməyin qapısını öz üzünə açan elə bir bəndə olmadı ki, Allah-taala yoxsulluğun yetmiş qapısını onun üzünə açmasın.»[3181]
    2889. İmam Əli (ə):«Kim Allahdan qeyrisindən bir şey istəsə, məhrumiyyətə layiq olar.»[3182]
    2890. İmam Həsən (ə):«Bu üç yerdən başqa bir yerdə ehtiyac istəmək rəva deyil: Ağır qanbahasında, ya üzücü borcda, ya öldürücü yoxsulluqda.»[3183]
    2891. İmam Səccad (ə):«İnsanlardan ehtiyac istəmək həyatda xarlığa, həya və abrın getməsinə səbəb olar. Eləcə də, insanın vüqarını, əzəmətini azaldar və o, əsl yoxsulluqdur. Ehtiyac əlini insanlara az uzatmaq isə nəğd olan ehtiyacsızlıqdır.»[3184]
    2892. İmam Sadiq (ə):«Bizim şiəmiz acından ölsə də, ehtiyac əlini insanlara uzatmaz.»[3185]
    900. Ehtiyac olmayan yerdə kömək istəməkdən çəkindirmək
    2894. İmam Səccad (ə):«Mən Rəbbimi zamin tuturam ki, ehtiyacı olmadan başqasından bir şey istəyən elə bir kəs olmadı ki, onun bu diləyi bir gün onu həqiqi ehtiyac əlini uzatmağa məcbur etməsin.»[3187]
    2895. İmam Baqir (ə):«Kim ehtiyacı olmadan xahiş (və dilənçilik) edərsə, Qiyamət günü üzü çırmaqlanmış halda Allahla görüşər.»[3188]
    901. İnsanlardan ehtiyacsız olmağa həvəsləndirmək
    2896. Allahın Peyğəmbəri (s):«Kim bizdən bir şey istəsə ona verərik, kim bir şey istəməsə Allah-taala onu ehtiyacsız və varlı edər.»[3189]
    2897. Allahın Peyğəmbəri (s):«Sizlərdən hər biriniz kəndir götürüb bir qucaq odun gətirib satsa və bu işlə öz abrını qorusa, bu onunçün ehtiyac əlini uzatmaqdan daha yaxşıdır.»[3190]
    902. Yaxşılığı onun əhlindən istəmək
    2898. Allahın Peyğəmbəri (s):«Yaxşılığı və bəxşişi ümmətimin səxavətlilərindən və mehribanlarından istəyin ki, onların kölgəsində yaşayasınız.»[3191]
    2899. İmam Əli (ə):«Sənin abrın donmuş buzdur, ehtiyac istəmək isə onu damla-damla əridər. Beləliklə, bax gör onu kimin yanında əridirsən.»[3192]
    2900. İmam Əli (ə):«Ehtiyacın aradan getməsi onu əhli olmayandan istəməkdən daha asandır.»[3193]
    903. Dilək diləməyin qaydası
    2901. İmam Sadiq (ə):«Sənə rədd cavabı verməsindən qorxduğun kimsədən heç nə istəmə.»[3194]
    2902. İmam Sadiq (ə):«Üç şey məhrumiyyətə səbəb olar: istəməkdə israr etmək, qeybət və rişxənd etmək.»[3195]
    904. İstəyəni naümid qaytarmağın qadağan olması
    Qur’an:
    «Və dilənçini (qapıdan) qovma»[3196]
    Hədis:
    2903. Allahın Peyğəmbəri (s):«Dilənçinin diləyini rədd etməyin. Çünki dilənçilərin yalan danışmaqları olmasaydı, onların xahişini rədd edən şəxs heç vaxt nicat tapmazdı.»[3197]
    2904. Allahın Peyğəmbəri (s):«Dilənçiyə baxın, əgər ona ürəyiniz yansa sədəqə verin. Çünki o, doğru danışır.»[3198]
    2905. İmam Əli (ə):«Dilənçini əliboş geri qaytarma, əksinə, üzümün ya xurma dənəsinin yarısı olmuş olsa belə, ona ver.»[3199]
    2906. İmam Əli (ə):«Vermək istədiyin sədəqənin azlığından utanma, Çünki (dilənçini) məhrum etmək ondan daha pisdir.»[3200]
    2907. İmam Hüseyn (ə): Möhtac xahiş etməklə öz hörmətini və abrını tökmüşdür. Sən də, onu naümid etməməklə öz abrını və hörmətini saxla.»[3201]
    2908. İmam Baqir (ə):«Dilənçi onun xahişində və istəyində nə gizləndiyini bilsəydi, heç vaxt heç kimdən bir şey istəməzdi. Əgər xahiş olunan şəxs, naümid qaytarmaqda nə gizləndiyini bilsəydi, heç vaxt heç kəs digərini naümid qaytarmazdı.»[3202]
    2909. İmam Sadiq (ə):«Bir şəxs ehtiyac əlini mənə uzadan zaman onun ehtiyacını ödəməyə tələsirəm. Çünki işin işdən keçdiyindən və mənim köməyimin artıq ona fayda verməməsindən qorxuram.»[3203]
    2910. İmam Sadiq (ə):« Üç dilənçiyə yemək verin. Bundan sonra ixtiyar sizin özünüzdədir, istəsəniz daha çoxunu yedirdərsiniz, istəsəniz də yedirtməzsiniz. Belə ki, artıq o gününüzün vəzifəsini yerinə yetirmisiniz.»[3204]
    2911. Mə’sumlar (ə):«Biz yardıma layiq olanın xahişini rədd etməkdən qorxduğumuza görə, buna layiq olmayanlara da bəxşiş verərik.»[3205]
    183 Söyüş söymək
    905. Mömini söymək
    2912. Allahın Peyğəmbəri(s):«Mömini söymək məhv olmağın kandarında durmaq kimidir.»[3206]
    2913. Allahın Peyğəmbəri (s):«Mö’minə təhqiramiz sözlər demək fasiqlik (fisqdir), onunla müharibə etmək küfr, onun ətini yemək (qeybətini etmək) Allaha itaətsizlikdir.»[3207]
    906. Söyüş söyməyin qadağan olması
    Qur‘an:
    «Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.»[3208]
    Hədis:
    2914. Allahın Peyğəmbəri (s):«Küləkləri söyməyin. Onlar (Allah tərəfindən) məmurdurlar. Dağları, anları, günləri və gecələri söyməyin ki, günahkar olarsınız və özünüzə qayıdar.»[3209]
    2915. Allahın Peyğəmbəri (s):«İnsanları söyməyin ki, bu işinizlə onların arasında özünüzə düşmən taparsınız.»[3210]
    2916. İmam Əli (ə) (onu söymüş olan kişini söymək istəyən Qəmbərə xitabən): «Sakit ol, Qəmbər! Səni söyəni xar və rüsvay halda qoy ki, Rəhman Allahı razı və şeytanı narazı edərək düşməninə cəza vermiş olasan. Toxumu yaran və məxluqatı yaradan Allaha and olsun ki, mö’min öz Rəbbini dözümlülük və güzəşt etmək kimi başqa bir şeylə razı etmədi. Sakitlik kimi bir silah qədər başqa bir şeylə şeytanı qəzəbləndirmədi və axmağa, onun müqabilində susmaq kimi digər bir şey ilə cəza vermədi.»[3211]
    2917. İmam Kazim (ə) (iki nəfərin bir-birinə söyüş söydüyünü gördükdə): «Birinci başlayan daha çox zülmkardır və qarşı tərəfin günahı zülmə məruz qalan öz həddini aşmayanadək, onun boynundadır.»[3212]
    2918. İmam Kazim (ə):«Heç vaxt bir-birini söyən iki nəfər olmayıb ki, onlardan daha çox söyüş söyən daha aşağı məqama çökməsin.»[3213]
    907. Peyğəmbərləri və vəsilərini söyən şəxsin cəzası.
    2919. Allahın Peyğəmbəri (s):«Kim peyğəmbərlərdən birini söysə, onu öldürün. Kim onların vəsilərindən birini söysə, şəkksiz ki, peyğəmbəri söymüşdür.»[3214]
    2920. İmam Sadiq (ə) (Allahın Rəsulunu söyən şəxsin hökmü barədə verilən sualın cavabında): «Ona daha yaxın olan kimsə, onu mühakimə etmək üçün imamın yanına aparmadan öldürsün.»[3215]
    908. İcazə verilən söyüş
    2921. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz (din) qardaşını söyən zaman onun elinə, obasına, atasına, anasına söyməsin. Əksinə, belə desin:«Sən simicsən, sən qorxaqsan, sən yalançısan» Bir şərtlə ki, onun həqiqətən belə olduğunu bilsin.»[3216]
    184 Səcdələr
    909. Səcdələr
    2922. İmam Əli (ə):«Bəndəni heç nə çoxlu səcdələr və rukular qədər pak olan Allaha yaxınlaşdırmaz.»[3217]
    2923. İmam Sadiq (ə) :«Səcdə, Adəm övladının ibadətinin zirvəsidir.»[3218]
    2924. İmam Sadiq (ə) (Səid ibn Yəsarın «Ruku halında dua edim ya səcdə halında?» sualına cavabından): «Bəli, səcdə halında dua et. Çünki bəndənin Allaha ən yaxın halı səcdədir. O halda dünyan və axirətin üçün Allahın dərgahına dua et.»[3219]
    910. Səcdəni uzatmaq
    2925. Allahın Peyğəmbəri (s):«Allahın səni mənimlə birgə qəbirdən qaldırmasını istəyirsənsə, vahid Qəhhar olan Allahın dərgahına uzun səcdə et.»[3220]
    2926. İmam Əli (ə):«Səcdələri uzadın. Çünki iblis üçün Adəm övladını səcdə halında görmək qədər daha ağır və xoşagəlməz bir mənzərə yoxdur. Belə ki, səcdə etmək ona əmr olunsa da, əmrə itaət etmədi.»[3221]
    2927. İmam Sadiq (ə); «Bir dəstə insan Allahın Rəsulunun yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu! Rəbbinin qarşısında Cənnəti bizə zəmanət ver.» Allahın Rəsulu(s) buyurdu:«Bir şərtlə ki, siz də uzun səcdələrlə mənə kömək edəsiniz.»[3222]
    2928. İmam Sadiq (ə):« Əli ibn Hüseyn (ə) səcdəyə gedəndə, bədənindən tər axanadək başını səcdədən qaldırmazdı.»[3223]
    911. Səcdə əlaməti
    Qur’an:
    «Üzlərində səcdələrin əsər-əlaməti var.»[3224]
    Hədis:
    2929. İmam Əli (ə):«Mən kişi üçün alnının saf görünməyini və onda
    səcdədən bir əsər-əlamət olmamasını bəyənmirəm.»[3225]
    2930. İmam Baqir (ə):«Atamın səcdə yerində bir nişanə peyda yaranmışdı. İldə iki dəfə və hər dəfə beş qabar ondan kəsərdi. Buna görə o Həzrətə «Zus-səfənat» yə’ni «qabar sahibi» deyərdilər.»[3226]
    912. İmam Hüseynin (ə) torpağına səcdə etmək
    2931. İmam Sadiq (ə):«Hüseynin (ə) torpağına səcdə etmək yeddi hicabı yarar.»[3227]
    185 Məscid
    913. Məscid Allahın evidir
    Qur’an:
    «Həqiqətən, məscidlər və səcdəgahlar Allahındır. Buna görə Allahla bərabər heç kəsi çağırmayın.»[3228]
    Hədis:
    2932. İmam Sadiq (ə):«Sizlərə məscidlərə getməyi tövsiyə edirəm. Çünki məscidlər Allahın yer üzündə evləridir. Kim pak və təmiz halda oraya daxil olsa, Allah-taala onu günahlardan təmizləyər və zəvvarları sırasında qeyd edər. Beləliklə, məscidlərdə çox namaz qılıb dua edin.»[3229]
    914. Məscidləri abad etmək
    Qur’an:
    «Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayan şəxs abad edər. Ümid var ki, onlar doğru yolu tapsınlar.»[3230]
    Hədis:
    2933. Allahın Peyğəmbəri (s) (məscidlərin necə abad olunması barədə Əbuzərin sualının cavabında): «Onlarda səslərini qaldırmasınlar, nalayiq və boş-boş sözlərə, işlərə vaxt sərf etməsinlər. Orada alış-veriş edilməsin. Məsciddə olduğun müddətdə hədər və əhəmiyyətsiz işlərdən əl çəkəsən. Əgər belə etməsən, Qiyamət günü özündən başqa bir kəsi danlamağa haqqın yoxdur.»[3231]
    2934. İmam Sadiq (ə):«Kim bir məscid tiksə, Allah-taala onunçün Cənnətdə bir ev tikər.»[3232]
    915. Məscidlərə getmək
    2935. Allahın Peyğəmbəri (s):«Kim camaat namazında iştirak etmək üçün məscidə getsə, atdığı hər bir addıma yetmiş min yaxşı əməlin savabı yazılar və həmin həddlə dərəcəsi ali səviyyəyə yüksələr. Əgər bu halda ölərsə, Allah-taala yetmiş min mələyi, qəbrdən qalxan günədək onu qəbrdə ziyarət etmək, tənhalıqda onunla munis olmaq və günahlarının bağışlanmasını istəməkdən ötrü ayırar.»[3233]
    916. Məsciddə oturmaq
    2936. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Məsciddə oturduğun müddətdə Allah-taala hər aldığın nəfəs üçün sənə Cənnətdə bir dərəcə verər, mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər bir nəfəs üçün sənə on yaxşı əməlin savabı yazılar və on günahın silinər.»[3234]
    917. Məscidlə qonşuluq və onda namaz qılmaq
    2937. İmam Əli (ə):«Məscidin qonşuluğunda yaşayan şəxsin bir üzrlü səbəb, ya xəstə olduğu haldan başqa məsciddən qeyri bir yerdə qıldığı namazı qəbul deyil.» Ərz etdilər:«Ey Əmir-əl-mö’minin! Məscidin qonşusu kimdir?» Həzrət (ə) buyurdu:«Məsciddə namaz qılmaq üçün də‘vət səsini eşidən şəxs»[3235]
    2938. İmam Əli (ə):«Məscidin ətrafı qırx zirədir, məscidin qonşuluğu isə hər tərəfə qırx evdir.»[3236]
    918. Məsciddə ədəb qaydaları
    2939. Allahın Peyğəmbəri (s):«Kim bu pis iyli dənəni (yə’ni sarımsağı) yeyərsə, bizim məscidə yaxınlaşmasın. Amma məscidə gəlməyəcək şəxsə yeməyin eybi yoxdur.»[3237]
    2940. Allahın Peyğəmbəri (s):«Məsciddə iki rəkət namaz qılmadan onu özünüzün keçid yeri etməyin.»[3238]
    186 Səxavət
    919. Səxavət
    2941. Allahın Peyğəmbəri (s):«Səxavət Allahın əzəmətli xislətidir.»[3239]
    2942. Allahın Peyğəmbəri (s):«Allah-taala bütün vəlilərinin təbiətinin xəmirini səxavətdən başqa bir şeylə yoğurmamışdır.»[3240]
    2943. İmam Əli (ə):«Səxavət Allaha və insanlara yaxınlaşmağın səbəbidir.»[3241]
    2944. İmam Əli (ə): «Ağla kömək etmək üçün səxavətdən başqa bir şeydən imdad istənilməsin.»[3242]
    2945. İmam Əli (ə):«Səxavət müdrikliyin meyvəsi və qənaət şərəfin dəlilidir.»[3243]
    2946. İmam Əli (ə):«Səxavət məhəbbətin toxumunu səpər.»[3244]
    2947. İmam Əli (ə):«Səxavət məhəbbət gətirər, əxlaqı və xasiyyəti bəzəyər.»[3245]
    2948. İmam Sadiq (ə):«Səxavət peyğəmbərlərin əxlaqi keyfiyyətlərindən biri və imanın sütunudur. Səxavətli olmayan mömin yoxdur. Yalnız yəqinlik və ali hədəf sahibi səxavətli ola bilər. Çünki səxavət yəqinlik nurunun şüasıdır və buna görə hədəfi tanıyan şəxsə bəxşiş etmək asan olar.»[3246]
    2949. İmam Sadiq (ə):«Sizin ən yaxşılarınız səxavətliləriniz və ən pisləriniz xəsislərinizdir.»[3247]
    920. Səxavətli
    2950. «əl-Kafi»:«Allah-taala Musaya (ə) vəhy etdi ki, Samirini öldürmə. Çünki o, səxavətlidir.»[3248]
    2951. Allahın Peyğəmbəri (s):«Səxavətli şəxs Allaha yaxındır, insanlara yaxın və Cənnətə də yaxındır.»[3249]
    2952. Allahın Peyğəmbəri (s):«Səxavətlinin səhvindən keçin. Hər dəfə ayağı büdrəyən zaman Allah-taala onun əlindən tutar.»[3250]
    2953. İmam Sadiq (ə):«Günaha batmış səxavətli gənc Allah yanında xəsis abid qocadan daha sevimlidir.»[3251]
    2954. İmam Rza (ə):«Səxavətli şəxs insanların süfrəsindən yeyər ki, insanlar da onun süfrəsindən yesinlər. Amma xəsis insanların süfrəsindən yeməz ki, onlar da onun süfrəsindən yeməsinlər.»[3252]
    921. Səxavətin sərhəddi
    Qur‘an:
    «Əlini boynuna bağlama (yə’ni xəsis olma) və tamamilə açıq saxlama ki, peşmançılıq və həsrət içində oturarsan.»[3253] («İsra» 29)
    Hədis:
    2955. Allahın Peyğəmbəri (s):«İnsanların ən səxavətlisi öz malının zəkatını verəndir.»[3254]
    2956. İmam Əli (ə):«Səxavət öz malından bəxşiş, ehsan vermək və başqalarının sərvəti qarşısında zahidlik etməkdir.»[3255]
    2957. İmam Sadiq (ə):«Kərəm və səxavət sahibi öz malını haqq yolunda xərcləyəndir.»[3256]
    2958. İmam Sadiq (ə):«Səxavət bir kimsənin xahişi olmadan həyata keçər. Amma xahişdən sonra edilən səxavət utancaqlıqdan irəli gəlir və məzəmmətdən qaçmaq üçündür.»[3257]
    2959. İmam Əskəri (s):«Səxavətin həddi var, əgər onu aşsalar ifrat olar.»[3258]

    [3178] Bəqərə, ayə 273
    [3179] Mən la Yəhzuruhul-Fəqih, c.4,səh. 375 , hədis 5762
    [3180] Kənzul—Ummal, hədis17142
    [3181] Camiul-Əxlaq,səh. 379 , hədis 1061
    [3182] Ğurərul-Hikəm,hədis 7993
    [3183] Biharul-Ənvar, c.96,səh. 152 , hədis 16
    [3184] Tuhəful-Uqul,səh. 79
    [3185] Vəsailuş-Şiə, c.6,səh. 309 , hədis 15
    [3186] Biharul-Ənvar, c.96,səh. 156 , hədis 29
    [3187] Biharul-Ənvar, c.96,səh. 158 , hədis 37
    [3188] Biharul-Ənvar, c.96,səh. 155 , hədis 26
    [3189] əl-Kafi, c.2,səh. 138 , hədis 2
    [3190] Biharul-Ənvar, c.96,səh. 158 , hədis 37
    [3191] Biharul-Ənvar, c.96,səh. 160 , hədis 38
    [3192] Nəhcül-Bəlağə, hikmət 346
    [3193] Nəhcül-Bəlağə, hikmət 66
    [3194] Ə‘lamud-Din,səh. 303
    [3195] Tuhəful-Uqul,səh. 321
    [3196] Zuha, ayə 10
    [3197] Biharul-Ənvar, c.96,səh. 158 , hədis 37
    [3198] Nəvadirul-Rəvandi,səh. 3
    [3199] Tuhəful-Uqul,səh. 172
    [3200] Nəhcül-Bəlağə, hikmət 67
    [3201] Kəşful-Ğummə, c. 2, səh.244
    [3202] Tuhəful-Uqul,səh. 300
    [3203] Uyunu-Əxbəru Rza(ə), c.2,səh.179 , hədis 2
    [3204] İddətud-Dai,səh. 91
    [3205] Biharul-Ənvar, c.96,səh. 159 , hədis 37
    [3206] Kənzul-Ummal, hədis 8093
    [3207] Biharul-Ənvar, c.75, səh. 148, hədis 6
    [3208] Ən‘am, ayə 108
    [3209] İləluş-Şəraye, səh. 577, hədis 1
    [3210] əl-Kafi, c.2,səh. 360, hədis 3
    [3211] Əmali-Mufid,səh. 118, hədis 2
    [3212] Tuhəful-Uqul,səh. 412
    [3213] Ə‘lamud-Din,səh. 305
    [3214] Əmali-Tusi,səh. 365, hədis 769
    [3216] Kənzul-Ummal, hədis 8134
    [3217] Ğurərul-Hikəm, hissə 10888
    [3218] əd-Də‘vat,səh. 33, hədis 70
    [3219] Biharul-Ənvar, c.85,səh. 131, hədis 6
    [3220] Biharul-Ənvar, c.85,səh. 164, hədis 12
    [3221] əl-Xisal,səh. 616, hədis 10
    [3222] Əmali-Tusi,səh. 664, hədis 1389
    [3223] Biharul-Ənvar, c.85,səh. 137, hədis 17
    [3224] Fəth, ayə 29
    [3225] Biharul-Ənvar, c.71, səh.344, hədis 4
    [3226] İləluş-Şəraye, səh.233, hədis 2
    [3227] Biharul-Ənvar, c.85səh.153, hədis 14
    [3228] Cin, ayə 18
    [3229] Əmali-Səduq,səh. 293, hədis 8
    [3230] Tövbə, ayə 18
    [3231] Məkarimul-Əxlaq, c.2,səh. 374, hədis 2661
    [3232] əl-Kafi, c.2,səh. 368, hədis 1
    [3233] Biharul-Ənvar, c.76,səh. 336, hədis 1
    [3234] Biharul-Ənvar, c.77, səh. 85, hədis 3
    [3235] Biharul-Ənvar, c.83, səh. 379, hədis 47
    [3236] əl-Xisal,səh.544, hədis 20
    [3237] Biharul-Ənvar, c.84,səh. 9, hədis 83
    [3238] Əmali-Səduq,səh. 344, hədis 1
    [3239] Kənzul-Umma,hədis 15962
    [3240] Kənzul-Umma, hədis 16204
    [3241] Biharul-Ənvar, c.72,səh. 193, hədis 9
    [3242] Biharul-Ənvar, c.72,səh. 193, hədis 59
    [3243] Ğurərul-Hikəm, hədis 2145
    [3244] Ğurərul-Hikəm, hədis 306
    [3245] Ğurərul-Hikəm, hədis. 1600
    [3246] Biharul-Ənvar, c.71,səh. 355, hədis 17
    [3247] Biharul-Ənvar, c.71,səh. 350, hədis 3
    [3248] Əl-Kafi, c.4,səh. 41, hədis 13
    [3249] Biharul-Ənvar, c.73,səh. 308, hədis 37
    [3250] Kənzul-Ummal, hədis 16212
    [3251] Biharul-Ənvar, c.73,səh. 307, hədis 34
    [3252] Biharul-Ənvar, c.71,səh. 352, hədis 8
    [3253] İsra, ayə 29
    [3254] Biharul-Ənvar, c.77, səh. 112, hədis 2
    [3255] Ğurərul-Hikəm, hədis. 1928
    [3256] Biharul-Ənvar, c.71,səh. 353, hədis 11
    [3257] Biharul-Ənvar, c.71,səh. 357, hədis 21
    [3258] Biharul-Ənvar, c.69,səh. 407, hədis 115
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1345 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024