İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    187 Sirr
    922. Sirr saxlamaq
    2960. İmam Əli (ə):«Kim öz sirrini gizlətsə, seçim qüdrəti onun öz əlində olar.»[3259]
    2961. İmam Əli (ə):«Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikirləşməklə və fikirləşmək sirr saxlamaqla əldə olunur.»[3260]
    2962. İmam Əli (ə):«Sənin sirrin sənin əsirindir. Əgər onu faş etsən, sən onun əsiri olacaqsan.»[3261]
    2963. İmam Əli (ə):«Aqil insanın sinəsi onun sirr sandığıdır.»[3262]
    2964. İmam Əli (ə):«Sirr bilənlərin sayı hər nə qədər çox olarsa, onların faş olma ehtimalı bir o qədər artıq olar.»[3263]
    2965. İmam Əli (ə):«Nə qədər məhəbbətin varsa dostuna həsr et, amma inamının hamısını onun ayağı altına atma.»[3264]
    2966. İmam Əli (ə) :«İşlərin ən uğurlusu tam məxfiliklə baş verəndir.»[3265]
    2967. İmam Əli (ə):«Öz sirrini e‘timad etdiyin kəsdən başqa heç kimə vermə.»[3266]
    2968. İmam Əli (ə):«Sənin sirrinin bilinməməsinin nə qorxusu var!?»[3267]
    2969. İmam Əli (ə):«Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini saxlamağa qüdrəti çatmaz.»[3268]
    2970. İmam Sadiq (ə):«Sirrin faş olması süquta uğramaqdır.»[3269]
    2971. İmam Sadiq (ə):«Sənin sirrin, sənin qanının bir hissəsidir. Buna görə sənin damarlarından qeyrisində axmamalıdır.»[3270]
    2972. İmam Rza (ə):«Mömində bu üç xislət olmasa mömin olmaz. Bir xislət öz Rəbbindən, bir xislət peyğəmbərindən və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti sirr saxlamaqdır. Allah-taala buyurmuşdur: «Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz.»[3271]
    2973. İmam Cavad (ə):«Bir şeyi möhkəmlənməmiş və sabit olmamış üzə çıxarmaq, onun korlanmasına gətirib çıxarar.»[3272]
    923. Sirri verməyə layiq olmayanlar
    2974. İmam Əli (ə):«Sirr saxlamağa taqəti olmayan nadana sirr vermə.»[3273]
    2975. İmam Əli (ə):«Əmanətə sadiq olmayana sirr vermə.»[3274]
    2976. İmam Əli (ə):«Üç nəfərə sirr vermək olmaz: qadına, söz gəzdirənə və axmağa.»[3275]
    2977. İmam Sadiq (ə):«Dörd şey bərbad olar: ….və ağıldan heç bir bəhrəsi olmayana sirr vermək.»[3276]
    188 Şadlıq
    924. Şadlanmağa layiq olan şey
    2978. İmam Əli (ə) (Abdullah ibn Abbasa xitabən): «Allahı tərif etdikdən sonra bə’zən insan hər bir halda onun əlinə çatacaq bir şeyi qazananda sevinir. Bə’zən də, heç vaxt ona çata bilmədiyi bir şeyi əldə etməyəndə qüssələnir. Beləliklə, sən axirət işlərindən birinə çatanda sevin və onun işlərindən birini əldən verən zaman qüssələn.» İbn Abbas deyərdi ki, Allahın Rəsulunun (s) sözündən sonra, bu söz qədər heç bir sözdən faydalanmadım.»[3277]
    925. Şadlığın amilləri
    2979. İmam Əli (ə):«Şadlığa yumşaq xasiyyətdən başqa heç bir şeylə kömək etmək olmaz.»[3278]
    2980. İmam Əli (ə):«Əqlin kökü qüdrət, onun meyvəsi isə sevincdir.»[3279]
    926. Kim bir qəlbi sevindirərsə…
    2981. Allahın Peyğəmbəri (s):«Cənnətdə darul-fərəh (yə’ni şadlıq sayarı) adlanan saray var. Oraya yalnız möminlərin yetimlərini sevindirənlər daxil olacaq.»[3280]
    2982. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cənnətdə «darul-fərəh» adlı bir saray var ki, oraya yalnız uşaqları sevindirənlər daxil olar.»[3281]
    2983. İmam Əli (ə):«And olsun bütün avazları eşidən kəsə, bir qəlbi şadlandıran elə bir şəxs olmayıb ki, Allah-taala o şadlıqdan bir lütf yaratmasın. Həmin şəxs bir çətinliyə, müsibətə düşəndə bu lütf üzüaşağı axan su kimi müsibətin üzərinə axar və qərib dəvə sürüdən qovulduğu kimi, o müsibəti ondan uzaqlaşdırar.»[3282]
    2984. İmam Sadiq (ə):«Sizlərdən hər hansı biriniz bir mömini sevindiribsə yalnız onu sevindirdiyini fikirləşməsin. Əslində, Allaha and olsun ki, bizi sevindirmişdir. Allaha and olsun, Allahın Rəsulunu (s) sevindirmişdir.»[3283]
    927. Mömini sevindirən, Allahı sevindirmişdir
    2985. Allahın Peyğəmbəri (s):«Kim bir mömini sevindirsə, məni sevindirmişdir. Kim məni sevindirsə, Allahı sevindirmişdir.»[3284]
    928. Möminin qəlbindən qəmi aparmağın savabı
    2986. İmam Sadiq (ə):«Kim möminin qəmini aparsa, Allah-taala axirət qəmlərini ondan uzaqlaşdırar və qəbirdən rahat qəlblə qaldırar.»[3285]
    2987. İmam Sadiq (ə):«Allah-taala mömini qəbrdən çıxaranda, onunla bir surət də çıxar və möminin qabağınca gedər. Mömin Qiyamət gününün qorxulu səhnələrindən birini görəndə, həmin surət deyər:«qorxma və kədərlənmə….» Mömin ona deyər:«Sən kimsən?» Surət deyər:«Mən mömin qardaşına çatdırdığın həmin şadlıq və sevincəm.»[3286]
    2988. İmam Rza (ə):«Kim möminin işinin düyününü açsa, Qiyamət günü Allah-taala onun qəlbinin düyününü açar.»[3287]
    189 İsraf
    929. Həddi aşmaq
    Qur’an:
    «Ey Adəm övladları! Hər bir məscidə gedəndə öz zinətlərinizi geyinin, yeyin, için və israf etməyin ki, Allah-taala israf edənləri sevməz.» [3288]
    Hədis:
    2989. İmam Əli (ə):«Biçarə israfçı! Öz nəfsinin islahından və əldən verdiklərinin yerini doldurmaqdan necə də uzaqdır.»[3289]
    2990. İmam Əli (ə):«İsraf puçluqdur, orta həddi gözləməksə sərvət gətirər.»[3290]
    2991. İmam Əli (ə):«Malı nahaq yerə xərcləmək israf və zay etməkdir»[3291]
    2992. İmam Səccad (ə) (duada): «Ey Allahım! Məni israf etməkdən çəkindir, ruzimi tələf olmaqdan qoru, malıma bərəkət verməklə onu artır və onu xeyir işlərdə xərcləməyin yolunu mənə göstər.»[3292]
    930. İsrafçının nişanəsi
    2993. Allahın Peyğəmbəri (s):«İsrafçının dörd nişanəsi var: batil işlərlə öyünər, ona aid olmayan şeyi yeyər, xeyirli işlərə meylsiz olar və ona xeyir verməyən şəxsi inkar edər.»[3293]
    2994. İshaq ibn Əmmar:«İmam Sadiqdən (ə) soruşdum:«Mö’minin on köynəyi ola bilərmi?» Həzrət buyurdu:«Bəli.» Ərz etdim:«İyirmi köynək necə?» Buyurdu:«Bəli. Bunlar israf deyil. İsraf çöl, bayır və qonaq paltarını ev və əlaltı paltarları etməkdir.»[3294]
    2995. İmam Əskəri (ə):«Həqiqətən, səxavətin həddi var. Əgər onu aşsalar israf olar.»[3295]
    931. İsrafın ən az həddi
    2996. Allahın Peyğəmbəri (s):«Ürəyin istədiyi hər şeyi yemək israfdır.»[3296]
    2997. İmam Sadiq (ə):«İsrafın ən az həddi qabın dibində qalan suyu, ya yeməyi atmaq, həmçinin bayır paltarını ev və əlaltı paltarına çevirmək və (xurma və meyvələrdəki) çəyirdəyi tullamaqdır.»[3297]
    932. İsraf sayılmayan şey
    2998. Allahın Peyğəmbəri (s):«İsrafda bir xeyir gizlənməmişdir və xeyir işlərdə israf yoxdur.»[3298]
    2999. İmam Sadiq (ə):«Bədəni sağlam saxlayan şeydə israf yoxdur… əslində israf malı tələf edən və bədənə ziyan verən şeylərdir.»[3299]
    3000. «Biharul-Ənvar»:«İmam Kazimdən (ə) soruşurlar:«On köynəyə sahib olmaq israfdırmı?» Buyurur:«Xeyr. Əksinə, çox köynəyə sahib olmaq köynəklərin ömrünü uzadar. İsraf çöl paltarını çirkli yerə geyməkdir.»[3300]
    190 Oğurluq
    933. Oğurluq
    Qur‘an:
    «Oğru kişi və qadının, etdikləri əmələ görə Allah tərəfindən cəza olaraq əllərini kəsin. Allah izzət və hikmət sahibidir.» [3301]
    Hədis:
    3001. İmam Rza (ə):«Allah-taala oğurluğu haram etmişdir. Çünki, buna icazə verilsəydi, malların məhvinə və insanların qətlinə səbəb olardı. Belə ki, bir-birinin mallarını qəsb etmək qarşılıqlı kütləvi qətllərə, münaqişələrə və paxıllığa səbəb olur. Eləcə də ticarət və sənayedən uzaqlaşmağa, sərvətlərin haram və nalayiq yollarla əldə edilməsinə gətirib çıxarardı.
    Sağ əl bu səbəbdən kəsilir ki, oğru sağ əli ilə əşyalara toxunur. Sağ əl həm də onun bədəninin ən yaxşı və ən çox fayda verən üzvüdür. Buna görə, onun kəsilməsi oğru üçün cəza və başqaları üçün bir ibrət dərsidir ki, haram yolla mallara təcavüz etmək niyyətindən əl çəksinlər. Həm də ona görə ki, oğru daha çox sağ əl ilə oğurluq edir.»[3302]
    934. Oğurluğa görə cəzalandırılmayanlar
    3002. Allahın Peyğəmbəri (s):«Oğrunun əli, yalnız dinarın dörddə biri və ondan çox məbləğdə oğurluqda kəsilər.»[3303]
    3004. İmam Əli (ə):«Dörd nəfərin əli kəsilməməlidir :qapıb qaçırdan, qənimətə xəyanət edən, qənimətdən oğurlayan və fəhlənin oğurluq etməsi. Çünki bunların işi oğurluq yox, xəyanət sayılır.»[3305]
    3005. İmam Baqir (ə)və ya İmam Sadiq (ə):« Yalnız divarı deşmək ya qıfılı sındırmaqla evə daxil olan oğrunun əli kəsilər.»[3306]
    3006. İmam Sadiq (ə):«Əgər fəhlə yaxud qonaq oğurluq etsə, əlləri kəsilməz. Çünki onlara e‘timad olunubdur.»[3307]
    3007. İmam Sadiq (ə):«Qəhətlik və aclıq olan illərdə oğrunun əli kəsilməz.»[3308]
    3008. İmam Sadiq (ə):«Əgər oğru öz ayağı ilə gəlib oğurluğunu e’tiraf etsə və Allah dərgahına tövbə edib oğurladığı malı sahibinə qaytarsa, əli kəsilməz.»[3309]
    191 Xoşbəxtlik
    935. Xoşbəxt
    3009. Allahın Peyğəmbəri (s) (Əmirəl-mömininə (ə) xitabən): «Əsil xoşbəxt, səni sevən və sənə itaət edən şəxsdir.»[3310]
    3010. İmam Əli (ə):«Xoşbəxt insan Allaha ixlasla itaət edəndir.»[3311]
    3011. İmam Sadiq (ə):«Alim olmayan xoşbəxt sayılmağa layiq deyil.»[3312]
    936. Xoşbəxtlik gətirən amillər
    3012. İmam Əli (ə):«Elminizə əməl edin ki, xoşbəxt olasınız.»[3313]
    3013. İmam Əli (ə):«Alimlərlə oturub dur ki, xoşbəxt olasan.»[3314]
    3014. İmam Əli (ə):«Xoşbəxtlik haqqa bağlılıqdadır.»[3315]
    3015. İmam Əli (ə):«Öz nəfsinin hesabatını aparan xoşbəxt olar.»[3316]
    3016. İmam Əli (ə):«Kim öz nəfsini islah etmək naminə onu əziyyətə salarsa, xoşbəxt olar. Amma kim öz nəfsini ləzzətlərə tapşırarsa, bədbəxt olar və Allahın dərgahından qovular.»[3317]
    937. Xoşbəxtlik sayılan şey
    3017. Allahın Peyğəmbəri (s):«Dörd şey kişinin xoşbəxtliyidir: ləyaqətli yoldaşlar, əməlisaleh övlad, uyğun olan zövcə və iş yerinin öz şəhərində olması.»[3318]
    3018. İmam Əli (ə):«Qəlbdə kin və paxıllığın olmaması bəndənin xoşbəxtliyidir.»[3319]
    3019. İmam Əli (ə):«Xeyir işlər görməyə nail olmaq xoşbəxtlikdir.»[3320]
    938. Həqiqi xoşbəxtlik
    3020. İmam Əli (ə):«Həqiqi xoşbəxtlik insanın işinin xoşbəxtliklə sonuclanmasıdır. Həqiqi bədbəxtlik isə insanın işinin bədbəxtliklə nəticələnməsidir.»[3321]
    3021. İmam Əli (ə):«Əməllər pak olan Allaha ərz edilən zaman həqiqi xoşbəxt əsl bədbəxtdən ayrılar.»[3322]
    939. Ən xoşbəxt insan
    3022. Allahın Peyğəmbəri (s):«Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.»[3323]
    3023. İmam Əli (ə):«Ən xoşbəxt insan ötəri ləzzəti, əbədi ləzzətə görə tərk edəndir.»[3324]
    3024. İmam Əli (ə):«Dünyada ən xoşbəxt insan, özünə ziyan bildiyi şeydən çəkinən və ən bədbəxt insansa öz nəfsinin istəklərinə tabe olandır.»[3325]
    3025. İmam Əli (ə):«Ən xoşbəxt insan bizim fəzilət və məqamımızı tanıyan, bizim vasitəmizlə Allaha yaxınlaşan, bizə məhəbbətdə səmimi və ixlaslı olan, dediklərimizə əməl edən və qadağan etdiyimizi tərk edəndir. Belə insan bizdəndir və əbədiyyət sarayında (Cənnətdə) bizimlədir.»[3326]
    3026. İmam Əli (ə):«Ən xoşbəxt insan, hamıdan təqvalı olandır.»[3327]
    192 Səfər
    940. Səfər
    3027. Allahın Peyğəmbəri (s):«Səfərə çıxın ki, sağlam qalasınız və qənimət əldə edəsiniz.»[3328]
    3028. Allahın Peyğəmbəri (s):«Səfər əzabın bir hissəsidir. Sizlərdən biriniz səfəri başa vuran kimi, tezliklə öz ailəsinin yanına qayıtsın.»[3329]
    3029. İmam Əli (ə):«Səfərdən qabaq öz yol yoldaşınla maraqlan və ev almamışdan qabaq bax gör, qonşun kimdir.»[3330]
    941. Səfərin qaydası
    3030. Allahın Peyğəmbəri (s):«Üç nəfər həmsəfər olduqda, öz aralarından bir nəfəri başçı seçsinlər.»[3331]
    3031. Allahın Peyğəmbəri (s):«İnsanların başçısı səfərdə onlara xidmət edəndir.»[3332]
    3032. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz səfərdən qayıdanda bir daş parçası da olsa öz ailəsi üçün hədiyyə və töhfə gətirsin.»[3333]
    3033. İmam Əli (ə):«Sən ona qarşı münasibətdə, onu özündən üstün bildiyin kimi, o da səni özündən üstün bilməyən şəxslə səfərə çıxma.»[3334]
    3034. İmam Sadiq (ə):«Öz səfərini sədəqə verməklə başla və istədiyin vaxt yola düş. Çünki sədəqə verməklə səfərin salamatlığını alarsan.»[3335]
    3035. İmam Sadiq (ə):«Loğman öz oğluna dedi:«Bir neçə nəfərlə həmsəfər olanda özünə və onlara aid olan işlərdə yol yoldaşlarınla məşvərət et, onlarla gülərüz ol, ehtiyat üçün götürdüyün azuqəndən onlara əliaçıqlıq et. Səni də‘vət etsələr qəbul et. Üç şeydə onlardan üstün ol: susmaqda, çox namaz qılmaqda və öz minik, və ya sərvət və yaxud götürdüyün azuqədə səxavətlilikdə.»[3336]
    3036. İmam Sadiq (ə):«Səfərdə mərdlik aşağıdakılardan ibarətdir: yol azuqəndən yoldaşlarına bəxşiş etmək, Allahı qəzəbə gətirməyən zarafat etmək, həmsəfərlərə az müxalifdə olub, az narazılıq etmək və onlardan ayrıldıqdan sonra onları pis sözlərlə yad etməmək.»[3337]
    942. Qadağan olunmuş səfərlər
    3037. İmam Əli (ə):«İnsan öz dininə və namazına ziyan dəyəcəyindən qorxduğu səfərə çıxmamalıdır.»[3338]
    3038. İmam Sadiq (ə) (Məhəmməd ibn Muslimin səfərdə cünub olan və qüsl almaq üçün qardan və buzdan başqa bir şey tapmayan şəxsin hökmü barədə sualına cavabından): «Belə vəziyyətdə zərurət halı vardır. O, bir daha dininə ziyan vuran məkana çıxmamalıdır.»[3339]
    923. Gəzmək
    3039. İmam Sadiq (ə) İmamın qardaşı Abdullah ibn Muhəmmədin (ə) mənzilində o Həzrətin (ə) yanına gəlib «Sizə fəda olum. Buraya nə məqsədlə gəlmisiniz?» deyə soruşan Əmr ibn Hureysə cavabında buyurdu:«Gəzmək üçün.»[3340]
    3040. İmam Rza (ə):«Bir gün xudmani bir gəzintiyə çıxmışdıq. Amma xidmətçilərdən biri duz götürməyi yaddan çıxarmışdı. Buna görə, bizim üçün kəsdikləri kök qoyundan heç nə yeməyib geri qayıtdıq.»[3341]


    [3259] Nəhcül-Bəlağə, hikmət 162
    [3260] Nəhcül-Bəlağə, hikmət 48
    [3261] Ğurərul-Hikəm, hədis 5630
    [3262] Nəhcül-Bəlağə, hikmət 6
    [3263] Ğurərul-Hikəm, hədis 7197
    [3264] Ğurərul-Hikəm, hədis 2463
    [3265] Ğurərul-Hikəm, hədis 3284
    [3266] Biharul-Ənvar, c.77,səh. 235 , hədis 3
    [3267] Biharul-Ənvar, c.77,səh. 269 , hədis 1
    [3268] Ğurərul-Hikəm, hədis 8941
    [3269] Tuhəful-Uqul,səh. 315
    [3270] Biharul-Ənvar, c.75,səh. 71 , hədis 15
    [3271] Biharul-Ənvar, c.75,səh. 68 , hədis 2
    [3272] Biharul-Ənvar, c.75,səh. 71 , hədis 13
    [3273] Ğurərul-Hikəm,hədis 10265
    [3274] Ğurərul-Hikəm,hədis 10166
    [3275] Ğurərul-Hikəm,hədis 4662
    [3276] Biharul-Ənvar, c.75,səh. 69 , hədis 4
    [3277] Şərhe Nəhcül-Bəlağə, c.15,səh. 140
    [3278] Mətalibus-Suul,səh. 50
    [3279] Biharul-Ənvar, c.78,səh. 7 , hədis 59
    [3280] Kənzul-Ummal, hədis 6008
    [3281] Kənzul-Ummal, hədis 6009
    [3282] Nəhcül-Bəlağə, hikmət 257
    [3283] əl-Kafi, c.2,səh. 189 , hədis 6
    [3284] əl-Kafi, c.2, səh.188 , hədis 1
    [3285] əl-Kafi, c.2,səh. 199 , hədis 3
    [3286] əl-Kafi, c.2,səh. 190 , hədis 8
    [3287] əl-Kafi, c.2,səh.200 , hədis 4
    [3288] Ə‘raf, ayə 31
    [3289] Ğurərul-Hikəm,hədis 10092
    [3290] Biharul-Ənvar, c.72 , hədis 9
    [3291] Nəhcül-Bəlağə, xütbə 126
    [3292] Səhifeyi-Səccadiyyə,səh. 86, dua 20
    [3293] Tuhəful-Uqul,səh. 22
    [3294] Biharul-Ənvar, c.79,səh. 317 , hədis 1
    [3295] əd-Durrətul-Bahirə,səh. 43
    [3296] Kənzul-Ummal, hədis 7366
    [3297] Biharul-Ənvar,c.75,səh. 303 , hədis 7
    [3298] Biharul-Ənvar,c.77,səh. 165 , hədis 2
    [3299] Biharul-Ənvar,c.75,səh. 303 , hədis 6
    [3300] Biharul-Ənvar,c.79,səh. 317 , hədis 1
    [3301] Maidə, ayə 38
    [3302] Nurus-Səqəleyn, c.1,səh. 627 , hədis 183
    [3303] Səhihi-Muslim , hədis 1684
    [3304] əl-Kafi, c.7,səh. 226 , hədis 7
    [3305] əl-Kafi, c.7,səh. 226 , hədis 6
    [3306] Vəsailuş-Şiə, c.18,səh. 510 , hədis 5
    [3307] İləluş-Şəraye,səh. 535 , hədis 1
    [3308] əl-Kafi, c.7,səh. 231 , hədis 2
    [3309] Təhzibul-Əhkam, c.10,səh. 122 , hədis 489
    [3310] Əmali-Tusi,səh. 426 , hədis 953
    [3311] Ğurərul-Hikəm,hədis 1293
    [3312] Tuhəful-Uqul,səh. 364
    [3313] Ğurərul-Hikəm,hədis 2479
    [3314] Ğurərul-Hikəm,hədis 4717
    [3315] Ğurərul-Hikəm,hədis 6489
    [3316] Ğurərul-Hikəm,hədis 8778
    [3317] Ğurərul-Hikəm,hədis 8246
    [3318] Nəvadirur-Ravəndi,səh. 11
    [3319] Ğurərul-Hikəm,hədis 5803
    [3320] Ğurərul-Hikəm,hədis 9296
    [3321] Məani –Əxbar,səh. 345 , hədis 1
    [3322] Ğurərul-Hikəm,hədis 6223
    [3323] Biharul-Ənvar,c.74,səh. 185 , hədis 2
    [3324] Ğurərul-Hikəm,hədis 3218
    [3325] Vaqiətus-Siffeyn,səh. 108
    [3326] Ğurərul-Hikəm,hədis 3297
    [3327] Ğurərul-Hikəm,hədis 3100
    [3328] Kənzul-Ummal, hədis 17470
    [3329] Biharul-Ənvar,c.76,səh. 222 , hədis7
    [3330] Nəhcül-Bəlağə, məktub 31
    [3331] Kənzul-Ummal, hədis 17550
    [3332] Məkarimul-Əxlaq, c.1,səh. 536 , hədis 1866
    [3333] Biharul-Ənvar,c.76,səh. 283 , hədis 2
    [3334] Biharul-Ənvar,c.76,səh. 267 , hədis 8
    [3335] Biharul-Ənvar,c.100,səh. 103 , hədis 5
    [3336] Biharul-Ənvar,c.76,səh. 271 , hədis 28
    [3337] Əmali-Mufid,səh. 44 , hədis 3
    [3338] Biharul-Ənvar,c.10,səh. 108 , hədis 1
    [3339] Biharul-Ənvar,c.76,səh. 222 , hədis 9
    [3340] Əl-Məhasin, c.2,səh. 261 , hədis 2595
    [3341] əl-Kafi, c.2,səh. 326 , hədis 7
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1205 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024