İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    193 Su içirtmək
    944. Su içirtmək
    3041. Allahın Peyğəmbəri (s):«Kişinin öz arvadına su içirtməyinin savabı var.»[3342]
    3042. Allahın Peyğəmbəri (s):«Günahların çoxalanda, dalbadal təşnələrə su ver.»[3343]
    3043. İmam Səccad (ə):«Kim susamış möminə su versə, Allah-taala ona möhürlənmiş Cənnət şərabından içirdər.»[3344]
    3044. İmam Baqir (ə):«Kim təşnəyə bir ağız su içirtsə, Allah-taala ona möhürlənmiş Cənnət şərabından içirdər.»[3345]
    3045. İmam Baqir (ə):«Qiyamət günü hər şeydən əvvəl hesabatı aparılan şey təşnəyə su verməyin sədəqəsinin savabı olacaqdır.»[3346]
    3046. İmam Sadiq (ə):«Ən yaxşı sədəqə yanan ciyəri sərinlətməkdir. Kim bir heyvanın, ya ondan qeyrisinin yanğılı ciyərini sərinlədərsə, Allah-taala Onun kölgəsindən başqa bir kölgənin olmayacağı gün onun üzərinə kölgə salar.»[3347]
    945. Su verənə layiq olan cəhət
    3047. Allahın Peyğəmbəri (s):«Camaata su verənin özü hamıdan axırda su içməlidir.»[3348]
    194 Məstlik
    946. Hər məstedici haramdır
    3048. Allahın Peyğəmbəri (s):«Hər bir məstedici haramdır.»[3349]
    3049. İmam Baqir (ə):«Çoxu məstlik gətirən hər şeyin azı da haramdır.»[3350]
    947. Məstedicilərin növləri
    3050. Allahın Peyğəmbəri (s):«Ey Məsudun oğlu! Günahın məstliyindən çəkin. Çünki günahın məstliyi şərabın məstliyi kimi, əslində ondan da şiddətlidir. Allah-taala buyurur:«Kar, lal və kordurlar. Buna görə, onlar qayıtmayacaqlar[3351].»[3352]
    3051. İmam Əli (ə):«Məstlik dörd növdür: şərabın məstliyi, var-dövlətin məstliyi, yuxunun məstliyi və hakimiyyətin məstliyi.»[3353]
    3052. İmam Əli (ə):«Aqil insan var-dövlətin, qüdrətin tərifin, və gəncliyin məstliyindən çəkinməyə layiqdir. Çünki bu məstliklərin hər birinin əqli zəiflədən və vüqarı aparan çirkin küləkləri var.»[3354]
    3053. İmam Əli (ə):«Qəflət və qürurun məstliyi başdan, şərabın məstliyindən geç çəkilib gedər.»[3355]
    195 Yaşayış yeri
    948. Yaşayış yerinin genişliyi
    3054. Allahın Peyğəmbəri (s):«Müsəlmanın xoşbəxtliyindən biri də geniş yaşayış yerinin olmasıdır.»[3356]
    3055. İmam Baqir (ə):«Yaşayışın dərdlərindən biri də mənzilin darlığıdır.»[3357]
    949. Ehtiyacdan artıq tikməkdən çəkindirmək
    3056. İmam Əli (ə):«Əziyyətlərdən biri də insanın yığdığı malı yeməməsi və tikdiyi binada yaşamamasıdır. Sonra da Allah-taalanın yanına maldan və binadan məhrum olduğu halda köçəcəkdir.»[3358]
    3057. İmam Sadiq (ə):«Ehtiyacdan artıq olan böyük bina Qiyamət günü sahibinin boynuna yük olacaqdır.»[3359]
    3058. İmam Sadiq (ə):«Yaşayış ehtiyacından artıq bina tikən şəxs Qiyamət günü onu daşımağa məcbur olacaq.»[3360]
    950. Evin satılması
    3059. Allahın Peyğəmbəri (s):«Kim bir ev satıb puluna onu kimisini almasa, malı bərəkət tapmayacaq.»[3361]
    3060. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz bir mənzil, ya mülk satanda, bilsin ki, onu kimisini almasa, onun pulu bərəkətə layiq deyil.»[3362]
    196 Silah
    951. Silah düzəltməyin mukafatı
    3061. Allahın Peyğəmbəri (s):«Allah-taala bir döyüş oxuna görə 3 nəfəri Cənnətə aparacaq: onu xeyir niyyətlə düzəldəni, onu atanı və bu oxu onun ixtiyarına verəni.»[3363]
    952. Silah və xeyir
    Qur‘an:
    «Kafirlər sizin öz silahlarınızdan qafil olmadığınızı istəyirlər.»[3364]
    Hədis:
    3062. Allahın Peyğəmbəri (s):«Xeyirlərin hamısı qılıncda və qılıncın kölgəsi altındadır. İnsanları qılıncdan qeyri bir şey islah etməz. Qılınclar Cənnət və Cəhənnəmin açarlarıdır.»[3365]
    3063. Allahın Peyğəmbəri (s):«Cənnət qılıncların kölgəsi altındadır.»[3366]
    3064. İmam Sadiq (ə):«Allah-taala öz Rəsuluna on il İslamı insanlara dil ilə təbliğ etməyi əmr etdi. Amma onlar bu dini qəbul etməkdən boyun qaçırdılar. Nəhayət, ona müharibə fərmanını verdi. Buna əsasən, xeyir qılıncda və qılıncın kölgəsindədir. Əvvəldə belə olduğu kimi, yenidən bir daha belə olacaq.»[3367]
    953. Din düşmənlərinə silah satmağın qadağan olması
    3065. Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyyəsindən): «Ey Əli! Bu ümmətdən 10 nəfər böyük Allaha qarşı küfr edəndir: ……. hərb əhli (müsəlmanlarla muharibə edən düşmənlərə) silah satan şəxs.»[3368]
    197 Sultan
    3066. Allahın Peyğəmbəri (s):«Sultanın xidmətində durmaqdan ehtiyatlı ol ki, bu iş dini aradan aparar. Ona köməklik göstərməyə ehtiyat et. Çünki onun işlərini bəyənməyəcəksiniz.»[3369]
    3068. Allahın Peyğəmbəri (s):«Kim Sultana xidmət etmək yolunu seçərsə fitnə və azğınlığa düçar olar. Kim sultana daha çox yaxınlaşsa, Allahdan daha uzaq olar.»[3370]
    3068. Allahın Peyğəmbəri (s):«Sultanın dərgahından və ətrafından uzaq ol. Çünki sizlərdən sultan dərgahına və ətrafına ən yaxın olanınız Allahdan ən uzaq olanınızdır. Kim sultanı Allahdan üstün bilsə, Allah-taala təqvanı ondan götürər, onu çaşqın və məəttəl edər.»[3371]
    3069. İmam Əli (ə):«Sultanın yaxını və sirdaşı olmaq şiri minmiş şəxs kimidir. İnsanlar onun məqamına qibtə etsələr də, özü neçə təhlükəli vəziyyətdə olduğunu daha yaxşı bilir.»[3372]
    3070. İmam Əli (ə):«Sultandan uzaq ol ki, onun hiylə və məkrlərindən amanda qalasan.»[3373]
    955. Sultanın qarşısında baş əymək
    3071. Allahın Peyğəmbəri (s):«Kim öz ehtiyacına görə zalım sultanın qarşısında özünü alçaltsa, Cəhənnəm atəşində onunla birlikdə olar.»[3374]
    3072. Allahın Peyğəmbəri (s):«Kim bir şeyə tamahlanaraq zalım sultanı tərifləsə və özünü onun qarşısında xar və yüngül tutsa, Cəhənnəmdə ona yoldaş olar.»[3375]
    3073. İmam Sadiq (ə):«Əgər mömin bir qüdrət sahibinin, və ya onun dininə müxalif olan şəxsin qarşısında onun dünya malından bir şey əldə etmək niyyəti ilə baş əyib qulluğunda dayanarsa, Allah-taala onun ad-sanını yox edər. Bu işə görə ona qəzəblənər və özbaşına buraxar. Əgər onun dünya malından bir şey əldə edərsə, Allah-taala o maldan bərəkəti götürər.»[3376]
    956. Ədalətli sultanın fəziləti
    3074. Allahın Peyğəmbəri (s):«Təvazökar, ədalətli sultan yer üzündə Allahın kölgəsi və Onun nizəsidir.»[3377]
    3075. İmam Əli (ə):«Rəhbərlər yer üzündə Allahın hökmlərini qoruyanlardır.»[3378]
    3076. İmam Əli (ə):«Həqiqətən, Allahın sultanı (haqq dinin hakimiyyəti və rəhbərliyi) sizin işlərinizin qorunmasının və sahmana düşməsinin səbəbkarıdır. Buna görə, vaxt itirmədən öz meyliniz və ixtiyarınızla ona itaət edin. Allaha And olsun, ya siz bu işi edəcəksiniz, ya da Allah-taala İslam sultanını (islamın haqq hökumətini) sizin əlinizdən alıb, bir daha heç vaxt sizə nəsib etməyəcək və hakimiyyət sizdən qeyrisinə tapşırılacaqdır.»[3379]
    198 İslam
    957. İslam
    Qur‘an:
    «Həqiqətən, Allahın yanında yeganə din İslamdır.» [3380]
    «Kim İslamdan qeyri bir dini seçərsə, heç vaxt ondan qəbul edilməyəcək və axirətdə xəsarətə uğrayanlardan olacaqdır.»[3381]
    Hədis:
    3077. Allahın Peyğəmbəri (s):«İslam üstün olaraq qalacaq və heç bir şey ondan üstün olmayacaq.»[3382]
    3078. Allahın Peyğəmbəri (s):«Kimin İslamı gözəl və həqiqi olarsa, öz cahiliyyət dövründə etdiyi əməllərə görə sorğu-suala çəkilməyəcək. Kimin İslamı pis, çirkin olarsa, etdiyi və edəcəyi əməllərə görə hesabatı aparılacaq.»[3383]
    3079. İmam Əli (ə):«İslamdan böyük şərəf yoxdur.»[3384]
    3080. İmam Əli (ə):«Həqiqətən, bu İslam Allah-taalanın özü üçün seçdiyi dindir. Öz nəzarəti altında tərbiyə etdiyi yaradılmışların ən yaxşısına onu təbliğ etməyi əmr etdi. Onun sütunlarını Öz məhəbbəti üzərində qurdu. Onun izzətilə digər dinləri xar etdi və onu ucaltmaqla başqa məzhəbləri aşağı endirdi.»[3385]
    3081. İmam Əli (ə) (İslamı vəsf edərkən): «İslam ən işıqlı yol, ən aşkar keçiddir. Onun yol nişanələri uca, baş yolu parlaq, çıraqları işıqlı və nur saçandır.»[3386]
    958. Müsəlman kimdir?
    3082. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz və nalayiq sözlər deməz.»[3387]
    3083. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, yalan söyləməz və onu tək, köməksiz qoymaz.»[3388]
    3084. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın güzgüsüdür.»[3389]
    3085. İmam Sadiq (ə):«Müsəlman odur ki, insanlar onun əlindən və dilindən arxayın olsunlar. Mömin odur ki, insanlar öz mallarında və canlarında onu əmin bilsinlər.»[3390]
    959. İslamın dayaqları
    3086. Allahın Peyğəmbəri (s):«İslam çılpaqdır. onun libası həya, zinəti vəfa, mərdliyi xeyir və ləyaqətli əməl, sütunu «vərə»dir (günahlardan çəkinmək). Hər şeyin dayağı var, İslamın dayağı da biz – Əhli-Beytə (ə) məhəbbətdir.»[3391]
    3087. Allahın Peyğəmbəri (s):«İslamın dayağı mənə və mənim Əhli-Beytimə (ə) məhəbbətdir.»[3392]
    3088. İmam Əli (ə):«İslamın yeddi dayağı var: onlardan birincisi əqldir və səbr onun üzərində qurulubdur. İkinci dayaq abrı saxlamaq və doğru danışmaqdır. Üçüncü dayaq Qur‘an oxumaqdır (lazımi qaydada və peyğəmbərə nazil olduğu kimi). Dördüncü dayaq Allaha xatir dostluq və düşmənçilik etmək, beşincisi Ali Məhəmmədin haqqı və onların vilayətini tanımaqdır. Altıncı dayaq (din) qardaşlarının haqqı, onların himayəsi və müdafiəsidir. Yeddinci dayaq insanlarla gözəl qonşuluq etməkdir.»[3393]
    3089. İmam Baqir (ə):«İslam 5 sütun üzərində qurulubdur: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allahın evi olan Kəbənin həcc ziyarəti və biz Əhli-Beytin(s) vilayəti.»[3394]
    3090. İmam Rza (ə):«İmamət İslamın artan kökü və uca şaxəsidir.»[3395]
    960. İslamın mənası
    3091. Allahın Peyğəmbəri (s):«İslam qəlbini təslim etməyin və müsəlmanların sənin əlindən, dilindən rahatlıqda və amanda olmasıdır.»[3396]
    3092. Allahın Peyğəmbəri (s):«Gününü başlayan və müsəlmanların işlərindən ötrü çalışmayan şəxs müsəlman deyil.»[3397]
    3093. İmam Əli (ə):«İslam elə təslim olmaq, təslim elə əminlik, əminlik elə təsdiq, təsdiqin özü e‘tiraf, e‘tiraf elə icra və icra elə əməldir.»[3398]
    3094. İmam Əli (ə):«Xəyanətdən uzaqlaşın. Çünki xəyanət İslamdan uzaqdır.»[3399]
    3095. İmam Əli (ə):«Müsəlmanın əleyhinə kömək edən şəxs İslamdan uzaqdır.»[3400]
    3096. İmam Sadiq (ə) (O Həzrətdən suallar soruşan və cavab aldıqdan sonra «Allaha and olsun, İslama gəldim» deyən Şam əhlindən bir nəfərə xitabından): «Xeyr. Əksinə, indi Allaha iman gətirdin. İslam imandan qabaqdır. İslamın vasitəsilə bir-birindən irs aparar, bir-biri ilə evlənərlər. Amma imanın vasitəsilə savab və mukafat qazanarlar.»[3401]
    3097. İmam Sadiq (ə):«İslamın vasitəsilə insanların qanı qorunur, əmanət sahibinə çatdırılır, evlənmək halal olur, ancaq savab imanın müqabilində verilir.»[3402]
    199 Salam vermək
    961. Müsəlmanların görüşməyi
    Qur‘an:
    «Orada belə dua edərlər:«Allahım, Sən uca və paksan. Görüşən zaman «salam» deyərlər. Dualarının axırı isə budur:Şükr olsun, aləmlərin Rəbbi olan Allaha.»[3403]
    Hədis:
    3098. Allahın Peyğəmbəri (s):«Salam vermək bizim dinin rəhmət və mehribanlıq nişanəsi, dövrümüzün əmin-amanlığı və pənahımızdır.»[3404]
    3099. Allahın Peyğəmbəri (s):«Ən xəsis insan, salam verməkdə xəsislik edəndir.»[3405]
    3100. Allahın Peyğəmbəri (s):«Salama rəvac ver ki, evinin xeyir-bərəkəti artsın.»[3406]
    3101. İmam Baqir (ə):«Allah-taala insanları yedirtməyi və salama rəvac verməyi sevər.»[3407]
    3102. İmam Sadiq (ə):«Salam sözdən qabaqdır.»[3408]
    3103. İmam Sadiq (ə) (öz ata babalarından nəql edir): «Allahın Rəsulu (s) buyurmuşdur:«Kim salam verməmiş sözə başlasa, ona cavab verməyin.» Eləcə də buyurmuşdur: «Heç kəsi salam verməyincə yeməyinə də‘vət etmə.»[3409]
    962. Salamda qabaqlamaq
    3104. Allahın Peyğəmbəri (s):«Allaha və Onun Rəsuluna (s) ən yaxın olan insan birinci salam verəndir.»[3410]
    3105. Allahın Peyğəmbəri (s) :«Birinci salam verən təkəbbürdən uzaqdır.»[3411]
    3106. İmam Əli (ə):«Salamın 70 savabı var: altmış doqquzu salam verənə, biri də salam alana çatar.»[3412]
    963. Evə daxil olanda salam vermək
    Qur‘an:
    «Evə daxil olanda özünüzə salam verin ki, bu Allah tərəfindən mübarək və pak salamlamadır.»[3413]
    Hədis:
    3107. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir.»[3414]
    964. Salamın cavabı vacibdir
    Qur‘an:
    «Sizə salam verildiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah-taala hər şeyi hesaba alandır.» [3415]
    Hədis:
    3108. Allahın Peyğəmbəri (s):«Salam vermək müstəhəbdir, salamı almaq isə vacib.»[3416]
    965. Salam verməyin qaydası
    3109. Allahın Peyğəmbəri (s):«Kiçik böyüyə salam versin, bir nəfər iki nəfərə, sayları az olanlar sayları çox olanlara, yol gedən dayanana, ayaq üstə duran oturana salam versin.»[3417]
    3110. Allahın Peyğəmbəri (s):«Beş şeyi hələ ki, sağam tərk etməyəcəm:… uşaqlara salam verməyi, məndən sonra sünnə olsun deyə.»[3418]
    3111. İmam Baqir (ə):«Nə yəhudiyə salam verin, nə də xaçpərəstə. Nə məcusiyə, nə bütpərəstə, nə süfrə başında şərab içənlərə, nə şahmat və nərd oynayanlara, nə özünü qadın surətinə salan kişiyə, nə ismətli qadına böhtan deyən şairə və nə də namaz qılana (namaz vaxtı) salam verməyin. Çünki namaz qılan salamın cavabını verə bilmir, halbuki müsəlmana salam vermək müstəhəbbdir, salamı almaq isə vacib. Nə sələm yeyənə salam verin, nə ayaq yolunda olana, nə hamamda olana, nə açıq-aşkar günah və fisq edən fasiqə salam verməyin.»[3419]
    3112. İmam Sadiq (ə) :«Allahın Rəsulu (s) qadınlara salam verərdi. Onlar da Həzrətin salamının cavabını alardılar. Əmir-əl-mö’minin(ə) də həmçinin qadınlara salam verərdi. Amma cavan qadınlara salam verməkdən xoşu gəlməzdi və buyurardı:«Qorxurdum ki, səsləri mənim xoşuma gəlsin, nəticədə savab və əcr (mükafat) qazanmaq əvəzinə günaha batım.»[3420]

    [3342] Kənzul-Ummal, hədis 16380
    [3343] Kənzul-Ummal, hədis 16377
    [3344] əl-Kafi, c.2,səh. 201 , hədis 5
    [3345] Biharul-Ənvar,c.96,səh. 172 , hədis 8
    [3346] Biharul-Ənvar,c.96,səh. 173 , hədis 13
    [3347] Biharul-Ənvar,c.96,səh. 172 , hədis 8
    [3348] Biharul-Ənvar,c. 75, səh. 172 , hədis 24
    [3349] əl-Kafi, c.6, səh.409 , hədis 9
    [3350]Biharul-Ənvar,c.79, səh.131 , hədis 20
    [3351] Bəqərə, ayə18
    [3352] Məkarimul-Əxlaq, c.2, səh.352 , hədis 266
    [3353] Biharul-Ənvar,c.10, səh.114 , hədis 1
    [3354] Ğurərul-Hikəm,hədis 10948
    [3355] Ğurərul-Hikəm,hədis 5651
    [3356] əl-Kafi, c.6, səh.526 , hədis 7
    [3357] əl-Kafi, c.6, səh.526 , hədis 6
    [3358] Nəhcül-Bəlağə, xütbə 114
    [3359] əl-Kafi, c.6, səh.531 , hədis 7
    [3360] Əl-Məhasin, c.2, səh. 446 , hədis 2531
    [3361] Kənzul-Ummal, hədis 5440
    [3362] Kənzul-Ummal,hədis 5441
    [3363] Sunəni əbi Davud,səh. 2513
    [3364] Nisa, ayə102
    [3365] Biharul-Ənvar,c.100,səh. 9 , hədis 10
    [3366] Kənzul-Ummal, hədis 10482
    [3367] əl-Kafi, c.5, səh.8 , hədis 7
    [3368] Mən la Yəhzuruhul-Fəqih, c.4, səh.356 , hədis 5762
    [3369] Biharul-Ənvar,c.10, səh.368 , hədis 7
    [3370] Biharul-Ənvar,c.75, səh.371 , hədis 13
    [3371] Biharul-Ənvar,c.75, səh.372 , hədis 19
    [3372] Nəhcül-Bəlağə, hikmət 263
    [3373] Biharul-Ənvar,c.77, səh.215 , hədis 1
    [3374] Biharul-Ənvar,c.76, səh.360 , hədis 30
    [3375] Əmali-Səduq, səh.347 , hədis 1
    [3376] Biharul-Ənvar,c.75, səh.371 , hədis 15
    [3377] Kənzul-Ummal, hədis 14589
    [3378] Nəhcül-Bəlağə, hikmət 332
    [3379] Nəhcül-Bəlağə, xütbə 169
    [3380] Ali-İmran, ayə19
    [3381] Ali-İmran, ayə85
    [3382] Mən la Yəhzuruhul-Fəqih, c.4, səh.334 , hədis 5719
    [3383] əl-Kafi, c.2, səh.261 , hədis 2
    [3384] Nəhcül-Bəlağə, hikmət 371
    [3385] Nəhcül-Bəlağə, xütbə 198
    [3386] Nəhcül-Bəlağə, xütbə 106
    [3387] Kənzul-Ummal, hədis 745
    [3388] Kənzul-Ummal, hədis 747
    [3389] Kənzul-Ummal, hədis 742
    [3390] Məanil-Əxbar, səh.239 , hədis 1
    [3391] əl-Məhasin, c.1, səh.445 , hədis 1031
    [3392] Kənzul-Ummal, hədis 37631
    [3393] Tuhəful-Uqul, səh.136
    [3394] Əmali-Mufid, səh.353 , hədis 4
    [3395] əl-Kafi, c.1, səh.200 , hədis 1
    [3396] Kənzul-Ummal, hədis 17
    [3397] əl-Kafi, c.2, səh.163 , hədis 1
    [3398] Nəhcül-Bəlağə, hikmət 125
    [3399] Ğurərul-Hikəm,hədis 4742
    [3400] Ğurərul-Hikəm,hədis 9220
    [3401] əl-Kafi, c.1, səh.173 , hədis 4
    [3402] əl-Kafi, c.2, səh.25 , hədis 6
    [3403] Yunis, ayə 10
    [3404] Kənzul-Ummal, hədis 25242
    [3405] Əmali-Tusi, səh.89 , hədis 136
    [3406] əl-Xisal, səh.181 , hədis 246
    [3407] əl-Məhasin, c.2, səh.143 , hədis 1371
    [3408] Camiul-Əxbar, səh.231 , hədis 596
    [3409] əl-Xisal, səh.19 , hədis 67
    [3410] Biharul-Ənvar,c.76, səh.12 , hədis 50
    [3411] Kənzul-Ummal, hədis 25265
    [3412] Biharul-Ənvar,c.76, səh.11 , hədis 46
    [3413] Nur, ayə 61
    [3414] Biharul-Ənvar,c.76, səh.7 , hədis 25
    [3415] Nisa, ayə 86.
    [3416] Kənzul-Ummal, hədis 25294
    [3417] Kənzul-Ummal, hədis 25321
    [3418] Biharul-Ənvar,c.76, səh.10 , hədis 38
    [3419] Biharul-Ənvar,c.76, səh.9 , hədis 35
    [3420] əl-Kafi, c.5, səh.535 , hədis 3
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1285 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024