İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    200 Təslim olmaq
    966. Təslim olmaq
    Qur‘an:
    «Belə deyil, Rəbbinə And olsun, onlar öz aralarında olan ixtilaflarda səni hakim təyin etməyincə və sənin verdiyin hökmə heç bir narazılıq etmədən, birbaşa ona təslim olmayınca, iman gətirməzlər.» [3421]
    Hədis:
    3113. «Biharul-Ənvar»: «Allah-taala Davuda(s) vəhy etdi:«Sən istəyirsən və Mən də istəyirəm, amma yalnız Mən istədiyim baş verəcək. Beləliklə, əgər mənim istədiyimə təslim olsan, sənin də istəyini təmin edərəm. Amma Mənim istəyimə təslim olmasan, səni öz istəyinin yolunda əziyyətlərə, zəhmətlərə salacam və o zaman yenə də Mən istədiyim baş verəcək.»[3422]
    3114. İmam Baqir (ə):«Yaradılmışların arasında Allahın qəzavü -qədərinə və əmrinə təslim olmağa ən ləyaqətli insan, Allahı tanıyandır.»[3423]
    3115. İmam Baqir (ə):«Biz sevdiyimiz şəxslərə nisbət salamatçılıqda olmaq (və onlara heç bir əziyyətin olmamasının) istəyirik. Ancaq, Allahın əmri gəldikdə, Onun istədiyinə təslim olarıq.»[3424]
    3116. İmam Sadiq (ə): («Bir şəxsin mö’min olduğu nədən bilinər?» suala cavabından): «Onun Allah qarşısında təslim olmasından və Ona yetişən hər xoşluğa və çətinliyə razı olmasından.»[3425]
    3117. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) heç vaxt keçmişdə olmuş iş barədə «kaş başqa cür olaydı» deməzdi.»[3426]

    967. Eşidən qulaqların dəyəri
    3119. İmam Əli (ə):«Əgər danışan alim deyilsənsə, qulaq asıb eşidənlərdən ol.»[3428]
    3120. İmam Əli (ə):«Bilin ki, ən yaxşı eşidən qulaq, öyüd-nəsihəti eşidən və qəbul edəndir.»[3429]
    968. Söz eşitməyən qulaq
    Qur‘an:
    «Və dedilər:«Əgər eşitsəydik ya düşünsəydik Cəhənnəm əhlindən olmazdıq.»[3430]
    Hədis:
    3121. İmam Əli (ə):«Hər qəlbi olan ağıllı, hər qulağı olan eşidən və hər gözü olan görən olmaz.»[3431]
    969. Yaxşı eşitmək
    3122. İmam Əli (ə) :«Öz qulağına yaxşı eşitməyi adət etdir və sənin islah olmağına, paklığına bir şey artırmayan sözlərə qulaq asma.»[3432]
    3123. İmam Əli (ə):«Allahı xatırlayanı eşidənin özü Allahı yad edəndir.»[3433]
    3124. İmam Əli (ə):«Kim yaxşı qulaq assa, tez faydalanar.»[3434]
    970. Qulağın vəzifələri
    Qur‘an:
    «Bilmədiyin şeyin ardınca getmə. Çünki qulaqdan, gözdən, ürəkdən (bunların) hamısından soruşulacaqdır.» [3435]
    Hədis:
    3125. İmam Əli (ə):«(Allah-taala) Qulağa onunla haram eşitməməyini vacib etdi.»[3436]
    202 Ad
    971. Gözəl adlar seçmək
    3126. Allahın Peyğəmbəri (s):«Özünüzə gözəl adlar qoyun, çünki Qiyamət günü bu adlarla çağrılacaqsınız: Filankəs oğlu filan kəs! Qalx öz nuruna tərəf get. Filankəs oğlu filankəs, qalx, sənin nurun yoxdur.»[3437]
    3127. Allahın Peyğəmbəri (s):«Övladlarınıza peyğəmbərlərin adlarını qoyun.[3438]
    3128. İmam Sadiq (ə) («Övladlarımıza imamların adlarını qoymağın bir faydası varmı?» deyə soruşulduqda): «Bəli, Allah haqqı var. Məgər din məhəbbətdən qeyri bir şeydirmi? Allah-taala buyurmuşdur:«Əgər Allahı sevirsinizsə Mənə tabe olun ki, Allah sizi sevsin və günahlarınızı bağışlasın.»[3439]
    3129. İmam Kazim (ə):«Kişinin öz övladına verdiyi ilk bəxşiş və ehsan onun üçün gözəl ad seçməyidir. Beləliklə, övladlarınıza gözəl adlar seçin.»[3440]
    972. Pis adların dəyişdirilməsi.
    3130. İmam Baqir (ə) :«Allahın Rəsulu (s) kişilərin və şəhərlərin pis adlarını dəyişdirərdi.»[3441]
    203 Allahın adları
    973. Bismillahir rəhmanir rəhim
    Qur’an:
    «O məktub Süleymanın tərəfindəndir və bağışlayan, mehriban Allahın adı ilə başlayır.»[3442]
    Hədis:
    3131. Allahın Peyğəmbəri (s):«Bismillahir rəhmanir rəhim hər bir yazının başlığıdır.»[3443]
    3132. Allahın Peyğəmbəri (s):«Bismillahir rəhmanir rəhimlə başlanmayan hər mühüm işin axırı yoxdur.»[3444]
    3133. İmam Sadiq (ə):«Bismillahir rəhmanir rəhim deməyi tərk etmə, hətta ondan sonra şe'r gəlsə də.»[3445]
    3134. İmam Sadiq (ə):«Bə‘zən bizim şiələrdən biri öz işini Bismillahir rəhmanir rəhimlə başlamır, buna görə də Allah-taala onu çətinliklərə və xoşagəlməz vəziyyətlərə düçar edir ki, ona Allaha şükrü və sitayiş etməyi başa salsın.»[3446]
    974. Allahın İsmi Əzəmi
    3135. İmam Baqir (ə):«Allahın İsmi Əzəmi yetmiş üç hərfdir, Asəf (Bərxiya) onun bir hərfini bilirdi. Asəf o hərfi dilinə gətirdi, onunla İbilqeysin taxtı arasında nə var idisə hamısı yerin bətininə batdı və Asəf əlini uzadıb, taxtı götürdü. Sonra yer öz əvvəlki halına qayıtdı və bunların hamısı bir göz qırpımında baş verdi. İsmi Əzəmin yetmiş iki hərfi biz (Əhli-Beytin) yanındadır və bir hərfi Allah təbarəkə-taalanın yanındadır. Onu Özünün qeyb elminə məxsus edibdir.»[3447]
    204 Sünnə
    975. Sünnəyə sadiq qalmağa həvəsləndirmək
    3136. Allahın Peyğəmbəri (s):«Sünnəyə sadiq olan şəxs yaxşı əməl edərsə əməli qəbul olar, səhv edərsə, bağışlanar.[3448]
    3137. İmam Səccad (ə):«Allahın yanında ən yaxşı iş, miqdarı az olsa belə, sünnəyə uyğun görülən işdir.»[3449]
    976. Sünnə qoyan şəxsin mükafatı
    3138. Allahın Peyğəmbəri (s):«Kim öz ölümündən sonra da əməl olunan gözəl bir sünnə qoyarsa, həm özünün mükafatı, həm də o sünnəyə əməl edən kəslərin savabından bir şey azalmadan onların savabı qədər savabı var. Amma kim bəyənilməyən bir sünnə qoyarsa və ölümündən sonra ona əməl olunarsa, günahkardır və onların öz günahlarından bir şey azalmadan, sünnəyə əməl edən kəslərin günahları qədər ona da günah yazılar.»[3450]
    977. Bəyənilmiş sünnəni ləğv etməyin qadağan olması
    3139. İmam Əli (ə): (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Bu ümmətin böyüklərinin əməl etdiyi, vəhdətə və həmrəyliyə səbəb olan, xalqın işini nizama, sahmana salan bəyənilmiş sünnəni sındırma. Heç vaxt keçmiş sünnələrə az da olsa ləkə gətirən bir sünnə və üsul icad etmə. Çünki belə olan surətdə keçmiş sünnənin banisi savab qazanacaq, sən isə onu ləğv etməklə günahkar olacaqsan.»[3451]
    205 Gecə oyaq qalmaq
    987. Gecə oyaq qalmaq
    3140. Allahın Peyğəbməri (s):«Üç şeydən qeyri səbəbə gecə oyaq qalmaq rəva deyil: Qur‘an oxumaq, elm öyrənmək və gəlini ər evinə göndərmək.»[3452]
    3141. Allahın Peyğəmbəri (s):«Xiftən namazından sonra oyaq qalmaq iki nəfərdən- namaz qılandan və müsafirdən- başqa heç kəsə rəva deyil.[3453]
    3142. İmam Əli (ə):«Gecə (ibadəti üçün) oyaq qalmaq, müştaqların (Allahla ünsiyyət axtaranların) gülüstanıdır.»[3454]
    3143. İmam Əli (ə):«Allaha itaət və bəndəlik etmək üçün gecə oyaq qalmaq övliyaların baharı və xoşbəxtlərin bağıdır.»[3455]
    3144. İmam Əli(ə):«Ən üstün ibadət, pak olan Allahı zikr və yad etmək üçün gecə oyaq qalmaqdır.»[3456]
    3145. İmam Əli(ə):«Ey Allahın bəndələri! Allahdan qorxun, (yaradılış və axirət) fikri qəlbini öz hayına qalmağa məşğul edən, Allah və Qiyamət gününün qorxusu bədənini zəiflədən, gecə ibadəti az olan yuxusunu da əlindən alan alimin qorxduğu kimi qorxun.»[3457]
    989. Bəzi gecələri (ibadət üçün) oyaq qalmağa həvəsləndirmək
    3146. Allahın Peyğəmbəri (s):«Kim Fitr, Qurban bayramlarının gecələrini və Şəban ayının 15-ci gecəsini oyaq qalarsa (əhya saxlayarsa), qəlblərin öldüyü gün onun qəlbi ölməz.»[3458]
    3147. İmam Rza(ə):«Əmirəl-möminin (ə) üç gecəni yatmazdı: Ramazan ayının 23-cü gecəsi, Fitr bayramının gecəsi və Şəban ayının 15-ci gecəsi. Bu gecələr ruzilər bölünər, ömrün müddəti və həmin il baş verəcək bütün hadisələr təyin olunar.»[3459]
    206 Rəhbər
    980. Rəhbər
    3148. Allahın Peyğəmbəri (s):«Xalqın rəhbəri onun xidmətçisidir.»[3460]
    3149. İmam Hüseyn (ə) (Alicənab atası rəhbərliyin mənası barədə soruşduqda): «Ailəyə kömək etmək və onların üzləşdiyi zərər və ziyanları öz üzərinə götürməkdir.»[3461]
    981. Rəhbərliyin amilləri
    3150. İmam Əli (ə):«Xalqın zəhmətlərinin və xərclərinin yükünü üzərinə götürmək başçılığa səbəb olar.»[3462]
    3151. İmam Əli (ə):«Həqiqi alicənab odur ki, elmi və biliyi ona böyüklük bəxş etsin. Həqiqi rəhbər öz Allahından və Rəbbindən qorxandır.»[3463]
    3152. İmam Əli (ə):«Rəhbərlərin dəyəri və fəziləti ibadətin gözəlliyindədir.»[3464]
    3153. İmam Əli (ə):«İnsan dörd xislətlə rəhbər olar: İffət (mə‘nəvi paklıq), ədəb, səxavət və müdriklik.»[3465]
    3154. İmam Həsən (ə):«Xahişdən qabaq bəxş etmək ən böyük rəhbərin xislətindəndir.»[3466]
    982. Rəhbərliyə mane olanlar
    3155. İmam Əli(ə):«Alçaqlarla çəkişmək rəhbərliyə ləkə gətirər.»[3467]
    3156. İmam Sadiq (ə):«Az günaha görə cəza verən şəxs rəhbərlik etməyə tamah gözünü dikməməlidir. Az təcrübəli, özündən razı və inadkar şəxs başçılıq tamahında olmamalıdır.»[3468]
    3157. İmam Sadiq (ə):«Heç bir səfeh rəhbərlik kürsüsünə çatmaz.»[3469]
    207 Siyasət
    983. Siyasət
    3158. İmam Əli (ə) :«Mülkün idarəçiliyi siyasətdir.»[3470]
    3159. İmam Əli(ə):«Başda oturanların bəlası siyasətdə acizlikdir.»[3471]
    3160. İmam Əli (ə):«Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb olar.»[3472]
    3161. İmam Əli (ə) :«Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir.»[3473]
    3162. İmam Əli (ə):«Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək gözəl siyasətdir.»[3474]
    3163. İmam Əli (ə):«Pis tədbir tökmək viran olmağın səbəbidir.»[3475]
    3164. İmam Əli(ə):«Siyasətin me‘yarı ədalətdir.»[3476]
    3165. İmam Əli(ə) :«Mehribanlıq siyasətin başıdır.»[3477]
    3166. İmam Əli (ə):«Dözümlü olmaq siyasətin zinətidir.»[3478]
    984. Nəfsə hakim olmaq
    3167. İmam Əli (ə):«Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar.»[3479]
    3168. İmam Əli(ə):«Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin.»[3480]
    3169. İmam Əli(ə):«Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır.»[3481]
    208 Bu günün işini sabaha saxlamaq
    985. Bu günün işini sabaha saxlamağın qadağan olması
    3170. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Arzunun tə‘sirindən bu günün işini sabaha saxlamaqdan ehtiyat et. Çünki sən sabahda yox, bu gündə yaşayırsan. Belə ki, əgər sənin üçün sabah açılarsa, sabah da bu gündə olduğun kimi ol və əgər sənin üçün sabah olmasa, bu günün işində səhlənkarlıq etdiyinə görə peşman olmayasan.»[3482]
    3171. İmam Əli (ə) (öz dostlarından birinə məktubundan): «Ömründən sənə nə qalıbsa əldən vermə və «sabah və birigün» demə. Çünki səndən qabaqkılar öz arzularına arxayın olduqlarına və «bu gün-sabah» etdiklərinə görə məhv oldular. Belə ki, Allahın (ölüm) fərmanı bu qafilləri gözlənilmədən haqladı.»[3483]
    3172. İmam Əli (ə):«Kimin möhləti başa çatıbsa (əldən verdiyini, ələ gətirmək üçün) möhlət istəyər. Kimə möhlət verilərsə, işi yerinə yetirməkdə «bu gün-sabah» edər.[3484]
    3173. İmam Əli (ə):«Əməli olmadan axirətə ümid bəsləyən və uzun arzulara görə tövbəni tə‘xirə salan şəxs kimi olma... onun qarşısına bir şəhvət çıxanda günahı qabağa və tövbəni tə‘xirə salar.»[3485]
    3174. İmam Səccad (ə) (duasında): «Ey Allahım! Mənə öz halıma ağlamaqda kömək et. Çünki «bu gün sabah» etməklə arzu və amallarla ömrümü hədərə verib, puç etmişəm və artıq öz xeyrinə, nicatına ümidini itirənlərdən olmuşam.»[3486]
    3175. İmam Baqir (ə):«Bu günün işini sabaha saxlamaqdan ehtiyat et, Çünki bu iş elə bir dənizdir ki, insanlar onda batıb məhv olublar.»[3487]
    3176. İmam Sadiq (ə):«Tövbəni tə‘xirə salmaq özünü aldatmaqdır və «bu gün-sabah» etmək məəttəl qalmaqdır.»[3488]
    209 Bazar
    986. Bazarın məzəmmət olunması
    3177. Allahın Peyğəmbəri (s):«Bazar bixəbərlik və qəflət sarayıdır. Kim bazarda bir təsbih desə, Allah-taala ona min-min savab yazar.»[3489]
    3178. İmam Əli(ə) -Haris Həmdaniyə yazdığı məktubdan- «Bazarların yığıncaq yerlərindən çəkin ki, ora şeytanların toplandığı meydan, fitnə və azğınlıqların yarandığı yerdir.»[3490]
    3179. İmam Baqir (ə):«Yer üzünün ən pis yerləri bazarlardır. Bazar şeytanın meydanıdır, sübh tezdən öz bayrağını orada sancıb taxtını qurar və övladlarını hər tərəfə peymanələri (mayelərin ölçü qabı) az verənlərə, ya tərəzini yüngül çəkənlərə və metrədə oğurluq edənlərə, ya malını satmaq üçün yalana əl atana tərəf göndərər. O, öz övladlarına deyər:«Sizin atanız (iblis) hələ sağ olduğu bir halda atası (Həzrəti Adəm) ölmüş kişini aldatmağı sizə tövsiyyə edirəm. İblis bazara girən birinci şəxslə daxil olar və bazarı tərk edən axırıncı şəxs ilə oradan çıxar.»[3491]
    987. İmam Əlinin(ə) bazar əhlinə nəsihəti
    3180. Əbu Səid:«Əli (ə) bazara daxil olub buyurardı:«Ey bazar əhli! Allahdan qorxun və and içməkdən çəkinin. Çünki and içmək alveri canlandırar, amma bərəkəti aparar. Həqiqətən, qazanc əldə edən və tacir öz ticarətində haqqa riayət etməyincə günahkardır. Vəssəlam!» Sonra gedər və bir neçə gündən sonra yenidən gəlib belə sözlər buyurardı.»[3492]


    [3421] Nisa, ayə65

    [3422] Biharul-Ənvar,c.82, səh. 136 , hədis 22

    [3423] Biharul-Ənvar,c.71, səh. 153 , hədis 63

    [3424] Biharul-Ənvar,c.46, səh.301 , hədis 44

    [3425] Biharul-Ənvar,c.2, səh.205 , hədis 91

    [3426] Tənbihul-Xəvatir, c.2,səh. 185

    [3427] Biharul-Ənvar,c.93, səh. 190 , hədis 25

    [3428] Ğurərul-Hikəm,hədis 4090

    [3429] Nəhcül-Bəlağə, xütbə 105

    [3430] Mülk, ayə 10

    [3431] Nəhcül-Bəlağə, hikmət 88

    [3432] Ğurərul-Hikəm,hədis 6234

    [3433] Ğurərul-Hikəm,hədis 5579

    [3434] Ğurərul-Hikəm,hədis 9243

    [3435] İsra, ayə 36

    [3436] Nurus-Səqəleyn, c.1,səh. 564, hədis 628

    [3437] əl-Kafi, c.6,səh. 19, hədis 10

    [3438] Məkarimul-Əxlaq, c.1,səh. 474, hədis 1626

    [3439] Təfsirul-Əyyaşi, c.1,səh. 168, hədis 28

    [3440] əl-Kafi, c.6, səh.18, hədis 3

    [3441] Biharul-Ənvar,səh. 104, hədis 4

    [3442] Nəml, ayə 30

    [3443] Kənzul-Ummal,hədis 2490

    [3444] Kənzul-Ummal, hədis 2491

    [3445] əl-Kafi, c.2,səh. 672, hədis 1

    [3446] Nurus-Səqəleyn, c.1,səh.113, səh. 5, hədis 20

    [3447] Biharul-Ənvar, c.14,hədis 113, hədis 5

    [3448] Kənzul-Ummal,hədis 911

    [3449] əl-Kafi, c.1,səh. 70, hədis 7

    [3450] Kənzul-Ummal, hədis 43079

    [3451] Nəhcül-Bəlağə, məktub 53

    [3452] Bihurul-Ənvar, c.76,səh. 178, hədis 3

    [3453] Bihurul-Ənvar, c.76,səh. 179, hədis 5

    [3454] Ğurərul-Hikəm,hədis 666

    [3455] Ğurərul-Hikəm,hədis 5613

    [3456] Ğurərul-Hikəm,hədis 3149

    [3457] Nəhcül-Bəlağə, xütbə 53

    [3458] Səvabul-Əmal, c.1,səh. 102 , hədis 2

    [3459] Bihurul-Ənvar, c.97,səh. 88 , hədis 15

    [3460] Kənzul-Ummal, hədis 17517

    [3461] Biharul-Ənvar, c.72,səh. 194 , hədis 14

    [3462] Nəhcül-Bəlağə, hikmət 224

    [3463] Biharul-Ənvar, c.78,səh.72 , hədis 72

    [3464] Ğurərul-hikəm, hədis 6559

    [3465] Biharul-Ənvar, c.1,səh. 94 , hədis 23

    [3466] Biharul-Ənvar, c.78, səh. 113 , hədis 7

    [3467] Ğurərul-Hikəm, hədis 9813

    [3468] əl-Xisal,səh. 434 , hədis 20

    [3469] əl-Xisal,səh. 434 , hədis 10

    [3470] Ğurərul-hikəm,hədis 17

    [3471] Ğurərul-hikəm,hədis 3931

    [3472] Ğurərul-hikəm,hədis 4820

    [3473] Ğurərul-hikəm,hədis 4818

    [3474] Ğurərul-hikəm,hədis 4821

    [3475] Ğurərul-hikəm,hədis 5571

    [3476] Ğurərul-hikəm,hədis 9714

    [3477] Ğurərul-hikəm,hədis 5266

    [3478] Ğurərul-hikəm,hədis 772

    [3479] Ğurərul-hikəm,hədis 8013

    [3480] Ğurərul-hikəm,hədis 5588

    [3481] Ğurərul-hikəm,hədis 9333

    [3482] Biharul-Ənvar, c.77,səh. 75 , hədis 3

    [3483] Biharul-Ənvar, c.73,səh. 75 , hədis 39

    [3484] Nəhcül-Bəlağə,səh. 285

    [3485] Nəhcül-Bəlağə,səh. 150

    [3486] Biharul-Ənvar, c.98,səh. 88 , hədis 2

    [3487] Biharul-Ənvar, c.18,səh. 164 , hədis 1

    [3488] Biharul-Ənvar, c.73,səh. 365 , hədis 97

    [3489] Kənzul-Ummal, hədis 9330

    [3490] Nəhcül-Bəlağə, məktub 69

    [3491] Biharul-Ənvar, c.84,səh. 11 , hədis 87

    [3492] Biharul-Ənvar, c.103,səh. 102 , hədis 44


    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1183 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024