İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    210 Dişləri fırçalamaq
    988. Dişləri fırçalamağa həvəsləndirmə
    3181. Allahın Peyğəmbəri (s):«Əgər ümmətimin çətinliyə düşmək qorxusu olmasaydı, onlara hər namazda dişləri fırçalamağı əmr edərdim.»[3493]
    3182. Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyyəsindən): «Hər dəstəmaz alanda, dişləri fırçalamağı sənə tövsiyyə edirəm.»[3494]
    3183. Allahın Peyğəmbəri (s) (həmçinin buyurur): «Ey Əli! Sənə dişləri fırçalamağı tövsiyə edirəm. Bacardığın qədər bu işin azalmasına yol vermə. Çünki dişləri fırçalanmış halda qılınan hər namaz, qırx gün dişləri fırçalanmadan qılınan namazlardan üstündür.»[3495]
    3184. Allahın Peyğəmbəri (s) :«Dəstəmaz imanın, dişləri fırçalamaq isə dəstəmazın bir hissəsidir.»[3496]
    3185. Allahın Peyğəmbəri (s):«Öz ağızlarınızı dişləri fırçalamaqla ətirli edin. Çünki ağızlarınız Qur‘anın keçid yeridir.»[3497]
    3186. Allahın Peyğəmbəri (s):«Cəbrayıl daim dişləri fırçalamağı mənə tövsiyyə edərdi. O həddə ki, tezliklə bu işi vacib edəcəyini güman etdim.»[3498]
    3187. İmam Sadiq (ə) («Bu məxluqların hamısı insan hökmündədirmi?» sualının cavabında) : « Dişlərini fırçalamayan şəxsləri onların sırasından çıx.»[3499]
    989. Dişləri fırçalamağın faydası
    3188. Allahın Peyğəmbəri (s):«Dişləri fırçalamaq kişinin gözəl nitq söyləmək qabiliyyətini artırar.»[3500]
    3189. İmam Sadiq (ə):«Dişləri fırçalamağın on iki xasiyyəti var: sünnədən olması, ağzı təmizləməsi, gözün nurunu artırması, Rəhman olan Allahı razı etməsi, dişləri ağartması, onların çürüməsinin qarşısını alması, damağı möhkəmlətməsi, iştahı açması, bəlğəmi aparması, hafizəni gücləndirməsi, savabları iki dəfə artırması və mələklərin şad olması.»[3501]
    3190. İmam Sadiq (ə):«Sizə dişləri fırçalamağı tövsiyə edirəm. Çünki bu iş qəlbdən vəsvəsəni aparar.»[3502]
    3191. İmam Rza (ə) :«Dişləri fırçalamaq gözün nurunu artırar, saçı çoxaldar və gözdən mirvari suyunu aparar.»[3503]
    990. Dişləri fırçalamağın qaydası
    3192. Allahın Peyğəmbəri (s):«Fırçanı dişlərinizə uzununa (yəni sağan sola) yox, eninə (aşağı-yuxarı) çəkin.»[3504]
    3193. «Biharul-Ənvar»:«Peyğəbmər (s) misvak çəkəndə, eninə və gecə üç dəfə çəkərdi: biri yatmamışdan qabaq, biri gecə Allaha ibadət etmək üçün yuxudan oyananda, biri də sübh namazına çıxmamışdan qabaq. O Həzrət (s) Cəbrayılın tövsiyyəsilə misvak ağacının çöpü ilə misvak çəkərdi».[3505]
    3194. İmam Baqir (ə):«Səhərlər dəstəmazdan qabaq dişləri fırçalamaq sünnədəndir.»[3506]
    211 Gənclik
    991. Gənclik
    3195. Allahın Peyğəmbəri (s) :«Gənclik dəliliyin bir budağıdır.»[3507]
    3196. Allahın Peyğəmbəri (s):«Sizin ən yaxşı cavanlarınız orta yaşlılarınıza bənzəmək istəyənlərdir. Sizin ən pis orta yaşlılarınız cavanlarınız kimi rəftar edənlərdir.»[3508]
    3197. İmam Əli (ə) :«İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə bilməz: cavanlığın və sağlamlığın.»[3509]
    992. Gəcnlərin tərbiyəsi
    3198. İmam Əli(ə):«Həqiqətən, yeniyetmənin gəlbi xam (işlənməmiş) torpaq kimidir. Ora hər nə atılsa qəbul edər.»[3510]
    3199. İmam Sadiq (ə): -Əhvələ xitabən- «Bəsrəyə getdinmi?» Ərz etdi:«Bəli.» Buyurdu:«Xalqın bu işə (bizim vilayət və imamətimizə) sevgisini və onu qəbul etməyini necə gördün?» Ərz etdi:«Allaha and olsun azdırlar, müəyyən iş görüblər, amma azdır.» Həzrət (ə) buyurdu:«Gənclərə diqqətli olmağı sənə tövsiyə edirəm. Çünki onlar hər bir yaxşılığı qəbul etməkyə daha çox tələsirlər.»[3511]
    993. Gənc yaşlarında öyrənmək
    3200. Allahın Peyğəmbəri (s):«Cavanlıqda öyrənilən elm daşa həkk olunmuş yazıya bənzər, yaşlı vaxtda öyrənilən elm isə su üzərindəki yazıya.»[3512]
    3201. İmam Baqir (ə):«Əgər mənim yanıma (dini) elm öyrənmək istəməyən bir gənc şiə gətirsələr, onu tənbeh edərəm.»[3513]
    3202. İmam Sadiq (ə):«Sizin gəncləri bu iki haldan qeyri bir halda görmək istəmirəm: alim və ya tələbə. Çünki belə olmasa, səhlənkarlıq etmişdir. Əgər səhlənkarlıq etsə, zay olmuşdur. Əgər zay olsa, günahkar olar. Günahkar olsa, and olsun Məhəmmədi haqq ilə göndərənə, yeri Cəhənnəmdə olar.»[3514]
    994. Gənc abidin fəziləti
    3203. Allahın Peyğəmbəri (s):«Allah-taala gənc abidin vücudu ilə mələklərin qarşısında iftixar edər və buyurar:«Baxın Mənim bu bəndəmə, Mənə xatir öz şəhvətindən əl çəkmişdir».»[3515]
    3204. Allahın Peyğəmbəri (s):«Allah-taala cavan tövbəkarı sevər.»[3516]
    3205. Allahın Peyğəmbəri (s):«Gənclik çağında bəndəlik yolunu tutan cavan abidin, yaşlı vaxtında ibadətə başlayan qocadan üstünlüyü Allahın Rəsullarının digər insanlardan üstünlüyü kimidir.»[3517]
    3206. Allahın Peyğəmbəri (s):«Allah-taala, öz gəncliyini Allaha itaətə həsr edən cavanı sevər.»[3518]
    995. «Fəta»nın mənası
    3207. İmam Sadiq (ə): -bir kişiyə xitabən- «Siz «fəta» kimə deyərsiz?» Ərz etdi:«Cavana» Həzrət (ə) buyurdu:«Xeyr. «Fəta» mömindir. Əshabi Kəhfin hamısı yaşlılar idi, Amma Allah-taala onları imanına görə «fətiyə» (cavanlar, mərdlər) adlandırdı.»[3519]
    212 Şübhə
    996. Şübhə
    3208. İmam Əli (ə) :«Şübhə, haqqa oxşar (şəbih) olduğuna görə, şübhə adlanmışdır. Yəqinlik şübhə vaxtı Allahın övliyalarının yolunun işığı, doğru yol isə hidayət edənləridir. Ancaq, şübhə vaxtı Allah düşmənlərinin də‘vətçisi azğınlıq və yol göstərənləri isə korluq olar.»[3520]
    3209. İmam Əli (ə):«Şübhədən çəkinin. Çünki şübhə fitnə və yoldan azdırmaq məqsədilə ortaya atılmışdır.»[3521]
    3210. İmam Baqir(ə) :«Qarşıya şübhə çıxan zaman dayanmaq, ölüm uçurumuna düşməkdən yaxşıdır.»[3522]
    3211. İmam Sadiq (ə) :«Ən təqvalı insan şübhə vaxtı dayanandır.»[3523]
    997. Şübhələrdən uzaqlaşmağın vacibliyi
    3212. Allahın Peyğəmbəri (s):«Səni şübhəyə salan hər nə varsa tərk et, səndə şübhə doğurmayan şeydən işində istifadə et. Çünki qoruğun ətrafında heyvan otaran, qoruğa daxil olmağın astanasındadır.»[3524]
    3213. Allahın Peyğəmbəri (s):«Aydın halal var və bir də aydın haram. Bunların arasında şübhəli və naməlum işlər də mövcuddur. Beləliklə, kim şübhələri tərk edərsə haramlardan nicat tapmışdır. Kim şübhələrdən yapışsa, haramlara düşüb bilmədən məhv olar.»[3525]
    213 Ağac
    998. Meşəçilik
    3214. Allahın Peyğəmbəri (s):«Əgər Qiyamət günü gəlib çatsa və sizlərdən birinizin əlində bir şitil olsa, qalxıb onu əkməyi bacararsa bu işi yerinə yetirsin.»[3526]
    3215. Allahın Peyğəmbəri (s):«Bir müsəlman toxum səpsə, ya bir şitil basdırsa, o toxumun və şitilin məhsulundan bir quş, insan, yaxud otlayan heyvan yeyərsə, həmin müsəlmana sədəqənin savabı yazılar.»[3527]
    3216. Allahın Peyğəmbəri (s) :«Meyvə ağacı əkən elə bir kəs olmayıb ki, Allah-taala o ağacın verdiyi meyvələr qədər ona savab yazmasın.»[3528]
    3217. Allahın Peyğəmbəri (s):«Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbrli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onunçün bir sədəqə yazılar.»[3529]
    999. Ağac kəsmək
    3218. İmam Sadiq (ə) :«Meyvə ağaclarını kəsməyin ki, Allah-taala başınızın üstünə əzab endirər.»[3530]
    3219. İmam Sadiq (ə) (ağacları kəsmək barədə verilən sualın cavabında): «Eybi yoxdur.» Əmmar ibn Musa deyir ki, «Sidr ağacı necə?» deyə ərz etdim. Buyurdu:«Eybi yoxdur. Çöl-biyabanda sidr ağacını kəsmək məkruhdur. Çünki səhrada bu ağac az tapılandır. Amma burada məkruh deyil.»[3531]
    214 Şücaət
    1000. Şücaət
    3220. İmam Əli (ə) :«Şücaət nəqd olan izzətdir.»[3532]
    3221. İmam Əli(ə):«Şücaət nəqd kömək və aşkar fəzilətdir.»[3533]
    3222. İmam Əli(ə):«Əgər xislətlər bir-birindən seçilib ayrılsa, hökmən doğruluq şücaətlə və qorxaqlıq yalanla birgə olar.»[3534]
    3223. İmam Həsən (ə) («Şücaət nədir?»süalının cavabında): «Düşmənlər qarşısında dəyanət və döyüşdə möhkəmlikdir.»[3535]
    1001. Şücaətin amilləri
    3224. İmam Əli (ə):«Şücaətin təbiətində üç xislət var, onların hər birindəki fəzilət və dəyər digərində yoxdur: öz canından keçmək, zillətə getməmək, ad axtarmaq. Əgər bu üç xislət şücaətli insanda bərabər və kamil şəkildə olarsa, rəqibsiz bir pəhləvana və öz zəmanəsinin adlı-sanlı qəhrəmanına çevrilər. Əgər onda bu xislətlərdən biri digərindən daha artıq olarsa, həmin xislətdə onun şücaəti daha çox və qorxmazlığı daha artıqdır.»[3536]
    3225. İmam Əli (ə):«Kişinin dəyər-qiyməti onun sə‘yi qədərdir. Doğru danışmağı və sadiqliyi onun mərdliyi həddə və onun şücaəti də qeyrəti qədərdir.»[3537]
    3226. İmam Əli (ə):«Kişinin şücaəti onun sə‘yi və qeyrəti isə zillətə getməməyi qədərdir.»[3538]
    3227. İmam Əli(ə) :«Şücaət, zillətdən utanmağın qədərincədir.»[3539]
    1002. Ən şücaətli insan
    3228. Allahın Peyğəmbəri (s):- səhabələrə xitabən- «Aranızda kimin ən möhkəm və ən qüvvəli olduğunu deyimmi?» Ərz etdilər:«Bəli, ey Allahın Rəsulu!» Həzrət (s) buyurdu:«Sizin ən möhkəm və ən güclünüz şad və razı olanda günaha, batilə tərəf getməyən, eləcə də narahat, narazı vaxtı haqqı danışmaq yolundan çıxmayan, qüdrətə çatanda haqqı olmadığına əl atmayandır.»[3540]
    3229. İmam Əli (ə) :«Ən şücaətli insan hamıdan səxavətli olandır.»[3541]
    3230. İmam Əli (ə):«Ən şücaətli insan dözməklə nadanlığa qalib gələndir.»[3542]
    3231. İmam Əli (ə) :«Ağıl sahibindən şücaətli bir kimsə yoxdur.»[3543]
    1003. Şücaətin bəlası
    3233. İmam Əli (ə):«Şücaətin bəlası uzaqgörənliyi tərk etməkdir.»[3545]
    3234. İmam Əli (ə):«Həqiqətən, şücaətin bir həddi var. Əgər onu aşsalar qorxmazlıq olar.»[3546]

    215 Pislik
    1004. Yaxşılıq və pisliyin meyarı
    Qur’an:
    «Sizin üçün cihad təyin edildi, o da sizin xoşunuza gəlmir. Nə çoxdur sizin xeyrinizə olan, ancaq xoşunuza gəlməyən şey. Nə çoxdur sizin xoşunuza gələn, ancaq ziyanınıza olanlar. Allah bilir, sizsə bilmirsiniz.»[3547]
    «İnsan xeyir dua etdiyi kimi, şər dua da edər. İnsan həmişə tələsəndir.»[3548]
    Hədis:
    3235. İmam Əli (ə):«O yaxşılıq ki, onun arxasında atəş var, yaxşılıq deyil. O pislik ki, sonunda Cənnət var, pislik deyil. Cənnətlə müqayisədə hər bir nemət kiçik və dəyərsizdir. Cəhənnəmin müqabilində hər əziyyət və bəla, salamatlıqdır.»[3549]
    3236. İmam Əli (ə) :«Sübhan olan Allah hidayət edən bir kitab göndərdi və onda yaxşı ilə pisi bəyan etdi. Belə isə, yaxşılıq yolunu seçin ki, hidayət olasınız. Pislik yolundan da uzaqlaşın ki, məqsədə çatasınız.»[3550]
    1005. Pisdən də pis
    3237. Allahın Peyğəmbəri (s) :«İki işdən üstün heç bir xeyir yoxdur: Allaha iman və Allah bəndələrinə xeyir vermək. İki işdən də böyük şərr yoxdur: Allaha şərik qoşmaq və Allahın bəndələrinə ziyan vurmaq.»[3551]
    3238. İmam Əli (ə) :«Pisdən daha pis olan onun cəzası, yaxşıdan daha yaxşı isə onun mükafatıdır.»[3552]
    3239. İmam Əli (ə):«Pislik edən, pislikdən daha pisdir.»[3553]
    1006. Pisliklərin açarları
    3240. İmam Baqir (ə):«Allah-taala pisliyə qıfıllar qoymuş və bütün bu qıfılların açarını şərabda qərar vermişdir. Yalan isə şərabdan da pisdir.»[3554]
    3241. İmam Sadiq (ə) :«Qəzəb, bütün pisliklərin açarıdır.»[3555]
    1007. Şərr toplusu
    3242. Allahın Peyğəmbəri (s):«İblis öz şeytanlarına dedi:«Sizə əti, məstedici şeyləri və qadınları (nəzərinizdə saxlamağı) tövsiyyə edirəm. Çünki bu üç şeydən başqa pislikləri hazırlayan heç nə tapmıram.»[3556]
    1008. Şər insanın təbiətindədir
    3243. Allahın Peyğəmbəri (s) :«Xeyir iş görmək üçün özünüzü zəhmətə salın və bu yolda nəfslərinizlə mübarizə aparın. Çünki insanın təbiətində şər qoyulmuşdur.»[3557]
    3244. İmam Əli (ə):«Öz nəfsini fəzilətləri qəbul etməyə məcbur et. Çünki rəzalətlər sənin təbiətində qoyulmuşdur.»[3558]

    216 Şirk
    1009. Şirkdən çəkinmək
    Qur’an:
    «Loğman öz oğluna nəsihət edəndə belə dedi:«Oğlum, Allaha şərik qoşma. Çünki şirk böyük zülmdür» [3559]
    «Allah Ona şərik qoşmağı bağışlamaz. Bundan qeyri günahları isə, istədiyi şəxsə bağışlayar. Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, çox azmışdır.»[3560]
    Hədis:
    3245. Allahın Peyğəmbəri (s):«Ey Məs‘udun oğlu! Məbada bir an Allaha şərik qoşasan. Hətta, səni mişarla kəssələr, ya oynağını oynağından ayırsalar, ya dar ağacından assalar, ya da odda yandırsalar belə.»[3561]
    1010. Şirkin təlimi
    3246. İmam Sadiq (ə):«Bəni Üməyyə iman tə‘limini insanlar üçün azad buraxdı. Ancaq, şirkin tə‘limini azad buraxmadılar ki, insanları şirkə tərəf çəkəndə onu tanımasınlar.»[3562]
    1011. Şirkin ən aşağı dərəcəsi
    3247. İmam Baqir (ə): -Şirkin ən aşağı dərəcəsi barədə sualın cavabında- «Şirkin ən aşağı dərəcəsi budur ki, insan meyvə çərdəyinə «bu bir xırda daş parçasıdır», daş parçasına da «bu bir çərdəydir» desin. Sonra da, özünün bu sözünə inansın və ondan dönməsin.»[3563]
    3248. İmam Sadiq (ə)- elə bu barədə- «Öz rəyinə, əqidəsinə bidət gətirən, sonra da ona xatir sevən və düşmənçilik edən şəxsdir.»[3564]
    1012. Gizli şirk
    Qur’an:
    «Və onların əksəriyyəti Allaha iman gətirsələr də, Ona şərik qoşarlar.»[3565]
    Hədis:
    3249. Allahın Peyğəmbəri (s):«Üzrxahlığa səbəb olan işdən çəkin. Çünki onda gizli bir şirk var.»[3566]
    3250. İmam Sadiq (ə) -yuxarıdakı ayə barədə- «İnsan belə «əgər filankəs olmasaydı mən məhv olardım, filankəs olmasydı mən belə-elə olardım, filankəs omlasydı ailəm məhv olardı» deyəndə görmürsənmi ki, bu sözlərlə Allahın hakimiyyətində, ona ruzi verən, onu müdafiə edən, çətinlikləri ondan uzaqlaşdıran Allaha şərik qoşur?» Rəvayətçi deyir, ərz etdim:«Bəs «əgər Allah filankəsin vasitəsilə mənə kömək etməsəydi məhv olardım.» desə necə?» Buyurdu:«Bəli, belə desə eybi yoxdur.»[3567]
    3251. İmam Sadiq (ə): - yuxarıdakı ayə barədə- «Burada məqsəd, ibadətdə şirk deyil, itaətdə şirkdir.»[3568]
    3252. İmam Sadiq (ə):«Həqiqətən, şirk qarışqanın hərəkətindən də gözə görünməzdir. Bir işi yada salmaq və bu kimi şeylər üçün üzüyün yerini dəyişmək gizli şirkdir.»[3569]
    3253. İmam Sadiq (ə):- «onların əksəriyyəti iman gətirmir» ayəsi barədə- «Onlar deyirdilər:«Filan ulduzun batması ilə və bəhmən ulduzun çıxması ilə yağış yağacaq. Yaxud da, falçılara muraciət edər və onların dediklərinə inanardılar. (Bunların hamısı gizli şirkdir).»[3570]


    [3493] əl-Kafi, c.3,səh. 22 , hədis 1
    [3494] Biharul-Ənvar, c.77,səh. 69 , hədis 8
    [3495] Biharul-Ənvar, c.76,səh. 131 , hədis 48
    [3496] Kənzul-Ummal, hədis 26200
    [3497] Kənzul-Ummal, hədis 3753
    [3498] Biharul-Ənvar, c.76,səh. 126 , hədis 2
    [3499] Biharul-Ənvar, c.76,səh. 128 , hədis 11
    [3500] Biharul-Ənvar, c.76,səh.135 , hədis 48
    [3501] əl-Xisal,səh. 481 , hədis 53
    [3502] Biharul-Ənvar, c.76, səh. 139 , hədis 52
    [3503] Biharul-Ənvar, c.76,səh. 137 , hədis 48
    [3504] əl-Də‘vat,səh. 161 , hədis 445
    [3505] Biharul-Ənvar, c.76,səh. 135 , hədis 47
    [3506] Mən la yəhzuruhul-Fəqih, c.1,səh. 480 , hədis 1390
    [3507] əl-İxtisas,səh. 343 , hədis 343
    [3508] Kənzul-Ummal, hədis 43058
    [3509] Ğurərul-hikəm,hədis 5764
    [3510] Tühəful-Uqul,səh. 70
    [3511] Qurbul-İsnad,səh. 128 , hədis 450
    [3512] Biharul-Ənvar, c.1,səh. 222 , hədis 6
    [3513] əl-Məhasin, ayə 1 , hədis 760
    [3514] Əmali-Tusi, səh. 303 , hədis 604
    [3515] Kənzul-Ummal, hədis 43057
    [3516] Kənzul-Ummal, hədis 10185
    [3517] Kənzul-Ummal, hədis 43059
    [3518] Kənzul-Ummal, hədis 43060
    [3519] əl-Kafi, c.8,səh. 395 , hədis595
    [3521] Nəhcus-Səadə, c.2,səh. 320
    [3522] Ə‘lamud-Din,səh. 301
    [3523] əl-Xisal,səh. 16 , hədis 56
    [3524] Tənbihul-Xəvatir, c.1,səh. 52
    [3525] əl-Kafi, c.1,səh. 68 , hədis 10
    [3526] Kənzul-Ummal, hədis 9056
    [3527] Kənzul-Ummal, hədis 9051
    [3528] Kənzul-Ummal, hədis 9075
    [3529] Kənzul-Ummal, hədis 9081
    [3530] əl-Kafi, c.5,səh. 264 , hədis 9
    [3531] əl-Kafi, c.5,səh. 264 , hədis 8
    [3532] Ğurərul-hikəm,hədis 572
    [3533] Ğurərul-hikəm,hədis 1700
    [3534] Ğurərul-hikəm,hədis 7597
    [3535] Tuhəful-Uqul,səh. 226
    [3536] Biharul-Ənvar, c.78,səh. 236 , hədis 66
    [3537] Nəhcül-Bəlağə, hikmət 47
    [3538] Ğurərul-hikəm,hədis 5763
    [3539] Ğurərul-hikəm,hədis 6180
    [3540] Məani-Əxbar,səh. 366 , hədis 1
    [3541] Ğurərul-Hikəm,hədis 2899
    [3542] Ğurərul-Hikəm,hədis 3357
    [3543] Ğurərul-Hikəm,hədis 10591
    [3544] Ğurərul-Hikəm,hədis 3188
    [3545] Ğurərul-Hikəm,hədis 3938
    [3546] Biharul-Ənvar, c.78,səh.377 , hədis 3
    [3547] Bəqərə, ayə 216
    [3548] İsra, ayə 11
    [3549] Nəhcül-Bəlağə, xütbə 387
    [3550] Nəhcül-Bəlağə, xütbə 167
    [3551] Biharul-Ənvar, c.77,səh.137 , hədis 2
    [3552] Nəhcül-Bəlağə, xütbə 114
    [3553] Nəhcül-Bəlağə, hikmət 32
    [3554] Biharul-Ənvar, c.72,səh. 236 , hədis 3
    [3555] Biharul-Ənvar, c.73,səh. 263 , hədis 4
    [3556] Biharul-Ənvar, c.62, səh. 293
    [3557] Tənbihul-Xəvatir, c.2,səh.120
    [3558] Ğurərul-Hikəm,hədis 2477
    [3559] Loğman, ayə 13
    [3560] Nisa, ayə 116
    [3561] Məkarimul-Əxlaq, c.2, səh. 357, hədis 2660
    [3562] əl-Kafi, c.2, səh. 415, hədis 1
    [3563] əl-Kafi, c.2, səh. 397, hədis 1
    [3564] əl-Kafi, c.2, səh. 397, hədis 2
    [3565] Yusif, ayə 116
    [3566] Biharul-Ənvar, c.78,səh. 200 , hədis 28
    [3567] Təfsirul-Əyyaşi, c.2,səh. 397 , hədis 96
    [3568] əl-Kafi, c.2,səh. 397 , hədis 4
    [3569] Məani-Əxbar,səh. 379 , hədis 1
    [3570] Biharul-Ənvar, c.58,səh. 317 , hədis 8
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1068 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024