İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1722
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Behruz_84
  • melo
  • turalini
  • Asif
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • ZatrickLus
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    217 Şeytan
    1013. Allahın iblislə rəftarından dərs almaq
    3254. İmam Əli(ə):«Allahın iblislə rəftarından dərs alın. Belə ki, Allah-taala onun uzunmüddətli işini, yorucu zəhmətlərini bir anlıq təkəbbürə görə batil etdi. O altı min il Allaha ibadət etmişdi və özü də məlum deyil bunlar dünya illərindəndir, yoxsa axirət illərindən.»[3571]
    1014. Şeytandan Allaha sığınmaq
    Qur’an:
    «De:«Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram. Ey Rəbbim! Onların mənim yanımda hazır olmalarından sənə sığınıram.»[3572]
    «Qur‘an oxumaq istəyəndə qovulmuş şeytandan Allaha sığın.»[3573]
    Hədis:
    3255. İmam Əli (ə):«Allaha həmd edir, şeytanın qovulması və uzaqlaşdırılmasına görə, eləcə də onun tələ və hiylələrindən salamat qalmağa səbəb olan işlərdə Allahdan kömək istəyirəm.[3574]
    1015. Şeytanın insanla düşmənçiliyi
    Qur’an:
    «Həqiqətən, şeytan sizin düşməninizdir. Bəs, siz də ona düşmən olun. Həqiqətən, o öz dəstəsini arxasınca çağırır ki, onlar Cəhənnəm əhli olsunlar.»[3575]
    Hədis:
    3256. İmam Əli (ə): Gizlincə qəlblərə nüfuz edən və asta-asta qulağlara ovsun oxuyan düşməndən çəkinin.»[3576]
    2357. İmam Sadiq (ə) :«İblis məkr və hiylə dolu bu sarayın hər yerində öz tələlərini qurmuşdur və onun məqsədi bizi sevənlərdən başqa bir kimsə deyil.»[3577]
    3258. İmam Kazim (ə): -»Cihad hansı düşmənlə daha çox vacibdir?» sualına cavabından- «Sənə daha yaxın və səninlə düşmənçiliyi daha çox olanla... və sənin düşmənlərini sənə qarşı təhrik edənlə. O da şeytandır.»[3578]
    1016. Şeytanın fitnələrindən agah etmək
    Qur’an:
    «Ey Adəm övladları! Şeytan sizin ata-ananızı Cənnətdən çıxardıb ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də aldatmasın. O və onun dəstəsi sizi, onları görmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik.» [3579]
    Hədis:
    3259. İmam Əli(ə):«Yoldan arzdıran üç amil var: qadınları sevmək (şeytanın qılıncıdır), şərab içmək (bu şeytanın tələsidir), dirhəm-dinara məhəbbət (bu da şeytanın oxudur).»[3580]
    1017. Şeytana sitayiş edənlər
    Qur’an:
    «Ey Adəm övladları! Məgər sizinlə əhd-peyman bağlamamışdı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir?» [3581]
    Hədis:
    3260. İmam Əli (ə) (Şeytanın ardınca gedənləri məzəmmət edərək): «Onlar şeytanı öz işlərinin me‘yarı etdilər və şeytan da onları öz tələsinə çevirdi. Beləliklə, onların qəlblərində yumurta saldı, cücə çıxartdı, tədricən ağıllarına nüfuz etdi, onları xətalara və büdrəyişlərə düçar etdi, batili gözlərində bəzədi. Onların işləri güclərində şeytan şərik olan və onun dili ilə batil söz danışan şəxsin işi kimidir.»[3582]
    1018. Şeytanın fitnələri
    Qur’an:
    «Şeytan sizi yoxsulluqla qorxudur və sizə pis işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və bəxşişlər vəd edir. Allah geniş rəhmət sahibi və hər şeyi biləndir.» [3583]
    «Şeytan onlara vədə verir və öz arzularının tələsinə salır. Şeytan onlara yalan vədədən başqa bir şey verməz.»[3584]
    «Bəs, niyə Bizim əzabımız onlara çatanda nalə çəkmədilər? Çünki onların qəlbləri daşlaşmış və şeytan onların əməllərini öz nəzərlərində bəzəmişdir.»[3585]
    Hədis:
    3261. İmam Əli (ə):«Ey Kumeyl! İblis öz tərəfindən vədə vermir, əksinə, öz Rəbbinin tərəfindən vədə verir ki, onları günah etməyə vadar etsin və ölümün uçurumuna atsın.»[3586]
    3262. İmam Əli (ə):«Şeytan bəndəyə təhkim olunmuşdur. Günah etməkdən ötrü günahı onun gözlərində bəzəyir və tövbəyə də ümidvar edir
    ki, onu tə‘xirə salsın.»[3587]
    3263. İmam Səccad (ə)- duasında- «Əgər şeytan hiyləylə onları Sənin itaətindən çəkindirməsəydi, heç bir günahkar sənə qarşı günah etməzdi. Əgər batili onlar üçün haqq libasında göstərməsəydi, heç bir yolunu azan Sənin yolundan azmazdı.»[3588]
    3264. İmam Sadiq (ə) :«İblis öz qoşununa deyər:«İnsanlar arasında paxıllıq və haqqa təcavüz toxumu səpin. Çünki bu ikisi Allah yanında şirkə bərabərdir.»[3589]
    1019. Şeytanın fitnəsindən qoruyanlar
    Qur’an:
    «Həqiqətən, Şeytanın iman gətirən və öz Rəbblərinə təvəkkül edənlərin üzərində hakimiyyəti yoxdur.»[3590]
    «Həqiqətən, sənə tabe olan yolunu azmışlardan başqa, bəndələrimin üzərində heç bir hakimiyyətin yoxdur.» [3591]
    Hədis:
    3265. İmam Əli (ə):«Çox dua et ki, şeytanın şərrindən amanda qalasan.»[3592]
    3266. İmam Baqir (ə) :«Həqiqi qorxu ilə özünü iblisdən qoru.»[3593]
    3267. İmam Sadiq (ə):«İblis dedi:«Beş nəfs var ki, onlara qarşı heç bir çarəm yoxdur. Bunlar xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalanan, gecə-gündüz Allaha çox təsbih deyən, özü üçün bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, başına müsibət gələndə səbrsizlik etməyən, Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir. Ancaq, qalan bütün insanlar mənim ovcumun içindədir»[3594]
    1020. Şeytanı hakim edən şeylər
    Qur’an:
    «Kim Rəhman Allahı yad etməkdən üz döndərərsə, onunla yoldaş olmaq üçün ona bir şeytan təyin edərik.»[3595]
    Hədis:
    3268. Allahın Peyğəmdəri (s):«Bir gün Musa (ə) oturmuşdu və iblis onun yanına gəldi... Musa (ə) buyurdu:«Mənə elə bir günahdan xəbər ver ki, insan onu edəndə sən ona hakim olasan.» İblis dedi:«Özündən razı olmaq, əməlini çox görmək, günahı öz nəzərində kiçik görmək.»[3596]
    3269. İmam Əli (ə):«Şəhvətpərəstlərlə yoldaşlıqlıq imanın unudulmasına və şeytanın hazır olmasına gətirib çıxarar.»[3597]
    3270. İmam Sadiq (ə):«İblisin qadınlardan və qəzəbdən güclü ordusu yoxdur.»[3598]
    218 Şe’r
    1021. Şairləri məzəmmət edən ayələrin təfsiri
    Qur’an:
    «Və şairlərə yolunu azmışlar tabe olarlar. Məgər görmürsənmi ki, onlar hər yerdə avara kimi dolanarlar? Yalnız iman gətirən, yaxşı işlər görən və Allahı çox yad edənlərdən başqa, əməl etmədikləri şeyləri danışarlar. Onlar zülmə məruz qaldıqlan sonra kömək istədilər.»[3599]
    Hədis:
    3271. İmam Baqir (ə) («Və şairlərə yolunu azmışlar...» ayəsi barədə): «Elə bir şair görmüsənmi ki, bir kimsə ona tabe olsun? Bu məzəmmət olunanlar, əslində dindən qeyri bir şey üçün elm öyrənənlər və nəticədə həm özləri yolu azan, həm də başqalarını azdıran camaatdır.»[3600]
    1022. Şe’r, dil ilə cihaddır
    3272. Allahın Peyğəmbəri (s):«Həqiqətən, mömin öz qılıncı və dili ilə cihad edər. And olsun canım Onun qüdrət əlində olana, mömin şairlərin sözləri düşmənə vurulan ox kimidir.»[3601]
    3273. Allahın Peyğəmbəri (s) (Həssan ibn Sabitə): «Müşrikləri həcv yaz ki, Cəbrayıl səninlədir.»[3602]
    3274. Allahın Peyğəmbəri (s): «Bəzi şe’rlərdə hikmət var, bəzi bəyanlarsa ovsunlayıcıdır.»[3603]
    3275. İmam Sadiq (ə) :«Kim bizim barəmizdə bir beyt şe’r desə, Allah-taala onunçün Cənnətdə bir ev tikər.»[3604]
    3276. İmam Sadiq (ə):«Bizim barəmizdə bir beyt şe’r deyən elə bir şair olmayıb ki, Müqəddəs Ruh ona kömək etməmiş olsun.»[3605]
    219 Şüar
    1023. Şüar
    3277. Allahın Peyğəmbəri (s): -Müharibəni başlamazdan qabaq şuar verməyi əmr etdiyi zaman- «Şüarınızda Allahın adlarından biri olmalıdır.»[3606]
    3278. İmam Əli (ə): «Bədr günü Allah Rəsulunun (s) sahabələrinin şüarı bu idi:«Ey kömək olunmuş, öldür!»[3607]
    3279. «Mustədrikul vəsail»:«Cəməl» müharibəsində Əmirəl-mömininin (ə) şüarlarından biri bu idi: «Ha mim, la yün sərunə» Ey Allahım, bizi əhdi sındıranlar üzərində qalib et.»[3608]
    3280. İmam Sadiq (ə): «Bədr günü bizim şuarımız bu olmuşdur: «Ey Allahın qələbəsi! Yaxınlaş, yaxınlaş!»….Hüseynin (ə) şüarı «Ya Məhəmməd» idi. Bizim də şüarımız: «Ya Məhəmməd!»dir.»[3609]
    1024. Qiyamətdə müsəlmanların şüarı
    3281. Allahın Peyğəmbəri (s): «Qiyamət günü sirat körpüsündən keçəndə müsəlmanların şüarı «Allahdan başqa Allah yoxdur və təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər» olacaq.»[3610]
    3282. Allahın Peyğəmbəri (s): «Qiyamət günü siratdan keçəndə möminlər bu şüarı deyəcəklər: «İlahi! Bizi salamat saxla, bizi salamat saxla.»«[3611]
    3283. Allahın Peyğəmbəri (s): «Qiyamətin qaranlığında möminlərin şüarı budur: «Səndən başqa Allah yoxdur.»«[3612]
    220 Şəfaət və vasitəçilik
    1025. Dünyada vasitəçilik
    3284. Allahın Peyğəmbəri (s):«(Xeyir işlərdə) Vasitəçilik edin ki, mükafat görəsiniz.»[3613]
    3285. Allahın Peyğəmbəri (s): «Kim öz vasitəçiliyi ilə bir ziyanın qarşısını alsa, ya bir xeyri bərpa etsə, Allah-taala qədəmlər titrəyən günü onun qədəmlərini möhkəm edər.»[3614]
    3286. İmam Sadiq (ə): «Vasitəçilik, məqamın zəkatıdır.»[3615]
    1026. Axirətdə səfaət
    Qur’an:
    «De ki, şəfaət tamamilə Allaha məxsusdur. Göylərin və yerin hakimiyyəti Onundur. Anında Ona tərəf qaytarılacaqsınız.»[3616]
    «Kim Onun izni olmadan Onun yanında şəfaət edər?» [3617]
    «Rəhman Allahdan əhd-peyman almış şəxsdən başqa, heç kimdə səfaət olmaz.»[3618]
    «O gün Rəhman Allahın izn verdiyi və sözündən şad olduğu kimsədən başqasının şəfaəti fayda verməz.»[3619]
    Hədis:
    3287. Allahın Peyğəmbəri(s):«Ummətimin arasında mənim şəfaətim, yalnız mənim Əhli-Beytimi (ə) sevən şəxsin halına şamil olacaq.»[3620]
    3288. Allahın Peyğəmbəri (s): «Mən Qiyamət günü qəlbində ağcaqanadın qanadı qədər iman olan şəxsə, hökmən şəfaət edərəm».[3621]
    3289. Allahın Peyğəmbəri (s): «Mahmud (həmd olunmuş) məqaına çatanda, ümmətimdən böyük günahlar edənlər üçün şəfaət edəcəm və Allah-taala onların barəsində mənim şəfaətimi qəbul edəcəkdir. Allaha and olsun, övladlarımı incidənə şəfaət etməyəcəm.»[3622]
    3290. Allahın Peyğəmbəri (s): «Hər peyğəmbər Allah dərgahına dua etmiş və Ondan bir şey istəmişdir. Amma mən (Allahdan) öz xahişimi Qiyamət günü ummətimə şəfaət etmək üçün saxlamışam»[3623]
    3291. İmam Baqir (ə): «Tezliklə Rəbbin sənə elə bir şey bəxş edər ki, ondan razı olarsan» ayəsi barədə- «Bu şəfaətdir. Allaha and olsun, şəfaətdir, Allaha and olsun ki, şəfaətdir.»[3624]
    3292. İmam Sadiq (ə):- «Şəfaət haqqı yalnız... «ayəsi barədə- «Yalnız Əmirəl-möminin (ə) və ondan sonra gələn imamlara etiqadı olanlara məxsusdur. Bu da Allah yanında sahib olduqları həmin əhd-peymandır.»[3625]
    1027. Şəfaətdən məhrum olanlar
    3293. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətim iki nəfərə çatmaz:«Qüdrət sahibi olan zalıma və dindən çıxmış üsyankara.»[3626]
    3294. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətim müşriklər və zalımlar istisna olmaqla, böyük günah edənlər barəsindədir.»[3627]
    3295. Allahın Peyğəmbəri (s): «Namazı yüngül sayan mənim şəfaətimə çatmayacaq. Allaha and olsun ki, Kövsər hovuzunun kənarında mənimlə görüşməyəcək.»[3628]
    3296. Allahın Peyğəmbəri(s): «Kim mənim şəfaət etməyimə iman qətirməsə, Allah-taala mənim şəfaətimi ona çatdırmayacaq»[3629]
    3297. İmam Sadiq (ə) (dünyadan köçmək anı gələndə, qohum- əqrəbasının o Həzrətin (ə) yanına toplaşmasın tapşırdı və sonra buyurdu): «Namazı yüngül sayan, heç vaxt bizim şəfaətimizə nail olmayacaq.»[3630]
    3298. İmam Sadiq (ə): «Nasibi olan şəxsin barəsində hətta müqərrəb (yaxın) mələklər və mürsəl peyğəmbərlər də şəfaət etsə, şəfaətləri qəbul olunmayacaq.»[3631]
    1028. Hamının şəfaətə möhtac olması.
    3299. «Biharul-Ənvar»:«Əbu Əymən İmam Baqirə (ə) dedi: «Ey əbu-Cəfər! Siz həmişə xalqı aldadıb, Məhəmmədin şəfaəti, Məhəmmədin şəfaəti - deyirsiniz.» Həzrət (ə) o qədər narahat oldu ki, üzünün rəngi qaraldı. Sonra buyurdu: «Vay olsun sənə, ey Əbu Əymən! Qarnının və şəhvətinin iffəti səni aldatdı?! Əgər Qiyamətin dəhşətli səhnələrini görsən hökmən Məhəmmədin (s) şəfaətinə möhtac olacaqsan. Vay olsun sənə, məgər şəfaət yalnız Cəhənnəm atəşi onlara vacib olan şəxslərə aiddir?» Bu vaxt buyurdu: «İlk insanlardan sonuncuyadək elə bir şəxs yoxdur ki, Qiyamət günü Məhəmmədin (s) şəfaətinə möhtac olmasın.»[3632]
    1029. Şəfaət edənlər
    3300. Allahın Peyğəmbəri (s): «Allah yanında üç dəstə şəfaət edər və səfaətləri qəbul olunar: «Peyğəmbərlər, sonra alimlər, sonra da şəhidlər.»[3633]
    3301. Allahın Peyğəmbəri (s): «Şəfaət etmək peyğəmbərlərə, vəsilərə, möminlərə və mələklərə məxsusdur.»[3634]
    3302. Allahın Peyğəmbəri(s):Şəfaət edənlər beşdir: Qur‘an, qohum, əmanət, sizin Peyğəmbəriniz və Peyğəmbərinizin Əhli-Beyti(ə) [3635]
    3303. Allahın Peyğəmbəri (s): «Tövbədən faydalı şəfaətçi yoxdur.»[3636]
    3304. İmam Əli (ə): «İnsanların şəfaətçisi haqqa əməl etmək, sədaqət və doğruluğa vəfalı qalmaqdır.»[3637]
    1030. Vasitə
    Qur’an:
    «Ey möminlər! Allahdan qorxun. Ona (pənah gətirməyə) yaxınlaşmağa çalışın və Onun yolunda cihad edin ki, bəlkə nicat taparsınız.»[3638]
    Hədis:
    3305. Allahın Peyğəmbəri (s): «Allahdan mənim «vasitə» olmağımı diləyin... Kim mənim «vasitə» olmağımı diləsə, ona şəfaət olunar.»[3639]
    3306. Allahın Peyğəmbəri(s): «İmamlar Hüseynin (ə) nəslindəndir. Kim onlara itaət edərsə, Allaha itaət etmişdir. Kim onlara itaətsizlik göstərərsə, Allaha itaətsizlik etmişdir. Onlar Allaha yaxınlaşmaq üçün ən möhkəm vasitədirlər.»[3640]
    1031. Şəfaətə ən çox ləyaqəti olan insan
    3307. Allahın Peyğəmbəri(s):«Həqiqətən, sabah, Qiyamətdə sizlərdən mənə ən yaxın və mənim şəfaətimə ən çox ləyaqəti olan şəxs ən doğru danışanınız, əmanətə hamıdan çox sadiq olanınız, hamıdan əxlaqlı və insanlara ən yaxın olanınızdır.»[3641]
    1032. Möminin şəfaəti onun əməli qədərdir.
    3308. Allahın Peyğəmbəri (s): «Möminlərin arasında da elələri var ki, «rəbiə» və «muzir» qəbilələri qədər şəfaət edəcəklər. Şəfaətə hamıdan az haqqı olan möminlər fəqət otuz nəfərə şəfaət edəcəklər.»[3642]
    3309. İmam Baqir(ə): «İnsan var öz xalqına və qohum əqrəbasına şəfaət edəcək, insan var öz ailəsinə şəfaət edəcək, insan da var öz əməli qədər iki nəfərin haqqında şəfaət edəcək. Budur, elə Mahmud (bəyənilmiş) 
    məqamı.» [3643]
    221 Bədbəxtlik
    1033. Bədbəxtin xüsusiyyətləri
    3310. İmam Əli (ə): «Bədbəxt öz nəfsi istəklərinə aldanandır.»[3644]
    3311. İmam Əli (ə): «Bədbəxt, öz əqlindən və təcrübəsindən bəhrələnməyəndir.»[3645]
    3312. İmam Əli (ə): «Günahları tərk edin və öz nəfslərinizi onlardan çəkindirin. Çünki bədbəxt öz cilovunu günahlar meydanına buraxandır.»[3646]
    1034. Bədbəxt, anasının bətnində bədbəxtdir.
    3313. Allahın Peyğəmbəri (s): «Xoşbəxt insan, anasının bətnində xoşbəxtdir. Bədbəxt, anasının bətnindən bədbəxtdir.»[3647]
    3314. İmam Sadiq (ə): «Allah-taala Öz məxluqatını yaratmamış xoşbəxtliyi və bədbəxtliyi yaratdı. Beləliklə, Allah xoşbəxt bildiyi şəxslə düşmənçilik etməz. Əgər pis iş görərsə, onun işi ilə düşmən olar, özü ilə yox. Amma bədbəxt bildiyi şəxsi heç vaxt sevməz. Əgər yaxşı iş görərsə onun bu işini sevər, ancaq taleyinə görə ondan xoşu gəlməz.»[3648]
    3315. İmam Sadiq (ə): «Allah-taala bəndəni bədbəxtlikdən xoşbəxtliyə köçürər, amma xoşbəxtlikdən bədbəxtliyə köçürməz.»[3649]
    3316. İmam Kazim (ə) (Peyğəmbərin (s) «Bədbəxt insan, anasının bətnində bədbəxtdir..» sözü barədə ibn Əbi Uməyrin sualına cavabında): «Bədbəxt insan, hələ anasının bətnində olarkən Allah-taala bilir ki, o gələcəkdə bədbəxtlərin iş və əməllərini görəcəkdir. Xoşbəxt olan insansa, hələ ana bətnində olarkən, Allah-taala onun gələcəkdə xoşbəxtlərin əməllərini və rəftarını edəcəyini bilir.»[3650]
    1035. Bədbəxtliyin amilləri.
    3317. İmam Əli (ə): «Bədbəxtliyin səbəbi dünyapərəstlikdir.»[3651]
    3318. İmam Hüseyn (ə)- Ərəfə gününün duasında buyurur- «İlahi! Özün tərəfindən gəlbimə elə bir qorxu sal ki, sanki Səni görürəm. Təqva və Özündən qorxu vasitəsi ilə məni xoşbəxt et, günah və itaətsizliklə məni bədbəxt etmə.»[3652]
    1036. Ən bədbəxt insan
    3319. Məsih (ə): «İnsanların ən bədbəxti xalq arasında öz elmi ilə məşhurlaşan və əməli ilə tanınmayandır.»[3653]
    3320. Allahın Peyğəmbəri (s): «Ən bədbəxt insan dünyanın yoxsulluğunu və axirətin əzabını özündə cəm edəndir.»[3654]
    3321. İmam Əli (ə)- «Ən bədbəxt insan kimdir?» sualının cavabında- «Öz dinini başqasının dünyasına satan.»[3655]
    3322. Allahın Peyğəmbəri (s): «Bədbəxtliyin əlamətləri bunlardır: ağlamayan göz, daşgəlblilik, ruzi istəməkdə çox hərislik etmək və günaha israrlı olmaq.»[3656]
    3323. İmam Əli (ə): «Bədbəxtliyin əlamətlərindən biri dosta qarşı hoqqabazlıq etməkdir.»[3657]
    3324. İmam Əli (ə): «Bədbəxtliyin nişanələrindən biri yaxşılara pislik etməkdir.»[3658]

    [3571] Nəhcül-Bəlağə, xütbə 192
    [3572] Muminun, ayə 97, 98
    [3573] Nəhl, ayə 98
    [3574] Nəcül-Bəlağə, xütbə 151
    [3575] Fatir, ayə 6
    [3576] Ğurərul-Hikəm,hədis2623
    [3577] Tuhəful-Uqul,səh. 301
    [3578] Tuhəful-Uqul,səh. 399
    [3579] Ə‘raf, ayə 27
    [3580] əl-Xisal,səh.113 , hədis 91
    [3581] Yasin, ayə 60
    [3582] Nəhcül-Bəlağə, xütbə 7
    [3583] Bəqərə, ayə 268
    [3584] Nisa, ayə 120
    [3585] Ən‘am, ayə 43
    [3586] Bəşaratul-Mustəfa,səh. 27
    [3587] Nəhcül-Bəlağə, xütbə 64
    [3588] Səhifətus-Səccadiyyə, səh.144, dua 37
    [3589] əl-Kafi, c.2, səh.327, hədis 2
    [3590] Nəhl, ayə 99
    [3591] Hicr, ayə 42
    [3592] Biharul-Ənvar, c.78,səh. 9, hədis 64
    [3593] Biharul-Ənvar, c.78,səh.164, hədis 1
    [3594] əl-Xisal,səh. 254 , hədis 37
    [3595] Zuxruf, ayə 36
    [3596] əl-Kafi, c.2,səh. 314, hədis 8
    [3597] Nəhcül-Bəlağə, xütbə 86
    [3598] Tuhəful-Uqul,səh. 363
    [3599] Şüəra, ayə 224-227
    [3600] Məani-Əxbar, səh 385, hədis 19
    [3601] Nurus-Səqəleyn, c.4, səh.70, hədis 105
    [3602] əd-Durrul-Mənsur, c.6, səh.336
    [3603] Əmali-Səduq, səh. 495, hədis 6
    [3604] Uyune Əxbari Rza, c.1, səh.7 , hədis 1
    [3605] Uyune Əxbari Rza, c.1, səh.7 , hədis 2
    [3606] Musitədrəkul-Vəsail, c.11, səh. 113 , hədis 12564
    [3607] Musitədrəkul-Vəsail, c.11,səh. 113 , hədis 12560
    [3608] Şərhe Nəhcül-Bəlağə, c.1, səh. 262
    [3609] əl-Kafi, c.5, səh.47, hədis 1
    [3610] Mustədrəkul-Vəsail, c.5, səh.47, hədis 6079
    [3611] Kənzul-Ummal, hədis 39030
    [3612] Kənzul-Ummal, hədis 39033
    [3613] Kənzul-Ummal, hədis 6489
    [3614] Kənzul-Ummal, hədis 6496
    [3615] Tuhəful-Uqul,səh. 381
    [3616] Zumər, ayə 44
    [3617] Bəqərə, ayə 255
    [3618] Məryəm, ayə 87
    [3619] Ta-ha, ayə 109
    [3620] Kənzul-Ummal, hədis 39057
    [3621] Kənzul-Ummal, hədis 39043
    [3622] Əmali-Səduq,səh. 242 , hədis 3
    [3623] əl-Xisal,səh. 29 , hədis 103
    [3624] Biharul-Ənvar, c.8,səh. 57 , hədis 72
    [3625] Biharul-Ənvar, c.8,səh. 57 , hədis 9
    [3626] əl-Xisal,səh. 63 , hədis 93
    [3627] əl-Xisal,səh. 355 , hədis 36
    [3628] əl-Məhasin, c.1, səh.159 , hədis 223
    [3629] Uyune Əxbare Rza, c.1, səh. 136 , hədis 35
    [3630] əl-Məhasin, c.1, səh. 294 , hədis 587
    [3631] əl-Məhasin, c.1, səh. 159 , hədis 225
    [3632] Biharul-Ənvar, c.8,səh. 38 , hədis 16
    [3633] əl-Xisal,səh. 156 , hədis 197
    [3634] Biharul-Ənvar, c.8,səh. 58 , hədis 75
    [3635] Biharul-Ənvar, c.8,səh. 43 , hədis 39
    [3636] Biharul-Ənvar, c.8,səh. 58 , hədis 75
    [3637] Ğurərul-Hikəm, hədis 5789
    [3638] Maidə, ayə 35
    [3639] Səhihi-Muslim , hədis 384
    [3640] Uyune Əxbare Rza (ə), c.2,səh.58 , hədis 217
    [3641] Əmali-Səduq,səh. 411 , hədis 5
    [3642] Biharul-Ənvar, c.8,səh. 58 , hədis 75
    [3643] Biharul-Ənvar, c.8,səh. 43 , hədis 41
    [3644] Nəhcül-Bəlağə, xütbə 86
    [3645] Nəhcül-Bəlağə, məktub 78
    [3646] Ğurərul-Hikəm,hədis 4499
    [3647] Kənzul-Ummal, səh. 491
    [3648] ət-Tovhid, səh. 357 , hədis 5
    [3649] ət-Tovhid,səh. 358 , hədis 6
    [3650] ət-Tovhid,səh. 358 , hədis 3
    [3651]Ğurərul-Hikəm,hədis 5516
    [3652] Biharul-Ənvar, c.98, səh. 218 , hədis 19
    [3653] Biharul-Ənvar, c.2, səh. 52 , hədis3
    [3654] Kənzul-Ummal, hədis 16683
    [3655] Əmali-Səduq,səh. 322, hədis 4
    [3656] əl-Xisal,səh. 243, hədis 96
    [3657] Ğurərul-Hikəm, hədis 9297
    [3658] Ğurərul-Hikəm, hədis 9307
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 436 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017