İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)

    10 Bəlalar
    62. Bəlalar
    184.Allahın Peyğəmbəri(s):«Zirəkliyin bəlası özünü tərifləmək, şücaətin bəlası həddini aşmaq, güzəştin bəlası minnət, gözəlliyin bəlası qürur, ibadətin bəlası süstlük, danışmağın bəlası yalan, elmin bəlası unutqanlıq, səbrliliyin bəlası səfehlik, əsl-nəcabətliliyin bəlası öyünmək və səxavətliliyin bəlası israfdır.»[201]
    185.Allahın Peyğəmbəri(s):«Dinin bəlası nəfsani istəklərdir.»[202]
    186.İmam Əli (ə):«Hər şeyin bəlası var və elmin bəlası unutqanlıqdır. İbadətin bəlası riya, ağlın bəlası xudpəsəndlik, nəcabətliliyin bəlası təkəbbür, zirəkliyin bəlası özünü tərifləmək, əliaçıqlığın bəlası israf, həyanın bəlası acizlik, səbrliliyin bəlası xarlıq və güclülüyün bəlası pis danışmaq və pis rəftardır.»[203]
    187.İmam Əli (ə):«Qorxu bəladır.»[204]
    188.İmam Əli (ə):«Nəfsi istək ağılların bəlasıdır.»[205]
    189.İmam Əli (ə):«İmanın bəlası şirkdir.»[206]
    190.İmam Əli (ə):«Yəqinliyin bəlası şəkkdir.»[207]
    192.İmam Əli (ə):«İtaətin bəlası itaətsizlikdir.»[209]
    193.İmam Əli (ə):«Əsilzadəliyin bəlası təkəbbürdür.»[210]
    194.İmam Əli (ə):«Ağıllılığın bəlası hiyləgərlikdir.»[211]
    195.İmam Əli (ə):«İbadətin bəlası riyakarlıqdır.»[212]
    196.İmam Əli (ə):«Səxavətin bəlası minnət qoymaqdır.»[213]
    197.İmam Əli (ə):«Dinin bəlası bədgümanlıqdır.»[214]
    198.İmam Əli (ə):«Ağlın bəlası nəfsi istəklərdir.»[215]
    199.İmam Əli (ə):«Böyüklük və izzətin bəlası qəzavü-qədərin maneələridir.»[216]
    200.İmam Əli (ə):«Nəfsin bəlası dünyaya vurğunluqdur.»[217]
    201.İmam Əli (ə):«Məşvərətin bəlası nəzərləri bir-birinə vurmaqdır.»[218]
    202.İmam Əli (ə):«Hakimlərin bəlası pis rəftardır.»[219]
    203.İmam Əli (ə):«Vəzirlərin bəlası düşmənçilikdir.»[220]
    204.İmam Əli (ə):«Alimlərin bəlası mənsəbpərəstlikdir.»[221]
    205.İmam Əli (ə):«Rəhbərlərin (idarəçilərin) bəlası siyasi acizlikdir.»[222]
    206.İmam Əli (ə):«Qoşunun bəlası öz başçısının əmrindən çıxmaqdır.»[223]
    207.İmam Əli (ə):«Riyazətin (zahidliyin) bəlası adətin hakim olmasıdır.»[224]
    208.İmam Əli (ə):«Rəiyyətin bəlası itaətsizlikdir.»[225]
    209.İmam Əli (ə):«Pəhrizkarlığın bəlası qənaətin azlığıdır.»[226]
    210.İmam Əli (ə):«Qazilərin bəlası tamahdır.»[227]
    211.İmam Əli (ə):«Ədalətli hakimlərin bəlası pəhrizkarlığın azlığıdır.»[228]
    212.İmam Əli (ə):«Şücaətli şəxsin bəlası uzaqgörənliyi və ehtiyatı əldən verməkdir.»[229]
    213.İmam Əli (ə):«Güclünün bəlası düşməni zəif saymaqdır.»[230]
    214.İmam Əli (ə):«Səbrliliyin bəlası xarlıqdır.»[231]
    215.İmam Əli (ə):«Bəxşişin bəlası məəttəl etməkdir.»[232]
    216.İmam Əli (ə):«Qənaətin bəlası xəsislikdir.»[233]
    217.İmam Əli (ə):«Heybət və böyüklüyün bəlası zarafatdır.»[234]
    218.İmam Əli (ə):«Axtarışın bəlası məqsədə çatmamaqdır.»[235]
    219.İmam Əli (ə):«Ölkə idarəçiliyinin bəlası ölkəni himayə etməkdə aciz qalmaqdır.»[236]
    220.İmam Əli (ə):«Əhd-peymanların bəlası onlara əməl etməməkdir.»[237]
    221.İmam Əli (ə):«Hakimiyyətin bəlası öyünməkdir.»[238]
    222.İmam Əli (ə):«(Hədis və ya hər hansı bir sözü) nəql etməyin bəlası yalan nəql etməkdir.»[239]
    223.İmam Əli (ə):«Elmin bəlası ona əməl etməməkdir.»[240]
    224.İmam Əli (ə):«Əməlin bəlası niyyət saflığının olmamasıdır.»[241]
    225.İmam Əli (ə):«Bağışlamağın (əliaçıqlığın) bəlası yoxsulluqdur.»[242]
    226.İmam Əli (ə):«Xalq kütləsinin bəlası pis əməlli alimdir.»[243]
    227.İmam Əli (ə):«Ədalətliliyin bəlası güclü zalımdır.»[244]
    228.İmam Əli (ə):«Abadlığın bəlası zalım hakimdir.»[245]
    229.İmam Əli (ə):«Qüdrətin bəlası yaxşılıq etməməkdir.»[246]
    230.İmam Əli (ə):«Ağlın bəlası xudpəsəndlikdir.»[247]
    231.İmam Əli (ə):«Sözün bəlası yalan danışmaqdır.»[248]
    232.İmam Əli (ə):«İşlərin bəlası icraçıların acizliyidir.»[249]
    233.İmam Əli (ə):«Arzuların bəlası əcəllərin çatmasıdır.»[250]
    234.İmam Əli (ə):«Vəfalılığın bəlası əhdi pozmaqdır.»[251]
    235.İmam Əli (ə):«Uzaqgörənliyin bəlası iş-işdən keçməsidir.»[252]
    236.İmam Əli (ə):«Əmanətin bəlası xəyanətdir.»[253]
    237.İmam Əli (ə):«Fəqihlərin (alimlərin ) bəlası pəhrizkarlıq etməməkdir.»[254]
    238.İmam Əli (ə):«Bəxşişin bəlası yersiz xərcləməkdir.»[255]
    239.İmam Əli (ə):«Dolanışığın bəlası tədbirsizlikdir.»[256]
    240.İmam Əli (ə):«Sözün bəlası çox danışmaqdır.»[257]
    241.İmam Əli (ə):«Zənginliyin bəlası xəsislikdir.»[258]
    242.İmam Əli (ə):«Arzunun bəlası əcəldir.»[259]
    243.İmam Əli (ə):«Yaxşılığın bəlası pis həmdərddir.»[260]
    244.İmam Əli (ə):«Qüdrətin bəlası zülmkarlıq və itaətsizlikdir.»[261]
    245.İmam Əli (ə):«Bütün bəlaların başı ləzzətlərə ( və eyş-işrətə) vurğunluqdur.»[262]
    246.İmam Əli (ə):«Ağlın ən pis bəlası kibr və özünü böyük tutmaqdır.»[263]


    11 Yemək
    63.Yemək
    247.Allahın Peyğəmbəri (s):«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.»[264]
    248.İmam Əli (ə):«Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.»[265]
    64.Çox yemək.
    249.Allahın Peyğəmbəri(s):«İnsan qarnından pis qab doldurmayıb.»[266]
    250.Allahın Peyğəmbəri(s):«Qarnını dolduran şəxs göylərin və yerin ruhlar aləminə daxil olmaz.»[267]
    251.Allahın Peyğəmbəri (s):«Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.»[268]
    252.İmam Əli (ə):«Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü çiyinlərinə ağırlıq edər.»[269]
    253.İmam Əli (ə):«Aclıqla xəstəlik bir yerə sığışmaz.»[270]
    254.İmam Sadiq (ə):«Möminin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Çox yemək iki şeyə səbəb olar: daşürəkliliyə və şəhvətin oyanmasına.»[271]
    65.Çox yeməyin ziyanları.
    255.İmam Əli (ə):«Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz.»[272]
    256.İmam Əli (ə):«Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.»[273]
    257.İmam Əli (ə):«Toxluq pəhrizkarlığı kor edər.»[274]
    258.İmam Əli (ə):«Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır.»[275]
    66.Aclıq
    259.Allahın Peyğəmbəri(s):«Xoş o adamın halına ki, qarnı yeməkdən boşdur, aclıq çəkir və səbr edir. Belələri Qiyamət günü tox olacaq kimsələrdir.»[276]
    260.Müstədrəkul-vəsail:«Me’rac hədisində deyilir: Həzrət Peyğəmbər (s) buyurub:«Pərvərdigara! Aclığın səmərəsi nədir?» Allah-taala buyurub:«Hikmət, qəlbin qorunması, Mənə yaxınlaşmaq, həmişəlik hüzn, camaata az zəhmət vermək, haqqı demək və asan və ya çətin yaşamaqdan qorxmamaq.»[277]
    261.İmam Əli (ə):«Nəfsi cilovlamaq və adətləri pozmaq üçün aclıq necə də gözəl yoldaşdır.»[278]
    262.İmam Hadi (ə):«Gecə oyaq qalmaq yuxunu ürəyə yatan edir, aclıq isə yeməyi ləzzətli edir.»[279]
    67.Yeməyin miqdarı.
    263.Allahın Peyğəmbəri (s):«Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür.»[280]
    264.İmam Rza (ə):«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.»[281]
    68.Süfrə qaydaları.
    265.Allahın Peyğəmbəri(s):«Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar.»[282]
    266.Allahın Peyğəmbəri(s):«Mömin öz ailəsinin istəyi ilə yemək yeyir, münafiqin ailəsi isə onun istəyi ilə yeyir.»[283]
    267.İmam Əli (ə):«Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.»[284]
    268.İmam Əli (ə):«Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.»[285]
    269.İmam Əli (ə):«İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.»[286]
    270.İmam Həsən (ə):«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir.»[287]
    271.İmam Sadiq (ə):«Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.»[288]
    272.İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində:«Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.»[289]
    273.İmam Sadiq (ə):«Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.»[290]
    274.İmamKazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu:«Küçədə-bazarda (bir şey) yeyən adam.»[291]
    275.əl-İxtisas:«Nəql edilib ki: Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.»[292]
    12 Ülfət
    69. Ülfət
    Qur’an:
    «O Allah ki, səni öz köməyi və möminlərin köməyi ilə möhkəmlətdi. Və onların ürəklərini bir-birinə ülfətlə bağladı. Əgər sən yer üzündə nə varsa hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O , yenilməz qüvvət və hikmət sahibidir.»[293]
    «Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi bir-birinə ülfətlə bağladı və Onun lütfü sayəsində bir-birinizlə qardaş oldunuz.»[294]
    Hədis:
    276.İmam Əli (ə):«Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır.»[295]
    277.İmam Sadiq (ə):«Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.»[296]
    70.Başqaları ilə ünsiyyət yaradıb uyuşmayan şəxsdə xeyir yoxdur.
    278.Allahın Peyğəmbəri(s):«Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir.»[297]
    279.Allahın Peyğəmbəri (s):«Möminlərin ən yaxşısı, möminlərin ünsiyyət tuta bildikləri kəsdir. Başqaları ilə ünsiyyət yaratmayan və başqalarının da onunla ünsiyyət tuta bilmədiyi kəsdə heç bir xeyir yoxdur.»[298]
    13 Allah
    71.Allah
    Quran:
    «Əgər onlardan «göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan,onlar mütləq «Allah!» deyə cavab verəcəklər.»[299]
    Hədis:
    280.İmam Əli (ə):«Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları və pənah aparılan mə‘buddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq olan varlıqdır.»[300]
    281.İmam Əli (ə):«Allah adı, Allah-taalanın adlarının ən böyüyüdür. Elə bir ad ki, Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqa verilməz.»[301]
    282.İmam Baqir (ə):«Allah o mə‘buddur ki, yaradılmışlar Onun mahiyyətini başa düşməkdə, necəliyindən agah olmaqda mat-məəttəl və heyran qalıblar.»[302]
    283.İmam Rza (ə):«Həqiqətən Allah-taalanın adını çəkmək Onun rübubiyyət və tovhidini bəyan etməkdir.»[303]
    284.İmam Həsən Əskəri (ə):«Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.»[304]
    14 Hökmdarlıq
    72.Hökmdarlığın zəruriliyi.
    285.İmam Əli (ə) «Həkəmiyyət»[305] məsələsində buyurdu:«Bunlar deyirlər ki, hakimə ehtiyac yoxdur,[306] halbuki hakimiyyəti sayəsində möminin öz işini görməsi və günahkarın öz payını alması üçün hakimin olması zəruridir.»[307]
    286.İmam Əli (ə):«İnsanları yalnız hökmdar – istər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi – düzəldə bilər.»[308]
    287.İmam Əli (ə):«Tezliklə Müaviyə sizə hakim olacaq. Dedilər: Bəs onda onunla nə üçün vuruşuruq? Buyurdu: Camaata bir hakim lazımdır, istər yaxşı əməl sahibi olsun, istərsə də pis!»[309]
    288.İmam Əli (ə) «Hökm ancaq Allaha məxsusdur!» deyən Həruriyyənin[310] cavabında buyurdu:«(Bəli, həqiqətən) hökm Allaha məxsusdur. Yerdə də hakimlər vardır. Amma onlar deyirlər:«Hökmdara ehtiyac yoxdur, halbuki insanların hökümətdən başqa bir çıxış yolu yoxdur ki, mömin onda öz işini görsün və günahkar və kafir öz payını alsın. Allah onun zamanında hər bir kəsi öz təyin edilmiş əcəlinə çatdırır.»[311]
    289.İmam Əli (ə):«İnsanlara bir hökmdar gərəkdir istər yaxşı əməl sahibi olsun, istərsə də pis. Çünki onun hökuməti sayəsində imanlı şəxs öz işini (Allaha itaəti) görər və kafir öz payını alar. Allah hökumətin mövcudluğu ilə hər bir kəsi onun üçün təyin edilmiş əcəlinə çatdırar. Hökumətin vasitəsi ilə vergilər yığılar, düşmənlə müharibə aparılar, yollar əmin-amanlıq olar, zəifin haqqı güclüdən alınar, yaxşı əməl sahibi asayişdə olar və günahkardan amanda qalar.»[312]
    290.İmam Əli (ə):«Yırtıcı şir zalım hökmdardan yaxşıdır, zalım hökmdar isə uzun müddətli fitnələrdən daha yaxşıdır.»[313]
    291.Əbulbəxtəri: «Bir kişi məscidə daxil olub dedi:«Hökm ancaq Allaha məxsusdur.» Başqa biri isə dedi:«Allahdan başqasının hökm etmək haqqı yoxdur.»Bu zaman Əli (ə) belə buyurdu:« (Əlbəttə,) hökm ancaq Allaha məxsusdur «həqiqətən Allahın vədi doğrudur. Məbada yəqinliyə çatmamış kəslər səni yelbeyinləşdirsin.» Siz bunların nə dediklərini bilmirsiniz. Onlar deyirlər ki: Hökumət lazım deyil. Ay camaat! Sizi(n vəziyyətinizi) hökmdardan başqa bir şey düzəltməz, istər yaxşı əməl sahibi olsun istərsə də pis! Dedilər:«Yaxşı əməl sahibi olan hakim barəsində dediyin düzdür, amma pis əməl sahibi olan hakim necə? Buyurdu:«Mömin öz işi ilə məşğul olar və günahkar öz bəhrəsini götürər, Allah təyin edilmiş əcəlləri çatdırar, yollarınızda əmin-amanlıq olar, bazarlarınız rövnəqlənər, vergiləriniz yığılar, düşmənlərinizlə vuruşular və güclüdən zəifin haqqı geri alınar.»[314]
    73.Pis əməl sahiblərinin hökmdarılığı
    292.Allahın Peyğəmbəri(s):«Hökmdarlarınız yaxşılar və zənginləriniz səxavətlilər olanda və işləriniz məsləhət və məşvərət əsasında aparılan zaman yerin üstü sizin üçün onun altından yaxşıdır. Amma hakimləriniz pislər, zənginləriniz xəsislər olanda və işləriniz arvadlarınızın əllərinə düşən zaman yerin altı sizin üçün onun üstündən daha yaxşıdır.»[315]
    74.Hökumətin dəyəri.
    293.İmam Əli (ə) çarığının bir tayını tikmək və yamamaqla məşğul olan zaman İbn Abbas gəlib dedi:«Hacılar toplaşıblar ki, sizdən bir söz eşitsinlər. O Həzrət buyurdu:«And olsun Allaha bu (çarıqların) ikisini sizə hakimlikdən çox sevirəm, bu istisna ilə ki, bir ilahi hədd icra etmiş olam və ya bir batili uzaqlaşdıram.»[316]
    294.İmam Əli (ə) İbn Abbasa dedi:«Bu çarığın bir tayının dəyəri nə qədərdir? (İbn Abbas nəql edir ki,) dedim:«Dəyəri yoxdur. Buyurdu:«Allaha and olsun ki, bunu sizə hökmdarlıq etməkdən daha çox sevirəm, bu istisna ilə ki, bir haqqı bərqərar edəm və ya batili aradan götürəm.»[317]
    295.İmam Əli (ə) İbn Abbasa yazdığı məktubunda : . . . Sonra:« Məbada sənin hakimlikdən payın mal əldə etmək və ya qəzəbini yatırmaq ola. Sənin ondan payın batili öldürmək və haqqı diriltmək olmalıdır.»[318]
    15 Arzu
    75.Arzu
    296.Allahın Peyğəmbəri(s):«Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.»[319]
    297.İmam Əli (ə):«Arzu həmdəm dostdur.»[320]
    298.Tənbihul-xəvatir:«İsa (ə) oturmuşdu və bir qoca kişi bel ilə yeri şumlayırdı. İsa (ə) dedi:«İlahi, (ümid və) arzunu ondan al. Elə həmin an o qoca beli kənara atdı və uzandı. Bir saat keçəndən sonra İsa dedi:« İlahi, arzunu ona qaytar. Qoca dərhal ayağa qalxdı və işləməyə başladı.»[321]
    76.Arzuların sonu yoxdur.
    299.Allahın Peyğəmbəri(s):«Sabah sağ qalmasını arzulayan kəs, əbədi yaşamağı arzulayır.»[322]
    300.İmam Əli (ə):«Arzunun sonu yoxdur.»[323]
    301.İmam Əli (ə):«Arzular bitib-tükənməzdir.»[324]
    77.Puç və batil arzulardan çəkindirmələr.
    Qur’an:
    «Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın, tezliklə biləcəklər.»[325]
    Hədis:
    302.İmam Əli (ə):«Puç və batil arzudan çəkinin. Çünki, çoxları sabahın arzusunda olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin əvvəlində qibtə edir, lakin axırında onun halına ağlayırlar.»[326]
    303.İmam Əli (ə):«Arzu ilğım kimidir, onu görəni aldadır və ümid bağlayanı məyus edir.»[327]
    304.İmam Əli (ə):«Arzular bəsirətin gözlərini kor edir.»[328]
    305.İmam Əli (ə):«Arzu şeytanın qafillərin qəlblərinə hakim olma amilidir.»[329]
    306.İmam Əli (ə):«Arzunun nəticəsi işin puç olmasıdır.»[330]
    307.İmam Əli (ə):«Arzı qəlbi unutqanlığa çəkir, yalan vəd verir, çoxlu qəflət və xəbərsizlik gətirir, əfsus və həsrətlə nəticələnir.»[331]
    308.İmam Əli (ə):«Arzu ağlı aradan götürür, yalan vəd verir, qafilliyə həvəsləndirir, əfsus və həsrətlə nəticələnir. Odur ki, arzunu yalan hesab edin. Çünki o aldadandır və arzusu olan şəxs isə aldanmış və günahkar!»[332]
    309.İmam Sadiq (ə):«Nə çox nemət ki, Allah onu bəndəyə arzulamadan verib. Nə çoxdur o kəslər ki, bir şeyin arzusunda olublar, amma onlar üçün başqa şey seçilib.»[333]
    78.Arzu və əcəl.
    310.Tənbihul-xəvatir:«Nəql edilib ki, Allahın Peyğəmbəri(s) üç dənə çubuq götürdü və onların birini öz qarşısında yerə batırdı, digərini öz kənarında, üçüncüsünü isə uzaqda basdırdı və sonra buyurdu:«Bilirsiniz bunlar nədir?» Dedilər:«Allah və Onun Peyğəmbəri daha yaxşı bilir.» Buyurdu:«Bu insandır, bu əcəl və o birisi isə arzudur. Adəm övladı onun arxasınca gedir, amma əcəl gəlib çatır və o, arzusuna çatmır.»[334]
    311.İmam Əli (ə):«Əgər insan əcəli və onun insana tərəf tələsməsini görsə, arzuya nifrət edər.»[335]
    312. İmam Əli (ə):«Arzu əcəli (insanın) yad(ın)dan çıxarar.»[336]
    313. İmam Əli (ə):« (İnsana) ən yaxın şey əcəl və ölüm, ən uzaq şey isə arzudur.»[337]
    314.İmam Əli (ə):«İnsanın əcəli çatmayınca onun nəfsi arzusuz olmaz.»[338]
    315.İmam Əli (ə):«Bilin! Siz, arxasında əcəl olan arzunun mühasirəsindəsiniz. Buna görə də kim əcəli çatmamış arzu günündə iş görsə işi ona xeyir verər və əcəli ona ziyan vurmaz.»[339]
    316. İmam Kazim (ə):«Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.»[340]
    79.Uzun arzunun nəticələri
    317.əl-Kafi:«Allah Musaya xitab edərək buyurdu:«Ey Musa! Dünyada uzun arzular etmə ki, qəlbin bərkiyər və qəlbi bərk olan insan Məndən uzaqdır.»[341]
    318.İmam Əli (ə):«Kimin arzusu uzun-uzadı olsa, əməli az və qısa olar.»[342]
    319.İmam Əli (ə):«Uzun arzu axirəti insanın yadından çıxarır.»[343]
    80.Qısa arzu.
    320.Allahın Peyğəmbəri(s) İbn Məs’uda buyurdu:«Arzunu qısa et və səhər açılanda de:«Mən axşama çıxmayacağam və axşam düşəndə de:«Səhərə kimi sağ qalmayacağam. Dünyadan ayrılacağına ciddi hazırlaş və Allaha qovuşmağı sev.»[344]
    321.İmam Əli (ə):«Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, qarşısında hesab olacağına, özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs arzunu qısa etməyə və əməl dairəsini uzun etməyə daha layiqdir.»[345]
    322.İmam Baqir (ə):«Arzunu qısaltmaqla dünyadan ( axirət üçün) azuqə götür.»[346]
    81.Allahdan başqasına ümid bağlamaq olmaz
    323. «Allahın Peyğəmbəri(s):«Allah-taala: «Şübhəsiz Məndən başqasına ümid bağlamış hər bir möminin ümidini onu məyus etməklə qıraram.»[347]
    324.İmam Əli (ə):«Kim insana ümid bağlasa ona tə’zim edib və onu böyük bilib.»[348]
    16 Ümmət
    82.Ümmət
    Qur’an:
    «Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində Bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.»[349]
    Hədis:
    326.Allahın Peyğəmbəri(s):«Mənim bu ümmətim Haqqın rəhmət kölgəsində olan bir ümmətdir.»[351]
    327.Allahın Peyğəmbəri(s):«Siz yetmişinci ümmətsiniz və Allah yanında onların ən yaxşı və əzizisiniz.»[352]
    328.Allahın Peyğəmbəri(s):«Müjdə olsun bu ümmətə möhtərəmlik, dindarlıq, başı ucalıq, qələbə və yer üzündə qüdrət əldə etmək!»[353]
    83. Ümmətin yaxşıları.
    329.Allahın Peyğəmbəri(s):«Mənim ümmətimin ən yaxşıları onların dünyaya daha etinasızları və axirətə daha çox can atanları, axirət arzusunda olanlarıdır.»[354]
    330.Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən yaxşısı cavanlığını Allaha itaətdə keçirmiş, öz nəfsini dünyanın ləzzətlərindən saxlayan və axirətə ürək bağlayan kəsdir. Həqiqətən Allahın ona verəcəyi mükafat Cənnətin ən yüksək dərəcələridir.»[355]
    331.Allahın Peyğəmbəri (s):«Ümmətimin ən yaxşıları onlara qarşı ağılsızlıq ediləndə dözənlər, onlara qarşı zülm və cinayət törədiləndə bağışlayanlar və incidiləndə səbr edənlərdir.»[356]
    84.Mö‘tədil ümmət.
    Qur’an:
    «Beləliklə də sizi orta bir ümmət (ümmətlərin ən yaxşısı) etdik ki, insanlara (insanların əməllərinə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.»[357]
    Hədis:
    332.İmam Əli (ə):«Allahın yaratdıqlarına şahidləri və Onun yer üzündəki dəlilləri bizik. Biz o kəslərik ki, Allah-taala buyurub:«Beləliklə də sizi orta bir ümmət etdik…»[358]
    85.Ümmətin xeyrinə olan şeylər.
    333.Allahın Peyğəmbəri(s):«Mənim ümmətim nə qədər ki, bir-birlərini sevir, əmanəti (sahibinə) qaytarır, haramdan çəkinir, qonağı əziz tutur, namaz qılır və zəkat verir həmişə xeyir içində olacaqdır.»[359]
    334.Allahın Peyğəmbəri (s):«Nə qədər ki, bu ümmətin Quran oxuyanları hakimlərlə əlbir olmayıblar, alimləri yaramaz və günahkarlara bəraət qazandıraraq onları təmizə çıxarıb günahsız kimi təqdim etməyiblər, yaxşıları pislərinə kömək etməyiblər Allahın əli bu ümmətin üzərində olacaq və Onun himayəsi sayəsində yaşayacaq. Amma bu işləri görəndən sonra Allah öz qüdrət əlini onların başı üzərində götürəcək və zülmkarlarını onlara hakim edəcəkdir.»[360]
    86.İslam ümmətinin axirətdəki məqamı.
    335.Allahın Peyğəmbəri(s): «Qiyamət günü mənim bütün peyğəmbərlərdən çox davamçım olacaq.»[361]
    336.Allahın Peyğəmbəri(s):«Cənnətdə yüz iyirmi cərgə var ki, onun səksən cərgəsi mənim ümmətimdir.»[362]
    87.Millətlərin İslam ümmətinə qarşı hücumu.
    337.Allahın Peyğəmbəri(s):«Tezliklə millətlər ac adamlar yemək kasasına hücum edən kimi sizə hücum edər.» Bu zaman bir nəfər soruşdu: «Bunun səbəbi həmin vaxt bizim sayımızın az olmağıdır?» Peyğəmbər buyurdu:«Əksinə, sayınız çox olar, amma sel üzərindəki köpük və çör-çöp kimi olarsınız, Allah sizin heybət və əzəmətinizi düşmənlərinizin qəlbindən çıxarar, sizin qəlblərinizə qüvvətsizlik və süstlük salar.» Bir nəfər soruşdu:«Ey Allahın Peyğəmbəri, qüvvətsizlik və süstlük nədir?» Buyurdu:«Dünya məhəbbəti və ölümü istəməmək.»[363]
    338.Allahın Peyğəmbəri(s):«Mənim ümmətim dünyanı böyük bilən zaman Allah İslamın əzəmətini ondan alar.»[364]
    88.Peyğəmbərin ümməti barəsindəki nigarançılığı.
    339.Allahın Peyğəmbəri(s):«Mən öz ümmətim üçün üç şeydən – hərislik və xəsisliyə boyun qoymaqdan, nəfsi istəklərə tabe olmaqdan və azğın başçıdan qorxuram.»[365]
    340.Allahın Peyğəmbəri(s):«Ümmətim üçün üç şeydən – (Haqqı və ya haqq yolu) tanıyandan sonra azğınlığa düşməkdən, azdırıcı fitnələrdən, qarınqululuq və şəhvətpərəstlikdən qorxuram.»[366]
    341.Allahın Peyğəmbəri(s):«Ümmətim barəsində hər şeydən çox narahatçılığa səbəb olan şey üçdür: alimin büdrəməsi, münafiqin Quran vasitəsi ilə mübahisə etməsi və sizin boyunlarınızı vuran dünya. Buna görə də özünüz barəsində dünyadan qorxun.»[367]
    342.Allahın Peyğəmbəri(s):«Özümdən sonra ümmətim üçün ən çox qorxduğum şeylər bunlardır: haram qazanclar, gizlin şəhvət və sələm yemək.»[368]
    343.Allahın Peyğəmbəri(s):«Ümmətim üçün qorxduğum ən qorxulu şey iki xislətdir: Nəfsi istəklərə tabe olmaq və uzun arzu. Çünki nəfsi istəklərə tabe olmaq insanı haqdan saxlayar və uzun arzu axirəti yaddan çıxardar.»[369]
    344.Allahın Peyğəmbəri(s):«Düçar olmağınızdan qorxduğum ən qorxulu şey kiçik şirkdir.» Dedilər:«Ey Allahın Peyğəmbəri! Kiçik şirk nədir?» Buyurdu:«Riya.»[370]
    345.Allahın Peyğəmbəri(s):«Ümmətim üçün qorxduğum ən dəhşətli şey dilli münafiqdir.»[371]
    346.Allahın Peyğəmbəri(s):«Ümmətim üçün qorxduğum ən qorxulu şey dünya malının parlaqlığı və bolluğudur.»[372]


    [201] Kənzul-Ummal, hədis 44091
    [202] Kənzul-Ummal, hədis44121
    [203] Kənzul-Ummal, hədis 44226
    [204] Ğurərul-Hikəm, hədis 89
    [205] Ğurərul-Hikəm, hədis314
    [206] Ğurərul-Hikəm, hədis3915
    [207] Ğurərul-Hikəm, hədis3916
    [208] Ğurərul-Hikəm, hədis3917
    [209] Ğurərul-Hikəm, hədis3918
    [210] Ğurərul-Hikəm, hədis3919
    [211] Ğurərul-Hikəm, hədis3920
    [212] Ğurərul-Hikəm, hədis3921
    [213] Ğurərul-Hikəm, hədis3923
    [214] Ğurərul-Hikəm, hədis3924
    [215] Ğurərul-Hikəm, hədis3925
    [216] Ğurərul-Hikəm, hədis3922
    [217] Ğurərul-Hikəm, hədis 3926
    [218] Ğurərul-Hikəm, hədis3927
    [219] Ğurərul-Hikəm, hədis3928
    [220] Ğurərul-Hikəm, hədis3929
    [221] Ğurərul-Hikəm, hədis3930
    [222] Ğurərul-Hikəm, hədis3931
    [223] Ğurərul-Hikəm, hədis3932
    [224] Ğurərul-Hikəm, hədis3933
    [225] Ğurərul-Hikəm, hədis3934
    [226] Ğurərul-Hikəm, hədis3935
    [227] Ğurərul-Hikəm, hədis3936
    [228] Ğurərul-Hikəm, hədis3937
    [229] Ğurərul-Hikəm, hədis3938
    [230] Ğurərul-Hikəm, hədis3939
    [231] Ğurərul-Hikəm, hədis3940
    [232] Ğurərul-Hikəm, hədis3941
    [233] Ğurərul-Hikəm, hədis3942
    [234] Ğurərul-Hikəm, hədis3943
    [235] Ğurərul-Hikəm, hədis3944
    [236] Ğurərul-Hikəm, hədis3945
    [237] Ğurərul-Hikəm, hədis3946
    [238] Ğurərul-Hikəm, hədis3950
    [239] Ğurərul-Hikəm, hədis3947
    [240] Ğurərul-Hikəm, hədis3948
    [241] Ğurərul-Hikəm, hədis3949
    [242] Ğurərul-Hikəm, hədis3951
    [243] Ğurərul-Hikəm, hədis3952
    [244] Ğurərul-Hikəm, hədis3953
    [245] Ğurərul-Hikəm, hədis3954
    [246] Ğurərul-Hikəm, hədis3955
    [247] Ğurərul-Hikəm, hədis3956
    [248] Ğurərul-Hikəm, hədis3957
    [249] Ğurərul-Hikəm, hədis3958
    [250] Ğurərul-Hikəm, hədis3959
    [251] Ğurərul-Hikəm, hədis3960
    [252] Ğurərul-Hikəm, hədis3961
    [253] Ğurərul-Hikəm, hədis3962
    [254] Ğurərul-Hikəm, hədis3963
    [255] Ğurərul-Hikəm, hədis3964
    [256] Ğurərul-Hikəm, hədis3965
    [257] Ğurərul-Hikəm, hədis3966
    [258] Ğurərul-Hikəm, hədis3969
    [259] Ğurərul-Hikəm, hədis3970
    [260] Ğurərul-Hikəm, hədis3971
    [261] Ğurərul-Hikəm, hədis3972
    [262] Ğurərul-Hikəm, hədis5244
    [263] Ğurərul-Hikəm, hədis5752
    [264] Tənbihul-Xəvatir, c.1, səh.46
    [265] Müstədrəkul-Vəsail, c.16, səh.213, hədis 19634
    [266] Tənbihul-Xəvatir, c.1, səh.100
    [267] Tənbihul-Xəvatir, c.1, səh.100
    [268] Biharul-Ənvar, c.77, səh.182, hədis 10.
    [269] Ğurərul-Hikəm, hədis 8903
    [270] Müstədrəkul-Vəsail, c.16, səh.222, hədis19652
    [271] Müstədrəkul-Vəsail, c.12, səh.94, hədis 13615
    [272] Müstədrəkul-Vəsail, c.16, səh.222, hədis 19652
    [273] Ğurərul-Hikəm, hədis 4139
    [274] Ğurərul-Hikəm, hədis 659
    [275] Ğurərul-Hikəm, hədis 9922
    [276] Biharul-Ənvar, c.75, səh.462, hədis 17
    [277] Biharul-Ənvar, c.77, səh.22, hədis 6
    [278] Müstədrəkul-Vəsail, c.16, səh.214, hədis 19634
    [279] Biharul-Ənvar, c.78, səh.369, hədis 4
    [280] Biharul-Ənvar, c.62, səh.290
    [281] Biharul-Ənvar, c.62, səh.324
    [282] Tənbihul-Xəvatir, c.1, səh.47.
    [283] Biharul-Ənvar, c.62, səh.291
    [284] Vəsailuş-Şiə, c.16, səh.484, hədis 5
    [285] Vəsailuş-Şiə, c.16, səh.520, hədis 3
    [286] əl-Kafi, c.6, səh.321, hədis 1
    [287] Vəsailuş-Şiə, c.16, səh.539, hədis 1
    [288] əl-Məhəccətul-bəyza, c.3, səh. 6
    [289] Vəsailuş-Şiə, c.16, səh.518, hədis 1
    [290] Müstədrəkul-Vəsail, c.8, səh.295, hədis 9485
    [291] Vəsailuş-Şiə, c.116, səh.510, hədis 1
    [292] əl-İxtisas, səh. 253
    [293] Ənfal, ayə 62-63
    [294] Ali-İmran, ayə 103
    [295] Biharul-Ənvar, c.78, səh.11, hədis 70
    [296] Tuhəful-Uqul, səh.373
    [297] Tuhəful-Uqul, səh.45
    [298] Biharul-Ənvar, c.75, səh.265, hədis 9
    [299] Loğman, ayə25, Zumər, ayə38
    [300] ət-Tovhid, səh.89, hədis2
    [301] ət-Tovhid, səh.231, hədis 5
    [302] ət-Tovhid, səh. 89, hədis 2
    [303] Uyun əxbar-Rza (ə), c.2, səh. 93, hədis 1
    [304] Biharul-Ənvar, c.3, səh.41, hədis16
    [305] Süffeyn müharibəsində Müaviyə ilə Əmr ibn Asın məğlubiyyətdən can qurtarmaq üçün hiyləgərliklə döyüşən tərəflər arasında hər tərəfdən bir hakim təyin edilməsi
    [306] Nəhcül-Bəlağədə mətnin əsli «hökm vermək ancaq Allaha məxsusdur şəklindədir»
    [307] Nəhcus-səadə, c.2, səh.33
    [308] Kənzul-Ummal, hədis 14286
    [309] Kənzul-Ummal, hədis 14366
    [310] Xəvaricin adıdır
    [311] Kənzul-Ummal, hədis 31567
    [312] Biharul-Ənvar, c.75, səh.358, hədis 72
    [313] Biharul-Ənvar, c.75, səh.359, hədis 74
    [314] Kənzul-Ummal, hədis 31618
    [315] Tuhəful-Uqul, səh.36
    [316] əl-Mənaqibli-ibn Şəhr Aşub, c.2, səh.101
    [317] Nəhcül-Bəlağə, xütbə 33
    [318] Biharul-Ənvar, c.40, səh.328, hədis 10
    [319] Biharul-Ənvar, c.77, səh.173, hədis 8
    [320] Ğurərul-Hikəm, hədis 1042
    [321] Tənbihul-Xəvatir, c.1, səh. 272
    [322] Biharul-Ənvar, c.73, səh.168, hədis 31
    [323] Ğurərul-Hikəm, hədis 1010
    [324] Ğurərul-Hikəm, hədis 639
    [325] Hicr, ayə 3
    [326] Ğurərul-Hikəm, hədis 2572
    [327] Ğurərul-Hikəm, hədis 1896
    [328] Ğurərul-Hikəm, hədis 1375
    [329] Ğurərul-Hikəm, hədis 1828
    [330] Ğurərul-Hikəm, hədis 4641
    [331] Biharul-Ənvar, c.78, səh.35, hədis 117
    [332] Biharul-Ənvar, c.77, səh.293, hədis 2
    [333] Biharul-Ənvar, c.71, səh.152, hədis 55
    [334] Tənbihul-Xəvatir, c.1, səh.272
    [335] Biharul-Ənvar, c.73, səh.95, hədis 79
    [336] Ğurərul-Hikəm, hədis 874
    [337] Ğurərul-Hikəm, hədis 2920+2921
    [338] Ğurərul-Hikəm, hədis 10844
    [339] Biharul-Ənvar, c.77, səh.333,hədis 21
    [340] Ə’lamud-Din, səh.305
    [341] əl-Kafi, c.2, səh.329, hədis 1
    [342] Biharul-Ənvar, c.77, səh.421, hədis 40
    [343] əl-Kafi, c.2, səh.336, hədis 3
    [344] Biharul-Ənvar, c.77, səh.101, hədis 1
    [345] Biharul-Ənvar, c.73, səh.167, hədis 31
    [346] Tuhəful-Uqul, səh.286
    [347] səhifətur-Rza, səh.276, hədis 20
    [348] Biharul-Ənvar, c.78, səh.79, hədis 61
    [349] Ali-İmran, ayə 110
    [350] Kənzul-Ummal, hədis 34451
    [351] Kənzul-Ummal, hədis 34452
    [352] Kənzul-Ummal, hədis 34462
    [353] Kənzul-Ummal, hədis 34465
    [354] Tənbihul-Xəvatir, c.2, səh.123
    [355] Tənbihul-Xəvatir, c.2, səh.123
    [356] Tənbihul-Xəvatir, c.2, səh.123
    [357] Bəqərə, ayə 143
    [358] Nurus-Səqəleyn, c.1, səh.134, hədis 406
    [359] Biharul-Ənvar, c.69, səh.394, hədis 77
    [360] Tənbihul-Xəvatir, c.1, səh.84
    [361] Biharul-Ənvar, c.7, səh.130, hədis 1
    [362] Biharul-Ənvar, c.7, səh.130, hədis 3
    [363] ət-Təşrif bil-minən, səh.307, hədis 428
    [364] Tənbihul-Xəvatir, c.1, səh.75
    [365] Biharul-Ənvar, c.77, səh.161, hədis 178
    [366] Əmali-Tusi, səh.157, hədis 263.
    [367] əl-Xisal, səh.163, səh.214
    [368] Biharul-Ənvar, c.73, səh.158, hədis 3
    [369] Biharul-Ənvar, c.70, səh.75, hədis 3
    [370] Biharul-Ənvar, c.72, səh.303, hədis 50
    [371] Kənzul-Ummal, hədis 28969(=28968 və 28970)
    [372] Nurus-Səqəleyn, c.4, səh.579, hədis 91
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 2820 | Rating: 2.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024