İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    17 İmamət
    89.İmamət
    Qur’an:
    «Bu gün dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.»[373]
    Hədis:
    347.İmam Əli (ə):«İmamət ümmətin (işlərinin) nizamıdır.»[374]
    348.İmam Baqir (ə):«İslam beş sütun üzərində möhkəmlənib: namaz, zəkat, oruc, həcc və vilayət. Heç bir şeyə vilayət qədər də‘vət olunmayıb.»[375]
    349.İmam Sadiq (ə):«Əgər bəndələr Allah tərəfindən olmayan zalım rəhbəri rəhbər kimi qəbul etsələr Allah onların yerinə yetirdikləri yaxşı əməlləri qəbul etməyəcəkdir.»[376]
    350.İmamKazim (ə):«İmamət nur və işıqdır, Allah-taalanın «Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin!»(ayəsində) buyurduğu nur! (İmam sonra) buyurdu: Nur həmin imamdır.»[377]
    351.İmam Rza (ə):«Peyğəmbərin(s) ömrünün son ilində yerinə yetirilmiş vida həccində «Bu gün dininizi kamala yetirdim...» (ayəsi) nazil oldu. İmamət məsələsi dinin kamilliklərindəndir.»[378]
    352.İmam Rza (ə):«İmamət İslamın boy atmaqda olan təməli və onun ucaldılmış qoludur.»[379]
    353.İmam Rza (ə):«İmamət dinin cilovu, müsəlmanların işlərinin nizamı, dünyanın düzəlməsi və abadlığı, möminlərin izzət və başucalığıdır.»[380]
    90.İmamətin nübüvvətdən üstünlüyü.
    Qur’an:
    «(Yadına sal ki,) İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona«səni insanlara imam təyin edəcəyəm» dedi.»[381]
    Hədis:
    354.İmam Sadiq (ə):«Allah-taala İbrahimi peyğəmbərliyə seçməmişdən qabaq onu bəndəliyə götürdü və onu risalət məqamına seçməmişdən qabaq nübüvvətə çatdırdı. Həmçinin onu dostluğa seçməmişdən qabaq öz rəsulu etdi və onu öz imamı etməmişdən qabaq öz dostu etdi. Bu məqamların hamısını onda toplayandan sonra buyurdu: Mən səni insanların imamı və başçısı təyin etdim.»[382]
    91.Höccətin (ilahi rəhbərin) zəruriliyi.
    Höccət (Allah tərəfindən təyin edilmiş ilahi rəhbərlərdir.Allah onları təyin etmişdir ki, Qiyamət günü insanlar bəhanə gətirib deməsinlər ki,dünyada bizə bir yol göstərən yox idi.)
    355.İmam Baqir (ə) və ya İmam Sadiq (ə):«Allah yer üzünü alimsiz qoymayıb və əgər belə olmasaydı haqq ilə batil bir-birindən seçilməzdi.»[383]
    356.İmam Sadiq (ə):«Yer üzü yarandığı gündən heç vaxt insanların unutduqları haqqı dirçəldən, hər şeyi bilən höccətsiz qalmayıb. (İmam Sadiq (ə)) sonra bu ayəni oxudu:«Öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər...»[384]
    92. Höccət tanınmış imamdır.
    357.İmam Sadiq (ə):«Allahın yaratdıqlarına höccəti tanınmış imamsız bərqərar olmaz.»[385] [386]
    93.Bəzən höccət qorxu içində və ya naməlum olur.
    358.İmam Əli (ə):«Bəli, elədir! Yer üzü Allahın yaratdıqlarına höccətlərini bərqərar edən kəsdən istər aşkar və məhşur olsun, istərsə də qorxu içində və naməlum – boş olmur ki, Allahın dəlil və sübutları aradan getməsin.»[387]
    359.İmam Baqir (ə):«Yer üzü imamsız – istər aşkar olsun və ya gizlin qalmır.»[388]
    94.İmam olmasa yer üzü bir-birinə dəyər.
    360.İmam Sadiq (ə):«Əgər yer üzü imamsız qalsaydı bir-birinə dəyər, dağılardı.»[389]
    361.İmam Sadiq (ə):«Yer üzündə həmişə höccət mövcuddur. Çünki insanları höccətdən başqa bir şey islah etməz və yer üzünü ondan başqa bir şey abadlaşdırmaz.»[390]
    95.Hər bir ümmət öz imamı ilə çağrılacaqdır
    Qur’an:
    «Elə bir gün ki, (Qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə çağıracağıq.»[391]
    Hədis:
    362.İmam Sadiq (ə):«Qiyamət günü …. Allah-taaladan nida gələr ki, kim dünya evində imama tabe olubsa, gərək onun arxasınca imamı aparılan yerə getsin. Həmin vaxt :«tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, üz döndərəcəklər.»[392]
    96.İmamı tanımaq.
    363.Allahın Peyğəmbəri(s):«Kim imamını tanımamış ölsə cahiliyyət ölümü ilə ölüb.»[393]
    364.Allahın Peyğəmbəri(s):«Kim imamı olmadan ölsə cahiliyyət ölümü ilə ölüb.»[394]
    365.İmam Hüseyndən (ə) Allahı tanımaq barəsində sual soruşularkən buyurmuşdur:«Hər bir zamanın insanlarının tabe olmalı imamı tanımaları (Allahı tanımalarına səbəb olar. Çünki Allahı tanımaqla onun tərəfindən olan mə‘sum imamın tanınması arasında sıx bağlılıq mövcuddur).»[395]
    366.İmam Sadiq (ə) «Kimə hikmət əta edilsə…. « (ayəsi) barəsində buyurmuşdur:« (Hikmət) Allaha tabe olmaq və imamı tanımaqdır.»[396]
    367.İmam Sadiq (ə):«İmam Allah-taala ilə Onun yaratdıqları arasında olan bir bələdçidir. Onu tanıyan mömin, inkar edən isə kafirdir.»[397]
    368.İmam Sadiq (ə):«Kim bizi tanımasa və bizi inkar da etməsə, o, Allahın ona vacib etdiyi hidayətə, yəni bizə tabe olmağın zəruriliyənə qayıdana kimi azğındır. Əgər o, azğınlıq halında ölsə Allah onunla özü istədiyi kimi rəftar edəcək.»[398]
    97.İmamətin şərtləri və imamın xüsusiyyətləri.
    Quran:
    «Səbr etdiklərinə və bizim ayələrimizə və nişanələrimizə yəqinlikləri olduğu üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik.»[399]
    «Doğru yola yönəldən kəs ardınca getməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs?»[400]
    «Allah onu sizin üçün seçmiş, elm və bədəncə ona üstünlük vermişdir.»[401]
    Hədis:
    369.İmam Əli (ə):«Bu işi (imaməti) ancaq səbr əhli olan, gözüaçıq və işlərdən baş çıxaran kəs çiyinlərində çəkə bilər.»[402]
    370.İmam Əli (ə):«İmam və rəhbər gərək haqq yolunda ağıllı fikrə, iti dilə və coşqun qəlbə malik olsun.»[403]
    371.İmam Əli (ə):«Özünü camaatın rəhbəri etmiş kəs başqalarını öyrətməmişdən qabaq özünü öyrətməli və (başqalarını) söz ilə ədəbləndirməmişdən qabaq əməl ilə özünü ədəbləndirməlidir.»[404]
    372.İmam Əli (ə):«Allahın əmrini ( ilahi hökmün icrasında) bac verməyən, geri çəkilməyən və (şəxsi) mənafe dalınca getməyən kəsdən başqa heç kəs icra və bərpa edə bilməz.»[405]
    373.İmam Əli (ə):«İtaəti vacib olan imamın vilayətinin böyük sərhədləri bunlardır: Məlum olmalıdır ki , o səhvdən, büdrəmədən, bilərəkdən edilən günahdan,ümumiyyətlə bütün günahlardan – istər böyük olsun istərsə, də kiçik – uzaqdır, pak və müqəddəsdir.O, nə büdrəyər, nə səhv edər.O, dinin devrilməsinə heç cür qol qoymaz, heç vaxt əyyaşlıq və kef etməz, Allahın halal-haramına, Onun vaciblərinə, müstəhəbbilərinə və (digər) hökmlərində insanların ən biliklisidir,o heç kəsə möhtac deyil, amma başqaları ona möhtacdır, o insanların ən səxavətli və ən şücaətlisidir.»[406]
    374.İmam Əli (ə):«Bildiniz ki, müsəlmanların namus, can, qənimət, hökumət və rəhbərlik işlərini xəsis adama tapşırmaq olmaz. Çünki o, onların mallarına həris olar. Həmçinin nadana tapşırmaq olmaz, çünki o da öz nadanlığı nəticəsində onları azdırar. Eləcə də rəhmsiz və zülmkara! Çünki o da öz rəhmsizliyi ilə müsəlmanları möhtac olduqları şeylərdən məhrum edər.[407] Malların bölüşdürülməsini ədalətsiz adama da tapşırmaq olmaz. Çünki o, bir dəstəyə bağışlayar, bir dəstəni isə məhrum edər.[408] Nə də qəzavət edəndə rüşvət alana ki, camaatın hüqüqlarını tapdalayar və haqqı sahiblərinə çatdırmaqda səhlənkarlıq edər və nə də sünnəni tərk edən kəsə ki, ümməti məhvə aparar.»[409]
    375.İmam Hüseyn (ə) küfəlilərə yazdığı məktubunda buyurmuşdur: «Öz canıma and olsun ki, imam və rəhbər yalnız o kəsdir ki, Allahın kitabı əsasında hökm çıxarır, ədaləti bərqərar edir, haqq dinə tabedir və Allah qarşısında nəfsini cilovlayır.»[410]
    376.İmam Baqir (ə) imamın nişanəsinin izahında buyurmuşdur: «Halalzadə və gözəl tərbiyəyə malik olmalı və əyyaşlıqla məşğul olmamalıdır.»[411]
    377.İmam Rza (ə) imamın xüsusiyyətləri barəsində buyurmuşdur: «İmam rəhbərlikdə bacarıqlı, siyasətdən və ölkənin idarəçiliyindən xəbərdar olmalıdır.»[412]
    98.Allahın haqq rəhbərlərə vacib etdiyi şeylər.
    378.İmam Əli (ə):«Allah məni öz yaratdıqlarının imam və başçısı etdi. Buna görə də mənə yeyib-içmək və geyimimdə yoxsullar kimi olmağımı əmr edib ki, yoxsul öz yoxsulluğunda mənimlə təsəlli tapsın, varlını öz zənginliyi azğınlıq və itaətsizliyə çəkməsin.»[413]
    379.İmam Əli (ə):«Həqiqətən imama Allahın onun öhdəsinə qoyduğu şeylərdən başqa heç nə vacib deyil(və onlar ibarətdir): moizə və öyüd-nəsihət verməkdə səhlənkarlıq etməməli, xeyirxahlıq istiqamətində çalışmalı, sünnəni dirçəltməli, layiq olan kəslər barəsində Allahın müəyyənləşdirdiyi ilahi hədd və cəzaları icra etməli və (beytül-maldan olan) payları payı olan kəslərə çatdırmalıdır.»[414]
    99.İmamla ümmətin qarşılıqlı haqları.
    380.İmam Əli (ə):«İmam Allahın kitabı əsasında hökm çıxarmaq və əmanəti sahibinə qaytarmaq vəzifəsi daşıyır. O belə edəndən sonra camaatın vəzifəsi onun sözlərinə qulaq asmaq, əmrlərinə tabe olmaq və onları (hər hansı bir işə) çağıranda (çağırışına) cavab verməkdir.»[415]
    381.İmam Əli (ə):«Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın.
    Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir. Beləliklə, mən belə etdikdən sonra Allahın neməti sizə vacib olur və sizin mənə tabe olmağınız vacibdir.»[416]
    100.İmamlarınız sizin nümayəndələrinizdirlər.
    382.Allahın Peyğəmbəri(s):«Həqiqətən sizin imamlarınız Allah yanındakı nümayəndələrinizdir. Odur ki, din və namazınızda kimləri nümayəndə olaraq göndərdiyinizə diqqət edin.»[417]
    383.Allahın Peyğəmbəri(s):«İmamlarınız sizi Allaha tərəf aparan bələdçilərinizdirlər. Buna görə də din və namazlarınızda kimə iqtida etməyinizə diqqət edin.»[418]
    101.Haqq imamdan başqasına tabe olmaq.
    384.İmam Baqir (ə):«Allah-taala buyurub:«İslam rəiyyətindən kim qeyri-ilahi zalım rəhbərin hakimiyyətini qəbul etsə, ona mütləq əzab verəcəyəm.»[419]
    385.İmam Sadiq (ə):«Kim qeyri-ilahi rəhbəri imaməti Allah tərəfindən olan imamla şərik etsə Allaha şərik qoşub.»[420]
    102.Cəhənnəmə aparan rəhbərlər.
    Qur’an:
    «Biz onları Cəhənnəmə çağıran rəhbərlər etdik»[421]
    Hədis:
    386.İmam Əli (ə):«Allah yanında ən pis adam özü azğın olduğu halda camaatı da azğınlığa salan zülümkar rəhbərdir. Çünki o əməl olunan sünnəni öldürür və tərk edilmiş və atılmış büd’əti dirildir. Allahın Peyğəmbərinin belə buyurduğunu eşitmişəm :«Qiyamət günü zülmkar rəhbər bir arxa və hamisi olmadan gətiriləcək. Beləliklə, Cəhənnəm oduna atılacaq və orada dəyirman daşı kimi fırlanacaq. Sonra Cəhənnəmin dibində zəncirlənəcəkdir.»[422]
    103.İmamət iddiaçısı.
    387.İmam Baqir (ə) «Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən» (ayəsi) barəsində buyurmuşdur:«O, imam olmadığı halda «mən imamam» deyən kəsdir.»[423]
    388.İmam Sadiq (ə):«Layiq olmadığı halda imamət iddiası edən kəs kafirdir.»[424]
    104.Allah-taalaya itaət etməyən kəsə tabe olmaq olmaz.
    Quran:
    «Onlar deyəcəklər:«Pərvərdigara! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.»[425]
    Hədis:
    389.Allahın Peyğəmbəri(s):«Allaha itaət etməyən kəsə tabe olmaq olmaz.»[426]
    390.Allahın Peyğəmbəri(s):«Ey Əli! Dörd şey insanın belini qırar: Özü Allaha itaət etmədiyi halda başqalarının ona itaət etdiyi rəhbər….»[427]
    391.İmam Əli (ə):«Allahın Peyğəmbəri bir qoşun göndərdi və bir nəfəri onların başçısı təyin etdi. Qoşuna onun göstərişlərinə tabe olmağı və ona itaət etməyi tapşırdı. Həmin şəxs ocaq qalayıb qoşuna özlərini onun içinə atmaq göstərişi verdi. Onların bir dəstəsi oda girməkdən imtina edərək dedi:«Biz oddan qorxuruq. Başqa bir dəstə isə oda girmək qərarına gəldi. Bu xəbər Allahın Peyğəmbərinə çatdı.» O Həzrət buyurdu:«Əgər onlar oda daxil olsaydılar həmişə odda qalardılar. Sonra buyurdu:«Allaha itaətsizlik məsələsində heç kəsə tabe olmaq olmaz, bəlkə yaxşı işlərdə (əmrə) tabe olmaq lazımdır.»[428]
    105.Hər bir zalım rəhbərin qarşısında qiyam etmək vacibdir.
    392.Allahın Peyğəmbəri(s):«İslamın dəyirman daşı tezliklə hərəkətə gələcəkdir. Onda siz Quranın oxu ətrafında fırlanın. Hökmdarla Quranın bir-birinə qarşı vuruşmaları və bir-birindən ayrılmaları yaxındır. Tezliklə sizə elə şahlar hakim olacaqlar ki, sizə bir cür, özləri üçün isə başqa cür hökm edərlər. Əgər onlara tabe olsanız sizləri azdırarlar və əgər onlara qarşı itaətsizlik etsəniz sizi öldürərlər.»
    Dedilər:«Ey Allahın Peyğəmbəri! Həmin zamanda nə edək? Buyurdu:«İsanın əshabı kimi olun.Onları oraq ilə doğradılar və dar ağacından asdılar. (Allahın) itaət(in)də ölmək günah içində yaşamaqdan daha yaxşıdır.»[429]
    106.Qiyamdan çəkinməyə səbəb olan amillər.
    393.İmam Baqir (ə):«Əgər imama kömək etmək üçün «Bədr» əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir.»[430]
    394.İmam Sadiq (ə):«Ey Sudeyr! And olsun Allaha, əgər şiələrimin sayı bu keçi balalarının sayı qədər olsaydı, oturmağı rəva bilməzdim. (Sudeyr deyir:) Biz endik və namaz qıldıq. Namaz qurtaranda keçi balalarına nəzər salıb onları saydım, on yeddi baş idilər.»[431]
    107.İmamın seçilməsi.
    395.İmam Mehdi (ə) Sə’d ibn Abdullah Quminin «camaat nə üçün özü üçün imam seçə bilməz?» sualının cavabında buyurmuşdur:«Həmin imam saleh əməl sahibi olacaq, yoxsa pis əməl sahibi?» Dedim:«Saleh əməl sahibi.» Buyurdu:«Onu seçənlərin heç biri onun zehnindən nələr keçdiyini bilmədiyi üçün ola bilərmi ki, həmin şəxs pis əməl sahibi çıxsın?» Dedim:«Bəli.» Buyurdu:«Səbəb budur.»[432]
    108.Səqəleyn hədisi.
    396.Allahın Peyğəmbəri(s):«Mən sizin aranızda iki qiymətli şey qoydum. Nə qədər ki, onlardan möhkəm yapışacaqsınız, məndən sonra heç vaxt azmayacaqsınız. Onlardan biri digərindən daha böyük və üstündür. (Biri) Allahın kitabıdır ki, o göydən yerə uzanmış və birləşmiş ipdir. (İkincisi) mənim itrət və Əhli-Beytimdir. Bilin ki, bu iki şey, hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmaz.»[433]
    109.Əhli –beytə tabe olmağın vacibliyi.
    397.Allahın Peyğəmbəri(s):«Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular.»[434]
    398.İmam Əli (ə):«Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun.»[435]
    399.İmam Əli (ə):«Bilin! Məhəmmədin (s) Əhli-Beyti göydəki ulduzlar kimidir.Onlardan biri yox olanda digər bir ulduz zahir olar. Buna görə də sanki Allahın nemətləri sizin aranızda kamilləşib və O, arzu etdiyiniz şeyləri sizə verib.»[436]
    400.İmam Əli (ə):«Bizik nübüvvət ağacı və risalətin nazil olma yeri, mələklərin get-gəl yeri, elm mədənləri və hikmət çeşmələri!»[437]
    401.İmam Əli (ə):«Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar.»[438]
    402.İmam Əli (ə):«Biz yolun ortasında olan söykənəcəyik. Geridə qalan özünü ona çatdırar və çox qabağa keçən ona tərəf qayıdar.»[439]
    403.İmam Sadiq (ə) imamların vəziyyətləri və onların xüsusiyyətlərini açıqlayarkən buyurmuşdur:«Allah onları insanların həyatı (həyat amili), qaranlıqların çıraqları, söz açarları və İslamın sütunları edib.»[440]
    110.Əhli-Beytə qarşı özbaşına davranılmasının səbəbi.
    404.İmam Əli (ə):«Bizim nəsəbimiz üstün və Peyğəmbərlə (s) bağlılığımızın daha möhkəm olmasına baxmayaraq xilafət məsələsində bizimlə özbaşına və təcridedici rəftar edilməsinin səbəbi, xilafətin rəğbət bəslənilən və cazibəli olması idi. Bir dəstə həriscəsinə ondan yapışdı və bir dəstə (Əhli-Beyt) səxavətlə ondan keçdi. (Bizimlə onlar arasında) hakim Allahdır.»[441]
    111.Əhli-Beyt baxımından hökumətin fəlsəfəsi.
    405.İmam Əli (ə):«Allahım! Sən özün bilirsən ki, bizdən baş verənlər nə qüdrət əldə etmək üçün aparılan rəqabətə görə idi, nə də dünya malından bir şey əldə etmək üçün. Əksinə, biz Sənin zülmə məruz qalmış bəndələrinin əmin-amanlıq və rahatlıq tapmalarını və icra edilməyən hədd və hökmlərinin yenidən icra edilməsi üçün Sənin dininin nişanələrini öz yerinə qaytarmaq və Sənin vilayətlərində abadlığı üzə çıxarmaq istəyirdik.»[442]
    112.Parçalanma qorxusu.
    406.İmam Əli (ə):«And olsun Allaha əgər müsəlmanların pərakəndə olmaları, küfrə qayıtmaları və dində nöqsan yaranması qorxusu olmasaydı, imkanımız olan qədər mövcud şəraiti dəyişdirərdik.»[443]
    113. On iki imam.
    407.Allahın Peyğəmbəri(s):«Nə qədər ki, camaata on iki kişi hakimdir, onların işləri qaydasında olar….. Onların hamısı Qüreyşdəndir.»[444]

    114.İmamın elmi.
    409.İmam Sadiq (ə):«Əli (ə) alim idi və elm irsi olaraq keçir. Alim öləndən sonra mütləq onun elmini və ya Allahın istədiyini bilən bir nəfər qalır.»[446]
    410.İmam Sadiq (ə):«And olsun Allaha mən Allahın kitabını əvvəldən axıra kimi elə bilirəm, sanki o mənim ovcumdadır. Quranda göy və yerin, keçmiş və gələcəyin xəbəri vardır. Allah-taala buyurub:«Quranda hər bir şeyin bəyan və izahı vardır.[447]»[448]
    411.İmam Rza (ə):«Allah-taala bəndələrinin işlərinin idarəsi üçün birini seçəndə ona könül genişliyi verər, qəlbinə hikmət çeşmələri cari edər və ona elm və bilik ilham edər ki, ondan sonra heç bir sualda aciz və doğru yolu tapmaqda məəttəl qalmasın.»[449]

    18 İmam Əli
    115.İmam Əlini (ə) sevmək və sevməmək.
    412.Allahın Peyğəmbəri(s):«Atəş odunu yediyi kimi Əlini sevmək də günahları yeyir.»[450]
    413.Allahın Peyğəmbəri(s):«Möminin əməl dəftərinin başlıq və sərlövhəsi Əli ibn əbu Talibin məhəbbətidir.»[451]
    414.Allahın Peyğəmbəri(s):«Allah Əli eşqini bir möminin qəlbində möhkəmləndirsə və həmin halda onun ayağı büdrəsə (ondan bir xəta baş versə də) Qiyamət günü sirat üzərində onun qədəmini möhkəm saxlayar.»[452]
    415.Allahın Peyğəmbəri(s):«Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.»[453]
    116.Əli yaxşı əməl sahiblərinin imam və rəhbəridir.
    416.Allahın Peyğəmbəri(s):«Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar.»[454]
    417.Allahın Peyğəmbəri(s):«Mənə Əli barəsində vəhy olub ki, o müsəlmanların ağası, pəhrizkarların imamı və üzü ağların rəhbəridir.»[455]
    418.Allahın Peyğəmbəri(s):«Həqiqətən Allah-taala mənə Əli ibn əbu Talib barəsində Bəzi tapşırıqlar verdi, mən dedim:«Pərvərdigara, onu mənə aydınlaşdır.» Buyurdu:«Eşit! Həqiqətən Əli hidayət bayrağı, Mənim dostlarımın rəhbəridir və Mənə itaət edənlərin işıq saçanıdır. O Mənim pəhrizkarlara yoldaş etdiyim kəlmədir. Onu sevən Məni sevib və ona itaət edən Mənə itaət edib.»[456]
    117.Əli mənim canişinimdir.
    419.Allahın Peyğəmbəri(s):«Ey Bəni-Haşim! Həqiqətən mənim ailəm arasında qardaşım, vəsim, vəzirim və canişinim Əli ibn əbu Talibdir. O mənim borcumu ödəyir və və’dimi yerinə yetirir.»[457]
    420.Allahın Peyğəmbəri(s) Əliyə işarə edərək buyurmuşdur:«Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.»[458]
    118.Mən kimn mövlasıyamsa, Əli də onun mövlasıdır.
    421.Allahın Peyğəmbəri(s):«Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.»[459]
    422.Allahın Peyğəmbəri(s):«Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.»[460]
    423.Əbdurrəhman ibn əbi Leyla:«Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gördüm ki: Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum günü Allahın Peyğəmbərinin(s) «mən kimin mövlasıyamsa Əli onun mövlasıdır» kəlamını eşidibsə durub şəhadət versin. Əbdurrəhman deyir: «Bədr iştirakçılarından olan on iki nəfər – sanki onlar bir-bir indi də gözüm önündədirlər – durub dedilər:«Biz şəhadət veririk ki, Qədir günü Allahın Peyğəmbərinin(s) belə buyurduğunu eşitmişik ki:«Mən möminlərdən daha layiqli deyiləm?….» Biz dedik: Əlbəttə, ey Allahın Peyğəmbəri.» Peyğəmbər buyurdu:«Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol.»[461]
    119.Əli haqq və Qur’anladir.
    424.Allahın Peyğəmbəri(s):«Əli haqq ilədir və haqq Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar.»[462]
    425.Allahın Peyğəmbəri(s):«Əli hara üz çevirsə haqq onunladır.»[463]
    426.Allahın Peyğəmbəri(s):«Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.»[464]
    427.Allahın Peyğəmbəri(s):«Əli haqq və Quran ilədir. Haqq və Quran Əli ilə və hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar.»[465]
    120.Əli Peyğəmbərin elminin qapısıdır.
    428.Allahın Peyğəmbəri(s):«Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.»[466]
    429.Allahın Peyğəmbəri(s):«Mən hikmət evi, Əli onun qapısıdır.»[467]
    430.Allahın Peyğəmbəri(s):«Məndən sonra ümmətimin qəzavət işinə ən yaxşı bələd olanı və ən elmlisi Əlidir.»[468]
    121.Mən və Əli bir ağacdanıq.
    431.Allahın Peyğəmbəri(s):«Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan.»[469]
    432.Allahın Peyğəmbəri(s) Əliyə (ə) buyurub:«Sən həm dünyada və həm də axirətdə mənim qardaşımsan.»[470]
    433.Allahın Peyğəmbəri(s):«Əli məndəndir və mən ondan.»[471]
    434.Allahın Peyğəmbəri(s):«Əli mənim üçün bədənimdəki başım kimidir.»[472]
    435.Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlinin əti mənim ətimdən və qanı mənim qanımdandır.»[473]
    436.Cabir:«Allahın Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında durmuşdu. Peyğəmbər buyurdu:«Ey Əli! Yaxın gəl və əlinini mənim əlimə qoy. Ey Əli! Səninlə mən bir ağacdan yaradılmışıq. Mən həmin ağacın kökü, sən onun gövdəsi, Həsənlə Hüseyn onun budaqlarıdır. Kim onun budaqlarından asılsa Allah onu Cənnətə daxil edər.»[474]
    122.Müxtəlif hədislər.
    437.Allahın Peyğəmbəri (s) Əliyə (ə):«Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.»[475]
    438.Allahın Peyğəmbəri(s) yanında hakimlik və ya xilafətdən söhbət düşən zaman buyurmuşdur:«Əgər onu Əliyə həvalə etsəniz görərsiniz ki, Əli yol göstərən və yolu tapmış bir şəxsdir və sizi doğru yol ilə aparır.»[476]
    439.Allahın Peyğəmbəri(s):«Kim Adəmin elmini, Nuhun sayıqlığını, İbrahimin səbrini, Yəhya ibn Zəkəriyyanın pəhrizkarlığını və Musa ibn İmranın qəzəbini görmək istəyirsə Əli ibn əbu Talibə baxsın.»[477]
    440.Allahın Peyğəmbəri(s):«Əli möminlərin ağasıdır.»[478]
    441.Allahın Peyğəmbəri(s):«Əli dinin sütunudur.»[479]
    442.Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlini incidən məni incidib.»[480]
    443.Allahın Peyğəmbəri(s):«Əli möminlərin başçısıdır, mal və sərvət isə münafiqlərin.»[481]
    444.Allahın Peyğəmbəri(s):«Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.»[482]
    445.Allahın Peyğəmbəri(s):«Əli ibn əbu Talib mənim sirdaşımdır.»[483]
    446.Allahın Peyğəmbəri(s):«Qiyamət günü nicat tapanlar Əli və onun şiələridirlər.»[484]
    447.Allahın Peyğəmbəri(s):«Əlini yada salmaq ibadətdir.»[485]
    448.Allahın Peyğəmbəri(s):« Əli insanların ən yaxşısıdır» deməyən kəs kafir olub.»[486]
    123.Həqiqətən mən….
    449.İmam Əli (ə):«Həqiqətən mən sizi sizdən qabaq özüm yerinə yetirdiyim itaətdən başqa bir şeyə vadar etmir və sizdən qabaq özüm çəkindiyim günahdan başqa bir günahdan çəkindirmirəm.»[487]
    450.İmam Əli (ə):«Ay camaat! Həqiqətən mən sizin aranızda fironun adamları arasında olan Harun, həmçinin Bəni İsrailin arasında olan Hittə qapısı və Nuhun qövmü arasında Nuhun gəmisi kimiyəm. Mənəm ən böyük «xəbər» və ən böyük doğruçu. Tezliklə vəd olunduğunuz şeyi görəcəksiniz.»[488]
    451.İmam Əli (ə):«Həqiqətən mən heç vaxt müharibə və cihad meydanından qaçmamışam və mənimlə döyüşə kim gəlibsə yeri onun qanı ilə doydurmuşam.»[489]
    124.Mənəm…….
    452.İmam Əli (ə):«Mənəm dünyanı xar və heç sayan!»[490]
    453.İmam Əli (ə):«Mən Allahın Peyğəmbərinin mehriban yoldaş və yardımçısıyam.Mənəm İslamda öncül, bütləri sındıran, kafirlərlə vuruşan və din düşmənlərini məhv edən!»[491]
    454.İmam Əli (ə):«Mən hidayət bayrağı, pəhrizkarlıq mağarası, səxavət məkanı, bəxşiş və comərdlik dəryası və ağıl dağıyam.»[492]
    455.İmam Əli (ə):«Mən Allah tərəfindən Cənnətlə Cəhənnəmi bölüşdürənəm. Mənim bölüşdürdüyüm miqdardan başqa heç kəs ona daxil olmaz. Mənəm «böyük ayıran» (haqq ilə batili bir-birindən ayıran), mənəm özümdən sonrakı insanların imam və rəhbəri və məndən qabaq olmuş kəs tərəfindən onu əda edən.»[493]
    456.İmam Əli (ə):«Mən Allahın elmiyəm. Mən Allahın xəbərdar qəlbi, Onun natiq dili, gözü və tərəfiyəm. Mən Allahın əliyəm.»[494]
    457.İmam Əli (ə):«Mən yol göstərənəm; mən yolu tapmışam; mən yetim və yoxsulların atasıyam; mən dul qadınların başçısıyam; mən bütün zəiflərin arxa və pənahıyam, mən qorxu və vahimə içində olan hər bir kəsin pənahgahıyam; mən möminlərin Cənnətə aparan bələdçiləriyəm; mən Allahın ən möhkəm ipi və təqva kəlməsiyəm; mən Allahın gözü , doğruçu dili və əliyəm.»[495]
    458.İmam Əli (ə):«Mən Qiyamət günü Allah qarşısında şikayət üçün dizlərini yerə vuran ilk kəsəm.»[496]
    459.İmam Əli (ə):«Mən İslamı qəbul edən ilk şəxsəm.»[497]
    460.İmam Əli (ə):«Mən Peyğəmbərlə (s) namaz qılan ilk şəxsəm.»[498]
    125.İmam Əlinin elmi.
    461.İmam Əli (ə) xalq xəlifə kimi onunla bey‘ət etdikdən sonra oxuduğu xütbədə buyurmuşdur:«Camaat! Nə qədər ki, məni itirməmisiniz, soruşun, məndən sual soruşun! Çünki birincilərin və sonuncuların elmi məndədir. And olsun Allaha, əgər məhkəmə kürsüsündə otursam Tövratın davamçıları arasında onların Tövratları əsasında hökm çıxararam və ... sonra buyurdu:«Məni itirməmişdən qabaq məndən soruşun. Toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər Quran ayəsindən soruşsanız sizə onun nə vaxt kimin barəsində nazil olmasını deyərəm.»[499]
    462.İmam Əli (ə):«Sinəmdə elə gizli elm var ki, əgər onu aşkar etsəm dərin quyuya sallanmış vedrənin ipləri kimi titrəyərsiniz.»[500]
    126.İmam Əlinin məzlumiyyəti (zülmə məruz qalması).
    463.İmam Əli (ə):«Mən Allahın Peyğəmbəri(s) vəfat edən zamandan həmişə zülmə məruz qalmışam.»[501]
    464.İmam Əli (ə):«Mənim gördüklərimi (qarşılaşdığım çətinlikləri) heç kəs görməyib.»[502]
    465.İmam Əli (ə):«Mən elə bilirdim ki, vali camaata zülm edir, amma indi camaat valiyə zülm edir.»[503]
    466.İmam Əliyə (ə) «sən bu işə (xilafətə) hərissən» deyildikdə o Həzrət buyurmuşdur:«And olsun Allaha siz daha hərissiniz. Siz ondan daha uzaqsınız (ona layiq deyilsiniz) və mən daha haqlı və daha yaxınam (mən ona daha layiqəm və ya Peyğəmbərə qohumluq baxımından daha yaxınam). Həqiqətən mən öz haqqımı tələb etdim və siz mənim ona çatmağıma mane olursunuz...İlahi! Mən Qüreyşə və onlara yardım edənlərə qarşı Səndən kömək istəyirəm. Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər, mənim yüksək məqamımı aşağı hesab etdilər və mənə məxsus olan şeyə görə mənimlə vuruşmaq üçün əlbir oldular.»[504]
    467.İmam Əli (ə):«Allahın Peyğəmbəri(s) buyurub:«Əgər sən olmasaydın məndən sonra möminlər tanınmazdılar.»[505]
    468.İmam Əli (ə):«And olsun Allaha gecəni səhərə kimi dəvətikanının üstündə oyaq qalmaq və zəncirlərlə çiyinlərimdən bağlanaraq çəkilmək mənə Qiyamət günü Allaha və Onun Peyğəmbərinə zalım kimi qovuşmaqdan daha xoşdur.......
    And olsun Allaha, əgər yeddi iqlimi göylərin altında olan şeylərlə birlikdə mənə versələr ki, qarışqanın ağzından arpanın qabığını almaqla Allaha qarşı itaətsizlik edim, etmərəm!»[506]
    469.İmam Əli (ə):«Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm ki, onun ətrafına gələn onun nurundan faydalanar.»[507]
    470.İmam Əli (ə):«Allah-taalanın məndən böyük nişanəsi yoxdur; Allahın məndən «böyük xəbər»i yoxdur.»[508]
    471.İmam Əli (ə):«Haqq mənə göstərilən zamandan bəri heç vaxt onun barəsində şəkk etməmişəm.»[509]

    19 İmamların anası – Fatimə
    127.Həzrət Fatimənin adları
    472.Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.»[510]
    473.İmam Sadiq (ə):«Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.»[511]
    474.Umarə:«İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu:«Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.»[512]
    128.Fatimə mənim bədənimin bir parçasıdır.
    475.Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.»[513]
    476.Allahın Peyğəmbəri(s):«Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.»[514]
    129.Fatimə dünya xanımlarının xanımıdır
    477.Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünya xanımlarının xanımıdır.»[515]
    478.Allahın Peyğəmbəri(s):«Fatimə Cənnət xanımlarının xanımıdır.»[516]
    479.Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır.»[517]
    130.Fatimə qəzəblənəndə Allah da qəzəblənir.
    480.Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:«Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.»[518]
    131.Həzrət Fatimənin müsibəti.
    481.İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur:«Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil.»[519]


    [373] Maidə, ayə 3
    [374] Ğurərul-Hikəm, hədis 1095
    [375] əl-Kafi, c.2, səh.18, hədis 3
    [376] Nurus-Səqəleyn, c.4, səh.104, hədis 130
    [377] Nurus-Səqəleyn, c.5, səh.341, hədis 16
    [378] Nurus-Səqəleyn, c.1, səh.589, hədis 33
    [379] əl-Kafi, c.1, səh.200, hədis 1
    [380] əl-Kafi, c.1, səh.200, hədis 1
    [381] Bəqərə, ayə 124
    [382] əl-Kafi, c.1, səh.175, hədis 2
    [383] əl-Kafi, c.1, səh.178, hədis 5
    [384] Biharul-Ənvar, c.23 səh.37, hədis 65
    [385] əl-Kafi, c.1, səh.177, hədis 2
    [386] Hədisin ərəbcə olan mətnində işlənmiş لم يعرف felinin fail əvəzləyicisi barəsində bir neçə ehtimal var: Allah , imam, haqq və batil. Amma biz bəhsin Adı ilə əlaqədar ikinci ehtimalı daha düzgün sayırıq. (tərcüməçi)
    [387] Biharul-Ənvar, c.23, səh.46, hədis 91
    [388] Biharul-Ənvar, c.23, səh.23, hədis 26
    [389] əl-Kafi, c.1, səh.179, hədis 10
    [390] Biharul-Ənvar, c.23, səh.51, hədis 101
    [391] İsra, ayə 71
    [392] Biharul-Ənvar, c.8, səh.10, hədis 3
    [393] Biharul-Ənvar, c.23, səh.76, hədis 1
    [394] Kənzul-Ummal, hədis 464
    [395] Biharul-Ənvar, c.23, səh.83, hədis 22
    [396] əl-Kafi, c.1, səh.185, hədis 11
    [397] Biharul-Ənvar, c.23, səh.88, hədis 32
    [398] əl-Kafi, c.1, səh.187, hədis 11
    [399] Səcdə, ayə 24
    [400] Yunus, ayə 35
    [401] Bəqərə, ayə 247
    [402] Nəhcül-Bəlağənin şərhi, c.7, səh.36
    [403] Ğurərul-Hikəm, hədis 11010
    [404] Nəhcül-Bəlağə, hikmət 110
    [405] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.220 və 274
    [406] Biharul-Ənvar, c.68, səh.389, hədis 39
    [407] İbn Əbil Hədid bu ifadələrin şərhində yazır: «Çünki camaat rəhmsiz və zülmkar hökmdarlardan qorxduqları üçün ehtiyaclarını həll etmək üçün onlara müraciət etmirlər.» Mərhum Feyz həmin cümlələri belə tərcümə edib: ……ki, zülm və sitəm ilə müsəlmanları biçarə və dərdli edər.
    [408] Mərhum Feyz bu cümlələri belə tərcümə edib: … nə də günlərin dəyişməsindən qorxan kimsəyə ki, bir dəstə ilə yoldaşlıq edərək digər bir dəstəni xar edir.
    [409]Nəhcül-Bəlağə, xütbə 131
    [410] əl-İrşad, c.2, səh.39
    [411] əl-Kafi, c.1, səh.285, hədis 4
    [412] əl-Kafi, c.1, səh.202, hədis 1
    [413] Biharul-Ənvar, c.40, səh.336, hədis 17
    [414] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.167
    [415] Kənzul- Ummal, hədis 14313
    [416] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.17, səh.16
    [417] Biharul-Ənvar, c.23, səh.30, hədis 46
    [418] Biharul-Ənvar, c.23, səh.30, hədis 46
    [419] əl-Kafi, c.1, səh.376, hədis 4
    [420] əl-Kafi, c.1, səh.373, hədis 6
    [421] Qəsəs, ayə 41
    [422] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.261
    [423] əl-Kafi, c.1 səh.372, hədis 1
    [424] Biharul-Ənvar, c.25, səh.112, hədis 7
    [425] Əhzab, ayə 67
    [426] Kənzul-Ummal, 14872
    [427] əl-Xisal səh.206, hədis 24
    [428] Tənbihul-Xəvatir, c.1, səh.51
    [429] Əd-durrul-Mənsur, c.3, səh.125
    [430] Biharul-Ənvar, c.100, səh.49, hədis 18
    [431] əl-Kafi, c.2, səh.243, hədis 4
    [432] Nurus-Səqəleyn, c.2, səh.76, hədis 283
    [433] Biharul-Ənvar, c.23, səh.106, hədis 7
    [434] Biharul-Ənvar, c.23, səh.105, hədis 3
    [435] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.76
    [436] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.84
    [437] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.218
    [438] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9 səh.152
    [439] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.273,
    [440] əl-Kafi, c.1, səh.204, Hədis 2
    [441] Nəhcül-Bəlağə, xütbə 162
    [442] Nəhcül-Bəlağə, xütbə 131
    [443] Əmali-Mufid, səh.155, hədis 6
    [444] Səhih-Müslim, hədis 1821
    [445] Kənzul-Ummal, hədis 14971
    [446] əl-Kafi, c.1, səh.221, hədis 1
    [447] Nəhl surəsinin 89-cu ayəsinə işarədir.
    [448] əl-Kafi, c.1, səh.229, hədis 4
    [449] əl-Kafi, c.1, səh.202, hədis 1
    [450] Kənzul-Ummal, hədis 33021
    [451] Kənzul-Ummal, hədis 32900
    [452] Kənzul-Ummal, hədis 33022
    [453] Kənzul-Ummal, hədis 32878
    [454] Kənzul-Ummal, hədis 32909
    [455] Tarixi-Dəməşq, İmam Əlinin (ə)tərcümeyi-halı, c.2, səh.258, hədis 775
    [456] Nurus-Səqəleyn, c.5, səh.73, hədis 74
    [457] Əmali-Tusi, səh.602, hədis 1244
    [458] Kənzul-Ummal, hədis 36419
    [459] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.366, hədis 461
    [460] Kənzul-Ummal, hədis 32938
    [461] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.11, hədis 506
    [462] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.2,səh.297
    [463] əl-Kafi, c.1, səh.294, hədis 1
    [464] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125
    [465] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125 (Hər ikisi haşiyədədir)
    [466] Kənzul-Ummal, hədis 32979
    [467] Kənzul-Ummal, hədis 32889
    [468] Əmali-Səduq, səh.440, hədis 20
    [469] Kənzul-Ummal, hədis 32943
    [470] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.105, hədis 145
    [471] Sünən İbn Macə, hədis 119
    [472] Kənzul-Ummal, hədis 32914
    [474] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.129, hədis 179
    [475] Kənzul-Ummal, hədis 32881
    [476] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.69, hədis 1110
    [477] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.280, hədis 804
    [478] əl-Kafi, c.1, səh.294, hədis 1
    [479] əl-Kafi, c.1, səh.294, hədis 1
    [480] Biharul-Ənvar, c.5, səh.69, hədis 1
    [481] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.260, hədis 778
    [482] Biharul-Ənvar, c.36, səh.5, hədis 1
    [483] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.311, hədis 815
    [484] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.348, hədis 851
    [485] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2,səh.408, hədis 907
    [486] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.444, hədis 954
    [487] Ğurərul-Hikəm, hədis 3781
    [488] Tənbihul-Xəvatir, c.2, səh.41
    [489] Nurus-Səqəleyn, c.2, səh.139, hədis 37
    [490] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.202, hədis 1253
    [491] Ğurərul-Hikəm, hədis 3761
    [492] Nəhcus-Səadə, c.2, səh.79
    [493] əl-Kafi, c.1, səh.198, hədis 3
    [494] ət-Tovhid, səh.164, hədis 1
    [495] ət-Tovhid, səh.164, hədis 3
    [496] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.178, hədis 1215
    [497] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.47, hədis 85
    [498] Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.47, hədis 84
    [499] əl-İrşad, c.1, səh.35
    [500] Nəhcus-Səadə, c.1, səh.42
    [501] Nəhcus-Səadə, c.2, səh.448
    [502] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.4, səh.103
    [503] Kənzul-Ummal, hədis 36541
    [504] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.305
    [505] Kənzul-Ummal, hədis 36477
    [506] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.11, səh.245
    [507] Ğurərul-Hikəm, hədis 3883
    [508] Nurus-Səqəleyn, c.5 səh.491, hədis 5
    [509] Ğurərul-Hikəm, hədis 9482
    [510] Əmali-Tusi, səh.300
    [511] Əmali-Səduq, səh.474, hədis 18
    [512] Məani əl-Əxbar, səh.64, hədis 15
    [513] Biharul-Ənvar, c.43, səh.23, hədis 17
    [514] Əmali-Səduq, səh.394, hədis 18
    [515] Biharul-Ənvar, 43, səh.22, hədis 13
    [516] Musnəd əhməd ibn Hənbəl, c.3,səh.80
    [517] Nurus-Səqəleyn, c.1, səh.338, hədis 135
    [518] Kənzul-Ummal, hədis 37725
    [519] Nəhcül-Bəlağə, xütbə 202
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 2715 | Comments: 1 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024