İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    20 İmam Həsən Müctəba
    132.O Həzrətin imamətinin bəyanı
    482.İmam Baqir (ə):«Əmirəl-möminin salavatullah əleyh, vəfatı yaxınlaşanda oğlu Həsənə (ə) buyurdu:«Yaxın gəl, Allahın Peyğəmbərinin(s) mənə dediyi sirri sənə deyim və mənə tapşırdığı əmanəti sənə tapşırım. O sonra həmin işi gördü.»[520]
    133.Həsən məndəndir, mən ondan.
    483.Allahın Peyğəmbəri(s):«Həsən məndəndir və mən ondanam. Hər kim onu sevsə Allah onu sevər. Həsənlə Hüseyn mənim nəvələrimdirlər.»[521]
    484.Allahın Peyğəmbəri(s):«Allahım, mən onları sevirəm. Sən də həm onları, həm də onları sevənləri sev.»[522]
    134.İmam Həsənin fəzilətləri.
    485.İmam Səccad (ə):«Həsən ibn Əli ibn əbu Talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. Həccə gedəndə piyada və bəzən ayaqyalın gedərdi. Nə vaxt ölümdən söhbət düşərdisə ağlayardı. Nə vaxt qəbrdən söz düşərdisə ağlayardı. Nə vaxt Qiyamətdən söz düşərdisə ağlayardı. Siratdan keçməkdən danışılanda ağlayardı. Allahın ədalət məhkəməsində cavab verməkdən söz düşəndə elə ah-nalə edərdi ki, özündən gedərdi. Namaza başlayanda bədəni Rəbbinin qarşısında titrəyərdi. Cənnət və Cəhənnəmdən söhbət düşəndə ilan çalmış adam kimi qıvrılardı, Allahdan Cənnəti istəyərək oddan Ona pənah aparardı.»[523]
    486.Əhməd ibn əl-Müəddəb «əl-Funun» kitabında və İbn Mehdi «Nuzhətul-əbsar»da deyir:«Bir gün Həsən ibn Əli (ə) yerdə oturub qarşılarında olan tikə çörəkləri götürüb yeyən bir neçə yoxsulun yanından keçirdi. Onlar o Həzrətə təklif edib dedilər: Ey Allah Peyğəmbərinin nəvəsi, buyurun bizimlə yemək yeyin.» Ravi deyir:«Həzrət miniyindən düşüb dedi:«Allah təkəbbür sahiblərini sevmir. Sonra onlarla yemək yeməyə başladı və sonda onların hamısı doydular və o Həzrətin bərəkətindən həmin çörəklərdən heç nə azalmadı. Həsən (ə) sonra həmin yoxsulları özü qonaq çağırdı və onlara yemək və geyim verdi.»[524]
    487.Şam əhalisindən olan bir nəfər nəql edir ki:«Mədinə şəhərinə daxil oldum. Bir nəfərin gözəlliyi məni özünə cəlb etdi. Onun kim olmasını soruşdum. Dedilər ki, Həsən ibn Əlidir. Şamlı kişi deyir:«Mən Əliyə belə bir oğlu olduğu üçün həsəd apardım. Sonra onun yanına gedib dedim:«Sən əbu Talibin oğlusan?» Buyurdu:«Mən onun nəvəsiyəm.» Dedim:«Lənət olsun sənə və sənin atana, Lənət olsun sənə və atana!» Şamlı kişi deyir:«Amma o susdu, mənə cavab vermədi. O Həzrət sonra buyurdu: «Deyəsən qəribsən? Əgər minik istəsən verərik, bəxşiş istəsən əta edərik, kömək istəsən edərik.» Həmin şəxs deyir:«Mən ondan elə bir halda ayrıldım ki, o mənim yanımda yer üzünün ən sevimli adamı idi.»[525]
    21 İmam Hüseyn
    135.İmam Hüseynin dünyaya gəlməsi.
    488.Fatimə əleyhəs-səlam:«Hüseyni (ə) dünyaya gətirdikdən sonra Allahın Peyğəmbəri(s) yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda o Həzrətə verdim. Peyğəmbər sarı parçanı açıb kənara atdı və ağ parça götürüb Hüseyni ona bükdü. Sonra buyurdu:«Tut ey Fatimə, o, imam və imam oğludur! O onun nəslindən dünyaya gələcək doqquz imamın atasıdır ki, onların doqquzuncusu «Qaimdir.»[526]
    489.İmam Səccad (ə):«Hüseyn (ə) dünyaya gələndə Allah-taala Cəbrailə vəhy etdi ki, Məhəmmədin oğlu olub, onun yanına get, onu təbrik et və ona de ki, Əli sənin üçün Harun Musaya olan kimidir. Odur ki, uşağa Harunun oğlunun adını qoy. Cəbrail (ə) yerə endi və Allah tərəfindən Peyğəmbəri təbrik etdi və sonra dedi:«Allah-taala sənə uşağa Harunun oğlunun adını qoymağı əmr edir.» Peyğəmbər soruşdu:«Harunun oğlunun adı nə olub?» Cəbrail (ə) dedi:«Şubəyr.» Peyğəmbər buyurdu:«Mənim dilim ərəb dilidir.» Cəbrail (ə) dedi:«Uşağın adını Hüseyn qoy.»[527]
    136.O Həzrətin imaməti
    490.İmam Həsən (ə):«Mənim vəfatımdan və ruhum bədənimdən çıxandan sonra Hüseyn ibn Əli (ə) imamdır. Onun Peyğəmbərin varisi olması Allahın yanında kitabda (Lövhi-məhfuzda və ya Quranda, yaxud da vəsiyyətnamədə) yazılıb və Allah-taala bu varisliyi onun ata.anasından olan varisliyə artırıb. Çünki Allah bilir ki, siz onun yaratdıqlarının ən yaxşısısınız. Buna görə də sizin aranızdan Məhəmmədi (s) seçdi və Məhəmməd (s) Əlini (ə) və Əli məni imamətə seçdi və mən Hüseyni seçdim.»[528]
    137.Hüseyn məndəndir və mən Hüseyndənəm.
    491.Allahın Peyğəmbəri(s):«Hüseynə gəldikdə, o məndəndir. O mənim oğlum və balamdır. O qardaşından sonra insanların ən yaxşısıdır. O müsəlmanların imamı, möminlərin başçısı, aləmlərin Rəbbinin xəlifəsi, kömək istəyənlərin köməyi, pənah axtaranların pənahı və Allahın bütün yaratdıqları üçün höccətidir. O, Cənnət cavanlarının başçısı və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim və ona tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə məndəndir və kim ona qarşı itaətsizlik etsə məndən deyil.»[529]
    492.Bəra ibn Azib:«Allahın Peyğəmbərini (s) gördüm ki, Hüseyni dalına mindirib və belə deyir:«İlahi! Mən onu sevirəm, onu Sən də sev.»[530]
    493.Səid ibn əbi Raşid Yə’la Amiridən nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) də‘vət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə çənəsinin altına qoyur, onun ağzından öpə-öpə :«Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir.»[531]
    494.İbn Abbas:«Allahın Peyğəmbəri(s) Hüseyn ibn Əlini (ə) öz çiyninə mindirmişdi. Bir nəfər dedi:«Oğulcan, nə yaxşı miniyə minmisən? Peyğəmbər (s) buyurdu:«O özü necə gözəl süvaridir!»[532]
    138.İmam Hüseynin(ə) fəzilətləri.
    495.Allahın Peyğəmbəri(s):«Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə baxsın.»[533]
    496.İmam Hüseyn (ə):«Allahın Peyğəmbərinin (s) yanına getdim. İbn Ubey Kə’b onun yanında idi. Allahın Peyğəmbəri (s) mənə dedi:«Xoş gəlmisən, ey əba Abdullah! Ey göylərin və yerlərin zinəti və bəzəyi! Ubey Peyğəmbərə dedi:«Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun?!» Peyğəmbər (ə) buyurdu:«Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn Əlinin göylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha üstündür. Allah-taalanın ərşinin sağ tərəfində yazılıb ki: (Hüseyn) hidayət çırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol göstərən imam və (qiymətli) azuqədir.»[534]
    497.İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur:«Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!»[535]
    498.İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının digər birində buyurmuşdur:«And olsun Allaha ki, nə sizə zillət əli uzadacağam və nə də əsirlər, kölələr kimi qaçacağam.»[536]
    499.İmam Səccad (ə):«İmam Hüseynin (ə) əli ilə sağ qulağına işarə edib belə buyurduğunu eşitdim ki:«Əgər bir nəfər mənim bu qulağıma söysə və digər qulağıma üzr istədiyini bildirsə mən onun üzrünü qəbul edərəm. Çünki Əmirəl-möminin Əli ibn əbu Talib (ə) mənə babam Peyğəmbərdən (s) belə eştdiyini nəql edib ki:«Üzrü – istər yetərli olsun istərsə də yetərsiz – qəbul etməyən kəs Kövsər hovuzunun yanına daxil olmayacaq.»[537]
    501.Şueyb ibn Əbdurrəhman Xuzai:«Təff (Kərbəla) günü Hüseyn ibn Əlinin kürəyində nəyinsə izi qalmışdı. Zeynəlabidindən (ə) bu barədə soruşduqda O Həzrət buyurdu:«O, Hüseynin (ə) başsız qadınlar, yetimlər və fəqirlərə kürəyində daşıdığı kisələrin yeridir.»[539]
    502.Seyyid ibn Tavus «Luhuf» kitabında hədisin ravisindən nəql edir ki: Həmin vaxt Hüseyn (ə) düşməni təkbətək mübarizəyə çağırır, meydana çıxan hər bir kəsi öldürürdü. Belə ki, onlardan çoxlu sayda adam məhv etdi. O Həzrət mübarizə zamanı belə buyururdu:
    Ölüm xarlığı qəbul etməkdən daha yaxşıdır
    Xarlıq Cəhənnəm oduna daxil olmaqdan daha yaxşıdır.»
    Ravilərdən biri deyir:«And olsun Allaha övladları, ailə üzvləri və yoldaşlarının hamısı öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra:
    لا حول و لا قوة إلاّ بالله العليّ العظيم deyib öz yerinə qayıdırdı.»[540]
    22 İmam Səccad
    139.O Həzrətin imaməti
    503.İmam Baqir (ə):«Elə ki, Hüseyn ibn Əlinin (ə) şəhadəti yaxınlaşdı, böyük qızı Fatimə binti Hüseyni (ə) çağırdı ona bağlı bir yazı və açıq bir vəsiyyətnamə verdi. Əli ibn Hüseyn elə qarın ağrısına düçar olmuşdu ki, sağ qalmasını güman etmirdilər. Fatimə həmin yazını Əli ibn Hüseynə (ə) verdi. And olsun Allaha ki, həmin yazı sonra bizə çatdı. …. And olsun Allaha ki, Adəm yaranandan dünyanın sonuna kimi Adəm övladlarının ehtiyacı olan hər bir şey həmin yazıda mövcuddur.»[541]
    140.İmam Zeynəlabidinin(ə) məqamı.
    504.Allahın Peyğəmbəri(s):«Qiyamət günü bir carçı car çəkəcək ki:«Hardadır Zeynəlabidin( yəni abidlərin zinəti) ? Mən onda görəcəm ki, oğlum Əli ibn Hüseyn ibn Əli ibn əbu Talib (qabağa çıxmaq üçün) sıraları yarır.»[542]
    505.İmam Baqir (ə):«O (yəni imam Zeynəlabidin (ə)) Mədinənin yüz yoxsul ailəsinə başçılıq edirdi və yetimlərin, yoxsulların və aciz şəxslərin, həmçinin zavallı fəqirlərin onun süfrəsində oturmalarını sevərdi. O öz əli ilə onlara yemək gətirərdi və əgər onlardan ailəli olanı olsaydı, Həzrət öz yeməyindən onun ailəsi üçün aparardı. Yediyi hər bir yeməkdən əvvəl sədəqə verər, ondan sonra yeyərdi.»[543]
    506.İmam Baqir (ə):«Əli ibn Hüseyn öz malını iki dəfə Allah ilə böldü.»[544]
    507.İmam Sadiq (ə):«Atam buyurardı ki:«Əli ibn Hüseyn namaz qılanda ağac gövdəsinə oxşayırdı, küləyin tərpətdiyi hissələr istisna olmaqla qətiyyən tərpənməzdi.»[545]
    508.Təbərsi «Ə’lamul-vəra» kitabında:«Əli ibn Hüseynin (ə) kənizlərindən biri onun əlinə su tökürdü. Aftafa onun əlindən düşdü və o Həzrətin üzünü yaraladı. Əli ibn Hüseyn başını ona tərəf qaldırdı. Kəniz dedi:«Allah-taala buyurur:«qəzəbini udanlar…» Həzrət dedi:«Qəzəbimi uddum.»Kəniz dedi: «insanların günahlarından keçən...» Həzrət buyurdu:«Səni bağışladım.» Kəniz dedi:«Allah yaxşılıq edənləri sevər»[546] Həzrət buyurdu:«Get, səni Allah yolunda azad etdim.»[547]
    509.Məhəmməd ibn Təlhə Şafii «Mətalibul-səuul» kitabında:«Əli ibn Hüseyn öz otağında namaz qılmaqla məşğul idi və səcdə halında olarkən otaqda yanğın baş verdi. Evdə olanlar fəryad qoparıb «ey Allahın Peyğəmbərinin balası, ey Allahın Peyğəmbərinin balası, od, od!» deyirdilər. Amma Həzrət səcdə halında qalmaqda idi və nəhayət od söndü. Sonra ona dedilər:«Oda əhəmiyyət verməməyinizin səbəbi nə idi?» Buyurdu:«Axirət odu.»[548]
    510.Əbu Nəim «Hilyətul-övliya» kitabında:«Əli ibn Hüseyn bir dəstə adamla oturmuşdu. Birdən öz evindən kiminsə ölümündən xəbər verən bir arvad səsi eşitdi. Durub öz evinə getdi və sonra həmin məclisə qayıtdı. Orada olanlar dedilər:« Nəsə bir hadisə baş vermişdi? Buyurdu:« Bəli. Həmin dəstə o Həzrətə baş sağlığı verdi və onun səbrliliyindən heyrətləndi.» O Həzrət buyurdu:«Biz bir nəsilik ki, sevdiyimiz işlərdə Allaha itaətkar və təslimik, xoşəgəlməz işlərdə Ona şükr edən!»[549]
    23 İmam Məhəmməd Baqir
    141.O Həzrətin imaməti
    511.Kifayətul-əsər:«Əli ibn Hüseyn (ə) o Həzrətin ölümü ilə nəticələnən ölüm yatağına düşdükdə oğulları Məhəmməd, Həsən, Abdullah, Ömər, Zeyd və Hüseyni bir yerə yığdı və Məhəmmədi öz canişin və vəsisi təyin edərək ona Baqir künyəsi verdi, qardaşlarının başçılığını ona tapşırdı.»[550]
    142.Elm və hikməti yaran.
    512.Allahın Peyğəmbəri(s) Cabir ibn Abdullah Ənsariyə xitab edərək buyurmuşdur:«Cabir! Sən o qədər yaşayacaqsan ki, Tövratda Baqir kimi təqdim edilən oğlum Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn əbu Talibi görəcəksən. Onunla görüşən zaman ona mənim salamımı çatdır.»[551]
    513.İmam Baqir (ə):«Batilin öz qarnına aldığı haqq məni köməyə çağırdı və mən batilin böyürünü yardım və haqqı onun qarnının pərdələrinin arasından çıxartdım. Ondan sonra gizlin və örtülü olan haqq aşkar oldu və yayıldı.»[552]
    514.Əli ibn İbrahim atasından nəql edir ki:«Ətraf bölgələrin şiələrindən bir dəstə imam Baqirdən (ə) onun yanına daxil olmaq üçün icazə istədilər. Həzrət onları qəbul etdi. Onlar həmin məclisdə otuz min məsələ soruşdular və on yaşı olan əbu Cəfər onların hamısına cavab verdi.»[553]
    143. İmam Baqirin fəzilətləri.
    515.İmam Sadiq (ə):«Atam (ə) Allahı çox zikr edərdi. Onunla yol gedəndə həmişə zikr dediyini görürdüm. Onunla nə vaxt yemək yeyirdimsə görürdüm ki, zikr deyir. Camaatla söhbət edirdi, amma bu onu Allahı zikr etməkdən saxlamırdı. Görürdüm ki, dili damağına yapışıb və «la ilahə illəllah» deyir. O bizi bir yerə yığardı və günəş çıxan zaman zikr deməyimizi buyurardı. Bizim Quran oxuya bilənimizə Quran oxumaq göstərişi verərdi. Quran oxuya bilməyənlərə isə göstəriş verərdi ki, zikr desinlər.»[554]
    516.İmam Sadiq (ə):«İmam Baqir (ə) insanların ən gözəl səslisi idi.»[555]
    517.Süleyman ibn Qurəm:«əbu Cəfər Məhəmməd ibn Əli bizə beş yüz, altı yüz dirhəmdən min dirhəmə kimi hədiyyə və bəxşiş verərdi və o qardaşlarına, görüşə gələnlərə, kömək arzusu və ümidi ilə onun yanına gələnlərə hədiyyə verməkdən yorulmazdı.»[556]
    24 İmam Cəfər Sadiq
    144.O Həzrətin imaməti.
    518.Allahın Peyğəmbəri(s):« Oğlum Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn əbu Talib dünyaya gələndə onu Sadiq adlandırın.»[557]
    519.Məhəmməd ibn Müslim:«Əbu Cəfər Məhəmməd ibn Əli ibn Baqirin (ə) yanında idim. Oğlu Cəfər gəlib daxil oldu. O kəkilli idi, əlində bir çubuq var idi və onunla oynayırdı. Baqir (ə) onu tutub möhkəm sinəsinə sıxdı. Sonra buyurdu:«Atam-anam sənə fəda olsun ki, oyun-oyuncaq əhli deyilsən.» Daha sonra mənə buyurdu:«Ey Məhəmməd! Məndən sonra sənin imamın budur. Ona tabe ol və onun elmindən bəhrələn. And olsun Allaha ki, o Allahın Peyğəmbərinin(s) vəsf etdiyi Sadiqdir. Həqiqətən onun şiələri dünya və axirətdə qalibdirlər.»[558]
    145.O Həzrətin əxlaqı və gözəl davranışları.
    520.Məhəmməd ibn Ziyad Əzdi:«Mədinənin alimi Malik ibn Ənəsin belə dediyini eşitdim ki: Cəfər ibn Məhəmməd Sadiqin (ə) yanına gedirdim və o Həzrət mənim üçün mütəkkə qoyur, mənə ehtiram göstərir və deyirdi: Malik! Mən səni çox istəyirəm. Mən həmin sözdən şad olurdum və Allaha şükr edirdim. Malik deyirdi: O Həzrət həmişə bu üç haldan birində idi: ya oruc olurdu, ya namaz qılardı, ya da zikr deyərdi. O, böyük abidlərdən və Allahdan qorxan zahidlərin ən əzəmətlilərindən idi. Çoxlu hədis deyərdi, onunla oturmaq insana xoş gəlirdi və o, bəhrələnməli adam idi.»[559]
    521.Hişam ibn Salim:«Elə ki hava qaralırdı və axşamdan bir az keçirdi İmam Sadiq (ə) içərisində çörək, ət və dirhəm olan bir dağarcıq götürüb çiyninə qoyaraq Mədinənin möhtac adamlarına aparar və onları həmin adamların arasında bölərdi. Onlar o Həzrəti tanımırdılar. İmam Sadiq vəfat edəndən sonra həmin köməklər kəsildi və Mədinənin yoxsulları başa düşdülər ki, həmin şəxs imam Sadiq (ə) olub.»[560]
    522.Müəlla ibn Xunəys: Əbu Abdullah (ə) bir gecə narın yağış yağarkən Bəni Saidənin eyvanına getmək məqsədi ilə evindən çıxdı. Mən o Həzrətin arxasınca düşdüm. Birdən onun əlindən yerə bir şey düşdü və imam dedi:«Bismillah, Allahım onu bizə qaytar.» Mən özümü ona çatdırıb salam verdim. Dedi: «Müəlla sənsən?» Dedim:«Bəli, sənə fəda olum.» Buyurdu:«Əlinlə axtar və bir şey tapsan onu mənə ver.» Mən çörək tikələri tapdım və onları o Həzrətə vermək üçün onun yanına apardım. Gördüm ki, çiynində bir çörək dağarcığı var. Dedim:«Sizə fəda olum, icazə verirsiniz onu mən götürüm?» Buyurdu:«Xeyr, bu işə mən özüm daha layiqəm, amma mənimlə gəl.» Müəlla deyir: «Bəni Saidənin eyvanına çatdıq. Gördük ki, orada bir dəstə adam yatıb. Həzrət onların hər birinin paltarının altına bir-iki tikə çörək qoydu və nəhayət axırıncı adama çatdı. Sonra qayıtdıq. Mən dedim:«Sənə fəda olum, bunlar haqqı tanıyırlar (sizin imamətinizə etiqadları var)?»Buyurdu:«Əgər tanısaydılar, onlara un da verərdik.»[561]
    523.Əbu Əmr Şeybani:«İmam Sadiqi (ə) əlində bir bel, əynində qalın bir paltar öz bostanında işləyən gördüm. Onun kürəyindən tər axırdı.» Dedim: «Fəda olum, icazə verin sizin yerinizə mən işləyim.» Buyurdu:« Mən kişinin öz yaşayışını təmin etmək üçün günəşin istisində əziyyət çəkməsini sevirəm.»[562]
    25 İmam Musa Kazim
    146.O Həzrətin imaməti
    524.İmam Sadiq (ə) Səfvan Cəmmalın bu məqama (imamət məqamına) malik olan şəxs barəsindəki sualının cavabında buyurmuşdur:«Bu məqamın sahibi əbəs və puç işlərlə məşğul olmaz. Bu vaxt hələ uşaq olan Musa ibn Cəfər daxil oldu. Onun yanında bir dişi Məkkə keçisi var idi. O həmin keçiyə «Rəbbinə səcdə et» deyirdi. Əbu Abdullah onu tutub qucaqladı və buyurdu: Atam-anam buna fəda olsun ki, bihudə və qəflətə səbəb olan işlərin əhli deyil.»[563]
    147.İmam zindanda
    525.Səubani:«Əbulhəsən Musa ibn Cəfər on ildən artıq hər gün günəş çıxandan sonra səcdəyə gedirdi və səcdəsi günortaya kimi çəkirdi.» Səubani deyir:«Bəzən Harun imam Kazim (ə) saxlanılan zindan görünən dama çıxır və o Həzrəti səcdə halında görürdü. Bir dəfə Harun Rəbiə dedi:«O nə paltardır ki, mən onu hər gün orada görürəm?» Rəbi dedi:«Ey əmirəl-möminin, o paltar deyil, Musa ibn Cəfərdir, hər gün günəş çıxandan günortaya kimi səcdədə olur.» Rəbi deyir:«Harun mənə dedi: Doğrudan da o, Bəni Haşimin rahiblərindəndir.» Mən dedim:«Bəs nə üçün onu zindana salaraq meydanı ona daraltmısan?» Dedi:«Heyf ki, bundan başqa bir çarə yoxdur.»[564]
    526.Əli ibn Suveyd:« Mən zindanda olan Əbulhəsən Musaya (ə) bir məktub yazıb ondan həm halını, həm də çoxlu məsələlər soruşdum. Bir neçə ay mənə cavab vermədi. Sonra mənə belə bir cavab yazdı:« Bağışlayan və mehriban Allahın adı ilə..... Və sonra: Sən elə bir şəxssən ki, Allah sənə Məhəmməd Əhli-Beyti yanında məqam verib və səni, əziz tutmağını istədiyi dinini sevənlərdən edib.... .»[565]
    148.İmam Kazimın fəzilətləri.
    527.Əl-İrşad:«Rəvayət olunub ki, Həzrət Kazim (ə) çox dua edər və buyurardı:« Allahım, Səndən ölüm zamanı rahatlıq və hesab aparılarkən əfv və bəxşiş diləyirəm.» O, bu cümləni təkrar edərdi. O Həzrətin dualarından biri belə idi:«Sənin bəndənin günahı böyük, Sənin tərəfindən olan əfv və bağışlama isə gözəldir.» O Həzrət, Allahın qorxusundan elə ağlayardı ki, saqqalı göz yaşından islanardı. Ailə və qohumlarına o Həzrətdən çox qayğı göstərən yox idi. Axşamlar Mədininin yoxsullarına baş çəkər, özü ilə dirhəm, dinar, un və xurma dolu zənbil aparar və onların qapılarının ağzına qoyardı. Onlar həmin pul və malların kimin tərəfindən olmasını başa düşməzdilər.»[566]
    528.Həsən ibn Məhəmməd ibn Yəhya Ələvi:«Babam mənə nəql edib ki: Musa ibn Cəfərə çox ibadət etdiyi üçün «saleh bəndə» deyirdilər. Bizim alimlərimiz nəql ediblər ki, o, gecənin əvvəlində Peyğəmbərin (s) məscidinə gedərək səcdəyə qapılıb, səcdədə belə deyirmiş:«Mənim günahım böyükdür, Sənin bağışlamağın gözəldir ey çəkinilməyə layiq olan və bağışlayan!» O bu cümləni səhərə kimi təkrar edərmiş. Musa ibn Cəfər səxavətli və alicənab bir insan olub. Kiminsə onun barəsində xoşagəlməz sözlər deməsini eşitsəydi, ona içində min dinar olan kisə göndərərdi.»[567]
    26 İmam Rza
    149.O Həzrətin imaməti
    529. Əbdürrəhman ibn Həccac:«Əbülhəsən Musa ibn Cəfər (ə) öz oğlu Əlini (ə) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu.»[568]
    150.İmamın vəli-əhdiliyi qəbul etməyə məcbur edilməsi
    530.Əbasəlt Hərəvi:«Məmun imam Rzaya (ə) dedi:«Ey Allahın Peyğəmbərinin oğlu!. . . Mən belə məsləhət gördüm ki, özümü xilafətdən kənara çəkim, onu sənə tapşırım və səninlə bey‘ət edim.» Həzrət Rza (ə) buyurdu:«Əgər bu xilafət sənindirsə və onu sənə Allah veribsə Allahın sənin əyninə geyindirdiyi libası çıxarıb başqasına verməyin rəva deyil və əgər xilafət sənin deyilsə, sənin olmayan şeyi mənə vermək haqqın yoxdur.» Məmun dedi:«Ey Allahın Peyğəmbərinin övladı! Sən bu işi qəbul etməlisən.» İmam buyurdu:«Mən öz razılığımla bu işi heç vaxt qəbul etməyəcəyəm..... Sən istəyirsən ki, bu işin ilə camaat «Əli ibn Musa dünyaya arxa çevirməmişdi, əksinə dünya ona arxa çevirmişdi, məgər görmürsünüz ki, xilafət tamahı ilə vəli-əhdliyi necə qəbul etdi?!» desin. Məmun əsəbləşdi və dedi:«. . And olsun Allaha, əgər vəli-əhdliyi qəbul etməsən onu sənə məcbur qəbul etdirəcəyəm. Əgər onu qəbul etsən, heç, yoxsa boynunu vurduracağam.»[569]
    151.İmam Rzanın (ə)fəzilətləri
    531.Hərəvi: «Darus-Sərəxs»in giriş qapısına, Həzrət Rzanın zindana salınmış olduğu və zəncirlə bağlandığı yerə getdim. Zindanın gözətçisindən o Həzrətin hüzuruna getmək üçün icazə istədim. O dedi:«Onunla görüşə bilməzsiniz.» Soruşdum ki:«Nə üçün?» Dedi: «Çünki o, bəzən gecə-gündüz ərzində min rəkət namaz qılır. Yalnız günün əvvəlində, günortadan qabaq və gün batana yaxın bir müddət namaz qılmır. Həmin vaxt da öz səccadəsində oturub Allahı ilə razü-niyaz edir.» Hərəvi deyir: «Zindanın gözətçisinə dedim:«Ondan xahiş et, həmin vaxtlarda görüşünə getməyimə icazə versin. O mənim üçün icazə aldı və mən o Həzrətin hüzuruna getdim. Gördüm ki, öz səccadəsində oturub fikirləşir.»[570]
    532.İbrahim ibn Abbas:«Mən imam Rzanın (ə) heç vaxt kiməsə acı bir söz deməsini və ya kiminsə sözü qurtarmamış sözünü kəsməsini görmədim. Əgər kiminsə istəyini yerinə yetirmək imkanı olsaydı heç vaxt onu əli boş qaytarmazdı. Heç vaxt kiminsə yanında ayağını uzatmazdı. Yanında adam olanda söykənməzdi. Heç vaxt qulam və xidmətçilərindən birinə xoşagəlməz bir söz deməsini eşitmədim. Heç vaxt tüfürməsini və ya güləndə qəhqəhə çəkdiyini görmədim, gülüşü təbəssüm idi. Süfrəsini açanda qulam və xidmətçilərini, hətta qapıçı (və) mehtərini özü ilə süfrəyə əyləşdirərdi.»[571]
    27 İmam Cavad
    152.O Həzrətin imaməti
    533.Abdullah ibn Cəfər:«Mən Səfvan ibn Yəhya ilə imam Rzanın (ə) hüzuruna getdim. Hələ üç yaşı olan əbu Cəfər (orada) dayanmışdı. Dedim:«Allah bizi sizə fəda etsin! Allah eləməmiş, əgər sizin başınıza bir iş gəlsə sizdən sonra (imam) kim olacaq?» O Həzrət imam Cavada işarə edərək buyurdu:«Bu oğlum.» Abdullah ibn Cəfər deyir: Mən dedim:«O, bu yaşda?!» Buyurdu:«Bəli, o, bu yaşda. Allah-taala iki yaşlı İsa ilə dəlil-sübut gətirdi.»[572]
    534.Yəhya Sən’ani:«Məkkədə imam Rzanın (ə) yanına getdim. Gördüm ki, o Həzrət bananın qabığını soyub əbu Cəfərin (ə) (imam Cavadın) ağzına qoyur. Dedim:«Qurban olum, sizin əziz övladınız elə budur?» Buyurdu:«Bəli. O elə bir uşaqdır ki, İslamda bizim şiələrimiz üçün ondan bərəkətli bir uşaq doğulmayıb.»[573]
    153.İmam Cavadın(ə) fəzilətləri.
    535.Allahın Peyğəmbəri(s) Abdullah ibn Məsudun Hüseynin (ə) nəslindən olan imamlar barəsindəki sualının cavabında buyurmuşdur:«...Və Əlinin (Rzanın) nəslindən onun oğlu təriflənmiş Məhəmməd dünyaya gələcək və insanların yaradılış baxımından ən pakı və ən xoş əxlaqlısı olacaqdır.»[574]
    536.Abdullah ibn Səid:«Məhəmməd ibn Əli ibn Ömər ibn Tənuxi mənə dedi:«Məhəmməd ibn Əlini öküz ilə söhbət edən gördüm. Öküz də başını tərpədirdi.» Dedim:«Yox (bu qəbul deyil), göstəriş ver öküz səninlə söhbət etsin.» Həzrət buyurdu:«Bizə quşların dili öyrədilib və bizə hər bir şey verilib.» Sonra (öküzə xitab edərək) buyurdu:«La ilahə illəllah vəhdəhu la şərikə ləh de.» Və öküzün başına əl çəkdi. Həmin vaxt öküz dedi:«La ilahə illəllah vəhdəhu la şərikə ləh.»[575]
    537.Əli ibn Həssan Vasiti:«İsfahanda düzəldilmiş və bəzi hissələri gümüşdən olan bir aləti özümlə götürdüm və dedim ki, onu mövlam əbu Cəfərə hədiyyə edərəm. Həzrət hamının cavabını verdikdən və onlar dağlışdıqdan sonra, özü də durub getdi. Mən onun arxasınca yola düşdüm və yolda cənab Müvəffəq ilə rastlaşdım. Ona dedim ki, əbu Cəfərdən mənə, hüzuruna getmək üçün icazə al. Sonra, o Həzrətin hüzuruna getdim və salam verdim. Çöhrəsində narazılıq əlaməti olan halda salamımın cavabını verdi və əyləşdi. Həzrətə yaxınlaşdım və qolumda olanı onun qarşısında qoydum. Qəzəblə mənə baxdı və sonra sağ və sola nəzər salıb buyurdu:«Allah məni bu işlər üçün yaratmayıb. Mənim oynamaqla nə işim var?!» Mən o Həzrətdən üzr istədim. O məni bağışladı və mən həmin aləti götürüb çölə çıxdım.»[576]
    538.Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman deyir:«Mən Bağdada getdim və ora çatanda camaatın qaçıb nəyəsə baxaraq dayandığını gördüm.» Soruşdum:«Nə olub?» Dedilər: «Rzanın oğludur.» Dedim:«Mən onu görməliyəm.» O dişi (və ya erkək) bir qatırın üstündə göründü. Öz-özümə dedim:«Allah Lənət etsin imamət etiqadı sahiblərinə ki, Allahın bu kişinin itaətini vacib etməsini deyirlər.» O mənə tərəf dönüb dedi:«Ey Qasim ibn Əbdürrəhman:«Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Onda biz haqq yoldan azmış və dəlilik etmiş olarıq.» (Qəmər surəsi /24) Mən öz-özümə dedim:«Vallah o cadugərdir.» Yenə mənə tərəf dönüb dedi:«məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir.» (Qəmər surəsi /25) Qasim deyir: «Mən qayıtdım və imamətə etiqad bəslədim və şəhadət verdim ki, o Allahın yaratdıqlarına qarşı dəlil və höccətidir və ona etiqad bəslədim.»[577]
    28 İmam Hadi
    154.O Həzrətin imaməti
    539.İmam Cavad (ə):«Məndən sonra imam, oğlum Əlidir, onun sözü mənim sözümdür və ona tabe olmaq mənə tabe olmaqdır. Ondan sonra imamət onun oğlu Həsənə çatır.»[578]
    155.İmam Hadinin fəzilətləri
    540.Kitabul-vahidə: Qardaşım Hüseyn ibn Məhəmməd mənə nəql edərək dedi:«Bir dostum var idi və o, Bəğanın və ya Vəsifin (tərəddüd məndəndir) uşaqlarının müəllimi idi. O mənə dedi:«əmir xəlifənin sarayından qayıdarkən mənə dedi: əmirəl-möminin bu gün İbn Rza deyilən bu şəxsi zindana saldı və onu Əli ibn Kərkərə tapşırdı. Onun belə deməsini eşitdim ki:«Mən Allah yanında Salehin dəvəsindən də əzizəm, «evinizdə daha üç gün yaşayıb kef çəkin. Bu yalan çıxmayacaq bir vəddir.» Həzrətin bu ayə və sözdən məqsədinin nə olmasını başa düşmədim. Dostum dedi:«əmirimə dedim:Allah izzətini artırsın, o hədələyib. Görərsən üç gündən sonra bir hadisə baş verəcək.»
    Həmin günün səhərisi xəlifə İbn Rzanı azad etdi və ondan üzr istədi. Üçüncü gün Yağiz, Yəğlun və Tamiş bir dəstə adamla xəlifəyə qarşı üsyan etdilər, onu öldürdülər və oğlu Müstənsiri onun yerində oturtdular.»[579]
    541.Kəşful-ğummə:«İsfahan əhalisindən bir dəstə, o cümlədən Əbulabbas Əhməd ibn Nəsr və əbu Cəfər Məhəmməd ibn Ələviyyə nəql edirlər ki:«İsfahanda Əbdürrəhman adında bir şiə kişi var idi. Ondan soruşdular ki:«Nə üçün camaatın içində başqasına deyil məhz ƏliyyənNəqinin imamətinə etiqad bəsləyirsən?»Dedi: «Buna mənim rastlaşdığım bir iş səbəb oldu. Mən yoxsul, eyni zamanda çox danışan və cürətli bir şəxs idim. Bir il İsfahan əhalisi məni bir dəstə adamla birlikdə xəlifənin sarayına şikayətə göndərdi. Xəlifənin yanında ikən Əli ibn Məhəmməd ibn Rzanın çağırılması göstərişi verildi. Orada olanlardan birinə dedim:«Çağırılan şəxs kimdir?» Dedi:«O, ələvidir və rafizilər onun imamətinə etiqad bəsləyirlər.» Sonra dedi:«Məncə Mütəvəkkil onu öldürmək üçün çağırtdırıb.» Dedim:«Mən bu şəxsin necə adam olmasını görməyincə yerimdən tərpənən deyiləm.» O, at ilə gəldi. Camaat yolun sağ və sol tərəflərində sıraya düzülmüşdü və ona baxırdı. Məhəbbəti qəlbimə düşdü. Buna görə də qəlbimdə dua edirdim ki:«Allah Mütəvəkkilin şərrini ondan uzaq etsin.» O camaatın arası ilə hərəkət edirdi. Gözünü atının yalına dikmişdi və ətrafa baxmırdı. Mən dayanmadan ona dua edirdim. Mənə çatanda üzünü mənə tutub dedi:«Allah sənin duanı qəbul etdi və sənə uzun ömür bağışladı, mal-dövlətini və övladını artırdı.» Həmin hadisədən sonra biz İsfahana qayıtdıq. Allah mənə o qədər sərvət verdi ki, evimin qapısını içində milyonlarla dirhəm dəyəri olan şeylər olduğu halda bağlayıram və (hələ) bu, evdən kənarda olan sərvətimdən əlavədir. On övlad da qismətim olub. Ömrümdən də yetmiş neçə il keçir. Əvvəlimdən xəbəri olan və Allahın mənim barəmdəki duasını qəbul etdiyi kəsin imamətinə etiqad bəsləməyimin səbəbi budur.»[580]
    29 İmam Həsən Əskəri
    156.O Həzrətin imaməti
    542.İmam Hadi (ə):« Məndən sonra imam Həsəndir və Həsəndən sonra oğlu Qaim – yer üzünü zülm və sitəmlə dolduğu kimi ədalət və insaf ilə dolduran!»[581]
    157.İmam Əskərinin(ə) fəzilətləri.
    543.Məhəmməd ibn İsmail:«Əbu Məhəmməd (imam Əskəri) (ə) zindanda olan zaman Abbasilər, həmçinin Saleh ibn Əli və Əhli-Beytə etiqadı olmayanlardan bir dəstə Saleh ibn Vəsifin yanına gedib dedilər ki:«Ona qarşı qətiyyətli ol və ona macal vermə.» Saleh onlara dedi:«Ona daha nə edim? Tapa bildiyim ən pis iki adamı onun üzərinə qoymuşam, amma o iki nəfər (o Həzrətin rəftarını görərək) tamamilə ibadət və namaz əhli olublar.»[582]
    544.Əbulqasim Kufi «ət-Təbdil» kitabında deyir:«öz əsrinin filosofu olan İshaq Kindi Quranda olan təzadları bir yerə toplamaq qərarına gəldi və bu məqsədlə evində oturub bu işlə məşğul olmağa başladı. Bir gün onun şagirdlərindən biri imam Həsən Əskərinin (ə) hüzuruna getdi. İmam ona dedi:«Sizin aranızda ağıllı-kamallı bir adam tapılmır ki, ustadınız Kindini başladığı və Qurana girişdiyi işdən saxlasın?» Kindinin şagirdi dedi:«Biz onun şagirdlərindənik. Bu və ya digər məsələlərdə ona necə e‘tiraz edə bilərik?» İmam Əskəri (ə) buyurdu:«Dediyim işi görə bilərsən?» O dedi:«Bəli.» Həzrət buyurdu:«Onun yanına get, onunla isti münasibətlər qur və özünü gördüyü işdə ona kömək etmək istəyən şəxs kimi göstər. Onunla ünsiyyət yaratdıqdan sonra de ki, qarşıma bir sual çıxıb və onu səndən soruşmaq istəyirəm. O da deyəcək ki, soruş. Onda ona de:«Əgər bu Quranı buyuran sənin yanına gəlsə, ola bilərmi ki, onun dediklərindən məqsədi sənin öz zənnin ilə ondan başa düşdüyün mənalardan fərqli olsun? Onda Kindi cavab verəcək ki:«Bəli, ola bilər.» Çünki o (yəni Kindi) çox düşüncəli və başadüşən adamdır. Həmin şəxs Kindinin yanına getdi və mehribançılıqla ona yaxınlaşdı və sonra həmin sualı ondan soruşdu. Kindi dedi:«Sualını bir də təkrar et. Həmin şəxs sualını bir də təkrar etdi. Kindi özü-özlüyündə fikrə daldı və bu işi həm dilçilik və həm də ağıl baxımından mümkün saydı. Sonra şagirdinə dedi:« Səni and verirəm, de görüm bu sualı hardan öyrənmisən?» Şagirdi dedi:«Zehnimdən keçdi və səndən soruşdum.» Kindi dedi:«Belə sual heç vaxt sənin kimilərinin zehnindən keçə bilməz və sən və sənin kimilər belə bir məqama çata bilməzsiniz? De görüm bu sualı haradan götürmüsən?» Şagird dedi:«əbu Məhəmməd mənə buyurdu ki, səndən bu sualı soruşum.» Kindi dedi:«İndi həqiqəti dedin. Belə sual yalnız bu ailədən çıxar.» O sonra od istədi və topladıqlarının hamısını yandırdı.»[583]

    30 İmam Mehdi
    158. İmamın adları
    545.İmam Baqir (ə) «Haqsız yerə öldürülən məzlum şəxsin sahibinə bir ixtiyar verdik. (Şəriətin bu hökmləri ilə) artıq ona kömək olunmuşdur»[584] ayəsinin təfsirində buyurmuşdur:«Allah (İslam Peyğəmbərini) Əhməd, Məhəmməd və Mahmud, İsanı Məsih adlandırdığı kimi, Mehdini Mənsur (kömək olunmuş) adlandırmışdır.»[585]
    159. O Həzrətin imamətinin dəlili.
    547.İmam Əskəri (ə) o Həzrətdən sonra olacaq ilahi höccət və imam barəsindəki suala cavab verərkən buyurmuşdur:«Oğlum Məhəmməd.Məndən sonra imam və höccət odur. Kim onu tanımadan ölsə cahiliyyət ölüsü kimi ölüb. Bilin! Onun qeybə çəkilməsi olacaqdır. Nadanlar bu barədə sərgərdan qalarlar və batil əhli məhvə düçar olarlar. (Onun zühuru üçün) vaxt təyin edənlər yalan deyərlər. O həmin qeybdən sonra zühur edər. Sanki mən Nəcəfdə onun başı üzərində dalğalanan ağ bayraqları görürəm.»[587]
    160.Mehdi müjdəsi
    548.Allahın Peyğəmbəri (s):«Müjdə olsun sənə ey Fatimə ki, Mehdi səndəndir.»[588]
    549.Allahın Peyğəmbəri (s):«Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur.»[589]
    550.Allahın Peyğəmbəri (s):«Yer üzü zülm və düşmənçiliklə dolmayınca Qiyamət bərpa olmayacaq. Həmin vaxt mənim Əhli-Beytimdən biri qiyam edəcək və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq.»[590]
    551.Allahın Peyğəmbəri (s):«Mənim Əhli-Beytimdən bir kişi hakim olacaq ki, onun adı mənim adımla birdir. Əgər dünyadan ancaq bir gün də qalmış olsa, Allah həmin günü, o hakimiyyəti öz əlinə alana kimi uzadacaqdır.»[591]
    552.İmam Əli (ə):«Mehdi bizdəndir, Fatimənin nəslindən.»[592]
    553.İmam Baqir (ə):«Qiyam edəndə Kəbəyə söykənəcək və üç yüz on üç kişi onun ətrafında dövrə vuracaq. Deyəcəyi ilk kəlmə, bu ayə olacaq:«əgər imanınız olsa «bəqiyyətullah» sizin üçün daha xeyirlidir.» Sonra buyuracaq:«Mən «bəqiyyətullah»am, Onun sizin üzərinizdə olan höccət və canişini.» Ona salam göndərən hər bir kəs belə deyər:«Salam olsun sənə ey Allahın yer üzündə qalanı!»[593]
    161.İmam Mehdinin iki dəfə qeybə çəkilməsi.
    554.İmam Sadiq (ə):«Qaim iki dəfə qeybə çəkilər: Bir dəfə qısa və bir dəfə uzun müddətli. Birinci dəfə qeybə çəkiləndə onun yerini ancaq o Həzrətin xas şiələri bilərlər. İkinci qeybdə isə onun yerindən o Həzrətin din yoldaşlarının xaslarından başqa heç kəsin xəbəri olmaz.»[594]
    162.İmam qeybdə olan zamanda dindarlığın çətin olması.
    555.Allahın Peyğəmbəri (s):«Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar.»[595]
    556.İmam Sadiq (ə):«Həqiqətən bu işin sahibi (imam Zaman) qeybə çəkilər. Həmin zamanda dini saxlamaq dəvətikanını əl ilə yuxarıdan aşağı qopartmaqdan da asan olar.» O Həzrət sonra bir az sükut etdi və buyurdu:«Həqiqətən bu işin sahibi qeybə çəkiləcək. Odur ki, gərək bəndə Allahdan qorxsun və öz dinindən yapışsın.»[596]
    163. İmam qeybdə olan zaman dua etmək
    557.İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: «Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən «Ğəriq» duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.» (İbn Sənan nəql edir ki,) dedim:«Ğəriq» duası necədir? Buyurdu: Deyirsən:
    يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك
    «Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!» Mən dedim:
    يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ وَ الأَبْصارِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ» «Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri və düşüncələri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!» Buyurdu:«Əlbəttə, ki, Allah-taala qəlb və düşüncələri haldan hala salandır. Amma sən mən deyən kimi de:«
    يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ»
    «Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!»[597]
    164.Fərəc[598] intizarı çəkmək
    558.Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən üstün işi fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.»[599]
    559.İmam Səccad (ə):«Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır.»[600]
    560.İmam Sadiq (ə):«Kim bu iş sahibinin (imam Zamanın zühurunun) intizarını çəkən halda ölsə, Qaimlə birlikdə onun xeyməsində olmuş kimidir. Xeyr! Bəlkə hətta Allahın Peyğəmbərinin (s) kənarında qılınc çalan şəxs kimidir.»[601]
    561.İmamKazim (ə):«Fərəc intizarında olmağın özü bir növ açılışdır.»[602]
    165.İnsanları ümidsizlik bürüdükdən sonra Qaimin zühur etməsi.
    562.İmam Sadiq (ə):«And olsun Allaha ki, bu iş (imamın zühuru) sizlər tamamilə ümidsizləşdikdən, xeyr, and olsun Allaha (sizin yaxşılarınızla pisləriniz) bir-birindən seçiləndən sonra sorağınıza gələcəkdir.»[603]
    563.İmam Rza (ə):«Həqiqətən fərəc ümidsizlikdən sonra gələr.»[604]
    166.Zühur üçün vaxt təyin edənlər yalançıdırlar.
    564.İmam Baqir (ə) Fuzeylin «zühurun vaxtı müəyyənləşdirilib?» sualının cavabında buyurmuşdur:«Vaxt qoyanlar yalan deyiblər, vaxt qoyanlar yalan deyiblər, vaxt qoyanlar yalan deyiblər!»[605]
    167.Qeybə çəkilmənin səbəbi
    565.Allahın Peyğəmbəri (s):«O uşağın qeybə çəkilməsindən başqa çarə yoxdur.» Soruşdular:«Nə üçün, ey Allahın Peyğəmbəri? Buyurdu: «Öldürülməkdən qorxusu vardır.»[606]
    566.İmam Sadiq (ə) qeybə çəkilmənin səbəbi barəsindəki sualın cavabında buyurmuşdur:«Sizə faş etmək icazəmiz olmayan səbəbə görə.»
    Abdullah ibn Fuzeyl nəql edir ki, dedim:«Bəs onda qeybə çəkilməyin fayda və hikməti nədir? Buyurdu:«Onun qeybə çəkilməsinin hikməti ondan qabaqkı ilahi höccətlərin qeybə çəkilmələrinin hikmətidir. Onun hikməti ancaq onun zühurundan sonra məlum olacaq…Qeybə çəkilmək Allahdan (Onun işlərindən) olan bir iş, Allahın sirlərindən biri və Allahın qeyblərindəndir. Allahın hikmət sahibi olmasını bildikdən sonra Onun bütün işlərinin hikmət əsasında olmasını anlayırıq, hətta onların hikmətlərinin sirləri bizə məlum olmasa belə!»[607]
    567.İmam Sadiq (ə):«Qaim (ə) Allahın əmanətləri çıxana (yəni kafirlərin belindən möminlər doğulana) kimi əsla zühur etməz. Beləliklə, onlar çıxandan sonra Qaim Allahın düşmənlərinə qalib gələr və onları öldürər.»[608]
    568.İmam Sadiq (ə):«Bu iş ( Qaimin (ə) qiyamı) bütün dəstə və qruplar xalqa hakim olduqdan sonra baş verəcək ki, heç kəs «əgər biz hakim olsaydıq ədaləti bərqərar edərdik» deyə bilməsin. Bundan sonra haqq və ədaləti bərqərar edən Qaim qiyam edəcək.»[609]
    569.İmamKazim (ə):«Əgər sizin aranızda «Bədr» əhlinin sayı qədər (həqiqi mömin) olmuş olsaydı, bizim Qaimimiz qiyam edərdi.»[610]
    168.İmam qeybdə olan zaman insanların ondan bəhrələnməsi
    570.İmam Mehdi (ə):«Mən qeybdə olan zaman məndən bəhrələnmək günəş buludun arxasında gözlərdən gizlin olanda ondan bəhrələnmək kimidir. Ulduzlar göy əhlinin əmin-amanlıq amili olduğu kimi mən də yer əhlinin əmin-amanlıq amiliyəm.[611]
    169.Zühurun əlamətləri
    571.İmam Əli (ə):«Xətib həlakətə düçar olanda, zəmanənin imamı gözlərdən gizlinə çəkiləndə və bir dəstə qəlblər şad, bir dəstə qəlblər isə qəmgin olanda arzusu olanlar məhv olar, dağılanlar bir-birlərindən ayrılar və sayları az – üç yüz nəfər və ya çox olan möminlər qalarlar. Həmin möminlərin kənarında «Bədr» günü Allahın Peyğəmbərinin (s) kənarında döyüşmüş, öldürülməmiş və ölməmiş bir dəstə döyüşər.»[612]
    572.İmam Sadiq (ə):«Allah möminlər üçün Qaimin (ə) qiyamının Bəzi nişanələrini sayıb.» Məhəmməd ibn Müslim nəql edir ki, mən dedim:«Allah məni sizə fəda etsin, həmin nişanələr hansılardır?» Buyurdu:«Allah-taalanın bu kəlamı:«Biz sizi (möminləri Qaimin qiyamından qabaq) bir az qorxu, bir az aclıq, bir az da mal , can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver.»[613]
    573.İmam Mehdi (ə) Əli ibn Məhzyarın « ağam,bu iş (zühur) nə vaxt olacaq?» sualının cavabında buyurmuşdur:«Məkkənin yolları sizin üzünüzə bağlanan zaman.»[614]
    170.Zühur zamanı
    574.İmam Əli (ə):«Bir carçı səmadan «həqiqətən haqq Məhəmməd Əhli-Beyti ilədir!» deyə fəryad qoparanda Mehdi camaatın dilinə düşəcək. Onlar onun məhəbbət piyalələrini başlarına çəkəcəklər və dillərində onu yada salmaqdan və onun adından başqa bir şey olmaz.»[615]
    575.İmam Baqir (ə):«Əgər camaat Qaim qiyam edən zaman necə qırğınlar edəcəyini bilsəydi, şübhəsiz ki, onların çoxu onu görmək istərdi... Hətta insanların çoxu deyər:«O Məhəmmədin Əhli-Beytindən deyil, əgər Məhəmmədin Əhli-Beytindən olsaydı rəhm edərdi.»[616]
    576.İmam Baqir (ə):«Qaim yeni hökm, yeni kitab və yeni qəzavət (onların həqiqətini) gətirəcək. Ərəblərə qarşı sərt olacaq. İşi ancaq qılınc ilə olacaq. Heç kəsə tövbə etdirməyəcək və Allah yolunda heç bir qınayanın töhmətinə əhəmiyyət verməyəcək.»[617]
    577.İmam Sadiq (ə):«Bizim Qaimimiz qiyam edəndə Allah şiələrimizin qulaq və gözlərini elə iti edəcək ki, onlarla Qaim arasında qasid olmayacaq. Durduğu yerdən şiələrlə danışacaq və onlar onun sözlərini eşidəcək, onu görəcəklər.»[618]
    578.İmam Sadiq (ə):«Ərəblərin az bir hissəsi Qaim (ə) ilə birlikdə qiyam edəcəklər.» Dedilər:«Ərəblərin çoxu özünü o Həzrətin yardımçısı hesab edir?» Buyrdu:«İnsanlar gərək saflaşsınlar, yaxşısı ilə pisi bir-birindən ayrılsın, xəlbirlənsinlər. Onların çoxu xəlbirdən töküləcək.»[619]
    579.İmam Sadiq (ə):«Qaim (ə) qiyam edəndə o Həzrətin nəslindən olması güman edilənlər onun dəstəsindən çıxacaqlar, aya və günəşə pərəstiş edənə oxşayanlar isə onun dəstəsinə qoşulacaqlar.»[620]
    171. Dünya imam Mehdinin zühurundan sonra
    580.Allahın Peyğəmbəri (s):«Ümmətimin sonuncusunun içində Mehdi qiyam edəcək. Allah ona yağış əta edəcək, yer otunu bitirəcək, malı tam və kamil şəkildə verəcək, heyvan və dördayaqlılar artacaq və ümmət başıuca və əzəmətli olacaq.»[621]
    581.İmam Səccad (ə):«Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.»[622]
    582.İmam Baqir (ə):«Qaim qiyam edəndə hər bir kinli düşmənə imanı təqdim edəcək. Əgər (həmin düşmən) səmimi qəlbdən iman gətirməsə boynu vurulacaq və ya bu günkü zimmə əhli (qeyri-müsəlmanlar) kimi cizyə (vergi) verəcək. Və həmin şəxslərin belinə qayış bağlayacaq və onları şəhərlərdən ətrafa və kəndlərə köçürəcəkdir.»[623]


    [520] əl-Kafi, c.1, səh.298, hədis 2
    [521] Biharul-Ənvar, c.43, səh.306, hədis 66
    [522] Kənzul-Ummal, hədis 37640
    [523] Əmali-Səduq, səh.150, hədis 8
    [524] əl-Mənaqib, İbn Şəhr Aşub, c.4, səh.23
    [525] Muxtəsər tarixi Dəməşq, c.7, səh.26
    [526] Kifayətul-əsər, səh.194
    [527] İləluş-Şəraye, səh.137, hədis 5
    [528] əl-Kafi, c.1, səh.301, hədis 2
    [529] Əmali-Səduq, səh.101
    [530] Biharul-Ənvar, c.43, səh.264, hədis 16
    [531] əl-Müstədrək əla əs-səhiheyn, c.2, səh.177
    [532] Sünən Tirmizi, c.5, səh.661, hədis 3784
    [533] Mənaqib ibn Şəhr Aşub, c.4, səh.73
    [534] Uyun əxbar Rza (ə) , c.1, səh.59, hədis 29
    [535] əl-Luhuf, səh.97
    [536] əl-İrşad, səh.235
    [537] Ehqaqul-həqq, 11, k: 431
    [538] Əmali-Səduq, səh.478, hədis 4
    [539] Mənaqib Şəhr ibn Aşub, c.4, səh.66
    [540]əl-Luhuf, səh.170
    [541] əl-Kafi, c.1, səh.303, hədis 1
    [542] Biharul-Ənvar, c.46, səh.3, hədis 1
    [543] Mənqib ibn Şəhr Aşub, c.4, səh.154
    [544] Hilyətul-övliya, c.3, səh.140
    [545] əl-Kafi, c.3, səh.300, hədis 4
    [546] Ali-İmran, ayə 134
    [547] E’lamul-vəra, səh.256
    [548] Mətalibus-suul, səh.77
    [549] Hilytul-övliya, c.3, səh.138
    [550] Kifayətul-Əsər, səh.239
    [551] Biharul-Ənvar, c.46, səh.223, hədis 1
    [552] Rəbiul-əbrar, c.2, səh.603
    [553] əl-Kafi, c.1, səh.496, hədis 7
    [554] əl-Kafi, c.2, səh.499, hədis 1
    [555] əl-Kafi, c.2, səh.616, hədis 11
    [556] əl-İrşad, səh.266
    [557] əl-Xəraic-vəl-cəraih, c.1, səh.268, hədis 12
    [558] Biharul-Ənvar, c.47, səh.15, hədis 12
    [559] Biharul-Ənvar, c.47, səh.16, hədis 1
    [560] əl-Kafi, c.4, səh.8, hədis 1
    [561] Səvabul-Əmal, səh.183, hədis2
    [562] əl-Kafi, c.5, səh.76, hədis 13
    [563] əl-Mənaqib, İbn Şəhr Aşub, c.4, səh.317
    [564] Uyunu əxbari Rza (ə) , c.1, səh.95
    [565] Biharul-Ənvar, c.78, səh.329, hədis 7
    [566] əl-İrşad, səh.296
    [567] Bağdadın tarixi, c.13, sə 27
    [568] Biharul-Ənvar, c.49, səh.17, hədis 15
    [569] Uyunu əxbari-Rza (ə),c.2, səh.139, hədis 3
    [570] Biharul-Ənvar, c.49, səh.91, hədis 5
    [571] Uyunu əxbari -Rza (ə) , c.2, səh.184, səh.7
    [572] Biharul-Ənvar, c.50, səh.35, hədis 23
    [573] əl-Kafi, c.6, səh.360, hədis 3
    [574] Kifayətul-Əsər, səh.84
    [575] Dəlailul-İmamə, səh.211
    [576] Dəlailul-İmamə, səh.212
    [577] Kəşful-Ğummə, c.3, səh.153
    [578] Biharul-Ənvar, c.50, səh.118, hədis 1
    [579] Biharul-Ənvar, , c.50, səh.189, hədis 1
    [580] Kəşful-Ğummə, c.3, səh.179
    [581] Biharul-Ənvar, c.50, səh.239, hədis 4
    [582] Biharul-Ənvar, c.50, səh.308, hədis 6
    [583] Mənaqib, İbn Şəhr Aşub, c.4, səh.424
    [584] İsra, ayə 33
    [585] Biharul-Ənvar, c.51, sə 30, hədis 8
    [586] əl-Ğeybə, Tusi, səh.471, hədis 489
    [587] Biharul-Ənvar, c.51, səh.160, hədis 7
    [588] Kənzul-Ummal, hədis 34208
    [589] Kənzul-Ummal, hədis 38666
    [590] Kənzul-Ummal, hədis 38691
    [591] Kənzul-Ummal, hədis 38661
    [592] Kənzul-Ummal, hədis 39675
    [593] Nurus-Səqəleyn, c.2, səh.392, hədis 194
    [594] Biharul-Ənvar, c.52, səh.155, hədis 10
    [595] Kəmalud-din, c.1, səh.288, hədis 7
    [596] əl-Ğeybə, Nömani, səh.169, hədis 11
    [597] Biharul-Ənvar, c.52, səh.149, hədis: 73
    [598] Kəlmənin lüğəti mənası hüzn, kədər, məyusluqdan sonra gələn sevinc, şadlıq və yaxşı əhvaldır. Amma hədislərdə on ikinci imamın zühurunun zamanına işarə olaraq işlədilir.
    [599] Biharul-Ənvar, c.52, səh.122, hədis 2
    [600] Biharul-Ənvar, c.52, səh.122, hədis 4
    [601] Biharul-Ənvar, c.52, səh.146, hədis 69
    [602] əl-Ğeybə, Tusi, səh.459, hədis 471
    [603] Biharul-Ənvar, c.52, səh.111, hədis 20
    [604] Biharul-Ənvar, c.52, səh.110, hədis 17
    [605] əl-Ğeybə, Tusi, səh.426, hədis 9
    [606] Biharul-Ənvar, c.52, səh.90, hədis 1
    [607] Kəmalud-Din, səh.482, hədis 11
    [608] İləluş-Şəraye, səh.147, hədis 2
    [609] əl-Ğeybə, Nömani, səh.274, hədis 53
    [610] Mişkatul-Ənvar, səh.63
    [611] Biharul-Ənvar, c.52, səh.92, hədis 7
    [612] Biharul-Ənvar, c.52, səh.137, hədis 42
    [613] Nurus-Səqəleyn, c.1, səh.314, hədis 23
    [614] Nurus-Səqəleyn, c.5, səh.461, hədis 4
    [615] ət-Təşrif bil minən, səh.129, hədis 136
    [616] əl-Ğeybə, Nömani, səh.204, hədis 6
    [617] əl-Ğeybə, Nömani,səh.317, hədis 1
    [618] əl-Kafi, c.8, səh.241, hədis 329
    [619] əl-Ğeybə, Nömani, səh.204, hədis 6
    [620] əl-Ğeybə, Nömani, səh.317, hədis 1
    [621] Kənzul-Ummal, hədis 38700
    [622] Mişkatul-ənvar, səh.79
    [623] əl-Kafi, c.8, səh.227, hədis 288
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 4523 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024