İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    51 Sınaq
    256.Sınaq
    Qur’an:
    «Biz sizi xeyir və şərlə sınağa çəkərik.»[953]
    Hədis:
    879.İmam Sadiq (ə):«Baş verən hər bir çətinlik və rahatlıqda Allahın məqsədi yalnız əta etmək və sınağa çəkməkdir.»[954]
    880.İmam Sadiq (ə):«Allahın əmr və qadağalarında baş verən hər bir çətinlik və rahatlıqda Allah tərəfindən mütləq bir sınaq və hökm vardır.»[955]
    257.Sınağa çəkməyin fəlsəfəsi
    Qur’an:
    «…Allahın sizin sinələrinizdə (qəlblərinizdə) olanı sınaması və sinələrinizdə olanı pak və xalis etməsi üçündür. Allah sinələrin sirlərindən agahdır.»[956]
    «Əlbəttə, içərinizdəki mücahidləri və səbr edənləri ayırd edib bilmək üçün sizi sınayacaq və sizin xəbərlərinizi (sizin barənizdəki xəbərləri) yoxlayaraq araşdıracağıq.»[957]
    «Hansınızın yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur!»[958]
    Hədis:
    881.İmam Əli (ə):«Allah-taala insanların batinini aşkar etdi. Allah onların gizli sirlərindən və örtülü batinlərindən xəbərsiz deyildi. Lakin, (bunu) onların hansının yaxşı işlər görmələrini sınamaq üçün etdi. (Belə etdi ki,) savab (yaxşı əməlin) mükafat(ı) və əzab (pis əməlin) cəza(sı) olsun!»[959]
    882.İmam Əli (ə):«İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar. Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişdəkiləri, Adəmin (s) zamanından bu dünyanın insanlarının son nəfərinə kimi (hamını) heç bir ziyan və xeyir gətirməyən, görməyən və eşitməyən daşlarla sınamasını və həmin daşları insanlar üçün bərqərar etdiyi özünün möhtərəm evinə çevirdiyini görmürsünüzmi...?!
    Allah, bəndələrini müxtəlif çətinliklərlə sınayır, müxtəlif zəhmət və çalışqanlıqlarla bəndəliyə vadar edir, cürbəcür xoşagəlməz şeylərlə imtahana çəkir ki, onların qəlbindən təkəbbürü çıxarsın, onları təvazökar etsin və bunu öz lütf və bəxşişinə tərəf açılmış qapılar və əfv edərək bağışlaması üçün vasitələr etsin.»[960]
    883.İmam Əli (ə):«Həqiqətən siz bir-birinizə qarışacaq və (sonra) xəlbirdən keçiriləcəksiniz ki, aşağıda olan üzə çıxsın və yuxarıda olan alta getsin, geridə qalanlar qabağa keçsinlər və qabağa keçənlər geridə qalsınlar.»[961]
    884.İmam Əli (ə):«Sərvət və rifaha sevinmə və yoxsulluq və çətinliyə görə kədərlənmə. Çünki qızıl od ilə əriyərək saflaşır, mömin isə bəla və çətinliklə!»[962]
    258.Möminin sınağının çətinliyi
    Qur’an:
    «(Siz mö’minlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır»[963]
    Hədis:
    885.İmam Əli (ə):«Bəla pərhizkar möminə yağışın (yağış suyunun təpənin başından) yerin alçaq hissələrinə çatmasından da tez çatır.»[964]
    886.İmam Sadiq (ə):«İnsanların ən çox bəla çətinliyinə düçar olanı peyğəmbərlərdir. Peyğəmbərlərdən sonra onların canişin və davamçıları və daha sonra sıra ilə kim daha yaxındırsa daha çox!»[965]
    887.İmam Sadiq (ə) «mömin cüzam, ala və bu kimi xəstəliklərə tutularmı?» sualının cavabında buyurmuşdur:«Məgər bəla mömindən başqası üçün yazılıb?!»
    259.Pis əməllərin insanın bəla ilə qarşılaşmasındakı rolu
    Qur’an:
    «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır və (Allah) onların çoxundan keçir.»[966]
    Hədis:
    888.Allahın Peyğəmbəri (s):«Allah-taala Əyyuba dedi:«Mənim yanımda, sənə bəla gəlməsinə səbəb olan günahının nə olmasını bilirsən? Əyyub dedi:«Xeyr.» Allah-taala buyurdu:«Sənin Fir’onun yanına gedərək onunla iki kəlmə yumşaq və mülayim danışmağın.»[967]
    260.Bəlaya düçar olmayan şəxs Allahın qəzəbinə gəlib
    889.Allahın Peyğəmbəri (s):«Allah cism və malına bəla gəlməyən şeytansifətli şəxsə nifrət edir.»[968]
    890.İmam Səccad (ə):«Mən insanın dünyada sağlam olmasını və ona heç bir müsibətin gəlməməsini sevmirəm.»[969]
    261.Bəla neməti
    891.Allahın Peyğəmbəri (s):«Ana öz övladını süd ilə qidalandırdığı kimi Allah da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırır.»[970]
    892.Allahın Peyğəmbəri (s):«Allah bir qövmün xeyir və yaxşılığını istəyəndə onları bəlaya düçar edər.»[971]
    893.İmam Baqir (ə):«Evin kişisi səfərdən hədiyyə gətirməklə ailəsinə nəvaziş göstərdiyi kimi Allah da mömini bəla və çətinliklə nəvaziş edir. Həkim xəstəni (pəhriz yazıb bəzi yeməklərdən) çəkindirdiyi kimi, Allah da mömini dünyadan çəkindirir.»[972]
    894.İmam Kazim (ə):«Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.»[973]
    895.İmam Əskəri (ə):«Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.»[974]
    262.Bəla və qəflət yuxusundan oyanmaq
    Qur’an:
    «Biz Fir’onun adamlarını qıtlıq, quraqlıq və məhsul çatışmazlığına düçar etdik ki, bəlkə düşünüb ibrət alsınlar.»[975]
    Hədis:
    896.İmam Əli (ə) istisqa[976] namazı qılmağa gedərkən buyurmuşdur:«Allahın bəndələri günah və pis əməllərlə məşğul olan zaman Allah onları məhsul qıtlığı, bərəkətin kəsilməsi və xeyir xəzinələrinin qapılarının bağlanmasına düçar edir ki, tövbə edən tövbə etsin, günahkar günahdan əl götürsün, öyüd alan öyüd alsın və (günahdan) çəkindirilən əl saxlasın.»[977]
    897.İmam Sadiq (ə):«Ola bilməz ki, mömin qırx gecəni arxada qoysun, amma öyüd alması üçün onu qəmləndirən bir hadisə ilə qarşılaşmasın.»[978]
    898.İmam Sadiq (ə):«Allah bir bəndənin xeyrini istəyəndə həmin bəndə bir günah edərsə, bu günahın ardınca onu bəlaya düçar edər ki, istiğfar etməyi onun yadına salsın. Allah bir bəndə üçün şər istəyəndə isə həmin bəndə günah edərsə, günahının ardınca ona nemət əta edər ki, istiğfar etməyi onun yadından çıxarsın və o, günahını davam etdirsin. Bu, Allahın kəlamıdır:«Onları tədricən özlərinin də bilmədikləri yerdən yaxalayarıq.» Yəni günah edən zaman onlara nemət vermək vasitəsi ilə yaxalayarıq.»[979]
    263.Bəla vasitəsi ilə günahların təmizlənməsi
    899.İmam Əli (ə):«Şükr olsun Allaha ki, bizim ardıcıllarımızın bəla və çətinliyə düçar olmalarını dünyada onların günahlarının təmizlənmə amili edib ki, həmin bəla və çətinliklər vasitəsi ilə itaətləri sağlam qalsın və onun mükafatına layiq olsunlar.»[980]
    900.İmam Əli (ə):«Allah-taala bu dünyada cəzalandırdığı mömin bəndəni Qiyamət günü bir daha cəzalandırmaqdan daha həlim, daha ulu, səxavətli və daha kəramətlidir (yəni Allah-taala bu sifətlərə malik olduğu üçün həmin bəndəni Qiyamətdə bir daha cəzalandırmaz).»[981]
    901.İmam Baqir (ə):«Allah-taala bir bəndəyə hörmət etmək istəyəndə həmin bəndənin günahları olsa onu xəstəliyə düçar edər. Əgər belə etməsə, yoxsulluq və ehtiyaca düçar edər və əgər bunu da etməsə canını alan zaman onu çətinliyə salar. Amma bir bəndəni xar və hörmətsiz etmək istəsə və onun Allahın yanında yaxşı işləri olmuş olsa ona sağlam can verər. Əgər belə etməsə onun yaşayışını rahat və rifah içərisində edər və əgər bunu da etməsə ölümü onun üçün asanlaşdırar.»[982]
    264.Bəla eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın məhəbbətinin nişanəsidir
    902.əl-Kafi:«Sudeyr imam Sadiqin (ə) hüzurunda idi. Həzrət buyurdu:«Allah bir bəndəni sevəndə onu bəlaya qərq edər. Ey Sudeyr! Həm biz həm də siz gecə-gündüzümüzü bəla ilə keçiririk.»[983]
    903.İmam Sadiq (ə):«Allah-taala bir qövm və ya bəndəni sevən zaman onun başına bəla yağışı yağdırır. Beləliklə, onlar bir bəladan çıxmamış digər bir bəlaya düçar olarlar.»[984]
    265.Bəla iman miqdarında olar
    904.İmam Baqir (ə):«Bəndənin imanı nə qədər artsa onun yaşayışı daha
    da ağırlaşar və çətinləşər.»[985]
    905.İmam Baqir (ə):«İnsan Allaha olan məhəbbətinin miqdarında bəlaya düçar olar.»[986]
    906.İmam Sadiq (ə):«Əlinin (ə) kitabında deyilir: Həqiqətən mömin yaxşı işlərinin miqdarında bəlaya düçar olar. Buna görə də kimin dini düzgün və əməli gözəldirsə bəlası daha ağırdır. Çünki Allah-taala dünyanı möminin mükafatı və kafirin cəzası təyin etməyib. Kimin dini süst və əməli zəifdirsə bəlası azdır.»[987]
    907.İmam Kazim (ə):«Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahdan pak ətək ilə Allah-taala ilə görüşər.»[988]
    266.Bəndənin bəla ilə çatdığı məqamlar
    908.İmam Sadiq (ə):«Həqiqətən Cənnətdə bir dərəcə var ki, ona (dünyada) bədəni bəlaya düçar olmuş bəndə istisna olmaqla, heç bir bəndə çatmaz.»[989]
    909.İmam Sadiq (ə):«Bəndənin Allah yanında bir məqam və dərəcəsi var ki, ona bu iki yoldan – var-dövlətinin əlindən çıxması və ya cisminə bir bəla gəlməsindən başqa heç nə ilə çata bilməz.»[990]
    267.Möminin bəlaya düçar olması onun öz xeyrinədir
    910.İmam Sadiq (ə):«Allahın Musaya (ə) göndərdiyi vəhylərdən birində belə buyrulur ki: Elə bir məxluq yaratmamışam ki, o Mənim dərgahımda mömin bəndəmdən əziz olsun. Onu bəlaya düçar edirəmsə, (bu) onun üçün daha yaxşı və daha xeyirli olduğuna görədir. Ona can sağlığı bəxş edirəmsə, (deməli bu) onun üçün daha yaxşıdır. Onun əlindən alıb məhrum edirəmsə, bu onun üçün daha yaxşıdır. Mən, nəyin bəndəmi islah edərək düzəltməsini daha yaxşı bilirəm. Buna görə də gərək mənim bəlama səbrli, nemətlərimə şükr edən və hökmlərimə razı olsun ki, onu özümün ən doğru bəndələrimin sırasında yazım.»[991]
    268.Bəndələrin ən çətin sınaqları
    911.İmam Əli (ə):«Allah heç kəsi ona möhlət vermək kimi bir şeylə sınamayıb.»[992]
    912.İmam Əli (ə):«Yoxsulluq bəladır. Yoxsulluqdan daha pisi bədənin xəstə olmasıdır. Ondan da pisi qəlbin (mə‘nəvi baxımdan) xəstə olmasıdır.»[993]
    913.İmam Sadiq (ə):«Allah, bəndələri malını bağışlamaqdan çətin bir şeylə sınamayıb.»[994]
    914.İmam Sadiq (ə):«Üç şey var ki, kim onlardan birinə düçar olsa ölümü arzulasın: Bir-birinin ardınca gələn yoxsulluq, rüsvayçı məhrumluq və qalib gəlmiş düşmən.»[995]
    269.Çətinlikdən sonra asanlıq
    915.İmam Əli (ə):« Bəlanın sonunda açılış (işlərin düyünlərinin açılması) hasil olur.»[996]
    916.İmam Sadiq (ə):« Bəla üstündən bəla gələn zaman bəladan qurtuluş hasil olar.»[997]
    270.Bəla zamanı dua etmək
    Qur’an:
    «O kəslər ki, başlarına bir müsibət gələn zaman «biz Allahınıq və Ona tərəf qayıdacağıq» deyərlər.»[998]
    917.İmam Əli (ə):«Hər bir çətinlik və müşkül zamanı «Uca və böyük Allahdan başqa bir güc və qüdrət yoxdur» de. (Belə deyəndə) həmin çətinlik aradan qalxır.»[999]
    918.İmam Rza (ə):«Atamı yuxuda gördüm və o buyurdu:«Oğul! Çətinlik içərisində olan zaman «ya Rauf, ya Rəhim» cümləsini çox de. Yuxuda gördüyün aşkarda gördüyün kimidir (yəni bu dediklərimi yuxu sanma, aşkar kimi qəbul et).»[1000]
    271.Bəlaya düçar olmuş şəxsi görən zaman dua etmək
    919.Allahın Peyğəmbəri (s):«Bəlaya düçar olmuş insanları görən zaman Allaha şükr edin, amma elə yox ki onlar eşitsinlər.Çünki (əgər eşitsələr) narahat olarlar.»[1001]
    920.İmam Baqir (ə):«Bəlaya düçar olmuş adam görəndə onun eşitmədiyi şəkildə üç dəfə de: Şükr və həmd olsun O Allaha ki, məni sənin düçar olduğun bəlaya düçar etməyib. Əgər istəsəydi məni də belə edə bilərdi.» (İmam sonra) buyurdu:« Kim bu cümləni desə heç vaxt həmin bəlaya düçar olmaz.»[1002]
    52 Böhtan
    272.Böhtan
    Qur’an:
    «Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.»[1003]
    Həmçinin müraciət et: İsra 36; Nur 12-15; Hucurat 12
    Hədis:
    921.Allahın Peyğəmbəri (s):«Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar.»[1004]
    922.İmam Əli (ə):«Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur.»[1005]
    923. İmam Əli (ə):«Günahsız adama böhtan atmaq səmadan da böyükdür.»[1006]
    924.İmam Səccad (ə):«Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər.»[1007]
    925.İmam Sadiq (ə) müdriklərin birindən nəql edərək buyurmuşdur:«Günahsız adama böhtan atmaq möhkəm dağlardan da ağırdır.»[1008]
    53 Mübahilə[1009]
    273.Mübahilə
    Qur’an:
    «Sənə göndərilən bilikdən sonra kim onun barəsində (İsa (ə) haqqında) səninlə mübahisə etsə, de: Gəlin biz də oğlanlarımızı siz də oğlanlarınızı, biz də qadınlarımızı siz də qadınlarınızı, biz də özümüzü siz, də özünüzü çağıraq. Sonra (Allaha) yalvarıb yalançılara Allahın Lənət etməsini diləyək.»[1010]
    Hədis:
    926.İmam Sadiq (ə) Əbulabbasa mübahilə barəsində belə buyurmuşdur: «Ovcunu onun ovcuna qoyub deyirsən:«Allahım! Əgər filankəs haqqı inkar, yaxud batili iqrar edirsə onu səma bəlasına və ya öz tərəfindən olan bir əzaba düçar et. Ona yetmiş dəfə nifrin və qarğış et.»[1011]
    927.İmam Sadiq (ə):«Nəcran xaçpərəstləri öz başçı, canişin və….. ilə Peyğəmbərin (s) yanına gəlib dedilər:«Bizi nəyə də‘vət edirsən?» Peyğəmbər buyurdu:«Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan…. yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə…….Buna görə də mənimlə mübahilə edin! Əgər mən doğru danışanamsa Lənət və nifrin sizi tutacaq və əgər yalançı olsam Lənət və nifrin məni tutacaq.» Dedilər:«Ədalətli qərardır. Sonra mübahilə üçün vaxt təyin etdilər.»
    Onlar evlərinə qayıdandan sonra böyükləri dedi:«Əgər o, mübahiləyə öz qövmü ilə gəlsə onunla mübahilə edərik. Çünki əgər belə olsa, o, peyğəmbər deyil. Amma mübahiləyə yalnız ailəsi ilə gəlsə onunla mübahilə etmərik. Çünki əgər ailəsini təhlükəyə atırsa deməli doğrudan da düz deyir. Səhər açılandan sonra Peyğəmbərin (s) yanına gəldilər. Gördülər ki, Əmirəl-möminin, Fatimə, Həsən və Hüseyn onun yanındadırlar. Onlar qorxdular və Peyğəmbərə (s) dedilər:«Səninlə razılaşırıq, bizi mübahilə etməkdə üzürlü bil.» Beləliklə, Allahın Peyğəmbəri (s) cizyə əsasında onlarla razılaşdı və onlar dağılışıb getdilər.»[1012]
    54 Bey‘ət
    274.Bey’ət
    Qur’an:
    «Sənə bey‘ət edənlər şübhəsiz ki, Allaha bey‘ət edirlər. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey’əti) pozsa, ancaq öz əleyhinə pozmuşdur. Kim Allah ilə bağladığı bey’ətə vəfalı olsa, tezliklə Allah ona böyük bir mükafat verər.»[1013]
    «Allahla əhd bağladığınız zaman ona vəfalı olun və andlarınızı möhkəmləndirdikdən sonra onları pozmayın.»[1014]
    Hədis:
    928.Əli ibn İbrahim:«Həqiqətən Allah möminlərdən razı oldu»[1015] ayəsi «rizvan» (razılıq) bey’əti barəsində nazil oldu və bey’ət edənlərlə şərt kəsdi ki, Peyğəmbərin işlərinə irad tutmasın və onun əmrlərindən boyun qaçırmasınlar. Allah-taala «rizvan» (bey’əti) ayəsi nazil olduqdan sonra buyurdu:«Səninlə bey‘ət edənlər…..»[1016]
    929.Sələmə ibn əl-Əkvə «Hüdeybiyyə günü Peyğəmbərlə hansı işə görə bey’ət etdiniz?» sualının cavabında deyib:«Ölümə görə!»[1017]
    275.Qadınların bey’əti
    Qur’an:
    «Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı, bəyənilən işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.»[1018]
    Hədis:
    930.İmam Cavad (ə):«Allahın Peyğəmbərinin qadınlarla bey’əti belə idi ki, o Həzrət əlini içində su olan bir qabın içinə qoyub sonra çıxarardı və qadınlar Allaha olan imanlarını (dildə) iqrar və aşkar etməklə, Onun peyğəmbərini təsdiqləməklə əllərini həmin qabın içinə salardılar.»[1019]
    276.Bey’əti pozmaq

    932.İmam Əli (ə):«Həqiqətən Bərzəx aləmində Həsinə adında bir şəhər var. Məndən həmin şəhərdə nə olmasını soruşmaq istəmirsiniz?» Dedilər:«Ey Əmirəl-möminin, o şəhərdə nə var?» Buyurdu:«Bey’ətlərini pozanların əlləri!»[1021]
    933.İmam Rza (ə):«Bey’ətini pozan şəxs pis hadisədən amanda deyil.»[1022]
    277.Müsəlmanların imam Əli ilə bey’əti
    934.İmam Əli (ə):«Camaat! Siz məndən əvvəlkilərlə bey’ət olunduğu kimi mənimlə də bey’ət etdiniz. İnsanlar bey’ət edəndən qabaq azad və ixtiyar sahibidirlər. (Amma bey’ət etdikdən sonra mənə tabe olmaq məcburiyyətindədirlər.)»[1023]
    935.İmam Əli (ə) «Təlhə və Zübeyr ilə nə üçün vuruşurdun?» sualının cavabında buyurmuşdur:«Çünki mənimlə olan bey’əti pozdular və mənə tabe olan möminləri öldürdülər.»[1024]
    936.İmam Əli (ə):«Mənə bey’ət etmək üçün gölməçənin ətrafına toplaşan susuz dəvələr kimi şövqlə ətrafıma toplaşdınız.»[1025]
    55 Ticarət
    278.Ticarət
    Qur’an:
    «Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən ticarət istisna olmaqla bir-birinizin mallarını haqsız yerə yeməyin və bir-birinizi öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir.»[1026]
    Hədis:
    937.İmam Əli (ə):«Ticarət işləri ilə məşğul olun ki, ticarət sizi başqalarının malından ehtiyacsız edir. Allah-taala düz olan peşə sahibini sevir.»[1027]
    938.İmam Sadiq (ə):«Ticarət etmək ağlı artırar.»[1028]
    279.Ticarət etməmək
    939.İmam Sadiq (ə):«Ticarət etməmək ağlı zəiflədir.»[1029]
    940.İmam Sadiq (ə) geyim alveri ilə məşğul olan Məaz ibn Kəsir «mənim özümə görə sərvətim var və bazardan çıxmaq qərarına gəlmişəm» dedikdə buyurmuşdur: «Belə olan halda nəzərin etibardan düşəcək və heç bir işdə səndən kömək istənilməyəcək.»[1030]
    280.Ticarətin qayda və şərtləri
    941.Allahın Peyğəmbəri (s):«Alver edən şəxs beş işdən - sələmdən, and içməkdən, malın eybini gizlətməkdən, satanda tərifləməkdən və alanda pisləməkdən çəkinməli, əks təqdirdə (deyilənləri etməyəcəyi təqdirdə) alveri tərk etməlidir.»[1031]
    942.İmam Əli (ə):«Qorxaq tacir ruzidən məhrum qalar, cəsarətli tacirin ruzisi olar.»[1032]
    943.İmam Əli (ə):«Ey tacirlər! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin!»[1033]
    944.İmam Əli (ə):«Ey tacirlər! Qazanc və işə başlamamışdan Allahdan xeyir diləyin, alverdə sadə olmaqla Allahdan bərəkət axtarın, alıcılara yaxınlaşın, həlimlik zinəti ilə bəzənin, and içməkdən çəkinin, yalan deməkdən uzaqlaşın, zülm etmək və haqsızlıqdan qorxun, məzlumlarla insaf və ədalətli davranın, sələmin ətrafına fırlanmayın «və ölçü və çəkini kamil edin, camaatın haqqından bir şey kəsməyin və yer üzündə fəsad törədən olaraq dolaşmayın.»[1034]
    945.İmam Sadiq (ə):«Ticarət etmək istəyən hər bir şəxs öz dininin hökmlərini öyrənməlidir ki, halalı haramdan seçə bilsin. Öz dininin hökmlərini öyrənmədən ticarət edən şəxs şübhələr (halal –haramlığı məlum olmayan) bataqlığına yuvarlanar.»[1035]
    946.İmam Sadiq (ə):«Bir-biri ilə alver edən iki müsəlmandan biri peşman olub işin pozulmasını istəyən zaman qarşı tərəf onun xahişini qəbul etsə, Allah Qiyamət günü onun səhv və xətalarından keçər.»[1036]
    281.Çəkidə aldatmaq qadağandır
    Qur’an:
    «Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslərin ki, özləri xalqdan bir şey alan zaman onu tam ölçüb alar, xalq üçün ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.»[1037]
    Həmçinin müraciət et:Ən’am 152;Hud 84, 85; Şuəra 181-183; ər-Rəhman 7-9
    Hədis:
    947.Allahın Peyğəmbəri (s):«Çəkəndə (müştərinin xeyrinə) ağır çəkin.»[1038]
    948.İmam Sadiq (ə):«Tərəzi müştərinin xeyrinə ağır olmayınca müştərinin haqqı ödənilməyəcəkdir.»[1039]
    282.Tacirlərin sədəqə verməyə təşviq edilməsi
    949.Allahın Peyğəmbəri (s):«Ey tacirlər! Alver zamanı Şeytan və günah yanınızdadır. Odur ki, alış-verişinizi sədəqə ilə qarışdırın.»[1040]
    283.Alış-verişdə asanlıq yaratmaq
    950.Allahın Peyğəmbəri (s):«Allah rəhm etsin o bəndəyə ki, alış-verişdə, borcun verilməsi və alınmasında asanlıq yaradır.»[1041]
    951.İmam Əli (ə) mal satan bir kişiyə tövsiyə edərək buyurmuşdur: «Allahın Peyğəmbərinin (s) belə buyurmasını eşitdim: Güzəşt və asanlıq yaratmağın özü bir növ mənfəətdir.»[1042]
    284.Çənə vurmaq
    952.Allahın Peyğəmbəri (s):«Ey Əli! Dörd şeydə çənə vurma: «Qurbanlığın, kəfənin və qulun alınmasında və Məkkə səfərinin kirayəsində.»[1043]
    953.İmam Baqir (ə):«Müştəri ilə çənə vur. Çünki çox pul versə də çənə vurmaq rahatlıq və xatircəmliyə səbəb olur. Alış-verişdə ziyana uğrayan nə tərifə layiqdir, nə də mükafata!»[1044]
    285.Çənə vuranla çənə vurmayan arasında fərq qoymamaq
    954.İmam Sadiq (ə) malının üstünə müəyyən bir qiymət qoyub onu çənə vurmayan müştəriyə həmin qiymətə, malı həmin qiymətə almaq istəməyən buna görə də çənə vuran müştəriyə isə malı artıran şəxs barəsində buyurmuşdur:«Əgər hər ikisinə və üçüncü bir şəxsə (satanda) malı artırsa eybi yoxdur. Amma həmin miqdar malı o qiymətə almaqdan imtina edərək çənə vuran şəxsə belə edir, çənə vurmayana etməyirsə, mən bu cür işi bəyənmirəm.Əlbəttə, malın hamısını bir yerdə topdan satsa bu istisnadır.»[1045]
    286.Möminin mömindən qazanc götürməsi
    955.İmam Sadiq (ə):«Möminin mömindən qazanc götürməsi sələmdir, bu istisna ilə ki, malı yüz dirhəmdən artıq qiymətə almış olsa, bu halda həmin malın qiymətinin üstünə gündəlik yeməyin miqdarı qədər artır. Yaxud da (mömin mömindən aldığı malı) ticarət etmək üçün almış olsun ki, onda onlardan qazanc götürmək olar. Amma (hər halda) bir-birinizlə mülayim və mehriban davranın.»[1046]
    956.İmam Sadiq (ə) möminin mömindən qazanc götürməsinin sələm olması barəsindəki rəvayətlə bağlı buyurmuşdur:«Bu haqqın hakim olduğu və biz əhl-beytin Qaim imamı qiyam edən zaman üçündür. Bu gün isə (həmin işi görməyin) eybi yoxdur.»[1047]
    287.Yaramaz və pis əməlli tacirlər
    957.Allahın Peyğəmbəri (s):«Tacirlər yaramaz adamlardırlar.» (Peyğəmbərə) dedilər:«Ey Allahın Peyğəmbəri, məgər Allah alış-verişi halal etməyib?» Buyurdu:«Bəli, amma bu tayfa alver edən zaman yalan danışır və and içməklə günah edir.»[1048]
    958.Kənzül-ummal:«İmam Əli (ə) bazara gələr və öz yerində dayanıb buyurardı:«Salam olsun sizə ey bazar əhli! Allahdan qorxun və and içməyin! Çünki and içmək malı rövnəqləndirir və bərəkəti aradan aparır. Düz alıb düz verəni istisna olmaqla, tacirlər yaramaz adamlardır!»[1049]
    288.Tacirin doğru danışmağı
    959.Allahın Peyğəmbəri (s):«Doğru danışan və doğru əməl sahibi olan müsəlman tacir Qiyamətdə şəhidlərlə bir yerdə olar.»[1050]
    960.Allahın Peyğəmbəri (s):«Doğru danışan tacir Qiyamətdə ərşin kölgəsinin altında olacaqdır.»[1051]
    961.Allahın Peyğəmbəri (s):«Allah üç nəfər(in üzün)ə baxmayacaq: «……öz malını yalandan tərifləyənə.»[1052]
    289.And içməklə malı tərifləmək
    962.İmam Əli (ə):«Ey dəllallar! Az and için! Çünki bu iş malın satılmasına səbəb olsa da,(həqiqi) xeyir və mənfəəti aradan aparar.»[1053]
    963.İmam Sadiq (ə):«Allah-taala malını and içməklə satan şəxsə nifrət edər.»[1054]
    290.Axirət ticarəti
    Qur’an:
    «Ey iman gətirənlər! Sizə elə bir ticarət yolu göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O bundan ibarətdir:) Allaha və Onun Peyğəmbərinə iman gətirin və Allah yolunda mal və canınızla cihad edin. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.»[1055]
    Hədis:
    964.Allahın Peyğəmbəri (s):«Gözün görən və qəlbinə yatan hər bir şeyi Allaha görə kənara qoy. Budur axirət ticarəti. Çünki Allah buyurub:«Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir.»[1056]
    965.Allahın Peyğəmbəri (s):«Dünya taciri özünü və malını təhlükəyə atır, axirət taciri isə qazanc və mənfəət götürür. Onun ilk qazancı nəfsi, ondan sonra isə uca Cənnət!»[1057]
    966.İmam Əli (ə):«Saleh əməl kimi ticarət, savab kimi qazanc yoxdur.»[1058]
    967.İmam Əli (ə):«Ən çox qazancı dünyanı verib axirəti alan şəxs əldə edib.»[1059]
    968.İmam Əli (ə):«Kim özünü Cənnətdən başqa bir qiymətə satsa dərdi-sərə düşüb.»[1060]
    969.İmam Əli (ə):«Kim Allaha itaəti öz malı etsə, ticarət etmədən qazanclar ona tərəf gələr.»[1061]
    291.Ticarət mömini Allahı zikr etməkdən və yada salmaqdan yayındırmır
    Qur’an:
    «O kəslər ki, nə ticarət, nə alış veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar.»[1062]
    Hədis:
    970.Fiqhur-Rza (ə) kitabında:«Qazanc və ticarətlə məşğul ikən namazın vaxtı çatan zaman alverin səni namazdan saxlamasın. Çünki Allah bəzilərini bu cür vəsf edərək tərifləyib:«O kəslər ki,….. yayındırmaz» Onlar tacir olublar. Amma namazın vaxtı çatan kimi qazanc və alverdən əl çəkərək namaza durardılar. Onların muzd və mükafatı ticarət etməyib namaz qılanlardan çox idi.»[1063]
    292.Ticarət və din
    971.İmam Əli (ə):«Dinini öz dükanı etmiş şəxsin dinindən payı, elə həmin yediyidir.»[1064]
    972.İmam Əli (ə):«Axirət əməli ilə dünya (malı) axtaran şəxs öz məqsədindən daha da uzaqlaşar.»[1065]
    56 Tövbə
    293.Tövbə
    Qur’an:
    «Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur.»[1066]
    973.Allahın Peyğəmbəri (s):«Tövbə keçmişdə olanların üstünü örtür.»[1067]
    974.Allahın Peyğəmbəri (s):«Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir.»[1068]
    975.İmam Əli (ə):«Tövbə günahları təmizləyər və qəlbi yuyar.»[1069]
    294.Tövbə edənin məqamı
    Qur’an
    «Allah tövbə edənləri və pak olanları sevir.»[1070]
    Hədis:
    976.Allahın Peyğəmbəri (s):«Allah yanında tövbə etmiş mömin kişi və mömin qadından sevimli heç nə yoxdur.»[1071]
    977.Allahın Peyğəmbəri (s):«Adəm övladının hamısı səhv və xəta edir, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir.»[1072]
    978.Allahın Peyğəmbəri (s):«Həqiqətən Allahın öz bəndəsinin tövbə etməsindən sevinci uşağı olmayanın uşağı olduqda, bir şey itirən kəsin itirdiyini tapdıqda və susuz şəxsin su tapan zaman duyduğu sevincdən çoxdur.»[1073]
    295.Tövbə edənlər
    Qur’an:
    «Tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər….»[1074]
    Hədis:
    979.Allahın Peyğəmbəri (s):«Tövbə etmiş şəxsin dörd nişanəsi var: əməli yalnız Allaha görə xalisləşdirmək, batili tərk etmək, haqqa bağlılıq və yaxşılığa hərislik.»[1075]
    980.İmam Əli (ə) tövbə edənlərin vəsfində buyurmuşdur:«Günah ağaclarını göz və qəlblərinin qabağında basdırıblar və onları peşmançılıq suyu ilə suvarıblar. Bu ağaclar onlara salamatlıq barı verib və arxasınca razılıq və kəramət gətirib.»[1076]
    981.İmam Səccad (ə) münacatlarının birində: «Bizi o kəslərdən et ki, …… nəfsi istəklərin od pərdəsini tövbə yaşı tökməklə kəsiblər və nadanlıq qablarını həyat suyunun zülalı ilə yuyublar.»[1077]
    296.Tövbənin qəbul olunması
    Qur’an:
    «Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan….Odur»[1078]
    Hədis:
    982.İmam Əli (ə): «Tövbə (etmək uğuru) verilmiş şəxs onun qəbul edilməsindən məhrum edilməz və istiğfar (etmək uğuru) verilmiş şəxs isə bağışlanmaqdan məhrum qalmaz!»[1079]
    297.Tövbə nə vaxt qəbul edilir?
    Qur’an:
    «Günah işlər görməkdə davam edərək ölüm yetişən anda «mən indi tövbə etdim» deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz.»[1080]
    Hədis:
    983.Allahın Peyğəmbəri (s):«Kim (əzabı) müşahidə etməmişdən qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər.»[1081]
    984.İmam Baqir (ə) əli ilə boğazına işarə edərək buyurmuşdur:«Can bura çatanda alim və bilənin tövbəsi (tövbə etməyə bir yolu) yoxdur, amma nadanın var.»[1082]
    985.İmam Rza (ə) «Allah-taala nə üçün Fir’onu iman gətirməsinə və Onun birliyini iqrar etməsinə baxmayaraq suda batırdı?» sualının cavabında buyurmuşdur:«Çünki o əzabı müşahidə edən zaman iman gətirdi, əzabı müşahidə edən zaman iman gətirmək isə qəbul edilməz.»[1083]
    298.Peşman olmaq bir növ tövbədir
    986.Allahın Peyğəmbəri (s):«Peşmançılıq tövbədir.»[1084]
    987.İmam Əli (ə):«Günahdan peşman olmaq istiğfardır.»[1085]
    988.İmam Əli (ə):«Qəlbin peşman olması günahın üstünü örtər.»[1086]
    299.Səmimi etiraf
    Qur’an:
    «Digər bir dəstə günahını etiraf etdi ki, onlar yaxşı bir əməl ilə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilər ki, Allah onların tövbələrini qəbul etsin.»[1087]
    Hədis:
    989.İmam Əli (ə):«Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyünən itaətkardan daha yaxışıdır.»[1088]
    990.İmam Baqir (ə):«Vallah, günahı etiraf edən şəxsdən başqa heç kəs ondan qurtulmaz.»[1089]
    991.İmam Baqir (ə):«Vallah, Allah-taala insanlardan yalnız iki şey – nemətlərini daha da artırmaq üçün onlara görə şükr etmələrini və günahlarını bağışlamaq üçün günahlarını e‘tiraf etmələrini istəyib.»[1090]
    300.Tövbənin sütunları
    Qur’an:
    «Hər kəs zülmündən sonra tövbə etsə və özünü düzəltsə Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.»[1091]
    «Şübhəsiz ki, Mən tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra doğru yolu tutanı çox bağışlayanam.»[1092]
    Hədis:
    992.İmam Əli (ə):«Tövbə dörd sütun - qəlbdə peşmançılıq (keçirmək), dil ilə bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) qayıtmamaq qərarı üzərində dayanmışdır.»[1093]
    993.əl-Kafi:«Nəx’ə tayfasının böyüklərindən biri olan Vəhəb ibn Əbdi Rəbbih deyir:«İmam Baqirə (ə) dedim:«Mən Həccacın zamanından indiyə kimi vali olmuşam, mənim tövbəm qəbul olar?» Həzrət susdu. Mən sözümü bir də təkrar etdim. Həzrət buyurdu:«Xeyr, yalnız bu istisna ilə (tövbən qəbul ola bilər) ki, hər bir haqq sahibinin haqqını özünə qaytarasan.»[1094]
    301.Tövbənin növləri
    994.Allahın Peyğəmbəri (s):«Hər bir günah üçün (ona uyğun) bir (tərzdə) tövbə et, gizli günah üçün gizli tövbə və aşkar günah üçün aşkar tövbə!»[1095]
    302.Səmimi və xalis niyyətlə tövbə
    Qur’an:
    «Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən və xalis niyyətlə tövbə edin.»[1096]
    Hədis:
    995.Allahın Peyğəmbəri (s):«Səmimi-qəlbdən və xalis niyyətlə edilmiş tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır.»[1097]
    996.İmam Hadi (ə) səmimi-qəlbdən edilmiş xalis tövbə barəsindəki sualın cavabında buyurmuşdur:«Səmimi və xalis tövbə batinin zahir kimi və (hətta) ondan da yaxşı olmasıdır.»[1098]
    303.Tövbəni təxirə salmaq, gecikdirmək
    997.İmam Əli (ə):«Günah edən zaman tövbə ilə onun məhvinə tələs.[1099]
    998.İmam Əli (ə):«Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır.»[1100]
    999.İmam Cavad (ə):«Tövbəni təxirə salmaq aldanmaq və qəflətdir, bu gün-sabah etmək isə çaşqınlıq və məəttəlçilik!»[1101]
    304.Tövbədən daha asan…
    1000.İsa Məsih (ə):«Camaata borclu olmayan kəs, borclu olub borcunu vaxtında qaytaran kəsdən də daha rahat və qəmi azdır. Həmçinin günah etməyən kəs, günah edib hətta səmimi qəlbdən xalis tövbə edən və Allaha tərəf qayıdandan daha rahat və xatircəmdir.»[1102]
    1001.İmam Əli (ə):«Günah etməmək tövbə(nin qəbul olunmasını) istəməkdən daha asandır.»[1103]
    305.Allah-taalanın tövbə edən şəxsin eyblərinin üstünü örtməsi
    1002.İmam Əli (ə):«Kim (Allaha tərəf) qayıtsa Allah da ona (tərəf) qayıdar və onun bədən üzvlərinə və yerin hər bir parçasına onun abrını qorumaq, eyblərinin üstünü örtmək və əməlləri qoruyan mələklərin onun barəsində yazdıqları günahların onların yadlarından çıxarılması əmr edilər.»[1104]
    306.Pis əməllərin yaxşı əməllərə çevrilməsi
    Qur’an:
    «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir.»[1105]
    Hədis:
    1003.İmam Sadiq (ə):«Allah-taala Davud peyğəmbərə (əla nəbiyyina və alihi və əleyhis-səlam) vəhy etdi ki:«Ey Davud! Mömin bəndəm günah etsə və sonra həmin günahdan üz döndərərək tövbə etsə və onu xatırlayan zaman Məndən həya etsə onu bağışlayar, həmin günahı əməlləri qoruyub saxlayan mələklərin yadından çıxarar və onu yaxşılığa çevirərəm. Mənim bu işdən heç bir çəkinəcəyim yoxdur. Çünki Mən mehribanların ən mehribanıyam.»[1106]
    307.Allahın əvəzinə hökm çıxarmaq
    1004.Allahın Peyğəmbəri (s):«Ümmətimdən vay o kəslərə ki, Allahın əvəzinə hökm çıxarırlar. O kəslər ki deyirlər:«Filankəs Cənnətlikdir, filanikəs Cəhənnəmlik.»[1107]
    1005.Allahın Peyğəmbəri (s):«Günlərin birində bir kişi dedi:«Vallah, Allah filankəsi bağışlamayacaq.» Onda Allah-taala buyurdu:«Bu kimdir ki, Mənim filankəsi bağışlamayacağıma and içir? Mən həmin şəxsi bağışladım və ikincinin (saleh) əməlini «Allah filankəsi bağışlamayacaq» dediyinə görə batil və puç etdim.»[1108]
    57 Töhmət
    308.Töhmət
    1006.İmam Sadiq (ə):«Mömin öz (mömin) qardaşına töhmət vuran zaman iman onun qəlbində duz suda əridiyi kimi əriyər.»[1109]
    1007.İmam Sadiq (ə):«Kim öz din qardaşına töhmət vursa, onların arasında hörmət qalmaz.»[1110]
    309.Töhmətə səbəb olan yerlərə getmək qadağandır
    1008.Allahın Peyğəmbəri (s):«Töhmətə ən layiqli şəxs töhmətli adamlarla yoldaşlıq edən kəsdir.»[1111]
    1009.İmam Əli (ə):«Töhmətə səbəb olan və barəsində pis gümanlar edilən məclislər(ə getmək)dən çəkin. Çünki pis dost öz yoldaşını aldadır.»[1112]
    1010.İmam Əli (ə):«Töhmətə səbəb olan yerlərdə dayanan kəs onun barəsində pis gümana düşən şəxsi məzəmmət etməməli, qınamamalıdır.»[1113]
    1011.İmam Əli (ə):«Pis yerlərə get-gəl edən şəxs pis güman və töhmətə məruz qalar.»[1114]
    58 Savab
    310.Savab
    1012.İmam Əli (ə):«Sənin əməlinin savabı əməlin özündən üstündür.»[1115]
    1013.İmam Əli (ə):«Axirətin savab və mükafatı dünyanın əziyyət və çətinliklərini yaddan çıxarır.»[1116]
    1014.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrini öz qəzəb və əzabından saxlamaq və öz Cənnətinə tərəf sövq etmək məqsədi ilə Ona itaət edənlər üçün savab və mükafat, Ona itaətsizlik edənlər üçün isə cəza müəyyənləşdirdi.»[1117]
    1015.İmam Əli (ə):«Əməlin savabı onun əziyyət və zəhməti qədərdir.»[1118]
    311.Ən böyük savab
    1016.İmam Əli (ə):«Ən böyük savab insafın savabıdır.»[1119]
    1017.İmam Əli (ə):«Cihadın savabı ən üstün savabdır.»[1120]
    1018.İmam Əli (ə):«İki şeyin – əfv etmək və ədalətin savabının- ölçülməsi və çəkilməsi qeyri mümkündür.»[1121]
    312.»Filan işin savabı var» eşidən kəs
    1019.İmam Baqir (ə):«Kim Allahın (hansısa) bir əməlin yerinə yetirilməsinə savab verməsini eşitsə və o savabı əldə etmək üçün həmin işi yerinə yetirsə, hədis o eşitdiyi kimi olmasa da, ona həmin savab veriləcəkdir.»[1122]
    59 İnqilab
    313.Şərqdə Mehdinin zühurundan qabaq İslam inqilabının olması
    1020.İmam Əli (ə):«Şərqdə camaat qiyam edəcək və Mehdinin hakimiyyətinə şərait yaradacaq.»[1123]
    1021.Abdullah:«Peyğəmbərin yanında oturmuşduq və Qureyşdən olan bir neçə gənc oradan keçdi. Peyğəmbərin rəngi dəyişdi. Dedik:«Ey Allahın Peyğəmbəri! Biz həmişə sizin üzünüzdə xoşagəlməz və narahatedici bir hal görürük.» Buyurdu:«Biz elə bir ailəyik ki, Allah bizim üçün dünyanın yerinə axirəti seçib. Məndən sonra mənim bu Əhli-Beytim bəla, didərginlik və sürgünə düçar olacaq, o vaxta kimi ki, burdan – əli ilə şərqə işarə etdi – bir qövm qara bayraqlarla qiyam edəcək. Onlar haqqı tələb edərlər, amma haqq, onlara verilməz. Onlar bir daha haqqı tələb edərlər, amma yenə də onlara verməzlər. Sonra döyüş və müqavimətə əl atarlar və nəhayət onların istədiklərini verərlər. Amma onlar onu mənim Əhli-Beytimdən dünyanı azğınlıq və ədalətsizliklə dolduğu kimi ədalətlə dolduran bir kişiyə verənə kimi qəbul etməzlər. Kim həmin qövmü görsə hətta qarın üzərində sürünməklə olsa belə onlara birləşsin.»[1124]
    314.Əcəmlərin inqilabda rolu
    1022.Allahın Peyğəmbəri (s) (ərəblərə xitab edərək) farslar barəsində buyurmuşdur:«Siz Qur’anın nazil olmasının üstündə onlarla vuruşdunuz. Dünya sona çatmamış, onlar da Qur’anın tə’vili üstündə sizinlə vuruşarlar.»[1125]
    1023.Allahın Peyğəmbəri (s):«Mütləq əmr be məruf və nəhy əz münkər edin. Yoxsa Allah əcəmi sizin üstünüzə göndərəcək. Onlar sizin boyunlarınızı vuracaq, qənimətlərinizi yeyəcək və qorxmaz şirlər olacaqlar.»[1126]
    1024.İmam Əli (ə):«Sanki əcəmi Kufə məscidində çadır qurmuş və Qur’anı camaata nazil olduğu kimi öyrədən görürəm.»[1127]
    315.Qum şəhərindən inqilab
    1026.İmam Sadiq (ə) Əffan Bəsriyə buyurmuşdur:«Bilirsən, nə üçün «Qum» deyiblər?» (Əffan deyir ki,) Ərz etdim:«Allah, onun Peyğəmbəri və siz daha yaxşı bilirsiniz.» Buyurdu:«Qumu ona görə Qum adlandırıblar ki, oranın əhalisi Məhəmməd Əhli-Beytinin Qaiminin (salavatullah əleyh) ətrafına toplaşacaq, onunla birgə qiyam edəcək və onun yolunda müqavimət göstərib köməyinə çatacaq.»[1129]
    1027.İmam Kazim (ə):«Qum əhalisindən bir kişi insanları haqqa də‘vət edəcək və onun ətrafına dəmir parçaları tək insanlar toplaşacaq. Tufanlardan titrəməyəcək, vuruşmaqdan usanmayacaq və qorxu-hürkü bilməyəcəklər. Onlar Allaha təvəkkül edərlər və (gözəl) aqibət də pərhizkarlarındır.»[1130]
    1028.Biharul-ənvar:«Şiələrdən biri deyir:«İmam Sadiqin (ə) yanında oturmuşduq və o Həzrət «onlardan birincisinin vaxtı gələndə üstlərinə bəndələrimizdən bir dəstə güclü cəngavərlər göndərdik. Onlar hətta evlərinin içində belə vuruşdular və bu vəd artıq yerinə yetirildi» ayəsini oxudu. Dedik:«Sənə fəda olaq, bunlar kimlərdir?» Üç dəfə buyurdu:«And olsun Allaha, onlar Qum əhlidirlər!»[1131]

    [953] Ənbiya 35
    [954] ət-Tovhid, səh.354, hədis 1
    [955] ət-Tovhid, səh.354, hədis3
    [956] Ali-İmran, ayə 154
    [957] Muhəmməd, ayə 31
    [958] Mulk, ayə 2
    [959] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh6 84
    [960] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.13, səh.156
    [961] Biharul-Ənvar, c.5, səh.218, hədis 12
    [962] Ğurərul-Hikəm, hədis 10394
    [963] Bəqərə, ayə 214
    [964] Biharul-Ənvar, c.67, səh.222, hədis 29
    [965] əl-Kafi, c.2, səh6 252, hədis 1
    [966] Şura, ayə 30
    [967] əl-Dəəvat, səh.123, hədis 304
    [968] Biharul-Ənvar, c.81, səh.174, hədis 11
    [969] Biharul-Ənvar, c.81, səh.176, hədis 14
    [970] Biharul-Ənvar, c.81, səh.195, hədis 52
    [971] Camiul-Əxbar, səh.310, hədis 855
    [972] əl-Kafi, c.2, səh.255, hədis 17
    [973] Camiul-Əxbar, səh.313, hədis 870
    [974] Biharul-Ənvar, c.78, səh.255, hədis 17
    [975] Ə’raf, ayə 130
    [976] Yağış istəmək üçün qılınan namaz
    [977] Nəhcül-Bəlağə, xütbə 143
    [978] Biharul-Ənvar, c.67, səh.211, hədis 14
    [979] Biharul-Ənvar, c.67, səh.229, hədis 41
    [980] Biharul-Ənvar, c.67, səh.232,hədis 48
    [981] Biharul-Ənvar, c.81, səh.179, hədis 25
    [982] Ə’lamud-Din, səh.433
    [983] əl-Kafi, c.2, səh.253, hədis 6
    [984] Biharul-Ənvar, c.82, səh.236, hədis 32
    [985] Camiul-Əxbar, səh.314, hədis 874
    [986] Biharul-Ənvar, c.67, səh.236, hədis 54
    [987] Biharul-Ənvar, c.67, səh.222, hədis 29
    [988] Biharul-Ənvar, c.67, səh.242, hədis 82
    [989] Biharul-Ənvar, c.67, səh.212, hədis 16
    [990] əl-Kafi, c.2, səh.257, hədis 23
    [991] Biharul-Ənvar, c.72, səh.331, hədis 14
    [992] Biharul-Ənvar, c.73, səh.383, hədis 8
    [993] Əmali-Tusi, səh.146, hədis 240
    [994] əl-Xisal səh.8, hədis 27
    [995] Tuhəful-Uqul, səh.318
    [996] Biharul-Ənvar, c.78, səh6 12, hədis 70
    [997] Tuhəful-Uqul, səh.357
    [998] Bəqərə, ayə 156
    [999] Biharul-Ənvar, c.77, səh.270, hədis 1
    [1000] Məhcud-Dəəvat, səh.333
    [1001] Biharul-Ənvar, c.71, səh.34, hədis 18
    [1002] Biharul-Ənvar, c.71, səh.34, hədis 15
    [1003] Əhzab, ayə 58
    [1004] Biharul-Ənvar, c.75, səh.194, hədis 5
    [1005] Ğurərul-Hikəm, hədis 10455
    [1006] Biharul-Ənvar, c.78, səh.194, hədis 99
    [1007] Biharul-Ənvar, c.78, səh.160, hədis 21
    [1008] Biharul-Ənvar, c.75, səh.194, hədis 3
    [1009] İki tərəfin bir-birinə nifrin və qarğış etməsi
    [1010] Ali-İmran, ayə 61
    [1011] əl-Kafi, c.2, səh.514, hədis 4
    [1012] Nurus-Səqəleyn, c.1, səh.347, hədis 157
    [1013] Fəth, ayə 10
    [1014] Nəhl, ayə 91
    [1015] Fəth, ayə 18
    [1016] Təfsir Qumi, c.2, səh.315
    [1017] səhih-Müslim, hədis 1760
    [1018] Mumtəhinə, ayə 12
    [1019] Tuhəful-Uqul, səh.457
    [1020] əl-Xisal səh.107, hədis 70
    [1021] Biharul-Ənvar, c.67, səh.186, hədis 7
    [1022] Biharul-Ənvar, c.67, səh.186, hədis 4
    [1023] əl-İrşad, c.1, səh.243
    [1024] Nəhcüs-Səadə, c.1, səh.375
    [1025] əl-İrşad, c.1, səh.260
    [1026] Nisa, ayə 29
    [1027] Vəsailuş-Şiə, c.12, səh.4, hədis 6
    [1028] əl-Kafi, c.5, səh.148, hədis 2
    [1029] əl-Kafi, c.5, səh.148, hədis 1
    [1030] əl-Kafi, c.5, səh.149, hədis 10
    [1031] Biharul-Ənvar, c.103, səh.95, hədis 18
    [1032] Kənzul-Ummal, hədis 9293
    [1033] əl-Kafi, c.5, səh.150, hədis 1
    [1034] Biharul-Ənvar, c.78, səh.54, hədis 100
    [1035] Vəsailuş-Şiə, c.12, səh.283, hədis 4
    [1036] Vəsailuş-Şiə, c.12,səh.287, hədis 4
    [1037] Mütəffifin, ayə 1-3
    [1038] Kənzul-Ummal, hədis 9442
    [1039] əl-Kafi, c.5, səh.159, hədis 1
    [1040] Kənzul-Ummal, hədis 9440
    [1041] Kənzul-Ummal, hədis 9453
    [1042] Vəsailuş-Şiə, c.12, səh.288, hədis 4
    [1043] əl-Xisal səh.245, hədis 103
    [1044] Vəsailuş-Şiə, c.12, səh.335, hədis 2
    [1045] əl-Kafi, c.5, səh.152, hədis 10
    [1046] əl-Kafi, c.5, səh.154, hədis 22
    [1047] Vəsailuş-Şiə, c.12, səh.294, hədis 4
    [1048] Kənzul-Ummal, hədis 9451
    [1049] Kənzul-Ummal, hədis10043
    [1050] Kənzul-Ummal, hədis9216
    [1051] Kənzul-Ummal, hədis9218
    [1052] Biharul-Ənvar, c.75, səh.211, hədis 6
    [1053] əl-Kafi, c.5, səh.162, hədis 2
    [1054] Əmali-Səduq, səh.390, hədis 6
    [1055] Səff, ayə 10, 11
    [1056] Biharul-Ənvar, c.77, səh.106, hədis 1
    [1057] Tənbihul-Xəvatir, c.2, səh.120
    [1058] Biharul-Ənvar, c.69, səh.409, hədis 122
    [1059] Ğurərul-Hikəm, hədis 3076
    [1060] Ğurərul-Hikəm, hədis 3474
    [1061] Ğurərul-Hikəm, hədis 8864
    [1062] Nur, ayə 37
    [1063] Biharul-Ənvar, c.103, səh.100, hədis 40
    [1064] Tuhəful-Uqul, səh.223
    [1065] Ğurərul-Hikəm, hədis 7901
    [1066] Şura, ayə 25
    [1067] Müstədrəkul-Vəsail, c.12, səh.129, hədis 13706
    [1068] Kənzul-Ummal, hədis 10174
    [1069] Ğurərul-Hikəm, hədis 1355
    [1070] Bəqərə, ayə 222
    [1071] Biharul-Ənvar, c.6, səh.21, hədis 15
    [1072] Əd-durrul-Mənsur, c.1, səh.626
    [1073] Kənzul-Ummal, hədis 10165
    [1074] Tovbə, ayə 112
    [1075] Tuhəful-Uqul, səh.20
    [1076] Biharul-Ənvar, c.78, səh.72, hədis 38
    [1077] Biharul-Ənvar, c.94, səh.127, hədis 19
    [1078] Şura, ayə 25
    [1079] Biharul-Ənvar, c.69, səh.410, hədis 124
    [1080] Nisa, ayə 18
    [1081] əl-Kafi, c.2, səh.440, hədis 2
    [1082] əl-Kafi, c.2, səh.440,hədis 3
    [1083] Biharul-Ənvar, c.6,səh.23,hədis 25
    [1084] Kənzul-Ummal, hədis 10301
    [1085] Mustədrəkul-Vəsail, c.12, səh.118, hədis 13674
    [1086] Mustədrəkul-Vəsail, c.12, səh.118, hədis 13674
    [1087] Tovbə, ayə 102
    [1088] Ğurərul-Hikəm, hədis 6334
    [1090] əl-Kafi, c.2, səh.426, hədis 2
    [1091] Maidə, ayə 39
    [1092] Ta-ha, ayə 82
    [1093] Biharul-Ənvar, c.78, səh.81, hədis 74
    [1094] əl-Kafi, c.2, səh.331, hədis 3
    [1095] Biharul-Ənvar, c.77, səh.127, hədis 33
    [1096] Təhrim, ayə 8
    [1097] Kənzul-Ummal, hədis 10302
    [1098] Biharul-Ənvar, c.6, səh.22, hədis 20
    [1099] Biharul-Ənvar, c.77, səh.208, hədis 32
    [1100] Müstədrəkul-Vəsail, c.12, səh.130, hədis 13707
    [1101] Tuhəful-Uqul, səh.456
    [1102] Tuhəful-Uqul, səh.392
    [1103] Biharul-Ənvar, c.73, səh.364, hədis 96
    [1104] Biharul-Ənvar, c.6, səh.28, hədis 32
    [1105] Furqan, ayə 70
    [1106] Biharul-Ənvar, c.6, səh.28, hədis 30
    [1107] Kənzul-Ummal, hədis 7902
    [1108] Vəsailuş-Şiə, c.11, səh.267, hədis 13
    [1109] əl-Kafi, c.2 səh.361, hədis 1
    [1110] əl-Kafi, c.2 səh.361, hədis 2
    [1111] Əmali-Səduq , səh.28, hədis 4
    [1112] Biharul-Ənvar, c.75, səh.90, hədis 2
    [1113] Biharul-Ənvar, c.75, səh.90, hədis 4
    [1114] Biharul-Ənvar, c.75, səh.91, hədis 8
    [1115] Ğurərul-Hikəm, hədis 4688
    [1116] Ğurərul-Hikəm, hədis 4692
    [1117] Nəhcül-Bəlağə, hikmət 368
    [1118] Ğurərul-Hikəm, hədis 4690
    [1119] Ğurərul-Hikəm, hədis 3387
    [1120] Ğurərul-Hikəm, hədis 4695
    [1121] Ğurərul-Hikəm, hədis 5769
    [1122] əl-Kafi, c.2, səh.87, hədis 2
    [1123] Kənzul-Ummal, hədis 38657
    [1124] ət-Təşrif bil-minən, səh.314, hədis 445
    [1125] Biharul-Ənvar, c.67, səh.174, hədis 7
    [1126] ət-Təşrif bil-minən, səh.95, hədis 59
    [1127] əl-Ğeybə, Nömani, səh.318, hədis 5
    [1128] Biharul-Ənvar, c.60, səh.213, hədis 22
    [1129] Biharul-Ənvar, c.60, səh.216, hədis 38
    [1130] Biharul-Ənvar, c.60, səh.216, hədis 37
    [1131] Biharul-Ənvar, c.60, səh.216, hədis 40
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 2244 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024