İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1731
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • shia313114
  • Behruz_84
  • melo
  • turalini
  • Asif
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    70 Camaat
    346.Allahın əli camaatladır
    1114.Allahın Peyğəmbəri (s):«Ey insanlar! Birliyə, bütövlüyə üz tutun və parçalanmaqdan çəkinin.»[1234]
    1115.Allahın Peyğəmbəri (s):«Allahın əli toplumun başı üzərindədir. Toplumdan bir nəfər ayrılanda şeytan onu canavar sürüdən ayrılmış qoyunu oğurladığı kimi oğurlayar.»[1235]
    1116.Allahın Peyğəmbəri (s):«Allahın əli camaatladır.»[1236]
    1117.Allahın Peyğəmbəri (s):«Camaat və birlik rəhmət, təfriqə və parçalanma isə əzabdır.»[1237]
    347.Camaatın mənası
    1118.Allahın Peyğəmbəri (s) («Sənin ümmətinin camaatı nədir?» sualının cavabında): «Hətta on nəfər olmuş olsalar belə, haqq olanlar»[1238]
    1119.İmam Əli (ə) («Sünnə, bidət, camaat və təfriqə»nin mənası barədə sualın cavabında): «And olsun Allaha, sünnə həmin Məhəmmədin sünnəsi, bidət ona zidd olan şeydir. And olsun Allaha, camaat hətta az olsalar belə haqq əhli ilə birlikdə olmaq, təfriqə isə hətta çox olsalar belə batil əhli ilə əlbir olmaqdır.»[1239]
    71 Cümə
    348.Cümə günü
    Qur’an:
    «And olsun şəhadət verənə və şəhadət verilənə.»[1240]
    Hədis:
    1120.Allahın Peyğəmbəri (s):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.»[1241]
    1121.İmam Əli (ə):«Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.»[1242]
    1122.İmam Baqir (ə):« Həm xeyir, həm də şər cümə günü ikiqat artar.»[1243]
    1123.İmam Baqir (ə):«Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür.[1244]
    1124.İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.»[1245]
    349.Cümə qüsulu
    1125.Allahın Peyğəmbəri (s):«Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.»[1246]
    72 Gözəllik
    350.Allah gözəldir və gözəlliyi sevir
    Qur’an:
    «De: Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur? De: Bunlar, dünyada iman gətirən üçündür, Qiyamət günündə isə yalnız möminlərə məxsusdur.»[1247]
    Hədis:
    1126.Allahın Peyğəmbəri (s):«Allah-taala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. O, yoxsulluğa və özünü yoxsul göstərməyə nifrət edir.»[1248]
    1127.Allahın Peyğəmbəri (s):«Allah-taala möminin öz qardaşlarının yanına səliqəli və bəzənmiş halda getməsini sevir.»[1249]
    1128.Allahın Peyğəmbəri (s):«Sizin hər biriniz bığ və burnunun tükünü bir az qısaltmalı və özünə baxmalıdır. Çünki, bu işlər gözəlliyi daha da artırır.»[1250]
    1129.İmam Sadiq (ə):«Gözəl paltar geyin. Çünki Allah gözəldir və gözəlliyi sevir. Amma, gərək halaldan olsun.»[1251]
    351.Gözəl üz
    1130.Allahın Peyğəmbəri (s):«Gözəlliyin bəlası qürurdur.»[1252]
    1131.Allahın Peyğəmbəri (s):«Mömin kişiyə verilmiş ən yaxşı şey gözəl əxlaqdır. İnsana verilmiş ən pis şey isə gözəl üzdə pis qəlbin olmasıdır.»[1253]
    1132.Allahın Peyğəmbəri (s):«Xeyir və yaxşılığı üzü gözəl olanlarda axtarın. Çünki,onların etdikləri gözəllikdə daha gözəldir.»[1254]
    1133.İmam Əli (ə):«Möminin üzünün gözəlliyi Allahın ona olan hüsn-rəğbətindəndir.»[1255]
    352.Saça dəyər vermək
    1134.Allahın Peyğəmbəri (s):«Gözəl saç ilahi örtükdür. Buna görə, də onu qiymətləndirin.»[1256]
    1135.Allahın Peyğəmbəri (s):«Saçını uzadan ona yaxşı qulluq etməlidir, əks halda onu qısaltsın.»[1257]
    353.Batini gözəllik
    1136.Allahın Peyğəmbəri (s):«Gözəllik dildədir.»[1258]
    1137.Allahın Peyğəmbəri (s):«Ağıldan gözəl gözəllik yoxdur.»[1259]
    1138.Allahın Peyğəmbəri (s):«Sağlamlıqdan gözəl paltar yoxdur.»[1260]
    1139.İmam Əli (ə):«Allah-taala qadının çöhrəsini (və gözəlliyini) onun üzündə, kişinin çöhrəsini (və gözəlliyini) isə onun dilində qoyub.»[1261]
    1140.İmam Əskəri (ə):«Üzün gözəlliyi zahirin gözəlliyi, ağlın gözəlliyi isə batinin gözəlliyidir.»[1262]
    73 Cənabət
    354.Cənabət
    Qur’an:
    «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəkləriniz də daxil olmaqla yuyun, başınızı və ayaqlarınızı topuqlarınıza qədər məsh edin. Əgər cünub olsanız (cinsi əlaqədə olmuşsunuzsa,) özünüzü pak edin.»[1263]
    Hədis:
    1141.İmam Əli (ə):«Müsəlman cünub halında yatmaz və yatağına yalnız pak gedər. Əgər su tapmasa torpaqla təyəmmüm etsin.»[1264]
    1142.İmam Baqir (ə):«Cənabətli şəxs bir şey yemək və içmək istəsə əl-üzünü yusun, ağzını su ilə yaxalasın, sonra yeyib-içsin.»[1265]
    74 Ordu
    355.Ordu
    1143.İmam Əlinin (ə) Malik Əştəri Misirə hakim təyin etdiyi fərmanından: «Ordu Allahın izni ilə xalqın qalası, valilərin zinəti, dinin qüdrət və izzət mənbəyi, əmin-amanlıq vasitəsidir. Xalq yalnız ordu mövcud olduqda öz ayağı üstə dayanar.»[1266]
    1144.İmam Əlinin (ə) həmin fərmanından: «Səninçün ordu başçılarının ən seçilmişi o şəxs olmalıdır ki, başqalarına əl tutsun, özlərini və qoyub gəldikləri ailələrini yaxşı təmin etmələri, nəticədə hamılıqla cihadda və düşmənlə mübarizədə yekdil olmaları üçün əlində olanı onlara versin. Çünki, sənin onlarla mehriban olmağın onların qəlblərini sənə qarşı mehriban edər..…Onların arzularını yerinə yetir, onları həmişə tərifləyərək qiymətləndir, çətinlik çəkənlərin zəhmətlərini qeyd et. Yaxşı işlərini çox xatırlamaq Allahın istəyi ilə igidlərini qaldıracaq və iradəsi süst olan qorxaqları təşviq edəcəkdir.»[1267]
    1145.İmam Əli (ə):«Öz ordusuna kömək etməkdən əl çəkən şəxs düşmənlərinə kömək edib.»[1268]
    1146.İmam Əli (ə):«Ordunun bəlası başçılara itaətsizlikdir.»[1269]
    356.Allahın orduları
    Qur’an:
    «Göylərdəki və yerdəki ordular Allaha məxsusdur. Allah bilən və hikmət sahibidir.»[1270]
    «Rəbbinin ordularını özündən başqası bilməz.»[1271]
    «Əgər siz Peyğəmbərə kömək etmirsinizsə, ona mütləq Allah kömək etmişdir……O vaxt Allah ona bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz ordularla gücləndirmişdi.»[1272]
    75 Cənnət
    357. Cənnət
    Qur’an:
    «Rəbbiniz tərəfindən bağışlanmanıza, genişliyi səmalar və yer qədər olan və təqvalılar üçün hazırlanmış Cənnətə tələsin.»[1273]
    Hədis:
    1147.İmam Əli (ə):«Bilin! Mən Cənnət kimi elə bir yer görmədim ki, onu axtaran yuxuya dalsın və Cəhənnəm kimisini də görmədim ki, ondan qaçan yuxuya gedib uyusun.»[1274]
    1148. İmam Əli (ə):«Cənnət ən üstün məramdır.»[1275]
    1149. İmam Əli (ə):«Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır.»[1276]
    358. Sizin canlarınızın Cənnətdən başqa qiyməti yoxdur.
    Qur’an:
    «Həqiqətən, Allah-taala möminlərin canlarını və mallarını (satın) aldı ki, (əvəzində) onlara Cənnət nəsib olsun.» [1277]
    Hədis:
    1150. İmam Əli (ə):«Həqiqətən sizin canlarınızın qiyməti (dəyəri) Cənnətdən başqa bir şey deyil: Onu Cənnətdən başqa heç nəyə satmayın.»[1278]
    359. Cənnətin qiyməti
    1151. İmam Əli (ə):«Cənnətin qiyməti saleh və yaxşı əməldir»[1279]
    1152. İmam Əli (ə):«Cənnətin qiyməti qəlbdən dünya məhəbbətini silməkdir.»[1280]
    1153. İmam Sadiq (ə):«Cənnətin qiyməti «la ilahə illallah» sözüdür.»[1281]
    360. Cənnətə daxil olmağın şərtləri.
    Qur’an:
    «Əgər mömin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın çərdəyi qədər də zülm edilməyəcək.»[1282]
    «Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik.»[1283]
    Hədis:
    1154. Allahın Peyğəmbəri (s):«Ümmətim daha çox iki şeyə görə Cənnətə daxil olacaq: ilahi təqva və gözəl əxlaq.» [1284]
    1155. Allahın Peyğəmbəri (s):«Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs.»[1285]
    1156. Allahın Peyğəmbəri (s):«Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?» Ərz etdilər: «Bəli, ey Allahın Rəsulu.» Peyğəmbər buyurdu:«Arzularınızı qısaldın, ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin.»[1286]
    1157. Allahın Peyğəmbəri (s):«Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar.»[1287]
    1158. İmam Sadiq (ə):«Üç əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-taala Cənnəti ona vacib edər: kasıb vaxtında ehsan etmək, hamı ilə gözəl rəftar etmək, insaflı olmaq.»[1288]
    361. Cənnət çətinliklərlə bürünübdür.
    Qur’an:
    «Elə düşünürsünüz ki, Allah-taala sizin aranızdan cihad edən və dözümlü olanları məlum etməmiş Cənnətə daxil olacaqsınız?»[1289]
    Hədis:
    1159. İmam Əli (ə):«Cənnət çətinliklər və məhrumiyyətlərlə qazanılır.»[1290]
    1160. İman Bağır (ə):«Cənnət çətinliklər və səbrlə əhatə olunub. Dünyada çətinliklərə səbr edən Cənnətə daxil olar. Cəhənnəm ləzzətlər və nəfsin istəklərinin əhatəsindədir, ləzzətlərin və nəfsin istəklərinin ardınca gedən Cəhənnəmə gedər.»[1291]
    1161. İmam Rza (ə):«Cənnəti istəyən və eyni halda çətinliklərə səbr etməyən hər kəs sözsüz ki, özünü ələ salmışdır.»[1292]
    362. Cənnət onlara vacib olan kəslər.
    1162. Peyğəmbər (s):«Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm.» [1293]
    1163. Allahın Peyğəmbəri (s):«Mənim üçün altı şeyi öhdənizə alın, sizin Cənnətə daxil olmağınızı öhdəmə götürüm. Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi (harama) baxmaqdan çəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın.» [1294]
    363. Cənnət onlara haram olan kəslər.
    Qur’an:
    «Həqiqətən, Allaha şərik qoşana Allah-taala Cənnəti haram etmişdir və onun yeri Cəhənnəmdir.»[1295]
    Hədis:
    1164. Allahın Peyğəmbəri (s):«Üç şəxsə Cənnət haramdır: (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə.»[1296]
    1165. Allahın Peyğəmbəri (s):«Hiyləgər və xəyanətkar Cənnətə daxil olmaz.»[1297]
    1166. Allahın Peyğəmbəri (s):«Xalqa rəhbər olan kimsə xalqa xəyanət edib hiylə işlədərsə Allah-taala Cənnəti ona haram edər»[1298].
    364. Cənnətin qapıları.
    Qur’an:
    «Qapıları onların üzünə açıq olan əbədi Cənnətlər.»[1299]
    Hədis:
    1167. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cənnətin qapıları qılıncların kölgəsindədir.»[1300]
    1168. İmam Əli (ə):«Cənnətin səkkiz qapısı var; bir qapısından peyğəmbərlər və siddiqlər (haqq sözü danışanlar), digərindən şəhidlər və əməli saleh insanlar daxil olacaq. Digər beş qapıdan isə bizim şiələr və bizi sevənlər, qalan bir qapıdan Allahın vahidliyinə şəhadət verən və qəlblərində biz Əhli-Beytə qarşı zərrə qədər düşmənçiliyi olmayan müsəlmanlar Cənnətə keçəcəklər.» [1301]
    365. Cənnətin dərəcələri.
    Qur’an:
    «Onun yanına imanla gələn və xeyir əməllər görənlər ali dərəcələrə sahibdir.»[1302]
    Hədis:
    1169. Allahın Peyğəmbəri (s):«Cənnətdə elə bir dərəcə və məqam var ki, ona yalnız ədalətli rəhbər, qohumları ilə çox əlaqə saxlayan (sileyi-rəhm edən) və səbrli böyük ailə sahibi yetişəcək.»[1303]
    1170. İmam Əli (ə) Cənnəti vəsf edərək buyurub : «Cənnətin bir-birindən üstün dərəcələri və bir-birindən fərqlənən mənzilləri var.»[1304]
    1171. İmam Əli (ə):«Bizim şiələrin mənzilləri Cənnət əhlinə sizin səmada gördüyünüz ulduzlar kimi görünəcək.»[1305]
    1172. İmam Səccad (ə):«Həmişə Qur‘an oxu, çünki, Allah-taala Cənnəti yaratdı və Qur‘anın ayələri qədər ona dərəcələr verdi. Hər kim Qur‘an oxuyarsa, Qur‘an ona deyər:«Oxu və yuxarı qalx.» Bu şəxslər Cənnətə daxil olanda yalnız peyğəmbərlər və siddiqlər onlardan ali mərtəbədə olar.»[1306]
    1173. İmam Sadiq (ə):«Cənnət əhlindən (imkan cəhətdən) ən aşağı səviyyədə olan şəxsin vəziyyəti elədir ki, əgər bütün insanlar və cinlər onun qonağı olub, süfrəsindən yeyib-içsələr verdiyi təamdan heç nə azalmaz.»[1307]
    366. Cənnətə daxil olan birinci şəxs.
    1174. Allahın Peyğəmbəri (s):«Allahın yaratdıqlarından Cənnətə hamıdan əvvəl daxil olanlar yoxsullardır.»[1308]
    1175. Allahın Peyğəmbəri (s):«Cənnətə daxil olan birinci şəxs şəhid və öz Rəbbinə yaxşı (ixlasla) ibadət edən kimsədir.»[1309]
    1176. Allahın Peyğəmbəri (s):«Cənnətə daxil olan ilk dörd nəfər mən, sən, Həsən və Hüseyndir.»[1310]
    1177. İmam Baqir (ə):«Cənnət əhli arasında Cənnətə birinci daxil olanlar xeyir əməl sahibləridır.»[1311]
    367. Cənnət əhli.
    1178. Allahın Peyğəmbəri (s):«Sizə Cənnət əhlindən xəbər verimmi? (Cənnət əhli həmən) Məğlubiyyətə uğrayan acizlərdir.»[1312]
    1179. Allahın Peyğəmbəri (s):«Cənnət əhlinin bədənlərinin tükü az, üzləri tüksüz və gözlərinə sürmə çəkilmişdir. Cavanlıqları heç vaxt aradan getmir, paltarları heç vaxt köhnəlmir.»[1313]
    1180. İmam Əli (ə):«Həqiqətən, hər bir sakit təbiətli, vüqarlı və xoş xasiyyətli mömin Cənnət əhlidir.»[1314]
    368. Cənnətin geniş olması.
    1181. Allahın Peyğəmbəri (s):«Dəvə öz sahibindən qaçdığı kimi, Allahın itaətindən qaçanlardan başqa, hamınız Cənnətə daxil olacaqsınız.»[1315]
    1182. İmam Səccad (ə):«Ey bizim şiələrimiz, Cənnət gec, ya tez mütləq sizə nəsib olacaq, amma onun dərəcələrinə yetişmək üçün bir-birinizlə yarışın.»[1316]
    76 Divanəlik
    369. Divanəliyin növləri.
    1183. Allahın Peyğəmbəri (s):«Gənclik divanəliyin bir budağıdır.»[1317]
    1184. İmam Əli (ə):«Əsəbilik divanəliyin bir növüdür, çünki əsəbi adam peşman olar. Əgər peşman olmursa divanəliyi yerindədir.»[1318]
    1185. İmam Sadiq (ə):«Verilən sualların hamısına cavab verən şəxs divanədir.»[1319]
    370. Həqiqi divanə.
    1186. Mişkatul-Ənvar kitabından:«Peyğəmbər (s) bir ruhi xəstənin yanından keçərkən soruşur:«Ona nə olub?» Dedilər ki, divanədir. Peyğəmbər (s):«Xeyr! Ona müsibət üz verib, divanə dünyanı axirətdən üstün tutandır.»[1320]
    1187. Həmin kitabdan:«Peyğəmbər (s) səhabələrlə oturmuşdu və bir kişi onların yanından keçib getdi. Səhabələrdən biri dedi:«Bu kişi divanədir» Həzrət (s) buyurdu: «Xeyr, ona müsibət üz veribdir. Divanə, öz gəncliyini Allahdan qeyrisinə itaətdə hədər edən kişi və ya qadındır.»[1321]
    1188. Cabir ibn Əbdullah Ənsari:«Peyğəmbər (s) epilepsiyaya tutulmuş bir kişi ilə qarşılaşdıqda… buyurdu:«Bu divanə deyil. Sizə həqiqi divanədən xəbər verimmi?»… Buyurdu:«Həqiqi divanə təkəbbürlə yol gedən və özündən razı halda çiyinlərini tərpədəndir, (qürur və təkəbbürə işarədir). O divanə, bu isə xəstədir.»[1322]
    77 Cihad (1)
    Kiçik cihad. (Cihadi əsğər)
    371. Cihad.
    Qur’an:
    «Ey Peyğəmbər! Kafirlər və münafiqlərlə cihad et. Onlara qarşı amansız ol. Onların yeri Cəhənnəmdir və necə də pis aqibətdir.» [1323]
    «De: «Əgər sizin atalarınız və övladlarınız…. sizinçün Allahdan, peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, onda Allahın əmri gəlincəyə qədər ləngiyin. Allah fasiqləri doğru yola yönəltməz.»[1324]
    Hədis:
    1189. Allahın Peyğəmbəri (s):«Cihad etməyən və ya cihad arzusunda olmadan bu dünyadan köçən şəxs müəyyən mənada münafiq hökmündə ölmüşdür.» [1325]
    1190. Mustədrikul-vəsail kitabından:«Bir kişi Allaha ibadət etmək üçün dağa çıxır, ailəsi isə onu peyğəmbərin (s) yanına gətirir. Peyğəmbər bu işi ona qadağan edib buyurur:«Əgər müsəlman cihad meydanında bir gün səbr edərsə, bu onunçün qırx il ibadətdən daha yaxşıdır.»[1326]
    1191. İmam Əli (ə):«Cihad Allah-taalanın özünün məxsus övliyaları üçün açdığı Cənnət qapılarından biridir. Cihad təqva libası, Allahın möhkəm zirehi və Onun yenilməz qalxanıdır.»[1327]
    1192. İmam Əli (ə):«Cihad dinin sütunu və xoşbəxt insanların işıqlı yoludur.»[1328]
    1193. İmam Əli (ə):«Allah-taala cihadı vacib etdi. Ona əzəmət verib qələbə rəmzi və özünə yavər etdi. Allaha and olsun, dünyanın və dinin işi cihaddan başqa heç bir şeylə düzəlməz.» [1329]
    1194. İmam Əli (ə):«Cihad İslamdan sonra ən şərəfli əməldir. Cihad dinin davamlılığının mayasıdır. Cihadın izzət və güc-qüdrət gətirməklə yanaşı böyük əcri də var. Cihad yürüş etməkdir. Onda yaxşılıqlar və savab da var, şəhadətə çatdıqdan sonra gələn Cənnət müjdəsi də.» [1330]
    1195. İmam Sadiq (ə):«Cihad vacib əməllərdən sonra ən üstün işdir.»[1331]
    372. Mücahid
    Qur’an:
    «Heç bir əziyyət və zərər çəkmədən cihaddan boyun qaçıran möminlər, Allah yolunda cihad edənlərlə bərabər deyillər.» [1332]
    Hədis:
    1196. Allahın Peyğəmbəri (s):«Bütün bəndələrin əməlləri Allah yolunda (cihad edən) mücahidlərin yanında dimdiyində dəryadan bir qədər su götürən qaranquşa bənzər.» [1333]
    1197. Allahın Peyğəmbəri (s):«Qılınclar Cənnətin açarlarıdır.»[1334]
    1198. İmam Əli (ə):«Səmanın qapıları mücahidlərin üzünə açıqdır.» [1335]
    373. Mücahidlərə kömək etmək və onları incitməyin məzəmməti.
    1199. Allahın Peyğəmbəri (s):«Döyüşçünü bir iynə və ya sapla təchiz edən şəxsin Allah-taala keçmiş və gələcək günahlarını bağışlar.»[1336]
    1200. Allahın Peyğəmbəri (s):«Döyüşçünün məktubunu mənzil başına çatdıran hər kəs bir qulu azad etmiş insan və döyüşçünün cihadının «savab» qapısında onun şəriki mislindədir.»[1337]
    1201. Allahın Peyğəmbəri (s):«Allah yolunda cihad edən mücahidləri incitməyin. Çünki, Allah-taala peyğəmbərlərə görə qəzəbləndiyi kimi, onlara görə də qəzəblənər. Peyğəmbərlərin dualarını qəbul etdiyi kimi onların da dualarını qəbul edər.»[1338]
    374. Əl, dil və qəlblə cihad əmri vermək.
    1202. Allahın Peyğəmbəri (s):«Kişinin belinə sarılmış qılıncla qıldığı namaz, qılıncsız qıldığı namazdan yeddi yüz dəfə üstündür.»[1339]
    1203. İmam Əli (ə):«Allah yolunda əllərinizlə cihad edin. Əgər bunu bacarmasanız, dillərinizlə cihad edin. Bunu da bacarmasınız qəlblərinizlə cihad edin.»[1340]
    1204. İmam Əli (ə):«Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm, mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad edin.»[1341]
    375. Cihadı tərk etmək.
    1205. Allahın Peyğəmbəri (s):«Allah-taala cihadı tərk edən şəxsin nəfsinə (canına) zillət libası geyindirər, həyatına yoxsulluğ gətirər və dinini yox edər. Allah-taala ümmətimin izzətini və qüdrətini atların nalları altında və nizələrin ucunda qərar vermişdir.»[1342]
    376. Cihadın növləri.
    1206. İmam Əli (ə):«Cihad dörd hissəyə bölünür: əmr be məruf (yaxşı işlərə də‘vət); nəhy əz munkər (pis işlərdən çəkindirmək); döyüş meydanında mətanətli və dözümlü olmaq; günah edənlərlə mübarizə aparmaq.»[1343]
    377. Sərhədlərin mühafizəsi.
    Qur’an:
    «Ey peyğəmbər! Kafirlərlə və münafiqlərlə cihad et və onlarla sərt davran. Onların yeri Cəhənnəmdir və bu necə də pis aqibətdir.»[1344]
    «Ey iman gətirənlər! Səbrli olun və başqalarını səbrli olmağa çağırın, döyüşlərdə müqavimət, şücaət göstərin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız.» [1345]
    Hədis:
    1207. Allahın Peyğəmbəri (s):«Allah yolunda bir gün sərhəddi qorumaq, dünyadan və onda olan bütün şeylərdən yaxşıdır.» [1346]
    1208. Allahın Peyğəmbəri (s):«Ölümdən sonra hər bir əməl öz sahibini tərk edər, yalnız Allah yolunda sərhəddi qoruyan kimsənin əməlindən başqa. Onun əməli böyüyər və Qiyamət gününədək ruzisi verilər.» [1347]
    378. Keşik çəkməyin fəziləti.
    1209. Allahın Peyğəmbəri (s):«Allah yolunda bir gecə keşik çəkmək min gecə-gündüz gecələri ibadət və gündüzləri oruc tutmaqla keçirməkdən üstündür.»[1348]
    1210. Allahın Peyğəmbəri (s):«İki göz Cəhənnəm odu görməyəcək: Allah xofundan ağlayan göz və Allah yolunda gecə vaxtı keşik çəkən göz.»[1349]
    78 Cihad (2)

    Böyük cihad. Cihadi-əkbər
    379. Cihadın növləri.
    Peyğəmbər (s) buyurmuşdur ki, sünnəsi və yaxşılıq qanununu bərqərar edən şəxsin mükafatını o Həzrətin (s) özü verəcəkdir. Bu sünnəyə əməl edənlərin özlərinin savabından heç bir şey əskilməyəcəyi halda həmin şəxs Qiyamət gününədək bu sünnəyə əməl edənlərin savabından faydalanacaq.»[1350]
    1212. İmam Əli (ə):«Qadının cihadı ərinə yaxşı qulluq etməkdir.»[1351]
    380. Nəfs ilə cihada həvəsləndirmək
    1213. Allahın Peyğəmbəri (s):«Mücahid – Allaha xatir öz nəfsi ilə cihad edəndir.»[1352]
    1214. İmam Əli (ə):«Nəfsə qarşı cihad Cənnətin mehriyyəsidir.»[1353]
    1215. İmam Əli (ə):«Nəfsi istəklərin baş qaldıranda nəfsini cilovla və şübhələr yaranarkən nəfsini Allahın kitabına tərəf yönəlt.» [1354]
    1216. İmam Kazim (ə):«Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir.»[1355]
    381. Böyük cihad (cihadi-əkbər).
    1217. İmam Əli (ə):«Peyğəmbər (s) qoşunu müharibəyə göndərir. Qoşun müharibədən qayıdanda o Həzrət (s) :«Xoş gəldin deyirəm, cihadi-əsğəri (kiçik cihadı) yerinə yetirənlərə. Ancaq, böyük cihad hələ də onların öhdəsində qalmaqdadır.» Ərz edirlər:«Ey Allahın Rəsulu, böyük cihad nədir?» Həzrət (s) buyurdu:«Nəfsə qarşı cihaddır.» İmam (ə):«Ən üstün cihad, insanın iki yanının ortasında gizlənmiş nəfsi ilə cihaddır.»[1356]
    1218. İmam Əli (ə):«Ən üstün cihad nəfsani istəklərlə mübarizə və nəfsi dünya ləzzətlərindən çəkindirməkdir.»[1357]
    1219. İmam Baqir (ə):«Cihad kimi (böyük) fəzilət, nəfsin istəklərilə mübarizə kimi cihad yoxdur.» [1358]
    382. Nəfslə mübarizənin üsulu.
    1220. İmam Əli (ə):«İnsan öz düşməni ilə mübarizə apardığı kimi, sən də öz nəfsinlə mübarizə apar və rəqib öz rəqibinə qalib gəldiyi tək, sən də öz nəfsinə qalib gəl. Çünki, insanların ən güclüsü öz nəfsinə qalib gələnidir.»[1359]
    1221. İmam Əli (ə):«Nəfsinizlə amansız döyüşərək onun cilovunu öz əlinizə alın.»[1360]
    383. Mübarizənin səmərəsi.
    1222. Allahın Peyğəmbəri (s):«Mübarizə ilə pis adətlərə qalib gəlmək olar.»[1361]
    1223. Allahın Peyğəmbəri (s):«Öz nəfsani istəklərinizlə mübarizə aparın ki, qəlblərinizi hikmət bürüsün.»[1362]
    1224. Allahın Peyğəmbəri (s):«Az yemək və içməklə öz nəfsinizlə cihada çıxın ki, mələklər başlarınız üzərinə kölgə salsın və şeytan sizdən qaçsın.»[1363]
    1225. İmam Əli (ə):«Öz nəfsi istəklərinlə döyüş, qəzəbinə üstün gəl və nəfsin paklaşana qədər özünün pis adətlərinə qarşı çıx ki, əqlin kamala yetişsin və Rəbbinin mükafatından tam faydalana biləsən.»[1364]
    1226. İmam Əli (ə):«Nəfslə döyüş və nəfsi saxlamaq dərəcələri (mənəvi məqamları) yüksəldər, yaxşılıqları ikiqat artırar.»[1365]
    1227. İmam Əli (ə):«Nəfs mübarizə ilə islah olunar.»[1366]
    79 Cihad (3)
    384. Allaha itaətdə çalışqanlıq.
    1228. İmam Əli (ə):«Həmişə çalışqan, zəhmətkeş və hazır olun.»[1367]
    1229. İmam Əli (ə):«Allahın itaətinə yalnız səy göstərmək və var gücü ilə çalışmaqla nail olmaq olar.»[1368]
    1230. İmam Sadiq (ə):«Bilin ki, Allahla bəndələr arasında, onların (bəndələrin) itaətindən başqa heç şey, nə müqərrəb (Allah dərgahına yaxın olan) mələk, nə də mürsəl peyğəmbər vasitə ola bilməz. Buna görə, Allaha itaət etməyə çalışın.»[1369]
    385. Ən çalışqan insanlar
    1231. Allahın Peyğəmbəri (s):«Ən çalışqan insanlar günahları tərk edən insanlardır.» [1370]
    1232. Allahın Peyğəmbəri (s):«Ən üstün cihad budur ki, insan sübhü heç kəsə zülm etməmək niyyəti ilə açsın.»[1371]
    1233. İmam Baqir (ə) «Mən əməlimdə zəif bir insanam, az namaz qılıb oruc tutsam da, çalışıram ki, ancaq halal yemək yeyim və yalnız halalımla (cinsi) yaxınlıq edim» deyən şəxsin cavabında buyurub: «Qarnını və ayıb yerini qorumaqdan üstün cihad nə ola bilər?!»[1372]
    80 Nadanlıq
    386. Nadanlıq.
    1234. İmam Əli (ə):«Nadanlıq ən böyük dərddir.»[1373]
    1235. İmam Əli (ə):«Nadanlıq dirilərin ölümü və bədbəxtliyin əbədiyyətidir.»[1374]
    1236. İmam Əli (ə):«Nadanlıq hər şeyi puç edər.»[1375]
    1237. İmam Əli (ə):«Nadanlıq bütün pisliklərin köküdür.»[1376]
    1238. İmam Əli (ə):«Hərislik, qarınqululuq və simiclik cahilliyin nəticəsidir.»[1377]
    1239. İmam Əskəri (ə):«Nadanlıq insanın düşmənidir.»[1378]
    387. Nadan.
    1240. Allahın Peyğəmbəri (s):«Allaha itaətsizlik edən kəs, xoşsifət və mənsəb sahibi olsa belə, nadandır.»[1379]
    1241. Allahın Peyğəmbəri (s):«Nadanın xüsusiyyətləri bunlardır: Onunla münasibətdə olan hər insana zülm edər, əlinin altında olanlara əl qaldırar, özündən yüksəkdə olanlara qarşı itaətsizlik edər, düşünmədən söz danışar.» [1380]
    1242. İmam Əli (ə):«Nadanın öz eyb və nöqsanından xəbəri olmaz, xeyrini istəyənin nəsihətini isə qəbul etməz.»[1381]
    1243. İmam Əli (ə):«Nadan zahirən diri olsa da, ölüdür.»[1382]
    1244. İmam Əli (ə):«Nadan öz nəfsi istəklərinə və batil düşüncələrinə aldanan kimsədir.»[1383]
    1245. İmam Əli (ə):«Elə bir cahil tapmazsan ki, öz işlərində ifrata, ya yüngüllüyə varmasın.»[1384]
    1246. İmam Əli (ə):«Həqiqətən, nadan o kəsdir ki, nəfsi istəkləri onu özünə qul etmişdir.»[1385]
    1247. İmam Əli (ə):«Nadan öz nəfsinin quludur.» [1386]
    1248. İmam Əli (ə):«Nadanın işi ziyana, elmi isə azğınlığa səbəb olar.»[1387]
    1249. İmam Əli (ə):«Nadan, məlumatı olmadığı bir şeydə özünü alim hesab edəndir. O, hər məsələdə öz rə‘yi və nəzəri ilə kifayətlənər. Daim alimlərdən uzaq gəzər, onların eybindən danışar və onlara irad tutar. Öz əleyhdarlarının səhv yolda olduqlarını düşünər və başa düşmədiyi şeyi batil hesab edər. Qarşısına çıxan bir mətləbdən anlayışı olmayanda onu inkar edər, yalan hesab edər və öz nadanlığı ucbatından deyər:«Mən belə bir şey tanımıram və güman etmirəm ki, belə bir şey ola bilər. Haradadır həmin şey?» Öz nəzərinə və rəyinə arxalanar, halbuki öz nadanlığından xəbəri yoxdur! Nadanlığına görə daim öz cahilliyindən bəhrələnərək, haqqı inkar edər. Nadanlıqdan səfil qalaraq bilik qazanmaq əvəzinə təkəbbür göstərər.»[1388]
    1250. İmam Sadiq (ə):«Nadanın xasiyyətlərindən biri də budur ki, mətləbə axıradək qulaq asmamış cavab verər, öz həmsöhbətinin məqsədini başa düşməmiş ona e‘tirazını bildirər və (mətləbi) dərk etməmiş hökm verər.»[1389]
    1251. İmam Hadi (ə):«Nadan öz dilinin əsiridir.»[1390]
    388. Ən nadan insan.
    1252. İmam Əli (ə):«Ən nadan insan odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək, pisi yaxşı və xeyirxahı düşmən kimi qələmə verən zaman onun sözlərinə aldana.»[1391]
    1253. İmam Əli (ə):«Nadanlığın zirvəsi insanın öz nadanlığı ilə fəxr etməsidir.»[1392]
    1254. İmam Əli (ə):«Ən böyük nadanlıq insanın öz məqam və şənindən agah olmamasıdır.» [1393]
    389. Nadanlıq üçün bu yetər
    1255. İmam Əli (ə):«Ona qadağan edilmiş işi yerinə yetirməsi insana nadanlıq üçün kifayətdir.»[1394]
    1256. İmam Əli (ə):«Sənin nadanlığın üçün öz biliyinlə fəxr etməyin yetər.»[1395]
    1257. İmam Əli (ə):«İnsanın nadanlığından ötrü öz hədd və imkanını bilməməsi bəs edər.»[1396]
    1258. İmam Əli (ə):«Hər bildiyin şeyi danışma, bu nadanlığın nişanəsidir.»[1397]
    1259. İmam Sadiq (ə):«Alimlik üçün Allahdan qorxmağın kifayət edər, nadanlıq üçünsə Allahın əzabından qafil olmağın kifayət edər.»[1398]
    390. Nadanlığın mənası.
    1260. Allahın Peyğəmbəri (s):«Hər bildiyin şeyi bəyan etmək nadanlıqdandır.»[1399]
    1261. İmam Əli (ə):«Dünyadan gördüyün bu qədər əziyyətlərə rəğmən qəlbini dünyaya bağlamağın nadanlıqdır.» [1400]
    1262. İmam Əli (ə):«Mümkün olmayan bir şeyi arzulamaq nadanlıqdır.»[1401]
    1263. İmam Həsən (ə) nadanlığın izahı haqda atasının sualına cavabında buyurub: «Nadanlıq, yetişməmiş fürsətin üstünə cummaq və cavab verməkdən imtina etməkdir.»[1402]
    1264. İmam Sadiq (ə):«Nadanlıq üç şeydədir: dostu dəyişməkdə, dəlil-sübut olmadan e‘tiraz etməkdə, əhəmiyyətsiz şeylər barədə sorğu və araşdırmaqda.»[1403]
    1265. İmam Əskəri (ə):«Təəccüblənmədən gülmək nadanlığın nişanəsidir.»[1404]
    391. İnsan bilmədiyi şeyin düşmənidir
    1266. İmam Əli (ə):«İnsanlar bilmədikləri şeyin düşmənidir.»[1405]
    1267. İmam Əli (ə):«Hər bir kəs bilmədiyi şeyi pisləyər.»[1406]
    1268. İmam Əli (ə):«Mən dörd söz söylədim və Allah-taala ayə nazil etməklə mənim sözlərimi təsdiq etdi… Dedim ki, «insan bilmədiyi şeyin düşmənidir.» Allah-taala bu ayəni nazil etdi:«Elmləri çatmadığı şeyi yalan sanarlar.»[1407]
    1269. İmam Əli (ə):«Bilmədiyiniz şeyə düşmən kəsilməyin, çünki elmin əksəriyyəti sizin bilmədiyiniz şeylərdədir.»[1408]

    [1234] Kənzul-Ummal, hədis 1028
    [1235] Kənzul-Ummal, hədis 1032
    [1236] Kənzul-Ummal, hədis 20241
    [1237] Kənzul-Ummal, hədis20242
    [1238] Məani əl-Əxbar, səh.154, hədis 2
    [1239] Kənzul-Ummal, hədis1644
    [1240] Buruc, ayə 3
    [1241] Biharul-Ənvar, c.89, səh.267, hədis 5
    [1242] Biharul-Ənvar, c.104, səh.73, hədis 24
    [1243] Biharul-Ənvar, c.89, səh.283, hədis 28
    [1244] Səvabul-Ə’mal, səh.220, hədis 1
    [1245] Məani əl-Əxbar, səh.299, hədis 18
    [1246] Biharul-Ənvar, c.81, səh.129, hədis 18
    [1247] Ə’raf, ayə 32
    [1248] Kənzul-Ummal, hədis 17166
    [1249] Məkarimul-Əxlaq, c.1, səh.85, hədis 1
    [1250] Qurbul-İsnad, səh.67, hədis 215
    [1251] Vəsailuş-Şiə, c.3, səh.340, hədis 4
    [1252] Biharul-Ənvar, c.77, səh.59, hədis 3
    [1253] Kənzul-Ummal, hədis 5170
    [1254] Uyun əxbar Rza (ə), c.2, səh.74, hədis 344
    [1255] Ğurərul-Hikəm, hədis 4848
    [1256] Vəsailuş-Şiə, c.1,səh.432, hədis 2
    [1257] Vəsailuş-Şiə, c.1,səh.432, hədis 1
    [1258] Tuhəful-Uqul, səh.37
    [1259] Nəhcus-səadə, c.1, səh.51
    [1260] Biharul-Ənvar, c.77, səh.381, hədis 5
    [1261] Biharul-Ənvar, c.71, səh.293, hədis 63
    [1262] Əlamud-Din, səh.313
    [1263] Maidə, ayə 6
    [1264] Vəsailuş-Şiə, c.1,səh.501, hədis 3
    [1265] Vəsailuş-Şiə, c.1,səh.495, hədis1
    [1266] Nəhcül-Bəlağə, məktub 53
    [1267] Nəhcül-Bəlağə, məktub 53
    [1268] Ğurərul-Hikəm, hədis 8329
    [1269] Ğurərul-Hikəm, hədis 3932
    [1270] Fəth, ayə 4, 7
    [1271] Muddəssir, ayə 31
    [1272] Tovbə, ayə 40
    [1273] Ali-İmran, ayə 133
    [1274] Nəhcül-Bəlağə, xütbə 28
    [1275] Ğurərul-Hikəm, hədis 1024
    [1276] Ğurərul-Hikəm, hədis 397
    [1277] Tövbə, ayə 111
    [1278] Biharul-Ənvar, c.78, səh.13, hədis71
    [1279] Ğurərul-Hikəm, hədis 4698
    [1280] Ğurərul-Hikəm, hədis 4700
    [1281] ət-Tovhid, səh.21, hədis13
    [1282] Nisa, ayə 124
    [1283] Məryəm, ayə 63.
    [1284] əl-Kafi, c.2, səh.100, hədis 6.
    [1285] əl-Kafi, c.2, səh.300, hədis 2.
    [1286] Tənbihul-Xəvatir, c.1, səh.273.
    [1287] Mostədrəkul-Vəsail, c.2, səh.122, hədis 1604
    [1288] əl-Kafi, c.2, səh.103, hədis 2
    [1289] Ali-İmran, ayə 142
    [1290] Ğurərul-Hikəm, hədis 4204
    [1291] əl-Kafi, c.2, səh.89, hədis 7
    [1292] Biharul-Ənvar, c.78, səh.356, hədis 11
    [1293] Məani-Əxbar, səh.411, hədis 99
    [1294] Əmali-Səduq, səh.82, hədis 2
    [1295] Maidə, ayə 72
    [1296] əz-Zohdəl Hüseyin ibn Səid, səh.9, hədis17
    [1297] Kənzul-Ummal, hədis43777.
    [1298] Tənbihul-Xəvatir, c.2, səh.227
    [1299] Sad, ayə 72.
    [1300] Əddurul-Mənsur, c.1, səh.597
    [1301] əl-Xisal, səh.408, hədis 6.
    [1302] Taha, ayə 75
    [1303] əl-Xisal, səh.93, hədis 39
    [1304] Nəhcül-Bəlağə, xütbə 85
    [1305] Ğurərul-Hikəm, hədis 3514
    [1306] Biharul-Ənvar, c.8, səh.133, hədis39
    [1307] Biharul-Ənvar, c.8, səh.120, hədis 11
    [1308] Kənzul-Ummal, hədis 16636
    [1309] Tənbihul-Xəvatir, c.1, səh.57
    [1310] əl-Mocəmul kəbir, c.1, səh.319, hədis 950
    [1311] Əmali-Səduq, səh.210, hədis 5
    [1312] Kənzul-Ummal, hədis 39338
    [1313] Kənzul-Ummal, hədis 39310
    [1314] Ğurərul-Hikəm, hədis 3400
    [1315] Kənzul-Ummal, hədis10221
    [1316] Biharul-Ənvar, c.74, səh.308, hədis 61
    [1317] əl-İxtisas, səh.343
    [1318] Nəhcül-Bəlağə, hikmət 255
    [1319] Məani-Əxbar, səh.238, hədis2
    [1320] Mişkatul-Ənvar, səh.270
    [1321] Mişkatul-Ənvar, səh.169
    [1322] Məani-Əxbar, səh.237, hədis1
    [1323] Təhrim, ayə 9
    [1324] Tövbə, ayə 24
    [1325] Səhihe-Müslim, c.3, səh.1517, hədis 1910
    [1326] Mostədrəkul vəsail, c.11, səh.21, hədis 12324
    [1327] Nəhcül-Bəlağə, xütbə 27
    [1328] Ğurərul-Hikəm, hədis 1346.
    [1329] Vəsailəş şiə, c.11, səh.9, hədis15.
    [1330] Nurəl-Səqəleyn, c.1, səh.408, hədis154.
    [1331] Mişkatul-Ənvar, səh.154.
    [1332] Nisa, ayə 95.
    [1333] Kənzul-Ummal, hədis 10680
    [1334] Mostədrəkul vəsail, c.11, səh.13, hədis 12293
    [1335] Ğurərul-Hikəm, hədis 1347
    [1336] Mostədrəkul vəsail, c.11, səh.24, hədis 12333
    [1337] Vəsailuş-Şiə, c.11, səh.14, hədis 4
    [1338] Kənzul-Ummal, hədis 10664
    [1339] Kənzul-Ummal, hədis10791
    [1340] Biharul-Ənvar, c.100, səh.49, hədis23
    [1341] Nəhcül-Bəlağə, məktub 47
    [1342] Əmali-Səduq, səh.462, hədis 8
    [1343] əl-Xisal, səh.232, hədis 74
    [1344] Ənfal, ayə 60
    [1345] Ali-İmran, ayə 200
    [1346] Kənzul-Ummal, hədis 10508
    [1347] Kənzul-Ummal, hədis 10611
    [1348] Kənzul-Ummal, hədis 10730
    [1349] Sonən əl-Tərməzi, hədis 1369
    [1350] Tuhəful-Uqul, səh.243
    [1351] əl-Xisal, səh.620, hədis 10
    [1352] Kənzul-Ummal, hədis11261
    [1353] Ğurərul-Hikəm, hədis 4755
    [1354] Ğurərul-Hikəm, hədis 5406
    [1355] Tuhəful-Uqul, səh.399
    [1356] Məani-Əxbar, səh.160, hədis1
    [1357] Ğurərul-Hikəm, hədis 3232
    [1358] Tohəful-Uqul, səh.286
    [1359] Ğurərul-Hikəm, hədis 4761
    [1360] Ğurərul-Hikəm, hədis 2489
    [1361] Tənbihul-Xəvatir, c.2, səh.119
    [1362] Tənbihul-Xəvatir, c.2, səh.122
    [1363] Tənbihul-Xəvatir, c.2, səh.122
    [1364] Ğurərul-Hikəm, hədis 4760
    [1365] Ğurərul-Hikəm, hədis 5407
    [1366] Ğurərul-Hikəm, hədis 4319
    [1367] Nəhcül-Bəlağə, xütbə 230
    [1368] Ğurərul-Hikəm, hədis 6009
    [1369] əl-Kafi, c.8, səh.7, hədis 11
    [1370] Əmaliyi-Səduq, səh.28, hədis4
    [1371] əl-Məhasin, c.1, səh.456, hədis 1053
    [1372] əl-Məhasin, c.1, səh.455, hədis 1052
    [1373] Ğurərul-Hikəm, hədis 820
    [1374] Ğurərul-Hikəm, hədis 1464
    [1375] Ğurərul-Hikəm, hədis 930
    [1376] Ğurərul-Hikəm, hədis 819
    [1377] Ğurərul-Hikəm, hədis 1694
    [1378] Əddurətul-Bahirə, səh.44
    [1379] Biharul-Ənvar, c.1, səh.160, hədis39
    [1380] Tuhəful-Uqul, səh.29
    [1381] Ğurərul-Hikəm, hədis 1809
    [1382] Ğurərul-Hikəm, hədis 1125
    [1383] Ğurərul-Hikəm, hədis 1285
    [1384] Nəhcül-Bəlağə, hikmət 70
    [1385] Ğurərul-Hikəm, hədis 3864
    [1386] Ğurərul-Hikəm, hədis 449
    [1387] Ğurərul-Hikəm, hədis 6327
    [1388] Tuhəful-Uqul, səh.73
    [1389] Əlaməd-Din, səh.303
    [1390] Əddurətul-Bahirə, səh.41
    [1391] Ğurərul-Hikəm, hədis 3262
    [1392] Ğurərul-Hikəm, hədis 6371
    [1393] Ğurərul-Hikəm, hədis 2936
    [1394] Mətalbus-Suul, səh.55
    [1396] Ğurərul-Hikəm, hədis 7054
    [1397] Ğurərul-Hikəm, hədis 10187
    [1398] Biharul-Ənvar, c.70, səh.379, hədis2
    [1399] Tənbihul-Xəvatir, c.2, səh.122
    [1400] Nəhcül-Bəlağə, hikmət 384
    [1401] Ğurərul-Hikəm, hədis 5384
    [1402] Məani-Əxbar, səh.401, hədis 62
    [1403] Tuhəful-Uqul, səh.317
    [1404] Tuhəful-Uqul, səh.487
    [1405] Mətalbus-Suul, səh.57
    [1406] Kəşfül-Ğummə, c.3, səh.137
    [1407] Əmali-Tusi, səh.494, hədis1082
    [1408] Ğurərul-Hikəm, hədis 10246
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 1001 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Məryəm, JamizeLulky
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017