İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət ( 1-ci cild)
    99 Qəm
    509. Qəm
    1545. Məsih (ə) :«Çox qəmli olanın bədəni xəstə olar.»[1732]
    1546. İmam Əli (ə):«Qəm-kədər qocalığın yarısıdır.» [1733]
    1547. İmam Əli (ə):«Qəm bədəni əridər.» [1734]
    1548. İmam Sadiq (ə):«Xəstəliklər bədənin naxoşluğu olduğu kimi, qəm-qüssələr də qəlbin naxoşluğudur.» [1735]
    510. Qəm gətirən amillər
    1549. Allahın Peyğəmbəri (s):«Gözü xalqın əlində olan kəsin qəm-qüssəsi uzun və təəssüfü çox olar.» [1736]
    1550. Allahın Peyğəmbəri (s):«Nə çoxdur özündən sonra uzun qəm-qüssə qoyan bir anlıq keçici istək və ləzzətlər.» [1737]
    1551. İmam Əli (ə):«Kim ziyan vurmaq qüdrəti olmadığı şəxsə qəzəblənsə, qəmi uzun və özünə əzab vermiş olar.»[1738]
    1552. İmam Əli (ə):«Həsəd çəkən şəxs qədər məzluma daha çox oxşayan zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəm-qüssəsi daimidir.» [1739]
    1553. İmam Əli (ə):«Əməlində səhlənkarlıq edən qəm-qüssəyə düçar olar.» [1740]
    1554. İmam Əli (ə):«Hövsələsizlik etməkdən çəkin ki, o ümüdü kəsər, əməli zəiflədər və qəm gətirər.»[1741]
    511. Qəm-qüssəni aparan amillər
    Qur’an:
    «Bilin ki, Allahın dostlarına qorxu yoxdur və onlar qəmli olmazlar.» [1742]
    Hədis:
    1555. Allahın Peyğəmbəri (s): «Allah öz hikmət və lütfünə əsasən rahatlığı və şadlığı yəqinlik və razılıqda, qəm-qüssəni şəkkdə və (Allahdan) narazı olmaqda qərar verdi.» [1743]
    1556. Allahın Peyğəmbəri (s):«Ey insanlar! Dünya qəm sarayıdır, şadlıq sarayı deyil. Çətinlik sarayıdır, rahatlıq sarayı deyil. Beləliklə, onu tanıyan şəxs ümidlə şad və çətinliklə qəmgin olmaz.»[1744]
    1557. Allahın Peyğəmbəri (s):«La hövlə və la qüvvətə illa billah» cümləsi doxsan doqquz dərdə şəfadır ki, onların ən sadəsi qəm-qüssədir.» [1745]
    1558. İbni Abbas: «Allahın Rəsulunun (s) sözündən sonra, heç bir sözdən Əli ibn Əbutalibin (ə) mənə yazdığı məktub qədər bəhrələnmədim. O mənə yazmışdı: (Allaha həmd etdikdən sonra buyurdu) «İnsan, çata bilmədiyi bir şeyə çatmadığına görə qəmlənir və çatması mümkün olmayan bir şeyə çatdığına görə sevinir. Öz axirətindən bir şeyə çatanda şad ol və öz axirətindən bir şeyi əldən verməyinə qəmlən. Öz dünyandan bir şeyə yetişəndə sevinmə və ondan bir şeyi itirməyinə kədərlənmə. Öz qəm-qüssəndən, ölümdən sonra üçün istifadə et. Vəssəlam.» [1746]
    1559. İmam Əli (ə): «Yəqinlik qəm-qüssəni necə də gözəl yox edir.»[1747]
    1560. İmam Əli (ə): «Paltarları yumaq qəm-qüssəni aparar.» [1748]
    1561. İmam Sadiq (ə):«Əgər hər şey qəzavü-qədərə bağlıdırsa, onda qəm-qüssə nəyə lazım?» [1749]
    1562. İmam Sadiq (ə):«Peyğəmbərlərdən biri Allahın dərgahına qəm-qüssədən şikayət etdi. Allahdan ona əmr gəldi ki, üzüm yesin.» [1750]
    1563. İmam Sadiq (ə):«Hər kəs özündə qəm-qüssə hiss etsə və bunun səbəbini bilməsə başını yusun.» [1751]
    512. Zahirən dəlili olmayan şadlıq və qüssənin səbəbi
    1564. Əbu Bəsir:«Şiələrdən biri ilə İmam Sadiqin (ə) yanına gəldik. O Həzrətə (ə) ərz etdim:«Sənə fəda olum, ey Allah Rəsulunun övladı! Mən (bəzən) səbəbini bilmədən qəmgin və qüssəli oluram! İmam Sadiq (ə) buyurdu:«O qəm və şadlıq bizdən sizə yetişir. Əgər bizə bir qüssə və ya şadlıq üz verərsə sizə də çatar. Çünki, biz (Əhli-Beyt) və sizlər Allahın nurundanıq.»[1752]
    1565. «Biharul-ənvar» kitabından:«Rəvayət edirlər ki, Alimdən (ə) soruşdular:«Bir nəfər səbəbini bilmədən qəmgin olur? Buyurdu:«Əgər ona qəm yetişsə bilsin ki, qardaşının qəm-qüssəsi var. Eləcə də, səbəbsiz yerə şad olsa da bu cürdür. Buna görə, qardaşların haqlarını yerinə yetirməkdə Allahdan kömək diləyirik.» [1753]
    513. Bəyənilən qəm-qüssə
    1566. Allahın Peyğəmbəri (s) :«Allah-taalaya uzun qəm-qüssə kimi (Allahın bəyəndiyi) bir şeylə ibadət olunmayıb.»[1754]
    1567. İmam Səccad (ə) :«Allah-taala qəmli qəlbləri sevər.» [1755]
    1568. İmam Sadiq (ə) :«Mömin səhərini, axşamını qəm-qüssə ilə keçirər və bundan başqa onun üçün xeyirli, məsləhətli bir şey yoxdur.» [1756]
    1569. İmam Sadiq (ə) :«Bizdən ötrü narahatlıq keçirən və bizə yetişən zülmə görə qəmli olan kimsənin nəfəs çəkməyi (Allaha) təsbih və bizə görə qəmlənməyi ibadətdir.» [1757]
    100 Hesab-kitab
    514. Hesab-kitab
    1570. Allahın Peyğəmbəri (s) :«Agah olun! İndi siz elə bir gündə yaşayırsınız ki, əməl vaxtıdır və burada hesab-kitab yoxdur. Tezliklə elə bir günə çatacaqsınız ki, orada hər şeyin hesabı sorulacaq və əməl olmayacaq.» [1758]
    1571. İmam Əli (ə) :«Haqq-hesaba yetişmək cəzadan əvvəldir, mükafat isə haqq-hesabdan sonra.»[1759]
    515. Nəfsin sorğu-sualına həvəsləndirmək
    Qur’an:
    «Ey iman gətirənlər! Allahdan qorxun və hər kəs öz sabahı üçün nə hazırladığına baxsın. Allahdan qorxun ki, Allah etdikləriniz əməllərdən agahdır.» [1760]
    Hədis:
    1572. Allahın Peyğəmbəri (s) :«Sizdən haqq-hesab soruşulmamış nəfsinizdən haqq-hesab çəkin, sizləri (əməllərinizi) ölçməmişdən əvvəl öz nəfsinizi tərəziyə qoyun və o böyük haqq-hesab gününə hazırlaşın.» [1761]
    1573. İmam Əli (ə) :«Öz nəfslərinizi hesab-kitabla (ipilə) bağlayın və ona (nəfsə) qarşı çıxmaqla cilovunu öz əlinizə keçirin.» [1762]
    1574. İmam Səccad (ə) :«Ey Adəm övladı! Özün-özünə vaiz olduğun və öz nəfsinin sorğu-sual etdiyin vaxta qədər həmişə xeyir-bərəkət içində yaşayacaqsan.»[1763]
    1575. İmam Kazim (ə) :«Hər gün öz nəfsinin hesabına yetişməyən kəs bizdən deyil. Hər kəs baxsın, əgər yaxşı bir əməl edibsə, ondan daha çoxunu əməl etmək üçün Allahdan uğur diləsin və buna görə Allaha şükr etsin. Əgər bir pis iş görübsə, Allahdan bağışlanmağını istəsin və tövbə etsin.»[1764]
    516. Nəfsi sorğu-sual etməyin səmərəsi
    1576. İmam Əli (ə) :«Öz nəfsini sorğu-sual edən şəxs öz eyblərindən agah olar, günahlarını başa düşər, (yaxşılıq etməklə) onların əvəzini ödəyər və eyblərini aradan götürər.» [1765]
    1577. İmam Əli (ə) :«Öz nəfsinin hesabına yetişən şəxs mənfəət götürər, amma ondan (nəfsindən) qafil olan ziyana uğrayar və hər kəs qorxarsa, amanda qalar.» [1766]
    1578. İmam Əli (ə) :«Öz nəfsinin hesabına yetişən şəxs xoşbəxt olar.»[1767]
    517. İnsandan soruşulan ilk şey
    1579. Allahın Peyğəmbəri (s):«Bəndədən soruşulacaq ilk şey biz Əhli-Beytin məhəbbəti olacaq.»[1768]
    1580. İmam Sadiq (ə) :«Bəndə Allah-taala qarşısında dayanan zaman ondan soruşulacaq birinci sual vacib namazlar, vacib zəkat, vacib oruc, vacib həcc və biz Əhli-Beytin vilayəti barədə olacaq. Əgər bizim vilayətimiz və məhəbbətimizi e‘tiraf edərək bu dünyadan gedərsə namazı, orucu, zəkatı və həcci qəbul olunacaq.»[1769]
    518. Barəsində sorğu-sual olmayacaq şey
    1581. Allahın Peyğəmbəri (s):«Qiyamət günü, Allah yolunda sərf olunan nemətlərdən başqa hər bir nemət barədə sorğu-sual olacaq.»[1770]
    1582. İmam Əli (ə) :«Hər kəs, xörək yeyən vaxt Allahın adını çəkərsə, heç vaxt o təamın neməti barədə sorğu-sual olunmayacaq.» [1771]
    1583. İmam Baqir (ə) :«Bəndə üç şey barədə sorğu-suala çəkilməyəcək: özünün örtünməyi üçün istifadə etdiyi bir tikə parça, aclığını aradan götürmək üçün yediyi bir tikə çörək və onu isti-soyuqdan qoruyan ev.» [1772]
    519. Barəsində sorğu-sual olunacaq şey
    1584. Allahın Peyğəmbəri (s) :«Qiyamət günü bəndə dörd şey barədə sorğu-sual olunmayınca öz yerindən bir addım belə tərpənməyəcək: ömrünü nəyə sərf etməyi barədə, cavanlığını hansı yolda başa vurması haqda, malını hansı yolla qazanması və hansı yolda xərclədiyi və biz Əhli-Beytin məhəbbəti barədə.» [1773]
    1585. İmam Sadiq (ə): - «O gün nemət barədə sorğu-sual ediləcəksiniz» ayəsi haqda- «Bu ümmət Allah-taalanın ona bəxş etdiyi Allahın Rəsulunun vücudu (s) və sonra onun Əhli-Beytinin (ə) vücudunun neməti barədə sorğu-sual olunacaq.»[1774]
    520. Qiyamət gününün hesabını asanlaşdıran şey
    1586. Allahın Peyğəmbəri (s) :«Sənə verilən hər bir şeyə qənaət et ki, səninlə haqq-hesab olunanda işin asan olsun.»[1775]
    1587. Allahın Peyğəmbəri (s) :«Əxlaqını gözəl et ki, Allah-taala sənin hesabını yüngül etsin.»[1776]
    1588. İmam Sadiq (ə) :«Sileyi rəhm Qiyamət gününün hesabını asanlaşdırar.» Sonra bu ayəni oxudu:«O kəslər ki, Allah-taala birləşməyinə əmr verdiyi şeyləri birləşdirir, öz Rəbblərindən qorxur və (Qiyamət günündə) hesabın çətinliyindən ürəklərində xof vardır.» [1777]
    521. İnsan kütlələri haqq-hesab günündə
    1589. İmam Əli (ə) :«Qiyamət günü camaat bir neçə dəstəyə bölünər:«Onların bəziləri qısa müddətdə haqq-hesab olunar və şad halda öz ailələrinin yanına qayıdarlar. Bəziləri (vücudlarında) dünyavi çirkabdan heç bir şey olmadığına görə haqq-hesab olunmadan Cənnətə daxil olar. Burda dünya çirkabına bulaşan orada haqq-hesaba çəkiləcək. Bəziləri də xurma çərdəyinin arxasının çalası və xurma ilə çərdəyi arasında olan nazik qabıq barədə (yəni, əməllərinin ən xırda cüziyyatı xüsusunda) sorğu-sual olunacaq və şö‘lələnən əzab alovuna düşəcəklər.»[1778]
    522. Haqq-hesabın çətin və sərt olması
    1590. İmam Sadiq (ə) «Hesab gününün çətinliyindən qorxurlar» ayəsi barədə buyurub:«Yaxşılıq və pisliklərinin dəqiq, hərtərəfli hesabı aparılacaq.»[1779]
    523. Hesabları asan olan kəslər
    Qur’an:
    «Əməl naməsi sağ əlinə verilən kəsin hesabı asan olacaqdır.»[1780]
    Hədis:
    1591. İmam Baqir (ə):«Allahın Rəsulu (s) buyurdu:«Haqq-hesabı aparılan şəxs əzab çəkəcək.» Bir nəfər o Həzrətə (s) ərz etdi:«Ey Allahın Rəsulu! Bəs, Allah-taalanın bu sözü necə olsun:«….haqq-hesabları asan olacaq.» Allahın Peyğəmbəri (s) buyurdu: «Bu təqdim etmək və vərəqləməkdir.» (Sorğu-sual deyil.)[1781]
    524. Sorğu-sual olunmadan Cənnətə gedənlər
    Qur’an:
    «De! Ey iman gətirən bəndələr! Öz Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edən kəslər üçün yaxşı mükafat vardır. Allahın yeri genişdir. Səbr edənlərin mükafatı hesabsız və bütünlüklə veriləcək»[1782]
    Hədis:
    1592. Allahın Peyğəmbəri (s):«Allah-taala buyurur:«Ey Mənim yolumda vuruşan və Mənim yolumda öldürülən, əziyyət çəkən və Mənim yolumda cihad edən bəndələrim, Cənnətə daxil olun.» Sonra onlar əzab görmədən və sorğu-sualsız Cənnətə daxil olarlar.»[1783]
    1593. İmam Səccad (ə) :«Allah-taala Qiyamət günü bütün insanları toplayanda carçının səsi eşidiləcək:«Hanı səbr edənlər, sorğu-sualsız hamılıqla Cənnətə daxil olsunlar… «Mələklər onlara deyərlər:«Siz kimsiniz?» Deyərlər:«Səbr edənlərik.» Mələklər soruşarlar:«Siz nəyə səbr etmisiniz.» Cavab verərlər: «Allaha itaət yolunda və günahlardan çəkinməkdə səbr etmişik.»[1784]
    1594. İmam Səccad (ə):«Allah-taala Qiyamət günü bütün insanları birincidən axırıncı nəfərədək bir yerdə cəm etdiyi zaman carçı qalxıb hamının eşidə biləcəyi səslə qışqırar: «Hanı, Allaha xatir məhəbbət bəsləyənlər?» Bu vaxt camaatın içindən bir dəstə insan ayağa qalxar. Onlara deyilər:«Sorğu-sualsız Cənnətə daxil olun.»[1785]
    1595. İmam Sadiq (ə) :«Qiyamət günü xalqın içindən bir dəstə insan qalxıb Cənnətin qapısına gələcək və qapını döyəcək. Onlardan soruşacaqlar. «Siz kimsiniz?» Deyəcəklər:«Biz yoxsullarıq.» Deyiləcək:«Sorğu-sual olmamış cənnətə daxil olmaq istəyirsiniz?» Cavab verərlər:«Bizə bir şey vermişdiniz ki, onun barəsində də sorğu-sual edəsiniz?» Sonra Allah-taala buyurar:«Doğru deyirlər, Cənnətə daxil olun.»[1786]
    1596. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) buyurdu:«Əməl namələri açılan və tərəzilər qurulan zaman bəla görənlər üçün tərəzilər qurulmaz və əməl namələri açılmaz.» Sonra bu ayəni oxudu:«Həqiqətən, səbr edənlərin mükafatı bütünlüklə veriləcək…»[1787]
    525. Sorğu-sual olunmadan Cəhənnəmə daxil olanlar
    1597. Allahın Peyğəmbəri (s) :«Allah-taala yalnız Allaha şərik qoşanlardan bütün insanlarla hesab çəkəcək. Qiyamət günü onların sorğu-sual olunmadan Cəhənnəmə atılmaları əmr olunacaq.»[1788]
    1598. Allahın Peyğəmbəri (s):«Altı dəstə, altı xasiyyətə görə sorğu-sualsız Cəhənnəmə gedəcək.» Ərz olundu:«Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, onlar kimlərdir?» Buyurdu:«Əmirlər (rəhbərlər) zülm etdiklərinə görə, ərəblər (qəbilə və nəsil) təəssübkeşliyinə görə, mülkədarlar təkəbbürə görə, tacirlər xəyanətə görə, kəndlilər cahilliyə görə və alimlər paxıllıqlarına görə.»[1789]
    1599. İmam Sadiq (ə) :«Üç nəfəri Allah-taala sorğu-sualsız Cəhənnəmə aparacaq:Yolunu azmış və zalım rəhbəri, yalan danışan taciri və zinakar qocanı.»[1790]
    101 Paxıllıq
    526. Paxıllıq
    Qur’an:
    «Paxılın həsəd çəkən zaman şərrindən və zərərindən (Allaha pənah aparıram).»[1791]
    Hədis:
    1600. Allahın Peyğəmbəri (s) :«Allah-taala Musa ibn İmrana (ə) buyurmuşdur:«Həqiqətən, paxıl olan şəxs mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə e‘tiraz edəndir.»[1792]
    1602. İmam Əli (ə) :«Paxıllıq ən pis xəstəlikdir.»[1794]
    1603. İmam Əli (ə) :«Paxıllıq alçaqlıqların başıdır.»[1795]
    1604. İmam Əli (ə) :«Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər.»[1796]
    1605. İmam Əli(ə):«Paxıllığın səmərəsi dünya və axirətdə bədbəxtlikdir.»[1797]
    1606. İmam Əli (ə) :«Paxıl paxıllığını çəkdiyi şəxsin nemətini itirməsini özü üçün nemət bilər.»[1798]
    1607.İmam Əli (ə) :«Məzluma paxıl qədər bənzəyən zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəmi daimidir.»[1799]
    1608. İmam Əli (ə) :«Paxılın (öz paxıllığından) çəkdiyi ona bəsdir.»[1800]
    1609. İmam Əli (ə) :«Paxıl çox təssüflənər və günahları ikiqat artar.»[1801]
    1610. İmam Əli (ə) :«Paxıl ağalıq etməz.»[1802]
    527. Hər bir dövlətlinin paxıllığını çəkərlər
    1611. Allahın Peyğəmbəri (s):«Öz ehtiyaclarınızı ödəməkdə məxfilikdən kömək alın, çünki, hər bir nemət sahibinə həsəd apararlar.»[1803]
    528. Paxıllıq və iman.
    1612. İmam Baqir (ə) :«Alov odunu yediyi kimi, paxıllıq da imanı yeyər.»[1804]
    1613. İmam Sadiq (ə) : «Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki, küfrün kökü paxıllıqdır.»[1805]
    529. Paxılın nişanəsi.
    1614. İmam Sadiq (ə) :«Loğman öz oğluna dedi: Paxılın üç nişanəsi var: Adamın dalınca qeybət edər, üz-üzə olanda yaltaqlanar və başqalarının çətinliklərinə şad olar.»[1806]
    102 Həsrət
    530. Ən çox həsrət çəkən insan
    Qur’an:
    «Onları işin (artıq) başa çatdığı və yenidən qəflətdə və imansız olacaqları həsrət günü ilə qorxut.» [1807]
    «… heç kəs deməsin ki, çox təəssüf, Allahın işində səhlənkar və məsxərə edənlərdən olmuşam.»[1808]
    «….zalımın əllərini dişləyərək:«ey kaş, mən də peyğəmbərin getdiyi yolla gedəydim.» deyəcəyi gün…»[1809]
    Hədis:
    1615. Allahın Peyğəmbəri (s):«Qiyamət günü hamıdan çox peşman olan öz axirətini başqasının dünyası üçün satmış kimsədir.»[1810]
    1616. İmam Əli (ə):«Qiyamət günü ən dərin təəssüf rəva bilinməyən (haram) yolla mal toplayıb başqasına miras qoyub gedən və varisin də həmin malı sübhan olan Allahın yolunda məsrəf etdiyinə görə Cənnətə daxil olan, özü isə Cəhənnəmə düşən kişinin təəssüfüdür.»[1811]
    1617. İmam Sadiq (ə) :«Qiyamət günü ən çox təəssüflənəcək insan (dünyada) ədalətdən danışan, özü isə başqaları ilə ədalətlə rəftar etməyəndir.»[1812]
    103 Yaxşılıq
    531. Yaxşılıq
    1618. Allahın Peyğəmbəri (s) :«Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin zəifliyi və üzün eybəcərliyi gördüm.»[1813]
    532. Yaxşılıqların dəfələrlə artması.
    Qur’an:
    «Hər kəs bir yaxşı iş görərsə, ona on dəfə artıq mükafat verərlər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz.»[1814]
    Hədis:
    1619. İmam Səccad (ə) :«Vay o kəsin halına ki, onun birləri onlarına qalib gələ.» İmamın (ə) məqsədi budur ki, pislik bir dəfə kimi, yaxşılıq isə onqat hesablanır.»[1815]
    1620. İmam Sadiq (ə) :«Mömin bir yaxşı iş görərsə, Allah-taala onun hər yaxşı əməlini yeddi yüz dəfə artırar və bu Allah-taalanın kəlamıdır ki, «Allah-taala istədiyi kəs üçün artırar.»[1816]
    104 Yaxşılıq etmək
    533. Yaxşılıq etmək
    Qur’an:
    «Həqiqətən, Allah-taala ədalətli olmağı, yaxşılığı, qohum-əqrəbaya bəxşiş verməyi əmr və çirkinlikləri, pislik və zülmü qadağan edir. O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız.»[1817]
    Hədis:
    1621. Allahın Peyğəmbəri (s) :«Qəlblərin xəmiri onlara yaxşılıq edən kəsə məhəbbət və pislik edənə qarşı düşmənçilik və nifrətlə yoğrulmuşdur.»[1818]
    1622. İmam Əli (ə):«Yaxşılıq etmək sənin işin olsun ki, bu ən yaxşı əkin və ən xeyir gətirən maldır.»[1819]
    1623. İmam Əli (ə) :«Bəndələrə yaxşılıq etmək o biri dünya üçün nə gözəl azuqədir.»[1820]
    1624. İmam Əli (ə) :«Zəkat yaxşılıq etməyin qələbəsidir.»[1821]
    1625. İmam Əli (ə) :«Çox yaxşılıq edən kəsi dostları və qardaşları sevərlər.»[1822]
    1626. İmam Əli (ə) :«Yaxşılıq etməklə qəlblər ələ alınar.»[1823]
    534. Pislik edənə yaxşılıq etmək
    1627. Allahın Peyğəmbəri (s) :«Sənə pislik edənə yaxşılıq et.»[1824]
    1628. İmam Əli (ə) :«Sənin öz düşmən və bədxahlarına yaxşılıq etməyin onlara pislik etməyindən daha tə‘sirlidir və onların islah olunmasına səbəb olar.»[1825]
    535. Yaxşılığın izahı
    1629. «Nurus-Səgəleyn» kitabında «O kəs ki, üzünü ixlasla Allaha tərəf tuta və ehsan edə…» ayəsi haqda rəvayət olunur ki, Peyğəmbərdən (s) yaxşılıq və ehsan barəsində soruşduqda buyurub:«Ehsan budur ki, Allaha sanki onu görürmüş kimi ibadət edəsən. Çünki, sən Onu görmürsənsə də, O, səni görür.»[1826]
    536. Yaxşılıq edən kəs özünə yaxşılıq etmişdir
    Qur’an:
    «Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, özünüzə pislik edirsiniz.» [1827]
    Hədis:
    1630. İmam Əli (ə) :«Əgər yaxşılıq etsən, özünə hörmət qoyub özünə yaxşılıq etmisən, əgər pislik etsən özünü xar etmiş, özünə zərər yetirmisən.»[1828]
    537. Müşriklərin yaxşılıqlarının nəticəsi.
    1631. Salman ibn Amir Zəbbi:«Ərz etdim:«Ey Allahın Rəsulu! Atam qonaqpərvər və qonşucanlı, əhdinə vəfalı və çətinliklərdə əl tutan olub. Bunların ona xeyri varmı? Allahın Peyğəmbəri (s) soruşdu:«O müşrik olaraq öldu?» Ərz etdim:«Bəli.» Buyurdu:«Bunların ona bir xeyri olmaz. Ancaq, bu işlərə görə ondan sonra qalan övlad və nəvələri heç vaxt çətinlik, zəlillik və möhtaclıq görməyəcəklər.»[1829]
    105 Hafizə
    538. Hafizə
    1632. İmam Sadiq (ə) (Mufəzzəlin hədisində): «Heç düşünmüsənmi ki, insanın bütün bu xüsusiyyətlər arasında təkcə hafizə qüvvəsi olmasaydı onun halı və güzəranı necə olardı? Əgər (insan) öz xeyirli və zərərli işlərini, alacaqlarını və verəcəklərini, görəcəklərini və eşidəcəklərini hafizəsində saxlamasaydı, onun işlərində, həyatında və təcrübələrində necə qarışıqlıq yaranardı… Əgər bir yolu dəfələrlə getsəydi, yenə də onu itirərdi. Ömrü boyu dərs oxusaydı, heç bir elmi yadda saxlaya bilməz, bir dinə e‘tiqad etməz, bir təcrübədən bəhrələnməzdi. Olub-keçənlərdən bir ibrət götürməz, ümumiyyətlə birdəfəlik insanlıqdan çıxmağa layiq olardı.»[1830]
    539. Uşaq yaşlarından əzbərləmək
    1633. Allahın Peyğəmbəri (s): «…Uşaqlıqda öyrənənin misalı daşa həkk olunan yazıya, yaşlı vaxtı öyrənənin hekayəti su üzərində yazı yazanın hekayətinə bənzər.»[1831]
    540. Hafizəni artıran şeylər.
    1634. Allahın Peyğəmbəri (s): «Üç şey unutqanlığı aradan götürər və hafizəni artırar: Qur‘an oxumaq, dişləri fırçalamaq və oruc tutmaq.»[1832]
    106 Kin bəsləmək
    541. Kin bəsləmək
    1635. İmam Əli (ə) : «Kin bəsləmək eyblərin ən pisidir»[1833]
    1636. İmam Əli (ə) : «Kin qəzəb gətirər.»[1834]
    1637. İmam Əli (ə) : «Kin bəsləmək, paxıl adamların xislətidir.»[1835]
    1638. İmam Əli (ə) : «Kin bəsləmək elə bir oddur ki, (ona) qalib gəlməkdən başqa heç bir şeylə söndürülməz.»[1836]
    1639. İmam Əli (ə) : «Kin bəsləmək fitnə və narahatlıqların səbəbidir.»[1837]
    1640. İmam Əli (ə) : «Kinli adamın canı əzabda və qəmi ikiqat çoxdur.»[1838]
    1641. İmam Əli (ə) : «Kin saxlayan dostluğa sadiq deyil.»[1839]
    1642. İmam Hadi (ə) : «Məzəmmət və gileylənmək qəlbdə kin saxlamaqdan daha yaxşıdır.»[1840]
    1643. İmam Əskəri (ə) : «Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir.»[1841]
    542. Kin möminin qəlbində çox qalmaz
    1644. İmam Sadiq (ə): «Kin möminin qəlbində oturaq halda olduğu vaxtacan qalar, elə ki ayağa qalxdı, kin də onun qəlbindən galxar.»[1842]
    107 Təhqir
    543. Xalqı xar hesab etməyin qadağan olunması
    1645. Loğman (ə) övladına xitabən: «Oğlum! Heç kəsi köhnə libas geydiyinə görə xar hesab etmə, çünki, sənin və onun da Rəbbi birdir.»[1843]
    1646. Allahın Peyğəmbəri (s) : Sizlərdən heç kim Allahın bəndələrindən kimsəni xar və dəyərsiz saymamalıdır. Çünki onlardan hansı birinin Allahın dostu və vəlisi olduğunu bilmirsiniz.»[1844]
    1647. İmam Sadiq (ə) : «Hər kəs yoxsul mömini təhqir etsə, bu təhqirdən əl çəkənədək Allah-taala həmin şəxsi daim xar edər və onu özünə düşmən bilər.»[1845]
    544. Möminə qarşı təhqirdən çəkindirmək
    1648. Allahın Peyğəmbəri (s) : «Hər kəs mömin qadın və kişini yoxsulluğa yaxud da malının azlığına görə xar və təhqir edərsə, Allah-taala Qiyamət günü onu camaat arasında nümayiş və sonra da rüsvay edər.»[1846]
    1649. Allahın Peyğəmbəri (s) :«Heç bir müsəlmanı alçaldıb təhqir etmə. Çünki onların ən kiçiyi də Allah yanında böyükdür.»[1847]
    1650. Allahın Peyğəmbəri (s):«Adəm övladının pis olması üçün öz müsəlman qardaşını alçaltması kifayət edər.»[1848]
    1651. İmam Sadiq (ə) :«Allah-taala buyurur:«Hər kəs Mənim dostlarımdan birini xar hesab edərsə, mənimlə müharibəyə hazırlaşmışdır və Mən öz dostlarımın köməyinə ən tez çatanam.»[1849]
    108 Haqq
    545. Haqq
    Qur’an:
    «Biz haqqı batilin başına çırparıq ki, onu para-para etsin. Batil məhv olub aradan gedəndir. Allaha aid etdiyiniz şeylərə görə vay olsun sizlərə.»[1850]
    Hədis:
    1652. İmam Əli (ə) :«Haqq ən güclü dayaqdır.»[1851]
    1653. İmam Əli (ə) :«Agah olun! Haqq sahiblərinin, onları minərək cilovlarını öz əllərinə aldığı ram olunmuş miniklərdir. Sonra bu miniklər öz suvarilərini sakitcə və təmkinlə geniş bir kölgəliyə çatdırdılar.»[1852]
    1654. İmam Əli (ə) :«Hər kəs haqqdan qeyri bir izzət axtararsa zillətə düşər və kim haqqa inadkarlıq edərsə xar olar.»[1853]
    1655. İmam Əli (ə) :«Haqqa qarşı çıxan elə bir batil yoxdur ki, haqq ona qalib gəlməsin. Allah-taala da buyurmuşdur ki, «əslində haqqı batilin başına çırparıq ki, onu para-para etsin…»[1854]
    1656. İmam Sadiq (ə) :«İzzət və hörmət odur ki, haqqla üz-üzə gələndə onun qarşısında baş əyəsən.»[1855]
    546. Haqqın ağırlığı
    Qur’an:
    «Biz sizin üçün haqqı gətirdik, amma çoxunuz haqqı xoşlamırsınız.»[1856]
    Hədis:
    1657. İmam Əli (ə) :«Həqiqətən, haqq ağır, amma safdır. Batilsə yüngül və asan olsa da, öldürəndir.»[1857]
    1658. İmam Baqir (ə):«Atam Əli ibn Hüseynin (ə) vəfat anı çatanda, məni bağrına basıb buyurdu:«Oğlum! Mən indi sənə atamın dünyadan köçərkən mənə etdiyi tövsiyyəni tövsiyyə edirəm. Atam həmin şeylərin də ona öz atasının tövsiyyə etdiyini buyurmuşdur:«Oğlum, hərçənd acı olsa da, haqqa səbr et.»[1858]
    547. Özünə ziyan olsa da haqqı deməyin gərəkliliyi
    1659. Allahın Peyğəmbəri (s) :«Ən təqvali insan onun xeyrinə və ya ziyanına olmasından asılı olmayaraq haqqı deyəndir.»[1859]
    1660. İmam Əli(ə):«Həzrət Rəsulun (s) qılınclarından birinin dəstəyində belə yazılmışdır:«Haqqı de, hərçənd özünə qarşı olsa da.»[1860]
    1661. İmam Əli(ə):«Allah yanında ən üstün insan odur ki, haqq onunçün zərərli və qüssəli, batilsə mənfəətli və artımlı olsa da, haqqa əməl etməyi batilə əməl etməkdən çox sevsin.»[1861]
    1662. İmam Kazim (ə) :«Sənin məhvinə səbəb olsa da haqqı de. Çünki, sənin nicatın ondadır… və batildən imtina et, hərçənd sənin nicatın onda olsa belə. Çünki, (əslində) sənin məhvin ondadır»[1862]
    548. Şad və qəzəbli halda haqqı demək
    1663. Allahın Peyğəmbəri (s) :«Ehey! Məbada kimsə haqqı bilə və xalqın qorxusundan onu deməyə. Bilin ki, ən üstün cihad zalım və yolunu azmış rəhbərin qarşısında deyilən haqq sözüdür.»[1863]
    1664. İmam Əlinin (ə) oğlu Hüseynə (ə) tövsiyyələrindən:«Sənə dövlətli və yoxsul vaxtında Allahdan qorxmağı, şad və qəzəbli olanda da haqqı deməyi tövsiyə edirəm.»[1864]
    549. Haqqı qəbul etmək
    1665. Allahın Peyğəmbəri (s) :«Haqqı sənə gətirən hər bir kəsdən- istər kiçik olsun, istərsə də böyük sənin düşmənin olmuş olsa belə, qəbul et. Batili də kiçik və böyüklüyündən asılı olmayaraq hər kim demiş olsa da özünə qaytar, hərçənd dostun olmuş olsa belə.»[1865]
    550. Haqqı tanımağın meyarı
    1666. İmam Əli (ə) :«Haqq şəxsiyyətlərlə tanınmır. Haqqın özünü tanı ki, onun yolçularını da tanıyasan.»[1866]
    551. Haqq ikitərəflidir
    1667. İmam Əli (ə):«Haqqın dairəsi təsvirdə və sözdə ən geniş şey, amma əməldə dairələrin ən darısqalıdır. Heç kimsə, onun da üzərində kiminsə haqqı olmasa, haqqa sahib deyil. Onun üzərində də onun başqası üzərində haqqı olanından qeyri bir haqq yoxdur. Əgər kimsənin haqqa sahib olması, ancaq onun üzərində heç bir haqq olmaması lazım olsaydı, bu yalnız Pak olan Allah olardı.»[1867]
    1668. İmam Əli (ə) :«Bir kəsin haqqına riayət və hörmət olunması, haqqın ona tətbiqinə mane olmaz.» [1868]
    109 Hüquq
    552. Allah-taalanın haqqı
    1669. Allahın Peyğəmbəri(s) :«Allah-taalanın (həmd olsun Onun izzəti-cəlalına) haqqı bəndələrin yerinə yetirə biləcəklərindən daha böyükdür. Allahın nemətləri bəndələrin saya biləcəklərindən daha çoxdur. Lakin, siz öz gecə-gündüzünüzü tövbə ilə açın.»[1869]
    1670. İmam Əli (ə): «Pak və müqəddəs Allahın bəndələr üzərində qoyduğu haqqı bəndələrin Ona itaət etməsidir. Bunun müqabilindəsə fəzl və lütfü ilə onlar üçün öz mükafatını dəfələrlə artırmağı onların haqqı etmişdir.»[1870]
    553.İnsanların hüququnu üstün tutmaq
    1671. İmam Əli (ə): «Pak və müqəddəs Allah insanların haqqını öz haqqından üstün tutmuşdur. Belə ki, hər kəs Allah bəndələrinin hüququna riayət edərsə, bu Allahın hüququna riayət etməklə nəticələnər.»[1871]
    554. Ən mühüm hüquq
    1672. İmam Əli (ə): «Allah-taalanın vacib buyurduğu hüquqların arasında ən mühüm hüquq, rəhbərin xalq üzərində və xalqın rəhbər üzərində olan haqqıdır.»[1872]
    555. Qardaşların hüququ
    1673. İmam Baqir (ə): «Möminin mömin üzərində olan haqqı budur ki, onu doyuzdursun, çılpaq əynini geyindirsin, qəm-qüssəsini dağıtsın, borcunu ödəsin və ölümündən sonra zövcəsinə və övladlarına himayədarlıq etsin.»[1873]
    1674. İmam Sadiq (ə): «Öz dinini dəyərli bilən şəxs öz qardaşlarının hüququnu da dəyərli bilər. Allahın dinini yüngül sayan, öz qardaşlarına da əhəmiyyət verməz.»[1874]
    1675. İmam Sadiq (ə) :«Allah-taalaya möminin haqqını yerinə
    yetirməkdən daha üstün bir şeylə ibadət olunmayıb.»[1875]
    1676. İmam Sadiq (ə): «Möminin mömin üzərində yeddi haqqı var. Allah-taala bu haqları möminə vacib etmişdir. Bunların barəsində mömindən sorğu-sual edəcəkdir: mömin mömini öz gözündə böyük tutmalı, qəlbində onu sevməli, öz malı, pulu ilə ona kömək etməli, özü üçün bəyəndiyini onun üçün də bəyənməli, onun qeybətini haram bilməli, xəstə vaxtında ona baş çəkməli, dəfnində iştirak etməli və ölümündən sonra onu yalnız yaxşı xatirələrlə yad etməlidir.»[1876]
    1677. İmam Sadiq (ə) möminin haqqı barədə sualın cavabında buyurub: «Möminin mömin üzərində yetmiş haqqı var, mən sənə yalnız yeddi haqqı söyləyirəm: O ac olduğu halda sən doyunca yemə, o çılpaq olduğu halda sən geyinmə, ona yol göstərən ol.…»[1877]
    1678. İmam Sadiq (ə)- möminin mömin üzərində olan haqlarını bəyan edərkən: «Həmin haqların ən kiçiyi budur ki, özün üçün istədiyini onun üçün də istəyəsən və özünə rəva bilmədiyini ona da rəva bilməyəsən.»[1878]
    1679. İmam Əsgəri (ə): «Qardaşlarının hüquqları ilə daha yaxından tanış olan və onlara riayət etməyə daha çox çalışan şəxs Allah yanında daha hörmətlidir.»[1879]


    [1732] Əmali-Səduq, səh.436, hədis 3
    [1733] Tuhəful-Uqul, səh.214
    [1734] Ğurərul-Hikəm, hədis 1039
    [1735] Əd-Dəvat, səh.118, hədis 276
    [1736] Əlamud-Din, səh.294
    [1737] Əmali-Tusi, səh.533, hədis 1162
    [1738] Tuhəful-Uqul, səh.99
    [1739] Biharul-Ənvar, c.73, səh.256, hədis 29
    [1740] Nəhcül-Bəlağə, hikmət 127
    [1741] Dəaimul-İslam, c1, səh.223
    [1742] Yunis, ayə 62
    [1743] Tuhəful-Uqul, səh.6
    [1744] Əlamud-Din, səh.343
    [1745] Qorobul-Əsnad, səh.76, hədis 244
    [1746] Mətalebus-Suul, səh.55
    [1747] Biharul-Ənvar, c.77, səh.211, hədis 1
    [1748] əl-Xisal, səh.612, hədis 10
    [1749] Əmali-Səduq, səh.16, hədis 5
    [1750] əl-Məhasin, c.2, səh.362, hədis 2262
    [1751] Əd-Dəvat, səh.120, hədis 284
    [1752] İləlul-Şəraye, səh.93, hədis 2
    [1753] Biharul-Ənvar, c.74, səh.227, hədis 20
    [1754] Məkarimul-Əxlaq, c.2, səh.367
    [1755] əl-Kafi, c.2, səh.99, hədis 30
    [1756] Əd-Dəvat, səh.287, hədis 18
    [1757] əl-Kafi, c.2, səh.226, hədis 16
    [1758] Əlaməd-Din, səh.345
    [1759] Ğurərul-Hikəm, hədis 380
    [1760] Həşr, ayə 18.
    [1761] Biharul-Ənvar, c70, səh.73, hədis 26
    [1762] Ğurərul-Hikəm, hədis 6794
    [1763] Tuhəful-Uqul, səh.280
    [1764] əl-Extesas, səh.26
    [1765] Ğurərul-Hikəm, hədis 8927
    [1766] Biharul-Ənvar, c70, səh.73, hədis 27
    [1767] Mustədrəkul-Vəsail, c12, səh.154, hədis 13761
    [1768] Uyunul əxbarul Reza (ə), c2, səh.62, hədis 258
    [1769] Əmali-Səduq, səh.212, hədis 10
    [1770] Biharul-Ənvar, c7, səh.261, hədis 10
    [1771] Əmali-Səduq, səh.246, hədis 13
    [1772] Nurəs-Səqəleyn, c5, səh.665, hədis 26
    [1773] əl-Xisal, səh.253, hədis 125
    [1774] Biharul-Ənvar, c7, səh.272, hədis 39
    [1775] Əlamud-Din, səh.344
    [1776] Biharul-Ənvar, c.71, səh.383, hədis 20
    [1777] Biharul-Ənvar, c.74, səh.102, hədis 54
    [1778] əl-İhticac, c.7, səh.572, hədis 137
    [1779] Biharul-Ənvar, c.7, səh.266, hədis 26
    [1780] İnşiqaq, ayə7-8
    [1781] Məani-Əxbar, səh.262, hədis 1
    [1782] Zümər, ayə 10
    [1783] Kənzul-Ummal, hədis 16635
    [1784] Biharul-Ənvar, c.82, səh.138, hədis 22
    [1785] Usuli Kafi, c.2, səh.126, hədis 8
    [1786] Usuli Kafi, c.2, səh.264, hədis 19
    [1787] Nurus-Səqəleyn, c.4, səh.481, hədis 28
    [1788] Uyunul Əxbari Reza(ə), c.2, səh.34, hədis 66
    [1789] Tənbihul-Xəvatir, c.1, səh.127
    [1790] əl-Xisal, səh.80, hədis 1
    [1791] Fələq, ayə 5
    [1792] əl-Kafi, c2, səh.307, hədis 6
    [1793] Gurərul-Hikəm, hədis 372. 332. 5242
    [1794] Gurərul-Hikəm, hədis 332
    [1795] Gurərul-Hikəm, hədis 5242
    [1796] Şərhi Nəhcül-Bəlağə, c.1, səh.316
    [1797] Gurərul-Hikəm, hədis 4632
    [1798] Gurərul-Hikəm, hədis 1832
    [1799] Biharul-Ənvar, c.73, səh.256, hədis 29
    [1800] Mustədrəkul-Vəsail, c12, səh.17, hədis 13388
    [1801] Gurərul-Hikəm, hədis 1520
    [1802] Gurərul-Hikəm, hədis 1017
    [1803] Şərhe Nəhcül-Bəlağə, c.1, səh.306
    [1804] əl-Kafi, c.2, səh.306, hədis 1
    [1805] əl-Kafi, c.8, səh.8, hədis 1
    [1806] əl-Xisal, səh.121, hədis 113
    [1807] Məryəm, ayə 39
    [1808] Zumər, ayə 56
    [1809] Furqan, ayə 27
    [1810] Kənzul-Ummal, hədis 14936
    [1811] Nəhcül-Bəlağə, hikmət 429
    [1812] Əmali-Tusi, səh.663, hədis 1386
    [1813] Kənzul-Ummal, hədis 44084
    [1814] Ənam, ayə 160
    [1815] Tuhəful-Uqul, səh.271
    [1816] Biharul-Ənvar, c.71, səh.247, hədis 7
    [1817] Nəhl, ayə 90
    [1818] Tuhəful-Uqul, səh.37
    [1819] Ğurərul-Hikəm, hədis 6112
    [1820] Ğurərul-Hikəm, hədis 9912
    [1821] Ğurərul-Hikəm, hədis 5450
    [1822] Ğurərul-Hikəm, hədis 8473
    [1823] Ğurərul-Hikəm, hədis 3439
    [1824] Kənzul-Fəvayed, c.2, səh.31
    [1825] Ğurərul-Hikəm, hədis 3637
    [1826] Nurus-Səqəleyn, c.1, səh.553, hədis 579
    [1827] İsra, ayə 7
    [1828] Ğurərul-Hikəm, hədis (3808+3809)
    [1829] Kənzul-Ummal, hədis 16489
    [1830] Biharul-Ənvar, c.3, səh.80
    [1831] Kənzul-Ummal, hədis 29336
    [1832] Biharul-Ənvar, c.62, səh.266, hədis39
    [1833] Ğurərul-Hikəm, hədis 966
    [1834] Ğurərul-Hikəm, hədis 530
    [1835] Ğurərul-Hikəm, hədis 422
    [1836] Ğurərul-Hikəm, hədis2203
    [1837] Ğurərul-Hikəm, hədis 5522
    [1838] Ğurərul-Hikəm, hədis 1962
    [1839] Ğurərul-Hikəm, hədis10436
    [1840] Biharul-Ənvar, c.78, səh.369, hədis 4
    [1841] Tuhəful-Uqul, səh.488
    [1842] Tuhəful-Uqul, səh.310
    [1843] Biharul-Ənvar, c.72, səh.47, hədis 57
    [1844] Biharul-Ənvar, c.75, səh.147, hədis 21
    [1845] ət-Təmhis, səh.50, hədis 89
    [1846] Biharul-Ənvar, c.72, səh.44, hədis 52
    [1847] Tənbihul-Xəvatir, c.1, səh.31
    [1848] Tənbihul-Xəvatir, c.2, səh.122
    [1849] əl-Kafi, c.2, səh.351, hədis 5
    [1850] Ənbiya, ayə 18
    [1851] Ğurərul-Hikəm, hədis 716
    [1852] Nəhcül-Səadə, c.3, səh.294
    [1853] Tuhəful-Uqul, səh.95
    [1854] Biharul-Ənvar, c.5, səh.305, hədis 24
    [1855] Biharul-Ənvar, c78, səh.228, hədis 105
    [1856] Zuxruf, ayə 78
    [1857] Nəhcül-Bəlağə, hikmət 376
    [1858] Biharul-Ənvar, c.70, səh.184, hədis 52
    [1859] Əmali-Səduq, səh.27, hədis 9
    [1860] Biharul-Ənvar, c.74, səh.157, hədis 2
    [1861] Nəhcül-Bəlağə, xütbə 125
    [1862] Tuhəful-Uqul, səh.408
    [1863] Kənzul-Ummal, hədis 43588
    [1864] Tuhəful-Uqul, səh.88
    [1865] Kənzul-Ummal, hədis 43152
    [1866] Məcməül-Bəyan, c.1, səh.211.
    [1867] Nəhcül-Bəlağə, xütbə 216.
    [1868] Ğurərul-Hikəm, hədis 10328.
    [1869] Mənarimül-Əxlaq, c.2, səh.365, hədis 2661
    [1870] Nəhcül-Bəlağə, xütbə 216
    [1871] Ğürərul-Hikəm, hədis 4780
    [1872] Nəhcül-Bəlağə, xütbə 216
    [1873] Üsuli-Kafi, c.2, səh.169, hədis 1
    [1874] Biharul-Ənvar, c.74, səh.278, hədis 13
    [1875] Üsuli-Kafi, c.2, səh.170, hədis 4
    [1876] əl-Xisal, səh.351, hədis 27
    [1877] əl-Kafi, c.2, səh.174, hədis 14
    [1878] əl-Kafi, c.2, səh.169, hədis 2
    [1879] əl-Ehtecac c.2, səh.517, hədis 340
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 2131 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024