İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Articles » Hədis » Məhdəviyyət inancı haqqında qırx hədis

    Məhdəviyyət inancı haqqında qırx hədis
    Məhdəviyyət inancı haqqında qırx hədis (1)



    خرج احمد و ابن ابي شيبه، و ابن ماجه، و نعيم بن حماد، في الفتن، عن علي، قال: قال رسول الله صلي الله عليه و آله و سلم:

    " المهدي منا اهل البيت، يصلحه الله في ليله."

    Əhməd, ibn Əbi Şiybə və ibn Macə və Nəim ibn Həmmad "Fitən” kitabında Əlidən (ə) nəql etmişlər ki, o həzrət buyurdu: Allahın Rəsulu(s) buyurdular:

    "Məhdi(ə) biz əhli beytdəndir, Allah onun işini bir gecənin içində islah edəcəkdir” 1

    اخرج ابوداود و ابن ماجه و الطبراني و الحاکم عن ام سلمه، قالت: سمعت رسول الله صلي الله عليه و آله و سلم يقول:

    المهدي من عترتي، من ولد فاطمه." ”

    Əbu Davud, Əbu Macə, Təbrani və Hakim Ümmi Sələmədən rəvayət etmişlər ki, dedi: eşitdim, Allahın Rəsulu(s) deyir:

    " Məhdi(ə) mənim sülaləmdəndir, Fatimənin(ə) övladlarındandır.” 2

    اخرج الحاکم و ابن ماجه و ابونعيم، عن انس بن مالک، قال: سمعت رسول الله صلي الله عليه و آله و سلم يقول:



    " نحن سبعه ولد عبد المطلب ساده اهل الجنه: انا، و حمزه، و علي، و جعفر، و الحسن، و الحسين، و المهدي."

    Hakim, ibn Macə və Əbu Nəim Ənəs ibn Malikdən rəvayət etmişlər ki, o, dedi: eşitdim, Allahın Pəsulu(s) deyir:

    "Biz, Əbdülmuttəlib övladlarından yeddi nəfər behişt əhlinin sərvərləriyik: Mən və Həmzə və Əli və Cəfər və Həsən və Hüseyn və Məhdi.” 1

    اخرج الترمذي - و صححه - عن ابي هريره، قال: قال رسول الله صلي الله عليه و آله و سلم:

    " لو لم يبق من الدنيا الا يوم، لطول الله ذلک اليوم، حتي يلي المهدي."

    Termizi "Səhih” kitabının təriqi ilə Əbu Hürəyrədən nəql etmişdir ki, dedi: Allahın Rəsulu(s) buyurdu:

    "Əgər dünyanın ömründən yalnız bir gün qalsa, Allah o günü o qədər uzun edər ki, Məhdi(ə) gəlib çixar.” 2

    5- اخرج الطبراني في الاوسط من طريق عمرو بن علي، عن علي بن ابي طالب انه قال للنبي صلي الله عليه و آله و سلم:

    " امنا المهدي ام من غيرنا يا رسول الله؟، قال: بل منا، بنا يختم الله کما بنا فتح، و بنا يستنقذون من الشرک، و بنا يولف الله بين قلوبهم بعد عداوه الشرک."

    Təbrani "Əl-əvsət” kitabında Əmru ibn Əlinin təriqəsi ilə Əli ibn Əbu Talibdən nəql etmişdir ki, Peyğəmbərdən(ə) soruşdu:

    " Məhdi bizdəndir ya başqalarından, ey Rəsulullah ? " Cavabında buyurdu:

    " Bəli o, bizdəndir, Allah bizimlə başladığı kimi bizimlə də qurtaracaqdır. Bizim vasitəmizlə camaat şirkdən qurtuluş tapırlar və bizim vasitəmizlə Allah şirkdən doğan düşmənçiliyin saldığı ədavətdən sonra insanların qəlbləri arasında ülfət və bağlılıq yaradır.”1




    1 -səh. 89, bab 2, hədis 1.

    2 -səh. 89, bab 2, hədis 2.

    1 -səh. 89, bab 2, hədis 3.

    2 -səh. 90, bab 2, hədis 5.



    1 –Səh. 91, bab 2, hədis 7.


    MƏHDƏVIYYƏT INANCI HAQQINDA QIRX HƏDIS (2)

    6- اخرج نعيم بن حماد، و ابونعيم من طريق مکحول عن علي، قال:

    " قلت: يا رسول الله امنا آل محمد المهدي، ام من غيرنا؟ فقال: لا بل منا، يختم الله به الدين کما فتح بنا ينقذون من الفتنه کما انقذوا من الشرک، و بنا يولف الله بين قلوبهم، و بنا يصبحون بعد عداوه الفتنه اخوانا کما اصبحوا بعد عداوه الشرک اخوانا في دينهم."

    Nəim ibn Həmmad və Əbu Nəim "Məkhul” kitabının təriqəsi ilə Əli ibn Əbu Talibdən(ə) rəvayət etmişdir ki, buyurdu:

    " Dedim: Ey Allahın Rəsulu, Məhdi(ə) biz Ali Məhəmməddərdır ya bizdən başqalarından?” Buyurdu: " yox, o, bizdəndir, Allah dini bizlə başladığı kimi onunla qurtaracaqdır, camaat bizim vasitəmizlə fitnədən nicat taparlar, necə ki, şirkdən nicat tapdılar və bizim vasitəmizlə Allah insanların qəlbləri arasında ülfət və bağlılıq yaradır və bizim vasitəmizlə camaat fitnədən qalxan düşmənçilikdən sonra bir- biri ilə qardaş oldular.”2

    7- اخرج الحارث بن ابي اسامه و ابو نعيم، عن ابي سعيد، قال: قال رسول الله صلي الله عليه و آله و سلم:

    " لتملان الارض ظلما و عدوانا، ثم ليخرجن رجل من اهل بيتي حتي يملاها قسطا و عدلا کما ملئت عدوانا و ظلما."

    Haris ibn Əbi Usamə və Əbu Nəim, Əbu Səiddən nəql etmişlər ki, dedi: Allahın Rəsulu buyurdu:

    " Yer üzü zülm və düşmənçiliklə dolacaqdır, sonra mənim Əhli-beytimdən bir kişi qiyam edəcəkdir ki, yer üzünü ədalətlə və düzgünlüklə doldursun, necə ki, düşmənçilik və zülümlə dolmuşdur.”1

    8- اخرج الطبراني في الکبير و ابو نعيم عن ابن مسعود، قال: قال رسول الله صلي الله عليه و آله و سلم :


    "يخرج رجل من اهل بيتي، يواطي اسمه اسمي و خلقه خلقي، يملاها قسطا و عدلا کما ملئت ظلما و جورا."



    Təbrani " Əlkəbir” kitabında və Əbu Nəim ibn Məsuddan nəql etmişlər ki, dedi: Allahın Rəsulu (s) buyurdu:

    " Mənim Əhli-beytimdən bir kişi qiyam edəcəkdir, adı mənim adım kimi və əxlaqı mənim əxlaqım kimidir, o, yer üzünü ədalət və düzgünlüklə dolduracaqdır, necə ki, zülm və sitəmlə dolmuşdur.”2

    اخرج ابو نعيم عن حذيفه، قال: قال رسول الله صلي الله عليه و آله و سلم: - 9 " ويح هذه الامه من ملوک جبابره، يقتلون و يخيفون المطيعين الا من اظهر طاعتهم، فالمومن التقي ليصانعهم بلسانه، و يفر منهم بقلبه و جنانه. فاذا اراد الله تعالي ان يعيد الاسلام عزيزا، قصم کل جبار عنيد، و هو القادر علي ما يشاء ان يصلح امه بعد فسادها. يا حذيفه! لو لم يبق من الدنيا الا يوم، لطول الله ذلک اليوم حتي يملک من اهل بيتي رجل، تجري الملاحم علي يديه، و يظهر الاسلام، لا يخلف وعده، و هو سريع الحساب."



    Əbu Nəim Huzəyfədən nəql etmişdir ki, dedi: Rəsulullah(s) buyurdu:

    " Vay bu ümmətin zülümkar padşahlarına, camaatı öldürərlər, Allaha itaət edənləri – onlara itaət etdiyini aşkara bildirən şəxsdən başqa – qorxudarlar. Bəs, imanlı və təqvalı insan gərək dili ilə onlarla keçinsin, amma, qəlb və batinində onlardan qaçsın . Əgər böyük Allah İslamı əziz etmək istəsə hər inadkar zalimi məhv edəcəkdir və o, istədiyinə qadirdir və ümməti fəsada düşdükdən sonra islah edə bilər ( və vəziyyətlərini düzəldə bilər ). Ey Huzəyfə, əgər dünyanın ömründən bir gündən artıq qalmaya Allah o bir günü o, qədər uzadacaqdır ki, axırda mənim Əhli-beytimdən bir kişi hakimiyyətə yetişəcəkdir, onun əli ilə təəccüblü hadisələr baş verəcəkdir və Allah – onun əli ilə --İslamı qalib edər və o, vədəxilaflıq etməz və o, hesabında sürətlidir.!”1

    10- اخرج الحسن بن سفيان، و ابو نعيم، عن ابي هريره، قال: قال رسول الله صلي الله عليه و آله و سلم:

    " لو لم يبق من الدنيا الا ليله، ليملک فيها رجل من اهل بيتي."

    Həsən ibn Sufyan və Əbu Nəim, Əbu Hüreyrədən nəql ediblər ki, dedi: Allahın Rəsulu(s) buyurdu:

    " Əgər dünyanın ömründən yalnız bir gecə qala, Allah həmin o bir

    gecədə mənim əhli- beytimdən bir kişini hakimiyyətə yetişdirəcəkdir.”2




    2 –Səh. 91, bab 2, hədis 8.

    1- Səh. 91, 92, bab 2, hədis 10.

    2 – Səh. 92, bab 2, hədis 11.

    1 – Səh. 92, bab 2, hədis 12.

    2– Səh. 92, bab 2, hədis 13


    MƏHDƏVIYYƏT INANCI HAQQINDA QIRX HƏDIS (3)

    11- اخرج الروياني في مسنده و ابو نعيم عن حذيفه، قال: قال رسول الله صلي الله عليه و آله و سلم:

    "المهدي رجل من ولدي، لونه لون عربي، و جسمه اسرئيلي، علي خده الايمن خال کانه کوکب دري، يملا الارض عدلا کما ملئت جورا و ظلما، يرضي في خلافته اهل الارض و اهل السماء و الطير في الجو. "

    Ruyani özünün "Məsnəd” kitabında və Əbu Nəim Hüzeyfədən nəql ediblər ki, dedi: Allahın Rəsulu(s) buyurdu:

    "Məhdi mənim övladlarımdan bir kişidir, üzünün rəngi ərəblərin rəngi kimi və əndamı israillilərin əndamı kimidir,1 sağ yanağında bir xal vardır ki, ulduz kimi parıldayır. Yer üzünü ədalətlə dolduracaqdır, necə ki, zülm və haqsızlıqla dolmuşdu, onun xilafət və rəhbərliyi dövründə yerdəkilər, göydəkilər və göyun quşları razı olacaqlar.”2

    12- اخرج ابو نعيم عن الحسين عليه السلام ان النبي صلي الله عليه و آله و سلم قال لفاطمه:

    يا بنيه: المهدي من ولدک." "

    Əbu Nəim Hüseyndən(ə) rəvayət etmişdir ki, həqiqətən, peyğəmbər(s) Fatimeyi Zəhraya(ə) buyurdu:

    "Ey mənim qızcığazım, Məhdi sənin övladlarındandır.” 3

    13- اخرج ابن عساکر عن الحسين عليه السلام، ان النبي صلي الله عليه و آله و سلم قال:


    "ابشري يا فاطمه! المهدي منک."

    İbn Əsakir Hüseyn(ə) rəvayət etmişdir ki, həqiqətən peyğəmbər(s) buyurdu:

    "Ey Fatimə, sənə müjdə verirəm! Məhdi(ə) sənin nəslindəndir.” 4

    14- اخرج الطبراني في الکبير، و ابو نعيم عن الهلال، ان النبي صلي الله عليه و آله و سلم قال لفاطمه:

    " و الذي بعثني بالحق، منهما - يعني الحسن و الحسين - مهدي هذه الامه. اذا صارت الدنيا هرجا و مرجا و تظاهرت الفتن و تقطعت السبل و اغار بعضهم علي بعض فلا کبير يرحم صغيرا و لا صغير يوقر کبيرا، يبعث الله عند ذلک منهما من يفتح حصون الضلاله و قلوبا غفلا، يقوم بالدين في آخر الزمان، کما قمت به في اول الزمان، و يملا الدنيا عدلا کما ملئت جورا."

    Təbrani "Əl-kəbir” kitabında və Əbu Nəim, Hilaldan – ya Hilalidən – nəql ediblər ki, Peyğəmbər(s) Fatiməyə(ə) buyurdu:

    "And olsun məni həqq üzündən peyğəmbər göndərənə, bu ümmətin Məhdisi(ə) bi iki nəfərin – yəni Həsən(ə) və Hüseynin(ə) – nəslindəndir. Elə bir zaman gələr ki, dünyanı hərc- mərclik bürüyər, fitnələr aşkara törədilər, yollar kəsilər və camaatın bəzisi bəzilərinə hücum edər, nə yaşlılar uşaqlara rəhm edərlər nə də uşaqlar yaşlılara hörmət qoyarlar, o zaman Allah bu iki nəfərin nəslindən elə bir şəxsi göndərəcək ki, zəlalət qalalarını fəhh edər və qafil ürəkləri oyadar və axirəz- zamanda dini ucaldar, necə ki, mən başlancıqda onu ucaltdım və dünyanı ədalətlə dolduracaq, necə ki, zülmlə dolmuşdu.”1

    15- اخرج ايضا - يعني نعيم بن حماد - عن علي و عائشه، عن النبي صلي الله عليه و آله و سلم قال:

    "المهدي رجل من عترتي، يقاتل علي سنتي کما قاتلت انا علي الوحي."

    Həmçinin o,( Nəim ibn Həmmad ) Əli(ə) və Aişədən, onlarda Peyğəmbərdən(s) nəql etmişdir ki, buyurdu:

    " Məhdi mənim xanədanımdan bir kişidir. O, mənim sünnəmə uyğun olaraq döyüşər, necə ki, mən Allahın vəhyinə uyğun olaraq döyüşdüm. " 2

    16- اخرج ايضا عن علي عليه السلام قال:

    "المهدي رجل منا، من ولد فاطمه."

    Həmçinin o,( Nəim ibn Həmmad ) Əlidən(ə) nəql etmişdir ki, buyurdu:

    "Məhdi(ə) bizdən – bizim nəsildən olan – bir kişidir. Fatimə(ə) övladlarındandır.” 1

    17- اخرج الطبراني، عن عوف بن مالک ان النبي صلي الله عليه و آله و سلم قال:

    "يجي‏ء فتنه غبراء مظلمه، تتبع الفتن بعضها بعضا حتي يخرج رجل من اهل بيتي يقال له المهدي، فانادرکته فاتبعه، و کن من المهتدين."

    Təbrani Ovf ibn Malikdən nəql edib ki, peyğəmbər(s) buyurdu:

    "Çətin, qara və qaranlıq fitnə gəlib çatacaqdır, fitnələr biri birinin ardıyca gələcəklər; axırda mənim Əhli- beytimdən bir kişi qiyam edəcəkdir, ona " Məhdi " deyəcəklər; əgər onun dövründə yaşasan ona itaət et ki, hidayət olunmuşlardan olasan.” 2

    18- اخرج الداني عن الحکم بن عيينه، قال: قلت لمحمد بن علي: سمعت انه سيخرج منکم رجل يعدل في هذه الامه. قال:

    " انا نرجو ما يرجو الناس، و انا نرجو لو لم يبق من الدنيا الا يوم لطول الله ذلک اليوم حتي يکون ما ترجوه هذه الامه، و قبل ذلک فتن شر فتنه يمسي الرجل مومنا و يصبح افرا، و يصبح مومنا و يمسي کافرا، فمن ادرک ذلک منکم فليتق الله و ليکن من احلاس بيته."

    Dani Həkəm ibn Uiynədən nəql etmişdir ki, dedi: Məhəmməd ibn Əliyə ərz etdim: eşidmişəm ki, sizin nəslinizdən bir kişi zühur edəcəkdir və bu ümmətdə ədaləti bərpa edəcəkdir. Buyurdu:

    "Biz də camaatın ümüd bəslədiyi şeyə ümüdümüzü bağlamışıq. Ümüdvarıq ki, əgər dünyanın ömründən yalnız bir gün qalsa da Allah həmin bir günü o, qədər uzun etsin ki, bu ümmətin ümüd bəslədiyi şey baş versin; Ondan qabaq ən pis fitnələr baş verəcəkdir, belə ki, bəzi insanlar gecə mömin yatar sübh kafir durarlar ya sübh yuxudan mömin durar gecə yatanda kafir kimi yatarlar. Bəs, əgər sizdən biriniz belə bir fitnəyə giriftar olsa, gərək ilahi təqva yolunu seçsin və bir kənara çəkilib evində otursun.” 1

    19 - عن عمار بن ياسر:

    " اذا قتلت النفس الزکيه، و اخوه تقتل بمکه ضيعه، نادي مناد من السماء: ان اميرکم فلان، و ذلک المهدي، الذي يملا الارض حقا و عدلا اخرجه الامام ابو عبد الله نعيم بن حماد في کتاب الفتن."

    Nəim ibn Həmmad "Əl- fitən " kitabında Əmar ibn Yasərdən nəql etmişdir:

    "Elə ki, Nəfsi Zəkiyyə öldürüldü və qardaşı Məkkədə şiddətli bir döyüşə məşqul oldu, bir carçı asimandan nida verər: Sizin əmir və hakiminiz filankəsdir və o, həmin Məhdidir, elə bir kəsdir ki, yer üzünü həqiqət və ədalətlə dolduracaqdır.” 2

    20- اخرج الطبراني في الاوسط عن طلحه بن عبيد الله، عن النبي صلي الله عليه و آله و سلم:

    : "ستکون فتنه، لا يهدا منها جانب الا جاش منها جانب، حتي ينادي مناد من السماء: ان اميرکم فلان. "

    Təbrani "Əl- əfsəf " kitabında Təlhə ibn Ubeydillahdan, o, da Peyğəmbərdən(s) rəvayət etmişdir:

    "Bir fitnə baş verəcəkdir, bu fitnənin bir tərəfi sakitləşməmiş o biri tərəfi coşacaqdır – onun bir hissəsi sakitləşməmiş o biri hissəsi tüğyan edəcəkdir – axırda bir carçı asimandan nida verəcək: Sizin əmir və hökümdarınız filankəsdir.”1

    1 – Yəni, bədəninin qurluşu və boyunun uzunluğu baxımından onlar kimidir.

    2 – Səh. 93, 94, bab 2, hədis 16.

    3 – Səh. 94, bab 2, hədis 17.-

    4– Səh. 94, bab 2, hədis 17

    1- Səh. 94, 95, bab 2, hədis 19.

    2- Səh. 95, bab 2, hədis 23.

    1 – Səh. 95, bab 2, hədis 23.

    2 – Səh. 103, bab 4, hədis 4

    1- Səh. 102, bab 4, bölmə 1, hədis 7.

    2- Səh. 112, bab 4, bölmə 2, hədis 7.



    1 – Səh. 71, bab 2, hədis 1.

    Category: Məhdəviyyət inancı haqqında qırx hədis | Added by: Islam_Kitabxanasi (2012-10-28)
    Views: 2776 | Rating: 2.6/8
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024