Hədis 330-416 Hədis 330: Həzrət Məhəmməd (s) buyurur: "Allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.” * * * Hədis 331: Həzrət Məhəmməd (s) buyurur: "Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.” * * * Hədis 332: Həzrət Məhəmməd (s) buyurur: "Az nemətə şükür etməyən, çoxa da şükür etməz.” * * * Hədis 333: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala duada israrlı olanı sevir.” * * * Hədis 334: Həzrət Məhəmməd (s) buyurur: "Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.” * * * Hədis 335: Həzrət Əli (ə) buyurur: "Nadanlıq kimi yoxsulluq yoxdur.” * * * Hədis 336: Həzrət Əli (ə) buyurur: "Elm kimi şərəf yoxdur.” * * * Hədis 337: Həzrət Əli (ə) buyurur: "Çox mülayim olan kəs peşman olmaz.” * * * Hədis 338: Həzrət Əli (ə) buyurur: "Gözəl xasiyyət kimi yoldaş yoxdur.” Hədis 339: Həzrət Əli (ə) buyurur: "Əmmarə (pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.” * * * Hədis 340: Həzrət Əli (ə) buyurur: "Vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.” * * * Hədis 341: Həzrət Əli (ə) buyurur: "Çox yeməklə sağlamlıq bir araya sığmaz.” * * * Hədis 342: Həzrət Əli (ə) buyurur: "Söyüş söyən adam kimi həyasız yoxdur.” * * * Hədis 343: Həzrət Əli (ə) buyurur: "Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur.” * * * Hədis 344: Həzrət Əli (ə) buyurur: "Din qardaşı ac olan halda mömin tox olmaz.” * * * Hədis 345: Həzrət Əli (ə) buyurur: "Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.” * * * Hədis 346: Həzrət Əli (ə) buyurur: "Fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.” * * * Hədis 347: Həzrət Əli (ə) buyurur: "O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tərifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.” * * * Hədis 348: Həzrət Əli (ə) buyurur: "O şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.” * * * Hədis 349: Həzrət Əli (ə) buyurur: "Qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.” * * * Hədis 350: Həzrət Əli (ə) buyurur: "Sağlamlıq pəhrizdəndir.” * * * Hədis 351: Həzrət Əli (ə) buyurur: "Bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.” * * * Hədis 352: Həzrət Əli (ə) buyurur: "Büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.” * * * Hədis 353: Həzrət Əli (ə) buyurur: "Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.” * * * Hədis 354: Həzrət Əli (ə) buyurur: "Xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.” Hədis 355: Həzrət Əli (ə) buyurur: "Xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.” * * * Hədis 356: İmam Baqir (ə) buyurur: "Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.” * * * Hədis 357: Həzrət Əli (ə) buyurur: "Allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.” * * * Hədis 358: Həzrət Əli (ə) buyurur: "Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.” * * * Hədis 359: Həzrət Əli (ə) buyurur: "Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.” * * * Hədis 360: Həzrət Əli (ə) buyurur: "Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.” * * * Hədis 361: Həzrət Əli (ə) buyurur: "Dini olmayan zahidlər çoxdur.” * * * Hədis 362: Həzrət Əli (ə) buyurur: "Göz korluğu bəsirət korluğundan yaxşıdır.” * * * Hədis 363: Həzrət Əli (ə) buyurur: "İşin savabı ona çəkilən əziyyət qədərdir.” * * * Hədis 364: Həzrət Əli (ə) buyurur: "İşi sonraya saxlamaq tənbəllik əlamətidir.” * * * Hədis 365: Həzrət Əli (ə) buyurur: "Gəncliyindən qocalmamış, sağlamlığından da xəstələnməmiş istifadə et.” * * * Hədis 366: Həzrət Əli (ə) buyurur: "Allah qorxusundan ağlamaqla günahlar yuyular.” * * * Hədis 367: Həzrət Məhəmməd (s) buyurur: "İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.” * * * Hədis 368: Həzrət Əli (ə) buyurur: "Əfv etmək vasitəsilə rəhmət nazil olar.” * * * Hədis 369: Həzrət Əli (ə) buyurur: "Xoş xasiyyət ruzini artırır.” * * * Hədis 370: Həzrət Əli (ə) buyurur: "Dua vasitəsi ilə bəla aradan qalxar.” * * * Hədis 371: Həzrət Əli (ə) buyurur: "İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.” * * * Hədis 372: Həzrət Məhəmməd (s) buyurur: "Var-dövlətinə yox, ömrünə xəsis ol.” * * * Hədis 373: Həzrət Əli (ə) buyurur: "İşə başlamazdan qabaq məsləhət et.” * * * Hədis 374: Həzrət Əli (ə) buyurur: "Dalaşanda barışığa yer qoy.” * * * Hədis 375: Həzrət Əli (ə) buyurur: "Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.” * * * Hədis 376: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, insanların dünya və axirətdə ağaları səxavətli insanlardır.” * * * Hədis 377: Həzrət Əli (ə) buyurur: "Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.” * * * Hədis 378: Həzrət Əli (ə) buyurur: "Uzaqgörənlik odur ki, Allaha itaət, nəfsə qarşı isə itaətsizlik edilsin.” * * * Hədis 379: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, sən axirət üçün yaradılmısan, onun üçün də çalış.” * * * Hədis 380: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.” * * * Hədis 381: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.” Hədis 382: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, belə isə, onu mühüm işlər üçün saxla.” * * * Hədis 383: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.” * * * Hədis 384: Həzrət Əli (ə) buyurur: "Həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.” * * * Hədis 385: Həzrət Əli (ə) buyurur: "Mömin üçün ən qiymətli hədiyyə ölümdür.” * * * Hədis 386: Həzrət Əli (ə) buyurur: "Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.” * * * Hədis 387: Həzrət Əli (ə) buyurur: "Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.” * * * Hədis 388: Həzrət Əli (ə) buyurur: "İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.” * * * Hədis 389: Həzrət Məhəmməd (s) buyurur: "Xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.” * * * Hədis 390: Həzrət Məhəmməd (s) buyurur: "Bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.” * * * Hədis 391: Həzrət Məhəmməd (s) buyurur: "Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.” * * * Hədis 392: Həzrət Məhəmməd (s) buyurur: "Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez təsir göstərər.” * * * Hədis 393: Həzrət Əli (ə) buyurur: "Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.” * * * Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: "Bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.” * * * Hədis 395: İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.” * * * Hədis 396: İmam Baqir (ə) buyurur: "Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.” * * * Hədis 397: Həzrət Əli (ə) buyurur: "Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.” * * * Hədis 398: İmam Baqir (ə) buyurur: "And olsun Allaha ki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.” * * * Hədis 399: İmam Sadiq (ə) buyurur: "Yanına gəlmiş mömin qardaşını əziz tutub, hörmət edən kəs Allahı əziz tutmuşdur.” * * * Hədis 400: İmam Sadiq (ə) buyurur: "Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.” * * * Hədis 401: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.” * * * Hədis 402: Həzrət Məhəmməd (s) buyurur: "Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.” * * * Hədis 403: İmam Sadiq (ə) buyurur: "Pis xasiyyətli adam özünə əzab verir.” * * * Hədis 404: İmam Sadiq (ə) buyurur: "Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.” * * * Hədis 405: İmam Sadiq (ə) buyurur: "Mömini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.” * * * Hədis 406: İmam Sadiq (ə) buyurur: "Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.” * * * Hədis 407: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.” * * * Hədis 408: İmam Sadiq (ə) buyurur: "Allaha edilən hər bir dua, Məhəmməd və ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.” * * * Hədis 409: İmam Sadiq (ə) buyurur: "Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.” * * * Hədis 410: İmam Riza (ə) buyurur: "Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!” * * * Hədis 411: Həzrət Əli (ə) buyurur: "Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.” * * * Hədis 412: Həzrət Əli (ə) buyurur: "Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.” * * * Hədis 413: Həzrət Əli (ə) buyurur: "Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.” * * * Hədis 414: Həzrət Əli (ə) buyurur: "İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).” * * * Hədis 415: Həzrət Əli (ə) buyurur: "Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.” * * * Hədis 416: Həzrət Əli (ə) buyurur: "Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.” |