İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Xümsün hökmləri

    Xümsün hökmləri
    ONUNCU FƏSIL
    YAŞAYIŞ VƏ TOY VASİTƏLƏRİNİN XÜMSÜ
    YAŞAYIŞ VASİTƏLƏRİNİN XÜMSÜ
    Sual 58: Ehtiyaclı olduğu şeyi gəlirindən alan insan bir müddət sonra bu şeyə ehtiyac hiss etməsə onun xümsünü verməlidirmi?
    İmam (r): Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa, onun xümsünü verməlidir.(İmam (r), "Təhrirul-vəsilə”, 2-ci cild, 16-cı məsələ.)
    Məkarim, Təbrizi, Xamenei və Vəhid: Bütün hallarda xümsü yoxdur.("Tovzihul-məsaili mərace”, 1781-ci məsələ; Xamenei "Əcvibə”, səh.899; Vəhid, "Tovzihul-məsail”, 1789-cu məsələ)
    Fazil, Safi və Nuri: Əgər həmin il ərzində (alış ili) bu şeyə ehtiyacı olmazsa və xüms ilindən artıq qalarsa xümsü verilməlidir. Əgər alış ilindən sonra bu şeyə ehtiyacı olmazsa, xümsü yoxdur.(Safi, "Tovzihul-məsail”, 1790-cı məsələ; Nuri, "Tovzihul-məsail”, 1751-ci məsələ; Fazil, "Ürvətül-vüsqa məə tə`liqat”, 2-ci cild, 67-ci məsələ.)
    Sistani: Əgər həmin il ərzində (alış ili) bu şeyə ehtiyacı olmazsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xümsü ödənməlidir. Əgər alış ilindən sonra bu şeyə ehtiyacı olmazsa xümsü yoxdur.("Minhacus-salehin”, 1-ci cild, 1223-cü məsələ.)
    Behcət: Əgər xüms ilindən artıq qalarsa, xümsü verilməlidir.(Behcətin katibliyi.)
    Sual 59: Ehtiyacım olan vasitələr almışam; lakin aldığım vaxtdan bir il keçməsinə baxmayaraq onlardan heç istifadə etməmişəm. Bu vasitələrə xüms düşürmü?
    (Sistani və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Əgər istifadə olunacağı gözlənilibsə, xümsü yoxdur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.41; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.740; Xamenei, "Əcvibə”, səh.922, 904; Nuri, "İstiftaat”, 1-ci cild, səh.267; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.702; Behcət, "Tovzihul-məsail”, 1376-cı məsələ; Təbrizi, "İstiftaat”, səh.888, 826; Məkarim, "Tovzihul-məsail”, 1507-ci məsələ.)
    Sistani: Onun xümsünü verməlidir. Evdə olması zərurət doğuran, adətən əvvəlcədən hazırlanan və ehtiyac zamanı dərhal hazırlanması mümkün olmayan əşya olarsa, xümsü yoxdur. (Sistaninin katibliyi)
    Vəhid: Xüms düşür.(Vəhidin katibliyi.)
    Qeyd: Mərcələrin risalələrində "kitab” ifadəsinin işlənməsinə baxmayaraq bu hökm təkcə kitaba yox, insanın ehtiyacı olduğu bütün vasitələrə şamil olur.
    Sual 60: İş qazancından (soyuducu, kompüter, kitab kimi) ehtiyac olan vasitələr alındıqdan bir müddət sonra satılır. Satılmış əşyaların puluna xüms düşürmü?
    İmam (r): Əgər həmin il satılsa, xüms ilindən qalan pulun xümsü verilməlidir. Əgər alış ilindən sonra satılsa xüms ilinin tamamlanmasını gözləmədən dərhal bu pulun xümsü verilməlidir. Əgər bu vasitələri başqa vasitələrlə əvəz edərsə xümsü yoxdur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.173, 72, 74.)
    Fazil: Əgər həmin il (alış ili) satılarsa xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər alış ilindən sonra satarsa (alış və satış qiymətində olan fərqin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.("Ürvətil-vüsqa məə tə`liqat”, 2-ci cild, 67-ci məsələ; "Camiul-məsail”, 2-ci cild, səh.485.)
    Nuri: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pula xüms düşür. Əgər alış ilindən sonra satılarsa bu pulun xümsü yoxdur.(Nuri, "İstiftaat”, 1-ci cild, səh.263; "Tovzihul-məsail”, 1777-ci məsələ)
    Təbrizi: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.(Təbrizi, "İstiftaat”, səh.841)
    Xamenei və Məkarim: Ehtiyacı olan vasitələri satdıqda bu pula heç bir halda xüms düşmür.(Xamenei, "Əcvibə”, səh.986; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.314.)
    Behcət: Xüms ilindən artıq qalarsa ona xüms düşür.(Behcətin katibliyi.)
    Safi və Sistani: Əgər həmin il (alış ili) satılarsa vacib ehtiyata əsasən onun xüms ilindən artıq qalan puluna xüms düşür. Əgər alış ilindən sonra satarsa, yalnız alış və satış qiymətinin fərqindəki miqdar ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.(Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.710, 714; "Tovzihul-məsail”, 1790 və 1779-cu məsələ; Sistani, "Minhacus-salehin”, 1-ci cild, 1223-cü məsələ; "Tovzihul-məsail”, 1751-ci məsələ)
    Vəhid: Yalnız alış və satış qiymətinin fərqindəki miqdar ilin gəliri hesab olur və xüms ilindən artıq qaldıqda vacib ehtiyata əsasən ona xüms düşür.(Vəhid, "Tovzihul-məsail”, 1778-ci məsələ.)
    CEHİZİN XÜMSÜ
    Sual 61: Qızın ailəsi ehtiyaclı olduğu cehizi bir dəfəyə almaq imkanında deyil. Əgər iş qazancından tədricən cehiz alsalar, bu əşyalara xüms düşürmü?
    İmam (r), Xamenei, Sistani, Nuri, Fazil və Vəhid: Əgər il ərzində, həmən ilin gəlirindən hazırlasalar və şənlərinə uyğun olsa xümsü yoxdur.("Tovzihul-məsaili mərace”, 1777-ci məsələ; Xamenei, "Əcvibə”, səh.905, 917; Nuri, "Tovzihul-məsail”, 1773-cü məsələ; Vəhid, "Tovzihul-məsail”, 1785-ci məsələ.)
    Safi və Behcət: Qızın ərə getmək yaşına yaxın olduğu vaxtda hazırlanan cehizə xüms düşür.(Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.748; Behcət, "Tovzihul-məsail”, 1391-ci məsələ.)
    Məkarim: Əvvəlcədən cehiz toplamaq adi xərclərdən və xalq arasında yayılmış bir iş, onu toplamamaq isə eyb hesab olunarsa xümsü yoxdur.(Məkarim, "İstiftaat”, 2-ci cild, səh.548; "Tovzihul-məsaili mərace”, 777-ci məsələ.)
    Təbrizi: İzdivac ilində toplanan hissənin xümsü yoxdur. Əvvəlki illərdə hazırlanan hissənin isə vacib ehtiyata əsasən xümsü verilməlidir. Bəli, yetkinlik yaşına çatmazdan öncə ona bağışlanan əmlakın xümsünü vermək qıza vacib deyil.(Təbrizi, "Tovzihul-məsail”, 1786-cı məsələ; "İstiftaat”, səh.822.)
    Sual 62: İl tamamlandıqdan sonra cehiz almaq üçün ehtiyat saxlanmış qazanc puluna (bir dəfəyə cehiz almağa imkan olmadığı üçün) xüms düşürmü?
    İmam (r), Təbrizi, Safi, Sistani, Məkarim və Vəhid: Bəli, xüms düşür.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.25; Təbrizi, "İstiftaat”, səh.836, 891; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.748; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.516; Vəhid, "Tovzihul-məsail”, 1783-cü məsələ; Sistani, xüms, ş.8.)
    Nuri: Xümsü yoxdur.(Nuri, "İstiftaat”, 2-ci cild, səh.380.)
    Fazil və Behcət: Əgər ehtiyat yığılmış pul qısa müddət ərzində saxlanarsa (məsələn üç ilə qədər) xümsü yoxdur.(Fazil, "Camiul məsail”, 1-ci cild, səh.748; Behcət, "Tozvihul-məsail”, səh.391)
    Xamenei: Əgər yaxın gələcəkdə (məsələn, xüms ilindən iki-üç ay sonrayadək) cehiz almaq üçün ehtiyat pulu yığılarsa və onun xümsünü verdikdə cehiz almaq mümkün olmazsa, xümsü yoxdur.(Xamenei, "Əcvibə”, səh.860, 987.)
    BƏYLİK ƏŞYALARININ XÜMSÜ
    Sual 63: Oğlanların toydan öncə izdivac üçün topladığı əşyalar cehiz kimidirmi və xümsü yoxdurmu?
    İmam (r), Xamenei, Fazil, Behcət və Nuri: Əgər ehtiyacları olduğu şeyləri lazım olan vaxtda hazırlaya bilmirlərsə və bu şeyləri həmin ilin gəlirindən hazırlayırlarsa, xümsü yoxdur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.23; Xamenei, "Əcvibə”, səh.917, 905; Fazil, "Camiul məsail”, 1-ci cild, səh.748; Behcət, "Tovzihul-məsail”, 1391-ci məsələ; Nuri, "İstiftaat”, 2-ci cild, səh.334.)
    Təbrizi və Safi: Xüms düşür.(Təbrizi, "İstiftaat”, səh.880, 903; Safi, "Camiul-əhkam”, h.1, səh.747.)
    Məkarim, Sistani və Vəhid: Əgər bu iş qızın cehizinin hazırlanması kimi xalq arasında yayılmış və adi xərc hesab olunarsa, xümsü yoxdur.(Məkarim, "İstiftaat”, 2-ci cild, səh.548; Sistani, "Minhacus-salehin”, 1-ci cild, 1228-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1785-ci məsələ.)
    İZDİVAC PULUNUN XÜMSÜ
    Sual 64: İzdivac üçün saxlanmış pula xüms düşürmü?
    İmam (r), Məkarim, Sistani, Təbrizi və Safi: Xüms düşür.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.24; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.516; Təbrizi, "İstiftaat”, səh.880; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.747; Sistani, xüms, ş.8)
    Xamenei: Əgər yaxın gələcəkdə (məsələn xüms ilindən üç ay sonrayadək) həyata keçən izdivacın xərclərini ödəmək üçün ehtiyat pulu yığılırsa və xüms vermək bu şeylərin hazırlanmasına mane olursa, xümsü yoxdur.(Xamenei, "Əcvibə” səh.860, 978.)
    Nuri: Xümsü yoxdur.(Nuri, "İstiftaat”, 2-ci cild, səh.330.)
    Fazil və Behcət: Əgər ehtiyat pulun yığılması qısa müddət ərzində və orta həddə (məsələn, üç ilə qədər) olarsa, xümsü yoxdur.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.748; Behcət, "Tivzihul-məsail”, 1391-ci məsələ)

    ON BİRİNCI FƏSIL
    MAŞIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ
    NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ
    Sual 65: Minik maşınına xüms düşürmü? Motosiklet və velosibet necə?
    Bütün müctəhidlərin rəyi: Əgər qazanc vasitəsi deyilsə, ona ehtiyac varsa, həmçinin özü və ailəsinin şəninə uyğundursa xümsü yoxdur.("Ürvətül-vüsqa”, 2-ci cild, 61-ci məsələ; Xamenei, "Əcvibə”, səh.923.)
    Qeyd: Məsələ o hala aiddir ki, nəqliyyat vasitəsini həmin ilin qazancından əldə etsin.
    Sual 66: İş qazancından əldə edilmiş, bəzən şəxsi, bəzən isə yük daşımaq, kirayə və qazanc üçün istifadə olunan nəqliyyat vasitəsinə (məsələn, minik maşını və yük maşını) xüms düşürmü?
    Bütün müctəhidlərin rəyi: Şəninə uyğun olan və şəxsi ehtiyacları üçün istifadə etdiyi hissəsinə xüms düşmür. Lakin qazanc məqsədi ilə istifadə olunan hissəsinə xüms düşür.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.711; Nuri, "İstiftaat”, 2-ci cild, səh.339; Sistani, Xamenei, İmam (r), Məkarim, Behcət, Təbrizi və Safinin katibliyi.)
    Qeyd: Misal üçün nəqliyyat vasitəsinin dəyəri üç milyon manatdır. Bir şəxs ilin yarısını bu vasitədən qazanc məqsədi ilə istifadə etmiş, qalan altı ayı isə şəxsi ehtiyaclarına sərf etmişdir. Xüms ili tamamlandıqda nəqliyyat vasitəsinin dəyərinin yarısının xümsünü verməlidir. (Üç yüz min manat)
    Qeyd: Əgər nəqliyyat vasitəsini özü və ailəsinin yaşayış ehtiyacları üçün alıbsa və bəzən təsadüf olaraq onunla qazanc əldə edirsə, xümsü yoxdur.
    Sual 67: İşçi maaşımdan minik maşını almışam ki, onunla qazanc əldə edib dolanışığımı idarə edəm. Çünki dolanışığım, üçün işçi maaşım kifayət etmir. Bu maşına xüms düşürmü?
    İmam (r), Fazil, Sistani, Məkarim və Xamenei: Sərmayəyə xüms düşür. Əgər onun xümsünü verdikdə (hərçənd hissə-hissə) qalan hissə ilə dolanışığın idarə edə bilməzsə xümsü yoxdur.("Ürvətül-vüsqa”, 2-ci cild, 59-cu məsələ; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.708, 765; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.543; Sistani, "Əl-məsailul-muntəxəbə”, 588-ci məsələ; Xameneinin katibliyi.)
    Nuri, Təbrizi və Behcət: Sərmayənin (maşın) dolanışığın idarəsi üçün zəruri olan miqdarına xüms düşmür. Lakin qalan miqdarın xümsü verilməlidir.(Nuri, "İstiftaat”, 1-ci cild, səh.271; Təbrizi, "Əttə`liqə əla minhacis-salihin”, 32-ci məsələ; "İstiftaat”, səh.948; Behcət, "Tovzihul-məsail”, 1401-ci məsələ.)
    Safi və Vəhid: Sərmayəyə xüms düşür. Əgər xümsü ödədikdə dolanışığını idarə edə bilmirsə, şəri hakimə ödəyib sonradan ondan borc götürə bilər.(Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.647, 656; Safi və Vəhidin katibliyi.)
    Qeyd: Əlbəttə, maşınla işləməkdən əldə olunan qazanca xüms düşür.
    MAŞIN SATIŞININ XÜMSÜ
    Sual 68: Mən bir il öncə ehtiyacım olduğu minik maşını almışdım. Sonradan onu satıb puluna yeni model maşın almışam. Yeni maşına verdiyim pulun qalan hissəsini də ilin gəlirindən ödəmişəm. Xüms verməliyəmmi?
    İmam (r): Satdığınız birinci maşının pulunun xümsü dərhal verilməlidir. Əgər maşını yeni maşınla əvəz etsəniz, xümsü yoxdur.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.72, 74, 173.)
    (İmamdan (r) başqa) Bütün müctəhidlərin rəyi: Əgər yeni avtomobilə ehtiyacınız varsa və şəninizə uyğun olarsa, xümsü yoxdur.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.701; Nuri, "İstiftaat”, 2-ci cild, səh.342, 1-ci cild, səh.265; Təbrizi, "İstiftaat”, səh.890; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.714; Sistani, "Minhacus-salehin”, 1-ci cild, 1123-cü məsələ; Xamenei, "Əcvibə”, səh.886; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.314; Vəhid, "Tovzihul-məsail”, 1778-ci məsələ; Behcətin katibliyi.)
    Qeyd 1: Məsələ o hala aiddir ki, xüms ili tamamlanmamış satılmış maşının pulu ilə yeni maşın alsın. Əgər bu pul xüms ilinin sonunadək qalarsa, evin satış pulu sualının hökmündə olacaq.
    Qeyd 2: Bəzi mərcelər maşın sözünü işlətməsələr də, maşınla başqa ehtiyac olan vasitələr arasında bu cəhətdən fərq yoxdur.
    AVTOMOBİL İSTİQRAZININ XÜMSÜ
    Sual 69: Ehtiyac duyulan avtomobili almaq üçün hesaba köçürülən qazanc puluna il tamamlandıqda xüms düşürmü?
    İmam (r), Sistani, Təbrizi, Safi və Vəhid: Xüms düşür.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.98; Sistani, Təbrizi və Vəhidin katibliyi.)
    Məkarim: Əgər beh ünvanında hesaba köçürülübsə, xümsü yoxdur. Əmanət şəklində olarsa, xümsü var.(Məkarimin katibliyi.)
    Behcət, Nuri, Fazil və Xamenei: Əgər maşına ehtiyac olarsa və onu yalnız hesaba pul köçürmək yolu ilə almaq mümkündürsə, xümsü yoxdur.(Behcət, "Vəsilətun-nicat”, 1389-cu məsələ; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.704; Xamenei, "Əcvibə”, səh.883; Nurinin katibliyi.)
    Qeyd 1: Uyğun təşkilata köçürülən pulun qazancı olarsa, bir il ötdükdən sonra ona xüms düşür.
    Qeyd 2: Qeyd olunmuş hökm yalnız avtomobilə yox, ehtiyac duyulan və pul köçürmək yolu ilə alınan hər bir vasitəyə şamil olunur.
    Sual 70: Bir nəfər xüms ilinin ortalarında şəxsi istifadəsi üçün maşın alır. Əgər onu xüms ili tamamlandıqdan sonra təhvil götürərsə, xümsünü verməlidirmi?
    (Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Xeyr, xüms vermək lazım deyil.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.155; Behcət, "Tovzihul-məsail”, 1391-ci məsələ; Məkarim, "İstiftaat”, 2-ci cild, səh.533; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.704; Xamenei, "Əcvibə”, səh.883; Nuri, Safi, və Təbrizinin katibliyi.)
    Sistani: Onun xümsünü günün qiyməti ilə verməlidir.(Sistaninin katibliyi.)
    Qeyd: Həzrət ayətullah Sistani əşyanın məuna xərclərindən olmasında hazırkı istifadəsini (xüms ilindən öncə) şərt bilir.
    Category: Xümsün hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 647 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024