İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Xümsün hökmləri

    Xümsün hökmləri
    ON ALTINCI FƏSIL
    SEYİDLƏRİN PAYI
    SEYİDLƏRİN PAYI
    Sual 94: Kişi öhdəsində olan xərclərin ödənməsi üçün seyid zövcəsinə və övladlarına (məsələn yemək və geyim üçün) seyid payından verə bilərmi?
    (Məkarim, Xamenei və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Vacib ehtiyata əsasən icazə verilmir.("Tovzihul-məsaili mərace”, 1841 və 1842-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1837 və 1838-ci məsələ; "Ürvətül-vüsqa”, 2-ci cild, qismətül-xüms, 5-ci məsələ.)
    Məkarim, Xamenei və Vəhid: Xeyir, icazə verilmir.("Tovzihul-məsaili mərace”, 1841 və 1842-ci məsələ; Xamenei, "Əcvibə”, səh.1021; Vəhid, "Tovzihul-məsail”, 1850-ci məsələ.)
    Sual 95: Kişi öz seyid zövcəsi və övladlarına onun öhdəsində olmayan xərclərinə sərf etmələri üçün seyid payından verə bilərmi?
    İmam (r) və Xamenei: Şəri hakimin icazəsi olmadan icazə verilmir.("Ürvətül-vüsqa”, 2-ci cild, qismətül-xüms, 5-ci məsələ; "Tovzihul-məsaili mərace”, 1841, 1842 və 1834-cü məsələ; Xamenei "Əcvibə”, səh.1017 və 1021)
    Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şəri hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payını isə vacib ehtiyata əsasən şəri hakimin icazəsi ilə verməlidir.("Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.355; Nuri, "Tovzihul-məsail”, 1830, 1837 və 1838; Vəhid, "Tovzihul-məsail”, 1843 və 1850-ci məsələ.)
    Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şəri hakimin icazəsi ilə verilməlidir.("Tovzihul-məsaili mərace”, 1834-cü məsələ)
    Sual 96: Seyid ata övladının təhsil xərclərini xümsdən ödəyə bilərmi?
    İmam (r) və Xamenei: Şəri hakimin icazəsi olmadan icazə yoxdur.(Həmin mənbə, 1834-cü məsələ; Xamenei, "Əcvibə”, səh.1017.)
    Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şəri hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payı isə vacib ehtiyata əsasən şəri hakimin icazəsi ilə verilməlidir.("Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.355; Nuri, "Tovzihul-məsail”, 1830-cu məsələ; Vəhid, "Tovzihul-məsail”, 1843-cü məsələ.)
    Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar; lakin imamın (ə) payı şəri hakimin icazəsi ilə verilməlidir.(Tovzihul-məsaili mərace”, 1834-cü məsələ.)
    Qeyd: Təhsil xərcləri dolanışıq və vacib xərclərdən deyil.
    Sual 97: Xümsü ehtiyaclı seyid tələbəyə verə bilərikmi?
    İmam (r) və Xamenei: Şəri hakimin icazəsi olmadan bu işə icazə yoxdur.(Xamenei, "Əcvibə”, səh.1017; "Tovzihul-məsaili mərace”, 834-cü məsələ.)
    Fazil, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın payını şəri hakimin icazəsi olmadan vermək olmaz. Seyidlərin payı isə vacib ehtiyata əsasən şəri hakimin icazəsilə verilməlidir.("Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Nuri, "Tovzihul-məsail”, 830-cu məsələ; Vəhid, "Tovzihul-məsail”, 1843-cü məsələ.)
    Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şəri hakimin icazəsi ilə verilməlidir.("Tovzihul-məsaili mərace”, 1834-cü məsələ.)
    Sual 98: İlin xərcindən artıq ruzisi olan seyidə xüms vermək olarmı?
    Bütün müctəhidlərin rəyi: Xeyr, seyidlərin payının verilməsində fəqirliyin nəzərə alınması şərtdir.("Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Nuri, "Tovzihul-məsaili”, 1830-cu məsələ; Xamenei, "Əcvibə”, səh.1020; Vəhid, "Tovzihul-məsail”, 1843-cü məsələ.)
    Sual 99: Seyidlərə illik xərclərindən artıq xüms vermək olarmı?
    İmam (r), Xamenei, Fazil, Nuri, Sistani, Safi, Təbrizi və Vəhid: Vacib ehtiyata əsasən bu işə icazə yoxdur.(Tovzihul-məsaili mərace”, 1844-cü məsələ; Nuri, "Tovzihul-məsail”, 1840-cı məsələ; Vəhid, "Tovzihul-məsail”, 1853-cü məsələ; Xameneinin katibliyi.)
    Behcət: Bəli. Lakin müstəhəb ehtiyat budur ki, fəqir seyidə bir ilin xərcindən artıq verilməsin.(Behcət, "Tovzihul-məsail”, 1456-cı məsələ.)
    Məkarim: Xeyir, icazə yoxdur.("Tə`liqat ələl-ürvətil-vüsqa”, kitabul-xüms, 2-ci fəsil, 6-cı məsələ.)
    Sual 100: Günahkar seyidə xüms vermək olarmı?
    (Behcət və Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Əgər xüms vermək onun günah etməyinə kömək olarsa, icazə verilmir.(""Tovzihul-məsaili mərace”, 1838-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 834-cü məsələ; "Tə`liqat ələl-ürvətül-vüsqa”, qismətul-xüms, 1-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1847-ci məsələ..)
    Behcət və Sistani: Əgər xüms vermək onun günah etməsinə kömək olarsa vacib ehtiyata əsasən, icazə yoxdur.("Tovzihul-məsaili mərace”, 1838-ci məsələ.)
    SEYİD QADININ XÜMSÜ
    Sual 101: Ərinin dolanışığı idarə edə bilməyən fəqir seyid qadına seyid payını vermək olarmı?
    İmam (r) və Xamenei: Şəri hakimin icazəsi olmadan icazə yoxdur.(""Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Xamenei, "Əcvibə”, səh.1017.)
    Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: Vacib ehtiyata əsasən şəri hakimin icazəsi olmalıdır.(, "Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.355; Nuri, "Tovzihul-məsail”, 1830 və 1839-cu məsələ; Vəhid, "Tovzihul-məsail”, 1843 və 1852-ci məsələ.)
    Təbrizi, Sistani və Safi: Bəli, icazə verilir.(""Tovzihul-məsaili mərace”, 1834-cü məsələ.)
    Sual 102: Yalnız ana tərəfdən seyid olan kəsə seyid payı düşürmü?
    Bütün müctəhidlərin rəyi: Xeyir, seyid payı yalnız ata tərəfindən seyid olan kəslərə düşür.("Ürvətül-vüsqa”, 2-ci cild, kitabul-xüms, 2-ci fəsil, 3-cü məsələ; Bütün müctəhidlərin katibliyi.)
    ON YEDDİNCİ FƏSİL
    XÜMS VERMƏYİN ZAMAN VƏ ŞƏRTLƏRİ
    XÜMSDƏ NİYYƏT
    Sual 103: Xüms verdikdə, Allaha yaxınlıq məqsədi şərtdirmi?
    (Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Bəli, Allaha yaxınlıq qəsdi şərtdir.( 
    Nuri, "İstiftaat”, 2-ci cild, səh.312; Behcət, "Tovzihul-məsail”, 1447-ci məsələ; Məkarim, İmam (r), Xamenei, Fazil, Təbrizi və Safinin katibliyi.  
    )
    Sistani: Vacib ehtiyata əsasən Allaha yaxınlıq məqsədi şərtdir.(Sistani, "Əl-məsailul-muntəxəbə”, 625-ci məsələ.)
    Qeyd: Xüms verdikdə Allaha yaxınlıq məqsədi bu deməkdir ki, xüms dünyəvi məqsədlər yox, Allahın əmrinin yerinə yetirilməsi üçün verilsin.
    ŞƏMSİ VƏ QƏMƏRİ İL
    Sual 104: Xüms ili qəməri, yoxsa şəmsi illə olmalıdır?
    (Behcət və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Bu iki il arasında fərq yoxdur və hər biri xüms ili ola bilər.(Tovzihul-məsail”, 1762-ci məsələ; Xamenei, "Əcvibə”, səh.999.)
    Behcət: Şəmsi təqviminə uyğun iş görən əkinçi və onun kimi hər bir şəxs öz illik hesabını şəmsi təqvimlə götürə bilər, lakin digər şəxslər öz illik hesablarını qəməri ilə götürməlidirlər.(Behcət, "Tovzihul-məsail”, 1385-ci məsələ.)
    Vəhid: Vacib ehtiyata əsasən qəməri illə götürsünlər.(Vəhid, "Tovzihul-məsail”, 1385-ci məsələ.)
    XÜMS İLİNİN BAŞLANĞICI
    Sual 105: Xüms ili hansı vaxtda başlamalıdır?
    İmam (r), Xamenei, Fazil, Behcət və Safi: Gündəlik tədrici qazanc əldə edən (məsələn, tacir) şəxslərin işə başladıqları vaxt, fəhlə və işçilərin birinci maaşlarını aldıqları vaxt, əkinçi və onun kimilərin isə birinci məhsullarını əldə etdikləri zaman onlar üçün xüms ilinin başlanğıcıdır. Əgər bu qazanclar ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.(İmam (r), "İstiftaat”, 1-ci cild, səh.135; Xamenei, "Əcvibə”, səh.995; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.806 və 814; Behcət, "Vəsilətun-nicat”, 1382-ci məsələ; Safi, "Tovzihul-məsail”, 1774-cü məsələ; "Camiul-əhkam”, 1-ci cild, səh.608.)
    Məkarim, Nuri və Təbrizi: Hər bir şəxsin birinci qazancı onun xüms ilinin başlanğıcıdır. Əgər bu qazanc ilin gəlirindən artıq qalarsa, xümsü verilməlidir.(Nuri, "İstiftaat”, 2-ci cild, səh.310; Təbrizi, "Əttə`liqat əla minhacis-salehin”, 1218-cı məsələ; Məkarim, "Tovzihul-məsail”, 1486-cı məsələ)
    Sistani və Vəhid: Hər bir kəsin işə başladığı gün onun xüms ilinin başlanğıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.(Sistani, "Əl -məsailul-muntəxəbə”, 593-cü məsələ; Vəhid, "Tovzihul-məsail”, 1773-cü məsələ.)
    Sual 106: İl ərzində bir dəfə təsadüfən müamilə edən şəxsin xüms ili nə vaxt başlanır?
    Bütün müctəhidlərin rəyi: İşi, sənəti olmayan və təsadüfən müamilə edən şəxsin qazanc əldə etdiyi gün onun xüms ilinin başlanğıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.("Tovzihul-məsaili mərace”, 1765-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1761-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1773-cü məsələ.)
    XÜMS İLİNİ DƏYİŞMƏK
    Sual 107: Xüms ilinin hesab vaxtını dəyişmək olarmı?
    (Xameneidən başqa) Bütün müctəhidlərin rəyi: İlin hesabını istənilən qədər önə salmaq olar. Lakin şəri hakimin icazəsi olmadan onu təxirə salmaq olmaz.(Məkarim, "İstiftaat”, 1-ci cild, səh.353; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.809; Nuri, "İstiftaat”, 2-ci cild, səh.320; Sistani, "Əl-məsailul-müntəxəbə”, 611-ci məsələ; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.620; İmam (r), Behcət və Təbrizinin katibliyi.)
    Xamenei: Şəri hakimin icazəsi olmadan xüms ilini önə və ya təxirə salmaq olmaz.(Xamenei, "Əcvibə”, səh.1000.)
    Qeyd: Əlbəttə xüms sahiblərinə zərəri olmayan halda xüms ilini önə salmaq olar. Məsələn, ilin ortalarında qazancının xümsünü ayırarsa, xüms ili üçün başlanğıc götürə bilər və bir il ötdükdən sonra ilin hesabını aparar.
    SUBAY ŞƏXSİN XÜMS İLİ
    Sual 108: Valideynləri ilə yaşayan subay cavanlara xüms ilini təyin etmək vacibdirmi?
    Bütün müctəhidlərin rəyi: Əgər subay cavanın şəxsi gəliri (az miqdarda olsa da) olarsa, ona xüms ili təyin edib illik gəlirini hesablamaq vacibdir. Əgər qazancından bir ilin sonunadək artıq qalarsa, xümsünü verməlidir.(Xamenei, "Əcvibə”, səh.996; "Tovzihul-məsail mərace”, 1752-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1748-ci məsələ; Vəhid, "Tovzihul-məsail”, 1760-cı məsələ)
    Qeyd: Hədiyyə, mükafat və bu kimi digər gəlirlərə xüms düşdüyü hesab olunan halda uyğun xümsü gənclər də ödəməlidir.
    YETKİNLİK YAŞINA ÇATMAMIŞ ŞƏXSLƏRİN XÜMS İLİ
    Sual 109: Sərmayəsi olan və qazanc əldə edən yetkinlik yaşına çatmamış cavanlara xüms vacibdirmi?
    İmam (r), Xamenei, Məkarim və Behcət: Vacib ehtiyata əsasən yetkinlik yaşına çatdıqdan sonra onun xümsünü verməlidir.("Tovzihul-məsaili mərace”, 1794-cü məsələ; Xamenei, "Əcvibə”, səh.1035.)
    Təbrizi: Xeyr, yetkinlik yaşına çatdıqdan sonra onun xümsünü vermək vacib deyil.(Təbrizi, "Tovzihul-məsail”, 1802-ci məsələ)
    Sistani, Fazil, Safi, Nuri və Vəhid: Bəli, xümsü vermək onun valideyninə vacibdir. Əgər valideyn onun xümsünü verməzsə, yetkinlik yaşına çatdıqdan sonra uşaq özü bu xümsü ödəməlidir.("Tovzihul-məsaili mərace”, 1794-cü məsələ; Nuri, "İstiftaat”, 2-ci cild, səh.382; Vəhid, "Tovzihul-məsail”, 1802-ci məsələ.)
    YOXSUL ŞƏXSİN XÜMS İLİ
    Sual 110: İllik xərcindən az gəlir əldə edən şəxsin ilin sonunda bir qədər pulu və ya yeməyi artıq qalarsa, ona xüms ili təyin etmək və xüms vermək vacibdirmi?
    İmam (r), Xamenei, Fazil, Məkarim, Safi, Təbrizi, Sistani və Vəhid: Bəli, əgər onun qazancı il ərzində ehtiyaclarına sərf olmazsa və xüms ilindən artıq qalarsa, xümsü verilməlidir.(Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.807; Xamenei, "Əcvibə”, səh.996; Məkarim, "İstiftaat”, 1-ci cild, səh.308; İmam (r), Təbrizi, Safi, Sistani və Vəhidin katibliyi.)
    Behcət və Nuri: Xeyr. Əgər ilin sonunda pul və ya məunə xərclərindən olan bəzi şeylər artıq qalarsa, onları öz ehtiyaclarına sərf edə bilər. Bu şeylərə xüms düşmür.(Nuri, "İstiftaat”, 2-ci cild, səh.318; Behcət, "Tovzihul-məsail”, 1400-cü məsələ.)
    BİR NEÇƏ SƏNƏTİ OLAN ŞƏXSİN XÜMS İLİ
    Sual 111: Mənim iki sənətim var. Həm dərs deyirəm, həm də maşınla işləyirəm. Sənətlərimin hər biri üçün ayrıca hesab vaxtı təyin edə bilərəmmi?
    (Məkarimdən başqa) Bütün müctəhidlərin rəyi: Bəli.(İmam (r), "Təhrirul-vəsilə”, 1-ci cild, "Əl-Xamis”, 12-ci məsələ; Nuri, "İstiftaat”, 2-ci cild, səh.319; Xamenei, "Əcvibə”, səh.964; Safi, "Camiul-əhkam”, 1-ci cild, səh.597; Təbrizi, "Siratun-nəcat”, 2-ci cild, səh.559; Fazil, "Camiul-məsail”, 1-ci cild, səh.810; "Tovzihul-məsaili mərace”, 1773-cü məsələ; Behcət, "Vəsilətun-nicat”, 1384-cü məsələ; Sistaninin katibliyi.)
    Məkarim: Xeyr, gərək hər iki sənətin gəlirini ilin sonunda birlikdə hesab etsin.("Tovzihul-məsaili mərace”, 1773-cü məsələ.)
    Category: Xümsün hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 617 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024