İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Xümsün hökmləri

    Xümsün hökmləri
    İYİRMİNCI FƏSIL
    XÜMSÜ VERİLMƏMİŞ ƏMLAK
    XÜMSÜ VERİLMƏMİŞ ƏMLAKDAN İSTİFADƏ ETMƏK
    Sual 125: Xümsü verilməmiş maldan istifadə etmək olarmı?
    (Təbrizi və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Xeyir. Üzərinə xüms gəlmiş malın xümsü verilməyənədək şəri hakimin icazəsi olmadan ondan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi olsun.(Tovzihul-məsaili mərace”, 1790-cı məsələ; Xamenei, "Əcvibə”, səh.936; Nuri, "Tovzihul-məsail”, 1786-cı məsələ.)
    Təbrizi: Əgər xüms vermək məqsədi olmasa, üzərinə xüms gəlmiş maldan şəri hakimin icazəsi olmadan istifadə etmək olmaz. Əgər xüms vermək məqsədi olarsa, vacib ehtiyata əsasən bu maldan istifadə etmək olmaz.("Tovzihul-məsaili mərace”, 1790-cı məsələ.)
    Vəhid: Xeyir. Xümsü verilməyənədək üzərinə xüms gəlmiş maldan şəri hakimin icazəsi olmadan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi olsun! Malının xümsünü verməmiş şəxs onu, xümsünü vermək üçün satmağa və öz payından istifadə etməyə ixtiyarlıdır.(Vəhid, "Tovzihul-məsail”, 1798-ci məsələ.)
    Sual 126: Bir şəxs üzərinə xüms gəlmiş mallardan istifadə etmək üçün xümsü öhdəsinə götürüb xüms əhlinə borclu qala bilərmi?
    Bütün müctəhidlərin rəyi: Xeyr. Müctəhidin (ya da onun nümayəndəsinin) icazəsi olmadan və ya ona ödəyib sonradan borc götürmək yolundan istifadə etmədən bu maldan istifadə etməyə icazə verilmir.("Tovzihul-məsaili mərace”, 1791 və 1792-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1787 və 1788-ci məsələ; Xamenei, "Əcvibə”, səh.983; Vəhid, "Tovzihul-məsail”, 1799-cu məsələ.)
    XÜMSÜ TƏRK EDƏN ŞƏXSLƏ ÜNSİYYƏT
    Sual 127: Xüms verməyən ailə ilə gəl-get etməyin hökmü nədir?
    (Sistani, Təbrizi və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Bu şəxslərlə gəl-get etməyin eybi yoxdur. Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməzsə yemək yeməyə də icazə verilir. Təsirli olacağını ehtimal verərsə, onları düz yola dəvət etsin.("Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1791-ci məsələ; Behcət, "Tovzihul-məsail”, 1408-ci məsələ; Xamenei, "Əcvibə”, səh.932 və 933.)
    Sistani və Təbrizi: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur və yeməklərindən istifadə edə bilər, əgər təsirli olacağını ehtimal verərsə, onları düzgün yola dəvət etsin.(Tovzihul-məsaili mərace”, 1795-ci məsələ.)
    Vəhid: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur. Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməsə və şəkki olarsa vacib ehtiyata əsasən bu yeməklərdən istifadə etməyə icazə verilmir.(Vəhid, "Tovzihul-məsail”, 1803-cü məsələ.)
    XÜMSÜ TƏRK ETMİŞ VALİDEYN
    Sual 128: Əgər ata xüms məsələsinə riayət etməsə, onun himayəsi altında olan şəxslərə xüms vermək vacibdirmi?
    (Sistani, Təbrizi və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Onun əmlakına xüms düşdüyünə yəqinləri olmasa bu mallardan istifadə etməyə icazə verilir və onların üzərinə heç bir vəzifə düşmür.("Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1791-ci məsələ; Behcət, "Tovzihul-məsail”, 1408-ci məsələ; Xamenei, "Əcvibə”, səh.932, 933 və 928.)
    Sistani və Təbrizi: Onların üzərində heç bir vəzifə yoxdur və onun yeməyindən istifadə edə bilərlər.("Tovzihul-məsaili mərace”, 1795-ci məsələ.)
    Vəhid: Yeməklərə xüms düşdüyünə yəqinləri olmasa və şəkk etsələr, vacib ehtiyata əsasən onları yeməyə icazə verilmir.(Vəhid, "Tovzihul-məsail” 1803-cü məsələ.)
    XÜMSÜ VERİLMƏMİŞ YEMƏK
    Sual 129: Qonaqlıqda yediyimiz xümsü verilməmiş yeməklərin hökmü nədir?
    (Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rəyi: Xümsü verilmədən və ya şəri hakimin icazəsi olmadan bu yeməklərdən istifadə etməyə icazə verilmir.("Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1791-ci məsələ; Xamenei, "Əcvibə”, səh.930 və 928; Vəhid, "Tovzihul-məsail”, 1803-cü məsələ; Behcət, "Tovzihul-məsail”, 1407-ci məsələ, katiblik.)
    Sistani və Təbrizi: Qonaqların bu yeməkdən istifadə etməyinin eybi yoxdur. Lakin ev sahibi xümsə cavabdehdir.(Tovzihul-məsaili mərace”, 1763 və 1795-ci məsələ.)
    Qeyd: Ayətullah Məkarim, "İstiftaat” kitabında xümsü verilməmiş yeməkdən istifadə edib onun xümsünün ehtiyaclı seyidlərə verilməsinə icazə verir.("İstiftaat”, 2-ci cild, səh.575.)
    XÜMSÜ TƏRK ETMİŞ ŞƏXSİN EVİNDƏ NAMAZ QILMAQ
    Sual 130: Xüms verməyən şəxsin evində namaz qılmaq olarmı?
    (Vəhid, Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rəyi: Əgər onun evinə xüms düşdüyünə yəqini olmasa, eybi yoxdur.(Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, "Tovzihul-məsail”, 1791-ci məsələ; Behcət, "Tovzihul-məsail”, 1408-ci məsələ; Xamenei, "Əcvibə”, səh.932)
    Sistani və Təbrizi: Xeyr. Eybi yoxdur.("Tovzihul-məsaili mərace”, 1795-ci məsələ)
    Vəhid: Bu evə xüms düşüb düşmədiyinə şəkk edərsə vacib ehtiyata əsasən burada namaz qılmağa icazə yoxdur.(Vəhid, "Tovzihul-məsail”, 1803-cü məsələ.)
    XÜMSÜ VERİLMƏMİŞ YERDƏ NAMAZ QILMAQ
    Sual 131: Şəxsi sərmayə olan və xümsü verilməyən yerdə namaz qılmağın hökmü nədir?
    (Təbrizi və Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Qəsb hökmündədir və bu yerdə qılınan namaz batildir. Amma şəri hakim icazə versə olar.( 
    "Tovzihul-məsaili mərace”, 873, 1790, 1795 və 1834-cü məsələ; Behcət, "Tovzihul-məsail”, 1408 və 1409-cu məsələ; Behcət, "Vəsilətun-nicat”, 1-ci cild, səh.631; Nuri, "Tovzihul-məsail”, 874, 1786 və 1791-ci məsələ; Xamenei, "Əcvibə”, səh.373, 928, 932 və 933; Vəhid, "Tovzihul-məsail”, 880, 1798 və 1803-cü məsələ; katiblik.  
    )
    Təbrizi və Sistani: Yerin sahibinin namazı batildir. Lakin başqalarının namazı düzgündür.("Tovzihul-məsaili mərace”, 873, 1790 və 1795-ci məsələ; Təbrizi, "İstiftaat”, səh.865.)
    XÜMS VERMƏYƏN ÖLÜNÜN ƏMLAKI
    Sual 132: Atam dünyadan gedib. Onun əmlakının xümsünü vermədiyini bilirəm. Mənim vəzifəm nədir?
    (Vəhid, Təbrizi və Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Onun xümsünü verməlisiniz.("Tovzihul-məsaili mərace”, 1755-ci məsələ; Xamenei, "Əcvibə”, səh.683; Nuri, "Tovzihul-məsail”, 1751 və 1760-cı məsələ; "Tovzihul-məsaili mərace”, 1764-cü məsələ.) Lakin ölmüş şəxsin xüms verməyə əqidəsi olmasa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) bu işə ehtiyac yoxdur.
    Təbrizi: Onun xümsünü vermək vacib deyil.(Təbrizi, "Tovzihul-məsail”, 1764-cü məsələ.)
    Sistani: Onun xümsünü verməlidir. Amma ölmüş şəxsin xüms verməyə əqidəsi olmayıbsa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) və ya xüms vermirmişsə (bəzi şiələr kimi) onun əmlakının xümsünü vermək vacib deyil.(Sistani, "Tovzihul-məsail”, 1764-cü məsələ.)
    Vəhid: Onun xümsünü şəri hakimin icazəsi ilə verməlisiniz. Amma ölmüş şəxsin xüms verməyə əqidəsi olmayıbsa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) onun xümsünü vermək vacib deyil.(Vəhid, "Tovzihul-məsail”, 1763-cü məsələ.)
    ÖLMÜŞ ŞƏXSİN EVİNDƏ NAMAZ QILMAQ
    Sual 133: Xüms borcu olan ölmüş şəxsin evində namaz qılmaq olarmı?
    İmam (r) və Fazil: Bu evdən istifadə etmək haram və bu evdə qılınan namaz batildir. Amma onun borcunu versələr və ya səhlənkarlıq etmədən vermək fikirləri olsa evdən istifadə etməyə və burada namaz qılmağa icazə verilir.("Tovzihul-məsaili mərace”, 875-ci məsələ.)
    Nuri və Safi: Bu evdən istifadə etmək haram və burada qılınan namaz batildir. Amma onun borcunu versələr və ya borcu verməyə zamin dursalar (elə bir şəkildə ki, ölmüş şəxsin boynundan götürülsün) evdən istifadə etmək və orada namaz qılmağa icazə verilir.(Nuri, "Tovzihul-məsail”, 876-cı məsələ; Safi, "Tovzihul-məsail”, 884-cü məsələ.)
    Təbrizi: Bu evdən istifadə etmək haram və orada qılınan namaz batildir. Amma onun borcunu versələr və ya borcu verməyə zamin dursalar evdən istifadə etmək və orada namaz qılmaq olar.(Təbrizi, "Tovzihul-məsail”, 884-cü məsələ)
    Sistani: Vərəsəsinin icazəsi ilə bu evdən qılınan namaz səhihdir.(Sistani, "Tovzihul-məsail”, 863-cü məsələ.)
    Məkarim: Bu yerdən istifadə etmək haram və orada qılınan namaz batildir. Lakin onun borcunu versələr evdən istifadə etmək və orada namaz qılmaq olar.(Məkarim, "Tovzihul-məsail”, 800-cü məsələ.)
    Vəhid: Əgər mərhumun malının miqdarı onun verəcəyi xümsün miqdarından çox olmasa onun evindən istifadə etmək və orada namaz qılmaq batildir. Yalnız xüms borcu ödəndikdən və ödənişlə bağlı öhdəçiliyi şəri hakim qəbul etdikdən sonra mümkün olar. Bu halda varisin icazəsi ilə maldan sərf etmək və evdən namaz qılmağın eybi yoxdur.(Vəhid, "Tovzihul-məsail”, 882-ci məsələ. )
    Category: Xümsün hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-08)
    Views: 773 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024