İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması

    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması
    BİRİNCİ FӘSİL
    TÜRBƏT (TORPAQ) ÜZƏRİNƏ SƏCDƏ
    MÜQӘDDİMӘ
    Məlumdur ki, müqəddəs İslam şəriətinin ən mühüm ibadətlərindən biri namazdır. Namaz – dinin sütunu, möminin meracı, İslamın möhkəm dayağıdır.
    Namazın əhəmiyyətini vurğulayan Peyğəmbər (s) hədislərindən birini burada qeyd etmək yerinə düşərdi: "Әgər namaz (Allah dərgahında) qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz.”
    Hədisdən bu nəticəyə gəlirik ki, hər hansı bir ibadətin qəbul olması, namazın qəbul olmasından asılıdır. Yəni, bütün şərtləri yerinə yetirilərək düzgün qılınan və qəbul olunan namaz, digər saleh əməllərin Allah dərgahında qəbula yetməsi üçün vasitədir. Deməli, namazı qəbula yetməyən bəndənin bütün əməlləri də heçə yuvarlanaraq əhəmiyyətsiz olar. Elə bu səbəbdən də, hər bir insan qıldığı namaza, onun hissələrinə və düzgünlüyünə, həmçinin, bu namazın qəbul olması üçün vacib sayılan şərtlərə daha diqqətlə yanaşmalıdır. Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və Onun rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər (s) buyurub:"Mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də, namazınızı o cür yerinə yetirin.”
    SӘCDӘNİN ӘHӘMİYYӘTİ
    Hörmətli din qardaşım! Səcdə – namazın mühüm hissələrindəndir. Həmçinin, namazda olan beş rükündən biridir. Bildiyiniz kimi, namazın hər rəkətində iki səcdə etmək vacibdir. Bu iki səcdəni bilərəkdən və ya səhv üzündən, yaxud yaddan çıxararaq tərk etmək namazı batil edər.
    Tarixdə qeyd edilir ki, bir qövm Peyğəmbərin (s) yanına gələrək İslama daxil olmaq istəyini o həzrətə bildirirlər. Belə bir şərt də irəli sürürlər ki, namazda rüku və səcdəni yerinə yetirmək istəmirlər. Peyğəmbər (s) onların bu formada qəbul etmək istədiyi "islamı” inkar etmiş və demişdir: "Namazında rüku və səcdə olmayan bir dində xeyir yoxdur.”
    Hədisdən göründüyü kimi, namazda olan səcdənin səhv, batil olması namazın batil olması deməkdir.
    Səcdə məzhəblər arasında ixtilafa səbəb olan məsələlərdəndir. Aydın məsələdir ki, bu məzhəblərin "səcdə” barədə verdiyi rəylərdən yalnız biri düzdür, çünki Allahın nazil etdiyi hökm birdir.
    Gəlin görək qeyd olunan bu ixtilaf nədən ibarətdir?
    Bildirmək istərdik ki, səcdənin hansı qaydada yerinə yetirilməsi məsələmində fikir ayrılığı yoxdur. Bütün məzhəblər bədənin yeddi üzvünün – alın, əllərin içi, dizlər, ayağın baş barmağı – səcdə halında yerə qoyulmasını bildirmişlər. İxtilaf isə, "səcdə nəyin üzərinə edilməlidir?” – sualına cavab ətrafındadır. Hamını düşündürən də, elə məhz bu sualın düzgün cavabıdır: Görəsən, torpaq, çınqıl, daş, qaya və yer üzərindəki bitkilər (yeyilməyən və geyilməyən) üzərinə səcdə edilsə düzgün sayılar, yoxsa xalça, paltar, yun, kətan, neylon və bu kimi digər xam mallardan hazırlanmış şeylər üzərinə səcdə etmək daha münasibdir?
    Biz bu sualı Quran və Peyğəmbərin (s) qoyduğu qayda-qanunu rəhbər tutaraq, cavablandırmağa çalışaq. Qeyd etmək lazımdır ki, Qurani-kərimdə səcdə məsələsinə açıq-aşkar şəkildə toxunulmayıb. Ona görə də, bu məsələ haqda Peyğəmbər (s) hədislərinə müraciət etməyimiz gərəkli və önəmlidir.
    Səcdə nəyin üzərinə etmək barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Biz bu hədislərdən bəzisini burada qeyd edəcək və onların qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq. Peyğəmbər (s) buyurub: "Yer mənim üçün səcdəgah və pak qərar verildi.”
    Bu hədisi bir çox alimlər, hədis hafizləri öz mötəbər kitablarında qeyd etmiş və onun "mütəvatir hədis” olduğunu bildirmişlər. Ona görə də, həmin hədisin düzgün və hamı tərəfindən qəbul olunmasında heç bir şəkk-şübhə yoxdur.
    Hədisin qısa şərhi belədir: Allah-taala yeri Peyğəmbər (s), səhabələr və onun yolu ilə gedən hər bir kəs üçün qiyamətədək "məscid” qərar vermişdir. "Məscid” ərəb sözü olub səcdə edilən yerə, məkana deyilir.
    Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də, başa düşülür ki, İslam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər "yer” adlanmır. Deməli, "yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə İslam şəriəti icazə vermir. Adi bir misal: Әgər bir nəfərdən soruşsalar ki, xalça və ya parça "yer” hesab olunurmu? Sözsüz ki, bu şəxsin verdiyi cavab "yox” olacaqdır. Başqa sözlə desək, bir şəxsin xalça və ya parça üzərinə etdiyi səcdəyə heç bir vəchlə demək olmaz ki, bu şəxs "yer” üzərinə səcdə edir.
    Qayıdaq yuxarıda qeyd etdiyimiz hədisə. Burada deyilir ki, yer mənim üçün məscid qərar verildi. Hədisin zahirindən görünür ki, səcdə üçün nəzərdə tutulan məhz yerin özüdür, yer üzərinə döşənən əşyalar deyil. Həmçinin, lüğətə baxsaq görərik ki, "yer” kəlməsinə yalnız torpaq, daş, çınqıl və bu qəbildən olan digər əşyalar aiddir.
    Daha bir misal çəkək: Әgər bir nəfər "ayağım ilişdi, yerə yıxıldım” və ya "filan qiymətə yer aldım” – desə, məgər bu sözlərdən başa düşülərmi ki, "yer” dedikdə həmin şəxs yer üzərinə döşənəcək əşyaları nəzərdə tutur? Әlbəttə ki, yox!
    Bir sözlə, Peyğəmbər (s) hədisində bizə əmr olunur ki, səcdə "yer” üzərinə olmalıdır və "yer” məfhumunu özündə ehtiva etməyən digər əşyalar üzərinə səcdə düzgün hesab edilmir.
    PEYĞӘMBӘR (S) VӘ YER ÜZӘRİNӘ SӘCDӘ
    Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir.
    "Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir: "(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.”
    Bəli, bu Allah rəsulunun səcdəsidir. Bizlərə "mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin” – kəlmələrini xitab edən Peyğəmbərin (s) səcdəsi! Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır:
    "Həqiqətən Allahın rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün”) gözəl nümunədir.”
    Digər ayədə isə belə buyurulur:
    "Peyğəmbər sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin.”
    Aişədən nəql olunan rəvayətdə belə deyilir: "Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm.”
    Bu hədis də ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri "yer” üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir.
    Vailin nəql etdiyi rəvayətdə deyilir: "Peyğəmbər (s) səcdə edərkən alnını və burnunu yer üzərinə qoyduğunu gördüm.”
    Peyğəmbər (s) də, öz növbəsində "yer” hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Bir hədisdə belə nəql edilir: "Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.”
    HӘSİR ÜZӘRİNӘ SӘCDӘ
    Bir sıra rəvayətlərdə nəql olunur ki, bəzi hallarda Peyğəmbər (s) xurma ağacının qabığından hazırlanmış həsir üzərinə də səcdə etmişdir. Bu qəbildən olan hədislər ona dəlalət edir ki. Peyğəmbər (s) bitkilər üzərinə edilən səcdəyə də icazə vermişdir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yararlı bitkilər olmasın. Peyğəmbər (s) öz əməli ilə bildirmişdir ki, yeyilməyən və geyim əşyaları üçün yararlı olmayan bitkilər üzərinə səcdə, yer üzərinə edilən səcdə kimidir. Qeyd etmək lazımdır ki. yer üzərinə edilən səcdə ilə heç bir ziddiyyət təşkil etməyən bu növ səcdə müsəlmanların işini asanlaşdırmaq üçündür. Lakin yeyinti və geyim əşyaları hazırlamaq üçün yararlı, toxunma işlərində istifadə edilən pambıq və digər bitkilər üzərinə səcdəyə müqəddəs İslam şəriəti icazə vermir.
    Ağac yarpaqları və yeyilməyən bitkilər üzərinə səcdəyə icazə verilsə də, rəvayətlərdə qeyd edildiyi kimi, ən kamil və ən yaxşı səcdə torpaq üzərinə edilən səcdədir.
    SӘHABӘLӘRİN HӘYAT TӘRZİ
    Biz, Peyğəmbər (s) səhabələri və o dövrdə yaşayan müsəlmanların həyat tərzinə diqqət etsək görərik ki, onlar çətin, məşəqqətli anlarda belə, ibadətlərində yer üzərinə edilən səcdəyə üstünlük vermişlər. Məşhur səhabələrdən sayılan Cabir ibn Abdullah əl-Әnsaridən nəql edilən hədisdə deyilir: "İstinin şiddətindən əlimdə bir ovuc torpaq tutdum ki, soyudum və Peyğəmbərlə (s) birlikdə zöhr namazını yerinə yetirim.” ("Səhih Buxari”, c.1, səh. 91 )
    Әnəs ibn Malik rəvayət edir ki, çox isti günlərin birində Peyğəmbərlə (s) birlikdə namaz qılırdıq. İstinin şiddətindən əlimdə çınqıl saxlayıb soyudurdum ki, onun üzərinə səcdə edə bilək.("Səhih Müslim", c.1, səh. 371. "Səhih Tirmizi”, c.2, səh. 131 "Səhih Nisai”, c.1, səh. 210)
    Bu iki hədis vasitəsilə belə bir nəticəyə gəlirik ki, səcdə yalnız yer üzərinə edilməlidir. Әgər döşənmə əşya kimi istifadə edilə bilən və geyim üzərinə səcdə düzgün hesab edilsəydi, səhabələr əbalarının və ya əmmamələrinin üzərinə səcdə edərdilər. Çünki istinin şiddətində bu cür əşyalar üzərinə edilən səcdə, isti torpaq və çınqılı əldə soyutmaqdan daha asandır.
    Xəttab ibn əl-Әrt adlı səhabə belə deyir: "Әllərimizin və alnımızın səcdə edərkən istidən yandığını Peyğəmbərə (s) bildirib bu haldan şikayət etdikdə, Peyğəmbər (s) şikayətimizi qəbul etmədi.”
    Artıq aydın oldu ki, şəriətdə səcdə vacib ediləndən bəri, onun mənası və məğzi alnı yer üzərinə qoymaq olmuşdur. Hətta qızmar günlərdə yerin şiddətli istiliyi, çətinliklər və səhabələrin şikayətinə baxmayaraq, Peyğəmbər (s) müsəlmanlara paltar və əmmamə kimi əşyalar üzərinə səcdəni qadağan etmişdir. Çünki bu cür əşyalar "yer” adlanmır.
    Bəni-Üməyyə belə nəql edir: "Әbu-Bəkr namaz qılarkən yer üzərinə səcdə edirdi.”("Əhzab”, 21)
    Әbi Übadə deyir: "İbn Məsud (ibadət edərkən) yalnız yerə səcdə edərdi.” ("Həşr”, 7)
    Digər səhabə Übadə ibn Samit namaz qılarkən əmmaməsini alnının üstündən qaldırardı.("Müsnədi Əhməd”, c.6, səh. 58 "Kənzül-ümmal”, c.4, səh. 212)
    Burada qeyd edilənlərə tarix səhifələrində çox rast gəlmək olar. Məsələn: Məsud ibn Әcdəə adlı tabii (tabii-Peyğəmbər (s) səhabələrini görmüş, lakin Peyğəmbərin özünü görməyən şəxsdir) Abdullah ibn Məsudun arif tələbələrindən biri idi. Bu şəxs Mədinə torpağından özü üçün türbət düzəldərək (namaz qılanda) onun üzərinə səcdə edərdi. Səfərə çıxarkən, ələlxüsüs gəmi ilə bir yerə səfər edəndə bu türbəti özü ilə götürərdi.
    Category: Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması | Added by: Islam_Kitabxanasi (2011-09-08)
    Views: 736 | Rating: 4.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024