İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması

    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması
    İKİ NAMAZIN ARDICIL QILINMASI
    Görəsən iki namazı bir-birinin ardınca ardıcıl olaraq qılmaq düzgündürmü?
    Bu sual hal-hazırda bir çoxunu düşündürür. Xüsusən də, haqq axtaran gənclər iki namazın ardıcıl qılınmasının düz və ya səhv olmasını tez-tez araşdırırlar. Çox vaxt biz bu sualla qarşılaşırıq: Zöhr və əsr, məğrib və işa namazlarını ardıcıl olaraq birini digərindən sonra qılmaq məqbul sayılırmı?
    Cavab: İlk növbədə qeyd edək ki, üç məzhəb – maliki, şafei, hənbəli – iki namazın ardıcıl qılınmasını səfərdə olan insan üçün məqbul hesab etmişlər. Lakin bununla belə, yağış, xəstəlik, qorxu və digər üzürlü hallarda iki namazın ardıcıl şəkildə qılınması məsələsi bu məzhəblər arasında fikir ayrılığına səbəb olmuşdur. Hənəfi məzhəbi isə iki namazı bir-birinin ardınca qılınmasını Әrəfədən (Məkkədə dağ adı) başqa yerdə, ümumiyyətlə, qadağan etmişdir.
    Şiə məzhəbi iki namazın ardıcıl şəkildə qılınmasının düzgünlüyünü qeyd etmiş və bütün hallar (səfərdə, evdə, hərbdə və s.) üçün bu işin caiz olduğunu bildirmişdir. Şiələr bu və digər şəri hökmlərdə Allah və onun rəsulunu rəhbər tutaraq, həmçinin Qurani-kərimə, Peyğəmbərin (s) səhih, mötəbər hədislərinə istinad edərək fikir irəli sürürlər. Yuxarıda qeyd edilən hökm barəsində isə kifayət qədər dəlil və sübut vardır.
    Әziz oxucu, həmin dəlilləri diqqətinə çatdırmaq istərdik. Bu dəlillər iki qismə bölünür. Quran ayələri, Peyğəmbərin (s) səhih hədisləri.
    1– QURAN AYӘLӘRİ
    Qurani-kərimdə namazın vaxtlarına işarə edən bir neçə ayə vardır. Həmin ayələr namazların qılınma vaxtını təyin edərək, onu üç yerə bölür. Burada o ayələrin müxtəsər təfsirin verməklə qeyd edirik. Allah-taala buyurub:
    اقم الصلاة لدلوک الشمس الی غسق اللیل و قرآن الفجر ان قرآن الفجر کان مشهودا
    "Gün batandan qaranlıq düşənədək namazını qıl. Və habelə səhər namazını və səhər namazında hamı hazır olsun.”
    AYӘNİN TӘFSİRİ
    Allah-taala ilk növbədə, bu ayə ilə Peyğəmbərə (s) namaz qılmağı əmr edir. Həmin namaz – zöhr, əsr, məğrib və işa və sübh namazı olan gündəlik namazlardır. Sonra Allah-taala bu namazların qılınma vaxtını zöhr (günəşin zenit nöqtəsi), axşam (gecə), səhər kimi üç vaxtda təyin edərək Peyğəmbərinə bəyan edib buyurur:
    لدلوک الشمس
    (Li dulukiş şəms)
    Bu zöhr vaxtıdır. Günəşin zenit nöqtəsinə addadığı vaxt. Məğribə qədər davam edən bu müddət zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, zöhr əsrdən əvvəl gəlir.
    الی غسق اللیل (ila ğəsəqil-ləyli)– ifadəsi isə "gecə qaranlıq düşənədək” mənasını verir ki, bu da məğrib və işa namazlarının vaxtının qurtarmasına işarə edir.
    غسق
    (Ğəsəq) kəlməsi zülmətin cəm olması və gecə yarısını bildirir. Yəni ayədən çıxan mənaya görə, məğrib və işa namazlarının vaxtı gecə yarısında qurtarır. Həmin zaman çərçivəsi bu namazlar üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, məğrib namazı işa namazından əvvəl qılınır.
    İmam Razi bu ayənin təfsirini belə açıqlayır: غسق ( Ğəsəq) kəlməsi qaranlığın düşməsi kimi təfsir edilsə bu, məğrib namazının vaxtına işarə edəcəkdir. Günəşin zenit nöqtəsinə addaması da zöhr və əsr namazlarının vaxtına dəlalət edir və bu vaxt çərçivəsi həmin namazlar üçün müştərək vaxt hesab edilir.
    Məğribin başlanması məğrib və işa namazlarının vaxtı olub onların arasında müştərək vaxt kimi hesab edilir. Bu da zöhr və əsr, məğrib və işa namazlarının ardıcıl qılınmasının düzgün olduğunu deyir.
    و قرآن الفجر
    ("Və quranəl-fəcri”) isə sübh namazının vaxtıdır.
    ان قرآن الفجر کان مشهودا
    ("innə quranəl-fəcri kanə məşhudən”) Yəni: "Gecə və gündüz məlaikəsi sübh namazının vaxtına şəhadət verir.”
    Allah-taala digər ayədə buyurur:
    اقم الصلاة طرفی النهار وزلفا من اللیل ان الحسنات یذهبن السیـئات ذلک ذکری للذاکرین
    "Günün başlanğıcında, sonunda, və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar pislikləri aradan qaldırır. Bu, öyüd alanlara bir öyüddür.” ("Biharül-ənvar”, c.2, səh. 209)
    AYӘNİN TӘFSİRİ
    Fəqihlər və təfsir alimləri bildirmişlər ki, bu ayədə qeyd edilən namaz gündəlik qılınan beş vacib namazı nəzərdə tutur.
    Ayədən göründüyü kimi, burada namazın yalnız üç vaxtı bildirilir. Yəni,
    طرفی النهار (tərəfeyin-nəhar)
    – günün başlanğıcı və sonu – deməklə iki vaxt göstərilir. Naharın birinci tərəfi – günün başlanğıcı sübh namazının vaxtı, naharın ikinci tərəfi – günün sonu isə zöhr və əsr namazlarının vaxtıdır və bu vaxt da günəşin zenit nöqtəsini addaması ilə başlayıb günün sonunadək, günəşin qürubunadək davam edir. Həmin zaman çərçivəsi zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir.
    وزلفا من اللیل (və zuləfən minəl-ləyli)
    (gecə vaxtı); bu da üçüncü vaxtdır ki, məğrib və işa namazları üçün müştərək vaxt kimi təyin edilmişdir. Həmin vaxt ölçüsü günəşin qürub etməsindən (məğrib) ta gecə yarısınadək davam edir. Әlbəttə ki, burada da məğrib namazı işa namazından əvvəl qılınır.
    Daha bir Quran ayəsinə nəzər salaq:
    فاصبر علی ما یقولون و سبح بحمد ربک قبل طلوع الشمس و قبل الغروب و من اللیل فسبحه و ادبار السجود
    "Hər nə deyirlər, səbr et və Rəbbinə günəş doğmadan və günəş batmadan öncə sitayiş et. Və eləcə də gecənin bir bölümündə və hər səcdədən sonra Ona sitayiş et.” ("Əl-Xəsais”, Siyuti, c. 2, səh. 125 "Əl-Mənaqib”, Qəzali, səh. 313 "Müsnədi Əhməd”, c. 6, səh. 294 "İslam tarixi”, Dəməşqi, c. 3, səh. 11 "Əl-bidayətü vən-nihayə”, c. 6, səh. 230 "Kənzül-ümmal”, c. 5, səh. 110)
    AYӘNİN TӘFSİRİ
    Fəqihlər və təfsir alimləri bu ayəni araşdıraraq bildirmişlər ki, Allah-taala burada beş vacib namazlara işarə etmişdir. Həmin ayələrə diqqətlə nəzər yetirsək görərik ki, burada da namazların məhz üç vaxtda qılınması bəyan edilir:
    قبل طلوع الشمس (qəblə tuluiş-şəmsi)
    (günəş doğmadan); bu, sübh namazının vaxtı olub, günəş çıxanadək davam edir.
    و قبل الغروب (və qəbləl ğurubi)
    (günəşin batmasından əvvəl); bu da zöhr və əsr namazlarının müştərək vaxtıdır ki, günəş batanadək davam edir.
    و من اللیل فسبحه (və minəl-ləyli fəsəbbihu)
    (və gecənin bir bölümündə Ona sitayiş et); yəni gecənin bir (ilk) hissəsində namaz qıl. Gecənin ilk hissəsində qılınması vacib olan namaz məğrib və işa namazlarıdır və bu vaxt çərçivəsi qeyd olunan namazlar üçün müştərək vaxt kimi təyin edilmişdir.
    و ادبار السجود (və ədbarəs-sücudi)
    (və hər səcdədən sonra Ona sitayiş et); yəni vacib səcdələrdən sonra Allaha sitayiş et. Təfsir alimlərinin bildirdiklərinə görə buradakı vacib səcdələr məğrib və ya işa yaxud da gecə namazının səcdələrinə işarə edir.
    Әziz oxucu, ayələrdən sənə aydın oldu ki, gündəlik vacib namazlar üç vaxtda təyin edilmiş və iki namazı (zöhr və əsr, məğrib və işa) ardıcıl olaraq qılmaq caizdir (düzgündür). Sözsüz ki, bu namazların ayrı-ayrılıqda qılınması vacib olsaydı, Allah-taala öz kitabında həmin beş vaxta işarə edərdi.
    PEYĞӘMBӘRİN (S) HӘDİSLӘRİ
    Qeyd edilən iki namazın ardıcıl şəkildə qılınmasının düzgünlüyünü bildirən bir çox Peyğəmbər (s) hədisləri vardır. Bu hədislərdən bəlli olur ki, hətta xüsusi hallar (yağış, hərb, səfər halı) olmadan belə, Həzrət Peyğəmbər (s) iki namazı ardıcıl olaraq qılardı. Bunun səbəbini Peyğəmbərdən (s) soruşduqda buyurardı:
    لکی اوسع علی امتی و لکن لا احرج امتی
    "Ona görə ki, istəyirəm ümmətim üçün asanlıq yaransın. İstəyirəm ki, ümmətimi çətinlik və əziyyətə salmayım.”
    Yəni, ümmətim üçün rahatlıq və azadlıq istəyirəm. Әgər istəsələr namazlarını cəm şəkildə qıla bilərlər (iki namazı). Çünki iki namazın ardıcıl olaraq qılınması rahatlıq yaradır. Xüsusən də, iş adamları üçün. Aydın məsələdir ki, şəri cəhətdən arxayınlıq kəsb edib iki namazı ardıcıl qılmaq müəyyən iş və ya sənətlə məşğul olan adam üçün daha asan, daha rahatdır. Lakin iki namazın ayrı-ayrılıqda, müxtəlif vaxtlarda qılınması bəzi çətinliklərə səbəb olur. Yəni işlə məşğul olan adam namaz qılmaq üçün gördüyü işi müəyyən vaxt çərçivəsində tərk etməli, yuyunmalı, paklanmalı, paltarını dəyişməli, dəstəmaz almalı, namaz üçün münasib yer tapmalı və i. a. Bütün bunlardan sonra, işə başlamaq üçün iş paltarını geyinməli və iş yerinə qayıtmalıdır. İşə yenicə başladığı zaman isə əgər zöhr (və ya məğrib) namazını qılmışdırsa, birdə görəcək ki, artıq əsr (və ya işa) namazının vaxtı yaxınlaşır. Bu adam məcbur olur ki, yenidən paltarını dəyişsin, yuyunsun, işini yarımçıq qoysun və i.a. Bir sözlə, məşəqqət, çətinlik, iş yerində narazılıq və s. səbəb olan hallar meydana çıxır. Allah-taala isə buyurub:
    یرید الله بکم الیسر و لا یرید بکم العسر
    "Allah iradəsi sizə çətinlik deyil, rahatlıq dilər.” (" Kaşifəl-Ğita”, "İmam Hüseyn türbəti” kitabı)
    ما جعل علیکم فی الدین من حرج
    "O, dində (İslamda) sizə heç bir çətinlik yaratmadı.” ("Vəsailüş-şiə”, c. 3, səh. 608)
    Məhz buna görə də Peyğəmbər (s) buyurmuşdur: "İstəyirəm ki, ümmətim üçün asanlıq yaransın. İstəyirəm ki, ümmətimi çətinlik və əziyyətə salmayım.”
    Әziz oxucu, bu mövzu ilə bağlı daha bir neçə hədisi diqqətinə çatdırmaq istərdik. İbn Abbas demişdir:"Rəsulullah (s) Mədinədə zöhr və əsr namazını, qorxu və ya səfərə çıxma halı olmadan, bir yerdə qıldı.”Rəvayət olunur ki, bunun səbəbini ibn Abbasdan soruşduqda, o, belə cavab vermişdir: "İstədi ki, ümmətindən heç kimi əziyyətə salmasın.” ("Biharül-ənvar” )
    Başqa bir yerdə ibn Abbasın dedikləri bu cür rəvayət olunur: "Mədinədə Peyğəmbər (s) namazını 7 və 8 rəkət qıldı: Məğrib və işa, zöhr və əsr.” ("Vəsailüş-şiə”, c. 3, səh. 608)
    İbn Abbasdan nəql olunan digər bir hədisdə deyilir: "Rəsulullah (s) qorxu və ya səfər etmə ərəfəsində olmadan zöhr və əsri, məğrib və işanı bir yerdə qıldı. Peyğəmbərin (s) nə üçün belə etdiyini ibn Abbasdan soruşduqda o, dedi: İstədi ki, ümmətini əziyyətə salmasın.”
    Təbərani ibn Məsuddan nəql edərək demişdir: "Peyğəmbər (s) Mədinədə zöhr və əsri, məğrib və işanı bir yerdə qıldı. Peyğəmbərdən (s) bunun səbəbini soruşduqda, buyurdu: Bunu etdim ki, ümmətim əziyyətə düşməsin.”
    Qorxu halı olmadan, səfər etmədən, yağışlı gün olmadan, Peyğəmbərin (s) iki namazı bir yerdə, ardıcıl şəkildə qılmasının səbəbini Abdullah ibn Ömərdən soruşduqda, o, belə cavab vermişdi: "Bunu etdi ki, ümməti əziyyətə düşməsin.”
    "Səhih Müslim"də ibn Abbasın dediklərini Abdullah ibn Səfid belə nəql edir: "Rəsulullahın zöhr və əsri, məğrib və işanı bir yerdə qıldığını gördüm.”
    Abdullah ibn Səfid deyir ki, bu sözlərin düz olmasına şəkk etdim. Әbu Hüreyrənin yanına gəldim və o da, İbn Abbasın dediklərini təsdiq etdi.
    İKİ NAMAZIN ARDICIL OLARAQ QILINMASI ӘHLİ-BEYTİN NӘZӘRİNDӘ
    Peyğəmbərin (s) məsum Әhli-beyti də iki namazın ardıcıl qılınmasında icazə verilmiş və bunu caiz (düzgün) hesab etmişlər.
    "Bir kişi iki namazı bir-birinin ardınca, səbəb olmadan belə, qılınması haqda İmam Sadiqdən (ə) soruşdu. İmam belə buyurdu: Rəsulullah artıq bunu etmişdir və istəyi də bu olmuşdur ki, ümmətini həmin əməllə rahat etsin.”("Əsrarüş-şəhadət”, Dərbənd "Məalis-sibteyn”)
    "Әvvəllər varlı olan kişi indi kasıb olduğunu Әhli-beytin 11-ci imamına (İmam Həsən Әsgəri) şikayət etdikdə, İmam belə buyurdu: İki namazı bir-birinin ardınca qıl, istəyinə yetərsən.” ("Hud”, 114)
    Hədisdən göründüyü kimi iki namazı ardıcıl qılınması kasıblığın aradan getməsinə və ruzinin çoxalmasına səbəb olur.
    Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: "Həqiqətən Rəsulullah heç bir səbəb olmadan zöhr və əsr namazlarını ardıcıl şəkildə qıldı. Ömər Ona dedi: Ya Rəsuləllah, namazda bir şeymi baş verdi? Rəsulullah buyurdu: Yox, heç nə baş vermədi, lakin istədim ki, ümmətim üçün asanlıq yaransın.” ("Qaf”, 39-40)
    Әziz oxucu, indi özün düşün: İki namazı ardıcıl olaraq qılmaq əfzəldir, yoxsa ayrı-ayrılıqda?! Qurani-kərim və Peyğəmbərin (s) hədisləri iki namazın ardıcıl qılınmasını düzgün və əfzəl bilirsə, şübhəsiz ki, namazın bu cür qılınması daha gözəl və məqsədəuyğundur.
    Gəlin, bir Quran ayəsinə nəzər salaq:
    و سارعوا الی مغفرة من ربکم و جنة عرضها السماوات و الارض اعدت للمتقین
    "Rəbbimizin bağışlanması və təqvalılar üçün hazırlanmış, eni bütün göylər və yer qədər olan cənnətə olan varmaq üzrə bir-birinizi qabaqlayın.” ("Bəqərə”, 185)
    Ayədən göründüyü kimi, Allah-taala ilahi rəhmətə və məğfirətə səbəb olan şeyləri əldə etmək üçün tələsməyi tövsiyə edir. Aydın məsələdir ki, namaz, həqiqətən də, rəhmət və məğfirətə səbəb olur. Düzgün qılınan zöhr namazından sonra əsr və məğrib namazından sonra işa namazı birbaşa, ardıcıl olaraq yerinə yetirilərsə, əlbəttə ki, bu, Allahın məğfirətinə səbəb olacaqdır.
    Digər ayədə oxuyuruq:
    فاستبقوا الخیرات
    "Xeyir işlərdə bir-birinizi qabaqlayın.” ("Həcc”, 78)
    Allah-taala Quranda bizləri xeyirli əməllərə çağırır və bu işdə tələsməyi tövsiyə edir. Məlumdur ki, namaz əməllərin ən fəzilətlisi və əzəmətlisidir. Ona görə də, iki namazı Allahın bəyan etdiyi və Peyğəmbərin (s) buyurduğu kimi ardıcıl qılmaq xeyirli əməllərin ən ümdə təməlidir.
    Әhli-beytdən nəql edilmiş hədislərə bir daha nəzər yetirək. İmam Riza (ə) buyurmuşdur: "Hər bir namazın üç vaxtı vardır: birinci vaxtı, orta vaxtı, axır vaxtı. Birinci vaxt – Allahın razı qaldığı, orta vaxt – Allahın əfv etdiyi, axır vaxt isə – Allahın bağışladığı vaxtdır. Birinci vaxt ən fəzilətli vaxtdır.”("Səhih Müslim", "iki namazın ardıcıl qılınması” fəsli.)
    "Bir kişi imam Rizadan (ə) namazın ən fəzilətli vaxtı haqqında soruşur. İmam (ə) cavab verir ki, birinci vaxt və əlavə olaraq deyir: Rəsulullah buyurmuşdur: Həqiqətən Allah-taala tələsdirilən xeyirli əməli sevər.”(Səhih Buxari”, "namazın vaxtları kitabında zöhr namazının əsrin vaxtına qədər təxirə salmaq” fəsli.)
    "Zöhr və əsr namazlarının vaxtı haqqında İmamdan (ə) soruşduqda, O, belə cavab verdi: Әgər günəş zəvaldan adlasa, artıq iki namazın (zöhr və əsr) vaxtı daxil olmuşdur.” ("Vəsailüş-şiə”, c. 2, səh. 161)
    Qeyd olunan ayələr və hədislərin şərhindən sonra əksər fəqihlər iki namazın ardıcıl qılınmasının caiz olduğunu, ayrı-ayrılıqda qılınmasının isə fəzilətli olması fətvasını vermişlər.
    BӘHSİN NӘTİCӘSİ
    Açıqlama verdiyimiz aylərdən və hədislərdən bəlli oldu ki, iki namazın ardıcıl qılınması caizdir və burada heç bir xələl yoxdur. Bu ayə və hədislərdən başa düşdük ki, soyuq, yağış, hərb, səfərə çıxmaq halları və digər səbəblər olsa da-olmasa da, iki namazı ardıcıl qılmaq fəzilətli və məqsədəuyğundur. İlahi kəlamlardan və Әhli-beytin buyuruqlarından öyrəndik ki, iki namazın ardıcıl qılınması ruzinin artmasına, Allahın məğfirətinə səbəb olur. Həmçinin dərk etdik ki, namazın bu cür qılınması ilahi rəhmətə və xeyirli əmələ tələsməyə gətirib çıxarır.
    Təəccüblüdür ki, bəzi şəxslər iki namazın ardıcıl qılınmasının düzgünlüyünü bəyan edən ayələri, Peyğəmbər (s) hədislərini bilə-bilə, namazın bu cür qılınmasının caiz olmadığını iddia edirlər. Görəsən, onlar söz "müharibəsinə” qalxıblar, yoxsa həqiqi İslamı məsxərəyə qoyublar? Әn acınacaqlısı isə budur ki, onlar bu ayə və səhih hədisləri oxuyur, bilir və bununla belə yenə də naqis iddalarını irəli sürür, qeyd olunan hökmü, hədisləri inkar edirlər.
    Dahi alim Seyyid Şərafəddin (Allah ondan razı olsun) deyir ki, başqa məzhəblərin alimləri ilə görüşdüyüm zaman onlar da iki namazın ardıcıl qılınmasının düzgün olduğuna inandıqlarını mənə bildirmişlər. Lakin, onların dediyinə görə, avam camaatın qorxusundan bu işi bildirməyə cürət etmirlər. Görünür, bu "alimlər” Allahın buyurduğu ayədən xəbərsiz və qafildirlər. Allah-taala buyurub:
    الذین یبلغون رسالات الله و یخشونه و لا یخشون احدا الا الله و کفی بالله حسیبا
    "Onlar ki, Allahın pəyamlarını çatdırıb, Ondan qorxar və Ondan savayı heç kəsdən qorxmazlar və Allah əməlləri hesablamaq üçün kifayətdir.” ("Vəsailüş-şiə”, c. 2, səh. 162)
    Bu "alimlər” yaddan çıxarırlar ki, Allah buyuruqlarına xilaf çıxıb iki namazın ayrı-ayrılıqda qılınması fikrini yaymaqla bir çox iş əhlinin namazdan yayınmasına, onu tərk etməsinə və bu insanların namaza səhlənkar yanaşmasına səbəb olurlar. Bir fakt olaraq bildirməliyik ki, bir-birinin ardınca qılınan iki namaz, ümumilikdə, namazın qorunmasına səbəb olan mühüm amildir. Allah-taala buyurub:
    حافظوا علی الصلوات و الصلاة الوسطی و قوموا لله قانتین
    "Namazları və orta namazı qoruyun. Müticəsinə Allah üçün qiyam edin.” ("Vəsailüş-şiə”, c. 2, səh. 161)
    ŞӘRİ MӘSӘLӘ
    Qeyd olunan hədislə bağlı fəqihlərin bildirdiyi bir şəri məsələni diqqətinizə çatdırmaq istərdik:
    Namazın vaxtı yetişdikdə, onun yerinə yetirilmə müddəti bu namazın birinci vaxtına məxsusdur və təqribən 4 dəqiqə miqdarı qədərdir. Sonrakı vaxt isə həmin iki namaz üçün müştərək vaxt hesab olunur.
    Məsələnin izahı: Әgər zöhr namazının vaxtı yetişsə, bu namazın yerinə yetirilmə müddəti birinci vaxt olub zöhr namazına məxsusdur (3-4 dəq.) Sonra məğribə qədər davam edən zaman ölçüsü zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. Bu hökm eyniylə məğrib namazına da aiddir. Məğribin birinci vaxtı namazın yerinə yetirilmə müddəti qədər olub, yalnız məğrib namazına məxsusdur. Bu qısa zaman çərçivəsindən sonrakı müddət isə, yəni gecə yarısınadək davam edən vaxt, məğrib və işa namazlarının müştərək vaxtıdır.
    Deməli, zöhr namazından sonra birbaşa əsr namazını qılan şəxsə deyilsə ki, sən əsr namazını vaxtından əvvəl qılmısan, bu düz fikir olmaz. Çünki həmin şəxsin namaz qıldığı vaxt, zöhr və əsr namazlarının müştərək vaxtıdır. Bu hökm məğrib və işa namazlarına da şamildir.
    Səhih kitablarında ("Səhih Buxari”, "Səhih Müslim”) rəvayət olunur ki, Peyğəmbər (s) Әrəfədə (dağ adı) zöhr və əsr namazlarını bir-birinin ardınca qılmışdır. Sual oluna bilər: məgər, Peyğəmbər (s) əsr namazını vaxtından əvvəl qılmışdır?
    Әgər desək ki, Peyğəmbər (s) əsr namazını vaxtından əvvəl qılıb, bu batil fikirdir. Çünki Allah Rəsulunun namazı vaxtından əvvəl qılması qeyri-mümkündür. Әgər desək ki, vaxtında qılıb, (sözsüz ki, bu belədir) onda zöhr namazından sonra birbaşa əsr namazını qılmaq düzgün və və əfzəldir (çünki bu Peyğəmbər (s) əməlidir).
    Nəticə: Həqiqətən, əsr namazı zöhr namazından sonra birbaşa qılınır.
    ان هذه تذکرة فمن شاء ذکره
    "Həqiqətən bu öyüd-nəsihətdir. Kim istəsə, ondan öyüd alar.” (Onu yadında saxlayar).
    SON SÖZ
    Әziz müsəlman qardaş! İslam İlahinin buyurduqlarına təslim olmaq və Allah-taalanın əmrlərini xalisliklə yerinə yetirmək dinidir.
    Әziz oxucu, bu kitabın birinci fəsilindən öyrəndik ki, səcdə yalnız yer üzərinə vacibdir. Döşənəcək əşyalara, pambıq və ya yundan hazırlanmış geyimlər üzərinə səcdə caiz deyildir.
    İkinci fəsildən də öyrəndik ki, iki namazın ardıcıl olaraq qılınması düzgündür və bu cür namazda heç bir xəta, səhv, işkal yoxdur. Әksinə, bu əməl müstəhəb əməllərdəndir.
    Әziz müsəlman qardaşım! Bütün bu deyilənlərdən sonra, həmin dini əmrlərə təslim olmaq, onlara olduğu kimi əməl etmək və gələn ibadətlərində bu hökmləri yerinə yetirməyin artıq sənə vacibdir!
    Әgər yer üzərinə səcdə edirdinsə, inşaallah, namazların səhihdir. Yer üzərinə səcdənin vacibliyini bilməmisənsə və namazlarında döşənəcək, geyim əşyaları üzərinə səcdə etmisənsə, namazların yenə də səhihdir. Qəzasını da, qılmaq vacib deyil. Lakin yer üzərinə səcdənin vacib olduğunu bildikdən sonra, səcdə edilməsi caiz olmayan əşyalar üzərində namaz qılarkən səcdə etməyin düzgün olmaz və bu növ namazın batildir.
    Allahdan diləyək ki, ona itaət etməkdə və Onun razılığını qazanmaqda bizləri müvəffəq etsin. Bizi günahlardan çəkindirsin.
    Allahın salavat və salamı olsun Onun peyğəmbərinə və Peyğəmbərin (s) pak Әhli-beytinə!
    Category: Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması | Added by: Islam_Kitabxanasi (2011-09-08)
    Views: 951 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024