İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    TƏHARƏT (DİNİ BAXIMDAN PAKLIQ)
    Su növləri
    Məsələ 21: Su ya saf (mütləq), ya da qatqılı (müzaf) olur. Qatqılı su odur ki, ona təkcə su deyilməsin. Meyvə şirəsi, sodalı su və gülab bu qəbildəndir. Amma bir su haqqında heç bir qeyd-şərtsiz "su” deyilərsə, belə bir su saf sudur.
    Məsələ 22: Saf suyun müxtəlif növləri var və hər növ xüsusi hökmlərə malikdir. Saf su beş qisimdir: "Kürr” su, "qəlil” su, axar su və borularla ötürülən su, yağış suyu, quyu suyu. Bu beş növ su pak və pakedicidir. Qatqılı su isə murdarı paklamır, murdara toxunduqda özü də murdarlanır.
    1. Kürr su
    Məsələ 23: Kürr su dedikdə vacib ehtiyata əsasən uzunluğu, eni və dərinliyi üç qarış yarım olan qabı dolduran su nəzərdə tutulur. Kürr suyun çəkisi də müəyyəndir. Bu su üç yüz səksən dörd kq. və ya üç yüz səksən dörd l. olmalıdır. Qarışla ölçü apardıqda orta bir qarış nəzərdə tutulur.
    Məsələ 24: Əgər sidik və qan kimi murdarın əsli kürr suya tökülərsə, həmin suyun rəngini, qoxusunu və ya dadını dəyişmədiyi halda, həmin suyu murdarlamaz.
    Məsələ 25: Murdarlanmış (murdarın əsli olmayan) libas və qab kimi əşyaları kürr suda yusalar paklanar.
    Məsələ 26: Kürr suyun rəngi, qoxusu və dadı murdar olmayan bir şey vasitəsi ilə dəyişərsə həmin su murdarlanmaz. Amma istənilən bir bulaşıq sudan çəkinmək daha yaxşıdır.
    Məsələ 27: Murdarın əsli (məsələn, qan) kürr miqdarından artıq suya qatılıb onun bir hissəsinin halını dəyişərsə, onun kürr həddində və ya kürrdən artıq qalan hissəsi pakdır və yalnız dəyişmiş hissə murdardır. Qalan hissə kürrdən az olduqda bütün su murdarlanır.
    Məsələ 28: Murdar bir şeyi kürr suya birləşən kranın altına tutsalar, ondan axan su pakdır. Lakin o suda murdarın qoxusu, rəngi və ya dadı qalarsa, murdar sayılar.
    Məsələ 29: Kürr və ya ondan artıq həddə olmuş suyun kürdən az olub-olmamasında şəkk olunsa, kürr su hökmündədir. Kürdən az olan suyun kürr həddinə çatıb-çatmamasında şəkk olunsa, kürdən az su hökmündədir.
    Məsələ 30: Suyun kürr miqdarında olduğunu iki yolla müəyyənləşdirmək mümkündür: Suyun həmin miqdarda olmasına ya insan özü əmin olmalıdır, ya da onu ədalətli bir şəxs söyləməlidir.
    2. Az (qəlil) su
    Məsələ 31: Kürr miqdarından az olan və yerdən qaynayıb çıxmamış su az (qəlil) su sayılır.
    Məsələ 32: Əgər murdar bir şey az suya toxunarsa (vacib ehtiyata əsasən) onu murdarlayar. Amma az su yuxarıdan axıb murdar şeyə toxunduqda onun yalnız murdara toxunmuş miqdarı murdarlanır. Əgər su fəvvarə şəklində aşağıdan yuxarıya qalxarsa və yuxarıdan murdara toxunarsa, onun aşağıda qalan hissəsi murdarlanmışdır.
    Məsələ 33: Əgər az və pak su ilə murdar şey (qarşıda deyiləcək şərtlər daxilində) yuyulursa, pak olar. Amma yuyulan zaman ayrılan və "ğusalə” adlanan su murdardır. Amma sidik və nəcisin çıxacağından ayrılan su beş şərt daxilində pakdır:
    1. Murdarın üç xüsusiyyətinə malik olmasın;
    2. Kənardan murdarlıq toxunmasın;
    3. Qan və sidik kimi murdarlıqlarla yanaşı olmasın;
    4. Vacib ehtiyata əsasən, həmin suda nəcis qırıntıları görünməsin;
    5. Nəcis çıxacağının ətrafı adi həddən artıq bulanmasın. Amma bu suyun pak olması dedikdə nəzərdə tutulur ki, həmin su bədəni və ya libası isladarsa onu suya çəkmək lazım deyil. Amma ondan pak su kimi başqa işlərdə istifadə etmək olmaz.
    3. Axar (cari) su
    Məsələ 34: Torpaqdan qaynayan və axan sular bulaq və kəhriz suyu, eləcə də, dağlarda toplanmış qardan süzülüb gələn davamlı sular kimidir.
    Məsələ 35: Axar su kürr miqdarından az olsa belə murdara toxunduqda murdarlanmır. Yalnız murdarın qoxusunu, rəngini və ya dadını özünə götürərsə murdar sayılar.
    Məsələ 36: Əgər axar suya murdarlıq toxunsa və onun bir hissəsinin qoxusunu, rəngini və ya dadını dəyişərsə murdarın qoxusunu, rəngini və ya dadını götürən hissə murdar sayılır. Axar suyun çeşməyə doğru hissəsi kürrdən az olsa belə pak sayılır. Amma murdardan axıb keçən hissəsi kürrdən az olduqda murdar sayılır; həmin hissə öz halını dəyişməyibsə və çeşmə ilə rabitəsi varsa murdar sayılmır.
    Məsələ 37: Bəzi durğun sulardan bir miqdar götürdükdə götürülən hissə yenidən dolur. Belə durğun sular axar su hökmündədir. Onlara murdar bir şey toxunduqda murdarlanmırlar. Onlar kürr həddindən az olsalar da murdarlanmazlar. Çaydan kənarda yaranmış çay ilə əlaqəli durğun sular da belədir.
    Məsələ 38: Bəzi bulaqlar və kəhrizlər bəzən qaynayır, bəzən dayanır. Bu sular qaynadığı vaxt axar su hökmündədir.
    Məsələ 39: Şəhərin, hamamların və bu kimi yerlərin mənbədən qidalanan, boru ilə axan suları axar su hökmündədir. Bir şətlə ki, onların qidalandığı mənbənin suyu ya təklikdə, ya da borulardakı su ilə birlikdə kürr həddindən az olmasın.
    Məsələ 40: Əgər boru ilə çəkilmiş suyun altına bir qab qoyularsa qabdakı su krant suyu ilə əlaqədə olduğu vaxt axar su hökmündədir.
    4. Yağış suyu
    Məsələ 41: Yağış suyu axar su hökmündədir. Bu su istənilən bir murdar şeyi paklayır. Əgər bədəndə, xalçada, bu kimi başqa şeylərdə murdarın əsli olmazsa və onlardan (salə) su ayrılarsa, yağış suyu bütün bunları paklayır.
    Məsələ 42: Bir neçə damla yağış yağması kifayat etmir. Yağıntı elə bir miqdarda olmalıdır ki, ona yağış desinlər.
    Məsələ 43: Əgər yağış suyu murdarın əslinə toxunub başqa bir yeri nəmləndirərsə, vacib ehtiyata əsasən, həmin nəm yerdən çəkinmək lazımdır.
    Məsələ 44: Əgər torpağın üzərində və ya evin damında murdar bir şey varsa və onun üzərinə yağış yağmışsa vacib ehtiyata əsasən, çəkinmək lazımdır. Amma yağışın murdar şeyin üzərinə yağmayan hissəsi pakdır. Murdarın üzərinə yağmış suya qatılıb novça ilə axan su pak sayılır.
    Məsələ 45: Əgər yağış suyu axıb yağışın yağmadığı bir yerə çatarsa oranı paklayar, bir şərtlə ki, yağış kəsilməsin.
    Məsələ 46: Yağış suyu yağışla əlaqəli şəkildə bir yerə toplanarsa yağış suyu hökmündədir. Bu su kürr miqdarından az olsa da bütün murdar şeyləri paklayır.
    Məsələ 47: Əgər pak bir xalça murdarlanmış yerə sərilmişsə, onun üzərinə yağan yağış altına keçdikdə xalça murdarlanmır, hətta yer pak qalır.
    Məsələ 48: Əgər yağış suyu murdar hovuza yağarsa, ya ona qatışarsa, hovuzdakı su paklanar.
    5. Quyu suyu
    Məsələ 49: Quyu suyu həm pakdır, həm də pakedicidir. Bu su kürr miqdarından az da olsa həmin xüsusiyyətlərə malikdir. Murdarlanmış şeydə murdarın əsli olmazsa, həmin şey quyu suyu ilə yuyulduqda paklanır. Bir şərtlə ki, murdarın əsli toxunub, qoxusunu, rəngini və ya dadını həmin şeyə keçirməsin.
    Məsələ 50: Quyuya murdar bir şeyin düşməsi ilə onun suyu murdarlanmasa da, hər murdar əşya müqabilində quyudan bir miqdar su çəkib bayıra atmaq müstəhəbdir. Bu miqdar fiqh kitablarında ətraflı şəkildə bəyan olunmuşdur.
    Məsələ 51: Suyu su nasosu ilə bayıra vurulan dərin, yarım dərin və adi bir quyulardan çəkilən su kürr miqdarında olarsa, həmin su pakedicidir. Əgər kürr miqdarından az olarsa, onun daim cərəyanda olan suyu quyu suyu hökmündədir və murdara toxunmaqla murdarlanmır.
    Məsələ 52: Əgər quyunun suyu ona murdarın əslinin düşməsi ilə həmin murdarın qoxusunu, rəngini və ya dadını alarsa, sonradan bu dəyişiklik öz-özünə aradan qalxarsa, quyunun suyu pak sayılmaz. Onun suyunun paklanması üçün bu suya yerdən qaynayan yeni sular qatışmalıdır.
    Suların hökmləri
    Məsələ 53: Öncə qeyd etdiyimiz kimi, gülab, meyvə şirəsi kimi qatqılı sular murdar şeyi paklamır, həmin sularla dəstəmaz almaq, qüsl vermək düzgün deyil.
    Məsələ 54: Əgər qatqılı su murdar şeyə toxunarsa murdarlanar. Yalnız üç halda həmin su murdarlanmaz.
    1. Həmin su yuxarıdan aşağıya axmış olsun; məsələn: gülabı bir qabla yuxarıdan aşağıya murdar şeyin üzərinə töksək qabda qalmış gülab murdarlanmaz.
    2. Fəvvarə şəklində təzyiqlə aşağıdan yuxarıya qalxmış olsun; belə halda suyun yalnız murdara toxunan hissəsi murdarlanır.
    3. Su o qədər çox olsun ki, "murdar ona sirayat etməyib” desinlər. Məsələn, murdar şey qatqılı suyu olan böyük bir gölə və ya çox uzun neft borusunun bir tərəfindəki neftə toxunarsa onların qalan hissəsi murdarlanmaz.
    Məsələ 55: Əgər qatqılı və murdar su kürr və ya axar suya qatışdıqdan sonra, qatqılı sayılmazsa, paklanar.
    Məsələ 56: Əgər saf suya sonradan nə isə qatılmasına şübhə edəriksə bu su saf su hökmündədir. Məsələn, su sayılıb-sayılmadığı məlum olmayan sel suları kimi. Bu elə bir sudur ki, onunla murdar şeyi yumaq, dəstəmaz almaq, qüsl vermək olar. Amma qatqılı suyun sonradan saflaşmasına şübhə edəriksə, bu su qatqılı su hökmündədir.
    Məsələ 57: Əgər bir suyun öncəki halı, saf və ya qatqılı olması məlum deyilsə, bu su bir şeyi paklamaz, onunla dəstəmaz almaq, qüsl vermək olmaz. Amma bu su kürr miqdarında olduqda ona murdar bir şey toxunsa murdarlanmaz.
    Məsələ 58: Əgər su murdar bir şeyə yaxın olduğundan murdarın qoxusunu götürsə, pakdır. Yalnız murdarın əsli ona toxunsa murdarlanar. Bununla belə, ondan çəkinmək daha yaxşıdır.
    Məsələ 59: Murdarın təsirindən qoxusu, rəngi və ya dadı dəyişmiş suyun həmin rəngi, qoxusu və dadı öz-özünə aradan qalxarsa paklanmaz. Yalnız kürr su və ya yağış suyu ilə qatışdıqda murdarlıq aradan götürülər.
    Məsələ 60: Öncə pak olmuş suyun murdarlanıb-murdarlanmamasına şəkk etsək bu su pakdır. Amma öncə murdar olmuş suyun sonradan paklanıb-paklanmamasına şəkk etsək, həmin su murdardır.
    Məsələ 61: İt və donuz kimi murdar heyvanların içdiyi suyun artığı murdardır. Amma pişik və başqa yırtıcı heyvanlar kimi əti haram heyvanların içdiyi suyun artığı pakdır. Amma bu suyu içmək məkruhdur, bu işi görməmək daha yaxşıdır.
    Məsələ 62: İçiləcək suyun tam təmiz olması müstəhəbdir, bəyənilir. Xəstəlik törədəcək sulardan içmək haramdır. İnsanın yuyunduğu suların da təmiz olması daha yaxşıdır. Üfunətli və bulaşıq sulardan imkan həddində çəkinmək lazımdır.
    Ayaqyoluna getməyin (təxəllinin) hökmləri
    Məsələ 63: İstər ayaqyolunda, istərsə də başqa vaxtlar, istər məhrəm (bacı və qardaş kimi), istərsə də naməhrəmlərin gözü qabağında, istər büluğ həddinə çatanların, istər büluğ həddinə çatmayanların, hətta yaxşını pisdən seçə bilməyən (müməyyiz) körpələrin hüzurunda insanın öz ayıb yerini örtməsi vacibdir. Amma ər və arvadın bir-birindən örtünməsi vacib deyil.
    Məsələ 64: Ayıb yeri örtmək üçün hər şeydən, hətta əl və qeyri-şəffaf əşyalardan istifadə etmək olar.
    Məsələ 65: Ayaqyolunda sidiyə gedən və bayıra çıxan vaxt üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz. Ayıb yerin özünü çevirmək kifayat etmir. Amma bədən üzü qibləyə və arxası qibləyə olmayan vaxt vacib ehtiyata əsasən, ayıb yer üzü qibləyə və arxası qibləyə çevrilməməlidir.
    Məsələ 66: Sidik və ya nəcis çıxacağını yuyan vaxt üzü qibləyə və ya arxası qibləyə olmağın eybi yoxdur. Amma "istibra” (sidik kanalının şəriət qaydasında təmizlənməsi) zamanı vacib ehtiyata əsasən üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz.
    Məsələ 67: Böyüklər körpələri, vacib ehtiyata əsasən, bayıra çıxdıqları və ya sidiyə getdikləri vaxt üzü qibləyə və ya arxası qibləyə oturtmamalıdırlar. Amma uşaq özü həmin vəziyyətdə otursa mane olmaq vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.
    Məsələ 68: Əgər ayaqyolu (bilərəkdən və ya səhvən) üzü qibləyə və ya arxası qibləyə tikilmişsə insan elə oturmalıdır ki, üzü qibləyə və ya arxası qibləyə olmasın. Bu məsələni bilərəkdən fərqinə varmamaq haramdır.
    Məsələ 69: Ayaqyoluna gedən zaman qibləni tanımayan şəxs onu tapmağa çalışmalıdır. Əgər tapa bilməzsə, bir qədər gözləməlidir. Gözləyə bilmədikdə istənilən bir tərəfə üz tutub oturmasının eybi yoxdur. Təyyarə və qatarda da bu nöqtə nəzərə alınmalıdır.
    Məsələ 70: Bir neçə yerdə sidiyə getmək və ya bayıra çıxmaq haram sayılır:
    1. İnsanların gediş-gəlişi olan küçə və xiyabanlarda;
    2. Xüsusi bir qrup üçün vəqf olunmuş, hədiyyə edilmiş yerlərdə; Tələbələrə məxsus mədrəsələr, namaz qılanlar üçün nəzərdə tutulmuş məscid tualetləri bu qəbildəndir.
    3. Möminin qəbri üstündə və ya mömin və müqəddəsliklərə hörmətsizlik sayılacaq yerlərdə.
    Məsələ 71: Nəcis çıxacağını yumaqla, üç parça kağız, daş və ya parça ilə təmizləmək olar. Amma nəcis çıxacağı adi həddən artıq bulanarsa, nəcislə birlikdə qan kimi bir murdar şey xaric olarsa və ya kənardan murdarlanarsa, onu yalnız su ilə paklamaq olar.
    Məsələ 72: Nəcis çıxacağını istənilən bir halda su ilə yumaq daha yaxşıdır.
    Məsələ 73: Sidik çıxacağı yalnız su ilə paklanır. Onu az su ilə iki dəfə, axar su hökmündə olan çox həddinə qoşulmuş sularla bir dəfə yumaq bəsdir.
    Məsələ 74: Sidik və nəcisin təbii və ya qeyri-təbii (plastik) çıxacaqlarının yuyulması arasında fərq yoxdur. Amma qeyri-təbii çıxacağı sudan başqa şeylə təmizləmək bəs etmir.
    Məsələ 75: Əgər nəcis çıxacağı üç parça, daş, kağız və ya bu kimi bir şeylə təmizləndikdən sonra ondan yalnız su vasitəsi ilə təmizlənə biləcək zərrələr qalarsa, eybi yoxdur, bu vəziyyətdə namaz qılmaq olar.
    Məsələ 76: Bir parça daş, kağız və ya parçanın üç tərəfi ilə nəcis çıxacağını təmizləmək bəs edir.
    Məsələ 77: İnsan şəkk etsə ki, sidik və ya nəcis çıxacağını paklayıb-paklamayıb, şəkdən sonra özünü paklamalıdır. Amma namaz qıldıqdan sonra bu barədə şəkk edərsə, namazı düzgündür. Növbəti namaz üçün isə özünü paklamalıdır.
    İstibra (sidik kanalının şəri qaydada təmizlənməsi)
    Məsələ 78: İstibra kişilərə aid müstəhəb bir əməldir. İnsan sidiyə getdikdən sonra növbəti qaydada istibra əməlini yerinə yetirir: Cinsi alət bir neçə dəfə kökündən üzü yuxarıya sıxılmış halda sığallanır. Sonra yuxarı hissə bir neçə dəfə sıxılır ki, kanalda qalan sidik xaric olsun. Spermanın (məni) istibrası üçün isə sperma xaric olduqdan sonra sidiyə getmək lazımdır. Bu halda kanalda qalan hissə təmizlənir.
    Məsələ 79: İnsanın cinsi alətindən xaric olan rütubətlər (sidik və spermadan başqa) bir neçə qisimdir:
    1. Bəzən sidikdən sonra azca ağ və yapışqan şəkilli su xaric olur. Bu su "vədi” adlanır.
    2. Mazaqlaşma zamanı xaric olan rütubət "məzi” adlanır;
    3. Spermadan sonra xaric olan rütubət "vəzi” adlanır.
    Əgər kanal sidik və spermaya bulaşıq deyilsə, qeyd olunan bu üç rütubət pakdır, dəstəmaz və qüslü batil etmir.
    Məsələ 80: Sidikdən sonra istibranın faydası budur ki, sidik kanalı təmizlənir. Əgər istibradan sonra şübhəli rütubət xaric olarsa, o, pakdır və dəstəmazı batil etmir. Amma istibra olunmadığı bir halda belə bir rütubət görünərsə dəstəmazı təzələmək, sidik çıxacağını yumaq lazımdır.
    Məsələ 81: Spermadan istibranın faydası budur ki, kanaldan şübhəli rütubət xaric olduqda və onun sperma, yoxsa başqa bir pak su olduğu bilinmədikdə, qüsl vermək lazım olmur. Amma istibra edilməyibsə, spermanın kanalda qalıb sidiklə birlikdə xaric olduğu ehtimal edildikdə yenidən qüsl vermək lazım gəlir.
    Məsələ 82: İnsan şəkk etsə ki, istibra əməlini yerinə yetirib-yetirməyib, şübhəli rütubətlərdən çəkinməlidir. İstibra etdiyi halda onu düzgün edib-etməməsində şəkk etsə, şəkkinə etina etməməlidir.
    Məsələ 83: Qadın üçün istibra yoxdur. Ondan şübhəli rütubət xaric olarsa, bu rütubət pakdır, dəstəmaz və qüslə ehtiyac yoxdur.
    Ayaqyolunda bəyənilən (müstəhəb) və bəyənilməyən (məkruh) əməllər
    Məsələ 84: İnsanın sidiyə gedərkən və ya bayıra çıxarkən kimsə tərəfindən qətiyyən görünməyən bir yerdə oturması müstəhəbdir. Sidiyə gedərkən və ya bayıra çıxarkən başı örtmək müstəhəbdir.
    Məsələ 85: Sidiyə gedərkən və ya bayıra çıxarkən aşağıdakı hallar bəyənilmir (məkruhdur):
    1. Meyvə ağaclarının altında oturmaq;
    2. İnsanların gediş-gəliş məhəllində oturmaq (kimsə görməsə belə);
    3. Evlərin ətrafında oturmaq;
    4. Günəş və ayla üzbəüz oturmaq (ayıb yerini örtsə məruh deyil);
    5. Çox oturmaq;
    6. Zərurət olmadığı halda danışmaq (amma bütün hallarda Allah zikri yaxşı sayılır) ;
    7. Ayaq üstə sidiyə getmək;
    8. Suya, xüsusilə hərəkətsiz suya sidiyə getmək;
    9. Heyvanların yuvasına sidiyə getmək;
    10. Sidiyi sıçradacaq bərk yerə və külək qarşısında sidiyə getmək.
    Məsələ 86: Sidiyə getmək və bayıra çıxmaq lazım gəldikdə bunun qarşısını almaq bəyənilmir. Bu işin zərəri olsa, insan üçün nöqsanı var.
    Məsələ 87: Yuxudan və namazdan qabaq, sperma xaric olduqdan sonra sidiyə getmək bəyənilən işdir.
    Murdar şeylər
    Məsələ 88: Vacib ehtiyata əsasən, on bir şey murdardır: Sidik, nəcis, sperma, heyvan ölüsü, qan, it, donuz, kafir, məstedici mayelər, piyvə, murdar şey yeyən heyvanın təri.
    1, 2. Sidik və nəcis
    Məsələ 89: İnsanın və atıcı qanı olan əti haram heyvanın sidiyi və nəcisi murdardır. Hətta atıcı qanı olmayan, əti haram heyvanın da sidiyindən çəkinmək vacib ehtiyatdır. Amma ağcaqanad, milçək və bu kimi kiçik həşəratların nəcisi pakdır. Bu əsasla siçovul, pişik və yırtıcı heyvanların nəcisindən çəkinmək lazımdır.
    Məsələ 90: Murdar yemiş heyvanın sidiyi və nəcisi murdardır. Vacib ehtiyata əsasən, insanın cinsi yaxınlıq etdiyi heyvanın da sidiyi və nəcisi murdar sayılır.
    Məsələ 91: Donuz südü içmiş qoyunun sidik və nəcisindən çəkinmək lazımdır.
    Məsələ 92: Əti halal və haram quşların ifrazatı və sidiyi murdar deyil. Amma müstəhəb ehtiyata əsasən, əti haram quşların, xüsusi ilə yarasanın (gecə quşunun) sidiyindən çəkinmək lazımdır.
    3. Sperma (məni)
    Məsələ 93: İnsanın və atıcı qanı olan heyvanın sperması murdardır. Bu heyvanların ətinin halal və ya haram olmasının fərqi yoxdur. Hətta atıcı qanı olmayan heyvanların spermasından da çəkinmək vacib ehtiyatdır.
    4. Heyvan ölüsü
    Məsələ 94: Atıcı qanı olan heyvanın ölüsü murdardır. Heyvan ölüsü dedikdə özü ölmüş heyvan nəzərdə tutulur. Amma şəriət qaydasınca yox, başqa bir qaydada kəsilmiş heyvan pakdır. Ondan çəkinmək müstəhəb ehtiyatdır. Beləcə, qeyri-İslami ölkələrdən gətirilən heyvan əti və dəri pak sayılır. Amma bu ətlərdən yemək haramdır. İnsan həmin heyvanların şəriət qaydasınca kəsildiyinə əmin olsa və ya həmin əti gətirən şəxs onun şəri qaydada kəsildiyini bildirsə, ondan yemək olar.
    Məsələ 95: Ölü heyvanın yun, tük və dırnaq kimi ruhsuz hissələri pakdır. Amma zədələndikdə ağrı verən sümük, diş (bir hissəsi), buynuz kimi ruhu olan hissələrdən çəkinmək yaxşıdır.
    Məsələ 96: Diri insan və heyvanın ruhu olan bədən hissəsi bədəndən ayrılarsa, murdardır. Bədəndən ayrılan azca ət də murdar sayılır.
    Məsələ 97: İnsanın dodağından, başından, bədəninin başqa yerlərindən qopan dərilər pakdır. Amma güclə qoparılmış dəridən vacib ehtiyata əsasən çəkinmək lazımdır.
    Məsələ 98: Ölmüş toyuğun yumurtalığından çıxan yumurda pakdır. Bir şərtlə ki, onun qabığı bərkimiş olsun. Amma həmin yumurtanı suya çəkmək lazımdır.
    Məsələ 99: Əgər quzu və çəpiş ot yemək həddinə çatanadək ölsə, onun qursağındakı pendir mayası pakdır. Amma həmin mayanı vacib ehtiyata əsasən suya çəkmək lazımdır.
    Məsələ 100: Müsəlman bazarında satılan və ya müsəlmanın hədiyyə etdiyi ətlər pak və halaldır. Bu ətlərə münasibətdə araşdırma aparmaq lazım deyil. Amma məlum olsa ki, həmin müsəlman bu əti kafirdən alıb və lazımınca diqqət göstərməyib, ondan yemək haramdır. Qeyri-İslami ölkələrdən gətirilən dərilər pakdır, amma onlarla namaz qılmaq olmaz.
    Məsələ 101: Qeyri-İslami ölkələrdən gətirilən yağ, pendir, dərmanlar, sabunlar, kremlər, parçalar, ətirlər və bu kimi başqa şeylər pakdır. Yalnız əminlik varsa, onları pak saymamaq olar.
    5. Qan
    Məsələ 102: İnsanın və atıcı qanı olan hər bir heyvanın qanı murdardır. Amma balığ və ilan kimi atıcı qanı olmayan heyvanların, eləcə də ağcaqanadın qanı pakdır.
    Məsələ 103: Əti halal olan heyvanın başını şəriət qaydasınca kəssələr və onun qanı adi həddə axıb getsə, bədəndə qalan qan pakdır. Amma əgər başını kəsən zaman heyvanın başını bədənindən hündür yerə qoyduqları üçün və ya heyvanın nəfəs çəkməsi səbəbindən qan geri qayıtsa, vacib ehtiyata əsasən həmin qandan çəkinmək lazımdır.
    Məsələ 104: Vacib ehtiyata əsasən, toyuq yumurtasındakı qan murdardır və onu yemək haramdır.
    Məsələ 105: Süd sağarkən süddə görünən qan murdardır və bu qan südü də murdarlayır.
    Məsələ 106: Əgər damaqdan və ya ağızın başqa bir hissəsindən çıxan qan ağız suyunda həll olub itərsə, pakdır. Bu halda ağız suyunu udmaq da olar. Amma bu iş bilərəkdən görülməməlidir.
    Məsələ 107: Əgər dəri və dırnaq əzildikdə onların altında qan ölərsə və artıq onu qan saymazlarsa, həmin qan pakdır. Amma onu yenə qan adlandırarlarsa, dərinin və dırnağın altında olduğu vaxt dəstəmaz və qüsl üçün mane yaratmır. Əgər qan toplanan yer deşilərsə ciddi bir zərər və əziyyət olmadıqda onu çıxarmaq lazımdır. Qanı çıxarmaq ciddi əziyyətə səbəb olduqda dəstəmaz və qüsl üçün onun ətrafını yuyub üzərinə parça qoymaq, parçanın üzərindən əli yaş halda çəkmək lazımdır. Ehtiyat budur ki, təyəmmüm də edilsin.
    Məsələ 108: Əgər insan dərinin altındakı ləkənin ölü qan və ya əzilmiş ət olduğunu bilməsə, həmin ləkə pak sayılır.
    Məsələ 109: Dərini qaşımaq səbəbindən yaranan və ya yaranın ətrafında görünən sarımtıl suyun qan və ya qana qatışıq olması məlum deyilsə, o su pakdır.
    Məsələ 110: Yara yuyulduqdan və ya sağaldıqdan sonra görünən qırmızı rəngli dəri pakdır. Yalnız onda qan olduğuna əminlik varsa, pak sayılmaz.
    6,7. İt və donuz
    Məsələ 111. Adi (suda yaşamayan) it və donuz murdardır. Onların hətta tükü, pəncəsi, dırnağı və rütubəti murdardır. Amma su iti və dəniz donuzu pakdır.
    Məsələ 112: Bu iki murdar heyvandan, yəni it və donuzdan doğulan heyvan eləcə də, onlardan başqa bir heyvanla cütləşməsindən doğulan bala it və donuz adlanmazsa pakdır.
    8. Kafir və kafir hökmündə olanlar
    Məsələ 113: Kafir, yəni Allahı və ya İslam Peyğəmbərini (s) qəbul etməyən, Allaha şərik qoşan şəxs yəhudilik və məsihilik kimi səmavi dinlərdən birini qəbul etsə də, ehtiyata əsasən, murdardır.
    Məsələ 114: Allaha və İslam Peyğəmbərinə (s) inandığı halda bəzən şübhələrə düçar olub araşdırma aparan şəxslər pakdırlar və həmin şübhələrin zərəri yoxdur.
    Məsələ 115: Bir şəxs İslamın dini zərurətlərini, yəni bütün müsəlmanların qəbul etdiyi məad, namaz və oruc kimi mövzuları inkar edərsə, onların zəruriliyini bilirsə, kafirdir və onların zəruriliyinə şübhə edirsə, kafir deyil. Müstəhəb ehtiyata əsasən belələrindən çəkinmək lazımdır.
    Məsələ 116: Yuxarıda kafirin murdar olduğu bildirildi. Bu murdarlıq onun bədəninə, hətta tükünə və dırnağına da aiddir.
    Məsələ 117: İslam cəmiyyətində yaşayan bir şəxsin etiqadından xəbərsiziksə o pak sayılır. Onun əqidəsini araşdırmaq lazım deyil. Qeyri-İslami cəmiyyətlərdə isə bir şəxsin müsəlman və ya kafir olduğu məlum deyilsə, həmin şəxs pakdır.
    Məsələ 118: Kafirlərin övladları da valideynləri ilə eyni hökmdədir. Amma müsəlman övladları, hətta təkcə atası müsəlman olan körpə pakdır. Övladın təkcə anası müsəlman olarsa, ehtiyata əsasən ondan çəkinmək lazımdır.
    Məsələ 119: Əgər bir şəxs Allahın, Peyğəmbərin (s), məsum imamların və ya xanım Fatimənin (ə) ünvanına təhqiramiz söz deyərsə və ya onlarla düşmənçilik edərsə, kafirdir.
    Məsələ 120: Həzrət Əli (ə) və digər imamlara münasibətdə ifrata varan, onları Allah sayan və ya Allahın sifətlərini onlara aid edən kəs kafirdir.
    Məsələ 121: (Vəhdəti-vücud) əqidəsində olanlar, yəni bütün varlıq aləmini Allahın vücudu və bütün mövcudları eynən Allah sayanlar, Allahın insan və digər mövcudlarda hüluluna (görünməsinə) inananlar, Allahı cisim sayanlardan vacib ehtiyata əsasən, çəkinmək lazımdır.
    Məsələ 122: Məsum imamlarla düşmənçilik etməyən, onlara münasibətdə ifrata varmayan, xəvaric əqidəsindən savayı bütün İslam firqələri pakdır.
    9. Məstedici maye
    Məsələ 123: Şərab və insanı məst edən istənilən bir maye vacib ehtiyata əsasən, murdardır. Amma əsli maye olmayan tiryək, həşiş kimi məstedici narkotik maddələr pakdır. Onlar su qatılmaqla maye halına salınsa belə murdar sayılmaz. Amma bu kimi maddələrdən istifadə etmək haramdır.
    Məsələ 124: Məstedici mayedən alınması bilinməyən tibbi və texniki spirt pakdır. Tibbi və texniki spirtlə hazırlanmış adikolonlar, ətirlər və dərmanlar da pak sayılır.
    Məsələ 125: İçilməsi mümkün olmayan, zəhərli spirtlər murdar deyil. Amma onu durulaşdırsalar, şərab və məstedici maye halına salsalar içilməsi haramdır və ehtiyata əsasən murdar sayılır.
    Məsələ 126: Əgər üzüm suyu öz-özünə qaynasa (qaynama adətən şərab hazırlanması üçün müqəddimədir) murdar olur və onu içmək haramdır. Amma o və bu kimi başqa vasitə ilə qaynadılsa murdar sayılmaz, amma onu içmək haramdır. Xurma, mövücz, kişmiş suyu da vacib ehtiyata əsasən belədir.
    Məsələ 127: Əgər xurma, mövücz və kişmişi yeməklə birlikdə qaynadarlarsa, onu yeməyin eybi yoxdur.
    10. Piyvə
    Məsələ 128: Arpadan alınmış spirtli içki "piyvə” adlanır, onu içmək haramdır və piyvə şərab kimi murdar sayılır. Amma tibbi məqsədlə arpadan alınan və "mauş-şəyir” adlanan su məstedici deyil, pak və halaldır.
    Məsələ 129: Tibdə istifadə edilən toz şəkilli piyvə mayası məstecidi deyil, pak və halaldır.
    11. Murdar yemiş heyvanın təri
    Məsələ 130: Murdar yemiş dəvənin, hətta başqa heyvanların da təri vacib ehtiyata əsasən murdardır.
    Haram yolla cünub olmuş (özündən sperma xaric etmiş) şəxsin təri
    Məsələ 131: Zina, livat (homoseksualizm), istimna kimi haram yollarla cünub olmuş şəxsin təri murdar deyil. Amma vacib ehtiyata əsasən belə bir tərlə nəmlənmiş bədən və ya libasla namaz qılınmamalıdır.
    Məsələ 132: Müstəhəb ehtiyata əsasən, haram yolla cünub olanın tərindən çəkinmək lazımdır. Bu ehtiyata riayat üçün qüsl zamanı bədən tərləməsin deyə ilıq su ilə qüsl vermək daha yaxşıdır. Əlbəttə, az su ilə qüsl verdikdə bu şərt nəzərə alınmalıdır. Amma kürr və kürr kimi sularla qüsl verdikdə suyun isti olmasının eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, bu halda qüslü bitirdikdən sonra bütün bədəni bir dəfə suya çəkmək yaxşıdır.
    Məsələ 133: Aybaşı günlərində və mübarək ramazan ayında gündüzlər yaxınlıq etmək haramdır. İnsan belə bir yaxınlıq zamanı tərləyərsə vacib ehtiyata əsasən bu təri haram yolla cənabət təri saymalıdır.
    Məsələ 134: Haram yolla cənabət təri dedikdə yaxınlıq zamanı, yaxınlıqdan sonra qüsl verənədək görünən tər nəzərdə tutulur.
    Məsələ 135: Haram yolla cünub olmuş şəxs su olmadığından, vaxtın azlığından və ya başqa bir səbəblə təyəmmüm edərsə, bədəninin təri pak olar, belə bir vəziyyətdə namaz qıla bilər.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1135 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024