İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    MURDARLIĞIN SÜBUTA YETMƏ YOLLARI
    Məsələ 136: Bir şeyin murdar olması üç yolla sübuta yetir:
    1. İnsan buna əmin olmalıdır. Hətta ciddi bir güman bəs etmir. Bu əsasla, insan murdar zənn etdiyi yeməkxanalarda xörək yeyə bilər. Orada murdarlığa əminlik olarsa çəkinmək lazımdır.
    2. Mal sahibi (ev sahibi, satıcı və ya xidmətçi) ixtiyarında olan şeyin murdarlığını bildirərsə kifayatdir.
    3. İki, hətta bir nəfər ədalətli şəxs şəhadət verərsə kifayatdir.
    Məsələ 137: Öncə pak olmuş bir şeyin sonradan murdarlanmasına şəkk edilərsə, həmin şey pakdır. Öncə murdar olmuş bir şeyin sonradan paklandığı şəkk edilərsə, həmin şey murdardır.
    Məsələ 138: Əgər insan ixtiyarında olan iki qab və ya iki libasdan birinin murdarlandığına əmindirsə və hansı birinin murdarlandığını bilmirsə, hər ikisindən çəkinməlidir. Amma öz libası və ya istifadəsində olan başqa birinə məxsus libaslardan hansı birinin murdarlandığını bilməzsə, onlardan çəkinməməlidir.
    Məsələ 139: Vasvası insanlar paklıq-murdarlıq məsələsində öz baxışın əhəmiyyət verməməlidirlər. Onlar adi şərtlərin hansı hallarda bir şeyi pak və ya murdar saymasını əsas götürməlidirlər. Vasvasılıqdan uzaqlaşmaq üçün ən yaxşı yol etinasızlıqdır.
    Məsələ 140: İslam şəriəti paklıq-murdarlıq məsələlərinə ifrat diqqət yetirilməsini bəyənmir, vasvasılıq yaradacaq həddə ehtiyatı nöqsan sayır.
    Məsələ 141: İnsan bir şeyin murdarlanmasını güman etdikdə araşdırma aparmamalı, sual verməməlidir. Əgər həmin axtarış vasvasılığa səbəb olarsa bəyənilmir.
    Məsələ 142: Paklıq-murdarlıq qaydalarına riayat etməklə yanaşı müstəhəbdir ki, bədənin, libasın, evin, məskənin, miniyin və bütün yaşayış mühitinin təmizliyi gözlənilsin. İslam Peyğəmbəri (s) və məsum imamlar bu nöqtəyə əhəmiyyət vermişlər.
    Murdarlığın sirayat etmə səbəbləri
    Məsələ 143: Əgər pak bir şey murdar bir şeyə toxunarsa və onlardan biri rütubətli olarsa, pak şey murdarlanar. Əgər hər iki şey quru olarsa və ya rütubət yaşdan quruya sirayat edəcək həddə olmazsa, murdara toxunan pak şey pak qalar. (Amma meyyit qüslundan öncə hətta quru şəraitdə meyitə toxunmamaq vacib ehtiyatdır.)
    Məsələ 144: Əgər pak şeyin murdar şeyə toxunmasına və ya onların rütubətli olmasına şəkk varsa, toxunma zamanı pak şey murdarlanmaz.
    Məsələ 145: Xalça və ya libasın hansı hissəsinin murdarlandığı bilinmirsə, onun bir hissəsinə toxunan əl murdarlanmaz. İki şeydən biri murdardırsa və onlardan hansının murdar olduğu bilinmirsə, toxunduqdan sonra hər ikisi murdar sayılmaz.
    Məsələ 146: Torpaq, parça və ya bu kimi başqa bir şey rütubətli olduğu vaxt ona murdar şey toxunarsa, həmin toxunan hissə murdar sayılar. Amma rütubət elə bir həddə olarsa ki, bir yerdən o birinə sirayat etsin, həmin şey bütövlükdə murdar sayılar. Xiyar, qarpız, qatıq və bu kimi şeylər çox rütubətli olmazsa, yalnız murdara toxunan hissə murdarlanar.
    Məsələ 147: Yağ və şirə axıcı olarsa, bir nöqtəsi murdarlandıqda bütünlüklə murdar sayılar. Əgər axıcı olmazsa, rütubət bir yerdən o birinə sirayat etmədiyindən yalnız toxunan hissə murdar sayılar. Həmin murdar hissəni götürüb atmaq olar.
    Məsələ 148: Əgər milçək və ya onun kimi başqa bir həşərat rütubətli murdar bir şeyin üzərindən qalxıb pak bir yerə qonarsa, həmin həşəratın ayağının rütubət götürməməyini düşündükdə onun qonduğu yer murdar sayılmaz. Əgər həşəratın öz ayağında murdar şey apardığını və onun qonduğu yerə sirayat etdiyini biləriksə, həmin yer murdar sayılar.
    Məsələ 149: Bədənin tərli yeri murdarlansa tərin sirayat etdiyi yerlər murdar sayılar.
    Məsələ 150: Burundan və ya boğazdan gələn bəlğəm qatı olarsa qan olan nöqtə murdar sayılar. Əgər axıcı olarsa, bütünlüklə murdardır.
    Məsələ 151: Əgər altı deşik qab murdar yerə qoyularsa, ondakı su təzyiqlə xaric olduğu vaxt qabın içi murdarlanmaz.
    Məsələ 152: İynə kimi bir şey bədənin daxilində qan kimi murdara toxunarsa bayıra çıxarılarkən bulaşıq olmasa da, vacib ehtiyata əsasən murdar sayılar. Ağız və burun suyu ağız və burunun daxilində qana toxunarsa ehtiyata əsasən bu sudan çəkinmək lazımdır.
    Məsələ 153: Sidiyə batmış əl kimi murdarlanmış şey rütubətli halda pak şeyə toxunarsa onu da murdarlayar.
    Murdarların hökmləri
    Məsələ 154: Əvvəla, murdar bir şeyi yemək və ya içmək haramdır. Spirtli içkilər kimi murdarın əslini uşaqlara içirtmək də haramdır. Murdarlanmış şeyi vacib ehtiyata əsasən uşaqlara da vermək olmaz. Amma bir şey onların öz əlilə murdarlanarsa eybi yoxdur.
    Məsələ 155: Murdar şeyi satmağın və ya istifadəyə verməyin eybi yoxdur. Bu barədə məlumat vermək də zəruri deyil. Amma əgər bir şeyi alan və istifadəyə götürən şəxsin həmin şeydən yeməkdə, namazda və bu kimi sahələrdə istifadə edəcəyi bilinərsə, vacib ehtiyata əsasən, murdarlığı elan etmək lazımdır. Bir şey istifadəyə götürən şəxsin yanında murdarlanarsa, onu geri qaytaran vaxt eyni şəkildə rəftar olunur.
    Məsələ 156: Əgər insan bir şəxsin xəbərsiz halda murdar şey yediyini və ya murdar libas və paltarla namaz qıldığını görərsə, ona bildirməsi vacib deyil. Amma qonaq rütubətli libas və bədənlə murdar xalça üzərində oturmaq istəyərsə ehtiyata əsasən ona elan etmək lazımdır.
    Məsələ 157: Əgər ev sahibi yemək əsnasında yeməyin murdar olduğunu anlayarsa, vacib ehtiyata əsasən, qonaqlara deməlidir. Amma qonaqlardan biri yeməyin murdar olduğunu başa düşərsə, yalnız özü çəkinməli, o birilərə deməməlidir. Amma həmin adamlarla ünsiyyətdədirsə murdarlığın ona keçməməsi üçün yeməkdən sonra onlara elan edə bilər. Məqsəd bu olmalıdır ki, onlar əl və ağızlarını suya çəksinlər.
    Məsələ 158: İkincisi, Quranın yazısını və vərəqini murdarlamaq haramdır. Murdarlanmış Quran yazısı və vərəqini dərhal suya çəkmək lazımdır. Quran cildinin murdarlanması Qurana hörmətsizliyə səbəb olarsa, bu iş də haram sayılar.
    Məsələ 159: Quranı murdar yerə qoymaq ona hörmətsizliyə səbəb olarsa, bu iş haramdır və Quranı həmin yerdən götürmək lazımdır.
    Məsələ 160: Murdar mürəkkəblə Quran yazmaq haramdır. İnsan bilərəkdən və bilməyərəkdən bu işi görərsə, ya həmin yazını məhv etməli, ya da suya çəkməlidir.
    Məsələ 161: Quranın kafirin əlinə verilməsi ona hörmətsizlik sayılarsa bu iş haramdır. Əgər kafirin bu yolla doğru yola gələcəyinə ümid varsa və ya bu yolla İslam təbliğ edilirsə, ona Quranı vermək olar, hətta bu iş vacibdir.
    Məsələ 162: Quran vərəqi, dua və ya Allahın, Peyğəmbərin (s) və məsum imamların adı yazılmış vərəq murdar yerə düşərsə, onu dərhal götürmək və suya çəkmək lazımdır. Bu işin xərci ağır olarsa və ya həmin iş mümkünsüz olarsa, vacib ehtiyata əsasən, məsələn, həmin yazı ayaqyoluna düşdükdə onun çürüyüb aradan getməsinə əmin olanadək, həmin ayaqyolundan istifadə edilməməlidir.
    Məsələ 163: Quranın vərəqini paklamaq yalnız onu murdarlayanın vəzifəsi deyil. Quran vərəqinin murdarlanmasından xəbər tutan hər kəs onu paklamağa vəzifəlidir. Bu vəzifəni biri yerinə yetirdikdə o birilərin öhdəsindən götürülür. Amma Quran başqasına məxsus olduqda paklanarkən korlanarsa, onu murdarlayan şəxs zərəri ödəməlidir.
    Məsələ 164: İmam Hüseynin türbətini murdarlamaq haramdır. Murdarlanmış türbəti paklamaq vacibdir. Türbət murdar yerə düşdükdə 162-ci məsələdə göstərilmiş qaydada hərəkət etmək lazımdır.
    Məsələ 165: Dördüncüsü, məscidi murdarlamaq haramdır, murdarlanmış məscidi paklamaq vacibdir. Bu Məsələ məscidin hökmləri bəhsində namaz qılanın yeri haqqında danışılarkən ətraflı şərh olunacaq.
    Məsələ 166: Beşincisi, namaz qılan şəxsin bədəni, libası və səcdə yeri pak olmalıdır. Bu Məsələ namaz qılanın libası və məkanı bəhsində şərh ediləcək.
    Məsələ 167: Bir şəxs öz ixtiyarında olan malın murdar və ya pak olduğunu bildirərsə, onun sözünü qəbul etmək lazımdır. Onun ədalətli olub-olmaması şərt deyil. Sadəcə, həmin şəxs büluğ həddində olmalıdır və büluğ həddinə çatmayan birinin sözləri qəbul deyil. Amma bir şəxsin dediklərindən əminlik yaranarsa, büluğ həddi şərt sayılmaz.
    Pakedicilər (Mutəhhirat)
    Məsələ 168: Murdarı paklayan şeylər pakedici adlanır. On iki şey pakedicidir: su, torpaq, günəş, əslinin dəyişilməsi ("istihalə”), növün dəyişməsi ("inqilab”), üçdə birin qalması, köçürmə ("intiqal”), İslamın qəbulu, təsirlənmə ("təbəiyyət), murdarın əslinin təmizlənməsi, murdar yemiş heyvanın istibrası, murdardan təmizlənməsi, müsəlmanın qeyb olması. Bu pak edicilərin hökmləri növbəti Məsələlərdə açıqlanacaq.
    1. Su
    Məsələ 169: Pak və saf su bütün murdarları paklayır. Bir şərtlə ki, murdar şey yuyulduqda su bulaşmasın, onun qoxusu, rəngi və ya dadı murdardan təsirlənməsin. Pak və saf su murdar şeyi o zaman təmizləyir ki, suya çəkməklə murdarın əsli təmizlənsin. Məsələn, əgər bir şeydə qan varsa, o qədər yuyulmalıdır ki, qan təmizlənsin. Az su ilə yuyarkən başqa şərtlər də qoyulur. Bu barədə sonra danışılacaq.
    Məsələ 170: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha yaxşıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.)
    Məsələ 171: Əgər it bir qabı yalamışsa və ya ondan su, başqa bir maye içmişsə, öncə həmin qabı bir qədər su ilə qatışmış torpaqla sürtmək, sonra ya az su ilə iki dəfə, ya da kürr və ya axar su ilə bir dəfə yumaq lazımdır. Əgər itin ağzının suyu bir qaba tökülərsə, müstəhəb ehtiyata əsasən, yuxarıda deyilən qaydada hərəkət edilməlidir. Amma itin bədəninin başqa bir hissəsi və ya rütubəti qaba toxunarsa, həmin qabı torpaqla sürtmək vacib deyil. Həmin qabı az su ilə üç dəfə, kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir.
    Məsələ 172: İtin ağzının toxunduğu qabın ağzı darsa və onu torpaqla sürtmək imkanı olmasa, imkan olan şəraitdə bir çubuğa parça sarıyıb yaş torpağı həmin parça ilə qabın içinə sürtmək lazımdır. Bu iş mümkün olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır. Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur.
    Məsələ 173: Bir qabdan donuz hər hansı bir maye içərsə, həmin qab yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz yaladıqda və ya onda səhra siçovulu öldükdə də vacib ehtiyata əsasən həmin qab yeddi dəfə yuyulmalıdır.
    Məsələ 174: Şərabla murdarlanmış qabı az su ilə üç dəfə yumaq və əllə sürtmək lazımdır. Həmin qabı yeddi dəfə yumaq müstəhəbdir.
    Məsələ 175: Murdar gildən düzəlmiş və ya murdar su tökülmüş kuzə kürr və ya axar suya daxil edilərsə, su onun içinə daxil olub çıxarsa, bu kuzə pakdır. Su qabın içinə nüfuz etmədiyi halda onun zahiri paklanır. Qabın zahirini az su ilə də paklamaq olar.
    Məsələ 176: Qabları paklamaq üçün onları az su ilə üç dəfə doldurub boşaltmaq kifayat edər. Ya da hər dəfə bir qədər su töküb onu elə hərəkət etdirmək lazımdır ki, su bütün murdar yerləri əhatə etsin. Sunra həmin su bayıra tökülür.
    Məsələ 177: Küp və qazan kimi böyük qabları paklamaq üçün onları üç dəfə su ilə doldurub boşaltmaq bəs edər. Daha asan yol budur ki, hər dəfə bu qabların divarları yuxarıdan aşağıya suya çəkilsin və onların dibində yığışan su bayıra atılsın. Onların dibindən suyu götürmək üçün istifadə edilən qab hər dəfə yuyulmalıdır.
    Məsələ 178: Dəmir əridilən vaxt murdarlanarsa da, suya çəkildikdə zahiri paklanar.
    Məsələ 179: Murdarlanmış təndiri paklamaq üçün onu yuxarıdan aşağıya bir dəfə suya çəkmək bəs edər. Bir şərtlə ki, onun bütün ətrafı yuyulmuş olsun. Amma təndir sidiklə murdarlanarsa onu iki dəfə yumaq lazımdır. Yaxşı olar ki, onun dibində çala qazılsın və paklama zamanı axıdılan su həmin çalaya toplansın. Su həmin çaladan çıxarıldıqdan sonra onu torpaqla doldurmaq lazımdır.
    Məsələ 180: Murdar şeydən murdarın əslini təmizləmək üçün onu kürr və ya axar su ilə yusalar, ya da murdarın əsli təmizləndikdən sonra onu kürr və ya axar suya salsalar, paklanar. Amma xalça, libas və bu kimi şeyləri paklamaq üçün onları sıxıb suyunu xaric etmək lazımdır.
    Məsələ 181: Sidiklə murdarlanmış şeyi paklamaq üçün onu az su ilə iki dəfə, kürr və axar su ilə bir dəfə yumaq kifayatdir. Sidikdən başqa şeylərlə murdarlanan əşyanı isə az və ya kürr su ilə bir dəfə yumaq bəs edər.
    Məsələ 182: Libas, xalça və bu kimi şeyləri az su ilə yumaq üçün onları bir qədər sıxmaq lazımdır ki, suyu xaric olsun.
    Məsələ 183: Bir şey yeməyə başlamamış südəmər körpənin sidiyi ilə murdarlanarsa həmin şeyin üzərinə bir dəfə su axıtmaq onu paklayar. Belə bir sidiklə murdarlanmış libas, xalça və bu kimi şeyləri sıxmaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, iki dəfə su axıdılsın.
    Məsələ 184: İplə toxunmuş həsir murdarlandıqda onu kürr və axar suya batırsalar, ya da su kəmərindən axar suya tutsalar, murdarın əsli təmizləndikdən sonra paklanar.
    Məsələ 185: Əgər buğda, düyü, sabun və bu kimi şeylər zahirən murdarlanarsa, onları kürr və ya axar suya batırdıqda, eləcə də su kəmərindən axan suya tutduqda paklanar. Əgər murdarlıq onların daxilinə nüfuz edərsə, onları suya batırdıqda və ya suya tutduqda o qədər gözləmək lazımdır ki, suyun onların daxilinə nüfuz edib xaric olduğuna əminlik yaransın.
    Məsələ 186: Şübhə varsa ki, murdar su bir şeyin daxilinə nüfuz edib, yoxsa yox, həmin şeyin daxili pakdır.
    Məsələ 187: Murdarlanmış şeyi bir qaba qoyub üzərinə üç dəfə su töküb boşaltsalar, həmin şey paklanar. Bu vaxt qab da paklanır. Əgər murdarlanmış şey suyu sıxılıb çıxarılası libas kimi şeydirsə, onu hər dəfə sıxmaq lazımdır. Həmin vaxt qabı maili qoymaq lazımdır ki, su axıb tökülsün.
    Məsələ 188: Əgər murdarlanmış libas rəngləndikdə onu kürr və axar suya batırıb, ya da su kranına tutsalar, rəng suya çıxanadək su bütün libası islatdıqda onu paklayır. Libası sıxarkən ondan qatqılı su xaric olsa eybi yoxdur. Amma az su bütün libası islatmazdan öncə bulaşarsa, libası o qədər yumaq lazımdır ki, o saf su ilə islanmış olsun.
    Məsələ 189: Xalça və ya libası suya çəkdikdən sonra onda azca sabun və ya başqa əşya görünərsə, pakdır. Həmin əşya böyük olduqda onun zahiri pak sayılır. Əgər murdar su həmin əşyanın daxilinə nüfuz edərsə, onun paklanması üçün pak su ona nüfuz edib xaric olmalıdır.
    Məsələ 190: Əgər murdar şeyi yusalar və murdarın əsli təmizlənsə, onda murdarın qoxusunun və rənginin qalmasının eybi yoxdur. Əgər murdarın əslinin qalması ilə bağlı şübhə yaransa, əminliyə çatanadək yumaq lazımdır.
    Məsələ 191: Bədəni kürr və ya axar, eləcə də kran suyunda yuyarkən murdarın əsli təmizlənsə bəs edər. Sudan çıxıb ikinci dəfə suya girmək lazım deyil.
    Məsələ 192: Murdar qida dişlərin arasında qalarsa, su ağızda dolandırılmaqla onu tamam əhatə etdikdə ağız paklanır.
    Məsələ 193: Əgər başın və üzün tükü az su ilə suya çəkildikdə öz-özünə axıb gedərsə onları sıxmaq lazım deyil. Əgər öz-özünə axıb getməzsə, onları sıxmaq lazımdır.
    Məsələ 194: Murdarlanmış ət və quyruğu suya çəkdikdə paklanır. Bədən və ya libasda suya mane olmayacaq qədər yağ olarsa onları suya çəkdikdə paklanar. Amma yağ suya mane olacaq həddədirsə, öncə onu təmizləmək lazımdır.
    Məsələ 195: Kürr su ilə əlaqəli kranın suyu kürr və axar su hökmündədir. Bu su ilə istənilən bir şey yuyulduqda murdarın əsli təmizləndikdən sonra paklanır.
    Məsələ 196: İnsan bir şeyi suya çəkdikdən və onun paklanmasına əmin olduqdan sonra düzgün suya çəkib-çəkməməsilə bağlı şübhəyə düşərsə, həmin şey pakdır. Amma murdar şeyi suya çəkən zaman diqqətsizlik göstərdiyini bilərsə, o işi yenidən görməlidir.
    Məsələ 197: Qum və çınqıllı yeri az su ilə suya çəkdikdə axan su yerə hoparsa yer paklanar. Amma alt qatdakı dənəciklər murdar qalar. Əgər yer mailli olsa və axıdılan su onun üzərində qalmazsa həmin yer paklanar. Amma suya çəkərkən su bir yerə yığışıb qalarsa müəyyən vasitə ilə götürülməsə murdardır.
    Məsələ 198: Daş duz və ona oxşar şeylərin zahiri murdarlandıqda suya çəkilərsə paklanar. Onları az və kürr su ilə suya çəkməyin, kran altına tutmağın fərqi yoxdur.
    Məsələ 199: Qənd və şəkər tozu murdarlanarsa suya çəkməklə paklanmaz.
    2. Yer
    Məsələ 200: Əgər murdar yerlə yol getdiyi üçün insanın ayağının və ya ayaqqabısının altı murdarlanarsa, pak yerlə yeriməklə və ya yerə sürtməklə paklanar. Bir şərtlə ki, yer pak və quru olsun, murdarın əsli təmizlənsin. Eyni zamanda yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz.
    Məsələ 201: Taxta döşənmiş yer üzərində hərəkət etməklə ayaqqabı və ya ayağın altının paklanması çətindir. Amma asfalt üzərində yeriməklə paklana bilər.
    Məsələ 202: Ayaq və ya ayaqqabının altının paklanması üçün bir qədər yol getmək və ya ayağı yerə sürtmək bəs edər. Amma yaxşı olar ki, ən azı on beş zira-yeddi tam onda beş metr yol gedilsin.
    Məsələ 203: Ayaq və ya ayaqqabının altının rütubətli olması zəruri deyil. Onlar quru olsalar da yol yeriməklə paklanarlar. Yerdə sirayat etməyəcək həddə rütubətin olması mümkündür.
    Məsələ 204: Əgər yolda ayaqqabı və ya ayağın ətrafı murdarlanarsa, həmin yerlər yerə toxunmaqla paklanar. Amma əl və dizlər üzərində yeriməklə onların paklanması çətindir. Süni ayaqlar, əsa (əl ağacı), dördayaqlıların nalı, avtomobil təkərləri də bu qəbildəndir.
    Məsələ 205: Murdarın yalnız su ilə paklanan xırda zərrələri ayaqqabı və ya ayaqda qalarsa eybi yoxdur. Murdarın qoxu və rənginin də qalması mümkündür.
    Məsələ 206: Yol yeriməklə ayaqqabının içindəki murdarlıq paklanmır. Yol yeriməklə corabın altının da paklanmasına irad var. Yalnız corab dəri və bu kimi şeylərdən olsa və ayaqqabı əvəzinə istifadə edilsə paklana bilər.
    3. Günəş
    Məsələ 207: Günəş şüası yeri və dam örtüyünü paklayır. Amma günəş şüası vasitəsi ilə binanın, qapı-pəncərələrin və bu kimi şeylərin paklanmasına irad var.
    Məsələ 208: Yerin və dam örtüyünün günəş şuası ilə paklanması üçün bir neçə şərt var:
    1. Murdarlanmış şeyin islanma yolu olsun. Əgər həmin şey qurudursa öncə onu islatmaq lazımdır ki, günəş şuası onu qurutsun.
    2. Öncə murdarın əslini təmizləmək lazımdır.
    3. Günəş bulud arxasından yox, birbaşa işıq saçmalıdır. Günəş şüasına mane olmayan buludlar və ya şüşə arxasından şüalanmanın eybi yoxdur.
    4. Rütubətli murdar yerin günəş şüası ilə quruması zəruridir. Bu rütubət külək və ya başqa istilik vasitəsi ilə quruyarsa bəs etməz. Amma həmin rütubət günəş şüası ilə quruyacaq həddə az olarsa eybi yoxdur.
    Məsələ 209: Günəş şüası murdarlanmış həsiri, ağacı, otu, vacib ehtiyata əsasən, paklamır.
    Məsələ 210: Murdarın günəş şüası ilə quruyub-qurumadığına, günəş şüasına hər hansı maneçilik olub-olmadığına, murdarın əslinin öncədən təmizlənib-təmizlənmədiyinə şübhə varsa, həmin yer murdardır.
    Məsələ 211: Əgər günəş şüası murdar yerin bir hissəsini əhatə edib qurudarsa, həmin hissə paklanar.
    4. Əslin dəyişməsi (istihalə)
    Məsələ 212: Əgər murdarın əsli elə dəyişilsə ki, ona başqa ad verilsin, paklanmış sayılar. Məsələn, it duzluğa düşüb duza çevrilərsə paklanar. Murdarlanmış şey başdan-başa dəyişdikdə paklanır. Məsələn, murdar ağac yanıb kül olarsa, murdar su buxara çevrilərsə paklanar. Amma forma dəyişikliyi, məsələn, buğdanın una çevrilməsi onu paklamır.
    Məsələ 213: Murdar ağacdan hazırlanmış kömür murdardır. Eləcə də, murdar gildən düzəldilmiş kuzə və kərpic murdar sayılır.
    Məsələ 214: Əgər murdar bir şeyin istihalə olub-olmadığına şəkk etsək, onu murdar saymalıyıq.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 854 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024