İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    MÜSTƏHAZƏ QANIN HÖKMLƏRI
    Məsələ 405: Qəlilə istihazə halında qadın hər namaz üçün vacib ehtiyata əsasən, dəstəmaz almalıdır. Vacibdir ki, qanın o biri üzvlərə sirayat etməsinin qarşısı alınsın. Amma pambıq və ya parçanı dəyişmək vacib deyil. Amma ehtiyata əsasən bu işi görmək yaxşıdır. Kəsirə istihazə halında olan qadın üç qüsl verməlidir: Sübh namazı üçün, günorta və ikindi namazları üçün, şam və xiftən namazları üçün. Müstəhəb ehtiyat budur ki, qüsüldən öncə və ya sonra hər namaz üçün dəstəmaz alsın.
    Məsələ 406: Əgər namazın vaxtı daxil olmamış dəstəmaz alıb qüsül verərsə, vacib ehtiyata əsasən, namazı daxil olduqdan sonra onu təzələməlidir.
    Məsələ 407: Əgər qəlilə istihazə sübh namazından sonra kəsirə istihazəyə çevrilərsə, günorta və ikindi namazları üçün qüsl vermək lazımdır. Əgər günorta və ikindi namazlarından sonra kəsirəyə çevrilərsə, şam və xiftən namazları üçün qüsül vermək lazımdır.
    Məsələ 408: Qüslün vacib olduğu bütün hallarda əgər təkrar qüsl vermək zərərli olarsa və ya məşəqqət hesabına başa gələrsə, qüsl əvəzinə təyəmmüm edə bilər.
    Məsələ 409: "Kəsirə” və "qəlilə” istihazə zamanı sübh azanından öncə gecə namazı üçün qüsl verilərsə və ya dəstəmaz alınarsa, vacib ehtiyata əsasən, sübh namazının vaxtı daxil olduqdan sonra yenidən qüsl verib dəstəmaz almaq lazımdır.
    Məsələ 410: Qəlilə istihazə halında olan qadın günorta və ikindi, şam və xiftən namazlarını ayrı-ayrı qılarsa, onların hər biri üçün dəstəmaz almalıdır. Müstəhəb namazlar da belədir. Amma bütün gecə namazları üçün bir dəstəmaz və ya qüsl bəs edər. Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd, dərhal namazdan sonra yerinə yetirilən səcdə-səhv üçün qüsl və dəstəmaz lazım deyil.
    Məsələ 411: Müstəhazə qadın qan kəsildikdən sonra yalnız birinci namaz üçün istihazənin vəzifələrini yerinə yetirməlidir.
    Məsələ 412: Qadın qəlilə və ya kəsirə istihazə olduğunu bilməsə, vacib ehtiyata əsasən, namazdan öncə özündə araşdırma aparmalıdır. Araşdırma apara bilmirsə, ehtiyat budur ki, həm kəsirə, həm də qəlilə istihazənin vəzifələrini yerinə yetirsin. Amma əvvəlcə kəsirə və ya qəlilə olduğu məlumdursa, həmin vəzifəni yerinə yetirə bilər.
    Məsələ 413: Müstəhazə qadın namazdan sonra özünü araşdırsa və qan olmadığını görsə, pozulmamış dəstəmazı ilə başqa namaz qıla bilər. Bir qədər sonra yenidən qan görsə də belədir.
    Məsələ 414: Müstəhazə qadın namazın vaxtı başa çatmamış paklanacağını bilərsə və ya namazı qılacağı qanın kəsiləcəyini bilirsə, vacib ehtiyata əsasən, səbr etməli, paklandıqdan sonra qüsl verib, ya dəstəmaz alıb namaz qılmalıdır.
    Məsələ 415: Müstəhazə qadın qüsl və ya dəstəmazdan sonra dərhal namaza başlamalıdır. Amma onun azan və iqamə deməsi, namazdan öncə dua oxuması, adi həddə cəmiyyət namazını gözləməsinin eybi yoxdur. Belə bir qadın namazda qunut və qunut kimi müstəhəb işləri yerinə yetirə bilər.
    Məsələ 416: Qan bayıra axdıqda zərəri olmadığı halda qüsldən öncə və sonra pambıq və ya parça vasitəsi ilə qanın qarşısını almalıdır. Bu iş məşəqqətə səbəb olduqda onu yerinə yetirmək lazım deyil.
    Məsələ 417: İstər tərtibi, istər irtimasi qüsl zamanı qan kəsilməsə bunun qüslə təsiri yoxdur.
    Məsələ 418: Müstəhazə qadın ramazan ayının orucunu tutmalıdır. Şam və xiftən namazları üçün qüsl verdikdən sonra səhəri gün oruc tuta bilər. Vacib ehtiyata əsasən, oruc olduğu günlərin də qüslünü vermiş olsun.
    Məsələ 419: Əgər oruc tutmuş qadın günorta və ikindi namazlarından sonra müstəhazə olarsa, həmin günün orucu üçün qüsl verməsi lazım deyil.
    Məsələ 420: Əgər namaz gedişində qadının qəlilə istihazəsi kəsirəyə çevrilsə, namazı saxlayıb qüsl verməli və onu yenidən qılmalıdır. Qüslə vaxt olmazsa təyəmmüm edə bilər. Təyəmmümə də vaxt olmasa, namazı tamamlayıb, vacib ehtiyata əsasən, sonradan onun qəzasını yerinə yetirməlidir.
    Məsələ 421: Qadının kəsirə istihazəsi qəliləyə çevrilsə, birinci namaz üçün qüsl verməli, sonrakı namazlar üçün dəstəmaz almalıdır.
    Məsələ 422: Kəsirə istihazə halında olan qadın gün uzunu qüsüllərini yerinə yetirsə, təvaf, qəza namazı, ayat namazı, gecə namazı kimi əməllər üçün başqa bir qüsl verməsi vacib deyil, təkcə dəstəmaz almalıdır.
    Məsələ 423: Müstəhazə qadın qəza namazı qıla bilər. Amma vacib ehtiyata əsasən, hər namaz üçün bir dəstəmaz almalıdır. Günün nafilə (müstəhəb) namazlarını qılmaq üçün vacib namaz üçün alınmış dəstəmaz bəs edər. Bütün gecə namazları üçün bir dəstəmaz kifayat edir. Bir şərtlə ki, bu namazlar ardıcıl yerinə yetirilsin.
    Məsələ 424: Qadından xaric olan qanda heyiz və nifas şərtləri ödənmirsə, bu qan bəkarət, yara, cərrahi əməliyyat qanı deyilsə, istihazə qanıdır.
    Məsələ 425: Qadın şəkk edərsə ki, gördüyü qan yara qanıdır, yoxsa yox, zahirən sağlamdırsa, bu qanı istihazə qanı hesab etməlidir. Amma sağlamlığı şübhəlidirsə, qan istihazə qanı sayılmır.
    3. Heyiz (aybaşı)
    Məsələ 426: Çox vaxt (aybaşı) adlanan heyiz elə bir qana deyilir ki, adətən, hər ay bir neçə gün bətndən xaric olur, nütfə formalaşdıqda bətndəki körpənin qidası olur. Heyz qanı görən qadına "haiz” deyirlər. Müqəddəs İslam şəriətində heyz qadının hökmləri var və bu barədə növbəti məsələlərdə danışılacaq.
    Heyz qadının hökmləri
    Məsələ 427: Heyz qanının nişanələri var. Bu qan çox vaxt qatı, isti, qaramtıl və ya qırmızıdır. Bu qan təzyiqlə xaric olur və yandırıcıdır.
    Məsələ 428: Seyyidə və qeyri-seyyidə qadınlar qəməri təqvimlə 50 yaşı tamam olduqdan sonra aybaşıdan kəsilir və "yaisə” adlanırlar. Həmin yaşda özlərində qan görərlərsə, bu heyiz qanı sayılmır. Amma həmin qanda heyizin bütün əlamətləri olarsa, heyiz qadının hökmlərinə əməl etməlidirlər.
    Məsələ 429: Qızın doqquz yaşdan öncə və qadının yaisə olduqdan sonra gördüyü qan heyiz hökmündə deyil. Əgər bu qan yara və ya cərrahi əməliyyat qanı deyilsə, istihazə qanıdır.
    Məsələ 430: Hamilə qadınlar və ya körpəsinə süd verən qadınlar heyiz ola bilər.
    Məsələ 431: Doqquz yaşının tamam olub-olmadığını bilməyən qız özündə qan görərsə və həmin qanda heyiz nişanələri olmazsa, bu qan heyiz qanı sayılmır. Əgər həmin qanda heyiz nişanələri olarsa və qız heyiz olduğuna əmin olarsa, demək, doqquz yaşı tamam olmuşdur və büluğ həddinə çatmışdır. Amma yaisə olub-olmadığına şübhə edən qadın özündə qan görüb bu qanın heyiz qanı olub-olmadığını bilməzsə, bunu heyiz qanı qəbul etməli və hələ ki, yaisə olmadığını bilməlidir.
    Məsələ 432: Heyiz üç gündən az, on gündən çox olmur. Hətta azca əskik olarsa bu heyiz deyil.
    Məsələ 433: Heyizin ilk üç günü ardıcıl olmalıdır. Əgər iki gün qan görüb, bir gün pak olarsa və yenidən qan görərsə, bu heyiz deyil. Üç gün ardıcıl dedikdə həmin üç gündə qanın kəsilməməsi nəzərdə tutulmur. Daxil hissədə qanın olması bəs edir.
    Məsələ 434: Birinci gecə və dördüncü gecə qan görmək şərt deyil. Amma ikinci və üçüncü gecə qanın kəsilməməsi və davam etməsi şərtdir.
    Məsələ 435: Əgər üç gün ardıcıl qan görünüb sonra pak olarsa və yenidən qan görünərsə, qan görünən günlər üst-üstə on gündən artıq olmamalıdır. Qanın göründüyü bütün günlər heyiz sayılır. Ortada pak olduğu günlər pak qadın hökmündədir.
    Məsələ 436: Əgər üç gündən az qan görüb paklanarsa, sonradan üç gün və ya artıq deyilən nişanələrə malik qan görünərsə, yalnız ikinci qan heyiz qanıdır.
    Məsələ 437: Qanaxma keçirən qadın həkimə müraciət etdikdə həkim bu qanın heyz və ya yara qanı olduğunu bildirərsə, həkimin sözlərindən əminlik yarandıqda deyilən hökmə əməl edə bilər.
    Məsələ 438: Heyz qadına haram olan işlər bunlardır:
    1. Namaz, oruc, Allah evinin təvafı kimi dəstəmaz, qüsl və ya təyəmmümlə icra olunan bütün ibadətlər. Amma meyyit namazı kimi paklıq tələb etməyən ibadətləri yerinə yetirə bilər.
    2.Cənabətli insana haram olan bütün işlər.
    3. Cinsi yaxınlıq etmək. Bu iş həm kişi, həm də qadın üçün haramdır.
    4.Heyizli halda təlaq (boşanmaq) batildir.
    Məsələ 439: Kişi öz qadını ilə heyz halında yaxınlıq edərsə, müstəhəbdir ki, kəffarə versin. Kəffarə miqdarı heyiz günlərinin birinci üçdə birində bir misqal qızıl və ya onun qiyməti, ikinci üçdə birində yarım misqal qızıl, üçüncü üçdə birində dörddə bir misqal qızıldır. Əgər aybaşı altı gün çəkərsə, onun ilk iki günündə bir misqal, ikinci iki günündə yarım misqal, son iki günündə dörddə bir misqal kəffarə verilir.
    Məsələ 440: Əgər qızılın dəyərini ödəmək istəsə, günün qiymətini əsas götürməlidir.
    Məsələ 441: Heyiz halında olan zövcə ilə mazaqlaşmaq haram deyil və bu işin kəffarəsi yoxdur.
    Məsələ 442: Əgər yaxınlığı təkrarlasa, müstəhəbdir ki, kəffarəni də təkrar ödəsin.
    Məsələ 443: Əgər kişi yaxınlıq zamanı qadının haiz olduğunu başa düşsə, dərhal ondan ayrılmalıdır. Əgər ayrılmasa, günaha yol verib və müstəhəb ehtiyata əsasən, kəffarə ödəməlidir.
    Məsələ 444: Əgər kişi heyizli qadınla zina etsə və ya heyizli qadını öz zövcəsi bilib onunla yaxınlaşsa, ehtiyata əsasən kəffarə verməlidir.
    Məsələ 445: Kəffarə ödəyə bilməyən şəxs yaxşı olar, sədəqə versin. Əgər sədəqə də verə bilməsə günahına görə tövbə qılmalıdır.
    Məsələ 446: Qadın heyizli olduğunu və ya heyizdən paklandığını desə, onun sözü qəbuldur. Amma şübhə yaransa onun sözü qəbul edilməyə bilər.
    Məsələ 447: Əgər qadın namaz gedişində heyiz olsa namazı batildir. O namazını davam etdirməməlidir. Amma heyiz olub-olmadığına şübhələnsə, namazı düzgündür.
    Məsələ 448: Qadın heyizdən paklansa, ibadətləri yerinə yetirmək üçün qüsül verməlidir. Əgər su əldə edə bilməsə təyəmmüm etsin. Heyiz qüslü də cənabət qüslü kimidir. Ondan sonra namaz üçün dəstəmaz almaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz da alsın (qüsüldən öncə və ya sonra olmasının fərqi yoxdur.)
    Məsələ 449: Qadın heyiz qanından paklandıqdan sonra onun boşanması mümkündür. Əri onunla yaxınlıq edə bilər. Qüsül verməmişdən öncə də yaxınlıq etmək mümkündür. Amma müstəhəb ehtiyat budur ki, qüsüldən öncə yaxınlıq olmasın. Amma məsciddə dayanmaq, Quran xəttinə toxunmaq kimi heyizə haram olan işlər qüsül verənədək vacib ehtiyata əsasən, halal olmur.
    Məsələ 450: Qadının heyiz zamanı qılmadığı namazların qəzası yoxdur. Amma vacib orucların qəzası tutulmalıdır.
    Məsələ 451: Namaz vaxtı daxil olduqdan sonra qadın güman etsə ki, namazı təxirə salsa heyiz olacaq, dərhal namazını qılmalıdır.
    Məsələ 452: Əgər qadın namazın ilk vaxtında bir namazı qılmaq həddində pak olsa və həmin namazı qılmayıb heyiz olsa, həmin namazın sonradan qəzasını yerinə yetirməlidir. Bu işdə hər kəs öz vəziyyətini nəzərə almalıdır. Məsələn, müsafir şəxs iki rəkət həddində, müsafir sayılmayan şəxs dörd rəkət həddində, dəstəmazı olmayan şəxs həm də dəstəmaz üçün vaxt nəzərdə tutmalıdır. Yalnız namaz üçün vaxt qaldıqda libas və bədəni də paklamaq lazımdırsa həmin namazın qəzasını yerinə yetirmək ehtiyat sayılır.
    Məsələ 453: Əgər namazın son vaxtında paklanarsa, qüsl etməli və namaz qılmalıdır. Əgər bir rəkət namaz üçün vaxt qalarsa belə, vacib ehtiyata əsasən, namazı qılsın. Namazı qılmazsa onun qəzasını yerinə yetirməlidir.
    Məsələ 454: Əgər namazın son vaxtında paklansa və qüsl üçün vaxt olmasa, yalnız təyəmmüm edib namazın bir rəkətini vaxtında qıla bilsə, namaz ona vacib deyil. Amma vaxt darlığından əlavə vəzifəsi təyəmmüm olsa, məsələn, su onun üçün zərərli olsa, təyəmmüm edib namazını qılmalıdır.
    Məsələ 455: Qadın paklansa və şəkk etsə ki, namaz üçün yetərincə vaxt qalıb, yoxsa yox, namazını qılmalıdır.
    Məsələ 456: Müstəhəbdir ki, heyz olmuş qadın namaz vaxtı özünü qandan paklayıb pambıq və ya parçanı dəyişsin və dəstəmaz alsın. Əgər bu işləri görə bilməzsə təyəmmüm etsin. Bundan sonra namaz yerində üzü qibləyə əyləşib zikr və duaya məşğul olsun. Amma Quran oxuması, özü ilə Quran gəzdirməsi, Quranın haşiyələrinə toxunması, həna qoyması yaxşı deyil.
    Heyiz qadının növləri
    Məsələ 457: Heyz qadınlar dörd qrupa bölünür:
    1.”Vəqtiyyə” və "ədədiyyə” qaydası olanlar: İki ay ardıcıl eyni vaxtda heyz görən və hər iki ayda heyz günlərinin sayı eyni olan qadınlar. Məsələn, hər iki ayın birinci günündən yeddinci gününədək qan görənlər.
    2. "Vəqtiyyə” adəti olanlar: İki ay ardıcıl eyni vaxtda heyz olanlar. Amma bu qrupdan olanların ayrı-ayrı aylarda heyz günləri bir-birindən fərqlənir. Məsələn, bir ayda beş gün, ikinci ayda yeddi gün qan görürlər.
    3. "Ədədiyyə” adəti olanlar: İki ay ardıcıl eyni müddət heyiz olanlar. Amma onların heyizi ayrı-ayrı aylarda, ayrı-ayrı günlərdə başlanır. Məsələn, bir ayın ilk günü, o biri ayın onuncu günü.
    4. Müztəribə: Bir neçə ay heyiz olub heyiz vaxtı bilinməyən qadınlar. Bəziləri əvvəlcə müəyyən qaydada heyiz olsa da, sonra da bu qaydanın pozulması mümkündür.
    5. Mubtədiə: Bu qrupdan olan qadınlar ilk dəfə heyiz olanlardır.
    6. Nasiyə: Heyiz qaydasını yaddan çıxarmış qadınlar.
    Bu altı qrupun hər birinin öz hökmləri var.
    1. Vəqtiyyə və ədədiyyə adəti olanlar
    Məsələ 458: Vəqtiyyə və ədədiyyə qaydası olan qadınlar əvvəlcədən bildikləri gündə heyiz olurlar. Onlar adət günlərinin sonunadək heyiz qadının hökmlərinə əməl edirlər. həmin müddətdə onların gördüyü qanda heyiz nişanələrindən olub-olmamasının fərqi yoxdur.
    Məsələ 459: Əgər qadın bütün ay boyu paklanmazsa, amma iki ay ardıcıl müəyyən günlərdə (məsələn ayın birindən yeddisinədək) heyiz nişanələri olan qan görərsə, həmin günləri heyiz günü saymalıdır.
    Məsələ 460: "Vəqtiyyə” və "ədədiyyə” adəti olan qadınlar adət günlərindən iki-üç gün qabaq qan görərlərsə, belə ki, adət günləri tezləşib və ya yubanıb söyləsələr, heyiz qadının hökmlərinə əməl etməlidirlər. həmin qanda heyiz nişanələrinin olub-olmamasının fərqi yoxdur.
    Məsələ 461: Vəqtiyyə və ədədiyyə adəti olan qadın adətindən bir neçə gün qabaq və ya bir neçə gün sonra qan görərsə (adətən qadınlarda bu vaxt tezləşir və ya yubanır) üst-üstə on gündən artıq olmasa, bütün günlər heyiz sayılır. Əgər on gündən artıq çəkərsə, yalnız adət günlərində gördüyü qan heyiz qanıdır. Əvvəlki və sonrakı günlər istihazə sayılır. Əgər adət günlərindən bir neçə gün qabaq adət günlərinə əlavə olaraq qan görərsə və ya adətdən bir neçə gün sonra adət günlərinə əlavə olaraq qan müşahidə edərsə, on günü aşmasa bütün günləri heyizdir. Əgər on günü aşsa, yalnız adət günləri heyiz sayılır.
    Məsələ 462: Adəti olan qadın üç gün və ya daha artıq qan görüb təmizlənərsə və yenidən qan görərsə, iki qan görmək arasında fasilə on gündən az olduqda və qan gördüyü bütün günləri on gündən çox olmadıqda, onların hər biri heyiz sayılır. (Amma ortada qan görmədiyi günlər pak sayılır) əgər on gündən artıq olarsa, adətdə olduğu qan heyiz qanı, digərləri istihazədir. Əgər qanlardan heç biri adət günlərində olmamışsa, heyiz nişanələrinə malik qan heyiz qanı, digərləri istihazədir. Əgər hər ikisində heyiz nişanələri varsa on gün müddətində heyiz sayılır, qalan müddət istihazədir.
    Məsələ 463: Vəqtiyyə və ədədiyyə adəti olan qadın adət vaxtı qan görməsə və həmin vaxtdan başqa vaxta heyiz günləri sayda bir vaxt qan görsə, onu heyiz saymalıdır. Bu qan adət günlərindən öncə və ya sonra olsa da fərqi yoxdur. Bir şərtlə ki, həmin qanda heyiz nişanələri olsun.
    Məsələ 464: Vəqtiyyə və ədədiyyə adəti olan qadın adət günləri qan görsə, amma günlərin sayı adət günlərindən artıq və ya əskik olsa, adət vaxtından öncə və ya sonra adət günləri sayda qan müşahidə etsə də, yalnız adət vaxtında gördüyü qan heyiz qanı sayılır.
    Məsələ 465: Vəqtiyyə və ədədiyyə adəti olan qadın on gündən artıq qan görərsə, adət günlərinə təsadüf edən qan heyiz qanıdır. (Bu qanda heyiz nişanələrinin olub-olmamasının fərqi yoxdur.) Adət günlərindən sonra görünən qan istihazə sayılır. (həmin qanda heyiz nişanəsinin olub-olmamasının fərqi yoxdur).
    4. Vəqtiyyə adəti olan qadın
    Məsələ 466: Vəqtiyyə adəti olan qadın, yəni iki ay ardıcıl eyni günlərdə heyiz qanı müşahidə edən qadın həmin günləri bütünlüklə heyiz saymalıdır. Bir şərtlə ki, üç gündən az və on gündən artıq olmasın.
    Məsələ 467: Qandan təmizlənməyən, amma iki ay ardıcıl müəyyən vaxtda qanında heyiz nişanələri olan qadın heyiz nişanəli qan gördüyü günlər arasında fərq olsa da, heyiz nişanəsi olan günləri heyiz saymalıdır.
    Məsələ 468: İki ay ardıcıl eyni vaxtda qan görən qadın üç gün və ya daha artıq heyiz qanı görüb paklanarsa, ikinci dəfə yenidən üç gün və ya daha artıq qan görərsə, qan gördüyü günlərin sayı on gündən artıq olmasa (ikinci ayda həmin günlər birinci aydakından artıq-əskik olsa) bütün gördüyü qanları heyiz qanı saymalıdır. Ortada qan görmədiyi günlər pak hökmündədir.
    Məsələ 469: Vəqtiyyə adəti olan qadın adət günlərində və ya iki-üç gün qabaq və ya sonra qan görərsə, heyizin tezləşdiyi və ya yubandığı deyildiyi halda heyiz qadının hökmlərinə əməl etməlidir. Həmin qanda heyiz nişanələrinin olub-olmamasının fərqi yoxdur.
    Məsələ 470: Vəqtiyyə adəti olan qadın on gündən artıq qan görsə və qanın nişanələrinə görə müəyyənləşdirə bilməsə, ona qohum qadınların adət günlərinə uyğun olaraq heyiz vaxtı müəyyənləşdirməlidir. (Qohumların ata və ya ana tərəfdən olmasının, həyatda olmalarının fərqi yoxdur. Amma əksəriyyətin qaydası eyni olmalıdır. Amma bəzilərində beş gün, bəzilərində səkkiz gün adətdirsə, vacib ehtiyata əsasən, hər ayda yeddi gün adət götürülməlidir.)
    3. Ədədiyyə adəti olan qadın
    Məsələ 471: Ədədiyyə adəti olan qadın, yəni iki ardıcıl ayda eyni müddət qan görən qadın həmin neçə gündə heyiz hökmlərinə əməl etməlidir.
    Məsələ 472: Qandan təmizlənməyən, amma iki ardıcıl ay bir neçə gün heyiz nişanəli, bir neçə gün istihazə nişanəli qan görən qadın hər iki ayda heyiz nişanəli günlərin sayı eyni olarsa, amma bu günlər eyni vaxta düşməzsə, həmin heyiz nişanəli günləri heyiz saymalıdır.
    Məsələ 473: Ədədiyyə adəti olan qadın adət günlərindən artıq qan görərsə və bu günlərin sayı on gündən artıq olarsa, bütün qanlar eyni şəkildə olduqda adət günləri sayda günləri heyiz, qalan günləri istihazə saymalıdır. Əgər bir neçə günün qanında heyiz nişanəsi olarsa həmin günlər heyiz sayılmalıdır. Adət günlərindən artıq qan görərsə onun axırından əskiltməlidir. Əgər həmin günlər adət günlərindən az olarsa, həmin günləri və adət günlərinə uyğun olaraq sonrakı bir neçə günü heyiz saymalı, qalan günləri istihazə hökmünə əməl etməlidir.
    4. Müztəribə
    Məsələ 474: Müztəribə dedikdə bir neçə ay qan görsə də müəyyən adəti olmayan qadınlar nəzərdə tutulur. Belələri on gün və ya on gündən az qan görərlərsə bütün günləri heyiz saymalıdırlar. Əgər on gündən artıq qan görərlərsə, heyiz nişanəsi olan günlər üç gündən az, on gündən çox olmadığından heyiz sayılır. Bütün qanlar eyni şəkildə olarsa qohumların adəti üzrə hərəkət edilir. (Əgər əksər qohumlarda adət eyni cürdürsə) qohumların adəti fərqli olsa, ehtiyat budur ki, qadın yeddi gün adət müddəti təyin etsin.
    5. Mubtədiə
    Məsələ 475: Mubtədiə dedikdə ilk dəfə heyiz qanı görmüş qadın nəzərdə tutulur. Əgər qan görünən günlər on gün və ya on gündən az olarsa heyiz sayılır. Əgər on gündən çox olarsa qanlar eyni cür olduqda qohumların adəti üzrə hərəkət olunur. Onların adəti fərqli olduqda yuxarıda deyildiyi qaydada hərəkət edilir. Təyin olunmuş müddət heyiz, qalan günlər istihazə sayılır.
    Məsələ 476: Əgər mubtədiə qadın on gündən artıq qan görərsə, bu on günün bir neçə günündə heyiz nişanəsi olarsa, heyiz nişanəsi olan günlər üç gündən az, on gündən çox olmadıqda heyiz hökmlərinə əməl olunur. Qalan günlər istihazə sayılır. Əgər üç gündən az olarsa heyiz nişanəsi olan günləri heyiz hökmlərinə əməl olunur, qalan günlər qohumların adəti əsas götürülür. Heyiz nişanəsi olan günlər on günü aşarsa qohumların adəti əsas götürülür, qalan günlər istihazə sayılır.
    6. Nasiyə
    Məsələ 477: Nasiyə dedikdə adət günlərini unutmuş qadın nəzərdə tutulur. Belə bir qadın on günü və ya on gündən az qan görərsə həmin günləri heyiz saymalıdır. Əgər on gündən artıq qan görərsə, heyiz nişanəsi olan günləri heyiz saymalı (bir şərtlə ki, üç gündən az və on gündən çox olmasın), bütün günlərdə qan eyni şəkildə olduqda vacib ehtiyata əsasən, yeddi günü heyiz, qalan günləri istihazə hökmünə əməl etməlidir.
    Heyiz mövzusunda müxtəlif məsələlər
    Məsələ 478: Mubtədiə, muztəribə, nasiə və ədədiyyə adəti olan qadınlar heyiz nişanəli qan gördükdə dərhal ibadəti tərk etməlidirlər. Sonradan başa düşsələr ki, heyiz olmayıblar, yerinə yetirmədikləri ibadətlərin qəzasını yerinə yetirməlidirlər. Amma qanda heyiz nişanəsi olmadıqda istihazə hökmünə əməl olunmalıdır. Heyiz qanı sübuta yetənədək belə əməl olunur. Amma vəqtiyyə adəti və vəqtiyyə və ədədiyyə adəti olan qadınlar adət günlərində qan görən kimi ibadəti tərk edirlər.
    Məsələ 479: Adəti olan qadınlar iki ay ardıcıl adətlərinin ziddinə olaraq qan görsələr adətləri dəyişir və iki ayda gördüklərini əsas götürürlər.
    Məsələ 480: Adətən ayda bir dəfə qan görən qadın bir ayda iki dəfə qan görərsə və həmin qanlarda heyiz nişanəsi olarsa, ortada pak olduğu günlər on gündən az olmadıqda qan gördüyü hər iki dövrü heyiz saymalıdır.
    Məsələ 481: Əgər üç gün və ya daha artıq heyiz nişanəli qan görüb sonra on gün və ya daha artıq istihazə nişanəli qan görərlərsə, sonra yenidən heyiz nişanəli qan gördükdə bütün heyiz nişanəsi olan günləri heyiz hökmünə əməl etməlidirlər.
    Məsələ 482: Əgər qadın on gündən tez paklanarsa və bətnində qan olmadığını bilərsə, on gün tamam olmamışdan öncə yenidən qan görəcəyinə əmin olsa belə, qüsül verib ibadətlərini yerinə yetirməlidir.
    Məsələ 483: On gündən tez paklanmış qadın ehtimal etsə ki, bətnində qan var, bir qədər pambıqla özünü yoxlamalıdır. Pak olsa qüsl verib ibadətlərini yerinə yetirməlidir. Əgər pak olmasa, qanlı su görünsə belə, öncə heyz haqqında deyilmiş hökmə əməl edilməlidir.
    4. Nifas
    Məsələ 484: Körpənin hər hansı hissəsi ananın bətnindən göründüyü andan qadının gördüyü bütün qanlar nifas qanı sayılır. Nifas halında olan qadına "nəfsa” deyirlər. Demək, uşaq görünməzdən öncə müşahidə olunan qan nifas qanı deyil.
    Məsələ 485: Nifas qanının bir an davam etməsi mümkündür. Amma bu qan on gündən artıq görünə bilməz.
    Nifas qadının hökmləri
    Məsələ 486: Vacib ehtiyata əsasən, qanın nifas qanı sayılması üçün körpə kamil olmalıdır. Bətndən laxtalanmış qan xaric olsa və bilinsə ki, bu qan bətndə qalsaydı insan olacaqdı, həm qandan pak olmuş qadının vəzifələrinə əməl olunmalı, həm də heyiz qadının tərk etdiyi işlər tərk edilməlidir.
    Məsələ 487: Əgər şəkk yaransa ki, bir şey siqt olub (düşüb) yoxsa yox, ya da düşən şey insan olub, yoxsa yox, xaric olan qan nifas qanı sayılmır və onu araşdırmaq lazım deyil.
    Məsələ 488: Heyizli qadına haram olan bütün işlər nifas qadına da haramdır. Heyizli qadına vacib, müstəhəb, məkruh olan işlər nifas qadın üçün də eyni hökmdədir.
    Məsələ 489: Nifas halında qadına yaxınlaşmaq haramdır. Əgər ər nifas zövcəsi ilə yaxınlıq edərsə, müstəhəb ehtiyat budur ki, heyizin hökmlərinə əməl edilsin, kəffarə verilsin. Nifas halda təlaq da batildir.
    Məsələ 490: Nifas qanından paklanmış qadın qüsül verməli, ibadətlərini yerinə yetirməlidir. Əgər doğuşdan on gün keçməmiş yenidən qan görərsə qan gördüyü günlər üst-üstə on gün və ya on gündən əskik olduqda, bütün günlər nifas sayılır. Arada paklanan qadın ibadətini yerinə yetirə bilər.
    Məsələ 491: Əgər qadın zahirən nifas qanından paklanarsa və ehtimal edərsə ki, bətnində qan var, bir qədər pambıqla özünü yoxlamalıdır. Əgər pak olsa qüsl verib ibadətlərini yerinə yetirməlidir.
    Məsələ 492: Əgər nifas qanı on günü ötüb keçsə, heyizdə olduğu kimi ədədiyyə günləri nifas, qalan günlər istihazə sayılır. Əgər adət yoxsa, on günədək nifas, qalan günlər istihazədir.
    Məsələ 493: Bir qadının heyiz adəti on gündən az olarsa, əgər adət günlərindən artıq nifas qanı müşahidə etsə, öz adət günləri həddində nifas halında olduğunu qəbul etməlidir. Vacib ehtiyata əsasən, onuncu günədək ibadətdən çəkinməlidir. Əgər qan on gündən artıq gələrsə, adət günləri həddində nifas halındadır, qalan günlər istihazə qəbul olunur və həmin günlərdə buraxılan ibadətlərin qəzası yerinə yetirilir.
    Məsələ 494: Bir çox qadınlar doğuşdan sonra bir ay və ya daha artıq müddət özlərində qan müşahidə edirlər. Bu qadınların heyiz adəti olarsa, həmin günlər həddində nifas halında olduqlarını qəbul etməli, on gündən sonra istihazə hökmünə əməl etməlidirlər. On gün keçdikdən sonra heyiz günlərinə təsadüf edərsə heyiz hökmünə əməl etməlidirlər. (Qanda heyiz nişanəsinin olub-olmamasının fərqi yoxdur) əgər heyiz günlərinə təsadüf etməsə, istihazə hökmünə əməl etməlidirlər. Bir şərtlə ki, qanda heyiz nişanəsi olmasın.
    Məsələ 495: Doğuşdan sonra bir ay və ya daha artıq müddətdə özündə qan müşahidə edən qadınlar aylıq adətə malik olmadıqda ilk on günü nifas, ikinci on günü istihazə, sonrakı on günü qanda heyiz nişanəsi olduqda heyiz hökmünə əməl etməlidirlər. Qanda heyiz nişanəsi olmasa həmin günlər də istihazə qəbul olunur.
    5. Meyyitə toxunmaq
    Məsələ 496: Bir şəxs ölmüş insanın bədəninə soyuduqdan sonra, qüsüldən öncə toxunsa, meyyitə toxunmaq qüslü verməlidir. Bilərəkdən və ya bilməyərəkdən toxunmağın fərqi yoxdur. Hətta dırnaq meyyitin dırnağına toxunarsa, meyyitə toxunmaq qüslü vacib olur.
    Meyyitə toxunmağın hökmləri
    Məsələ 497: Əgər ölmüş insanın bədəni tam soyumamışsa ona toxunduqdan sonra qüsül vacib olmaz. Hətta toxunulan hissə soyumuşsa da bu hökm öz gücündədir. Meyyitə üç qüsl verildikdən sonra ona toxunan insanın qüsl verməsi vacib deyil.
    Məsələ 498: İnsanın tükü meyyitə toxunarsa və ya əli meyyitin tükünə dəyərsə, vacib ehtiyata əsasən, qüsül verməlidir.
    Məsələ 499: İnsan dörd ayı tamam olmuş siqt (düşmüş) uşağın meyyitinə toxunarsa qüsül verməsi vacibdir. Əgər körpə dörd aylıqdan kiçik olarsa, müstəhəb ehtiyata əsasən, qüsül verilməlidir.
    Məsələ 500: Əgər dörd aylıq və ya dörd aylıqdan böyük uşaq dünyaya ölü gələrsə, onun anası vacib ehtiyata əsasən, meyyitə toxunmaq qüslü verməlidir.
    Məsələ 501: Əgər körpə anası öldükdən sonra dünyaya gələrsə, vacib ehtiyata əsasən, büluğ həddinə çatdıqdan sonra meyyitə toxunmaq qüslü verməlidir.
    Məsələ 502: Büluğ həddinə çatmamış və ya divanə şəxs meyyitə toxunsa büluğ həddinə çatdıqda və ya ağıla gəldikdən sonra meyyitə toxunma qüslü verməsi vacibdir. (Müməyyiz) yəni yaxşını pisdən seçə bilən uşaq qüsül versə onun qüslü düzgün deyil.
    Məsələ 503: Əgər diri insanın və ya ölünün bədənindən üzərində sümük olan ət parçası qoparsa (Məsələn, bir əl və ya bir barmaq) ona qüsül verilməmiş toxunanlar meyyitə toxunma qüslü verməlidir. Amma həmin ətin üzərində sümük olmasa, qüsül vacib deyil. Amma ölünün və ya dirinin sümüyünə və ya dişinə toxunduqda qüsül vacib deyil.
    Məsələ 504: Meyyitə toxunma qüslü cənabət qüslü kimi verilir. Bu qüsüldən sonra dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz alınsın.
    Məsələ 505: İnsan bir neçə meyyitə toxunsa və ya bir meyyitə bir neçə dəfə toxunsa, bir qüsül verməsi bəs edər.
    Məsələ 506: Meyyitə toxunma qüslü verməli olan şəxs məscidə gedə bilər, vacib səcdəsi olan Quran surəsi oxuya bilər, zövcəsi ilə yaxınlıq edə bilər. Amma namaz və bu kimi ibadətlər üçün qüsül verməlidir. Yəni meyyitə toxunma qüslü verməli olan insan dəstəmazsız insan kimidir.
    Can verən insan (möhtəzir)
    Məsələ 507: "Möhtəzirin”, yəni can verən insanın növbəti Məsələlərdə açıqlanacaq hökmləri var.
    Can verənin hökmləri
    Məsələ 508: Vacib ehtiyata əsasən, can verən insan arxası üstə uzadılmalıdır və ayaqlarının altı üzü qibləyə olmalıdır. Onun kişi və ya qadın olmasının, böyük və ya kiçik olmasının fərqi yoxdur. Əgər can verən şəxsi bu qaydada uzatmaq mümkün deyilsə, vacib ehtiyata əsasən, imkan həddində həmin göstərişə əməl olunmalıdır. Bu da mümkün olmasa onu üzü qibləyə oturtmaq lazımdır. Bu da mümkün olmasa, onu üzü qibləyə sağ çiyni və ya sol çiyni üzərində uzatmaq lazımdır.
    Məsələ 509: Can verən insanı üzü qibləyə çevirmək hər bir insana vacibdir. Bu işdə onun sahibindən icazə almaq lazım deyil.
    Məsələ 510: Müstəhəbdir ki, can verən şəxsə şəhadət kəlmələri, on iki imamın adı və digər dini əqidələr onu anlayacağı şəkildə təlqin olunsun (deyilsin). Müstəhəbdir ki, bu sözlər can verən şəxs ölənədək təkrarlansın.
    Məsələ 511: Müstəhəbdir ki, can verən insana belə bir dua təlqin olunsun: "Əllahumməğfirliəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsirə və yəfu ənil kəsiri iqbəl minnil-yəsirə vəfu hənnil-kəsirə innəkə əntəl-əfuvvul-ğəfur. Allahummərhəm fəinnəkə rəhim.”
    Yaxşı olar ki, bu duanı o özü də təkrarlasın.
    Məsələ 512: Müstəhəbdir ki, çətin can verən insanı namaz qıldığı yerə aparsınlar.
    Məsələ 513: Can verən şəxsin rahatlığı üçün onun başı üzərində "Yasin”, "Saffat”, "Əhzab” surələrini və "Ayatəl-kürsi” oxumaq yaxşıdır. Can verənin başı üzərində bacardıqca çox Quran oxunsun.
    Məsələ 514: Can verən şəxsi tənha qoymaq, onun qarnı üzərinə ağır bir şey yerləşdirmək, onun yanında cənabətli və heyiz halında insanın qalması, can verənin yanında ağlamaq və danışmaq, can verəni qadınlarla tənha buraxmaq məkruh əməllərdəndir, (pislənilir).
    Ölülər
    Ölünün hökmləri
    Məsələ 515: Müstəhəbdir ki, insan öldükdən sonra onun ağzı, gözləri və çənəsi bağlanılsın. Ölünün əllərini yanına salmaq, ayaqlarını uzatmaq, üzünə bir parça çəkmək lazımdır. Cənazənin dəfni üçün möminləri xəbərdar etmək lazımdır. Nə qədər ki, cənazə öldüyü yerdən tərpədilməyib üzü qibləyə saxlanılsın. Onun dəfninə tələsmək lazımdır. Amma insanın öldüyünə yəqinlik yoxsa, səbr edib bunu müəyyənləşdirmək lazımdır.
    Məsələ 516: Ölmüş qadın hamilə olsa onun bətnində sağ olan və ya sağ olması ehtimal edilən körpə çıxarılmalıdır. Bundan ötrü meyyitin sol tərəfi yarılıb, körpə çıxarıldıqdan sonra həmin yer tikilir. Bu işi bacaranlara əl çatırsa, onların nəzarəti altında hərəkət etmək lazımdır.
    Məsələ 517: Müsəlmana qüsül vermək, onu kəfənləmək, ona namaz qılmaq və dəfn etmək kifayi vacibdir. Yəni bəziləri bu işi görərsə, başqalarının öhdəsindən götürülər. Əgər bu işi kimsə görməsə günaha yol verilmişdir. Bu işdə müsəlman firqələri arasında fərq qoyulmur.
    Məsələ 518: Yuxarıdakı işləri yerinə yetirən insan varsa, həmin işlər başqalarına vacib olmur. Amma həmin şəxs işi yarımçıq qoysa, başqaları onu tamamlamalıdır. Əgər başqa birinin bu işləri görüb-görmədiyinə şübhə varsa, insan özü addım atmalıdır.
    Məsələ 519: Bir şəxs qüsül, kəfən, namaz və dəfnlə məşğul olsa, onun bu işləri düzgün yerinə yetirib-yetirmədiyini bilməsə, lazımınca yerinə yetirdiyini qəbul etməliyik. Amma səhvə yol verdiyinə əmin olsa, həmin işləri yenidən görməliyik.
    Məsələ 520: Qüsül, kəfən, namaz və dəfn üçün meyyit sahibindən icazə almaq lazımdır. Sahiblik baxımından qadına daha yaxın olan onun əridir. Meyyitin irsindən pay alanlar bu işdə ərdən sonra gəlir. Əgər onun varisi kişi və qadın olsa, ehtiyat budur ki, hər ikisindən icazə alınsın.
    Məsələ 521: Əgər bir şəxs özünü meyyitin sahibi kimi təqdim etsə və ya meyyit sahibindən icazə aldığını bildirsə, meyyitlə bağlı işlərdə ondan icazə alınmalıdır.
    Məsələ 522: Əgər insan ölməzdən qabaq qəyyum olaraq başqa birini təyin etsə, məsələn, vəsiyyət etsə ki, filankəs mənə namaz qılsın, bu vəsiyyətə əməl etmək vacibdir. Müstəhəb ehtiyat budur ki, onun sahibindən də icazə alınsın. Amma insan ölməzdən qabaq bir şəxsə bu işlərlə bağlı tapşırıq verərsə, həmin şəxsə bu vəsiyyəti qəbul etmək vacib deyil. Əlbəttə ki, qəbul etmək daha yaxşıdır. Əgər qəbul etsə, ona əməl etməlidir.
    Məsələ 523: Əgər meyyit sahibinin razı olduğu bilinsə, o bunu dilə gətirməsə də, zahirən razılığının müəyyən olması kifayat edir.
    6. Meyyit qüslü
    Məsələ 524: Müsəlman meyyitə üç qüsül vermək vacibdir: Sidr qatılmış su ilə, kafur qatılmış su ilə, saf su ilə. Amma şəhid və bir qisim başqaları üçün qüsül yoxdur və bu barədə sonradan danışılacaq.
    Meyyit qüslünün hökmləri
    Məsələ 525: Sidir və kafurun suyu bulaşdıracaq həddə olmasının eybi yoxdur. Amma sidr və kafur o qədər az olmamalıdır ki, onların qatılmadığı söylənilsin. Su qatqılı şəkil aldıqda yaxşı olar ki, meyyit əvvəlcə onunla yuyulsun, sonra üzərinə tökülsün.
    Məsələ 526: Əgər lazımı qədər sidir və kafur tapılmasa, vacib ehtiyata əsasən, tapılan miqdarı suya qatmaq lazımdır. Əgər tamamilə tapılmasa, onların əvəzinə adi su ilə qüsül verilməlidir.
    Məsələ 527: Həcc və ümrə üçün ehram bağlamış şəxs təvafdan qabaq, xoş ətir halal olmamışdan öncə dünyasını dəyişsə, ona kafurlu su əvəzinə adi su ilə qüsül verilir.
    Məsələ 528: Meyyitə qüsül verən şəxs müsəlman, büluğ həddində və ağıllı olmalıdır. Həmin şəxsin qüsl məsələlərini bilməsi lazımdır. Müstəhəb ehtiyat budur ki, həmin şəxs on iki imamçı şiə olsun.
    Məsələ 529: Meyyit qüslü Allaha xatir, ona yaxınlaşmaq məqsədi ilə verilməlidir.
    Məsələ 530: Müsəlman uşaq zinadan doğulmuşsa da ona qüsül vermək vacibdir. Uşaqlıqdan divanə olan və həmin halda büluğ həddinə çatan şəxsin ata-anası müsəlman olarsa, ona qüsül vermək vacibdir. Öncə müsəlman olub sonradan ağlını itirmiş şəxs də bu hökmdədir.
    Məsələ 531: Dörd aylıq və ya daha böyük olan siqt (düşmüş) uşağa qüsül verilməlidir. Əgər dörd aylıqdan kiçik olsa, vacib ehtiyata əsasən, onu parçaya büküb qüsülsüz dəfn edirlər.
    Məsələ 532: Qadına kişi qüsül verə bilməz. Eləcə də, qadın kişiyə qüsül verə bilməz. Yalnız ər və arvad bir-birlərinə qüsl verə bilərlər. Amma müstəhəb ehtiyat budur ki, zərurət olmadıqda bu iş görülməsin.
    Məsələ 533: Kişi üç yaşı tamam olmamış körpə qıza qüsl verə bilər. Qadın da üç yaşı tamam olmamış körpə oğlana qüsl verə bilər.
    Məsələ 534: Əgər kişiyə qüsl vermək üçün kişi tapılmasa, ona məhrəm qadınlar qüsl verə bilərlər. Eləcə də, qadın meyitə qüsl üçün qadın tapılmasa, məhrəm kişilər ona qüsl verə bilərlər. Yaxşı olar ki, bu qüsl paltar üzərindən verilsin.
    Məsələ 535: Kişiyə kişi, qadına qadın qüsl verərkən onun ayıb yerindən başqa yerlərini aça bilər.
    Məsələ 536: Ölünün ayıb yerinə baxmaq haramdır. Amma bu iş qüslü batil etmir.
    Məsələ 537: Əgər meyyitin bədəni murdara toxunarsa qüsüldən öncə həmin yeri yumaq lazımdır. Müstəhəb ehtiyata əsasən, qüsüldən öncə meyyitin bütün bədəni murdarlıqdan təmizlənsin.
    Məsələ 538: Meyyit qüslü də cənabət qüslü kimidir. Ehtiyat budur ki, tərtibi qüsül mümkün olduqda irtimasi qüsül verilməsin. Amma tərtibi qüsüldə bədənin üç hissəsini ardıcıllıqla suya batırmaq olar. Əgər qadın heyiz halında, bir şəxs cənabətli halda dünyadan gedərsə, meyyit qüslü bəs edir.
    Məsələ 539: Meyyit qüslü vermək müqabilində muzd almaq olmaz. Amma müqəddimə, təmizlik və bu kimi işlər üçün muzd almağın eybi yoxdur.
    Məsələ 540: Əgər su tapılmasa və ya hər hansı səbəbdən qüsl vermək mümkün olmasa, meyyitə hər qüsl əvəzində təyəmmüm etdirilməlidir. Təyəmmüm edən şəxs meyyitlə üzbəüz dayanır, əlini torpağa vurub meyyitin üzünə və əllərinin arxasına çəkir.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1574 | Rating: 3.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024