İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    NAMAZIN VACIB ŞƏRTLƏRI
    Məsələ 862: Namazın on bir vacib şərti var: Niyyət; "Təkbirətül-ehram” ("Allahu əkbər” söyləmək); qiyam (farağat vəziyyətdə dayanmaq); qiraət; rüku; səcdələr; rüku və səcdənin zikrləri; təşəhhüd; salam; tərtib (ardıcıllıq); movalat (fasiləsizlik);
    Məsələ 863: Namazın vacib şərtləri iki qismə bölünür: Rükn (əsas) şərtlər və rükn olmayan şərtlər. Rükn sayılan şərtlər yerinə yetirilmədikdə və ya artırılıb-əskildildikdə namaz batil olur. Bu işin bilərəkdən və ya səhvən baş verməsi şərt deyil. Rükn olmayan şərtlər isə bilərəkdən yerinə yetirilmədikdə və ya artırılıb-əskildildikdə namaz batil olur. Bu şərtlər bilmədən pozulduqda namaz batil olmur.
    Məsələ 864: Namazın beş rüknü (əsası) var: Niyyət; təkbirətül-ehram; qiyam (təkbirətül-ehram deyərkən, rükuya bağlı qiyam, yəni rükudan qabaq qiyam vəziyyətində dayanmaq; rüku; səcdələr.) Niyyətdə artıqlıq təsəvvür olunmur. Təkbirətül-ehram da bilmədən artırılarsa namaz batil olmaz. Amma müstəhəb ehtiyat budur ki, belə olsa təkrarlansın.)
    1. Niyyət
    Məsələ 865: Namaz Allaha yaxınlaşmaq, Onun əmrini yerinə yetirmək məqsədi ilə icra olunmalıdır. Niyyəti dilə gətirmək və ya namazdan öncə qəlbdən keçirmək vacib deyil. Əgər namaza dayanan şəxsdən nə etdiyini soruşduqda Allaha xatir namaz qıldığını söyləyərsə, bəs edər.
    Məsələ 866: Niyyət edərkən hansı namazın qılındığını nəzərdə tutmaq lazımdır. Təkcə dörd rəkət namaz niyyət edilsə kifayat deyil. Qılınacaq namaz niyyətdə müəyyənləşməlidir. Vacib ehtiyat budur ki, namazın qəza və ya əda olması da müəyyənləşsin.
    Məsələ 867: Niyyət namazın sonunadək gücündə qalmalıdır. Əgər insan namaz gedişində nə etdiyini bilməzsə namaz batildir.
    Məsələ 868: Bir şəxs riya üçün, yəni özünü başqalarına göstərmək məqsədi ilə namaz qılıb ibadət edərsə, həm ibadəti batildir, həm də kəbirə günaha yol vermişdir. Əgər həm Allahı, həm də xalqı nəzərdə tutarsa, yenə də əməli batildir, kəbirə günah etmişdir.
    Məsələ 869: Əgər namazın bir hissəsi riyakarlıqla icra olunarsa namaz yenə batildir. Həmin hissəni vacib və ya müstəhəb olmasının fərqi yoxdur. (Vacib ehtiyata əsasən).
    Məsələ 870: Bir şəxs namazı Allaha xatir qıldığı halda riya üçün, özünü camaata göstərmək məqsədi ilə məscidə gedib cəmiyyət namazında iştirak edərsə, namazı batildir. Amma məqsədi namazı ilk vaxtında qılmaq və ya məsciddə qılmağın rahatlığıdırsa, bunun eybi yoxdur.
    2. Təkbirətül-ehram
    Məsələ 871: Namazın ilk hissəsi "təkbirətül-ehram” adlanır. Təkbirətül-ehram dedikdə "Allahu əkbər” söylənilməsi nəzərdə tutulur. Təkbirətül-ehramı bilərəkdən və ya səhvən tərk etmək namazı batil edir. Amma onu bilərəkdən artırmaq, məsələn, bir dəfə yox, iki dəfə "Allahu əkbər” söyləmək bilərəkdəndirsə, namazı batil edir.
    Məsələ 872: "Allahu əkbər” cümləsi də namazın digər zikrləri kimi aydın ərəbcə söylənilməlidir. Bu sözlərin ərəbcə səhv söylənilməsi və ya tərcüməsinin deyilməsi bəs etmir.
    Məsələ 873: "Təkbirətül-ehram” deyərkən bədən aram olmalıdır. Addım atan vəziyyətdə "Allahu əkbər” söylənilsə batildir. Səhvən belə edərsə, vacib ehtiyat budur ki, namazı pozacaq bir iş görsün (Məsələn, üzünü qiblədən çevirsin və yenidən təkbir söyləsin.)
    Məsələ 874: Namazın təkbiri, Həmd-surəsi, başqa zikrləri elə deyilməlidir ki, (maneçilik olmasa) ən azı namaz qılan özü bunu eşitsin.
    Məsələ 875: Əgər bir şəxs xəstəlik və ya lallıq səbəbindən təkbir deyə bilməzsə, bacardığı şəkildə deməlidir. Təkbir deməyə heç bir imkanı olmayan şəxs vacib ehtiyata əsasən, bunu işarə ilə həyata keçirməlidir. Cəmiyyətdə kar və lal kimi tanınan kəs dili ilə bacardığı kimi deməli və qəlbindən keçirməlidir.
    Məsələ 876: "Təkbirətül-ehram”dan sonra savab ümidi ilə bu duanı oxumaq müstəhəbdir:
    يَامُحسِنُ قَد اَتَاكَ المُسيئُ وَقَد اَمَرتَ المُحسِنَ اَن يَتَجاوَزَ عَنِ المُسيِئِ اَنتَ المُحسِنُ وَاَنَا المُسِيئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجاوَز عَن قَبِيحِ مَاتَعلَمُ مِنِّى
    "Ya muhsinu qəd ətakəl-musiu və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musii əntəl-muhsinu və ənəl-musiu bihəqqi Muhəmmədin və ali Muhəmmədin səlli əla Muhəmmədin və ali Muhəmməd və təcavəz ən qəbihi ma tələmu minni”
    Tərcüməsi: "Ey ehsan edən Allah! Günahkar bəndən qapına gəlmiş. Əmr etmisən ki, ehsan əhli günahkarı bağışlasın. Sən ehsan edənsən, mən isə günahkar. Məhəmməd və Ali-Məhəmməd hörmətinə, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və bildiyin pis işlərimi bağışla!”
    Məsələ 877: Müstəhəbdir ki, namazda "təkbirətül-ehram” və digər təkbirləri deyərkən əllər qulaq bərabərinədək qaldırılsın.
    Məsələ 878: Bir şəxs şəkk etsə ki, "təkbirətül-ehram” söyləyib yoxsa yox, "Həmd” söyləməyə başlamışsa şəkkinə əhəmiyyət verməsin. Əgər hələ ki, heç nə deməyibsə, təkbiri söyləsin. "Təkbirətül-ehram”ı düzgün deyib-demədiyinə şəkk etdikdə bu şəkk təkbirdən sonra yaranmışsa ona əhəmiyyət verməsin.
    3. Qiyam
    Məsələ 879: Qiyam dedikdə "təkbirətül-ehram” vaxtı və rükudan öncə farağat dayanmaq nəzərdə tutulur. Bu qiyam vacib və rükündür. Həmd-surə oxunarkən, eləcə də rükudan sonrakı qiyamlar vacibdir, amma rükn deyil.
    Məsələ 880: Bir şəxs rüknü unutsa və Həmd-surədən sonra otursa, rüku etmədiyi yadına düşsə, ayağa qalxıb rükunu yerinə yetirməlidir. Amma əyilmiş vəziyyətdən rüku halını alsa, rükuya bağlı qiyamı yerinə yetirmədiyindən namazı batildir.
    Məsələ 881: Qiyam zamanı bədən və ayaqlar hərəkət etməməlidir. Bir tərəfə əyilmək və ya nəyəsə söykənmək də olmaz. Amma zərurət səbəbindən bu halların eybi yoxdur.
    Məsələ 882: Əgər həmd-surə üçün qiyam halında unudub bədənini və ayaqlarını tərpətsə, eləcə də bir tərəfə əyilsə namazı batil deyil. Amma "təkbirətül-ehram” və rükuya bağlı qiyam zamanı hərəkət etsə vacib ehtiyata əsasən, namazını tamamlayıb yenidən qılmalıdır.
    Məsələ 883: Qiyam zamanı bir ayaq üstə dayanmağa irad var. Amma bədənin ağırlığını hər iki ayağa bərabər şəkildə salmaq vacib deyil.
    Məsələ 884: Əgər ayaqlarını çox aralı qoymaqla farağat halından çıxsa, namazı batildir. Amma zərurət səbəbindən eybi yoxdur.
    Məsələ 885: Namazda bir qədər irəli getmək və ya geri çəkilmək istədikdə eləcə də, sağa və ya sola hərəkət etmək lazım gəldikdə, bir şey deməməlidir. Amma "Bi həvlillahi və quvvətihi əqumu və əqud” zikri ayağa qalxarkən deyilməlidir.
    Məsələ 886: Namazın vacib zikirləri zamanı da bədən aram dayanmalıdır. Vacib ehtiyat budur ki, müstəhəb zikirlərdə də bu şərtə əməl edilsin.
    Məsələ 887: Əgər hərəkət halında zikr desə, məsələn, rükuya və ya səcdəyə gedərkən təkbir deyərsə, ehtiyat budur ki, namazını yenidən qılsın. Amma qəsdi sırf zikr etmək olsa eybi yoxdur. Yəni məqsədi səcdədən öncəki zikr yox, sadəcə zikr olsa.
    Məsələ 888: Əgər həmd-surənin qiraəti zamanı və ya təsbihat söyləyərkən ixtiyarsız olaraq farağat halını pozacaq hərəkət etsə, məsələn, cəmiyyət arasında ona tənə vurub itələsələr, vacib ehtiyat budur ki, bədəni aramlaşdıqdan sonra hərəkət zamanı dediklərini bir daha desin.
    Məsələ 889: Namaz arasında dayana bilməsə oturmalıdır, otura da bilməsə, uzanmalıdır. Amma bədəni aramlaşanadək bir şey deməməlidir.
    Məsələ 890: Ayaq üstə namaz qıla bilməyən şəxs oturub qılmalıdır. Amma əsa və ya divara söykənməklə, ayaqlarını aralı qoymaqla dayana bilirsə, dayanıb namaz qılmalıdır. Bu iş məşəqqətə səbəb olarsa oturub namaz qıla bilər. Eləcə də, oturaq vəziyyətdə bir şeyə söykənərək namaz qıla bildikdə uzanıb qılmamalıdır. Oturub qıla bilmirsə, sağ tərəfi üstə uzanıb qılmalıdır. Bu vaxt bədənin ön hissəsi qibləyə olmalıdır. Sağ tərəfi üstə uzana bilmədikdə sol tərəfi üstə uzanıb qılmalıdır. Bu da mümkün olmadıqda, arxası üstə uzanıb qıla bilər. həmin vaxt ayaqlarının altı üzü qibləyə olmalıdır.
    Məsələ 891: Bir şəxs namazın bir hissəsini ayaq üstə qıla bilərsə həmin qədərini ayaq üstə qılması vacibdir. Qalan hissəsini əyləşib qıla bilər. Bu da mümkün olmasa uzanıb qılsın.
    Məsələ 892: Bir şəxs zəiflikdən namazını uzanıb qılarsa, namazın gedişində qalxıb otura bilsə, həmin həddə oturaq vəziyyətdə qılmalıdır. Oturaq vəziyyətdə qıldığı vaxt ayağa qalxa bilərsə, bacardığı qədər ayaq üstə qılmalıdır. Amma bədən aramlaşanadək zikr deməməlidir.
    Məsələ 893: Bir şəxs namazın son vaxtınadək ayaq üstə namaz qıla biləcəyini ehtimal edərsə, vacib ehtiyata əsasən, namazını əvvəl vaxtda qılmamalıdır.
    Məsələ 894: Əgər ayaq üstə namaz qılmağa gücü varkən bunun zərərli olduğunu ehtimal verərsə, eləcə də bu səbəbdən xəstəliyinin uzun çəkəcəyini düşünərsə, oturub namaz qılmalıdır. Bu da zərərli olsa uzanmış vəziyyətdə namaz qıla bilər.
    Məsələ 895: Yaxşı olar ki, ayaq üstə olduğu vaxt qamətini düz saxlasın. Çiyinlərini aşağı buraxsın, əllərini budlarının üzərinə qoysun, barmaqlarını bir-birinə yapışdırsın, bədəninin ağırlığını bərabər şəkildə iki ayağına salsın. Həmin vaxt səcdə yerinə baxsın, xüzu, xüşulu (qəlbən və cismən təvazökar) olsun. Kişilər ayaqlarını bir qədər aralı, qadınlar isə bitişik saxlamalıdır.
    4.Qiraət
    Məsələ 896: Gündəlik vacib namazların birinci və ikinci rəkətində "təkbirətül-ehram”dan sonra Həmd-surəsi oxunmalıdır. "Həmd”dən sonra vacib ehtiyata əsasən, Qurani-Məcidin surələrindən biri tam şəkildə oxunmalıdır. "Həmd”dən sonra hər hansı surədən bir neçə ayə oxumaq bəs etməz. Nəzərdə saxlamaq lazımdır ki, "Fil” və "Qüreyş”, eləcə də "Züha” və "Şərh” surələri namazda bir surə sayılır.
    Məsələ 897: Vaxt dar olanda, oğru və ya yırtıcı qorxusu olanda, yalnız "Həmd”i oxumaq bəs edər. Tələsik bir iş olanda da surəni oxumamaq mümkündür.
    Məsələ 898: "Həmdi” surədən qabaq oxumaq vacibdir. Bir şəxs bilərəkdən bu qaydanı pozsa namazı batildir. Əgər rükudan qabaq bu iş baş verərsə, yenidən və düzgün oxumaq lazımdır. Rükuya çatdıqdan sonra yada düşərsə, namaz düzgün sayılır. "Həmdi”, surəni və ya hər ikisini unutduqda da bu hökm gücündədir.
    Məsələ 899: Vacib namazda səcdə ayəsi olan surələrdən biri bilərəkdən oxunarsa, vacib ehtiyata əsasən, səcdəni yerinə yetirib qalxmaq və "Həmd”, ardınca başqa surə oxumaq lazımdır. Namazı başa vurduqdan sonra isə bu namaz təzələnir. Əgər səcdə surəsini səhvən oxuyarsa, səcdə ayəsinə çatmazdan öncə başa düşdükdə həmin surəni tərk edib başqa surə oxumalıdır. Əgər yarıdan keçmiş olarsa ehtiyat budur ki, namazı təzələsin. Səcdə ayəsini oxuduqdan sonra başa düşərsə, yuxarıdakı qaydaya əməl etməlidir.
    Məsələ 900: Müstəhəb namazlarda səcdə surələrini oxumaq olar. Bu halda səcdə ayəsindən sonra səcdə qılınır, sonra namaz davam etdirilir.
    Məsələ 901: Müstəhəb namazlarda surəni oxumamaq olar. Hətta müstəhəb namaz nəzir vasitəsi ilə vacib olarsa da bu iş mümkündür. Amma xüsusi surələri olan müstəhəb namazlarda həmin namazın göstərişlərinə əməl edilməlidir.
    Məsələ 902: Cümə gününün günorta namazında birinci rəkətdə "Həmd”dən sonra "Cumuə” surəsini, ikinci rəkətdə "Həmd”dən sonra "Munafiqun” surəsini oxumaq müstəhəbdir. Bu surələrdən birini oxumağa başlasa vacib ehtiyat budur ki, o biri surəyə keçməsin.
    Məsələ 903: İstənilən bir namazda "İxlas” və ya "Kafirun” surəsindən digər bir surəyə keçməz olmaz. Yalnız cümə namazında "Cumuə” və "Munafiqun” surələrinin yerinə başqa bir surə oxunmuşsa, surənin yarısına çatmamış onu tərk edib "Cumuə” və "Munafiqun” surələrini oxumaq olar.
    Məsələ 904: "İxlas” və "Kafirun” surələrindən başqa surələri yarıda saxlayıb başqa surə oxumaq olar. Bir şərtlə ki, həmin surənin ortasına çatmamış olsun.
    Məsələ 905: Əgər surənin ("İxlas”) bir hissəsini unutsa və ya vaxt dar olduğundan davam etdirə bilməsə, onu saxlayıb başqa bir surə oxuya bilər. Saxlanılmış surənin yarıdan saxlanılmasının, İxlas və Kafirun olmasının fərqi yoxdur.
    Məsələ 906: Kişilərin sübh, şam və xiftən namazlarında Həmd-surəni ucadan oxuması vacibdir. Onlar günorta və ikindi namazlarının Həmd-surəsini astadan oxumalıdırlar. Qadınlar günorta və ikindi namazının Həmd-surəsini astadan oxumalıdırlar. Onlar sübh, şam və xiftən namazlarının Həmd-surəsini həm ucadan, həm də astadan oxuya bilərlər. Amma əgər onların səsini naməhrəm eşidərsə, müstəhəb ehtiyat budur ki, Həmd-surəni astadan oxusunlar.
    Məsələ 907: Həmd-surəni ucadan oxumaq zəruri olduğu vaxt bilərəkdən onun bir sözünü astadan oxumaq namazı batil edir. Eləcə də astadan oxumalı olduğu yerdə bir sözü ucadan oxuyarsa namazı batil olar.
    Məsələ 908: Ucadan oxunmalı qiraəti bilərəkdən astadan, astadan oxunmalı qiraəti bilərəkdən ucadan oxuyan şəxsin namazı batildir. Amma məsələni bilmədiyindən və ya unutduğundan belə edərsə namazı düzgündür. Əgər məsələni öyrənməkdə səhlənkarlıq etmiş olarsa, vacib ehtiyata əsasən, namazı təzələməlidir.
    Məsələ 909: Əgər Həmd-surə oxuduğu vaxt başa düşərsə ki, həmin hissəni göstərişin ziddinə olaraq ya uca, ya da astadan oxuyub, onu təkrar oxuması lazım deyil. Amma yaxşı olar ki, yenidən düzgün oxusun.
    Məsələ 910: Bir şəxs namazın qiraət və zikrində səsini çox ucaldıb, qışqırsa, namazı batildir.
    Məsələ 911: Namazın qiraət və zikrini düzgün oxumaq lazımdır. Bilməyən bunu öyrənməlidir. Amma düzgün tələffüzü öyrənə bilməyənlər namazı bacardıqları kimi qılmalıdır. Bu qəbil insanlar imkan daxilində namazını cəmiyyətlə qılmağa çalışmalıdır.
    Məsələ 912: Namazın qiraət və zikrini səhlənkarlıq səbəbindən öyrənməyənlərin namazı batildir. Vaxt dar olduqda vacib ehtiyat budur ki, elələri namazını cəmiyyətlə qılsın. Cəmiyyətlə qılmaq imkanı olmasa, dar vaxtda qıldığı namaz düzgündür.
    Məsələ 913: Vacib ehtiyata əsasən, namazın vacib göstərişlərini öyrətmək müqabilində pul almaq olmaz. Amma müstəhəb göstərişlərin öyrədilməsi ilahi hökmlərin hifzi sayılmasa, bunun müqabilində muzd almaq olar.
    Məsələ 914: İnsan Həmd-surəni və ya digər zikirlərin mətnindən hər hansı bir sözü bilməsə, ya onun fəthə və kəsrəsini dəyişik salsa, ya bir hərfini başqa hərf kimi oxusa (məsələn, "Zad” hərfinin əvəzinə "za” oxusa) leksik baxımdan səhv olarsa, namaz batildir.
    Məsələ 915: Əgər bir şəxs namazın mətnində bir söz və ya bir ayəni uzun müddət oxuduqdan sonra yanlış oxuduğunu başa düşərsə, namazını yenidən qılması vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, onu ya təzələsin, ya da qəzasını qılsın.
    Məsələ 916: Vacib deyil ki, təcvid alimlərinin daha gözəl oxunuşla bağlı göstərişlərinə əməl edilsin. Amma elə oxumaq lazımdır ki, "ərəbcə düzgün oxudu” söylənilsin. Amma təcvid göstərişlərinə əməl etmək daha yaxşıdır.
    Məsələ 917: Vacib ehtiyat budur ki, namazda hərəkələrdə vəqf olunmasın. Hərəkələrdə vəqf dedikdə sözün son hərəkəsinin deyilməsi, amma sözdən sonra fasilə verilməsi nəzərdə tutulur. Məsələn, "Allahu əkbəru” deyib bir müddət fasilədən sonra "Bismillah” başlanılmamalıdır. Namazda "sükunla vəslin”, yəni son hərəkəni demədən fasilə verməməyin eybi yoxdur. Belə ki, "Allahu əkbər” sözünün son hərəkəsi deyilmir, eyni zamanda fasilə verilmədən sonrakı sözü oxunur.
    Məsələ 918: Üç rəkətli və dörd rəkətli namazın üçüncü və dördüncü rəkətində insan həm Həmd oxuya bilər, həm də üç dəfə təsbihati-ərbəə ("Sübhanəllahi vəl həmdulillahi və la ilahə illəllahu vəllahu əkbər”) deyə bilər. Bu cümləni bir dəfə də demək bəs edər. Üçüncü və dördüncü rəkətlərin birində Həmd oxuyub, o birində təsbihat demək olar.
    Məsələ 919: Namazın üçüncü və dördüncü rəkətlərində Həmdi və ya təsbihati ərbəəni astadan demək vacibdir. Vacib ehtiyata əsasən, "Bismillah” da astadan deyilməlidir.
    Məsələ 920: Bir şəxs namazın birinci və ya ikinci rəkətində onu üçüncü və ya dördüncü rəkət sayaraq Həmd-surə əvəzinə təsbihat desə, rükudan öncə başa düşsə Həmd-surə oxumalıdır. Əgər rüku vaxtı və ya rükudan sonra anlasa, namazı düzgündür, müstəhəb ehtiyata əsasən, iki səcdəyi-səhv yerinə yetirməlidir.
    Məsələ 921: Əgər üçüncü və ya dördüncü rəkətdə Həmd oxumaq istədikdə dilinə təsbihat gəlsə, ya da təsbihat oxumaq istədiyi vaxt dilinə Həmd gəlsə, bəs etməz, yenidən nəzərdə tutduğunu oxumalıdır. Amma hər ikisini niyyətində tutmuşsa, hansı birini oxusa bəs edər.
    Məsələ 922: Təsbihatdan sonra "Əstəğfirullahə rəbbi və ətubu iləyh” söyləmək müstəhəbdir. "Əstəğfirullah” əvəzinə "Allahumməğfirli” söyləyə bilər.
    Məsələ 923: Əgər rükuda və ya rükudan sonra şəkk etsə ki, təsbihatı deyib, yoxsa yox, bu şəkkə əhəmiyyət verməsin. Amma əgər rüku həddinədək əyilməyibsə, vacib ehtiyat budur ki, qayıdıb təsbihatı söyləsin.
    Məsələ 924: Əgər namazda bir ayə və ya zikrdə şəkk etsə, onu düzgün deyənədək təkrarlamalıdır. Amma vəsvəsə həddinə çatarsa əhəmiyyət verməsin. Vəsvəsə həddinə çatmış şəkkə əhəmiyyət versə namazına irad var, vacib ehtiyata əsasən, yenidən qılmalıdır.
    Məsələ 925: Müstəhəbdir ki, namazın birinci rəkətində Həmdi oxumağa başlamazdan öncə "Əuzu billahi minəş-şeytanir rəcim” söyləsin. Müstəhəbdir ki, imam-camaat "Bismillahir-rəhmanir-rəhim” cümləsini günorta və ikindi namazlarının birinci və ikinci rəkətində ucadan desin. Müstəhəbdir ki, namazda Həmd və surə, zikirlər dəqiq deyilsin, ayələr bir-birinə birləşdirilməsin və onların mənasına diqqət yetirilsin. Namaz cəmiyyətlə qılınırsa imam Həmdi başa vurduqdan sonra savab ümidi ilə "Əlhəmdu-lillahi rəbbil-aləmin” deyilir. İxlas surəsi oxunduqdan sonra bir, iki və ya üç dəfə "Kəzalikəllahə rəbbi” və ya "Kəzalikəllahə rəbbuna” söyləmək müstəhəbdir.
    Məsələ 926: Yaxşı olar ki, namazların birinci rəkətində Həmddən sonra "Qədr” surəsi, ikinci rəkətində Həmddən sonra "İxlas” surəsi oxunsun. Yaxşı olar ki, Həmddən sonra heç bir surə hər iki rəkətdə təkrarlanmasın. Yalnız "İxlas” surəsi təkrarlana bilər. Gündəlik yövmiyyə namazlarında başdan başa "İxlas” surəsini demək yaxşı deyil. Yaxşı olar ki, insanların diqqətini ehtiyac duyduqları problemlərə yönəldən, onları günahdan çəkindirən surələr seçilsin.
    5. Rüku
    Məsələ 927: Namazın hər rəkətində qiraətdən (Həmd-surədən) sonra rükuya getmək vacibdir. Rüku dedikdə əlləri dizə qoyacaq həddə əyilmək nəzərdə tutulur. Vacib ehtiyat budur ki, əllər dizlərə qoyulsun.
    Məsələ 928: Əgər bir şəxsin qolları və dizi başqalarından fərqlidirsə, məsələn, qolları çox uzundur və azca əyildikdə dizlərinə çatır, bu şəxs adi həddə əyilməlidir.
    Məsələ 929: Oturaq vəziyyətdə namaz qılan şəxs rükuda o qədər əyilməlidir ki, onun rükuya getdiyi söylənilsin.
    Məsələ 930: İnsan rüku məqsədi ilə əyilməlidir. Belə bir niyyət olmadan əyildikdə onu rüku saymaq olmaz. İnsan ayaq üstə dayanmalı və rüku məqsədi ilə əyilməlidir.
    Məsələ 931: Rükuda zikr demək vacibdir. Vacib ehtiyata əsasən, rükuda üç dəfə "Sübhanəllah” və ya bir dəfə "Sübhanə rəbbiyəl əzimi və bihəmdih” deyilməlidir. Bu zikrlər aydın ərəb dilində tələffüz olunmalıdır. Müstəhəbdir ki, bu zikirlər üç, beş və ya yeddi dəfə təkrarlansın.
    Məsələ 932: Vacib zikri deyərkən bədən aram dayanmalıdır. Rükuda müstəhəb zikirləri deyərkən də bədən aram olmalıdır.
    Məsələ 933: İnsan vacib zikr söylədiyi vaxt bir şəxs ona toxunsa və ya başqa bir səbəbdən bədəni hərəkətə gəlsə, yalnız aram dayandıqdan sonra zikri yenidən deməlidir. Amma azca hərəkətin eybi yoxdur.
    Məsələ 934: Bir şəxs rüku səviyyəsinə çatmamış və bədəni aramlaşmamış rükunun zikrini desə, bədən aramlaşdıqdan sonra onu yenidən deməlidir. Hətta bilərəkdən belə etsə, ehtiyat budur ki, namazını təzələsin.
    Məsələ 935: Vacib zikr başa çatmamışdan öncə bilərəkdən rükudan qalxarsa, namazı batildir. Əgər bilmədən qalxarsa, rükudan tam qalxmamış başa düşsə, bədəni aram halda yenidən zikr deməlidir. Rükudan qalxdıqdan sonra başa düşsə, namazı düzgündür.
    Məsələ 936: Rüku həddində əyilə bilməyən şəxs bir şeyə söykənib rüku etsin. Bu da mümkün olmasa, bacardığı qədər əyilsin. Bu da mümkün olmasa, oturaq vəziyyətdə rükunu yerinə yetirsin. Bu da mümkün olmadıqda ayaq üstə işarə ilə rüku etsin. İşarə edə bilməyən kəs rüku niyyəti ilə gözünü yumsun, zikri dedikdən sonra rükudan qalxmaq niyyəti ilə gözünü açsın.
    Məsələ 937: Bir şəxs xəstəlik və ya digər bir səbəbdən rüku edə bilməsə, rükunun vacib zikri həddində dayansın, rüku vəziyyətindən çıxmamışdan öncə zikri söyləsin. Bədəni aram olmasa da eybi yoxdur. Əgər bacarmasa, qalxan halda zikri tamamlasın.
    Məsələ 938: Qocalıq səbəbindən bir şəxsin qəddi əyilmişsə, xəstəlik və ya başqa bir səbəbdən rüku halına oxşar haldadırsa, namazda qiraət üçün bacardığı qədər qəddini düzəltməli, bunu bacarmasa rükudan öncə belini bir qədər düzəldib sonra rüku vəziyyətini almalıdır. Bu da mümkün olmasa, rüku üçün bir qədər əyilsin. Bir şərtlə ki, rüku halından çıxmasın. Bu da mümkün olmadıqda ehtiyat budur ki, başı ilə işarə etsin və həmin halı rüku nəzərdə tutsun.
    Məsələ 939: Rüku halı rükn vaciblərdəndir. Əgər rüku tərk olunsa və ya bir rəkətdə iki və ya daha artıq rüku yerinə yetirilsə, namaz batildir. Bunun bilərəkdən, səhvən və ya unutqanlıqdan baş verməsinin fərqi yoxdur.
    Məsələ 940: Rüku başa çatdıqdan sonra düz vəziyyətdə dayanmaq vacibdir. Bədən aramlaşdıqdan sonra səcdə yerinə yetirilir. Rükudan sonra qiyam halı tərk olunsa, namaz batildir. Amma səhvən olsa eybi yoxdur.
    Məsələ 941: Rüku yaddan çıxarsa, birinci səcdədən əvvəl, ya iki səcdə arasında, ya da alnı ikinci səcdəyə qoymamışdan öncə yada düşərsə, ayağa qalxmalı, sonra rükuya getməlidir.
    Məsələ 942: Müstəhəbdir ki, rükuya getməzdən öncə ayaq üstü vəziyyətdə "Allahu əkbər” söylənilsin. Rükuda dizlər arxaya verilsin və bel düz saxlanılsın. Boynu çəkib bel bərabərində saxlamaq müstəhəbdir. Həmin vaxt iki qədəm arasına baxmaq, rükudan qalxıb düz dayanan zaman bədən aram vəziyyətdə "Səmiəllahu limən həmidəh” söyləmək müstəhəbdir.
    Məsələ 943: Vacib və müstəhəb namazların rüku hökmləri arasında fərq oyxdur. Vacib ehtiyata əsasən, rükununu çoxluğu məsələsi də bu qəbildəndir.
    6. Səcdələr
    Məsələ 944: Vacib və müstəhəb namazların hər rəkətində iki səcdə yerinə yetirilməlidir. Səcdələr rükudan sonra yerinə yetirilir. Namaz qılan şəxs bilərəkdən və ya unutduğu üçün hər iki səcdəni ötürərsə və ya iki səcdə əvəzinə dörd səcdə qılarsa, namazı batildir. Amma səhvən olduqda, artıq və ya əskik bir səcdə namazı batil etmir.
    Məsələ 945: Səcdədə bədənin yeddi hissəsi yerə toxunmalıdır: Alın, əllərin içi, dizlər, ayaqların böyük barmaqlarının başı. Əgər bilərəkdən bu hissələrdən biri yerə toxunmasa, səcdə batildir. Əgər bilərəkdən alın səcdəyə qoyulmazsa yenə də səcdə batildir. Amma əgər alın səcdədə olduqda o biri üzvlərdən bəzisi bilmədən yerdən qalxarsa səcdə düzgündür.
    7. Rüku və səcdənin zikrləri
    Məsələ 946: Rükuda zikr demək vacibdir. Vacib ehtiyata əsasən, rükuda ya üç dəfə "Sübhanallah”, ya bir dəfə "Sübhanə rəbbiyəl əzimi vəbihəmdih” söylənilir. Səcdələrdə də zikr demək vacibdir. Ehtiyat budur ki, ən azı üç dəfə "Sübhanəllah” və ya bir dəfə "Sübhanə rəbbiyəl əəla və bihəmdih” deyilsin. Amma artıq deyilsə daha yaxşıdır.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1599 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024