İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    İNƏYIN NISAB HƏDDI
    Məsələ 1630: İnəyin iki nisab həddi var:
    1. 30 başdır, yəni, inəklərin sayı 30-a çatan zaman əvvəldə qeyd edilən şərtlərə malik olduğu halda, ən azı iki illik bir dişi və yaxud erkək buzov zəkat verməlidir.
    2. 40 başdır, onun zəkatı ən azı 3 illik dişi buzovdur. 30-la 40 arasında olanların zəkatı yoxdur. Məsələn, bir kəsin 35 inəyi olsa, yalnız 30 inəyin zəkatını verməlidir. Həmçinin əgər 40 inəkdən artıq inəyi olsa, 60-a çatmayınca, yalnız 40 inəyin zəkatını verməlidir. Hər vaxt (inəklərin sayı) 60-a çatsa, ən azı ikinci ilə daxil olmuş 2 buzov verməlidir. Beləcə, (inəklərin sayı artdıqca) 30-30, 40-40 və əgər mümkündürsə 30-40-la hesablayıb, yuxarıda qeyd edilən göstərişə uyğun əməl etməlidir. Lakin, elə hesablamalıdır ki, bir şey artıq qalmasın. Yaxud, əgər (artıq) qalırsa 9 (başdan) çox olmasın. Məsələn, bir nəfərin 70 baş inəyi varsa, gərək 30-40 hesabı ilə hesablayıb hər birinin zəkatını yuxarıda qeyd edilən göstərişə uyğun versin. Əgər bir nəfərin 80 baş qoyunu varsa, 40-40 hesabı ilə hesablamalıdır.
    Dəvənin nisab həddi
    Məsələ 1631: Dəvənin 12 nisabı var:
    1. 5 dəvənin zəkatı 1 qoyundur. Bundan az miqdarın zəkatı yoxdur.
    2. 10 dəvənin zəkatı 2 qoyundur.
    3. 15 dəvənin zəkatı 3 qoyundur.
    4. 20 dəvənin zəkatı 4 qoyundur.
    5. 25 dəvənin zəkatı 5 qoyundur.
    6. 26 dəvənin zəkatı 2 illik 1 dəvədir.
    7. 36 dəvənin zəkatı 3 illik 1 dəvədir.
    8. 46 dəvənin zəkatı 4 illik 1 dəvədir.
    9. 61 dəvənin zəkatı 5 illik 1 dəvədir.
    10. 76 dəvənin zəkatı 3 illik 2 dəvədir.
    11. 91 dəvənin zəkatı 4 illik 2 dəvədir.
    12. 121 və ondan yuxarı (olan) dəvələri 40-40 hesab edib və 40 (baş) dəvə üçün 3 illik 1 dəvə verməlidir. Yaxud 50-50 hesablayıb, hər 50 dəvə üçün 4 illik 1 dəvə verməlidir Yaxud 40-50 hesab etməlidir. Lakin, burda da elə hesablamalıdır ki, bir şey artıq qalmasın, qalsa da 9-dan çox olmasın. Zəkatı mütləq dişi dəvədən olmalıdır.
    Məsələ 1632: İki nisab arasında olan say üçün zəkat vacib deyil. Yəni, əgər dəvələrin sayı birinci nisab həddi olan 5-dən keçib ikinci nisab həddi olan 10-a çatmasa, yalnız 5 dəvənin zəkatını verər. Başqa nisab hədləri də bu qayda ilədir.
    Məsələ 1633: Dişi və ya erkək və ya bəzilərinin dişi və bəzilərinin də erkək olmasından asılı olmayaraq hər vaxt qoyun, inək, dəvə nisab həddinə çatsa zəkatı vacibdir.
    Məsələ 1634: Keçi, qoyun və quzunun zəkatda bir-birləri ilə fərqi yoxdur. Habelə, müxtəlif dəvə, inək və camış növləri də eyni cinsdən hesab olunur.
    Məsələ 1635: Vacib ehtiyata əsasən, zəkat üçün verilən qoyunun ən azı bir ili, keçinin isə iki ili tamam olmalıdır.
    Məsələ 1636: Zəkat verdiyi qoyunun qiyməti digər qoyunlarının qiymətindən az olarsa, eybi yoxdur. Lakin, müstəhəbdir ki, qiyməti çox olan qoyunu versin. Yaxud da ən azı orta həddə olmalıdır. İnək və dəvə də eyni hökmə aiddir.
    Məsələ 1637: Bir-birləri ilə şərik olanların payı nisab həddinə çatsa, gərək zəkat versin.
    Məsələ 1638: Əgər bir nəfərin bir neçə yerdə qoyun, inək və dəvəsi varsa, üst-üstə toplanıldıqda nisab həddinə çatsa gərək zəkatını versin. Xəstə, nöqsanlı qoyun, inək və dəvələrin də zəkatları vacibdir.
    Məsələ 1639: Əgər bütün qoyun, inək və dəvələr sağlam, nöqsansız və cavan olsa, onların zəkatını xəstə, nöqsanlı və qocadan verə bilməz. Əgər bəzisi sağlam və ya xəstə, nöqsansız və ya eyibli və yaxud cavan və ya qoca olarsa, vacib ehtiyata əsasən, zəkat üçün sağlam, nöqsansız və cavanları seçməlidir. Lakin, onların hamısı xəstə, eyibli və qoca olarsa zəkatını onların özündən verə bilər.
    Məsələ 1640: Ona mal-qaranın zəkatı vacib olan şəxs zəkatı başqa maldan versə, onların sayı nisab həddindən azalmayınca hər il zəkat verməlidir. Hər vaxt nisab həddi azalsa, artıq zəkat vacib deyil. Əgər 11-ci ay tamam olmazdan öncə heyvanı ayrı bir şeylə dəyişsə, ona zəkat vacib deyil. Lakin, o heyvanları başqa qoyun, inək və dəvə ilə dəyişsə, məsələn, 40 (baş) qoyun verib 40 (baş) ayrı qoyun alsa, vacib ehtiyata əsasən, onların zəkatını verməlidir.
    Zəkatın istifadə olunduğu yerlər
    Məsələ 1641: Zəkat aşağıda qeyd edilən səkkiz yerin birində istifadə edilməlidir:
    1-2 ― Fəqir və miskinlərə; Bunlar özlərinin, ailələrinin illik xərclərini təmin edə bilməyən şəxslərdir. Fəqirlə miskinin fərqi, fəqirin heç kəsdən bir şey ummamasında, ehtiyaclı miskinin isə (bir şey) ummasındadır. Sənəti, mülkü, sərmayəsi və yaxud qazancı olan şəxslər məişətlərini təmin edə bilmədiyi hallarda fəqir sayılırlar və məişət çatışmazlıqlarını zəkatdan götürə bilərlər.
    3-İmam, yaxud onun naibi tərəfindən zəkatı yığmağa, saxlamağa, hesablamağa və yaxud onu İmam (əleyhis-salam)-a, naibinə və yaxud istifadə olunması üçün lazımi yerlərə çatdırmağa vəzifəli şəxs zəhmət çəkdiyi qədər zəkatdan istifadə edə bilər.
    4-Zəkat almaqla (imanı) güclənən və ya İslam dininə marağı artan zəif imanlı şəxslərə;
    5-Qulların alınıb və azad olunmasına;
    6-Öz borcunu verə bilməyən borclu şəxslərə;
    7-"Səbilillah”(Allah yolunda), yəni, ümumi dini faydası olan məscid, dini məktəblər, təbliğat mərkəzləri tikmək, (müxtəlif yerlərə dini) təbliğatçı göndərmək, faydalı dini kitablar nəşr etmək , qısası hər bir vasitə ilə İslama faydası olan işlər görmək, xüsusi ilə Allah yolunda cihad etmək;
    8-İbnüs-səbil. Səfərdə yolda qalan ehtiyaclı şəxs ehtiyacını təmin edə bilən qədər zəkatdan istifadə edə bilər.
    Məsələ 1642: Ehtiyat-vacibə əsasən, fəqir və yaxud miskin özünün və ailəsinin illik xərclərindən artıq zəkatdan götürə bilməz. Əgər çatışmazlığı varsa, yalnız çatışmazlığı qədər götürə bilər.
    Məsələ 1643: Qazancı illik xərclərindən az olan sənətkar və yaxud fəhlə xərclərini ödəməyən hissəsini zəkatdan götürə bilər və iş alətləri, sərmayəsi və mülki ilə xərclərini təmin etməsi lazım deyil.
    Məsələ 1644: Ehtiyaclı şəxs ehtiyac duyduğu minik vasitəsini, evi və qazanc üçün lazım olan sərmayəni zəkatla hazırlaya bilər. Bu hissədə gərək ehtiyacını ödəyən, şəxsiyyətini təmin edən miqdarla kifayətlənsin.
    Məsələ 1645: Hansısa bir sənəti və yaxud başqa işləri öyrənməklə məişətini idarə etməyi bacara bilən şəxs zəkata ehtiyacı olmasın deyə mütləq (sənət) öyrənməlidir. Lakin, sənəti öyrənməyə məşğul olana qədər, zəkatdan istifadə edə bilər.
    Məsələ 1646: Vacib elmləri öyrənənlər, qazilər, (şəriət) hədləri icraçıları və bu kimi şəxslər zəkatdan istifadə edə bilərlər.
    Məsələ 1647: Zəkatı olan və fəqirə borc vermiş şəxs borcunu zəkat ünvanı ilə hesablaya bilər. Əgər fəqir borclu dünyasını dəyişsə belə borcunu zəkatdan hesablaya bilər. Əgər (borclu şəxs) borcu qədər özündən bir şey saxlayıbsa, vacib ehtiyata əsasən, onun borcunu zəkatla hesablamaq olmaz.
    Məsələ 1648: Fəqirliyi məlum olmayan şəxsə zəkat vermək olmaz. Lakin, əgər zahiri görkəmindən fəqirliyi ehtimal olunsa, həmçinin, etimadlı şəxslər fəqir olmasını xəbər versələr, ona zəkat vermək caizdir.
    Məsələ 1649: Fəqirə - bu, zəkat malıdır- deyilməsi lazım deyil. Əksinə, zəkatı ona hədiyyə adı ilə vermək olar (yalan danışmamaq şərti ilə). Lakin, hər bir halda, zəkat qəsdi etməlidir.
    Məsələ 1650: Əgər fəqir hesab edib, bir şəxsə zəkat verilsə və sonradan fəqir olmaması bilinsə və yaxud məsələni (şəriət hökmünü) bilmədiyindən fəqir olmayan şəxsə zəkat verilsə, əgər ona verdiyi (zəkat) qalmış olsa, geri alıb, müstəhəqqinə çatdıra bilər. Əgər aradan gedibsə, o şeyi alan şəxs onun zəkat olmasını bilib və yaxud ehtimal veribsə, onun əvəzini verməli və o da müstəhəqqə çatdırmalıdır. Əgər zəkat adı ilə verməyibsə, ondan heç nə ala bilməz. Hər bir halda, əgər müstəhəqq seçimində səhlənkarlıq etməyibsə, ikinci dəfə öz malından (zəkat) ödəməsi lazım deyil.
    Məsələ 1651: Borcunu qaytara bilməyən, hətta illik xərcləri olan şəxs, borcunu qaytarmaq üçün zəkat ala bilər. Bu şərtlə ki, borcu günah işlərdə xərcləməyib.
    Məsələ 1652: Pulu qurtaran, malları oğurlanan və yaxud nəqliyyatı xarab olan müsafirin səfəri günah yönlü deyilsə və məqsədinə çatmaq üçün borc ala və ya bir şeyi sata bilmirsə, vətənində fəqir olmamasından asılı olmayaraq, zəkat ala bilər. Vətənə çatdıqdan sonra zəkat adı ilə aldığı miqdarı qaytarması lazım deyil. Lakin, vətənə çatdıqdan sonra zəkatın artıq qalan miqdarını şəriət hakiminə qaytarmalı və onun zəkat olmasını deməlidir.
    Zəkatın müstəhəqləri
    Məsələ 1653: Zəkat müstəhəqləri aşağıda qeyd edilən şərtlərə malik olmalıdırlar:
    Birincisi, Allaha, İslam peyğəmbərinə (s) və on iki imama iman gətirmək. Müsəlman şiələrindən olan fəqir uşaq və ruhi xəstələrə zəkat vermək olar. Lakin, zəkat uşaq və divanəyə təmlik (yiyələnmə, sahib olma), yaxud onlar üçün xərcləmək qəsdi olmasından asılı olmayaraq, onların hamilərinə verilməlidir. Əgər onlara əli çatmırsa, özü və yaxud da etimadlı bir şəxsin vasitəsi ilə zəkatı onların ehtiyacı üçün istifadə edə bilər.
    Məsələ 1654: İkincisi, zəkat vermək günaha səbəb olmamalıdır. Belə olan halda, onu günah işlərdə istifadə edən şəxsə zəkat vermək olmaz. Vacib ehtiyata əsasən, spirtli içki içənə də zəkat verilməsin.
    Məsələ 1655: Zəkatda ədalət və böyük günahlara qurşanmamaq şərt deyil.
    Məsələ 1656: Üçüncüsü, xərcləri özünə vacib olan kəslərə -övlada, arvada, ata-anaya zəkat vermək olmaz. Əgər onlar borclu olsalar və borclarını ödəyə bilməsələr, onlara borclarını ödəyə biləcəkləri qədər zəkat vermək olar.
    Məsələ 1657: Əgər bir nəfər nəfəqəsi özünə vacib olan şəxslərin xərclərini ödəyə bilmirsə, məsələn, arvad-uşağının xərcini verməyə imkanı yoxdursa və yaxud imkanlı olduğu halda vermirsə, başqaları onlara zəkat verə bilər.
    Məsələ 1658: Hər vaxt övladın elmi-dini kitablara ehtiyacı olsa, ata onları almaq üçün ona zəkat verə bilər.
    Məsələ 1659: Hər vaxt ər arvadının xərclərini ödəməsə, qadın şəriət hakimi və yaxud başqalarının vasitəsi ilə haqqını ala bilər. Belə bir qadın zəkatdan istifadə edə bilməz.
    Məsələ 1660: Ərin zəkatı alıb arvadı və uşaqları üçün xərcləyəcəyindən asılı olmayaraq, qadın fəqir ərinə zəkat verə bilər.
    Məsələ 1661: Dördüncüsü, zəkat alan seyid olmamalıdır. Lakin, zəkat verən də seyid olsa (ala bilər). Əgər xüms və s. dini vergilər onların xərclərinə kifayat etdiyi üçün çarəsizlikdən zəkat almağa məcbur olsa, seyid olmayan şəxsdən zəkat ala bilər. Lakin, vacib ehtiyata əsasən, yalnız gündəlik xərcləri qədər alsın.
    Zəkatın niyyəti
    Məsələ 1662: Zəkatda qürbət qəsdi şərtdir. Yəni zəkat Allah-taalanın əmrinə itaət etmək üçün verilməlidir. Gərək niyyətində malın və yaxud fitrənin zəkatı olmasını müəyyən etsin. Lakin, əgər buğda, arpa və başqa şeylərin zəkatını verirsə, zəkatın hansının olmasını müəyyən etməsi lazım deyil.
    Məsələ 1663: Bir neçə malın zəkatı vacib olan şəxs müəyyən qədər zəkat verib heç birini niyyət etməsə, bu halda, verdiyi şey onların biri ilə eyni cinsdən olsa, həmin cinsin zəkatı hesab olunur. Əgər heç biri ilə həmcins olmasa, onların hamısına bölünər. Bu baxımdan, məsələn, əgər zəkat adı ilə bir qoyun versə, qoyunun zəkatı hesab olur. Lakin, qoyun və inəkdən zəkata borclu olduğu halda müəyyən qədər gümüş pul versə, hər ikisinin arasında bölünər.
    Məsələ 1664: Əgər bir nəfəri malın zəkatını verməyə vəkil etsələr, vəkilin niyyət edib-etməməsindən asılı olmayaraq, həmin miqdar malik niyyət etsə kafidir. Əgər malik zəkatın niyyətini etməyib, bütün öhdəlikləri vəkilə tapşırıbsa, gərək vəkil niyyət etsin.
    Məsələ 1665: Əgər malik və yaxud vəkil qürbət qəsdi olmadan zəkatı fəqirə versə, mal aradan getməzdən öncə malikin özü qürbət niyyəti etsə, zəkat hesab olunar.
    Məsələ 1666: Hər vaxt zəkatı öz istəyi ilə ödəməsə, şəriət hakimi güc tətbiq etməklə ondan ala bilər və zəkat hesab olunar. Belə olan halda qürbət niyyəti hesab olunmur. Lakin, ehtiyat odur ki, şəriət hakimi qürbət qəsdi etsin.
    Zəkatın müxtəlif məsələləri
    Məsələ 1667: Zəkatı ödəməkdə səhlənkarlıq etmək olmaz. Yəni zəkat vacib olan vaxtda onu fəqirə və yaxud şəriət hakiminə çatdırmalıdır. Lakin müəyyən bir fəqiri gözləsə və ya hansısa üstün cəhəti olan fəqirə vermək istədikdə, gözləyə bilər. Amma, vacib ehtiyata əsasən, bu halda zəkatı maldan ayırsın.
    Məsələ 1668: Zəkatı müstəhəqqə çatdıra bilən şəxsin səhlankarlığı nəticəsində mal aradan getsə, (zəkata) zamindir və onun əvəzini ödəməlidir. Əgər səhlənkarlıq etməyibsə, öhdəsinə bir şey düşmür.
    Məsələ 1669: Zəkatı malın özündən ayırdıqdan sonra onun qalanından istifadə etmək olar. Əgər ayrı bir maldan ayrılsa, o malın hamısından istifadə etmək olar.
    Məsələ 1670: İnsan ayırıb kənara qoyduğu zəkatı götürüb, ayrı bir şeyi yerinə qoya bilməz.
    Məsələ 1671: Əgər kənara qoyulan zəkatın bir mənfəəti olsa, məsələn, (zəkat üçün kənara qoyulan) qoyun quzu doğsa, o şey zəkatdan hesab olunur.
    Məsələ 1672: Zəkatı kənara qoyduğu vaxtda bir müstəhəqq hazır olsa, zəkatı ona verməsi yaxşıdır. Ondan üstün bir şəxsi nəzərdə tutduğu halda (isə) istisnadır.
    Məsələ 1673: Şəriət hakimi -əd - İslam hökmlərini icra edə bildiyi halda, vacib ehtiyata əsasən, zəkatı ona verməli və yaxud onun icazəsi ilə istifadə etməlidirlər. Belə olan halda insanların şəriət hakiminin icazəsi olmadan onu (zəkatı) bölməsi işkallıdır.
    Məsələ 1674: Zəkat üçün ayırdığı eyni mal ilə özü üçün ticarət etməsi düzgün deyil. Lakin, şəriət hakiminin icazəsi ilə olsa, düzgündür və o malın mənfəəti zəkatdır.
    Məsələ 1675: Zəkat insana vacib olmazdan öncə zəkat adı ilə fəqirə nəsə verə bilməz. Lakin, ona borc verib, zəkat ona vacib olandan sonra (zəkat borcunun yerinə) hesablaya bilər.
    Məsələ 1676: Bir nəfərə zəkatın vacib olmadığını bilən fəqir ondan zəkat adı ilə bir şey ala bilməz. Əgər alsa və mal onun yanında tələf olsa, zamindir. Amma o şəxs fəqir olaraq qalsa, sonradan onun borcunu zəkat adı ilə hesablamaq olar.
    Məsələ 1677: Qoyun, inək və dəvənin zəkatını möhtərəm ehtiyaclılara vermək müstəhəbdir. Həmçinin, zəkat verdikdə qohumları ayrılarından, elm, adamlarını digərlərindən, bir şey ummayanları umanlardan qabağa salmaq müstəhəbdir.
    Məsələ 1678: Vacib zəkatı aşkar, müstəhəb sədəqəni isə gizli vermək müstəhəbdir.
    Məsələ 1679: Hər vaxt birinə zəkat vacib olsa, lakin o məntəqədə müstəhəq olmasa, sonradan bu məntəqədə müstəhəqq tapa biləcəyinə ümid etmədiyi halda, mütləq zəkatı ayrı məntəqəyə aparıb istifadəyə verməlidir. Vacib ehtiyata əsasən, ayrı məntəqəyə aparmaq xərcləri onun öhdəsinə düşür. Lakin, zəkat tələf olduqda, zamin deyil.
    Məsələ 1680: Zəkatı verənin məntəqəsində müstəhəq tapıldığı halda da zəkatı ayrı bir məntəqəyə apara bilər. Lakin, onu aparmaq xərcləri onun öhdəsindədir və hətta, şəriət hakiminin icazəsi ilə aparsa belə, əgər zəkat tələf olsa, vacib ehtiyata əsasən, zamindir.
    Məsələ 1681: Zəkat verdiyi buğda, arpa və sairənin ümumi xərcləri öz onun öhdəsindədir.
    Məsələ 1682: Vacib ehtiyata əsasən, hər bir fəqirə gümüş zəkatının birinci nisab həddindən (2 misqal və 15 noxud qədər) az verməsin. Əgər buğda, arpa kimi bir şeylərdən zəkat verirsə, yenə də qiyməti o miqdardan az olmamalıdır.
    Məsələ 1683: İnsanın müstəhəqqə verdiyi zəkatı onun özünə satmasını istəməsi məkruhdur. Lakin, müstəhəqq şəxs aldığı zəkatı pula çevirmək istəsə, zəkatı ona verən şəxs başqalarından öndədir.
    Məsələ 1684: Əgər vacib zəkatı ödəyib-ödəmədiyində şəkk etsə, hətta onun şəkki qabaqkı illərin zəkatına aid olsa belə, mütləq ödəməlidir.
    Məsələ 1685: Fəqirin, miqdarından az olan zəkatla razılaşmaq, onun qiymətindən baha olan bir şeyi almaq və yaxud zəkatı malikdən alıb özünə bağışlamaq haqqı yoxdur. Hətta bir şəxsin çoxlu zəkat borcu olsa, fəqir olub, zəkatı ödəyə bilmədiyindən, digər borcları kimi, (bu da) onun öhdəsində qalır və (zəkatı) alıb ona bağışlamaq işkallıdır.
    Məsələ 1686: İnsan zəkatla İslami hədəflərin inkişafında təsirli olan dini, elmi, Quran, dua və s. kitablar alıb, istər hamı, istərsə də xüsusi adamlar, hətta övladı və xərcləri özünə vacib olan şəxslər üçün vəqf edə bilər. Lakin, zəkatla hansısa mülkü alıb, oğluna vəqf edə bilməz.
    Məsələ 1687: Fəqir şəxs Həccə, ziyarətə və bu kimi yerlərə getmək üçün zəkat ala bilər. Lakin, illik xərcləri qədər zəkat alıbsa, ziyarət və bu kimi yerlər üçün zəkat alması işkallıdır.
    Məsələ 1688: Əgər malik malının zəkatını vermək üçün bir şəxsi vəkil etsə, lakin ifadəsinin zahiri (mənası) onu başqalarına vermək olsa, müstəhəqq olmasından asılı olmayaraq, vəkil özü ondan heç nə götürə bilməz. Əgər ifadəsinin zahiri (mənası) ümumi olsa, özü də istifadə edə bilər.
    Məsələ 1689: Hər vaxt bir şəxs zəkat adı ilə ehtiyac duyduğu qədərilə qoyun, inək, dəvə, qızıl, gümüşü alsa, əgər nisab həddində olsa və təsadüfən, üstündən bir il keçsə, onun zəkatını ödəməlidir.
    Məsələ 1690: Hər vaxt iki nəfər zəkatı vacib olan malda şərik olsalar və onlardan biri öz zəkat payını versə və sonra malı bölüşdürsələr, o birisi (şəriki) zəkat payını verməsə belə, onun öz payından istifadə etməsində işkal yoxdur.
    Məsələ 1691: Əgər bir nəfərin öhdəsində xüms, zəkat və ya borc varsa və kəffarə, nəzr və s. kimi şeylər ünvanı ilə bəzi mallar da ona vacib olubsa, bunların hamısını ödəyə bilmirsə və əgər zəkat, xüms vacib olan eyni malın özü aradan getməyibsə, xüms və zəkatın (ödəməsini) önə salmalıdır. Əgər aradan gedibsə, ehtiyata əsasən, camaatın haqqını önə salmalıdır. Əgər belə bir şəxs dünyadan köçsə və onun malı bütün bunlar üçün kifayat etməsə, qeyd edilən qaydada əməl etməlidirlər.
    Fitrə zəkatı
    Məsələ 1692: Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir.
    Məsələ 1693: İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.
    Məsələ 1694: İnsan fitr bayramı gecəsinin qürubundan qabaq- böyük-kiçik, müsəlman- kafir, xərcləri özünə vacib olan şəxslər- xərcləri özünə vacib olmayan şəxslər olmasından, onun yanında yaşayıb-yaşamamasından asılı olmayaraq- ailə üzvlərindən sayılanların fitrələrini verməlidir.
    Məsələ 1695: Başqa bir şəhərdə yaşayan ailə üzvlərindən bir şəxsi onun malından fitrəsini ödəməsi üçün vəkil etsə və onun bu işi görəcəyindən xatircəm olsa, kifayat edər.
    Məsələ 1696: Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün dəvət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, vacib ehtiyata əsasən, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir.
    Məsələ 1697: Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir imkanlı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. Amma, bayram gününün günortasından öncəyə qədər deyilən şərtlər olarsa, zəkat fitrəsinin verilməsi müstəhəbdir.
    Məsələ 1698: Fəqir bir şəxsin yalnız 1 sa (təqribən 3 kq.) buğda və ona oxşar ərzağı olduğu halda, zəkat fitrəsini verməsi müstəhəbdir. Əgər ailəsinin də fitrəsini ödəmək istəsə, 1 sanı fitrə qəsdi ilə onların birinə və o da eyni məqsədlə onu ayrısına versin və (beləcə) sonuncu ailə üzvünə qədər (davam etsin). Sonradan onu özlərindən olmayan bir şəxsə vermələri yaxşıdır. Əgər onlardan biri kiçikdirsə (səğir), başçısı onun əvəzinə qəbul edib ayrı şəxsə versin.
    Məsələ 1699: Əgər fitr bayramı gecəsinin qürbundan sonra uşağı dünyaya gəlsə, yaxud bir şəxs onun çörək yeyəni olsa, onun fitrəsini verməsi vacib deyil, müstəhəbdir.
    Məsələ 1700: Kiminsə çörək yeyəni olan bir şəxs qürubdan qabaq başqa birinin çörək yeyəni sayılsa, onun fitrə zəkatı ikinci şəxsin öhdəsindədir. Məsələn, qız qürubdan qabaq ər evinə köçərsə, zəkatını əri verməlidir.
    Məsələ 1701: Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə vacib deyil. Lakin, əgər ona vacib olan şəxs ödəməsə, vacib ehtiyata əsasən, bacarırsa özü versin.
    Məsələ 1702: İnsanın zəkat fitrəsi başqasına vacib olduğu halda özü onu ödəsə, üzərindən götürülməz. Əgər qarşı tərəfin icazəsi ilə baş tutsa, istisnadır.
    Məsələ 1703: Əgər əri tərəfindən xərcləri ödənilməyən qadın başqasının çörək yeyənidirsə, fitrəsi çörəyini yediyi şəxsin öhdəsindədir. Əgər qadın imkanlı olduğu üçün şəxsi malından xərcləyirsə, fitrəsini şəxsən özü verməlidir.
    Məsələ 1704: Seyid olan şəxs qeyri-seyiddən zəkat ala bilməz.
    Məsələ 1705: Ana və yaxud dayədən süd əmən körpənin fitrəsi, ana və yaxud dayənin xərclərini ödəyən şəxsin öhdəsindədir. Əgər körpənin şəxsi malından xərclərini götürürlərsə, onun fitrəsi nə özünə və nə də özgəsinə vacib deyil.
    Məsələ 1706: Əgər bir şəxs ailəsinin xərclərini haram maldan verirsə, onların fitrəsini halal maldan verməsi vacibdir.
    Məsələ 1707: Əgər insan bir kəsi əcir edib, xərclərini verməsini (bir xidmətçi kimi) şərt etsə, onun fitrəsini verməlidir. Lakin verdiyi xərclər fəhlələrin əmək haqlarının bir hissəsi sayılarsa, onların fitrəsi iş sahibinə vacib deyil. Habelə, mehmanxana və ona oxşar yerlərdə çalışan fəhlələr adət üzrə yeməklərini orada yeyir və bu, həqiqətdə, onların məvaciblərindən sayıldığı üçü, işçilərin fitrəsi iş sahibinə deyil, özlərinə vacibdir.
    Məsələ 1708: Hərbi hissə və döyüş meydanlarında olan əsgərlərin xərcləri dövlətin öhdəsindədir. Lakin, onların fitrəsi dövlətə vacib deyil. Əgər (deyilən) şərtlər onlarda varsa, öz zəkat fitrələrini şəxsən verməlidirlər.
    Məsələ 1709: Əgər bir nəfər ayın son gününün qürbndan sonra dünyadan getsə, gərək onun və ailəsinin fitrəsini malından versinlər. Lakin, əgər qürubdan qabaq ölsə vacib deyil. Ailəsi vacib fitrənin şərtlərinə malik olduğu halda, özləri fitrə zəkatlarını ödəməlidirlər.
    Fitrə zəkatının istifadə olunduğu yerlər
    Məsələ 1710: Vacib ehtiyata əsasən, zəkatın fitrəsini müsəlman, on iki imam şiəsi olmaq şərti ilə yalnız fəqir və miskinlərə verməlidirlər. Habelə, ehtiyaclı olan şiə uşaqlarına da, onlar üçün istifadə edib, yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından asılı olmayaraq, fitrə vermək olar.
    Məsələ 1711: Fitrə alan fəqirin adil olması lazım deyil. Lakin, vacib ehtiyata əsasən, içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin.
    Fitrə zəkatının hökmləri
    Məsələ 1712: Vacib ehtiyata əsasən, fəqirə illik xərclərindən artıq və bir sadan (təqribən 3 kq.) az verilməsin.
    Məsələ 1713: Əgər bir sanın yerinə, bir sa adi ərzağın qiyməti qədər olan yarım sa yaxşı mal verilsə kifayat deyil. Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var.
    Məsələ 1714: İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sanın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər.
    Məsələ 1715: Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir.
    Məsələ 1716: Əgər fəqir hesab edib bir şəxsə fitrə verilsə, sonradan fəqir olmaması məlum olsa, o malı geri alıb müstəhəqqə verə bilər. Əgər geri almasa gərək öz malından fitrəni versin. Əgər aradan gedibsə, fitrəni alan şəxs aldığının fitrə zəkatı olduğunu bilsə, gərək onun əvəzini versin. Belə olmadığı halda əvəzini vermək ona vacib deyil. Əgər fitrə verən şəxs fəqir axtarışında səhlənkarlıq etməyibsə ona da bir şey vacib deyil.
    Məsələ 1717: Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi məlum deyil.
    Fitrə zəkatının müxtəlif məsələləri
    Məsələ 1718: Malın zəkatında olduğu kimi, fitrənin zəkatında da qürbət qəsdi lazımdır. Yəni, Allahın əmrinə itaət etmək məqsədi ilə fitrə zəkatı verilməlidir və fitrə niyyəti də şərtdir.
    Məsələ 1719: Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur.
    Məsələ 1720: Fitrə zəkatında insanın şəxsən yediyi yemək meyar götürülür. (Həmin) şəhər və yaxud məntəqənin adi yeməkləri meyar sayılır. Belə olan halda, həmişə düyü yeyən şəxs fitrə zəkatını buğdadan verə bilər.
    Məsələ 1721: Fitrə zəkatında ərzağın yerinə pul vermək olar. Məsələn, bir "mən” buğdanın qiymətini hesablayıb onun pulunu o ünvanla fəqirə verə bilər. Lakin, gərək diqqət edilsin ki, qiymətin meyarı rəsmi və topdan satış qiymət yox, azad bazarda müxtəlif şeylər satılandır. Başqa ifadə ilə desək, fəqir ona verilən pula həmin malı bazardan ala bilməlidir.
    Məsələ 1722: Fitrə üçün verilən buğda və s. torpaq və ayrı şeylərlə qarışıq olmamalıdır. Çox az miqdarda olub, saya gəlmədikdə, istisnadır.
    Məsələ 1723: Fitrə zəkatını eyibli maldan vermək olmaz. Lakin, camaatın çox istifadə etdiyi yemək növündən olarsa, eybi yoxdur.
    Məsələ 1724: Bir neçə nəfərin fitrə zəkatını verən şəxsin hamısını bir növ maldan verməsi vacib deyil. (Məsələn) bəziləri üçün buğda, bəziləri üçün də arpa verə bilər.
    Məsələ 1725: Fitrə zəkatının verilmə vaxtı Fitr bayramı günü, namaz qılmazdan əvvəldir. Bu baxımdan, fitr bayramı namazını qılan şəxs gərək fitrəni namaz qılmazdan əvvəl versin. Lakin, əgər bayram namazı qılmırsa, bayram gününün zöhrünə qədər gecikdirə bilər.
    Məsələ 1726: Əgər fəqirə əli çatmırsa, öz malından bir miqdar fitrə niyyəti ilə ayırıb, nəzərdə tutduğu və yaxud hər bir müstəhəqq üçün kənara qoya bilər. Onu verdiyi hər bir vaxtda fitrə niyyəti etməsi vacibdir.
    Məsələ 1727: Əgər fitrə zəkatının verilməsi vacib olan vaxtda fitrə verməyə və yaxud kənara qoymasa, ehtiyata əsasən, sonradan "ma fiz-zimmə”- əda və qəza qəsdi etmədən fitrəni verməlidir.
    Məsələ 1728: Fitrə üçün kənara qoyduğu malı başqa bir malla əvəz edə bilməz. Gərək onun özünü fitrə üçün versin.
    Məsələ 1729: Əgər fitrə üçün kənara qoyduğu malı səhlənkarlıq edib fəqirə vermədiyindən aradan getsə, onun əvəzini verməlidir. Lakin (fəqirə) verə bilmədiyi və (onun) qorunmasında səhlənkarlıq etmədiyi halda, ona bir şey vacib olmaz.
    Məsələ 1730: Əgər insan, qiyməti fitrədən çox olan malının bir miqdarını fitrə verəcəyini niyyət etsə, eybi yoxdur.
    Məsələ 1731: Vacib ehtiyata əsasən, fitrə zəkatı həmin məntəqədə istifadə edilməlidir. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə müstəhəq olmadıqda isə istisnadır. O məntəqədə müstəhəqq olduğu halda fitrəni başqa bir şəhərə apardıqda tələf olsa, zamindir. Lakin, şəriət hakimi ehtiyaclıların məsləhəti üçün onu ayrı şəhərə aparmalarını icazə verə bilər.
    Məsələ 1732: Əvvəllər qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, fitrə zəkatını fəqir və miskinlərdən başqa yerlərdə istifadə etmək olmaz. Habelə, onunla iş yerləri açıb mənfəətini ehtiyaclıların xidmətində qoymaq olmaz. Lakin, onunla ehtiyaclı şəxslər üçün, məişətlərini təmin etmək qədər sərmayə hazırlamaq caizdir.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 879 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024