İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    VƏKALƏT
    Məsələ 1915: İnsanın şəriət əsasında dəxalət və təsərrüf edə biləcəyi bir işi onun tərəfindən yerinə yetirməsi üçün başqasına tapşırmasına vəkalət deyilir. Məsələn, onun evini satmaq, yaxud bir qadını onun nikahına gətirmək üçün bir şəxsi vəkil etməsi, bütün şərtlər olduğu halda, düzgündür.
    Məsələ 1916: Vəkil və müvəkkil (vəkil edən) ağıllı, həddi-büluğa çatmış və rəşid (malını əbəs yerə xərcləməyən) olmalı, məqsədli və öz ixtiyarları ilə vəkaləti yerinə yetirməlidirlər.
    Məsələ 1917: Vəkalət müqaviləsini hər dildə - farsca, ərəbcə, türkcə və s.- oxunan siğə ilə yerinə yetirmək olar. Həmçinin, əməli olaraq birini başa salsa ki, onu vəkil seçib və o da əməli olaraq başa salsa ki, qəbul etmişdir, (məsələn, malını satmaq üçün onun öhdəsində qoysun və o da qəbul etsin) bu da düzgündür.
    Məsələ 1918: Əgər insan başqa şəhərdə yaşayan bir şəxsi vəkil seçib, ona vəkalətnamə göndərsə və o da qəbul etsə, vəkalət düzgündür. Vəkalətnamə bir müddət keçdikdən sonra onun əlinə çatsa da, vəkalətnamə çatandan və onu qəbul edəndən sonra vəkilin işləri düzgün olacaq.
    Məsələ 1919: Haram, əqli və yaxud şəri baxımdan vəkilin icra edə bilmədiyi işlərdə vəkalət batildir. Məsələn, ehram halında olan şəxsin izdivac nikahının siğəsini oxumaq ixtiyarı olmadığı üçün, başqası tərəfindən siğə oxumağa vəkil ola bilməz.
    Məsələ 1920: İnsan bir şəxsi tamam və yaxud bəzi işləri (məsələn, malına aid olan hissə) üçün vəkil etsə, caizdir. Lakin müəyyən etmədiyi işlərdən biri üçün vəkil etsə, düzgün deyil.
    Məsələ 1921: Əgər bir şəxs vəkilini ixrac etsə, bu xəbər ona çatdıqdan sonra vəzifəsindən azad olur. Lakin, bu xəbər ona çatmazdan öncə bəzi işləri yerinə yetiribsə, düzgündür. Amma, vəkil istədiyi vaxtda, hətta onu vəkil edən şəxs olmadığı halda belə, vəkalətdən imtina edə bilər.
    Məsələ 1922: Vəkil ona tapşırılan işin icrası üçün ayrısını vəkil edə bilməz. Əgər onu vəkil edən şəxs özünün və yaxud onun tərəfindən vəkil tutmağa icazə veribsə, istisnadır. Belə olan halda, ona icazə verilən şəkildə əməl edə bilər.
    Məsələ 1923: Əgər insan, öz müvəkkilinin (onu vəkil edənin) icazəsi ilə onun tərəfindən bir şəxsi vəkil tutsa, o vəkili işindən uzaqlaşdıra bilməz. Əgər birinci vəkil ölsə, yaxud vəkalətdən imtina etsə, ikincinin vəkaləti batil olmur. Lakin, əgər müvəkkilin icazəsi ilə bir şəxsi özü tərəfindən (vəkil tərəfindən) vəkil təyin etsə, həm müvəkkil və həm də birinci vəkil onu vəzifəsindən uzaqlaşdıra bilər. Əgər birinci vəkil ölsə, yaxud vəzifəsindən uzaqlaşdırılsa, ikincinin vəkaləti də aradan gedir.
    Məsələ 1924: Əgər bir neçə şəxsi hansısa işi görmək üçün vəkil edib, onlara, hər biriniz mənim vəkilimsiniz, desə və belə olan halda onlardan hər biri işi icra etsə, düzgündür və əgər onlardan biri ölsə, başqalarının vəkaləti batil olmaz. Əgər (onlara), siz birlikdə mənim vəkilimsiniz və təklikdə heç bir iş görə bilməzsiniz, desə və onlardan biri ölsə, başqalarının vəkaləti də batil olur.
    Məsələ 1925: Əgər vəkil və yaxud müvəkkil dünyadan köçsə, dəli olsa və dəlinin sonradan ağıllı olmasına baxmayaraq, vəkalət batil olur. Ehtiyata əsasən, müvəqqəti dəlilik vəkalətin batil olmasına səbəb olur. Lakin, müvəqqəti huşsuzluq vəkalətin batil olmasına səbəb olmur.
    Məsələ 1926: Əgər bir şəxsi hansısa bir işi görmək üçün vəkil təyin edib, onun üçün zəhmət haqqı nəzərdə tutsalar, işdən sonra onu ödəməlidirlər.
    Məsələ 1927: Əgər vəkil ixtiyarında olan malın qorunmasında səhlənkarlıq etsə və yaxud icazəli işlərdən başqa bir iş gördükdən sonra o mal aradan getsə və yaxud naqis olsa, zamindir. Lakin o işlərdən sonra mal qalsa və onda icazəli işləri görsə etsə, o işlər düzgündür.
    CÜALƏ
    Məsələ 1928: İnsanın onun üçün icra edilən bir işin müqabilində müəyyən malı verəcəyini şərt etməsinə cüalə deyilir. Məsələn, "hər kəs mənim itirdiyi şeyi tapsa ona min tumən verərəm” deməsi kimi. Bu şərti qoyan şəxsə cael və işi icra edənə isə amil deyilir. Cüalə ilə bir nəfəri bir işi görmək üçün əcir etməyin fərqi bundadır ki, icarədə əcir siğəsi oxunduqdan sonra işi yerinə yetirməlidir və onu əcir edən şəxs də ona zəhmət haqqı borclu olur. Cüalədə isə amil işə başlamaya və yaxud iş əsnasında ondan imtina edə bilər. Həmçinin, amil işini icra etməyənə qədər cail ona borclu deyil.
    Məsələ 1929: Cüalənin müəyyən edilməyən və yaxud müəyyən edilən şəxslə baş tutması mümkündür. Məsələn, əgər "bir həkim uşağımın xəstəliyini müalicə etsə, filan miqdar ona verəcəyəm” və yaxud bir dalğıca "əgər mənim itirdiyimi dənizdən çıxartsan, sənə min tümən verərəm” deyə bilər və hər iki halda düzgündür.
    Cüalənin şərtləri
    Məsələ 1930: Cail ağıllı, həddi-büluğa çatmış olmalı, vöz iradə və ixtiyarı ilə müqavilə bağlamalı və şəriət hökmlərinə əsasən, öz malından istifadə etmə hüququna malik olmalıdır. Bu baxımdan, malını əbəs yerə xərcləyən səhef adamın cüaləsi düzgün deyil.
    Məsələ 1931: Müqaviləsi bağlanan iş haram olmamalı və onun əqli bir nəticəsi olmalıdır. Bu baxımdan, əgər "bir nəfər şərab içsə və yaxud gecə qaranlıq bir yerə getsə, filan məbləği ona verərəm” desə, cüalə düzgün deyil.
    Cüalənin hökmləri
    Məsələ 1932: Əgər bir malı müəyyən edib, məsələn, "hər kəs mənim atımı tapsa bu buğdanı ona verərəm”, desə, ehtiyata əsasən, onun qiymətində təsirli olan miqdar və xüsusiyyətlərini müəyyən etməlidir. Əgər malı müəyyən etməsə, məsələn, "mənim atımı tapan şəxsə 100 kq. buğda verərəm” desə, buğdanın qiymətində təsirli olan xüsusiyyətləri müəyyən etməlidir. Lakin, əgər cail bu iş üçün müəyyən muzd təyin etməyib, "hər kəs mənim itirdiyimi tapsa ona pul verərəm və yaxud (məndən) bir hədiyyə qazanacaq” desə, cüalə batildir. Əgər bir nəfər bu işi görsə, onun muzdunu, yerinə yetirdiyi işin camaatın nəzərində dəyəri olduğu qədər ödəməlidir. Əgər, cailin nəzərində tutduğu məbləğ ondan az olsa, istisnadır. Bu halda nəzərində tutduğunu verməlidir.
    Məsələ 1933: Əgər iş görən müqavilədən qabaq o işi icra etsə, həmçinin, müqavilədən sonra işi muzd almamaq qəsdi ilə görsə, muzd almağa heç bir haqqı yoxdur.
    Məsələ 1934: Əgər bir nəfər "hər kəs mənim itirdiyim şeyi tapsa onun yarısını ona verərəm” desə və iş görən o şeyin qiymət və xüsusiyyətlərindən xəbərsiz olsa, cüalənin iradı var.
    Məsələ 1935: Cail və amil işə başlamazdan öncə cüaləni poza bilər. İşə başlayandan sonra da cüaləni poza bilər, lakin, cail (cüaləni) pozmasa, gərək gördüyü işin muzdunu ona versinlər.
    Məsələ 1936: Qeyd etdiyimiz kimi, amil işi natamam saxlaya bilər, lakin, (işi) natamam qoymaq cailin zərər və ziyanına səbəb olsa, onu başa çatdırmalıdır, əks təqdirdə isə zamindir. Məsələn, əgər xəstəyə "gözümdə əməliyyat aparsan filan məbləğdə sənə verərəm” desə və o da əməliyyata başlasa və bu işi natamam saxlamaq gözün naqis olmasına səbəb olsa, heç bir haqqı yoxdur və ona vurduğu zərər və ziyana da zamindir.
    Məsələ 1937: Əgər amil, natamam qaldıqda faydasız olan bir işi yarıda saxlasa, məsələn, itən əşyanı bir az axtarıb, sonra bu işi davam etdirməsə, heç bir hüququ yoxdur. Həmçinin, işin bir miqdarını görmək faydalı olsa (məsələn, paltarın bir hissəsini tiksə), əgər muzdü tamam iş üçün şərt edibsə, yenə də heç bir hüququ yoxdur. Lakin, məqsədi hər nə qədər iş görsə, o qədər muzd almaq olsa, görülən işin muzdu dərziyə verilməlidir.
    BORC
    Məsələ 1938: Borc vermək çox böyük müstəhəb işlərdəndir. Quran ayələrində və məsumların (s) hədislərində ona çox təkid edilmişdir. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edilib: "Müsəlman qardaşına borc verən şəxsin malı artar və mələklər ona rəhmət göndərərlər. Əgər ona borclu olan şəxslə anlaşsa, hesabsız və sürətlə Sirat körpüsündən keçəcək. Əgər bir şəxs müsəlman qardaşından borc istəyəndə verməsə, cənnət ona haram olar.” Həmçinin başqa rəvayatdə qeyd edilib: "Sədəqənin savabı on (10), borcun savabı isə on səkkiz qatdır”.
    Borcun şərtləri
    Məsələ 1939: Borc müqaviləsini həm şifahi siğə oxumaqla və həm də əməllə bağlamaq olar. Belə ki, bir şeyi borc məqsədi ilə başqasına versin və o da həmin niyyətlə qəbul etsin. Hər iki halda düzgündür.
    Məsələ 1940: Borcda "miqdar” və "mal” müəyyən edilməli, borc verən və borc alan həddi-büluğa çatmış və ağıllı olmalı, habelə səfeh və öz malında istifadə etmək hüququndan məhrum olmamalı, bu işi məcburi, könülsüz və yaxud zarafatyana yox, (öz) iradəsi və məqsədli şəkildə həyata keçirməlidir.
    Borcun hökmləri
    Məsələ 1941: Əgər borc müamiləsində onun (borcun) ödənilməsi üçün bir zaman təyin ediblərsə, borc verən şəxs həmin zaman sona yetməyənə qədər borcunu tələb edə bilməz. Əgər zaman təyin edilməyibsə, istədiyi vaxtda borcunu tələb edə bilər.
    Məsələ 1942: Borc üçün zaman təyin edildiyi halda borc alan şəxs zaman sona yetməzdən öncə borcunu qaytarmaq istəsə, borc verən şəxs onu qəbul etməyə məcbur deyil. Əgər zamanın təyin edilməsi yalnız borc alan şəxslə yola getmək olsa, borcunu vaxtından tez verdikdə, borc verən şəxs qəbul etməlidir.
    Məsələ 1943: Əgər borc verən şəxs borcunu haqqı çatdığı zamanda tələb etsə, borclu şəxs tez onun borcunu qaytarmalıdır və onu yubatmaq günah sayılır. Lakin, borclu şəxsin oturduğu ev, ehtiyac duyduğu mənzil avadanlıqları və s. əşyalardan başqa bir şeyi olmasa, borc verən şəxs səbr etməli və onu ehtiyac duyduğu əşyalarını satmasına məcbur etməməlidir. Amma, borclu şəxs borcunu ödəmək üçün çalışmalı, ticarət, iş və yaxud şəriət hökmlərinə zidd olmayan hər hansı bir vasitə ilə qazanc ələ gətirərək, borcunu ödəməlidir.
    Məsələ 1944: Borc aldığı insanı görə bilməyən və onu tapmağa ümidi olmayan şəxs, vacib ehtiyata əsasən, şəriət hakiminin icazəsi ilə, seyyid olub-olmamasından asılı olmayaraq, ondan aldığı borc qədər fəqirə verməlidir.
    Məsələ 1945: Əgər meyitin malı vacib xərclərindən, yəni kəfən, dəfn və onun borcundan artıq olmasa, malını həmin yolda istifadə etməlidirlər və varislərə heç nə çatmır.
    Məsələ 1946: Əgər bir şəxs işlək olan pul, qızıl, gümüş və yaxud bunlardan başqa bir şey borc alsa və sonradan onun dəyəri azalsa, yaxud neçə dəfə artsa, qiymətinin azalıb-çoxalmasından asılı olmayaraq, aldığı həmin miqdarı qaytarmalıdır.
    Məsələ 1947: Əgər zaman yetişsə, borc aldığı şey eyni ilə qalsa və borc verən şəxs həmin şeyi istəsə, o malı ona vermək vacib deyil. Amma müstəhəb ehtiyata əsasən, həmin malı ona qaytarsa yaxşıdır.
    Məsələ 1948: Borc verən şəxsin verdiyi miqdardan artıq alacağını şərt etməsi, malın çəki və yaxud ədədlə satılıb-satılmamasından asılı olmayaraq, sələm və haramdır. Habelə, borclu şəxsin onun üçün bir iş görməsini, başqa bir mal əlavə etməsini, məsələn, borc aldığı puldan başqa bir miqdar buğda da ona əlavə etməsini, yaxud, bir miqdar düzəldilməmiş qızıl ona borc verib, həmin miqdarı düzəldilmiş şəkildə geri almasını şərt etsə, bütün bunlar sələm və haramdır. Lakin, borc alan şəxsin şərtsiz olaraq, bir miqdar artıq qaytarmasının eybi yoxdur, əksinə, bu iş müstəhəbdir.
    Məsələ 1949: Sələm almaq sələm vermək kimi haramdır. Sələm borcu alan şəxs onun (alınan şeyin) maliki sayılmır və ondan istifadə etmək caiz deyil. Lakin, sələm şərti olmadığı halda belə, pul sahibi borc alanın puldan istifadə etməsinə razı olardısa, belə bir halda borc alan şəxs ondan istifadə edə bilər.
    Məsələ 1950: Əgər buğda və yaxud başqa bir toxumu sələm borcu ilə alıb, onunla əkinçilik etsə, ondan ələ gələn məhsul borc alanın yox, borc verənin malı sayılır.
    Məsələ 1951: Əgər bir paltar alıb onun pulunu paltar sahibinə sələm borcdan və yaxud sələmə qarışıq olan halal puldan qaytarsa və aldığı zamanda məqsədi belə bir pul ilə onu ödəmək olsa, o paltarı geyinməyin və yaxud onunla namaz qılmağın eybi var. Əgər aldığı zaman məqsədi belə olmayıb, sonradan bu qənaətə gəlibsə eybi yoxdur. Lakin onun boynundakı (zimmə) haram pulla əda olunmur.
    Məsələ 1952: İnsan başqa bir şəhərdə onun adamından az (pul) almaları üçün başqa bir şəxsə bir qədər pul verə bilər. Buna "bəraət sərfi” deyilir. Bu iş öz borcunun bir hissəsindən imtina etməyə bənzəyir. Lakin, bir müddətdən sonra başqa bir şəhərdə çox almağından ötrü bir qədər pul versə , məsələn, 1000 tümən verib, başqa şəhərdə 1100 tümən alsın, sələm və haramdır.
    Məsələ 1953: Borclu şəxs dünyadan köçən zaman onun bütün borcları (vaxtı çatmasa belə) ödənilməlidir. Borc verən şəxslər borclarını tələb edə bilərlər.
    HƏVALƏ
    Həvalənin hökmləri
    Məsələ 1954: Əgər borclu şəxs borc sahibinə borcunu başqasından alması üçün həvalə (qəbz) versə və borc sahibi qəbul etsə, borc o şəxsin (həvalə verilənin) öhdəsinə düşür və borclu şəxs borcdan xilas olur.
    Məsələ 1955: Həvalə verən, borc sahibi və həvalə edilən şəxslərin hər üçü həddi-büluğa çatmalı, aqil olmalı, heç kəs onları məcbur etməməli, səfeh və öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar. Lakin, öz malından istifadə etmək hüququndan məhrum olan şəxsi ona borclu olmayan bir şəxsə həvalə etməyin eybi yoxdur.
    Məsələ 1956: Əgər borclu olan şəxsin başını həvalə versələr, qəbul etməsi lazımdır. Lakin, borclu olmayan şəxsin başını həvalə verməsələr, qəbul etməsi lazım deyil. Həmçinin, insan borc sahibinə başqa bir mal həvalə vermək istəsə, məsələn, 100 kq. buğda alacağı var, onun əvəzində 100 kq. buğda almağı həvalə etsə, borc sahibi bunu qəbul etdiyi halda, (həvalə) düzgündür.
    Məsələ 1957: Həvalə insan borclu olduğu halda düzgündür. Bir şəxsə "səndən sonradan alacağım borcları indidən həvalə edirəm” demək düzgün deyil.
    Məsələ 1958: Həvalə verən və borc sahibi həvalənin miqdarını, növünü bilməlidirlər və bilmədikləri halda həvalə batildir. Əgər "verdiyin iki borcdan birini filan kəsdən al” deyilsə, düzgün deyil.
    Məsələ 1959: Həqiqətən borc müəyyən olsa, lakin borc sahibi və borclu şəxs həvalə verilən zaman onun növünü və yaxud miqdarını bilməsələr, həvalə düzgündür. Məsələn, əgər bir nəfərin borcunu dəftərə yazsa və dəftəri görməzdən öncə həvalə versə, sonra dəftəri görsə və borc sahibinə borcunun miqdarını desə, həvalə düzgündür. Bir şərtlə ki, borcun hədləri məlum olsun.
    Məsələ 1960: Borc sahibi, başı həvalə verilənin imkanlı və yaxud fəqir, hesabında düzgün olub-olmamasından asılı olmayaraq, həvaləni qəbul etməyə bilər.
    Məsələ 1961: Əgər borclu olmayan bir şəxsin başını həvalə versələr, o, həvaləni ödəməzdən öncə onun miqdarını həvalə verəndən ala bilməz və əgər borc sahibi o miqdardan aza razılaşsa, yalnız o miqdarı həvalə verəndən ala bilər.
    Məsələ 1962: Həm həvalə verən və həm də həvalə alan həvalə müqaviləsini poza bilməzlər, lakin hər ikisi razı olduqları halda, istisnadır. Əgər başı həvalə verilən şəxs həvalə verilən vaxtda fəqir olsa, (bunu) borc sahibi bilməsə, həvaləni poza bilər. Amma sonradan fəqir olsa və yaxud borc sahibi onun əvvəldən fəqir olduğunu bilibsə, müamiləni pozmaq hüququ yoxdur.
    Məsələ 1963: Əgər borclu şəxs, borc sahibi və həvalə verilən adam və yaxud onlardan biri özü üçün fəsx (müqaviləni poza bilmə) hüququ qərar versə, ona uyğun olaraq həvaləni poza bilər.
    RƏHN (GIROV)
    Məsələ 1964: Borclu şəxsin borc aldığı şəxs ilə, malının bir miqdarını onun yanında qoymasına və borcunu vaxtında qaytarmadığı halda borcunu o maldan götürməsi üçün bağladığı müqaviləyə "rəhn” və yaxud "girov qoymaq” deyilir.
    Məsələ 1965: Rəhni şifahi siğə ilə oxumaq olar. Məsələn, "bu malı o borc müqabilində sənin yanında qoyuram” desin və o da (rəhn yanında qoyulan)"qəbul etdim” desin və yaxud əməli olaraq yerinə yetirsinlər. Yəni, borclu şəxs öz malını girov qəsdi ilə borc sahibinə versin və o da həmin məqsədlə qəbul etsin.
    Rəhnin şərt və hökmləri
    Məsələ 1966: Girov qoyan və malı girov alan şəxs həddi-büluğa çatmış, aqil olmalı və kimsə onları məcbur etməməli, səfeh olmamalı və həmçinin, müflis olduğuna görə şəriət hakimi onu malından istifadə etmək hüququndan məhrum etməməlidir.
    Məsələ 1967: İnsan şəriət baxımından istifadə edə bildiyi bir malı rəhn qoya bilər və əgər başqasının malını rəhn qoysa, düzgün deyil. Əgər mal sahibi icazə versə istisnadır. Əgər mal sahibi borc sahibinə "mən bu malı filan şxəsin borcu müqabilində rəhn qoyuram” desə və o da qəbul etsə, düzgündür.
    Məsələ 1968: Girov qoyulan şeyin alqı-satqısı düzgün (şəriət baxımından icazəli) olmalıdır. Elə isə şərab, qumar alətləri və bunlara oxşar şeyləri girov qoymaq olmaz.
    Məsələ 1969: Girov qoyulan malın mənfəəti, məsələn, heyvanın südü, ağacın meyvəsi və s. mal sahibinə məxsusdur.
    Məsələ 1970: Vacib ehtiyata əsasən, girov borc sahibinə təhvil verilmədən baş tutmur. Lakin, girov qoymaq belə olsa, məsələn, evi qanuni sənədləşmə əsasında girov qoysalar və lazım olduğu vaxtda onu satmaqla öz borcunu götürə bilməsi üçün sənədi borc sahibinə versələr, borclu şəxsin o evdə yaşamasına baxmayaraq, maneəsi yoxdur.
    Məsələ 1971: Girov qoymağın əksi olan hər bir istifadə caiz deyil. Bu baxımdan borc sahibi və borclu şəxs girov qoyulan malı digərinin icazəsi olmadan, başqasının mülkü edə bilməz; məsələn, onu bağışlaya və yaxud sata bilməz. Lakin, onlardan biri onu bağışlasa və yaxud satsa və sonra ayrısı icazə versə eybi yoxdur. Ehtiyata əsasən, başqasının icazəsi olmadan (onlardan) heç biri rəhnə xələl gətirməsə də belə, başqa istifadələr etməməlidir.
    Məsələ 1972: Əgər borc sahibi girov götürdüyü şeyi borclu şəxsin icazəsi ilə satsa rəhn batil olur və onun pulu rəhn sayılmır. Əgər satmağa verilən icazə onun pulunu girovun yerinə qoymaq şərti ilə olsa, istisnadır.
    Məsələ 1973: Əgər borclu şəxs təyin edilmiş vaxtda və borc sahibi borcunu tələb etdikdə borcunu verməsə, borc sahibi girov götürdüyü malı satıb öz borcunu götürüb, qalanını borclu şəxsə verə bilər. Əgər şəriət hakiminin yanına getmək mümkündürsə, vacib ehtiyata əsasən, bu işi onun icazəsi ilə görməlidir.
    Məsələ 1974: Əgər borclu şəxs girov qoymamışsa və yaşadığı ev, mənzilin zəruri əşyalarıdan başqa malı olmasa, borc sahibi borcunu ondan tələb edə bilməz. Əksinə, (ona) möhlət verməlidir. Lakin, əgər girov qoyduğu mal ev və yaxud mənzilin zəruri əşyalarından olmasa, borc sahibi onu satıb borcunu götürə bilər.
    Məsələ 1975: Camaat arasında (İranda) ev sahibinə borc verib, az da olsa icarə haqqı ödəmək şərti və yaxud ümumiyyətlə, icarə haqqı verməyərək evini girov götürmək adət halını alıb və ona rəhinli ev deyirlər. Bu iş sələm və haramdır. Doğru yol budur ki, ilk olaraq ev sahibi evi müəyyən məbləğdə, hətta az olsa belə, ona icarəyə versin və icarə əsnasında şərt etsin ki, ona filan qədər borc versin və onun müqabilində evi girov qoysun. Bu halda sələm deyil, halaldır.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 816 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024